"Azərbaycan Hava Yolları"-nın təyyarəsi Qarabağ torpağında!
⠀
Böyük qürur hissi ilə bu videonu sizinlə paylaşırıq. 👇
https://youtu.be/CikMH_MfKdU
✈️🇦🇿 Tarixi hadisə: AZAL-ın "QARABAĞ" təyyarəsi Füzuli hava limanına endi
⠀
Bu gün Füzuli beynəlxalq hava limanında əlamətdar hadisə baş verib. Hava limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan "Azərbaycan Hava Yolları" na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra etmişdir.
⠀
Simvolik məqam ondan ibarətdir ki, həmin təyyarə "QARABAĞ" adını daşıyır (AZAL-ın donanmasında olan təyyarələr Azərbaycanın rayon və şəhərlərinin şərəfinə adlandırılmışdır).
⠀
Bundan əlavə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də bu gün Füzuli hava limanına eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılmışdır.
⠀
Sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil etmişdir.
Dostlar, biz Rusiyaya səyahət etməzdən əvvəl yükləmək üçün lazım olan "Путешествие без COVID-19" mobil əlavəsi haqqında artıq danışmışıq.
Bu tələb sentyabrın 1-dən qüvvəyə minib və bizə şəxsi mesajlarımıza, həmçinin çağrı mərkəzimizə çoxlu sayda suallar daxil olur. Nərminlə birlikdə yeni videoda beş ən aktual sualı toplayıb cavablandırdıq.
👇
https://youtu.be/hA9_vNysEKQ
AZANS "Maverick Awards 2021" beynəlxalq mükafatının münsiflər heyətinə seçildi 👍
"Azərbaycan Hava Yolları" QSC-nin nəzdində fəaliyyət göstərən "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) "Maverick Awards 2021" beynəlxalq mükafatının münsiflər heyətinə seçildi. CANSO beynəlxalq aeronaviqasiya təminatı provayderləri təşkilatı tərəfindən təsis edilən bu mükafat aeronaviqasiya sahəsində əldə edildiyi uğurlara görə təqdim olunur.
"Maverick Awards 2021" beynəlxalq mükafatı CANSO aeronaviqasiya sahəsində mühüm nailiyyətlərə, uğurlara, innovasiyalara, habelə aeronaviqasiya və hava hərəkətinin təşkili (HHT) sahəsində dayanıqlı inkişafa görə təqdim edilir.
Daha ətraflı ➡️ www.azal.az/az/article/641
🇷🇺✈️RUSİYAYA SƏYAHƏT EDƏN SƏRNİŞİNLƏRİN NƏZƏRİNƏ!
⠀
Azərbaycandan Rusiyaya uçub gedən şəxslər üçün yeni giriş qaydaları qüvvəyə minir.
⠀
Cari ilin 1 sentyabr tarixindən Azərbaycandan Rusiyaya yerinə yetirilən bütün reyslərdə yeni giriş qaydaları qüvvəyə minir.
⠀
Belə ki, həmin reyslərlə səyahət edən bütün sərnişinlər smartfonlarına «Путешествую без COVID-19» mobil tətbiqini yükləməlidirlər. Tətbiqə pasportun skan olunmuş surətini, habelə COVID-19 üçün PCR testinin nəticəsini yükləmək lazımdır.
⠀
Bu qayda Rusiya vətəndaşlarına və tranzit sərnişinlərə mütləq deyil.
Uçuşdan öncə test verə biləcəyiniz klinikaların siyahısı isə saytımızda tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-russia
⠀
Ətraflı olaraq videomuzda tanış ola bilərsiniz 👇
https://youtu.be/w0MZmlmAJrg
⚠️🇦🇪 Bakıdan Dubaya yola düşən sərnişinlərin nəzərinə!
⠀
BƏƏ-yə yola düşən Azərbaycan və digər xarici ölkələrinin vətəndaşları, uçuşdan əvvəl 72 saat ərzində alınmış PCR test arayışını təqdim etməklə yanaşı, Dubaya gəliş zamanı daha bir koronavirus testindən keçməli olacaqlar. Sözügedən test BƏƏ səlahiyyətliləri tərəfindən pulsuz olaraq həyata keçirilir.
✈️ 🇦🇿 Bu il regionun əsas naviqasiya təşkilatı - "AZANS"ın 25 ili tamam olur.
⠀
Bu gün "Azəraeronaviqasiya" peşəkar və yüksək ixtisaslı kadrlara malikdir və hər gün Azərbaycanın hava məkanı üzərindən uçuş yerinə yetirən 150 min reysə xidməti göstərir.
👉 https://youtu.be/FEDNnwzEc7k
🇦🇿✈️ Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın Beynəlxalq Hava Limanının təməlini qoyublar.
⠀
Tədbirdə çıxış edən Prezident İlham Əliyev dedi:
⠀
"Bu gün azad edilmiş torpaqlarda böyük infrastruktur obyektinin təməli qoyulur. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilir. Bu hava limanının tikintisi mənim tərəfimdən bir müddət əvvəl elan edilmişdir. Demişdim ki, azad edilmiş torpaqlarda üç beynəlxalq hava limanı tikiləcək. Artıq Füzulidə və Zəngilanda bu işlərə start verildi. Füzuli Beynəlxalq Hava Limanı bu ilin sonuna, ya da gələn ilin əvvəlinə istismara tam hazır olacaq.
⠀
Ətraflı: 👉 https://az.trend.az/azerbaijan/politics/3470416.html
ℹ️ Antalya-Bakı marşrutu üzrə reysin yerinə yetirilməsinə hazırlaşan "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Airbus A320 təyyarəsi texniki səbəblərdən dayanacağa qayıdıb.
Sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək.
Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcək.
✈️ Uçuşdan əvvəl IATA Travel Pass tətbiqini yükləyin və COVİD-19 testinə güzəşt əldə edin!
⠀
IATA Travel Pass rəqəmsal səyahət proqramının sınağında iştirak edən “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətlərinin sərnişinləri yola düşməzdən əvvəl COVİD-19 testindən keçmək üçün güzəşt əldə edəcəklər.
⠀
IATA Travel Pass, Apple iOS və Android bazasında olan smartfonlarda quraşdırılmış və sərnişinlərin koronavirus infeksiyası üçün test nəticələrini, gələcəkdə peyvəndləmə barədə məlumatlarını yükləyə biləcəyi tətbiqdir. Tətbiq, uçuşqabağı rəsmiyyətləri sürətləndirməyə və vaxtınıza qənaət etməyə imkan verir.
Daha ətraflı: 👇
https://www.azal.az/az/information/iata-travel-pass
Güclü turbulentliyə düşən AZAL pilotlarına təşəkkür elan edilib 👨✈️👏
⠀
Çərşənbə günü, avqustun 11-də “Azərbaycan Hava Yolları” rəhbərliyi 10 min metrdən çox yüksəklikdə güclü turbulentlik zonasında təyyarənin idarə edilməsi zamanı peşəkar məharət göstərən aviaşirkət pilotları ilə görüş keçirib.
⠀
Xatırladaq ki, avqustun 7-də İstanbuldan Bakıya hərəkət edən “Azərbaycan Hava Yolları” aviaşirkətinin Airbus A320 təyyarəsi Türkiyə səmasında güclü turbulentlik zonasına düşüb.
⠀
AZAL-ın prezidenti Cahangir Əsgərov güclü turbulentlik zamanı bacarıqlı hərəkətlərinə görə pilotlar Emin Babayevə, Elşən Sadıqbəyliyə və Məhəmməd Əliəsgərova təşəkkürünü bildirib və onlara qiymətli hədiyyələr təqdim edib.
⠀
"Pilotlar təyyarəni güclü turbulentlik zonasından çıxararaq vəziyyəti nəzarətə götürmüş və ştat rejimində uçuşu davam etdirmişlər", - deyə Cahangir Əsgərov qeyd edib.
ℹ️ "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin məlumatı
⠀
“Azərbaycan Hava Yolları”nın İstanbuldan Bakıya yola düşən (J2-176 reysi) A320 təyyarəsi Türkiyə səmasında güclü hava boşluğu zonasına düşüb.
⠀
Təyyarə yerli vaxt ilə saat 19:45-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib. Uçuş zamanı sərnişinlərdən heç biri xəsarət almayıb.
⠀
Aviaşirkət yaranmış narahatlığa görə sözügedən reysin sərnişinlərinə öz üzrxahlığını bildirir.
⠀
Qeyd edək ki, uçuş zamanı turbulentlik normal haldır və hava gəmiləri üçün təhlükə törətmir.
⠀
Belə təbii hadisə zamanı ciddi xəsarət almamaq üçün AZAL aviaşirkəti sərnişinlərə uçuş boyu kəmərləri bağlı saxlamağı, təşvişə düşməməyi və ekipajın tələblərinə əməl etməyi tövsiyə edir.
⚠️ AZAL sərnişinləri sərnişindaşıma qaydaları ilə diqqətlə tanış olmağa çağırır.
AZAL sərnişinləri hava nəqliyyatı ilə sərnişin daşımalarının müvəqqəti qaydaları barədə məlumatla və qaydalara edilən dəyişikliklərlə diqqətlə tanış olmağa çağırır.
Daşıma qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus pandemiyası (COVID-19) dövründə Azərbaycanda hava nəqliyyatı ilə uçuşların və sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalar” haqqında sənədində təqdim olunur.
Məhdudlaşdırıcı tədbirlər şəraitində uçuşu əminliklə planlaşdırmaq üçün bütün sərnişinlərə səfərdən əvvəl təyinat ölkəsinə daxil olma qaydaları və tələblərini ətraflı öyrənmək tövsiyə olunur. Koronavirus infeksiyasının yayılması səbəbindən yaranan vəziyyətlə əlaqədar bir çox ölkələrdə səyahətçilər üçün karantin məhdudiyyətlərinin tətbiqi davam edir.
Azərbaycana gələn sərnişinlər ölkəyə giriş qaydaları ilə aviaşirkətin rəsmi saytında tanış ola bilərlər: https://www.azal.az/az/information/covid-azerbaijan
Xaricdən ölkəyə qayıtdıqda, uçuşdan əvvəl 72 saat ərzində keçirilmiş PCR testinin nəticələri, sərnişində COVID-19 pasportunun (COVID-19-dan tam peyvənd olunduğunu və ya COVID-19-dan sağaldıqdan sonra immunitetin mövcudluğunu təsdiq edən sənəd) olub-olmamasından asılı olmayaraq, tələb olunur. 1 yaşa qədər uşaqlar üçün COVID-19 üçün PCR testinin mənfi nəticəsini təsdiq edən sənəd tələb olunmur.
AZAL həmçinin bütün sərnişinlərə pandemiya ilə əlaqədar tətbiq olunan bütün rəsmiləşdirmə prosedurlarından əvvəlcədən keçmələri üçün uçuşdan üç saat əvvəl hava limanına gəlmələrini tövsiyə edir.
⚠️ 01 avqust 2021-ci il tarixində Bakı-Moskva və Moskva-Bakı marşrutu üzrə səyahət edən J2181 və J2182 reysinin sərnişinlərinin nəzərinə.
⠀
AZAL aviaşirkətinin Bakı-Moskva reysinin uçuş saatı texniki səbəblərə görə dəyişdirilir. J2181 reysinin dəyişdirilmiş uçuş vaxtı - saat 17:40, Moskvaya gəliş - yerli vaxt ilə saat 19:50.
⠀
Moskva-Bakı marşrutu üzrə yola düşən J2182 reysinin sərnişinlərindən Moskvadan uçuşun yerli vaxtla 21:45-ə keçirildiyini nəzərə almaları xahiş olunur. Təyyarə 2 avqust saat 01:45-də Bakıya enəcək.
⠀
Sərnişinlərdən Bakıdan Moskvaya və geriyə uçuşların dəyişilmiş vaxtını nəzərə almalarını bir daha xahiş edirik.
⠀
Yaranan narahatlığa görə üzr istəyirik. Anlayışınız üçün təşəkkür edirik!
⠀
⚠️ Вниманию пассажиров рейсов J2-181 и J2-182, вылетающих 1 августа по маршруту Баку-Москва и Москва-Баку.
⠀
Вылет рейса из Баку в Москву авиакомпании AZAL переносится по техническим причинам. Измененное время вылета рейса J2-181 - 17.40, прибытие в Москву - 19.50, время местное.
⠀
Пассажиров рейса J2-182 по направлению Москва-Баку также просим принять к сведению, что вылет из Москвы перенесен на 21.45 по местному времени. В Баку самолет приземлится в 01.45 второго августа.
⠀
Убедительно просим пассажиров учесть измененное время вылетов рейсов из Баку в Москву и обратно.
⠀
Приносим свои извинения за доставленные неудобства. Мы ценим ваше понимание!
🇦🇿 ✈️ Bu gün tarixi bir gün yaşadıq!
⠀
Füzuli Beynəlxalq Hava Limanında sınaq uçuşları çərçivəsində AZAL və milli yük aviadaşıyıcısı "Silk Way" aviaşirkətinin təyyarələri eniş etdilər.
⠀
Bu əlamətdar hadisənin fotolarını sizinlə paylaşırıq.
⠀
Vətənimizə və millətimizə xeyirli olsun! 👍
Daha çox foto Facebook səhifəmizdə: https://www.facebook.com/AzerbaijanAirlines/posts/4378137872278430
ℹ️ Sentyabrın 6-dan etibarən daha 13 ölkənin vətəndaşları Azərbaycana gələ biləcək.
Qərara əsasən, sentyabrın 6-dan hava nəqliyyatı vasitəsilə Çin, Estoniya, Finlandiya, Fransa, Honq-Konq (ÇXR), Xorvatiya, İslandiya, İtaliya, Latviya, Litva, Malayziya, Səudiyyə Ərəbistanı Krallığı və Yaponiya vətəndaşlarına, həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə Azərbaycana giriş-çıxış üçün icazə verilir.
Hörmətli sərnişinlər, xatırladırıq ki, bu gündən etibarən Rusiya səyahət edən sərnişinlər uçuşdan öncə "Путешествую без COVID-19" mobil əlavəsini yükləməlidir.
⠀
Mobil əlavədən istifadə qaydaları ilə ətraflı olaraq bu videoda tanış ola bilərsiniz
⠀👇
https://youtu.be/w0MZmlmAJrg
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanış olublar ✈️🇦🇿
Ətrafll: ⤵️
https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_ve_birinci_xanim_Mehriban_Aliyeva_Fuzuli_Beynelxalq_Hava_Limaninda_gorulen_islerle_tanis_olublar_YENILANACAK-1863585
✈️ 🇦🇿 Füzulidə vakansiya var!
⠀
Qarabağda ilk hava limanının açılışı ərəfəsində Füzuli əsilli vətəndaşlar Azərbaycanın mülki aviasiyası kimi maraqlı və məsuliyyətli sahədə karyeraya başlamağa dəvət olunurlar.
⠀
Beləliklə, “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsində, eləcə də Füzuli beynəlxalq hava limanının aerodrom və aerovağzal xidmətləri üçün işçi heyətin işə qəbuluna başlanmışdır.
⠀
İxtisas seçimi müsabiqə əsasında aparılacaq.
⠀
Vakansiyaların siyahısı ilə saytımızda tanış ola bilərsiniz:
👉 https://www.azal.az/az/article/639
✈️🇦🇿 “Füzuli” Beynəlxalq hava limanında radiotexniki vasitələrin hazırlığı yoxlanılır.
⠀
20-25 avqust tarixlərində “Füzuli” Beynəlxalq hava limanınında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir.
⠀
Yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcəkdir.
⠀
Qeyd edək ki, AFIS (Aero Flight Inspection System) – hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir tam avtomatik uçuş nəzarət sistemidir.
⠀
Əvvələr digər hava limanlarında bu unikal testin necə aparılması ilə videoçarxda
keçid vasitəsilə https://youtu.be/jhIyEj2RwIs tanış ola bilərsiniz.
⚠️🇷🇺 2021-ci ilin sentyabrın 1-dən Rusiya istiqamətində səyahət planlaşdıran sərnişinlərin nəzərinə!
⠀
Azərbaycan vətəndaşlarına Rusiyaya giriş qaydalarında edilən dəyişikliklərlə əlaqədar olaraq, nəzərə almağınızı xahiş edirik ki, sentyabrın 1-dən etibarən yalnız "Путешествую без COVID-19" mobil tətbiqini yükləyən sərnişinlər reysə buraxılacaq.
⠀
Bundan əlavə, yalnız əvvəlcədən təsdiq edilmiş klinikalarda və ya laboratoriyalarda koronavirus infeksiyasına dair PCR-testdən keçmək lazımdır. Test məlumatları, qeydiyyat masasında, eləcə də Rusiyaya gəliş zamanı sərhəd məntəqələrində göstərəcəyiniz mobil tətbiqdə QR kodu şəklində saxlanılacaq.
⠀
Klinikaların tam siyahısı təsdiqləndikdən sonra yaxın vaxtlarda aviaşirkətin saytında, eləcə də sosial şəbəkələrimizdə yayımlanacaq.
✈️ «AZANS – hava hərəkətinin təhlükəsizliyinin təminatçısıdır» - Cahangir Əsgərovun müsahibəsi.
⠀
“Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) aparıcı mütəxəssisləri ölkəmizin hava məkanında hər bir uçuşun təhlükəsiz yerinə yetirilməsinin təminatçılarından biridir. Bu il AZANS-ın 25 yaşı tamam olur.
⠀
Əsrin dörddə bir müddəti ərzində ciddi yol keçilib: 1996-cı ildə müəssisə yaradılaraq, işçilərin yenidən hazırlanması və peşə ixtisasının artırılması, aeronaviqasiya və müasir innovativ texnologiyalar sahəsində beynəlxalq standartların tətbiqi yolu ilə formalaşıb və müasir standartlara uyğunlaşdırılıb.
⠀
AZAL-ın prezidenti Cahangir Əsgərov AZANS-ın təşəkkülü, baş verən dəyişikliklər, inkişaf perspektivləri, həyata keçirilən layihələr, gözəl təsir bağışlayan gələcək planlar, həmçinin azad edilmiş Qarabağın hava məkanında aeronaviqasiya xidmətinin bərpası prosesi barədə danışıb.
⠀
Müsahibəni saytımızda oxuya bilərsiniz: 👇 https://www.azal.az/az/article/637
✈️ AZAL reyslərində IATA Travel Pass tətbiqinin sınaqdan keçirilməsi müddəti uzadıldı
⠀
Pandemiya dövründə səyahəti asanlaşdırmağa imkan verən IATA Travel Pass mobil tətbiqinin sınaq müddəti 20 sentyabr 2021-ci ilə qədər uzadılır.
⠀
Smartfonlarda quraşdırılmış və sərnişinin sağlamlığı haqqında uçuş üçün lazım olan bütün məlumatları ehtiva edən rəqəmsal IATA Travel Pass, uçuşqabağı rəsmiyyətləri asanlaşdırır.
⠀
AZAL və "Buta Airways" reyslərində IATA Travel Pass tətbiqin sınaqdan keçirilməsində iştirak edən AZAL Miles bonus proqramının hər bir iştirakçısına əlavə 250 bonus mil hesablanacaq.
⠀
Bundan əlavə, Bakıdan yola düşən sərnişinlər, Travel Pass proqramına qoşulmuş klinikalarda və laboratoriyalarda PCR test müayinəsinə güzəst əldə edəcəklər.
⠀
Tətbiqin istifadəsinə dair ətraflı təlimat və dəvət kodu ilə aviaşirkətin saytında aşağıdakı linkdən keçid edərək tanış olmaq mümkündür: https://www.azal.az/az/information/iata-travel-pass
⠀✈️🇦🇪 AZAL-Miles proqramının iştirakçıları üçün Dubay istiqamətində yerinə yetirilən reyslərdə xüsusi aksiya!
⠀
"Azərbaycan Hava Yolları" Bakı-Dubay-Bakı marşrutu üzrə həyata keçirilən xüsusi reyslərdə yeni aksiya elan edir.
⠀
Belə ki, 30 sentyabr 2021-ci il tarixinə qədər bu istiqamət üzrə reyslərə aviabiletin alınması zamanı "AZAL-Miles" proqramının bütün iştirakçılarına 20% daha çox bonus mili hesablanacaq.
⠀
Əlavə olaraq, bonus millərə dəyişdirilərkən mükafatlandirici aviabiletin dəyəri 20% güzəşt tətbiq olunur.
⠀
Kampaniya həm biznes, həm də ekonom sinifdə səyahət edən sərnişinlərə şamil edilir.
⠀
Qeyd edək ki, aksiya çərçivəsində yerlərin sayı məhduddur.
⠀
Bu uçuşlara aviabiletləri www.azal.az rəsmi internet saytından, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.
🇦🇿 Gəncədəki beynəlxalq hava limanına yeni IATA kodu təyin edilib.
⠀
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) Azərbaycanın milli aviadaşıyıcısının təşəbbüsü ilə Gəncə şəhərindəki beynəlxalq hava limanının üçhərfli kodunun dəyişdirilməsi haqqında qərar qəbul edib.
⠀
Ümumdünya mülki aviasiyasının miqyasını nəzərə alaraq, hava limanının beynəlxalq kodunun dəyişdirilməsi uzun müddət davam edən, kifayət qədər mürəkkəb prosesdir.
⠀
Hava limanlarının üçhərfli kodları daimi əsaslarla verilir və qısa müddət ərzində dəyişdirilə bilməz.
⠀
Bütün hüquqi prosedurlar yerinə yetirildikdən sonra, IATA-nın 763 nömrəli Qətnaməsinə uyğun olaraq, Azərbaycanın ikinci ən böyük hava limanının yeni kodu Gəncə şəhərinin adı ilə bağlı olub “GNJ” adlandırılacaq. Hava limanının əvvəlki kodu – “KVD” köhnə toponimlə - Kirovabad adı ilə bağlı idi. Şəhər 1935-ci ildən 1989-cu ilədək belə adlanırdı.
⠀
Ətraflı: 👇
https://www.azal.az/az/article/635
✈️ 🇮🇱 İki İsrail aviaşirkəti Bakıya uçuşlar həyata keçirəcək
⠀
“Arkia Airlines” və “Israir Airlines” İsrail aviaşirkətləri tərəfindən Təl-Əviv – Bakı – Təl-Əviv istiqamətlərində hava daşımalarının həyata keçirilməsi məqsədilə Azərbaycanın Milli aviadaşıyıcısı (AZAL) Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargahdan lazımi icazə almışdır.
⠀
Beləliklə, “Arkia Airlines” aviaşirkəti tərəfindən avqustun 15-dən etibarən həftədə iki dəfə - cümə axşamı və bazar günləri Təl-Əviv şəhərindən Heydər Əliyev Beynəlxalq Aeroportuna və geri istiqamətdə uçuşların həyata keçirilməsi üçün lazımi icazə verilmişdir.
⠀
Eyni marşrut üzrə “Israir Airlines” aviaşirkəti tərəfindən avqustun 15-dən etibarən həftədə iki dəfə - bazar ertəsi və cümə günləri uçuşların həyata keçirilməsinə icazə verilmişdir. Avqustun 18-dən etibarən aviadaşıyıcının uçuş cədvəlinə həftənin çərşənbə günləri daha bir reys əlavə olunacaq.
🇦🇿 ✈️ Azərbaycana gələn sərnişinlərin nəzərinə.
⠀
Bu gündən etibarən daha 20 ölkənin vətəndaşları, PCR-testindən əlavə, COVID-pasportunu (18 yaşdan yuxarı şəxslər üçün) təqdim etməklə, Azərbaycana qonaq və turist kimi gələ bilərlər.
⠀
Veb saytımızda Azərbaycana giriş qaydaları ilə bağlı tez-tez verilən sualların cavablarını topladıq: https://www.azal.az/az/offer/575
ℹ️ "Azərbaycan Hava Yolları QSC"-nin Mətbuat Xidmətinin məlumatı.
⠀
Bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən Bakı-Naxçıvan istiqamətində uçuş zamanı Zəngəzur üzərindəki hava məkanından istifadə olunması barədə yanlış məlumat yayılıb.
⠀
“Azərbaycan Hava Yolları” rəsmi olaraq məlumat verir ki, Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil və aviaşirkətlər tərəfindən istifadə olunmur.
⠀
AZAL kütləvi informasiya vasitələrini təsdiqlənməmiş informasiyaya etibar etməməyə və yalnız rəsmi mənbələrə müraciət etməyə çağırır.
⠀
“Azərbaycan Hava Yolları” bu təxribatçı hərəkətlərin, yəni qəsdən yalan məlumatların yayılmasının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır.
İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi məqsədilə keçirilmiş "Yüksəliş" dövlət müsabiqəsinin qaliblərindən biri də "Azərbaycan Hava Yolları"nın əməkdaşı Kamil Alıyev olub 👏
⠀
Müsabiqə necə keçirilmişdir və Kamilə uğur qazandıran nə oldu? Bu haqda o bizimlə özü paylaşdı.
👇
https://youtu.be/KFXUCCdw5Iw