📌 Aitana López. 25 yaşlı, çəhraylı saçlı model qız. Dünyada belə bir insan mövcud deyil. O, İspaniyada bir modelləmə agentliyi tərəfindən süni intellekt əsasında yaradılıb.
Hazırda instagramda 164 mindən çox izləyicisi olan Aitana influnser kimi fəaliyyət göstərir və 10 ildir kontent hazırlayan məndən daha çox pul qazanır. Siz də deyirsiniz, trendyol linki paylaşma.
Agentlik bildirir ki, biz bu modeli ona görə yaratmışıq ki, sadəcə "poza verərək" çoxlu pul qazanan eqoist influnserdən asılı olmayaq... Zor deyiblər. Bir çox influnser çox haqsız və böyük pullar qazanırlar və ən yumşaq formada qudurublar.
✅ İstinad: Business Insider, Euronews
✅ Hazırladı: Albert Eynişeydi
📌Qeyd: Burada sizin reklamınız ola bilər.
#AitanaLopez #süniintellekt #ai #ispaniya #agentlik
📌 Eviniz üçün maraqlı və faydalı 5 cihaz
✅ Məhsulların linki: https://ty.gl/2ag0hr41l5
Endirim üçün kodlar:
AlbertEyniseydi20
Noyabr20
📌 Bu adada yaşamaq istəyərdin?
Aogashima kəndi Yaponiyaya məxsusdur. Ərazisi 8,75 kvadrat km-dir.
Bu gözəl və təhlükəli vulkanik ada müxtəlif dövrlərdə partlayış və zəlzələlərə şahid olub. 1785-ci ildə baş verən böyük bir vulkan partlayışı nəticəsində xeyli sayda insan həyatını itirib. Zəlzələ və vulkan püskürmələri zamanla insanların adanı tərk etməsinə səbəb olub. Bu tənhalıq Aogashimaya çox yaraşır.
✅ İstinad: GoTokyo/org, Tokyo-Islands/com
✅ Hazırladı: Albert Eynişeydi
#Yaponiya #Tokyo #ada #vulkan #vulkanikada #Aogashima #yapon #cənnət #təbiət #insanlar
Skywell SKYHOME modeli sıfırdan 100 km/saat sürəti 3.5 saniyəyə tamamlayır. Bir başqa maraqlı fakt - avtomobildə 8295 ədəd çip, 21 ədəd var səsgücləndirici var. Avtomobilin ağıllı sistemi GPT-ni dəstəkləyir.
Arxa oturacaqlar tamamilə düz formaya salına bilir, eyni anda ayaqlarınızı masaj edir. Yuxarı hissədən isə böyük monitor aşağıya doğru açılır…
➡️ Təqdimatı izləyib özünüz baxa bilərsiniz, maraqlı görünür - https://www.youtube.com/watch?v=xwvgs1wXLGI
🔎 Rəsmi və qanuni formada illərdir heç bir reklamı edilməyən tütün məhsulları yenə də yüksək miqdarda satılmağa davam edir.
2022-ci il üzrə dünyada tütün məhsullarının ümumi bazar həcmi 867 milyard dollar olub. 2030-cu ildə bu göstəricinin 1 trilyon dolları keçəcəyi proqnoz edilir.
Dünyada 1 gün ərzində təxminən 18 milyard ədəd siqaret çəkilir. Bildiyimiz kimi siqaretin bütün hissələri yanmır və kötükləri atılır. Tullanılan siqaret kötüklərinin isə cəmi 30%-i zibil qabına atılır.
✅ İstinad: Finance Yahoo, NatGeo, GrandViewResearch, TheStreet
✅ Hazırladı: Albert Eynişeydi
#reklam #tütün #statistika #zərərli #bazar #marketinq #dünya
🤖 "Henn na Hotel" dünyanın robot işçilərə sahib ilk hotelidir. Otaqlarda geyimləri təmizləyən şkaflar, yataqları isti saxlayan sistemlər, otaqdakı digər ağıllı sistemləri idarə etmək üçün tabletlər var.
Hoteldə qeydiyyat xidməti, yük daşıma xidməti, ofisiant, aşbaz, rəqqas robotlar var.
"Henn na Hotel"ində 1 gecə qonaq olmağın qiyməti 115 manatdan başlayır. Bu markanın artıq 20 hoteli var. Bunlardan biri də Nyu-Yorkda açılıb.
✅ İstinad: Hennahotel/com, Guinnes Records
✅ Hazırladı: Albert Eynişeydi
#hennahotel #xidmet #turizm #seyahet #yaponiya #tokiyo #robot #robotlar
📌93 il... 1 əsrə yaxındır insanlar "Snickers" yeyirlər. İllik satışları 3 milyard dollardır.
"Snickers" markası Mars ailəsi tərəfindən 1930-cu ildə istehsal edilməyə başlanılıb. "Snickers" adı Mars ailəsinin sevimli atının adı olub. İlk dövrlərdə 5 sentə satılırmış.
Bu şokoladlar Birləşmiş Krallıqda 1967-1990-cı illər arasında "Maraton" adı ilə satılıb.
✅ İstinad: Snickers/com, Insider
✅ Hazırladı: Albert Eynişeydi
#snickers #şokolad #markalar #brend #istehsal
🟢 Sümüklərinin rəngi qəribə olsa da, əti yeməlidir. Sarqan balığına "Dəniz iynəsi" də deyilir, uzunluğu 90 sm-ə qədər olur, dişləri kəskindir.
Əsasən, Aralıq dənizi, Karib dənizi, Qara dəniz və Baltik dənizində rast gəlinir. Su üzünə yaxın üzməyi sevirlər. Kiçik balıqlarla qidalanırlar.
ℹ️ Okeanların çox böyük hissəsi hələ də öyrənilməyib (95%) və dərinlərdə bizi gözləyən çox maraqlı faktlar var.
✅ İstinad: Luontoportti/com, AdriaticNature
✅ Hazırladı: Albert Eynişeydi
📌 Qeyd: Burada sizin reklamınız ola bilər. Məsələn, hotel-restoranlar, yaxta turları, turizm agentlikləri və s.
#Sarqan #zarqana #dəniziynəsi #garfish #sümüklər #təbiət #balıq #dəniz
📌 1.2 terabit/saniyə - Bu sürət ilə Çin yeni nəsil internet xidmətini başlatmış oldu. Yeni şəbəkə 3000 km-dən böyük məsafəni əhatə edir (Pekin, Uhan, Quançjoun).
Qlobal internet şəbəkələrinin əksəriyyəti hal-hazırda saniyədə 100 giqabit sürətlə işləsə də, Çinin yeni şəbəkəsi bu standartdan çox yüksəkdədir.
ℹ️ Pekin-Vuhan-Quançjou şəbəkəsi Çin Təhsil və Tədqiqat Şəbəkəsinin (Cernet) "Gələcəyin İnternet Texnologiyası İnfrastrukturunun (FITI) bir hissəsidir.
✅ İstinad: GizmoChina, CNN
✅ Hazırladı: Albert Eynişeydi
📌 Qeyd: Burada sizin reklamınız ola bilər. Məsələn, internet provayderlər, mobil rabitə şirkətləri və s.
#internet #sürət #çin #şəbəkə #gta5 #sürətli #net #aznet
Polşalı bu adamın adı Witold Pileckidir. Kəşfiyyat zabiti olub. 1940-cı ildə könüllü olaraq özünü almanların ələ keçirilməsinə və Auşvitz həbs düşərgəsinə aparılmasına nail olub.
1943-cü ilə qədər düşərgədən məlumat toplayıb, yüzlərlə məhbusdan ibarət müqavimət hərəkatı yaradır. 1943-cü ildə Auşvitzdən qaçır və 1944-cü ildə Varşava üsyanında iştirak edir. Üsyan yatırıldıqdan sonra o, alman hərbi əsir düşərgəsinə salınır.
Polşa kommunistlər tərəfindən ələ keçirildikdən sonra Londonda mühacirətdə olan Polşa hökumətinə məlumat vermək üçün Pilecki Polşaya geri qayıdır. Amma qayıtmadan əvvəl Pilecki Auşvitz ilə bağlı hesabatını yazıb tamamlayır.
Witold Pilecki 1947-ci ildə gizli polis tərəfindən həbs edilir, işgəncələrə məruz qalır və 1948-ci ildə edam edilir. Səbəb kimi "xarici imperializm" adına işləmək göstərilir.
ℹ️ "Filmi çəkiləsi adamdır" deyəcəkdim, baxdım çəkiblər - The Death of Cavalry Captain Pilecki (IMDb 7.8).
✅ İstinad: NY Times, BBC, History
✅ Hazırladı: Albert Eynişeydi
Ona "dəniz yadplanetlisi" də deyirlər. Bu şəffaf kiçik meduza inanılmaz dərəcədə böyük bacarıqlara sahibdir. O, özünü yeniləyir və ölümsüzdür.
Məsələn, bədəni kəsildikdən sonra sürətlə hərəkət etməyə başlayır və özünü bərpa edir. Beyni çıxarıldıqdan 3 gün sonra isə özünə yeni bir beyin yaradır. Bədənlərinin ölçüsü 4,5 millimetrdir və 95%-i mayedir.
Turritopsis dohrnii ilk dəfə Aralıq dənizində tapılıb, ümumilikdə isə mülayim və tropik sularda yaşayırlar. Əsasən, böyük meduzalar və balıqlar tərəfindən yeyilirlər. Başlarına bir faciə gəlməsə, ölümsüzdürlər...
✅ İstinad: Euronews, NOAA, AMNH
✅ Hazırladı: Albert Eynişeydi
#meduza #TurritopsisDohrnii #ölümsüzcanli #ölümsüz #canlilar #tebiet
🕯Şam işığının füsunkar alovunun altında hər 1 saniyədə yaranan və məhv olan 1,5 milyon nanoalmaz gizlənir. İndiyə qədər şam işığına baxanda almazlara baxırmışıq. Kasıblıq içində zənglinlik 😅.
Bu nəticə St. Andrews Universitetinin professoru Wuzong Zhou tərəfindən araşdırılıb. Təəssüf ki, həmin almazları alovdan çıxartmağın bir yolu yoxdur.
Şam demişkən ağlıma Candleman oyunu gəldi, çox maraqlı oyun idi. Vaxtınız olsa, yoxlayın.
✅ İstinad: IGI, Phys/org
✅ Hazırladı: Albert Eynişeydi
Qeyd: Burada sizin reklamınız ola bilər.
#şam #almaz #araşdırma #brilyant #laboratoriya
📽️IMDb-nin reytinq siyahısında 9.3 xalla 1-ci yerdə yerləşən "Şouşenkdən qaçış" filmi (The Shawshank Redemption) əsl həbsxanada çəkilib. Ohayoda yerləşən bu həbsxana 1896-cı ildə açılıb və 1990-cı ildə bağlanıb. Film 1994-cü ildə yayımlanıb.
Filmin köməkçi aktyorlar heyətində keçmiş məhkumlar və keçmiş həbsxana nəzarətçiləri olub. Həbsxana komfortlu yer olmadığı üçün aktyorlar və işçilər üçün çəkilişlər çətin keçib.
Bu möhtəşəm film 7 Oskar namizadə olsa da mükafatı qazana bilməyib. Çünki həmin il başqa bir möhtəşəm film "Forrest Gump" da çəkilmişdi. Filmin başqa bir şanssızlığı da tənqid yazılarına görə az diqqət çəkməsi və çox az qazanc əldə etməsi olub.
✅ İstinad: EW/com, L,A Times
✅ Hazırladı: Albert Eynişeydi
#oskar #film #şouşenkdənqaçış #bilmədikləriniz #maraqli
Ərincəklərdə maddələr mübadiləsi çox yavaş gedir. Hətta onlar bəzən yedikləri qidaları bir aya həzm edirlər. Ərincəklər sidik və nəcis ifrazlarını həftədə bir dəfə edirlər və bu zaman çəkilərinin təxminən 30%-i itirirlər.
✅ İstinad: IFL Science
✅ Hazırladı: Albert Eynişeydi
#ərincəklər #canlı #təbiət #ərincək #tenbel #heyvan
İlk avtomobil yarışı 1887-ci ildə Fransada keçirilib. Yarış zolağının uzunluğu 2 km olub və yarışda cəmi 1 avtomobil iştirak edib. 😂 Bu necə yarışdır axı, yarışmağa maşın yoxdur. Ona görə də bu hadisəni yarış kimi qəbul etməyib keçək ikinciyə...
1894-cü ildə Fransada 25 avtomobilin yarışdığı bir avtomobil yarışı: Yarış zolağının uzunluğu 127 km olub. Qalib avtomobil bu məsafəni 6 saat 48 dəqiqəyə bitirən Kont Jules Felix Philippe Albert de Dion olub. Adamın adı yoldan uzundur. 😅
✅ İstinad: RallyClassic, Escuderia
✅ Hazırladı: Albert Eynişeydi
Qeyd: Foto şərtidir.
#avtomobil #maşın #yarış #idman #maşınlar #pilot
📌 Bu, milyonlarla insanın sağalmasının başlanğıcıdır, amma...
Xatırlayırsınızsa, keçən il insanın ilk gen xəritəsi tamamlanmışdı. Başadüşülən formada desək, artıq genetikamızda nəyin harada olduğunu bilirik və xəstəlikləri müalicə etmək üçün hissələri dəyişdirməyə başlaya bilərik.
Genomun dəyişdirilməsi texnologiyası CRISPR adlanır. Birləşmiş Krallıq CRISPR ilə 2 xəstəliyin müalicəsinə rəsmi olaraq icazə verdi. Bu tibbdə çox önəmli bir andır, tarixdir. Həmin xəstəliklər qan xəstəlikləridir: Oraq hüceyrəli anemiya və Talassemiya. Hər ikisi irsi xəstəlikdir.
Oraq hüceyrəli anemiya - qırmızı qan hüceyrələrinin anormal formada oraq formasını alaraq kiçik damarların tıxanmasına səbəb olur.
Talassemiya - genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulmasıdır. Talassemiya zamanı hemoqlobin istehsalında zülal çatışmazlığı baş verir.
CRISPR ilə genomun düzülüşündə dəyişikliklər ediləcək, lazım olan hissələr kəsiləcək və milyonlarla insan müalicə ediləcək. Həmin kəsmə proses "Cas9" adlı ferment ilə edilir (molekulyar qayçı).
Son kliniki araşdırmalar göstərir ki, bu üsul ilə 42 xəstədən 39-da işə yarayıb və 29 xəstədən 28-də 1 il boyunca hər hansı bir şiddət ağrı yaşanmayıb.
ℹ️ Qeyd: "Amma"sı odur ki, təəssüf ki, gen terapiyası çox bahalı olacaq.
✅ İstinad: LiveScience, STATNews, SMC, Euronews
✅ Hazırladı: Albert Eynişeydi
#gen #genetika #genom #dnt #xəstəliklər #sağlamlıq #Talassemiya #CRISPR
"Honkonq–Zhuhayi–Makao Bridge" (HZMB) adlı dəniz üzərindəki körpü sistemi özündə 4 süni ada və 1 sualtı tuneli birləşdirir. HZMB ən uzun sabit dəniz keçididir.
9 ildə tikilib tamamlanan HZMB körpü sisteminin inşasına 19 milyard dollar pul xərclənib. Rəqəmlər yenidən bizə Çinin nə qədər güclü olduğunu xatırladır...
Körpü sulara ən az 120 il müddətində davam gətirəcək formada tikilib.
✅ İstinad: xinhuanet/com, BBC, SCMP, oilfund/az
✅ Hazırladı: Albert Eynişeydi
#HZMB #çin #körpü #rekord #su #dəniz #yol #yollar #büdcə
İp Man 11 yaşından Kunq Fu (Vin Çun stili) öyrənməyə başlayıb və mütəmadi məşqlərini həyatının sonuna qədər - təxminən 68 il boyunca davam etdirib.
O, güclü döyüşçüdən çox güclü müəllim hesab edilir. Cəmi bir dəfə məğlub olduğu bilinir. Bir döyüşdə Kam Shan Mao adlı bir boksçunu 1 yumruqla məğlub etdiyi barəd qeydlər var.
Hamının bildiyi kimi, İp Manin ən məşhur tələbəsi Brüs Lidir. Amma İp Man Brüs Lini cəmi 2 il öyrədib və Brüs Lini ən istedadlı tələbəsi hesab etmirmiş.
ℹ️ Qeyd: Brüs Li öz döyüş sənəti "Cit Kun Do"nu yaradıb.
✅ İstinad: wingtsunwelt/com, lawofthefist/com, martialminded/com
✅ Hazırladı: Albert Eynişeydi
#İpMan #tələbə #döyüş #döyüşsənəti #BrüsLi #citkundo #kunqfu #vinçun #yipman #çin #maraqlıfakt #film
Tapılan 2250 illik mişar demək olar ki, indiki mişarlarla eyni görünür. Çorumda Hattuşa antik şəhərində tapılan mişar Hitit mədəniyyətinə aiddir.
Burada 117 ildir qazıntı davam edir. Bu tapıntı Anadolu bölgəsində rast gəlinən ən qədim mişardır.
🛒 "Black Friday"ə özəl İrshaddan "iPhone 14 128 GB" smartfonunu Tam kart ilə 27 ay hissəli faizsiz əldə edə bilərsiniz. Aya cəmi 70,37 manat düşür.
⬇️ Aşağıdakı linkdən məhsula əldə edə bilərsiniz:
https://bit.ly/3G7Rolj
❄️Havanın temperaturu, yağıntıların miqdarı, küləyin gücü və başqa amillər avtomobilin yanacaq sərfiyyatına təsir edir.
Ənənəvi benzinli avtomobillərdə soyuq havalarda şəhər içi - 10% ilə 20% yanacaq sərfiyyatı fərqi yaranır. Bu göstərici daha qısa məsafələr üçün 15 ilə 33%-ə qədər dəyişir. Təbii ki, burada avtomobil modelindən asılı olaraq nəticələr də dəyişir.
Eyni məntiq elektrikli avtomobillərə də aiddir. Qışda elektrikli maşınların sərfiyyatında 39%-ə qədər fərq yarana bilər.
📌 Qış aylarında yanacaq sərfiyyatının artma səbəbləri:
*Avtomobildəki yağların qatılaşması, sürtünmənin artması;
*Mühərrikin daha gec isinməsi;
*Təkərlərin hava təzyiqinin tez-tez düşməsi;
*Radiatorun daha çox istifadəsi;
*Palçıqlı-qarlı yolların hərəkətə maneə yaratması;
*İsitmə, işıqlandırma sistemlərinin daha çox güc tükətməsi;
*Yüksək hava sıxlığının aerodinamik sürtünməni artırmas;
✅ İstinad: Energy/gov, Toyota/co
✅ Hazırladı: Albert Eynişeydi
#maşın #avtomobil #yanacaq #sərfiyyat #qış #yay #hava
Bu gündən Trendyolda endirim günləri başlayır və 26 noyabra kimi davam edəcək. Bildiyiniz kimi, hər ilin noyabr ayında bütün dünyada endirimlər olur.
*Endirim kodu:
AlbertEyniseydi20 - 20%
Noyabr20 - 20%
ℹ️ Kodu 1 dəfə istifadə etmək olur. Promokodlar maksimum endirim 200 TL olur.
✅ Sifarişinizi telefon ilə şərhdə verdiyim linkdən etsəniz, bizim üçün də faydalı olar. (linkə daxil olduqdan sonra, istədiyiniz fərqli bir məhsulu axtarıb tapıb ala bilərsiniz). Bizim linkdən alış-veriş etdiyiniz üçün təşəkkürlər
Dünyanın ən hündür zirvəsi - 8848 metr hündürlüyündəki Everest zirvəsinə indiyə kimi 6 mindən çox insan çıxa bilib. Onlardan ən yaşlısı 80 yaşlı yapon alpinist Yūichirō Miuradır. Miura dayı bir çox ilkə imza atıb. Bunlardan ən əsası və çətini 80 yaşında Everestə dırmanmaq olub.
Miura kişi 70 yaşında da Everestə çıxıb. Daha sonra 2 dəfə ürək əməliyyatı keçirib, lakin 80 yaşında öz rekordurunu qırmağa qərar verib. Bu, möhtəşəm əzmkarlıq nümunəsidir...
Adam hələ də yaşayır və hazırda 91 yaşı var. Hər gün hər ayağına 5 kq, belinə 30 kq yük bağlayıb 14 km yol qət etdiyini və az oksigenli otaqda qaldığını bildirir. Hər səhər bişmiş düyü, soya paxlası, miso şorbası, yumurta və balıqdan ibarət səhər yeməyi yediyini deyir.
Başqa bir əzmkarlıq da bu yaşda o qədər pul xərcləməkdir. Everestə çıxmağın xüsusi xərcləri var. Təxminən bu səfərin xərcləri 30 min dollardır.
📌 Qeyd: Kamp etmək sizin üçün maraqlıdırsa, kamp şəraitində lazım olan bəzi əşyalar seçmişəm - Link: https://ty.gl/z6xy50gmx2
ℹ️ Trendyolda "AlbertEyniseydi20" promokodu ilə 20% endirim qazana bilərsiniz.
✅ İstinad: GuinnessWorldRecords, Reuters, Climbing/com
✅ Hazırladı: Albert Eynişeydi
#YūichirōMiura #80yaş #everest #alpinizm #alpinist #rekord #dünya #əzmkar #əzm #trendyo
"Heirloom Carbon Technologies" startapı tərəfindən Kaliforniyada qurulan bu sistem 2035-ci ilə qədər istifadə etdiyi texnologiya ilə 1 milyard ton karbon qazını udmağı hədəfləyir.
Hündürlüyü 12 metr olan bu sütunlarda Kalsium Oksid tozları var və bu maddə havadakı Karbon qazı ilə təmas edərək onu əhəng daşına çevirir.
Startap bu üsulla havanı təmizləmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq istəyir.
✅ İstinad: Independent, NT Times
✅ Hazırladı: Albert Eynişeydi
📌 Qeyd: Burada sizin reklamınız ola bilər. Məsələn, sartaplar, ekoloji sosial reklamlar və s.
#karbon #hava #karbonqazı #ekologiya #startap #heirloom
Titanikdə 324 birinci sinif (first class), 284 ikinci sinif, 709 üçüncü sinif sərnişin var idi. Ümumilikdə gəmidə 3547 insan var idi və 1514-ü gəmidə həyatını itirdi.
Читать полностью…Trendyol endirimlərinin bitməsinə son 1 gün qalıb. Son tarix 12 noyabrdır. Nəsə lazımdırsa, indidən alın.
Endirim kodları:
Super40 - 40%
AlbertEyniseydi30 - 30%
ℹ️ Kodu 1 dəfə istifadə etmək olur.
✅ Sifarişinizi telefon ilə şərhdə verdiyim linkdən etsəniz, bizim üçün də faydalı olar. (linkə daxil olduqdan sonra, istədiyiniz fərqli bir məhsulu axtarıb tapıb ala bilərsiniz)
Bizim linkdən alış-veriş etdiyiniz üçün təşəkkürlər.
Şokolad kakao paxlasından və şəkərdən hazırlanır. Ağ şokoladın tərkibində isə kakao yoxdur, kakao yağı var. Ağ şokoladda digər şokoladlarla müqayisədə daha çox süd və şəkər var.
Читать полностью…Bir iddiaya görə, Albatroslar 6 il yerə ayaq basmadan uça bilirlər. Bu fakt inanılmaz görünür. Amma diqqət etdikdə görürük ki, əslində, bu quşlar bəzən yemək üçün suyun üzünə qonurlar. Bu da bir növ fasilədir, dayanmaqdır, amma yenə də Albatrosların mükəmməlliyinə kölgə sala bilməz.
3 metrlik qanad uzunluğuna sahib bu quşlar bir dəfəyə 16 min km məsafə qət edə bilirlər. Cəmi 46 günə dünyanın ətrafında 1 dövrə vura bilmə potensialına sahibdirlər.
✅ İstinad: Reuters, Independent
✅ Hazırladı: Albert Eynişeydi
#albatros #quşlar #təbiət #canlilar #inanilmaz #maraqli
Təsirlidir… İnsanlar doğulur, yaşayır, bəzi insanların adları isə əməlləri ilə yadda qalır, tarixə düşür, əbədiləşir.
✅ Videoçarx: Sirab 👏
📌 Bu kreativ heykəlin adı "Nyu-Yorkda bir nöqtə"dir. Nyu-York şəhərində Langone xətəxanasının qarşısında yerləşir.
Heykəlin müəllifi amerikalı sənətçi Donald Lipskidir. Dalmati cins itin sanki bir sirk şousu kimi burnu ilə həqiqi bir avtomobil ölçüsünə uyğun olan taksi maşınını göydə saxlayır (gecə maşının işıqları da yanır).
Heykəlin məqsədi bir anlıq da olsa insanların, xüsusilə də xəstəxanaya gələn uşaqların diqqətini özünə çəkmək, onların fikirlərini yayındırmaqdır. Həm maraqlı, həm gülməli, həm də inanılmaz görünən bu heykəl xəstəliklərə görə stres yaşayan uşaqların, insanların diqqətini çəkir, anlıq da olsa başını qatır və onlara cəsarət verir.
İtin burnu ilə taksi avtomobilini göydə saxlaması həm inanılmaz, həm də əlaqəsiz görünür. Amma heykəlin verdiyi bir mesaj var: "Mümkünsüzü bacarmaq." Bu mesaj insanların şüuraltında müsbət izlər buraxa bilər.
✅ İstinad: ArchitecturalDigest, LonelyPlanet CodAWorx
✅ Hazırladı: Albert Eynişeydi