📌 62 yaşlı Şri-Lankalı Kanistus dayı əməliyyata girərkən Ginnesin Rekordlar Kitabına düşəcəyindən xəbərsiz idi.
Həkimlər Kanistus Konqlenin böyrəyindən 801 qramlıq böyrək daşı çıxartdılar. Bu, indiyə qədər görülmüş ən böyük böyrək daşı idi. Qreypfrut qədər böyük olan böyrək daşı 13.37 sm uzunluğundadır.
Konistus kişinin böyrək daşının səbəbini müharibə illərində onun xidmətdə üzləşdiyi təmiz içməli su problemi ilə əlaqələndirirlər.
✅ İstinad: Sunday Observer, GuinnesRecords, DailyMail
✅ Hazırladı: @alberteyniseydi
#böyrək #rekord #şrilanka #böyrəkdaşı #əməliyyat #tibb
📌 Bəzən bir söz dilinizin ucunda olur, amma nə etsəniz də, xatırlaya bilmirsiniz. Amma xatırlamaq üçün bir yol var.
Çünki yumruğunuzu sıxdıqda təxminən 90 saniyə sonra həmin əlinizin əks tərəfində olan bəzi beyin hissələrində aktivləşmə başlayır. Eyni üsul digər yumruq və digər beyin hissələri ilə də mümkündür.
Sol yumruğu sıxmaq yaddaşınızda olan bəzi şeyləri xatırlamaq üçün faydalı olur. Sağ yumruğu sıxmaq isə öyrənmə, qavrama prosesini daha effektiv etmək üçün faydalıdır.
✅ İstinad: The Atlantic, HealthDay
✅ Hazırladı: @alberteyniseydi
#beyin #yumruq #xatırlamaq #solbeyin #sağbeyin
📌 1942-ci ildə Hindistanın Uttarakhand əyalətində 5020 metr hündürlükdə tapılmış bu buzlaq gölünün ətrafında tapılan skeletlərə görə onu "Skelet gölü" adlandırırlar. Gölün diametri 40 metrə, dərinliyi 3 metrə çatır. Çox kiçik göldür, amma ətrafında 800-ə yaxın insan skeleti, sümükləri tapılıb...
Skeletlərlərin analizi zamanı burada 3 fərqli qrupdan insanların öldüyü müəyyən edilib. Bəzi skeletlərin başında yaralanma izləri var. Həmin qrupun qar fırtınası səbəbilə öldüyü təxmin edilir. 3 qrupu bir-birindən ayıran əsas məsələ isə zamandır və etnik mənsubiyyətdir. 2 qrup skeletlər 200 il əvvələ aiddir. Amma digər bir qrup skeletlər 1150 il əvvələ aiddir.
Qruplardan biri Cənub-Şərqi Asiya soyundan gəlir. Digər bir qrup isə Cənub Asiya, 3-cü qrup isə Şərqi Aralıq dənizi və xüsusilə, Yunanıstan və Krit soyundandır.
"Skelet gölü"ndəki skeletlər barədə müxtəlif əfsanələr var, amma heç biri dəqiq deyil: Hind kralı və onun köməkçilərinin qar fırtınasında ölməsi, Tibetə hücum edən əsgərlərin ölməsi və s. kimi.
Belə bir hündürlükdə kiçik bir gölün ətrafında fərqli zamanlara və etnik qruplara aid niyə bu qədər çox cəsəd var?!
"Skelet gölü" öz sirrini və hekayəsini gizli saxlamağa davam edir. Əraziyə gələn turistlər də sümükləri əkişdirdiyi üçün görünür ki, bu sirr hələ çox davam edəcək.
✅ İstinad: BBC, ISBA8, NLM
✅ Hazırladı: @alberteyniseydi
#hinidstan #Roopkund #skeletgölü #skelet #göl #buzlaqgölü
Bəli, gülməkdən ölmək mümkün imiş.
Bu nümunələrdən biri 1975-ci ildə İngiltərədə Aleks Mitçel adlı bir adamın başına gəlib. O, "The Goodies" serialının "Kung Fu Kapers" seriyasını izləyərkən milli geyimdəki şotlandın döyüş səhnəsinə təxminən 25 dəqiqə gülmüşdü. Fasiləsiz uzunmüddətli gülüş Aleksin infarkt keçirməsinə və yerindəcə ölməsinə səbəb olur.
Aleksin həyat yoldaşı daha sonra "The Goodies" serialına məktub yazaraq yoldaşının bu formada xoşbəxt ölməsinə səbəb olduqları üçün onlara təşəkkür etmişdi.
2012-ci ildə məlum olmuşdu ki, Aleksin ölümü QT sindormu ilə bağlıdır - yəni, "Ürək ritminin pozulması".
ℹ️ Həmin serialın həmin səhnəsini tapıb izlədim. 50 il keçdiyi üçün təbii ki, gülməli gəlmədi.
✅ İstinad: The Telegraph, BBC
✅ Hazırladı: @alberteyniseydi
#gülmək #gülüş #ölmək #komediya #serial #ingiltərə #QTsindromu
📌 Bunun səbəbi qazların çox güclü eşitmə və görmə bacarığı ilə hadisələrə daha tez reaksiya verməsidir.
Çinin, xüsusilə, Sincan bölgəsində polis bölmələrində gecə baş verə biləcək hər hansı hadisədən tez xəbərdar olmaq üçün qazlardan istifadə edilir. Bir sözlə - qazlar növbədə durur. 😅
✅ İstinad: NatGeo, USA Today
✅ Hazırladı: Albert Eynişeydi
#almaniya #hindistan #çin #abş #iqtisadiyyat #dünya
📌 Nvidia-nın bazar dəyəri Google-un bazar dəyərini geridə qoydu - 1,83 trilyon dollar.
Nvidia-nı irəli daşıyan şey süni intellekt yönümlü çiplərin istehsalıdır.
🟠 Kiçik, orta, böyük - fərqi yoxdur biznesi olanların diqqətinə... 📢
UBank Biznes mobil tətbiqi ilə smartfonunuzu POS-terminala çevirin, qoşulma haqqı və komissiyalar olmadan ödənişləri rahat-rahat qəbul edin.
ℹ️ Xidmətin adı "UPOS"dur.
🔗 Tətbiqi yükləmək üçün: https://business.ubank.az
📌 Elmi adı "Psychotria elata" olan və el arasında "İsti Dodaqlar" kimi tanınan bu bitkiyə Meksika, Kosta Rika, Ekvador, Panama və Kolumbiyada rast gəlinir.
"Psychotria elata" yerli xalqlar tərəfindən əsrlərdir ki, tibbi məqsədlərlə istifadə edilir. Həmin bitki qulaq ağrıları, öskürək, dəri xəstəlikləri, nəfəs darlığı, ilan sancması və digər fiziki problemlərin müalicəsi üçün istifadə olunur.
Yerli icmaların mərasimlərində bu bitkidən "uyuşmaq" məqsədi ilə də istifadə edilir (n*rkotik vasitələrin verdiyi təsir kimi).
✅ İstinad: WCSP, Zane’s World, Journal of Ethnopharmacology
✅ Hazırladı: @alberteyniseydi
#gül #bitki #dodaq #təbiət #ilan #tibb #təbabət #dərman
📌 Kimdənsə borc istəyəndə min cür bəhanə eşidirsən. Elə salamatı kredit götürməkdir, amma sərfəlisindən.
Unibank-da 1000 AZN kredit götürüb gündə - 1.23 AZN ödəyirsən;
3000 AZN kredit götürüb gündə - 3.63 AZN ödəyirsən;
5000 AZN kredit götürüb gündə - 6.03 AZN ödəyirsən;
10 000 AZN kredit götürüb gündə - 12.06 AZN ödəyirsən;
➡️ Sifariş üçün: https://unbk.az/KreditAl
2023-cü ildə dünyada ən çox satılan smartfonlar bəlli olub. Bazar yenə Apple və Samsung-un əlindədir.
1) iPhone 14 Pro Max – 34 milyon ədəd;
2) iPhone 15 Pro Max – 33 milyon ədəd;
3) iPhone 14 – 29 milyon ədəd;
4) iPhone 14 Pro - 29 milyon ədəd;
5) iPhone 13 – 23 milyon ədəd;
6) Samsung Galaxy A14 4G – 21 milyon ədəd;
7) iPhone 15 Pro – 21 milyon ədəd;
8 ) Samsung Galaxy A54 5G – 20 milyon ədəd;
9) Samsung Galaxy A14 5G – 19 milyon ədəd;
10) iPhone 15 – 17 milyon ədəd.
↪️ @alberteyniseydi
Ümumilikdə 2023-cü ildə Apple 234 milyon, Samsung 226 milyon, Xiaomi isə 145 milyon ədəd smartfon satıb.
📌 "Vilenna xəzinəsi" adlanan bu xəzinədə 2 əşya var ki, onların hazırlanmasında istifadə edilən metal fərqlidir.
"C" formalı bilərzik və boş kürə... Hər iki əşyada "meteorik dəmir"ə bənzər dəmir-nikel ərintisindən istifadə edilib. Kürənin üzərində qızıl qat da var. Araşdırmaçılar bu əşyalardakı metalın 1 milyon il əvvəl dünyaya düşən meteoritdəki dəmirlə bənzər xüsusiyyətlər daşıdığını bildirib.
✅ İstinad: Independent, Live Science
✅ Hazırladı: Albert Eynişeydi
↪️ @alberteyniseydi
#Vilenna #xəzinə #dünya #yadplanet #meteorit #metal #dəmir #meteorikdəmir
🔷 Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən bu qərar verilib və bir neçə oyunda könüllü formada test edilməsi planlanıb.
Mavi kart hakimə etiraz edən, hakimi aldatmağa çalışan futbolçulara veriləcək. Mavi kart alan futbolçu 10 dəqiqəlik meydandan kənarda qalacaq. 2 mavi kart alan futbolçu qırmızı kart alaraq oyunu tərk edəcək.
ℹ️ Qeyd: UEFA bu qaydaya müsbət baxmır. FIFA isə gələn sezon əsas çempionatlarda mavi kartın olacağı ilə bağlı xəbərləri təkzib edib. Ancaq könüllü bu qaydaya razı olan turnirlərdə test edilə biləcəyi bildirilir.
✅ İstinad: Telegraph, NTVSport, GOAL
✅ Hazırladı: Albert Eynişeydi
↪️ @alberteyniseydi
#futbol #idman #mavikart #kart #qayda #yeniqayda
🧠Elon Muskın beyin çipi təcrübəsi ilə bağlı yeni açıqlaması:
“Proses yaxşı gedir. Xəstə tamamilə sağalmış görünür. Xəstə düşünərək "mouse"un kursorunu hərəkət etdirə bilir."
Qeyd edək ki, Neuralink şirkəti insan üzərindəki ilk təcrübəsini 29 yanvarda həyata keçirmişdi. Hazırda prosesin yaxşı getdiyini bildirirlər.
➡️ @alberteyniseydi
Honor markası təkcə gözlərimizlə baxaraq avtomobili hərəkət etdirə biləcəyimiz bir sistemi təqdim edib.
Smartfonun ekranında "avtomobili işə sal" hissəsini bir müddət baxanda avtomobil işə düşür. "Dayandır" hissəsinə baxanda dayandırır. "Geri ver", "irəli sür" kimi hissələrə baxanda geri-irəli hərəkət edir.
Bəlkə də bu ideyanı inkişaf etdirib gələcəkdə əlilliyi olan insanlar üçün və ya iflic olan insanlar üçün avtomobil idarə etmə sistemləri hazırlamaq olacaq.
Videoda istifadə edilən smartfon - Honor Magic 6 Pro
➡️ @alberteyniseydi
📚 Dünyada ev tapşırıqlarına ən çox vaxt sərf edən tələbələr olan ölkələr bunlardır:
📌 Həftəlik/saat:
Çin - 13.8 saat;
Rusiya - 9.7 saat;
Sinqapur - 9.4 saat;
Qazaxıstan - 8.8 saat;
İtaliya - 8.7 saat;
İrlandiya - 7.3 saat;
Romaniya - 7.3 saat;
Estoniya - 6.9 saat;
Litva - 6.7 saat;
Polşa - 6.6 saat.
ℹ️ Sözügedən ökələrdəki tələbələrin bu qədər çox dərs oxumasına baxmayaraq bu ölkələrdən heç biri ən yaxşı təhsil sisteminə sahib olan 10 ölkə arasında yoxdur...
✅ Hazırladı: @alberteyniseydi
📌 Məqsəd ölən şəxsin xatirəsini yad etmək və yas mərasiminə daha çox insan cəlb etməkdir. Çünki düşünürlər ki, yasda çox insan iştirak edəndə mərhumu digər tərəfə daha yaxşı yola salırlar.
Adətin necə yarandığı bilinmir, amma təxminən 1800-cü illərdən bəri keçirildiyi bilinir. Çinin bəzi yerlərində də bu adət keçirilməyə başlanılıb və Çin hökuməti həmin adəti qadağan edib.
Tayvanın bəzi bölgələrindəki sözügedən yas mərasimlərində qızlar oynayır, mahnılar oxuyur, bəzən də soyunurlar... Bu perfomansa görə onlara təxminən 2000 yuan ödəniş edilir. Tayvanda belə fəaliyyət göstərən qruplar var.
Nə demək olar ki? Adətdir də...
✅ İstinad: BBC News, WSJ
✅ Hazırladı: @alberteyniseydi
#Tayvan #çin #adət #ənənə #yas #yasmerasimi #rəqs
Google Ceo-su Sundar Pichai eyni anda 20-dən çox fərqli smartfon işlətdiyini bildirib.
Niyə? 😅
Deyib Google məhsullarının fərqli smartfonlarda necə işlədiyinə baxıram.
Bu, CEO işi deyil axı.
📌 İzlədiyiniz bu görüntü real deyil. Open AI şirkətinin yeni süni intellekt modeli SORA tərəfindən yaradılıb.
SORA - mətni həm realistik videoya, həm də animasiyaya çevirən yeni texnologiyadır.
Bununla film də çəkmək olar. Sözün həqiqi mənasında artıq bir çox insanın işsiz qalacağı bir yenilikdir. İllərini verib 3D proqramlar öyrənirsən və süni intellekt sənin 1 həftədə hazırladığın işdən daha qəşəngini 1 dəqiqəyə düzəldir.
Təbii ki, bu, yeni peşə və işlərin də yaranması deməkdir. İndidən istifadə etmək, öyrənmək lazımdır. Etiraz etmək heç nəyi dəyişməyəcək.
📌Almaniya, BƏƏ, Səudiyyə Ərəbistanı və Avstraliyada magistral yolların bəzi hissələrində hər-hansı bir rəsmi sürət həddi yoxdur.
Читать полностью…❤️ Yaponiyada 14 fevral "Sevgililər Günü" dünyanın digər yerlərindən çox fərqli qeyd edilir. Burada ancaq qadınlar kişilərə hədiyyə alır və hədiyyə mütləq şokolad, şirniyyat olur. Əsas məsələ də həmin hədiyyə şokoladlarını hazır almaq yox, evdə hazırlamaq vacibdir.
🇯🇵 Yaponiyada qadınlar təkcə sevgililərinə yox, başqa yaxşı münasibətdə olduqları kişilərə də hədiyyə verirlər.
ℹ️ Keçən əsrin əvvəllərindən Yaponiyada şokolad istehsalçıları "Sevgililər Günü"nün iqtisadi potensialını gördülər və ürək formasında şokoladlar istehsal etməyə başladılar. Çünki ürək formasındakı şokoladlar qadınların öz hisslərini ifadə etməsinin bir yolu idi (kokuhaku adlanır). Şirkətlər bu mövzunu önə çəkdilər, reklamları bu hisslərin üzərində qurdular.
✅ İstinad: JapanRailPRess, LiveJapan
✅ Hazırladı: @alberteyniseydi
Qeyd: Burada sizin reklamınız ola bilərdi.
#sevgi #sevgililərgünü #yaponiya #qadınlar #kişilər #şokolad
🌍 Hazırda dünyanın ən böyük iqtisadiyyata sahib 10 ölkəsi:
1. 🇺🇸ABŞ - ÜDM - 27974 milyard $;
2. 🇨🇳Çin - ÜDM - 18566 milyard $;
3. 🇩🇪Almaniya - ÜDM - 4730 milyard $;
4. 🇯🇵Yaponiya - ÜDM - 4291 milyard $;
5. 🇮🇳Hindistan - ÜDM - 4112 milyard $;
6. 🇬🇧Birləşmiş Krallıq - ÜDM - 3592 milyard $;
7. 🇫🇷Fransa - ÜDM - 3182 milyard $;
8. 🇮🇹İtaliya - ÜDM - 2280 milyard $;
9. 🇧🇷Braziliya - ÜDM - 2272 milyard $;
10. 🇨🇦Kanada - ÜDM - 2242 milyard $;
✅ İstinad: Forbes
↪️ @alberteyniseydi
#almaniya #hindistan #çin #abş #iqtisadiyyat #dünya
📌 Xiaomi-nin ilk avtomobili "SU7"-nin iç dizaynı paylaşılıb.
Bu qədər çox fiziki düyməsinin olacağını düşünmürdüm.
📌 5 vaqondan ibarət qatarın baş vaqonu 34 ton, qoşma vaqonları 29 ton ağırlığındadır.
ℹ️ Bakı metropoliteni bir gündə təxminən 600 min sərnişin daşıyır.
📌 Möhtəşəm, dəbli və əlçatan. HONOR X8b smartfonu sizi necə təəccübləndirəcək?:
HONOR X8b, HONOR-un yenilənmiş smartfonlar seriyasının daha bir nümayəndəsidir. Bu cür cihazların əsas məqsədi müştərilərə aşağı qiymətə və qabaqcıl xüsusiyyətlərə malik telefonlar təklif etməkdir. Bu üzərindən adlayıb keçilməsi asan olan zərif bir həssas hüduddur. Amma HONOR hər dəfə uğur qazanır. HONOR X8b buna nail ola bildi? Həm də necə!
Dəbdəbəli görünüş
HONOR X8b-nin üç rəngi vardır, lakin onlardan birini daha nəzərə çarpan adlandırmaq olar. Zümrüd yaşıl rəngdə olan smartfonun örtüyü perforasiya naxışı ilə bəzədilmiş hamar eko-dəridən hazırlanıb. Bu variant təkcə əla görünmür, həm də həm də praktikliyi ilə seçilir, belə ki, səth həmişə təmiz qalır. Klassikanı sevənlər üçün də variantlar var - gümüşü və qara HONOR X8b. Onlarda əsas diqqət arxa hissədəki kameranın zərif dizaynına yönəlib.
Qabaqcıl ekran
Biz artıq yaxşı ekranlara öyrəşmişik. Belə ki, burada yeni bir şeylə seçilmək artıq çətin olardı. Lakin HONOR bacardı. Yeni smartfonun matrisi 3240 Hz yüksək PWM tezliyi ilə xarakterizə olunur, bunun sayəsində ekran titrəmir və müvafiq olaraq gözləri yormur. Bundan əlavə, smartfondakı texniki təchizat mavi işığın mənfi təsirlərini azaldır. Gözləriniz markanın görmə qabiliyyətinizə göstərdiyi qayğıya görə mütləq “təşəkkür” edəcəkdir.
Bundan əlavə, HONOR X8b ekranı zədələrə yüksək davamlılığı ilə seçilir. Matris özü, əlbəttə ki, ən yüksək müasir standartlara cavab verir. Buraya 6,7 düymlük böyük diaqonal, 2412x1080 piksel yüksək təsvir ölçüsü və bir milyarddan çox rəng göstərmək imkanı və hətta günəşli gün üçün böyük parlaqlıq təchizatı və bu qiymət kateqoriyası üçün nadir olan ən incə çərçivələr daxildir. HONOR X8b ekranı heyrətamiz bir şeydir, sanki bir neçə dəfə baha telefondan əldə edilmişdir.
Aydın şəkillər
HONOR yaxşı kameraya qənaət etməmişdir və HONOR X8b-də 108 MP sensor quraşdırmışdır. Fotoşəkillər gecə çəkilişləri zamanı dəqiq rəng ötürməsi və əla keyfiyyətlə maksimum ətraflı işlənmişdir. Təcrübə etmək istəyirsinizsə, makro kamera və daxili dərinlik sensoru olan geniş bucaqlı sensordan istifadə etməyə çalışın
Mükəmməl güc və bol yaddaş
Prosessor kimi Snapdragon 680-dan istifadə edin. Bu, oyunlar üçün, interfeysin rahat işləməsi, videolara baxmaq və fotoşəkilləri tez emal etmək üçün kifayət qədər imkanlara malik sürətli səkkiz nüvəli çipdir. Bundan əlavə, HONOR RAM Turbo yaddaşın genişləndirilməsi texnologiyası RAM həcmini iki dəfə - 16 GB-a qədər artırmağa imkan verir. Bunun sayəsində onlarla proqram fon rejimində qala bilər. Yəni demək olar ki, həmişə bütün vacib proqramlara anında giriş əldə edirsiniz.
Ağıllı sistem
HONOR X8b MagicOS 7.2 əməliyyat sisteminin yeni versiyasında işləyir. O yüksək teztəsirli olması və digər HONOR cihazları ilə qüsursuz qarşılıqlı əlaqəsinə görə seçilir. Beləliklə, siz dərhal faylları ötürə və ya smartfon ekranınızı noutbukunuzda əks etdirə bilərsiniz. İnterfeys dizaynında Magic Capsule peyda olmuşdur. Bu funksiya ön kamera ilə kəsiklə səliqəli şəkildə yerləşdirilmiş açılan pəncərədə proqramlardan gələn bildirişləri dinamik şəkildə göstərir.
***
Qeyd: HONOR X8b artıq satışdadır. Siz “İrşad”, “Baku Electronics”, “Soliton”, “Elit Optimal”, “Umico” və “Music Galler” partnyor mağazalarından iki konfiqurasiyada, yaddaş tutumu 8 GB/128 GB olan modeli 449,99 AZN-ə və 8 GB/256 GB modelini 549,99 AZN-ə əldə edə bilərsiniz.
Bolqarıstanda bu ənənəni "Kalaidzhi" ailələri həyata keçirir. Qızları "qaçırılmasın" deyə onlar, əsasən, qızlarını 8-ci sinifdən çıxardıb bu bazarda nümayiş etdirərək müəyyən bir pul qarşılığında satırlar.
16-20 yaşlı qızların satıldığı "Gəlin bazarı" həm də "qaraçı gəlin bazarı" adlanır. Qızların gözəlliyinə görə qiymətləri 7 min dollar ilə 20 min dollar arasında dəyişir. Nəzərdə tutulan “evlilik” sözü simvolikdir. Çünki həmin qızı alan oğlan bəzən bir neçə gün sonra gəlib başqa bir qızı da alır... Dəhşətdir...
Kalaidzhi qadınlarından evlilik zamanı mütləq bakirə olması tələb edilir. Bolqarıstanda kalaidzhilərin sayı 18 mindən çoxdur.
✅ İstinad: NY Times, NDTV
✅ Hazırladı: Albert Eynişeydi
↪️ @alberteyniseydi
Qeyd: Bu post qadınları alçaltmaq və ya hər hansı bir pis niyyət daşımır, sadəcə məlumatdır.
#qadınbazari #qizlar #gelinbazari #qaraçı #qaracilar #Bolqaristan #bazar #adet #enene