❄️Keçmişdən qalan belə bir adət var: xüsusilə soyuq havalarda avtomobilin mühərrikini yerində 5 dəqiqə qızdırmaq lazımdır.
Bəs bunu etməliyik? İndi avtomobillərdəki inkişaf etmiş sistemlər artıq bu adəti çoxdan geridə qoyub.
Qışda avtomobillərin mühərrikini qızdırmaq təcrübəsi köhnə texnologiyalarda - karbüratörlu mühərriklərindən qalan vərdişdir. Müasir avtomobillər soyuq havanın təsirini kompensasiya etmək üçün mühərrikdə alovlanan yanacaq-hava qarışığına daha çox yanacaq vuran sensorlar ilə təchiz edilib.
Mühərrikin boş vəziyyətdə uzun müddət işlədilməsi mühərrik hissələrinin ömrünün qısalmasına səbəb olur.
Mühərrik nə qədər isinməlidir? Avtomobil markaları təhlükəsizlik kəmərinizi taxana qədər keçən vaxtın bəs etdiyini bildirir. Dizel yanacaqlı köhnə avtomobillərdə bu zaman 30 saniyə, yeni avtomobillərdə isə 6-8 saniyədir.
Elektrikli və hibrid avtomobilləri isə 5-10 dəqiqə isitmək lazımdır ki, enerjisi daha çox getsin.
✅ İstinad: Toyota/com, Cars/com, Progressive/com
✅ Hazırladı: Albert Eynişeydi
📌 İngilis riyaziyyatçı və yazıçı Ada Lavleys 36 illik həyatına çox şey sığışdıra bilib.
Ada xanımın yaşadığı dövrdə ilk kompüter fikri var idi, lakin hələ kompüter real olaraq icad edilməmişdi. Bu fikir 1822-ci ildə Çarlz Bebbic tərəfindən tapılıb və o, növbəti 50 il ərzində bu fikrin üzərində işləyib, inkişaf etdirib.
Ada 1852-ci ildə uşaqlıq xərçəngi səbəbi ilə gənc yaşda vəfat edir. İllər sonra onun qeydləri araşdırılarkən dəftərində "Analitik Mühərrikin Bernoulli ədədlərinin hesablanması" alqoritmi ilə bağlı mərhələli araşdırmalar, izahlarla rastlaşılır. Bu alqoritm kompüterdə tətbiq etmək üçün uyğunlaşdırılmış ilk alqoritmdir. Bu səbəbdən Ada Lavleys ilk kompüter proqramçısı hesab edilir.
ℹ️ Qeyd: Bəzi iddialara görə, ilk proqramçı elə məhz Çarlz Bebbicdir. Çarlz Bebbic yaşasaydı, deyərdi ki, burada sizin reklamınız ola bilər.
✅ İstinad: Bricsys, Britannica Encyclopedia
✅ Hazırladı: Albert Eynişeydi
#kompüter #proqramçı #ada #ixtira #alqoritm
📌 İsveçrədə arxeoloqlar "Kyburg" qalasında 700 il əvvələ aid olan yaxşı vəziyyətdə qalmış zirehli əlcək tapıblar.
Читать полностью…Bu gün tez-tez gördüyümüz "ilk türk kosmonavt" söhbətini bağlayaq.
Alper Gezeravcıdan əvvəl kosmosa çıxan türklər:
1. Andriyan Nikolayev - 1962-ci il;
2. Toktar Əubəkirov - 1991-ci il;
3. Talqat Musabəyov - 1994-cü il;
4. Salican Şaripov - 2004-cü il;
5. Aydın Ayımbetov - 2015-ci il;
ℹ️ Qeyd: Musa Manarovun milliyəti lakdır.
⚽️Barselona hazırda dünyada ən çox borcu olan futbol klubudur. Barselona futbol klubunun 1.1 milyard avro borcu var.
Ən çox borcu olan digər futbol klubları:
2. Yuventus – 766 milyon avro;
3. Tottenhem – 703 milyon avro;
4. Inter Milan – 597 milyon avro;
5. AC Milan – 567 milyon avro;
➡️ /channel/alberteyniseydi
Bu texnologiya məşhur yapon kamera istehsalçısı Nikon tərəfindən hazırlanıb.
Kamera inəkləri izləyir və süni intellekt vasitəsilə hansı inəyin nə vaxt bala verəcəyini təxmin edə bilir. Həmin texnologiya 5 saat əvvəldən inəyin sahibinin telefonuna bildiriş göndərir.
Nikon şirkəti bu kameranı 1 ildir test edirdi və bu aydan artıq satışa çıxarıb. Qiyməti təxminən 100 inəkli fermalar üçün ildə bizim pulla 10500 manatdır.
ℹ️ Bu texnologiya hansı problemi çözür? Heyvan saxlayanlar doğuma az qalmış tez-tez gedib heyvana baxmalı olurlar. Bu kameralar o işi həll edir.
➡️ /channel/alberteyniseydi
Sağ qalmasına baxmayaraq xilas olmaq üçün fiitini çalan Alkemade almanlara əsir düşür. Digər 6 nəfər maraqlıdırsa, onlar ölüblər.
Britaniya ordusunun əsgəri olan Alkemade əvvəlcə xəstəxanaya sonra əsirlərin olduğu düşərgəyə aparılır. Dindirilən zaman əvvəlcə alman zabitləri ona inanmır, amma sonra təyyarənin və yanmış paraşütlərin qalıqlarını tapanda ona inanırlar və bu hadisə onu çox populyar edir. Bu populyarlığa baxmayaraq təbii ki, Alkemadeyə heç bir xüsusi güzəşt edilmir.
Nikolas Alkemade 1945-ci ildə 10 min düşərgə əsiri ilə birlikdə yüzlərlə km məsafəni -22 dərəcə şaxtada qət edir və xilas olan az sayda əsirdən biri olur. Alkemade 64 yaşında, 1987-ci ildə öz əcəli ilə ölür.
✅ İstinad: WarHistoryOnline/com, Almanac, Rafmuseum/org
✅ Hazırladı: Albert Eynişeydi
➡️ /channel/alberteyniseydi
#nicholasalkemade #alkemade #2dünyamüharibəsi #dünyamüharibəsi #bəxt #müharibə
🇲🇨 Bəs oradakı işçilər də milyonçudur? Yox, hər gün təxminən 30 min fransız, 6 min italiyan buraya işləməyə gəlir.
Monakoda evlər çox bahadır. Burada yaşayan hər 3 nəfərdən 1-i milyonçudur. Monako "Central Park"dan daha kiçikdir və cəmi 39 min əhalisi var. Əhalinin 75%-dən çox monakolu deyil.
🧠 Yəqin ki, ən az bir dəfə bu mövzuda xəbərlə rastlaşmısınız: Hansısa şəxs hər hansı bir qəza keçirir və komaya düşür. Sonra adam oyanır və heç bilmədiyi bir dildə danışmağa başlayır...
Bu xəbərlər çox inanılmaz görünür. Bəs realdır, yoxsa saxta?
Həmin mövzuda bir çox nümunə var. Məsələn:
*II Dünya Müharibəsində Norveçə atılan bir bomba norveçli qadını komaya salır. Komadan oyanan qadın alman ləhcəsi ilə danışmağa başlayır. Ətrafındakı insanlar onun alman casusu olduğunu düşünməyə başlayır.
*Başqa bir nümunədə 2016-cı ildə Atlantada ana dili ingiliscə olan 16 yaşlı gənc futbol oyunu zamanı beyin sarsıntısı keçirir. Çox az ispanca bilən bu gənc oyandıqdan sonra axıcı formada öz ana dili kimi ispanca danışmağa başlayıb. Doğma dili olan ingiliscə danışanda isə çətinlik çəkməyə başlayıb.
*Bənzər digər nümunədə avstraliyalı bir adam avtomobil qəzasından sonra çincə (mandarin) axıcı formada danışmağa başlamışdı. Qeyd edim ki, həmin adam çin dili ilə orta məktəbdə təməl səviyyədə tanış olmuşdu.
Dil öyrənmək istəyirsinizsə, yuxarıdakı nümunələr risklidir 😅. Siz ən yaxşısı TIME ACADEMY ilə əlaqə saxlayın: https://www.instagram.com/timeacademy.az
Bütün bu nümunələr inanılmaz görünsə də, dəfərlə baş verib. Hamısının ortaq cəhəti oyandıqda başqa dildə danışmaları və öz dillərində danışmaqda çətinlik çəkmələridir.
ℹ️ Araşdırmalar göstərir ki, yeni kəşf edilin dil bacarıqları beyin zədələnməsi zamanı özünü yenidən bərpa edir. Bu hadisə yuxarıdakı nümunələri qismən də olsa, açıqlamağa çalışır. Amma ümumilikdə tam cavabı bilmirik. Araşdırmalar davam edir...
✅ İstinad: ScienceAlert, Metro/Co
✅ Hazırladı: Albert Eynişeydi
#beyin #koma #insan #dillər #yenidil #timeacademy
🔥 Plutonium - Xirosimadan sonra Naqasakiyə atılan və 80 minə qədər insanın ölümünə səbəb olan atom bombasının əsas komponenti idi.
0,1 kq plutonium 2 milyon kilovat-saat istilik istehsal edir. Bu enerji bir elektrik lampasını 2200 il davamlı yandırmağa bəs edəcək qədər çox enerji deməkdir.
✅ İstinad: Nil Deqrass Tayson - “Tələsən insanlar üçün Astrofizika” kitabı
✅ Hazırladı: Albert Eynişeydi
➡️ @alberteyniseydi
#radioaktiv #Plutonium #kimya #fizika #enerji #Naqasaki #atom
📌 "Qara Brilyant" alma ağacları təxminən 8 ilə böyüyür. Tibetdə 3500 metr hündürlükdə yetişir. Bu hündürlükdə ultrabənövşəyi şüalara həddindən çox məruz qaldığı üçün rəngi tünd bənövşəyi və qaraya çevrilir.
ℹ️ Bazarda qiyməti təxminən 7-8 dollar olan bu meyvəni yetişdirmək çətin məsələdir.
✅ İstinad: TasteAtlas, Today
✅ Hazırladı: Albert Eynişeydi
➡️ @alberteyniseydi
#BlackDiamondApple #BlackDiamond #qarabrilyant #meyvə #almalar
Qadının adı Francoise Bettencourt Meyersdir. Kosmetika şirkəti olan L'Oreal'in varisi və idarə heyətinin sədrinin müavinidir.
Hazırda Meyers dünyanın ən varlı qadını və dünyanın ən varlı 12-ci insanıdır. Bu, nə qədər böyük "fərdi" uğurdur bilmirəm.
Ailəsi ilə birlikdə Meyers şirkət hissələrinin 35%-inə sahibdir.
ℹ️ L'Oreal'in şirkəti 1907-ci ildə fransız əczacı Eugène Schueller tərəfindən qurulub.
➡️ @alberteyniseydi
🇦🇿 Azərbaycan əhalisi 2023-cü ildə benzin və dizel yanacağına 2.5 milyard manatdan çox pul xərcləyib.
Bu göstərici ötən illə müqayisədə 6.6% çoxdur. Bakıda avtomobil o qədər artıb ki, günün istənilən saatında tıxac, həftənin bütün günlərində tıxaca düşmək olur.
➡️ @alberteyniseydi
📌 Fransa və İspaniyada tapılan bu mağara rəsmləri sənətçinin təxəyyülüdür, yoxsa həmin dövrdə insanlar soyuqdan barmaqlarını itiriblər?
Bu mövzuda bir çox fikir var, amma ən son fikirlər sirri ortaya çıxarmış ola bilər. "Simon Fraser" Universitetindən arxeoloq Mark Collard bildirir ki, həqiqət daha dəhşətli ola bilər. Onun sözlərinə görə, müxtəlif dövrlərdə bir çox cəmiyyət bilərəkdən barmaqları kəsib.
Collardın sözlərinə görə, bu insanlar inandıqları varlıqlardan kömək istəmək üçün rituallar keçirərək barmaqlarını bilərəkdən kəsiblər. Hətta hələ də bunu edən xalqlar var. Məsələn, İndoneziyadakı Dani qəbiləsinin üzvləri yaxınlarını itirəndə ən az 1 barmağını kəsirlər.
ℹ️ Bu fikirlər məntiqlidir, amma soyuqdan barmaqların itirlməsi də bir o qədər inandırıcıdır. Siz necə düşünürsünüz? 🔴
✅ İstinad: Guardian, NY Post
✅ Hazırladı: Albert Eynişeydi - @alberteyniseydi
#mağara #arxeologiya #araşdırma #insanlar #inanclar #qədim #tarix
📌 İngiltərədə belə bir marka var - "Petit Pli". Uşaqlar üçün elə paltarlar hazırlayıblar ki, uşaqlar böyüdükcə paltar da onlara uyğun böyüsün. Bir daşla 2 quş - Həm xərclər azalır, həm də ekologiya üçün faydalı olur.
Geyimin 2 versiya var:
9 aylıqdan - 4 yaşa qədər;
4 yaşdan - 9 yaşa qədər.
Hər şey əladır, ideya filan. Amma bu nə dizayndır? Uşaq nindzaya oxşayır.
📌 Dünyadakı bütün sərvətin yarısı dünya əhalisinin "ən yuxarıdakı" cəmi 1%-nin əlində cəmlənib.
"Ən altdakı" əhalinin 90%-i dünyadakı sərvətin cəmi 15%-inə sahibdir. Təxminən 3 milyard adam 10 000$ dəyərindən az sərvətə sahibdir. Dünyada 1 milyon dollardan çox sərvətə sahib olan cəmi 56 milyon insan var.
*Foto şərtidir.
⭕️ Sirr deyilsə, sizin sərvətiniz neçə milyondur? 👀
📌 Yeni Redmi Note 13 seriyası. Hər an özəldir!
- 200MP üçlü kamera
- 1.5K əyri ekran
- MediaTek Dimensity 7200-Ultra
- 120W Hiper şarj
- İP68 toza və suya davamlı
"Baku Electronics" mağazalarından əldə edin.
➡️ Ətraflı: https://www.bakuelectronics.az/search.html?query=Redmi+Note+13
Bu linki də qoy ora zəhmət olmasa. Özün bildiyin kimi.
🧑🏻🚀İçərisində türk astronavt Alper Gezeravcının da olduğu kosmosa göndərilən 4 nəfərlik heyət 14 gün kosmik stansiyada olacaq.
Missiyanın əsas məqsədi bu müddət ərzində 13 elmi tədqiqat aparmaqdır. Əsas tədqiqatlar kosmosa uçmağın insan sağlamlığına və xəstəliklərinə təsiri ilə bağlıdır.
➡️ /channel/alberteyniseydi
CES 2024 texnologiyalar sərgisində maraqlı bir texnoloji cihaz - şarjı bitməyən "bluetooth" qulaqlıq təqdim edilib.
Qulaqlığın adı "3M PELTOR WS ALERT XPV"-dir. 3M qulaqlığı iç və çöl məkanlardakı işıqla və ya Günəş enerjisi ilə enerji toplayır, öz-özünü şarj edir. Bu, o deməkdir ki, təkcə Günəş enerjisindən asılı deyil.
Qulaqlığın içindəki batareyalar İsveç şirkəti "Exeger" tərəfindən istehsal edilən "Powerfoyle" batareyalarıdır. Bu batareyanı başqa tip texnoloji cihazlara da tətbiq etmək istəyirlər.
ℹ️ 3M qulaqlığın qiyməti təxminən 600 dollar olacaq və mart ayında satışa çıxarılacaq.
✅ İstinad: 3M/com, Industry EMEA
✅ Hazırladı: Albert Eynişeydi
➡️ /channel/alberteyniseydi
#3M #qulaqlıq #texnologiya #bluetooth #batareya #enerji
Yetəri qədər qidalanmayan insanların anidən çox qidalanması ölümlərinə səbəb ola bilər. Yapon alimləri bu mövzu ilə bağlı bir tarixi faktı yenidən araşdırıb.
1581-ci ildə Tottori qalasının mühasirəsi zamanı əsgərlər 3 ay ac qalıblar və mühasirədən sonra çox qidalandıqları üçün kütləvi formada həyatlarını itiriblər.
Mühasirə ilə bağlı araşdırılan sənədlər eyni zamanda Yaponiyada tibbi vəziyyətlə bağlı qeydə alınan ilk tarixi məlumatlar olduğu bilinir.
Qeydlərdə yazılıb ki, mühasirədən sonra əsgərlərə sıyıq verilib. Yemək yeyən əsgərlərin yarısından çoxu yeməkdən dərhal sonra ölüblər. Həmin dövrə aid olan bir komandirin qeydlərində isə çox sıyıq yeyən əsgərlərin öldüyünü, az yeyənlərin isə hər hansı bir problem yaşamadığı yazılıb.
✅ İstinad: Asahi/com, American Journal of the Medical Sciences
✅ Hazırladı: Albert Eynişeydi
➡️ /channel/alberteyniseydi
#yemək #qidalanma #tarix #ölüm #diet #pəhriz
❄️24 mart 1944-cü il tarixində 21 yaşlı Nikolas Alkemade digər 6 heyət üzvü ilə birlikdə Schmallenberg-in şərqindəki bombardmançı hücumdan geri dönərkən düşmən təyyarəsinin hücumuna məruz qalır.
Təyyarə vurular, qanadı və gövdəsi parçalanır, yanmağa başlayır. Bu yanğında paraşütlər də alovlanır. Nikolas Alkemade təyyarədə yanaraq ölməkdənsə tullanaraq ölməyə qərar verir və 5500 metr hündürlükdə təyyarədən tullanır.
Alkemade şam ağacının, daha sonra da yerdəki qar örtüyünün üstünə düşür. Bir müddət sonra qollarını və ayaqlarını tərpədə bilir. 5500 metrdən düşən və möcüzəvi şəkildə sağ qalan bu əsgərin burxulmuş bir ayağından başqa bədənində heç bir qırıq, sınıq olmayıb. Yanğına görə bədənində bəzi yanıq izləri olub.
Ardı… ⬇️
📌 Çinli bir startap olan "Betavolt" dünyada ilk dəfə atom enerjisini miniatürləşdirdiyini bildirir. "Betavolt"un nüvə batareyası qəpikdən də kiçikdir və 50 il boyunca şarj edilmədən işləyə bildiyi iddia edilir.
Şirkət bu batareyaları ,əsasən, smartfon və dronlarda istifadə etmək istəyir.
ℹ️ Batareyanın ölçüləri 15x15x5 mm, gücü 100 mikrovat, gərginliyi 3V-dır.
✅ İstinad: Independent, BeeBom
✅ Hazırladı: Albert Eynişeydi
#batareya #enerji #güc #çin #texnologiya #icad #nüvə #atom #nüvəbatareyası
📌 Misirli və yapon arxeoloqlarından ibarət komanda Misirdə - Sakkarada apardıqları axtarışlar zamanı 4000 ildən çox yaşı olan qəbrlər, heykəllər və yazılar tapıblar.
Tapılan heykəllərdə Misir tanrıçası İsida və səssizlik və uşaq tanrısı Harpokrates təsvir edilib. Maraqlıdır. Bəs kiçik uşaq və rəngli maskalı adam niyə burada, bu formada dəfn edilib.
Arxeoloji qazıntılar həm də əsrlərdir gizli qalmış hekayələri üzə çıxartmaq üçündür... Bu insanların hekayəsini səbrsizliklə gözləyirəm.
▶️ Bənzər mövzuda sənədli film tövsiyəsi - Sakkaranın sirləri (Netflix-də var)
170 milyard d👀llar? Ayda nə var?
Ay səthinə yaxın 1.6 milyard ton mədən rezervi olduğu təxmin edilir. Orada smartfonlar, kompüterlər və qabaqcıl texnologiyalarda istifadə edilən skandium, itrium və "15 lantanid" kimi nadir torpaq metalları mövcuddur. Eyni zamanda, Ayda su, helium-3, dəmir, alüminium və titan da var.
"Helium-3" Yerdə nadir olan helium izotopudur. NASA Ayda 1 milyon ton Helium-3 olduğunu təxmin edir. Bu izotop təhlükəli tullantılar olmadan nüvə enerjisi almaq üçün istifadə edilər bilər.
Yaxın gələcəkdə Ayda mədənçiliklə məşğul olub yüksək gəlirlər əldə etmək istəyən və buna hazırlaşan güclü şirkətlər və ölkələr var. Ay tezliklə istismar edilməyə başlanılacaq. Sözügedən mövzuda hüquq və qanunlar isə demək olar yoxdur və olanlar da boşluqlarla doludur. BMT-nin 1966-cı ildə Kosmos müqaviləsi və 1979-cu ildə Ay sazişi var, amma bunlar kifayət deyil.
Alimlər bildirir ki, Ay səthində heç bir məhdudiyyət olmadan aparılan araşdırmalar və mədənçilik işləri - qravitasiya dalğaları, qara dəliklərin müşahidəsi və uzaqdakı ulduzlarda həyat axtarışlarına zərər verə bilər.
ℹ️ "Lunar resources" adlı şirkət var. Ayda mədənçiliklə bağlı texnologiyalar, layihələr üzərində işləyirlər. Sloqanları belədir: "Kosmosun geniş miqyaslı sənayeləşməsini asanlaşdırmaq üçün qabaqcıl texnologiyalar yaradırıq"...
✅ İstinad: Reuters, Independent, NASA
✅ Hazırladı: Albert Eynişeydi
➡️ @alberteyniseydi
#Ay #Yer #mədən #mədənçilik #dünya #istismar #milyardlar #texnologiya
🎄Beynəlxalq Kosmik Stansiya Yer kürəsi ətrafında saatda 28 000 km sürətlə hərəkət edirlər. BKS hər 90 dəqiqədə dünya ətrafındakı 1 turunu tamamlayır.
Astronavtlar 24 saatda 16 dəfə Günəşin doğumunu və batmasını görürlər. Dünya əhalisi "Yeni il"ə hazırlaşıb 3, 2, 1 sayarkən, Astronavtlar buna 16 dəfə şahid olurlar.
➡️ @alberteyniseydi
Məhkəmə 2020-ci ildə "Boies Schiller Flexner" hüquq firması tərəfindən toplu formada açılıb. İş - istifadəçilərin "Chrome"da "gizli mod"da belə Google tərəfindən izlənməsi ilə bağlıdır.
Google şirkəti (Alphabet) razılaşmaq yolunu seçib və hazırda 5 milyard dollar ödəməyi qəbul edib. Google tərəfi şəffaf olduğunu bildirir, amma bu qədər böyük məbləği ödəməyi qəbul etməsi artıq onların günahkar olduğunu göstərir.
✅ İstinad: Euronews, BBC
✅ Hazırladı: Albert Eynişeydi
➡️ @alberteyniseydi
#gizlimod #chrome #google #məhkəmə #gizlilik
🔥Günün texnologiya gündəmi - Xiaomi SU7 elektrikli avtomobilidir. Nəhayət, Xiaomi ilk avtomobilini bu gün təqdim etdi.
Avtomobilin 2 versiyası olacaq: SU7 və SU7 Max. Uyğun olaraq tam şarj ilə SU7 668 km, SU7 max 800 km məsafə qət edə biləcək. SU7 Max 2.78 saniyəyə 0-dan 100 km/saat sürəti yığa biləcək.
🔥 SU7 cəmi 5 dəqiqə şarj ilə 220 km məsafə qət edə biləcək. 15 dəqiqəlik şarj ilə bu məsafə 510 km olacaq.
ℹ️ Gələn ilin fevral ayında ilk avtomobillər ilkin olaraq çinli müştərilərə təhvil veriləcək.
➡️ @alberteyniseydi