azvakaz | Unsorted

Telegram-канал azvakaz - AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

48828

Azərbaycanda vakansiyalar, iş elanları Ödənişli iş elanı yayımı üçün: @AzVak_elan ya elan@azvak.az Əlaqə: 051 343 73 07 AzVak kanalı elanların məzmununa, həmçinin işaxtaran və işəgötürən arasında danışıqlara və razılaşmalara görə məsuliyyət daşımır.

Subscribe to a channel

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

GECƏ NÖVBƏSİ ÜÇÜN ANBARA FƏHLƏ TƏLƏB OLUNUR

İşəgötürən: “Dinçer və Carçıoglu”MMC

İş yeri: Maştağa. Müayinə mərkəzinin yanı

Vəzifə öhdəlikləri:

-Terminal ilə anbara daxil olan məhsulların maşınlara yüklənilməsi;
-Verilən digər tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi.
Əsas tələblər:
-Yaş həddi: 28-40;
-Fiziki sağlam.

İş barədə məlumat:

Iş vaxtı:17:00-03:00,
İstirahət günləri: şənbə-bazar
Nahar şirkət tərəfindən verilir;
Əmək haqqı: 600 manat
İşə qəbul: rəsmi iş yeri;

Müraciət etmək istəyən namizədlər qeyd olunan medine.ismayilova@dinchercarchioglu.az / Cv@dinchercarchioglu.az e-mail adreslərinə "Anbarda fəhlə (gecə növbəsi)" qeyd edib işlə bağlı yaza bilərlər

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

6 VƏZİFƏ ÜZRƏ İŞÇİLƏR AXTARILIR

İşəgötürən: A+CO OJSC

VƏZİFƏLƏR:

1. Hüquq üzrə təcrübəçi
2. Planlama üzrə təcrübəçi
3. Satış təmsilçisi
4. Kassir
5. Sürücü ekspeditor
6. Fəhlə

Sizə uyğun vəzifənin adını qeyd edib CV-nizi hr@aplusco.az email ünvanına göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SÜRÜCÜ KÖMƏKÇİSİ tələb olunur

İşəgötürən – ”Mazarina Trade Company”

Şəhər- Bakı

-Yaş həddi: - 18 – 38 yaş
-Təhsil- Orta
BC sürücülük vəsiqəsi üstünlükdür.

Əmək haqqı: -500 manat

– ARƏM-sinə müvafiq rəsmiləşdirmə
- Nahar verilmir

İş saatı: Həftə içi 8:30-dan 18:00-dək(5 iş günü həftə sonu istirahət günüdür)
– İstirahət günü: şənbə və bazar

VƏZİFƏSİ:
– Anbarda məhsulların yük maşınlarına(İsuzu) yüklənməsi və boşaldılması(qida , qeyri-qida və içki məhsulları)
– Mağazalarda məhsulların yük maşınlarından boşaldılması

"SÜRÜCÜ KÖMƏKÇİSİ " qeyd edib işlə bağlı müraciətinizi 0554001012 / 0555158009 whatsapp-na yaza bilərsiniz.

Ünvan :Ələsgər Qayıbov 12/22 (Azera Holding)
Həftə içi 09:00- dan-18:00 əlaqə saxlaya bilərsiniz görüşlər 10:00-12:00 keçirilir .
Yaxınlıqda yerləşən obyektlər: Rich Hotel, Caspian Bussines Hotel, EuroHome Tikinti materialları bazarı və CONNECT

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

"Saray Group" şirkətində aylıq ortalama 500-1500 manat gəliri olan vakansiya

İşəgötürən: Saray Group MMC

Vakansiya: Rieltor

Filiallar:
* Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 (PORT BAKU-nun yanı)
* Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrosu, Sarayeva küçəsi 22A (Nərmin Ticarət mərkəzinin ikinci mərtəbəsi / Bakı k/t yanı)


Tələblər:
Namizəd : Xanımlar və bəylər
Yaş: 18 - 50 yaş;

* Ali və Orta təhsil;
* Komandada işləmə bacarığı;
* Korporativ imic üçün xarici görünüş vacibdir;
* Satış sahəsində iş təcrübəsi önəmli deyil. 10 gün iş öyrədilir.

Vəzifələr:

* Satış hədəflərinin vaxtlı vaxtında icra olunması;
* Təyinat məntəqələrinə vaxtında vizitlərin edilməsi;
* Öz rutu üzərində yeni müştərilərin tapılması və onlara məhsulların təklif edilməsi;
* Bazarın mütəmadi araşdırılması, şifahi sorğuların keçirilməsi, bazarda rəqiblərin araşdırılması və əldə etdiyi məlumatların rəhbərliyə ötürülməsi;
* Yeni satış nöqtələri haqqında vaxtında məlumat alması
* Rəqiblər və bazar qiymətləri haqqında düzgün və dolğun informasiya alınması və ötürülməsi;
* Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşımaq;
* Şirkəti düzgün təmsil etməyə, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə uyğun davranmaq;
* Hər günün sonunda rəhbərliyə günlük hesabatın təqdim edilməsi;
* Satışla bağlı rəhbərliyin ona həvalə etdiyi digər vəzifələr və öhdəliklərin icra edilməsi;

İş qrafiki: Həftədə 6 gün :10:00-18:00
Fasilə 13:00-14:00

Ünvan:
- Nəsimi rayonu Meftçiler prospekti 145
- ⁠Xətai rayonu Sarayeva küçəsi 22a

Diqqət: Fix maaş yoxdur. Əmək haqqı
Yalnız faizlə 50/50-Aylıq ortalama 500-1500 manat

Əlaqə: 0774552575 (Whatsapp aktivdir)

CV-nizi e-mail adresinin
babayevilqar@hotmail.com mövzu hissəsinə " Rieltor" yazaraq göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SATIŞ ÜZRƏ OFİS MENECERİ TƏLƏB OLUNUR

Dekorativ şüşə məhsullarının satışı sourumuna satış üzrə ofis meneceri tələb olunur


İşəgötürən: “Glasstech” MMC (Şourum)

Vəzifə təlimatı:
- Müştərilərin Şourumda qarşılanması, satışyönümlü danışıqların aparılması və məhsulla bağlı təqdimatların edilməsi;
- Müştərilərin axtarılması və şouruma dəvət edilməsi;
Sifarişlərə nəzarət edilməsi, eləcə də təhvil verilənə qədər müştəri ilə mütəmadi əlaqənin saxlanılması;

Tələblər:
Yaş həddi: 20-32; Namizəd: Qadın
Kollektivdə işləmə bacarığı
Ünsiyyətcil olması
Dillər: Azərbaycan, Rus (Rus dili vacibdir)
Müştəriyönümlü xarakterə sahib olma
MS Office proqramlarını istifadə edə bilmə bacarıqları (Word, Excel, Powerpoint)
İşgüzar yazışmaların aparılması

İş Saatı : 09:00 – 18:00 (Həftənin 6 günü )
Əmək haqqı: Müsahibə əsasında

“Showroom – Ofis Manager” qeyd edib CV-nizi hr@glasstech.az e-mail adresinə göndərə bilərsiniz.

Qeyd edək ki, “Glasstech” şirkəti müxtəlif cür dekorativ şüşə və şüşə məhsullarının satışı ilə məşğul olur

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SOBA MƏMULATLARI ÜZRƏ USTA (GECƏ NÖVBƏSİ) tələb olunur

İşəgötürən: "Maple Trading" MMC

İş barədə məlumat

- Gecə növbəsində soba məhsullarının bişirib hazırlanması
- Çörək məhsullarının hazırlanması.
- İş qrafiki: 23:00-dan - 07:00-dək (gecə növbəsi)
- Ünvan: İzəddin Həsənoğlu 2a (Heydər Əliyev Mərkəzinin yanı)

Namizədə tələblər

- Mikserlər və sobalar ilə işləmə bacarığı
- Keyfiyyət və qida təhlükəsizliyi standartlarını yaxşı bilməli, şəxsi gigiyena prosedurlarına riayət olunmasını təmin etməli
- Komandada işləmə bacarığı
- Təhsili: Təhsil önəmli deyil
- Sertifikat və ya kurslar: Arzuolunandır

"SOBA MƏMULATLARI ÜZRƏ USTA" qeyd edib işlə bağlı müraciətinizi hr@mapletrading.az e-mail adresinə göndərə bilərsiniz

Telefon
(010) 225-12-45

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

MERÇENDAYZER tələb olunur

İşəgötürən: Merchpro / SGS MMC

Tələblər:

Namizəd: Kişi və ya Qadın
1 ildən aşağı iş təcrübəsi

Vəzifələr:

- Müəyyən olunmuş və kompakt ərazi üzrə satış nöqtələrini ziyarət etmək
- Şirkətin məhsullarını mağaza vitrinlərində verilmiş plonaqrama əsasən düzmək
- Satış nöqtələrində məhsulların yerləşdiyi rəfləri səliqəyə salmaq və daim nəzarətdə saxlamaq
- Malların istehsal tarixlərinə və əmtəə görünüşünə nəzarət etmək
- Qiymət dəyişikliklərinə nəzarət etmək
- Daxili nizam-intizam qaydalarına əməl etmək

Əmək haqqı: 600-800 manat

Müraciət qaydası : "MERÇENDAYZER" qeyd edib CV-nizi merchpro22@gmail.com e-mail adresinə göndərə bilərsiniz.
Əlaqə nömrəsi: 099 317 80 07 Xəyalə xanım

Ünvan :Nərimanov rayonu Ələskər Qayıbov 12/22

Müraciət üçün son tarix: 25.10.2024

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Gecə növbəsinə GÖZƏTÇİ tələb olunur

İşəgötürən: Papa Johns

İş Şərtləri:

- İş qrafiki: Növbəli (bir gündən bir)
- Yaş: 30-55 yaş aralığ
- Yalnız gecə növbəsi

- Əmək haqqı 300 manat
- Nahar ödənişi verilir

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Gözətçi” mövzusu altında
hr@papajohns.az elektron ünvanına göndərə bilərlər.
Və ya 050 229 42 77 nömrəsi ilə əlaqə saxlaya bilərlər.


mühafizəçi

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Şirkətimizə bişirici (sobaçı) və satıcı vakansiyaları üzrə işçilər axtarılır.

Daha ətraflı insan resursları şöbəsi ilə əlaqə saxlaya bilərsiniz.

📞 050 256 01 40

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Santexnik tələb olunur

İşəgötürən: Almep Engineering Group

Vəzifə öhdəlikləri:

Santexnika avadanlıqlarının müntəzəm və texniki cəhətdən düzgün, tələb olunan dəqiqlik səviyyəsində işləmə qabiliyyətini təmin etmək;
Santexnika avadanlıqı quraşdırılarkən müvafiq standartlara əməl olunmasına nəzarət və müdaxilə etmək;
Şirkətə məxsus olan mal-material və avadanlıqa mütəmadi olaraq nəzarət etmək;
Sistemlərin işindəki nasazlıqları aradan qaldırır, onların təmirini, quraşdırılmasını, tənzimlənməsini və sınaqdan keçirilməsini həyata keçirir;
Simsitellərin, radiatorların, unitazların, krantların, moykaların, duşların və duş kabinalarının təmiri, sökülməsi və qurulması;
Yaranmış nasazlıqların aşkarlanıb aradan qaldırılması ve s.;
İstilik sistemlərinin keyfiyyətli çəkilişi (kombi,radiator,istipol);
Təmir quraşdırma prossesində isti su borularının divarda gizlənməsinə nəzarət yetirmək;
Tutulmuş kanalizasiya xətlərinin açılması və borunun yuyularaq təmizlənməsi

İş şərtləri:

İş qrafiki: 6 günlük
Tələblər:
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
Komanda daxilində işləmək bacarığı
Operativlik və stresə davamlılıq
Əmək haqqı razılaşma əsasında.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Santexnik” yazaraq
HR@almep.az e-mail ünvanına göndərmələri xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

MARKETLƏR ŞƏBƏKƏSİNƏ İŞÇİLƏR AXTARILIR

İşəgötürən: "OBA Marketlər Şəbəkəsində"

1) Daşınmaz əmlak agenti (Göyçay)
2) Daşınmaz əmlak agenti (Oğuz)
3) Sosial media mütəxəssisi
4) Sayıcı Hesablayıcı
5) İdxal əməliyyatları üzrə mühasib (İş müddəti: 4 Aylıqdır)
6) Elektrik

Sizə uyğun vəzifənin adınıqeyd edib CV-nizi cv@oba.az e-mail adresinə göndərə bilərsiniz.

https://job.oba.com.az/

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Smeta mühəndisi tələb olunur

İşəgötürən: "Euroline" QSC

Vəzifə və öhdəliklər:
Verilmiş layihələrə əsasən Tikinti Norma və Qaydaların tələblərinə uyğun smetaların hazırlanması.
Layihə və smeta sənədlərinə uyğun material, invertar, işçilik, maşın – mexanizm və s. xərclərinin hesablanması.
Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
Texniki hesabatların yoxlanılması (Forma 2, Forma 3, Xərc analizi);

Vəzifə üzrə tələblər:

Biliklər:
Ali təhsil (İnşaat mühəndisi);
Layihə smeta işlərinin hazırlanması üçün hüquqi-normativ sənədlərlə işləmə bacarığı;
Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını; müvafiq qanunvericilik aktları və normalarını bilmək;
Ünsiyyət və komandada işləmək bacarıqları;
Məsuliyyətli və dəqiq olmalı;
Detallara diqqət yetirməyi bacarmalı
Dil bilikləri: azərbaycan dili əla, ingilis dili arzu olunandı;
Microsoft Office, AutoCad,
Müvafiq sahə üzrə 5 ildən yuxarı iş təcrübəsi.

Əlavə məlumat:

İş qrafiki: 6 günlük,
Korporativ nömrə (korporativ paket),
Əmək haqqı: (namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir)

Tələblərə uyğun şəxslər CV-lərini hr@euroline.com elektron poçt ünvanına mövzu hissəsinə “Smeta mühəndisi” yazaraq göndərə bilərlər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Resepşn tələb olunur

İşəgötürən: Medsol (Şirkət tibbi avadanlıqların və tibbi sərf materiallarının satışı ilə tibb sektoruna xidmət edir)

İş şəraiti:

İş qrafiki: 6 günlük, 1 gün istirahət
Əmək haqqı: 500 AZN
Tələblər:

Təhsil : Orta və ya Ali
İş təcrübəsi : 1 ilə qədər
Yaş : 20 - 50
Xanım namizədlər
Məsuliyyətli, diqqətli olmaq
Gülərüz və səbirli olmaq.
Rus dili biliyi mütləqdir

Vəzifə öhdəlikləri:

Pasiyentləri gülərüzlə qarşılamaq, onlara tibbi xidmətlər barədə ətraflı məlumat vermək və təyinatı üzrə istiqamətləndirmək;
Səlahiyyətləri çərçivəsində sorğuları cavablandırmaq;
Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək;
Daxil olan müraciətlərin qeydiyyatını aparmaq;
Gündəlik sənədlərin qeydiyyatı.
BAŞ OFİS: Ünvan: Cəlil Məmmədquluzadəh 121A

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə "Resepşn Qeydiyyat" yazmaqla hr@medsol.az e-mail ünvanına göndərə bilərlər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Smeta üzrə mühəndis tələb olunur

İşəgötürən: “AZCD Group” QSC

Vəzifə öhdəlikləri:

- Tikinti layihələrinin ümumi dəyərini müəyyən etmək üçün işçilik, tikinti materiallarını və tikintiyə sərf olunan xərcləri qiymətləndirmək;
- Sifarişçi və layihə rəhbərləri üçün yazılı təkliflər, xərclər smetası və büdcə hazırlamaq;
- Yeni layihə üzrə müştəri tələbləri haqqında məlumat əldə etmək üçün sahələri ziyarət etmək;
- Təqdim olunan təkliflər və büdcələr üzrə sifarişçilər ilə qarşılıqlı əlaqə saxlamaq və danışıqlar aparmaq;
- Müqavilə təklifləri, layihələr və spesifikasiyalar əsasında tikinti layihələri üçün materialların, əmək və avadanlıqların, subpodratların ehtimal olunan xərclərinin smetalarını hazırlamaq;
- Tender prosedurları ilə bağlı məsləhətlər vermək, tenderlərin araşdırılması və təhlil edilməsi prosesində iştirak etmək;
- Xərclərin monitorinqinin, hesabat sistemlərinin və prosedurlarının hazırlanması prosesində iştirak etmək.

Tələblər:

- Ali təhsil (İnşaat mühəndisliyi, inşaat sahəsi üzrə idarəetmə və ya digər uyğun ixtisas);
- Tikinti sahəsində (layihənin qiymətləndirilməsi və ya tikintinin idarə edilməsi) minimum 4-5 il iş təcrübəsi.
- İngilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır;
- MS Office, AutoCAD üzrə yüksək səviyyədə bilik və tikinti xərclərinin idaəredilməsi üzrə əlavə proqram təminatından istifadə təcrübəsi;
- Analitik düşüncə, güclü riyazi hesablama və vaxtın idarəedilməsi üzrə bacarıqlar;
- Yaş həddi: 25-45
- Ezamiyyətə ehtiyac yarandıqda gedə bilmək.
İş şərtləri:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş yeri (Bakı)
- Könüllü tibbi sığorta
- İş saatları: 09:00-18:00;
- Əmək haqqı: Rəqabətə davamlı.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Smeta üzrə mühəndis” yazaraq
talent@azcdgroup.com ünvanına göndərmələri xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Müştəri xidmətləri üzrə mütəxəssis tələb olunur

İşəgötürən: Biopet Shop

Tələblər:
Yaş həddi: 20 – 35
Əmək haqqı: 600 AZN
İş saatları 10:00 - 19:00
Çevik iş rejimi, həftədə 6 iş günü

Namizadə tələblər:
İş təcrübəsi: 1 ildən çox
Dil biliyi: Azərbaycan və Rus dillərini səlis
Müştərilərlə ünsiyyət qurmağı bacarmalı
Kollektivlə ilə işləmə bacarığı
Emossiyalarını idarə edə bilməli
Stressə davamlı olmalı
Kompüter bilikləri
Aydın və dəqiq danışıq qabiliyyəti
İşində məsuliyyətli, səliqəli və dəqiq olmaq
Effektiv ünsiyyət, çeviklik, məsuliyyətlililk, intizamlıq

Vəzifə öhdəlikləri:
Daxil olan zənglərin qəbul olunması, müştərilərlə standartlarına uyğun olaraq ünsiyyət qurulması
Şikayət və sorğuları idarə etmək üçün bütün müvafiq məlumatları əldə etmək və aidiyyatı üzrə yönləndirmək
Müxtəlif əlaqə kanalları üzərindən daxil olan sorğuların əməl edilməsi və cavablandırılması
Rəhbərlik tərəfindən verilən tapşırıqların sistem üzərindən gündəlik icra edilməsi
Müştərilərin sifarişlərində yaranan problemlərin araşdırılması, yaranmış çətinliklərdə müştəriyə dəstək olmaq

Heyvanları sevirsən? Bizimlə işləyin!

Namizədlərdən öz CV-nizi
hr@biopet.shop email ünvanına göndərə bilərlərsiz, ve ya 10 232 92 67 nömrəsi ilə əlaqə saxlaya bilərsiz

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SÜRÜCÜ EKSPEDİTOR tələb olunur

İşəgötürən: “Dinçer və Carçıoglu”MMC

Ünvan: Zabrat-Maştağa;

İş barədə məlumat:

Anbardan təqdim olunan malları ərazilərə vaxtında və təhlükəsiz şəkildə çatdırılması;
Nəqliyyat vasitəsinin hər zaman səliqəli və saz vəziyyətdə saxlanması;
Avtomobilin düzgün idarə olunmasını daşınılan malın təhlükəsizliyini maksimum dərəcədə təmin etmək;
Vəzifəsi üzrə rəhbərliyin verdiyi tapşırıqların dəqiq və vaxtında həyata keçirilməsi;
İsuzu markalı nəqliyyat vasitəsidir;
İş saatı: 07:00-17:00 qədər ;
Əmək haqqı: 650-700 manat
İş qrafiki: lI- VI gün; bazar və birinci gün istirahət;
Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə;

Tələblər:

Təhsil : Orta texniki
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Yaş : 25 - 45 Cins : Kişi

Yalnız BC kateqoriyalı sürücülük vəsiqəsi olan;
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Stresə davamlılıq, intizamlılıq, məsuliyyətli;

Müraciət etmək istəyən namizədlər qeyd olunan medine.ismayilova@dinchercarchioglu.az / Cv@dinchercarchioglu.az e-mail adreslərinə "SÜRÜCÜ EKSPEDİTOR" qeyd edib işlə bağlı yaza bilərlər

Həmçinin işlə bağlı müraciətinizi 0555151503 / 099 757 16 57 nömrənin whatsapp-na göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Pasiyntlərlə iş üzrə mütəxəssis tələb olunur

İşəgötürən: Asthetik Lab Kosmetoloji Klinika

İş şəraiti:

- Xəstələrlə məsləhətləşmələr, məhsul və xidmətlərin təqdimatı (reklam prosedurlarının aparılması)
- Rahat təchiz olunmuş iş yeri
- Rəsmi qeydiyyat və vaxtında ödənişlər
- Şirkətimiz daxilində karyera və peşəkar yüksəliş imkanı
- Əmək haqqı 700 -1000 manat +%
- İş qrafiki, 6 gün, 1 gün istirahət (şənbə günündən başqa istənilən rahat gün)
- İş saatları 09:00-dan 19:30-a kimi
- Sınaq müddəti 3 gün

Tələblərimiz:
- 23 yaşdan yuxarı qadın
- Ali təhsil
- Kosmetologiya sahəsinə maraq
- Azərbaycan və Rusdillərini bilmək

Xaricdə klinikanın filialında işləmək imkanınız var, maaş və bonuslar 2 dəfə çox verilir.

Biz on ildən artıqdır ki, gözəllik sahəsindəpeşəkar ekspertik. Klinikada cavanlaşma, qeyri-cərrahi liftinq, trixologiya və digər estetik kosmetoloji xidmətlər üçün ən son sübut edilmiş texnologiyalardan istifadə olunur.

"Pasiyntlərlə iş üzrə mütəxəssis" qeyd edib şəkilli CV-nizi hr@asthetiklab.com e-mail adresinə göndərə bilərsiniz.

Əlaqə: 055 900 9111

XXX XXXX XXX

СПЕЦИАЛИСТ ПО РАБОТЕ С ПАЦИЕНТАМИ

Условия работы:
- Консультирование пациентов, презентация продуктов и услуг .(проведение рекламной процедуры)
- Комфортно оборудованное рабочее место
- Официальное оформление
- Своевременные выплаты
- Возможность карьерного и профессионального роста внутри нашей компании
- Зарплата от 700 -1000 манат + %
- График работы, 6 дней 1 выходной ( любой удобный день кроме субботы )
- Время работы с 09:00 до 19:30
- Проводится обучение
- Испытательный срок 3 дня

Наши требования:
- Девушка от 23 лет ,грамотная разговорная реч
- Высшее образование
- Заинтересованность в сфере косметологии
- Презентабельный внешний вид.
- Знание русского и азербайджанского языков

У вас есть возможность работать в филиале клиники за рубежом, зарплата и премии выплачиваются в два раза больще
Мы являемся профессиональным экспертом в области beauty-индустрии свыше десяти лет. В клинике применяются новейшие проверенные технологии омоложения, безоперационного лифтинга, трихологии и другие услуги эстетической косметологии

CV рассматриваются только с фотографией кандидата
Контакты : 055 900 9111
E-mail : hr@asthetiklab.com

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Xadimə tələb olunur

İşəgötürən: Sahil Hotel Baku

Otelə işində məsuliyyətli, təmizkar, nizam- intizamlı xadimə işçi axtarılır.

Vəzifə öhdəlikləri:

• Gündəlik olaraq ona təhkim edilmiş mərtəbədə təmizlik işlərini yerinə yetirmək
• Verilən tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək,
• Qonaqlarla nəzaktli davranış qaydalarına riayət etmək
• Səliqəli xarici görünüş, kollektivlə işləmə bacarığı
• Otel sahəsində iş təcrübəsinin olması üstünlükdür

İş cədvəli:

Həftədə 6 gün növbəli cədvələ uyğun iş qrafiki, 1 gün istirahət
Nahar yeməyi şirkət tərəfindən təmin edilir
İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Əmək haqqı – 500 AZN

CV nümunələrinizi "Xadimə" başlığı ilə yeter.azizova@sahilhotelbaku.com ünvanına göndərə bilərsiniz.

Maraqlanan şəxslər üçün əlaqə nömrəsi: 0705854146

Ünvan: Sahil Hotel Baku, Ağ şəhər, Xəqani Rüstəmov küçəsi 1210

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Nəqliyyat üzrə dispetçer tələb olunur

İşəgötürən: BİOPET Shop

Tələblər:

Yaş aralığı: 25-40
1C, MS Ofis proqramlarından istifadə bacarığı
Azərbaycan dili səlis, Rus dili arzuolunandır
İctimaiyyətlə yaxşı ünsiyyət qurma bacarığına malik olmalı
Çalışqan, təşəbbüskar, məsuliyyətli və enerjili
Bakı şəhərini mükəməl tanımalı
Yol-nəqliyyat işinin təşkilini bilməli

Vəzifə öhdəlikləri:

Çatdırılmalar üçün optimal marşrut xətlərinin hazırlanması
Sürücülərin işinin təşkil edilməsi və onların növbə planlarına və atdırılmalar üzrə tapşırıqların yerinə yetirilməsinə nəzarət edilməsi
Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal rəhbərliyə məlumat verilməsi
Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət edilməsi
Sifariş əsasında işin ardıcıllığını müəyyən etmək və nəqliyyat vasitələrin gedişini planlaşdırmaq
Çatdırılma planının düzgün və səmərəli təşkil olunması
Daxil olan sorğular əsasında, məhsulların müştəri ünvanından götürülməsinin təmin edilməsi

“Nəqliyyat üzrə dispetçer “ qeyd edib CV-nizi hr@biopet.shop e-mail adresinə göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Uçotçu anbardar tələb olunur

İşəgötürən: "Maple Trading" MMC

İş barədə məlumat

- İstehsalatda anbarda mal qəbulunu həyata keçirmək və anbarlararası daxili yerdəyişmə sənədlərinin tələbi, yoxlanılaraq təsdiq edilməsi
- Uçot əməliyyatları üzrə prosesin vaxtında təşkili və idarə edilməsi
- Silinmə əməliyyatlarını təsdiq edən aktların tələbi və yoxlanılaraq təsdiq edilməsi
- Rəhbərliyin təyin etdiyi tarix üzrə aylıq bütün uçot sənədlərinin yoxlanılaraq təsdiq prosesini tamamlaması
- Mühasibat sənədlərinin saxlanılması və qorunması
- İstehsalat ehtiyaclarının qeydiyyatını aparmaq və rəhbərliyə bildirmək
- Qaimələrin uçotunu aparmaq və 1C-ə qeydiyyatı
- Əmək haqqı: 400-450 AZN

Namizədə tələblər

- İş təcrübəsi : 1 ildən aşağı
- Yaş : 21 - 45
- Təhsili: Ali təhsil
- IT bilikləri: Komputer bilikləri (MS Office)
- 1C bilikləri arzuolunandır.
- İşgüzar və məsuliyyətli olmalı
- Problemləri həll etmə bacarığı

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Uçotçu anbardar" qeyd edərək hr@mapletrading.az e-mail adresinə göndərmələri xahiş olunur.

Telefon
(010) 225-12-45

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Sahə rəisi tələb olunur

İşəgötürən: "Euroline" QSC

Vəzifə və öhdəliklər:

Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət edir;
Lahiyənin iş proqramına uyğun olaraq öhdəliyə götürülmüş inşaat istehsalını vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra edir;
Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət edir;
Material, işçi və işçi heyəti və podratçının ehtiyaclarını əvvəlcədən müəyyən edərək, Texniki ofis rəhbərinə bildirir və onlardan səmərəli istifadə olunmasını təmin edir;
Obyektlərin inşası üçün Texniki şöbə tərəfindən tələb olunan texniki sənədləşmə işlərini təşkil edir;
Göstərilən iş proqramına uyğun olaraq, təfsilatlı iş proqramı hazırlayır;
Xərclər barədə məlumatları tam şəkildə müəyyən olunan formalarda saxlayır və Texniki ofis rəhbərinə göndərir;
Tərtib edilmiş layihələri yoxlayaraq, tikinti işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək mövzularda tövsiyələr hazırlayır;
Ərazi, nümunələr, sınaq test metodları və istifadə edilən avadanlıqlar ilə bağlı olan təhlükələr və müəssisənin əməyin təhlükəsizliyi prosedurlarını müəyyən edir;
Ərazinin yerini, çıxış imkanlarını, vaxt qrafikini tələblərini müəyyən edir;
Problemləri aradan qaldırır, dəyişiklikləri planlaşdırır və idarə edir;
İnsan resursları planına uyğun olaraq tabelikdə olan işçi heyətinə rəhbərlik edir;
Mövcud standartlara əsasən keyfiyyətə təminat verir;
Layihənin iştirakçıları, müştəri və digər maraqlı tərəflər arasında razılaşdırılmış kommunikasiya proseslərini həyata keçirir;
Görülmüş işlərin uçotunu aparır,günlük, aylıq, rüblük, illik statistik hesabatlar hazırlayır;
Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsinə rəhbərlik edir;

Vəzifə üzrə tələblər:

Biliklər:
Ali təhsil (İnşaat mühəndisliyi sahələri üzrə) ;
Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilməli, İngilis dilli üstünlükdür.
Müvafiq vəzifədə 3 ildən az olmayan iş təcrübəsi;
Sahədə və ya obyektdə istehsal təsərrüfat fəaliyyətini müəyyən edən metodiki, normativ və başqa göstərici materialları;
Tikinti istehsalatının təşkili və texnologiyasını, tikilməli obyektlərin layihə-smeta sənədlərini, tikinti norma və qaydalarını;
Tikinti quraşdırma işlərinin aparılması və qəbuluna qoyulan texniki şərtləri;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.

Əlavə məlumat:

İş qrafiki: 6 günlük,
Korporativ nömrə (korporativ paket),
Əmək haqqı: (namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir)

Tələblərə uyğun şəxslər CV-lərini hr@eurolineqsc.com elektron poçt ünvanına mövzu hissəsinə “Sahə rəisi”yazaraq göndərə bilərlər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

KATEQORİYALAR

Qadın işləri: /channel/s/qadinisleri

Təcrübə proqramları:
/channel/s/tecrubeproqrami

Müəllim vakansiyaları: /channel/s/muellimvakansiyalari

Mühasib vakansiyaları: /channel/s/muhasibvakansiyalari

Maliyyə sektorunda vakansiyalar: /channel/s/maliyyevakansiyalar

İKT, kompüter işləri: /channel/s/iktisleri

Hüquq üzrə vakansiyaları: /channel/s/huquqvakansiyalari

Turizm, otel, restoran sahələrində vakansiyalar: /channel/s/turizmvakansiyalari

İnşaatçı, mühəndis, memar vakansiyaları: /channel/s/muhendismemarinsaat

Sürücü və anbar işləri: /channel/s/surucuanbardar

Satıcı vakansiyaları: /channel/s/saticivakansiyalari

Tibb və gözəllik sektorunda vakansiyalar: /channel/s/tibbvakansiyalari

Marketinq, reklam və mətbuat işləri: /channel/s/reklamvakansiyalari

Açıq qapı və Karyera günləri: /channel/s/kariyeragunleri

AzVak Gəncə: /channel/s/gencevakansiyalar

Rayonlarda İŞ: /channel/s/azvakrayonlardais

Yüksək Maaşlı İşlə: /channel/s/azvakyuksekmaasliisler

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Ofisait Mağazalar Şəbəkəsi "Açıq Qapı Günü" elan edir! ✅

01.10.2024 tarixində, 10:00-13:30 saatlarında Dilarə Əliyeva 235A (28 may m/st yaxınlığı, ADNSU-nun yanı) ünvanında yerləşən filiala yaxınlaşaraq iş imkanlarından yararlana bilərsiniz.

Vakansiyalar:

1. Fəhlə
2. Satış təmsilçisi
3. Satıcı
4. Kitabçı

Ətraflı məlumat üçün:

077 441 56 22
0 77 441 54 09

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SMM tələb olunur

JAVELİN PATİSSERİE komandasına kreativ, həvəsli, işini sevən Sosial Media Marketinq mütəxəssisi kimi fəaliyyət göstərəcək xanım namizəd axtarışındayıq.

ƏMƏK HAQQI: 1000 manat

Tələblər:

Ali təhsil (Marketinq üzrə olması üstünlükdür);

Minimum 1 il iş təcrübəsi;

Excell,Powerpoint bilmək;

Kreativlik, yaradıcılıq, punktuallıq;

Vəzifə öhdəlikləri:

Şirkətin Sosial media strategiyasını inkişaf etdirmək;

Video və foto çəkilişlər etmə bacarığı;

Video editləmə bacarığı;

Kreativ və maraqlı kontent hazırlamaq;

Sosial medianı idarə etməli(Instagram,tik-tok) və baş verən ən son dəyişikliklər haqqında daim xəbərdar olmaq;

Rəqiblərin aktivliyinin izləmək;

SMM təhlillərini aparmaq;

Səhifə üzrə hədəf kütləni təyin edərək reklam aksiyalarını həyata keçirmək;

Statistikanı izləmək;

Analitika əsasında alınan nəticələr üzrə kampaniyaları optimallaşdırmaq;

İŞ QRAFİKİ: 6 iş günü,1 gün istirahət,saat 12:00 dan 19:00 dək;

ADRES: Varovski,Qəzənfər Musabəyov/Rəsulzadə 21

Maraqlanan və göstəriciləri uyğun olan namizədlər "SMM" qeyd edib yegane.jafarzade@akabe.az mail ünvanına CV-lərini göndərə bilərlər.

Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SOCAR -A SÜRÜCÜ TƏLƏB OLUNUR

📢İşəgötürən: SOCAR PETROLEUM QSC

- Yaş həddi: 25-55 kişi
- İş təcrübəsi: 5 ildən yuxarı
- Sürücülük vəsiqəsi: E kateqoriya
- İritutumlu avtonəqliyyat vasitələrinin sürmə bacarığı

Əlaqə: 050 295 80 80
125700901

Ünvan: Babək pro, 2269-cu məhəllə Bina 1

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Fəhlə-Operator köməkçisi tələb olunur

İşəgötürən: Araz Supermarket MMC

Tələblər:
Orta təhsil
Yaş həddi 18-45
Kollektivdə işləmə bacarığı

Əmək haqqı: 500 manat
Karyera inkişafı
Nahar və servis təmini
6 günlük iş qrafiki (növbəli)

Vəzifə təlimatı:

İstehsal sahəsinə daxil olan məhsulların əl ilə və yaxud yükvurma-yükboşaltma işləri üçün nəzərdə tutulmuş avadanlıqların köməyi ilə boşaldılması, qaldırılması, yerdəyişilməsi
Məhsulun yüklənmə-boşaltmaya hazırlanması
Məhsulun tamlığının yoxlanılması;
Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliyinə aid digər tapşırıqları yerinə yetirmək

CV-lərinizi “Operator köməkçisi” başlığı ilə
gunel.shukurova@ulduz.com.az poçt ünvanına göndərməyiniz və ya 055 455 08 05 nömrəsin ilə əlaqə yaratmağınız xahiş olunur.

H.Əliyev pr, Keşlə qəs. Koroğlu və Ulduz metro yaxınlığı

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SÜRÜCÜ KÖMƏKÇİSİ tələb olunur

İşəgötürən: AYMAN MMC

İş yeri: Binəqədi rayon ərazisi

Yaş həddi: 35 yaşa qədər

İş saatı: 09:00- 18:00

Əmək haqqı : 550 manat

Təcrübə tələb olunmur

"SÜRÜCÜ KÖMƏKÇİSİ" qeyd edib 077 400 13 22 nömrəsinə və ya
sevinc.babayeva@ayman.az e-mail adresinə işlə bağlı müraciətinizi göndərə bilərsiniz.

1998-ci ildə yaradılmış Ayman Group qeyri-ərzaq sənayesində fəaliyyət göstərir.

sevinc.babayeva@ayman.az

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Hüquqşünas tələb olunur

İşəgötürən: Baku Electronics

Vəzifə funksiyaları:

İqtisadiyyat Nazirliyinin Antiinhisar idarəsinin və digər istelakçı hüquqlarının müdafiəsi təşkilatlarının məktublarını araşdırmaq və cavablandırmaq;Rus və ingilis dilində olan müqavilələri oxumaq, qeydlər etmək və şöbə müdirinə müvafiq müqavilə barədə ətraflı məlumat vermək; Notariusda tələb olunan hüquqi sənədlərin, sənədlərin surətlərinin və digər aktların təsdiqini həyata keçirmək;Dövlət Miqrasiya Xidmətinə müraciətləri hazırlamaq və lazım olan sənədlərin təhvil – qəbul edilməsi üçün müvafiq təşkilata getmək;Təşkilatın hüquqi sənədlərinin və müqavilələrinin tərcüməsi işini həyata keçirmək;Təşkilatın hüquqi sənədlərinin və müqavilələrinin leqallaşdırılması və apostil olunması üçün Xarici İşlər Nazirliyinə müraciət etmək;Departament direktoruna, şöbə müdirinə işlər barədə hesabat vermək;Lazımi qaydada digər tapşırıqları icra etmək;Digər struktur bölmələri ilə qarşılıqlı işi təşkil etmək;Şirkətdaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etmək;Baş verən fors major hadisələr barədə rəhbərinə məlumat vermək;Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında yerinə yetirmək.

Dil biliyi:
Tələb olunmur
Kompüter biliyi:
Tələb olunmur
Təhsil səviyyəsi: Ali təhsil – bakalavriat
Sahə üzrə iş təcrübəsi: 4 – 5 il

"Hüquqşünas " qeyd edib CV -nizi careers@bakuelectronics.az e-mail adresinə göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

ELEKTRİK- ÇİLİNGƏR tələb olunur

Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik-çilingər (Portal kranlar üzrə) tələb olunur

İşəgötürən: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC

İş yeri: Ələt;

Tələblər:

Elektrotexnika, Elektromexanika vəya Nəzarət ölçü alətləri və avtomatlaşdırma ixtisasları üzrə orta təhsil (və bənzər ixtisaslar arzuolunandır);
Elektrik iş sertifikatı (diplom);
Sahə üzrə 3 il iş təcrübəsi;
MS ofis proqramları, PLC və çevirci mühərrik idarəetmə sistemlərini bilmək;
Hündürlükdə iş bacarığı (55 metr).
Bilməlidir:

Elektrik qurğularının quraşdırılması və texniki istismar qaydalarını;
Elektrik qurğularında tətbiq olunan kollektiv və fərdi mühafizə vasitələrindən istifadə və onların sınaq qaydalarını;
Elektrik qurğu və avadanlıqların tipini, şərti işarələrini və təyinatını;
Portal kranlarda olan elektrik avadanlıqlarının texniki parametrlərini;
Elektrik naqillərinin lehimlənməsi və dəyişdirilməsi üsullarını;
Portal kranlarda olan elektrik avadanlıqların konstruksiyalarını;
Mexanizmlərin təmiri və bərkidilməsinin əsas qayda və üsullarını;
Təmirdə işlədilən takelaj avadanlıq, mexanikləşdirilmiş alət və dəzgahların quruluş və istifadə edilməsini;
Portal kranlarda olan elektrik avadanlıqlarının texniki parametrlərini;
Kranlarda olan sabit və dəyişən cərəyan sistemlərinin sxemlərini və iş prinsiplərini.

Yumşaq bacarıqlar:

Nizam-intizam;
Məsuliyyət;
İşi təqib etmə;
Təhlil etmə;
Qərar vermə;
Detallara diqqət.
Öhdəliklər:

Portal kranlarda yerləşən elektrik qurğuların, elektrotexniki avadanlıqların, avtomatika və telemexanika cihazlarının sxem və quruluşlarının etibarlı vəziyyətdə olmasını yoxlamaq, yaranmış nasazlıqları aradan qaldırmaq;
İş üçün lazım olan nişanlanmış alətlərlə və təhlükəsizlik texnikası üzrə vasitələrlə daim onları işlək vəziyyətdə saxlamaq;
Bütün elektrik təchizatı və elektrik avadanlıqlarının montajı, demontajı, avadanlıqların quraşdırılması kimi işlərdə birbaşa iştirak etmək;
Portal kranlarda nəzarət ölçü cihazlarını yoxlamaq və dəyişdirmək;
Portal kranların tozdan və digər istismar dövrünü qısaldacaq amillərdən qorunmasında və önləyici tədbirlər görülməsində birbaşa iştirak etmək;
Portal kranların işıqlanmasını, həmçinin kranda olan elektrik avadanlıqlarında yarana biləcək qüsurların aradan qaldırılmasını təşkil etmək;
İş planına uyğun şəkildə nasaz avadanlıqla bağlı mümkün qədər daha detallı məlumat almaq məqsədi ilə bütün müvafiq işçi heyəti ilə məsləhətləşmək;
Təmir və əvəzləmə prosesini Cəmiyyətin tələblərinə, istehsalçının təlimatlarına və SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) prosedurlarına uyğun olaraq həyata keçirmək;
Qurğular, alətlər və avadanlıqları iş planına və Cəmiyyətin prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək.
Qeyd: Nəqliyyat, qida və digər qurum daxili xidmətlər təmin ediləcəkdir.

Tələblərə cavab verən namizədlər hr@portofbaku.com mail adresinə “Elektrik-çilingər” yazaraq öz cv-lərini göndərə bilərlər.

Müraciət üçün son tarix 7 oktyabr 2024-cü il.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Anbardar tələb olunur (Salyan və Şəmkir)

İşəgötürən: Aqrar İnnovasiya və Təchizat Şirkəti

Namizəddən tələblər:

Ali Təhsil
Anbar və qalıqların idarə edilməsi barəsində məlumatlı olması
Mal qəbulu və malların saxlanılması barəsində məlumatlı olması
MS ofis proqramları barəsində məlumatlı olmalı
Müvafiq sahədə 1-3 il təcrübəsinin olması
1C proqramı ilə çalışma bacarığı

Vəzifə funksiyaları:

Anbara daxil olan malların qəbulu və anbardan çıxarılması zamanı sənədləşmənin düzgün olmasını təmin etmək;
Anbara mədaxil olunan malları sayaraq təhvil-təslim aktına, yoxlama siyahısına və digər sənədlərə əsasən düzgün qəbul etmək;
Anbardan çıxarılan malları sayaraq təhvil-təslim aktı ilə malı çıxarana təhvil vermək;
Anbara qəbul olunan və çıxarılan malların müvafiq məlumat sistemində uçotunu aparmaq,
Yeni gələn malların boşaldılmasını, daşınmasını və müvafiq yerə düzgün yığılmasını təmin etmək;
Anbardan çıxarılan malların yüklənməsini və sifarişçiyə çatdırılmasını təmin etmək;
Anbara daxil olan mallara vizual baxış keçirmək və problem aşkarlandığı halda qeydiyyatını apararaq müvafiq struktura məlumat vermək;
Əmək haqqı: Fix 819.43AZN + BONUS

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Anbardar” və qarşısında müvafiq regionu yazaraq
hr@aisco.az ünvanına və ya 050 273 04 92 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.

Читать полностью…
Subscribe to a channel