Nyu-Yorkun mərkəzində, Manhettendə avtomobili saxlamaq üçün parklanma yerlərinin qiyməti çox bahadır. Mərkəzdə 1 saatlıq yerlər 15-60$ arasında dəyişir. Ən kənar yerlərdə isə qiymət 3-6$-dır.
Nyu-York şəhərinin əhalisi 8 milyondur. Manhettenin ərazisi 51.9 kvadrat km, əhalisi - 1.6 milyon nəfərdir. Manhetten bölgəsində aylıq orta maaş 6600 dollardır.
↪️ @alberteyniseydi
💰Endirimli Udemy kursu - Peşəkar Meta Reklamları (Facebook, Instagram, Messenger, WhatsApp, Audience Network), Biznes Menecer və Meta texnologiyaları tədrisi Azərbaycan dilində! 🇦🇿
🎓📈 20 Beynəlxalq Sertifikasiya və 5 illik global təcrübə ilə! 🌍💼
🔗 https://cutt.ly/Vw1C37FQ
🇵🇱Polşa Səfirliyində viza görüşü almaq, xüsusilə təhsil və daha yaxşı yaşayış ümidi ilə Polşaya getmək istəyən Azərbaycan vətəndaşları üçün həddindən artıq çətinləşib.
🇦🇿Səbəb isə səfirlikdə görüş üçün yerlər açılan kimi işbaz insanların girib yerləri tutması və həmin yerləri insanlara minimum 100-150 manata satmasıdır. Məhz bu səbəbdən bu kanal yaradıldı ki, Polşa səfirliyində görüş günləri açılan kimi yerlərin açıq olması ilə bağlı bildiriş birbaşa olaraq sizə, yəni kanala gəlsin.
✅ Məqsəd insanların öz haqqı olanı pulsuz almaqla yanaşı, işbaz insanların bundan faydalanmasının qarşısını almaqdır.
📌Kanala qoşularaq dəstək ola və əlavə olaraq Polşaya getmək, orada yaşamaq, qiymətlər və digər mövzular haqqında detallı məlumatlar tapa bilərsiniz.
Kanalın linki; /channel/polandvisaazerbaijanЧитать полностью…
Malayziya təyyarəsinin sirli formada itməsinin üstündən 10 il keçir (8 mart 2014/MH370). Çox yaxın tarix kimi gəlir adama, amma nə tez keçdi 10 il? 🤦🏻♂️
Читать полностью…Fransız brendi Coperni havadan hazırlanmış çanta təqdim edib.
Air Swipe adlı çanta 99% hava və 1% şüşədən ibarətdir. Onun çəkisi 33 qramdır.
Model NASA-nın ulduz tozunu tutmaq üçün istifadə etdiyi silisium aerogelindən istifadə etməklə hazırlanıb.
@postadam
Dünyada fiziki olaraq pul artıq çox az işlənir. Azərbaycan da bu tendensiyaya qoşulmağa başlayır. Cibimiz üçün faydalı kampaniyalar kart istifadəsinə motivasiya edir. Hazırda aşağıdakı kampaniya aktivdir, istifadə edə bilərsiniz.
📢 ABB-də yenilik var - Fayda Max!
Fayda Max ilə artıq kredit ödənişlərinə görə də 15%-dək keşbek qazanmaq olacaq.
📌 Bu, qısaca nə deməkdir? ABB kartınızı nə qədər aktiv istifadə edəcəksinizsə, o qədər çox qazanacaqsınız.
📌 Digər üstünlüklər:
Bütün ABB kartlarına “2x ƏDV geri al”;
İstənilən bank kartına 30 000 AZN komissiyasız pul köçürmə;
Ekstra “Faydalı keşbek”...
➡️ Daha çox fayda üçün: https://bit.ly/3P6F7Te
📌 Autizmli olmaq necə hissdir?
İllərdir danışa bilməyən və ağır autizmli hesab edilən Carly Fleischmann bunun necə bir hiss olduğunu açıqlayıb.
Bir kompüter ilə tanış olandan sonra özünü yazaraq ifadə etməyə başlayan Carly autizmlə bağlı bunları bildirib:
"Beyinlərimiz fərqli formada işləyir. Eyni anda bir çox səsi eşidib dərk edə bilirik. Bir insana baxanda sanki üzünün mindən çox fotosunu çəkirəm. Bu səbəbdən insanlara baxmaqda çətinlik çəkirik."
Məsələn, biz hansısa restoranda dostumuzla görüşəndə, onun söhbətini dinləyib kənar səslərin bir çoxunu beynimizdə bloklayıb dostumuza fokuslanırıq, onu eşidirik. Autizmli insanlar isə həmin restorandakı bütün səsləri - digər masalardakı söhbətləri, qab-qacaq səslərini, mətbəxdəki səsləri, hətta çöldəki səsləri də eşidə bilir. Bu çox yorucu görünür...
➡️ @alberteyniseydi
🔥 Elon Musk əsas məqsədlərinə xəyanət etdiyi üçün OpenAI şirkətinin qurucularını məhkəməyə verib. (ChatGPT-nin aid olduğu şirkəti)
Elon qısaca deyir ki, OpenAI şirkəti kommersiya məqsədləri daşımadan açılıb, amma hazırda müqavilədəki bu bəndi pozaraq kommersiya məqsədi daşıyır.
O, sözügedən məhkəmə işini pul qazanmaq məqsədi ilə yox, OpenAI şirkətini əvvəlki halına qaytarmaq üçün açdığını bildirir.
Elon Musk OpenAI şirkətinin süni intellektlə bağlı təhlükəli bir kəşf etmiş ola biləcəyi ilə bağlı narahat olduğunu qeyd edir.
➡️ @alberteyniseydi
🇨🇳 Dünyanın ən dərin metrostansiyası Hongyancun stansiyası 2022-ci ildə açılıb. Ən dərin nöqtəsi yer səthindən 116 metr aşağıda yerləşir.
ℹ️ Hongyancun bu göstərici ilə Ukraynanın Arsenalna stansiyasını geridə qoyur (105.5 metr)
Bizdə ən dərin stansiya "Xətai"dir. Dərinliyi qeyd edilməyib.
➡️ Video: https://vt.tiktok.com/ZSFSMGHqW/
#metro #metrostansiya #əndərin #dərin #çin #hongyancun
📌 Altsheymer xəstəliyi adətən 65 yaşdan sonra başlayır, amma Çində bir gəncə 19 yaşında altsheymer diaqnozu qoyulub. Bu oğlan indiyə qədər qeyd edilmiş altsheymer xəstəliyi olan ən gənc insandır.
Oğlan əvvəlcə 17 yaşında bir gün əvvəlki hadisələri unutmağa və tez-tez əşyalarını qarışdırmağa, dərsləri öyrənməkdə çətinlik çəkməyə başlayıb. Hazırda isə 30 dəqiqə əvvəlki hadisələri çətinliklə xatırlaya bilir.
Pekindəki Tibb Universitetinin tədqiqatçıları genom üzrə apardıqları araşdırmada oğlanın yaddaş itkisinin erkən başlamasına səbəb olan heç bir mutasiya və ya hər hansı şübhəli gen tapa bilməyiblər.
Mütəxəssislər bildirir ki, gənclərdə altsheymer xəstəliyinin səbəblərini kəşf etmək gələcəyin ən çətin elmi suallarından birinə çevrilə bilər...
📌 Ən çox təmir edilmiş 20 smartfon modeli:
1. iPhone 4;
3. iPhone 6;
5. iPhone 5;
7. iPhone 4s;
9. iPhone 5s;
11. iPhone 3G;
13. iPhone 3GS;
15. iPhone 6s;
17. iPhone 7;
19. iPhone X;
21. iPhone 6 Plus;
23. iPhone 5C;
25. iPhone 2G;
26. Samsung Galaxy S III;
27. Samsung Galaxy S5;
28. iPhone 7 plus;
29. Samsung Galaxy S4;
30. iPhone 8;
31. iPhone SE (I gen);
32. Samsung Galaxy S6;
Təbii ki, bu statistika iPhone modellərinin çox satılması ilə də bağlıdır. Çünki indiyə qədər ən çox satılan 10 telefon modelindən (smartfon yox, telefon) 6-sı iPhone modelidir.
ℹ️ 2023-cü ildə ən çox satılan smartfonlar - Apple 234 milyon, Samsung 226 milyon, Xiaomi 145 milyon.
✅ İstinad: Electronics Hub, PhoneArena
✅ Hazırladı: ↪️ @alberteyniseydi
Qeyd: Burada sizin reklamınız ola bilər. Məsələn, texnoloji mağazalar, servislər və s.
#telefon #smartfon #iphone #ayfon #təmir #texnologiya #samsung
🔥 Barmaq izini kopyalayan yeni hack metodu tapılıb:
"PrintListener" adlanan bu yeni metodda smartfonun mikrofonu barmağın ekranda sürüşərkən çıxardığı akustik siqnalları qeyd edir və bu səslər vasitəsilə barmaq izini kopyalaya bilir.
Sözügedən metod biometrik təhlükəsizlik sistemlərinə olan güvəni dərindən sarsıldacaq.
➡️ @alberteyniseydi
Nigeriya, Mavritaniya, Uqanda, Sudan, Tunis, Burkina Faso, Əlcəzair və Kenya kimi Afrika ölkələrinin bəzi yerlərində belə bir adət var - "Leblouh".
Burada köklük, böyük bədən zənginlik göstəricisi sayıldığı üçün həmin qızların varlı biri ilə evlənmək şansları digərlərindən daha çox olur. Ona görə də yaşlı qadınlar, analar 5-19 yaş arası qızları məcburi formada çox yedizdirərək kökəltməyə çalışırlar.
Məsələn, 6 yaşlı bir uşağa gündə 20 litr dəvə südü, 2 stəkan kərə yağı ilə qarışdırılmış 2 kilo darı yedizdirilir. 20 litri görəndə mən də şoka düşdüm... Məqsəd onları 100-150 kq çəkiyə çatdırmaqdır. Uşaqlar yemədikdə şiddətə məruz qalırlar, cəzalandırılırlar.
Əsas da Mavritaniyada bu adət çox geniş tətbiq edilir.
✅ İstinad: WUNEN, NLM, BBC
✅ Hazırladı: @alberteyniseydi
#kökəlmək #piy #adət #leblouh #dünya #afrika #aclıq #evlilik #varlı #qizlar #qadınolmaq
📌 ABŞ-nin Boston şəhərində ən pis əsərlərin nümayiş etdirildiyi "Pis İncəsənət Muzeyi" var.
1994-cü ildə Skot Vyilson və Mariya Cekson tərəfindən qurulub. Muzeydə 600-dən çox əsər var. Sənət eyni zamanda çirkin, gülməli və qəribə şeyləri də özündə birləşdirir. Gülmək üçün qəşəng yerdir, yolunuz düşsə, gedin.
↪️ @alberteyniseydi
🌎 Hazırda dünyada 2668 milyarder var. Bu şəxslərin böyük çoxluğu texnologiya ilə bağlı sahələr üzrə milyarder olublar. Digər iki kateqoriya sağlamlıq və maliyyədir.
📌Ən çox milyarderin yaşadığı 10 ölkə:
1. ABŞ: 735 milyarder;
2. Çin: 607 milyarder;
3. Hindistan: 167 milyarder;
4. Almaniya: 134 milyarder;
5. Rusiya: 83 milyarder;
6. Honq Konq: 67 milyarder;
7. Kanada: 64 milyarder;
8. Braziliya: 62 milyarder;
9. İtaliya: 52 milyarder;
10. Tayvan: 51 milyarder.
Son 1 ildə milyarderlərin sərvəti 18% artıb. Milyarderlərin sayı ötən il ən çox Hindistanda, əksinə azalma isə Rusiyadadır.
✅ İstinad: Bloomberg, Forbes
✅ Hazırladı: Albert Eynişeydi
➡️ @alberteyniseydi
#milyarder #varlı #hindistan #dünya #çin #abş #texnologiya
Duz batareyaları gələcəyin texnologiyası ola bilər. Natrium-İon batareyaları bildiyimiz Litium-İon batareyalarından daha ucuz başa gələcək.
Layihə bu həftə təqdim edilib (NaKlaR) və artıq milyonlarla avro fon toplanılıb. Araşdırmalar tezliklə başlanacaq. Tədqiqatçılar bildirirlər ki, layihə uğurlu olarsa, yeni texnologiya ilə bəzi elektrikli avtomobillərdə litium-ion batareyalarını əvəz etməyə başlamaq olar.
Elektrikli avtomobil bazarının inkişafı ilə yeni batareya texnologiyalarına çox ehtiyac var. Başqa bir yenilik də su batareyaları ilə bağlıdır.
↪️ @alberteyniseydi
1985-ci ildə 30 min ton nərə balığı ovlanıb. Tətbiq edilən qadağalar və nəzarət ilə 10 il sonra - 1995-ci ildə 5600 ton nərə balığı ovlanıb. Bu qadağa və qaydalara baxmayaraq nərə balığının sayı ildən-ilə azalır. Ona görə də artıq daha çox süni yetişdirilməyə başlanılıb.
Nərə balığı təxminən son 40 ildə 30 dəfəyə qədər azalıb. Onların kəskin azalmasının əsas səbəbləri həddindən artıq ovlanması, dənizin çirkləndirilməsi və çaylarda bəndlərin qurulmasıdır.
ℹ️ Ən pik dövründə Xəzər dənizi dünya nərə balığı istehlakının 80%-ni təmin edib.
✅ İstinad: SeaFoodSource/com, Fao/org, Eco/gov/az, Iwlearn/net
✅ Hazırladı: Albert Eynişeydi
↪️ @alberteyniseydi
#nərə #balıq #nərəbalığı #dəniz #Xəzər
📌 Bu balığın latınca adı "Cirrhilabrus finifenmaa"dır. Fərqli yaşlarda fərqli rənglərdə olur. Maraqlı bir məqam da odur ki, bu balıqların hamısı, əslində, dişi doğulurlar. Daha sonra erkəyə çevrilirlər. Cinsiyyətlərini dəyişdirəndə də rəngləri dəyişir.
Maldivlərin ətrafında, Hind okeanın dərinliklərində yaşayırlar. Cütləşmə dövründə erkək balıqlar dişiləri cəlb etmək üçün belə rəngarəng və möhtəşəm görünürlər.
1983-cü ildə John Ernest tərəfindən kəşf edilib. Qeyd edim ki, okeanların cəmi 5%-i kəşf edilib. Bilmədiyimiz çox daha maraqlı canlılar və təbiət hadisələri ola bilər.
➡️ @alberteyniseydi
📌 Bu ilin sonunda təqdim ediləcək və 2025-ci ildə satışa çıxarılacaq yeni Tesla Roadster avtomobili ilə bağlı dəhşət bir iddia var:
0-dan 100 km/saat sürətə cəmi 1 saniyədə çatmaq...
Avtomobilin qiymətinin 200 min dollardan baha olacağı bildirilir.
"Araz Supermarket" Norvuz bayramı ilə əlaqədar müsabiqə elan edir.
Oyun formatında olan müsabiqədə həm də əylənərək qazana bilərsiniz.
Şərtlər belədir:
• "Arazsupermarket" instagram səhifəsində yerləşdirilən “Endirimli Novruz” oyununa daxil olub oynayırsınız,
• Profilinizdə oyun nəticəsinin ekran görüntüsünü post kimi paylaşıb #EndirimliNovruz heştəqini əlavə edirsiniz;
• "Araz"ın rəsmi "Instagram" səhifəsini izləyirsiniz;- Ən vacibi isə bu müddətdə şəxsi profilinizin hər kəsə açıq edirsiniz.
Oyunu paylaşan iştirakçılar arasından təsadüfi yolla seçilən 3 nəfər “Araz” Müştəri kartına 50 AZN dəyərində məbləğ qazanacaq.
Oynamaq üçün klik edin
🌎 2013-cü ildə dünyada cəmi 7 kriptovalyuta var idi. İndi isə 20 mindən çox kriptovalyuta mövcuddur. Hazırda kriptovalyutaların ümumi dəyəri 2 trilyon dollardan çoxdur.
@Postadam telegram kanalı kripto dünyası ilə bağlı yenilikləri paylaşır, terminləri öyrədir və maraqlı faktlar paylaşır. Bu mövzuda yeniliklərdən xəbər tutmaqla yanaşı kanal sizə hədiyyə qazanmaq şansı da verir. Şərtlər sadədir:
🎁@Postadam telegram kanalını izləyərək və kanalın ilk postuna reaksiya əlavə edərək 10$-lıq Near (coin) qazanmaq şansı əldə edə bilərsiniz. (ilk postda maraqlı oyun var)
📌 Şəffaf ekranlı Lenovo laptop təqdim edildi.
Mənasız görünür 😅 Amma bu bir konseptdir. Bununla Lenovo həm də nələr edə biləcəyini göstərir.
📌 Motorolanın ağıllı saata çevrilə bilən smartfonu
2 gün əvvəl "MWC 2024"də təqdim edilib. Qəribə konseptdir. 😅 İstifadə edərsiniz?
➡️ @alberteyniseydi
✉️ 9 sentyabr 1914-cü ildə əsgər Thomas Hughes cəbhəyə gedərkən qayıqda həyat yoldaşına qısa bir məktub yazdı və onu şüşəyə qoyaraq dənizə atdı (La-Manş).
Həmin şüşə 85 il sonra 1999-cu ildə balıqçı Steve Gowan tərəfindən tapıldı və Thomas Hughesin 86 yaşlı qızı Emiliyə çatdırıldı...
📌 Məktubda bunlar yazılmışdı:
"Bəy və ya xanım, 1914-cü ilin sentyabr ayının 9-cu günündə cəbhəyə gedən zavallı bir ingilis əsgərinin məktubunun çatdıra bilərsinizmi?
İmza - Əsgər T.Hughes, İkinci Durham Piyada, Üçüncü Ordu Korpusunun Ekspedisiya Qüvvələri"
📌 Thomas məktubun ikinci hissəsində həyat yoldaşına bunları yazmışdı:
"Əziz həyat yoldaşım, bu məktubu qayıqda yazıram və sənə çatıb çatmayacağını görmək üçün dənizə atıram.
Əgər məktubum sənə çatarsa, bu zərfin sağ tərəfində "çatdı" yazılan hissəni imzala. Məktubun çatma tarixini və saatını yaz, onu yaxşıca qoru...
Hələlik şirinim, görüşənədək. Sənin ərin."
Bu məktub heç vaxt Thomasın həyat yoldaşına çatmadı, lakin qızına çatdı. Thomas həmin məktubu yazdıqdan 2 gün sonra savaşda həyatını itirmişdi...
✅ İstinad: SeattleTimes, Business Insider, Independent
✅ Hazırladı: @alberteyniseydi
#məktub #müharibə #savaş #tarix #mesaj #dəniz #şüşə #keçmiş
📌 Mercedes-Benz 2030-cu ildən sonra ancaq elektrikli avtomobil istehsal etmək planını ləğv etdi.
Səbəb: Şirkətin elektrikli avtomobil satışları gözlənildiyi qədər yaxşı getmir. Buna görə də bir neçə il əvvəlki gələcək plan ləğv edilib. 2030-cu ildən sonra Mercedes-Benzin istehsal etdiyi maşınların yarısı elektrikli olacaq.
➡️ @alberteyniseydi