alberteyniseydi | Unsorted

Telegram-канал alberteyniseydi - Albert Eynişeydi

11095

Reklam üçün əlaqə: @gurbanovjeyhun Qeyd: Qarşılıqlı reklam edilmir. Statistikalar: https://bit.ly/3UZfGV8

Subscribe to a channel

Albert Eynişeydi

📌 Şirkətin belə bir qayda tərtib etmə səbəbi məhdud sayda istehsal olunan avtomobillərin investorlara yox, məhz istifadəçilərə satışını təmin etməkdir.

↪️ @alberteyniseydi

Читать полностью…

Albert Eynişeydi

📌 Adamın adı Zan Whitedır. II Dünya Müharibəsi iştirakçısıdır.

White kişi 36 il əvvəl özü üçün "ROMEO Club" adlı bir cəmiyyət qurub. Həmin qrupdakı dostları ilə bərabər 36 ildir demək olar ki, hər gün McDonald'sda səhər yeməyi yeyir.

Zan White 100 yaşını da burada McDonald'sda qeyd edib. Elkins bölgəsində yaşayan White müsahibədə bildirib ki, vərdişlərini dəyişmək fikri yoxdur.

✅ İstinad: BusinessInsider, WDTV
✅ Hazırladı: Albert Eynişeydi

↪️ @alberteyniseydi

ℹ️ Qeyd: Burada sizin reklamınız ola bilər.

#uzunömürlü #fastfood #ZanWhite #adgünü #100yaş

Читать полностью…

Albert Eynişeydi

⚽️ Klub karyerasında oyun, qol və qol ötürməsi sayı:

🔵Maradona - 598 oyun, 311 qol, 208 qol ötürməsi;
🟢Messi - 889 oyun, 721 qol, 344 qol ötürməsi.

🔵Maradona - Qol/Oyun nisbəti - 0,52;
🟢Messi - Qol/Oyun nisbəti - 0,81 ✅

🔵Maradona - Qol ötürməsi/Oyun nisbəti - 0,34;
🟢Messi - Qol ötürməsi/Oyun nisbəti - 0,38 ✅

⚽️ Milli karyerasında oyun və qol sayı:

🔵Maradona - 91 oyun, 34 qol, 29 qol ötürməsi;
🟢Messi - 180 oyun, 106 qol, 56 qol ötürməsi.

🔵Maradona - Qol/Oyun nisbəti - 0,37;
🟢Messi - Qol/Oyun nisbəti - 0,58 ✅

🔵Maradona - Qol ötürməsi/Oyun nisbəti - 0,31 ✅
🟢Messi - Qol ötürməsi/Oyun nisbəti - 0,31 ✅

🏆 Qazanılan kuboklar:

🔵Maradona - 12 kubok; (1 dünya kuboku)
🟢Messi - 42 kubok ✅. (1 dünya kuboku, 1 Copa America)

⚽️ Bombardirlik:

🔵Maradona - 5 çempionatda;
🟢Messi - 23 çempionatda ✅

ℹ️ Maradonanın vaxtında Ballon D'or ancaq avropalı futbolçulara verildiyi üçün bu bölmədə müqayisə apara bilmirik.

✅ İstinad: TransferMarkt
✅ Hazırladı: Albert Eynişeydi

#futbol #Maradona #messi #GOAT #tarixinənyaxşısı

Читать полностью…

Albert Eynişeydi

📌 Sözügedən hərbi blokada 8 sentyabr 1941-ci ildən 27 yanvar 1944-cü ilə qədər davam edib.

Alman-fin ordusu bu hərbi blokadada 579 min əsgərini itirib. Sovet höküməti tərəfdən isə 532 min əsgər, 1 milyon mülki şəxs bombalama, susuzluq və aclıq səbəbi ilə həyatını itirib. Dəhşətdir...

Müharibədən əvvəl Sovet sənayesinin 11%-i Leninqrad şəhərinin payına düşürdü.

Читать полностью…

Albert Eynişeydi

"BankAmericard" ilk uğurlu modern bank kartı hesab edilir. 1958-ci ildə "Bank of America" tərəfindən Kaliforniyada, Fresno bölgəsində istifadəyə verilib. Bu ərazinin seçilmə səbəbi sakinlərin 45%-nin bankdan istifadə etməsi ilə bağlı idi.

1966-cı ildə bir qrup bank "BankAmericard" ilə rəqabət aparmaq üçün "Master Charge"ı qurdular - indiki "MasterCard"ın atası. 1976-cı ildə bütün "BankAmericard" lisenziya sahibləri "Visa" markası altında birləşdi.

Dünyanın ilk bankomatı isə 1967-ci ildə Birləşmiş Krallıqda "Barclays Bank" tərəfindən istifadəyə verilmişdi.

ℹ️ Azərbaycanda ilk bank kartları 1996-cı ildən sonra istifadəyə verilib.

✅ İstinad: The Telegraph, Banker and Tradesman, Washington Post
✅ Hazırladı: Albert Eynişeydi

📌Qeyd: Burada sizin reklamınız ola bilər.

#bankkartı #bank #ilkkart #amerika

Читать полностью…

Albert Eynişeydi

2015-ci ildə Almaniyanın Hohle Fels bölgəsində bir mağarada tapılan mamont dişləri

Dişlər 37 min il əvvələ aiddir. O dövrün insanları bu dişlərdən ip hazırlamaq üçün istifadə edirmiş.

↪️ @alberteyniseydi

Читать полностью…

Albert Eynişeydi

🌟Misir fironu Tutanxamonun yataqlarından biri

Baş hissəsi qızıl folqa ilə örtülüdür. Ayaq hissələri pişik ayaqları formasındadır.

O dövrdə yastıqdan istifadə etmirdilər.

Читать полностью…

Albert Eynişeydi

"Diderot effekti" yeni bir əmlak, əşya alarkən ehtiyacın olmadığı halda ona uyğun daha çox əmlak, əşya almaq istəyi və bu prosesin zəncirvari olaraq uzanmasıdır.

Məsələn, bir markanın əvvəlcə bir cihazını alırsınız. Sonra həmin markanın digər cihazlarını da almaq istəyirsiniz. Ən sadə nümunə kimi - bir mobil nömrənin eyni zamanda bütün operatorlardakı nömrəsini almaq da buna kiçik bir nümunə sayıla bilər. Uyğunluq axtarırsınız... Hər şeyin sizdə olmasını istəyirsiniz, amma onların bir çoxuna ehtiyacınız yoxdur.

Bu anlayışı 1988-ci ildə Qran MakKrakken tərəfindən icad edilib. MakKraken "diderot effekti"nə məruz qalan insanları "məhsul tamamlayan" kimi də adlandırır. Bir-birinə uyğun məhsulların hamısını alıb kolleksiyanı tamamlamaq kimi başa düşülür...

Markalar sözügedən hisslərdən xəbərdardılar və buna uyğun öz ekosistemlərini yaradıblar. Məsələn, Xiaominin məhsullarına baxın: su kranından tutmuş ağcaqanad qovucu cihaza kimi yüzlərlə məhsulu var. Eləcə də Apple, Samsung, Sony və s. kimi.

"Diderot effekti"nin altında yatan psixoloji səbəblər var. Alıcılar satın aldıqları məhsullarla öz "obrazlarını yaradırlar". Alıcı satın adlığı hər bir məhsulun həmin obraza uyğun olmasına çalışır.

Yəqin effektin adının niyə "Diderot" olması sizə maraqlıdır. Fransız filosof Denis Diderotun adı ilə bağlıdır və çox maraqlı bir tarixçəsi var.

Denis Diderot yoxsulluq və borclarla yaşayan bir adam olub. 1765-ci ildə fransız ədəbiyyatını sevən Rus imperatriçəsi II Yekaterina Diderota böyük miqdarda ödəniş edərək ondan kitabxanasını satın alır. Sonra isə həmin kitabxananı yenidən filosofa qaytarır, hədiyyə edir. Daha sonra isə Diderota 25 illik maaş hesablanır və birdəfəlik ödəniş edilir.

Dünənə qədər acından günorta duran Diderot artıq borclarını bağlayıb və əlində də pulu var. Filosof artıq maddi cəhətdən özünü rahat hiss etdiyi üçün əvvəllər ala bilmədiyi bahalı bir xalatı satın alır (səhər geyinilən). Qırmızı xalatını geyinib iş masasına oturan filosof görür ki, xalatı ilə iş masası bir-birinə uyğun gəlmir. Xalata çox pul verdiyi üçün ona uyğun, ona "yaraşan" bahalı iş masası satın alır. Sonra xalçanın da bu masaya yaraşmadığını düşünüb onu da bahalısı ilə dəyişir. Beləliklə evdəki bütün əşyaları ehtiyacı olmadığı halda dəyişməyə başlayır.

Bu dəyişikliklərdən sonra Diderot evdəki əşyaların yenə bir-biri ilə uyğunsuz olduğunu hiss edir və yenidən borca girmiş olur. Peşmanlıq hiss edir və "Köhnə xalatım üçün peşmanlıq" başlıqlı məqaləsini yazır. Həmin yazıda belə bir ifadə var: "Köhnə xalatımın əfəndisi ikən, yeni xalatımın köləsi oldum..."

✅ İstinad: NessLabs, Forbes, Academic-Accelerator
✅ Hazırladı: Albert Eynişeydi

↪️ @alberteyniseydi

#DiderotEffekti #DenisDiderot #peşmanlıq #satınalma #kolleksiya #əmlak #alıcılıq

Читать полностью…

Albert Eynişeydi

NASA-nın Mars helikopteri "Ingenuity"nin çəkdiyi son görüntü

"Ingenuity" 72-ci (sonuncu) uçuşunda təmir edilməz zədə almışdı. 2021-ci ildən xidmət edirdi.

↪️ @alberteyniseydi

Читать полностью…

Albert Eynişeydi

Ümumdünya evcil heyvan sektoru sürətlə böyüyür. İngiltərə, Almaniya, Fransa kimi Avropa ölkələrində 2020-ci illə nisbətdə evcil heyvan sahibliyi 50% artıb.

Hazırda bu sektor 320 milyard dollarlıq bir bazara sahibdir. 2030-cu ildə 500 milyard dollar olmağı gözlənilir.

↪️ @alberteyniseydi

Читать полностью…

Albert Eynişeydi

📌 Yaponiyanın ən prestijli ədəbiyyat mükafatını qazanan yazıçı Rie Kudan kitabı yazarkən süni intellektdən (ChatGPT) istifadə etdiyini bildirib.

Rie Kudan kitabın təxminən 5%-də ChatGPT tərəfindən yazılan cümlələrdən istifadə etdiyini deyib.

Ç, ç, ç. Ədəbiyyat da "bitdi".

↪️ @alberteyniseydi

Читать полностью…

Albert Eynişeydi

🇺🇸ABŞ-da yeni bir edam növü yoxlanılıb: 1 nəfər Azot qazı ilə öldürüldü.

Cinayətə görə həbs edilən 58 yaşlı Kenneth Smith Alabamadakı bir həbsxanada üz maskası ilə saf azot qazı verilərək edam edilib. Bu metod ilk dəfədir istifadə edilir.

Edam 22 dəqiqə davam edib. İlk bir neçə dəqiqə ərzində məhkumun şüuru açıq olub və ən az 2 dəqiqə titrəyib.

Dəhşətlidir...

↪️ @alberteyniseydi

Читать полностью…

Albert Eynişeydi

1999-cu ildə alimlər bu qədər dərindən buzda bakteriyalar olduğunu tapdılar. Bu cür çətin şəraitdə hansısa orqanizmlərin təkamül keçirirək şəraitə uyğunlaşması ehtimalı ilə bağlı fərziyyələr də mövcuddur.

2005-ci ildə gölün ortasında ada olduğu bilindi. Eyni ildə rus, yapon və alman alimlərinin araşdırması nəticəsində Vostok gölündə 12 mm qabarma və çəkilmə əlamətləri müəyyən edildi.

✅ İstinad: Encyclopædia Britannica, Oxford Academic, Discovery
✅ Hazırladı: Albert Eynişeydi

➡️ @alberteyniseydi

#göl #vostok #vostokgölü #antarktida #rusiya #buz #araşdırma #elm

Читать полностью…

Albert Eynişeydi

📌 Elon Musk Çinin avtomobil şirkətləri ilə bağlı deyib ki,

"Əgər ticari əngəllər qoyulmasa, dünyadakı digər avtomobil şirkətlərinin çoxunu məhv edəcəklər."

➡️ @alberteyniseydi

Читать полностью…

Albert Eynişeydi

📌 Yaponiya Aya "burnu üstə" dəqiq eniş edən kosmik vasitəsinin ilk fotosunu yayımladı.

Читать полностью…

Albert Eynişeydi

1964-cü ildə Türkmənistanda doğulan Oleg Kononenko kosmosda ən çox vaxt keçirən kosmonavt rekordunu qırıb. Hazırda Rusiyanı təmsil edir.

Əvvəlki rekord da rus kosmonavt Gennady Padalkaya məxsus idi - 878 gün 11 saat. 3 gün əvvəl Oleg bu rekordu qırdı. Oleg Konenko 2008-ci ildən etibarən Beynəlxalq Kosmik Stansiyaya 5 dəfə səfər edib. Bu 5 səfərdəki ümumi keçirilən vaxt 878 günü keçdi.

✅ İstinad: EuroNews, AA
✅ Hazırladı: Albert Eynişeydi

↪️ @alberteyniseydi

#kosmos #astronavt #OlegKonenko #kosmonavt #rus #türkmən

Читать полностью…

Albert Eynişeydi

“Mil Mi-26” helikopteri ilk uçuşunu 1977-ci ildə reallaşdırıb (SSRİ). 1983-1985-ci illərdə helikopter daha da təkmilləşdirilib. Hazırda dünyanın 20-ə yaxın ölkəsində həm hərbi, həm də kommersiya məqsədi ilə istifadə edilir.

Boş ağırlığı 28 ton olan “Mil Mi-26” 90 nəfərlik heyəti və 20 tondan çox yükü daşıya bilir. Helikopterin yük daşıma rekordu, eyni zamanda dünya rekordudur - 1983-cü ildə öz ağırlığı ilə birlikdə 56 ton ağırlığı 2 min metr yüksəkliyə qaldıra bilmişdi.

ℹ️ “Mi-26” helikopterinin maksimum sürəti 295 km/saat-dır. Hündürlüyü 8 metr, uzunluğu isə 40 metrdir.

✅ İstinad: Airforce-Technology/com, AirCharterService/com
✅ Hazırladı: Albert Eynişeydi

#mi26 #hərbi #helikopter #ağırlıq #böyük #nəhəng #rekord

Читать полностью…

Albert Eynişeydi

📌 Bu iki əfsanəni müqayisə etmək üçün təbii ki, bir çox amil var. Dövrlər fərqlidir, qaydalar fərqlidir, futboldakı sərtlik fərqlidir, məşq texnologiyaları fərqlidir, ot örtüyü fərqlidir və s.

Amma yenə də əsas statistik göstəriciləri müqayisə edəndə aşağıdakı nəticələri əldə edirik:

Читать полностью…

Albert Eynişeydi

📌Beynimizin əsas inkişafı 5 yaşa qədər davam edir, ümumilikdə isə bu inkişaf 25 yaşa qədər davam edir.

Yeni doğulan bir körpənin beynində həyatının qalan hissəsində lazım olan bütün hüceyrələr mövcud olur. Lakin beyni işlədən əsas şey bu hüceyrələr yox, onlar arasındakı əlaqələrdir. Əlaqələr hərəkət etməyi, düşünməyi, sosiallaşmağı - demək olar ki, hər şeyi təmin edir.

Balaca bir uşağın günlük təcrübələri hansı beyin əlaqələrinin inkişaf edəcəyini və onların ömür boyu işləyəcəyini müəyyən edir. İlk yaşlarımızda öyrəndiklərimiz bütün həyatımız üçün çox önəmli rol oynayır.

✅ İstinad: FirstThingsFirst/org, Dynavit, NCBI
✅ Hazırladı: Albert Eynişeydi

#beyin #insan #inkişaf #hüceyrələr #əlaqələr

Читать полностью…

Albert Eynişeydi

🟣 18-ci əsrə qədər bənövşəyi rəngin əldə edilməsi çox çətin, zəhmətli və bahalı imiş. Bu səbəbdən bənövşəyi rəng, əsasən, krallarda, zəngin insanların geyimlərində və aksesuarlarında istifadə edilirdi.

Tarixdə ilk dəfə finikyalılar dəniz ilbizindən dayanıqlı bənövşəyi rəng əldə ediblər. 28 qram bənövşəyi rəng əldə etmək üçün təxminən 250 min ədəd dəniz ilbizi istifadə edilirmiş... Buna görə də bənövşəyi rəng çox bahalı və xüsusi sayılırdı.

Təsəvvür edin ki, I Elizabetin dövründə bənövşəyi rəng qızıldan baha idi. Yarım kilo bönövşəyi rəng almaq üçün 1,5 kq qızıl ödəməli idiniz.

✅ İstinad: History, ArtsandCollections
✅ Hazırladı: Albert Eynişeydi

#bənövşəyi #rəng #tarix #bahalı #lüks #zənginlik #kral

Читать полностью…

Albert Eynişeydi

Dünyada cəmi 6 ölkənin nüvə reaktoru ilə təmin olunmuş sualtı qayıqlara sahib olduğu bilinir:

🇺🇸 ABŞ - 71 ədəd;
🇷🇺 Rusiya - 33 ədəd;
🇬🇧Birləşmiş Krallıq - 11 ədəd;
🇫🇷 Fransa - 10 ədəd;
🇨🇳 Çin - 3 ədəd;
🇮🇳 Hindistan - 2 ədəd.

➡️ @alberteyniseydi

Читать полностью…

Albert Eynişeydi

🍿 Telegramda izlədiyiniz və tövsiyə etdiyiniz kanalları bu postun şərh hissəsində paylaşa bilərsiniz. (təkcə bu postun)

Читать полностью…

Albert Eynişeydi

📱Tarixin ən çox satılan mobil telefon modelləri:

1. Nokia 1100 - 250 milyon ədəd -2003-cü il;
2. Nokia 1110 - 247,5 milyon ədəd - 2005-ci il;
3. iPhone 6/6 Plus - 222,4 milyon ədəd - 2014-cü il;
4. Nokia 105 series - 200 milyon ədəd - 2013-cü il;
5. Apple iPhone 6s/6s Plus - 174,1 milyon ədəd - 2014-ci il;
6. iPhone 5s - 164,5 milyon ədəd - 2013-cü il;
7. Nokia 3210 - 161 milyon ədəd - 1999-cu il;
8. iPhone 7/7 Plus - 159,9 milyon ədəd - 2016-cı il;
9. iPhone 11/11 Pro/11 Pro Max - 159,2 milyon ədəd - 2019-cu il;
10. iPhone XR/XS/XS Max - 151,1 milyon ədəd - 2018-ci il;
11. Nokia 6600 - 150 milyon ədəd - 2003-cü il;
12. Nokia 1200 - 150 milyon ədəd - 2003-cü il;
13. Nokia 5230 - 150 milyon ədəd - 2007-ci il;
14. Samsung E110 - 150 milyon ədəd - 2009-cu il;
15. iPhone 5 - 146,2 milyon ədəd - 2012-ci il
.
.
.
17. Motorola RAZR V3 - 130 milyon ədəd - 2004-cü il;
.
.
25. Samsung Galaxy S III/ S III Mini - 70 milyon ədəd - 2012-ci il;
.
.
46. Huawei P20/ P20 Pro/ P20 Lite - 32 milyon ədəd - 2018-ci il;
.
.
49. LG KP100 - 30 milyon ədəd - 2008-ci il;
.
52. Xiaomi Redmi Note 8/ Note 8 Pro - 3- milyon ədəd - 2019-cu il;
.
.
69. HTC Thunderbolt - 16 milyon ədəd - 2011-ci il;
.
76. Sony Ericsson K300 (K310) - 15 milyon ədəd - 2004-cü il;
.
.
79. BlackBerry Pearl - 15 milyon ədəd - 2006-cı il;
.
.
97. Oppo A5 - 9,7 milyon ədəd - 2019-cu il.
.
.
100. Xiaomi Redmi 8A - 7.3 milyon ədəd - 2019-cu il.

🔴 Siyahıdakı hansı telefonlardan sizdə olub?

TAM SİYAHI - /channel/c/1573370176/14290

↪️ @alberteyniseydi

Читать полностью…

Albert Eynişeydi

Həmasın Qəzza şəhərinin altında ümumilikdə 360 km uzunluğunda tunelləri olduğu bildirilir.

80 metrə qədər dərinlikdə yerləşən tunellər mövcuddur.

↪️ @alberteyniseydi

Читать полностью…

Albert Eynişeydi

ABŞ-da Gen terapiyası ilə anadangəlmə eşitmə məhdudiyyəti olan 11 yaşlı uşağın eşitmə problemi tam həll edilib.

Gen terapiyası çox bahalıdır. Uşaq ispaniyalı miqrantdır, çox yoxsul bir ailədə böyüyüb. Bu bir tibbi sınaq təcrübəsi imiş. Ailəyə təklif olunub və təklifi qəbul ediblər. Nəticə uğurlu olub.

Uşaq eşidəndən sonra bir müsahibədə deyib ki, "sevmədiyim bir səs yoxdur. Bütün səslər gözəldir."


↪️ @alberteyniseydi

Читать полностью…

Albert Eynişeydi

🔥Corc Vaşinqtonun protezləri

▶️ https://vt.tiktok.com/ZSFJTUJLv/

Читать полностью…

Albert Eynişeydi

📌 Tesla Model Y 2023-cü ildə 1.23 milyon ədəd satılaraq dünyada ilin ən çox satılan avtomobili oldu. Bu da bizə həqiqətən avtomobil sahəsində köklü dəyişikliklər olduğunu təsdiqlədi.

İkinci və üçüncü ən çox satılan avtomobillər:
Toyota RAV4 - 1.07 milyon;
Toyota Corolla 1.01 milyon.

Siyahıda sonrakı yerlərdə Ford F seriyası, Honda CR-V, Toyota Camry, Hyundai Tucson, Chevrolet Silverado kimi avtomobillər dayanıb.

↪️ @alberteyniseydi

Читать полностью…

Albert Eynişeydi

📌Vostok gölü Rusiyanın Antarktidadakı Vostok stansiyasının 4000 metr altında yerləşir. Göl dəniz səviyyəsindən 500 metr aşağıdadır.

Buzun altında şirin su olması fikrini ilk dəfə 19-cu əsrin əvvəllərində rus alimi Pyot Kropotkin irəli sürmüşdü. O, nəhəng buz kütləsinin yaratdığı çox böyük təzyiq ilə buz təbəqəsinin ən aşağı hissələrində - ərimə nöqtəsində buzun maye suya çevrilmə nəzəriyyəsini irəli sürmüşdü.

1970-ci illərin əvvəllərində ERS-1 peykinin yüksək tezlikli massivi Antarktidanın buz örtüyünün mərkəzinə yönləndirildi və buzun altında şirin su olduğu təsdiqləndi.

Vostok gölü çox böyük şirin su kütləsi deməkdir. Gölün səthinin sahəsi 12 500 kvadrat km-dir.

Ardı…

@alberteyniseydi ⬅️

Читать полностью…

Albert Eynişeydi

📌 Dünyanın ən böyük aysberqi "A23a" hərəkət etməyə başlayıb. Bəs siz nə vaxt tərpənirsiniz?

➡️ @alberteyniseydi

Читать полностью…

Albert Eynişeydi

📌Bu möhtəşəm heykəlin müəllifi italyan heykəltəraş Lorenzo Quinndir.

Heykəldəki qadın "təbiət ana"nı, kürə isə dünyanı ifadə edir. Təbiət ana dünyanı öz ətrafında fırladır, sürüyür...

Müəllif heykəl haqqında bunları deyib: "Taylandın sahillərini və cənub əyalətlərini dağıtmış qasırğanı gördükdən sonra "təbiət ana"ya həsr olunmuş bir heykəl hazırlamağa qərar verdim.

➡️ @alberteyniseydi

Читать полностью…
Subscribe to a channel