azvakaz | Unsorted

Telegram-канал azvakaz - AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

48828

Azərbaycanda vakansiyalar, iş elanları Ödənişli iş elanı yayımı üçün: @AzVak_elan ya elan@azvak.az Əlaqə: 051 343 73 07 AzVak kanalı elanların məzmununa, həmçinin işaxtaran və işəgötürən arasında danışıqlara və razılaşmalara görə məsuliyyət daşımır.

Subscribe to a channel

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Naxçıvan nümayəndəliyinin rəhbəri tələb olunur

İşəgötürən: PASHA Insurance

Vəzifə və öhdəliklər

Nümayəndəliyin gündəlik cari fəaliyyətinin idarə olunmasının həyata keçirilməsi, iş həcmini yüksəltmək və səmərəli çalışma mühitini yaratmaq vasitəsi ilə nümayəndəliyin dəqiq işinin təmin edilməsi
İş ilə əlaqədar olan bütün prosedur qaydalar, təlimat və siyasətlər barəsində nümayəndəliyin bütün əməkdaşlarına məlumatın təqdim edilməsinin və həmin sənədlərin müddəalarının müəyyən edilmiş tələblərə uyğun surətdə icra olunmasının, nümayəndəlikdə nizam-intizam qaydalarına ciddi riayət olunmasının təmin edilməsi
Cəmiyyət tərəfindən tərtib olunmuş fəaliyyət proqramı ilə tanışlıq, nümayəndəliyin əməkdaşlarının bu barədə məlumatlandırılması və proqramın icarasına nəzarət, nümayəndəliyin işindəki çatışmazlıqların aşkar edilməsi və işdəki nöqsanların aradan qaldırılması üçün təcili tədbirlərin həyata keçirilməsi və bu barədə tabe olduğu departamentə malumat verilməsi
Cəmiyyət tərəfindən həyata keçirilən layihələrə bölgədə nəzarətin təmin edilməsi, habelә cəmiyyətin satışlar üzrə qəbul edilmiş korporativ strategiyasına müvafiq qaydada fəaliyyətin təmin edilməsi
Bütün sığorta məhsulları üzrə gündəlik satış həcmlərini bilməli, rəhbərlik tərəfindən müəyyən edilmiş satış planı həcmlərinə riayəti təmin etmək məqsədi ilə monitorinqin həyata keçirilməsi üçün nümayəndəliyin aylıq və rüblük dövriyyəsinin uçotunun aparılması
Bölgədə satış imkanlarını araşdırılmaları, habelə faktiki satış həcmləri ilə müəyyən olunmuş planın və keçən ilin analoji müddətinin müqayisəli təhlilinin aparılması, illik büdcənin və məsul olduğu bölgə üzrə satış üçün planlaşdırılan həcmlərin tərtib olunması məqsədi ilə tabe olduğu departamentə tələb olunan informasiyaların təqdim edilməsi və bu istiqamətdə departamentə yardımın göstərilməsi

Biliklər

Ali təhsil - Biznes və ya Marketinq sahəsində təhsilə üstünlük verilir
Dil bilikləri: Azərbaycan dilini sərbəst bilmək, işgüzar rus və ingilis dili biliyinə üstünlük verilir

Təcrübə

Müştəri xidmətləri sahəsində minimum 2 il iş təcrübəsi
Sığorta sahəsi üzrə müvafiq sertifikasiya və iş təcrübəsinə üstünlük verilir
Bacarıqlar

Ünsiyyət qurmaq bacarığı
Dəqiqlik
Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
Komanda ilə işləmək bacarığı
Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı
Mübahisəli məsələləri idarə etmək bacarığı
Stressə davamlılıq
İdarəetmə bacarığı

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az elektron poçt ünvanına göndərin.

Son müraciət tarixi: 16 dekabr 2024.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Maliyyə şöbəsinə köməkçi tələb olunur

İşəgötürən: AF Holding

Namizədə tələblər

Xanım namizədlərə üstünlük veriləcək
Ali təhsil
Riyazi biliklər
Yaş 19 – 25 arası
Azərbaycan, Rus və İngilis üstünlük verilecek
Səbirli və diqqətli olmaq vacibdir
MS Office üzrə proqramları bilməlidir
Diqqətli, məsuliyyətli olması və kollektivdə işləmə bacarığı vacibdir

İş barədə məlumat

İş öyrədilir
Müqavilələrin hazırlanması, hesabların tərtib olunması, daxili maliyyə proqramına məlumatların daxil edilməsi, yazışmalar, hesabların incələnməsi və s.
İş qrafiki: 09:00-18:00
6 günlük iş rejimi ( 09.00 – 13:30)

·Namizədlərdən CV-lərini mövzu yerinə "Maliyyə şöbəsinə köməkçi " yazaraq hr@afholding.com e-mail ünvanına göndərmələri xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Elektrik sarğıçı tələb olunur

İşəgötürən: Fortis Group

Əmək haqqı 1500 azn
Bakı və Sumqayıt şəhərlərindən servis var.

İş yeri: Xırdalan şəhəri,H.Z.Tağıyev küçəsi 13.

Vəzifə öhdəlikləri:

Elektrik sxemlərini tam və sərbəst oxuya bilmək.
Elektromaqnit və elektromexaniki avadanlığın kilidlərinin (blokirovkasının) təmiri, sazlanması və tənzimlənməsi.
Yüksək gərginlik ayırıcılarının təmiri, cərəyan keçirici kontaktların dəyişdirilməsi, sazlanması, selektivliyinin və kontakt sıxlığının yoxlanması.
Komanda qurğularının, icra mexanizmlərinin, termocütlərin yoxlanılması, təmiri və sazlanması.
Yüksək gərginlik xətlərinin gərginlik altında yoxlanılması.
1000V-a qədər və 1000V- dan yuxarı elektrik maşınlarında diyircəkli yastıqların yağlanması, dəyişdirilməsi, fazrotornurlada kömürlərin yoxlanılması, kömürlərin dəyişdirilməsi və sıxlığının yoxlanılması.
Zaman relelərinin təmiri, tənzimlənməsi, proqramlaşdırılması və elektrik sxemlərinə qoşulması.
Sabit cərəyan düzləndiricilərinin təmiri, sazlanması və sistemə qoşulması.
Sabit cərəyan mühərriklərinin təmiri, sazlanması və işə buraxılması.
Yüksək gərginlik avadanlıqlarının ikinci xətt komutasiya xətlərinin təmiri, yoxalanılması, sazlanması və işə buraxılması.
Elektrofiltirlərin, elektrik maqnitlərinin, hərəkət sonluqlarının, sensorların təmiri, yoxlanılması, sazlanması və işə buraxılması.
1000V-a qədər elektrik avdanlıqları paylayıcılarında sərbəst operativ əməliyyatın keçirilməsi
İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi.
Vəzifəsindən irəli gələn digər işlərin yerinə yetirilməsi.
Tələblər:

Yaş: 25- 50 yaş;
Təhsil –ixtisas və peşəyə uyğun
İş təcrübəsi 1-2 il
İş şəraiti:

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Elektrik sarğıçı” yazaraq hr@fortisgroup.az mail ünvanına və ya +994 50 246 03 19 göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Elektrik tələb olunur

İşəgötürən: Azərsulfat MMC

İş yeri: Sumqayıt, Kimyaçılar 1

Vəzifə üzrə tələblər:

Bu sahə üzrə Ali təhsil və ya peşə təhsili
Diqqətli və məsuliyyətli olmaq
Komanda ilə işləmə bacarığı
Fiziki cəhətdən aktiv olmaq
Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi
Yaş 25-45 namizəd kişi

Vəzifə öhdəlikləri:

Enerji qurğularının və avadanlıqların enerji təsərrüfatının fasiləsiz işini təmin etmək
Avadanlıqlarla bağlı yaranmış nasazlıqları aradan qaldırmaq
Avadanlıqların texniki baxışını həyata keçirmək
İkinci kommunikasiya və adi rele müdafiəsi: maksimal, cərəyan, differensial və s. sxemlərinin sökülməsi və quraşdırılmasını etmək
İdarə yarımstansiyalarında, transformator elektrik yarımstansiyalarında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişilməsini həyata keçirmək
Elektrik kabellərin,maşınlarının, elektrik cihazlarının kompleks sınaq üsulları bilmək və həyata keçirmək
· Rəhbərliyin verdiyi tapşırıqların vəzifəyə uyğun olaraq vaxtında yerinə yetirilməsi

İş şəraiti:

İş saatı: növbəli
Əmək haqqı müsahibə əsasında razılaşma yolu ilə müəyyən ediləcəkdir.

Qeyd:
Sumqayıt şəhərində yaşayan, vakansiya tələbinə cavab verən namizədlərə üstünlük veriləcəkdir.

Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə hr@azersulfat.az mövzu yerinə “Elektrik” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Zəng mərkəzinə operator tələb olunur

Honda, Mazda, Mitsubishi, Subaru, Ford, Toyota və Neta avtomobil brendlərinin rəsmi distribütoru olduğu Group Motors şirkəti “Call Center Agent” vəzifəsinə işçi axtarışı elan edir!

Vəzifə öhdəlikləri:
-Müştərilərdən gələn müraciətləri müxtəlif kanallar üzrə qəbul etmək və onların sorğularını cavablandırmaq
-Telesatış vasitəsilə şirkətimizin xidmətlərini təqdim etmək və satışa dəstək
-CRM sistemində məlumatları qeyd etmək və mütəmadi yeniləmək

Namizədlərə tələblər:
-Müştəri xidmətləri və ya telesatış sahəsində təcrübə (üstünlükdür)
-Azərbaycan və rus dillərində səlis danışmaq, ingilis dili arzuolunandır
-Müştərilərlə mehriban və peşəkar ünsiyyət qurma bacarığı
-Komanda ilə işləməyi bacaran, təşəbbüskar və məsuliyyətli
-Satış bacarığı və nəticəyönümlü düşüncə tərzi
-Fəal və işə planlı yanaşma

Qeyd: İş saatı həftənin 6 günü saat 09:00-18:00 arası olacaq. Əməkhaqqı 600+300₼ bonus.

Əgər siz də komandamıza qoşulmaq istəyirsinizsə, CV-nizi “mövzu” yerinə “Call Center Agent” yazaraq cv@groupmotors.az ünvanına göndərin.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

MÜŞTƏRİ XİDMƏTLƏRİ ÜZRƏ OPERATOR tələb olunur -
MAAŞ
700-1000 MANAT

İşəgötürən: Positive Call Center

İş haqqında məlumat:
Turkish Airlines Hava yolu layihəsi üçün İngilis dili bilən müştəri xidmətləri təmsilçisi axtarılır.

Əmək haqqı: 700-1000 manat

Vəzifə öhdəlikləri:
Operativ olaraq telefon zənglərini qəbul etmək
Müştərilər tərəfindən verilən sualları cavablandırmaq
Şirkətin xidmət və tarifləri barədə müştəriyə düzgün məlumatvermək
Müştərilərin şikayət, təklif və tövsiyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək.

Əlavə məlumat:
Nahar və Servis şirkət tərəfindən təmin edilir;
Rəsmi qeydiyyata alınır;
Maaşdan əlavə Mükafatlandırma sistemi mövcuddur.
Həftədə 1 gün istirahət;
İş saatı: Həftənin 6 günü 8 saat;
Növbəli iş qrafiki (Səhər, Günorta, Axşam, Gecə)

Namizədə tələblər:
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən aşağı
Yaş həddi: 19-35 yaş
İngilis dili yaxşı səviyyədə bilməlidir. En dili(B1-B2)
Nitq qabiliyyəti, Ingilis dilində səlis danışıq qabiliyyəti.
Növbəli işləmə.(Səhər, Günorta, Axşam, Gecə)
Microsoft Office proqramları ilə işləmək bacarığı.


MÜRACİƏT ÜÇÜN:
CV-nizi
hr@positivecc.com e-mail ünvanına mövzu hissəsində "MÜŞTƏRİ XİDMƏTLƏRİ ÜZRƏ OPERATOR " yazaraq göndərə bilərsiniz. Telefon: (012) 599-88-78


XXX XXXX XXX XXXX

CUSTOMER SERVİCE REPRESENTATİVE
Positive Call Center

Job description:
- We are currently seeking customer representatives for our airline company project, which serves Turkish Airlines.
- Opt for a positive choice by joining a professional team where you can foster personal growth and access promising career opportunities.
- In the role of a customer representative, you will be responsible for handling incoming calls and delivering exceptional service to our valued customers.
- Following your training period, you will commence your role, and monthly performance assessments will be conducted. Depending on your performance results, you could earn a bonus of up to 50% of your salary.
- Employees must be at least 19 and no older than 35.
- Performance evaluations will be conducted quarterly, and successful employees will be eligible for salary increases.
- Our shift system operates six days a week, with a daily schedule of 8 hours and 30 minutes (including a 1-hour meal/break). Shifts rotate on a weekly basis and encompass morning, noon, evening, and night shifts (a shuttle service is available for shift changes after 00:00). Appropriate shift solutions are being implemented through mutual agreement.
- If you are eager to enhance your English skills, gain hands-on experience in customer service, and work within a sociable and enjoyable environment, please feel free to submit your CV via email, gather further details from our phone number, or visit our office located at Nizami Street, AF Business House between 09:00-18:00 on weekdays. (+994 12 599 88 78)
You should possess a minimum B1 level of English proficiency.

How to apply: Interested candidates should send their CV to hr@positivecc.com with "Customer Service Representative EN" in the subject line.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

İnformatika müəllimi (Dövlət Qulluğu üzrə)

İnformatika müəllimi (Dövlət Qulluğu üzrə) tələb olunur

İşəgötürən: Vision Academy

Namizədə tələblər:
• Kompüter elmləri və ya digər müvafiq sahədə ali təhsil;
• Dövlət Qulluğu proqramları üzrə təcrübə mütləqdir;
• Tədris və ya mentorluq sahəsində iş təcrübəsi;
• Ofis proqramlarını (MS Word, MS Excel və MS PowerPoint) mükəmməl səviyyədə bilmək;

Əsas vəzifə öhdəlikləri:
• Rəhbərlik tərəfindən verilən dərs cədvəli proqramına riayət etmək;
• Müəyyən intervalda yoxlama imtahanları həyata keçirmək və nəticələri elan etmək;
• Tələbələrə fərdi və qrup şəklində proqramın tədrisi;
• Tələbələrin inkişafına nəzarət etmək və müntəzəm olaraq yoxlamaq;

İş Haqqında:
• Müsahibə zamanı təyin olunacaqdır;
• İş saatı: Dərs cədvəlinə əsasən;
• ARƏM uyğun işə qəbul;
• İş Yeri: Bakı Şəhəri, Elmlər Metrosu, Zahid Xəlilov 25A;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu yerinə “İnformatika müəllimi (DQ)” yazaraq hr@visionacademy.az e-mail ünvanına və yaxud 070-751-51-80 nömrəsinə göndərə bilərlər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Xalçayuma işçisi tələb olunur

166 Xalçayuma şirkətinə "Xalçayuma işçisi" tələb olunur.

Ünvan : Xırdalan şəhəri

Qeyd: Yaxın ərazidə yaşayan namizədlərə üstünlük veriləcək.

İş haqqında :

- 6 günlük iş qrafiki
- Yaş həddi: 18-45 kişi namizəd
- Əmək haqqı: 750-800 manat

Əlaqə:  050 261 24 23, 050 261 24 01 Whatsapp nömrəsinə "Xalçayuma işçisi" yazaraq müraciət edə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

55 yaşadək 4 əraziyə SATICILAR tələb olunur

İşəgötürən: ARAZ Supermarket MMC

Yaşayış ünvanı: *ƏHMƏDLi,, NARGİLƏ, H.ASLANOV,* *XƏZƏR DAİRƏSİ*

Tələblər:
●Kişi və qadın namizədlər
●18-55yaş
●İş təcrübəsi: Təcrübə mütləq deyil
●Təhsil: Orta təhsil
●Dil bilikləri: Azərbaycan

Vəzifələr:

●Müştərilərin istəyinə uyğun məhsul haqqında məlumat vermək.
●Vitrindəki meyvə-tərəvəzin təmizliyinə və məhsulun qiymətinə nəzarət etmək
●Rəhbərliyin tapşırdığı digər işlər
Əməkhaqqı: 400-450 AZN, əlavə olaraq staja görə 50 AZN artım

Əlavə imkanlar:
●Əmək qanunvericiliyinə uyğun sənədləşmə.
●Dəyişkən iş qrafiki.
●Karyera inkişaf imkanları
●Nahar və çay
Daxili layihələrə əsasən əlavə bonuslar

İş yerinin ünvanı: ƏHMƏDLi,, NARGİLƏ, H.ASLANOV,* *XƏZƏR DAİRƏSİ*

Müraciət qaydası: Uyğun namizədlər göstərilən əlaqə nömrəsi ilə zəng və ya whatsapp üzərindən əlaqə saxlaya bilər
Əlaqə: 055-225-59-51

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Kassir tələb olunur

İşəgötürən: Paulaner Brauhaus Baku

Əmək funksiyası:

Ödəniş əməliyyatlarını həyata keçirmək:
Ödəniş əməliyyatlarını həyata keçirən zaman texniki təlimatlara uyğun olaraq müvafiq təhlükəsizlik tədbirlərini görmək;
Qəbul edilmiş nağd pul vəsaitlərini rəhbərliyin nümayəndəsinə təhvil verəndək yoxlamaq, təhlükəsiz şəkildə saxlamaq;
Müştərilərin sorğularına gülərüz, nəzakətli və dəqiq şəkildə cavab vermək;
Müştəriyə qəbz/qaimə təqdim etmək;
Nağd pul vəsaitlərinin müəssisənin təhlükəsizlik tələblərinə uyğun olaraq saxlanmasını təmin etmək;
İmtina olan sifarişin ödənişlərini geri qaytarmaq;
Gündəlik və dövri hesabatlıq;
Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək.

Tələblər:

Müvafiq sahədə ali və ya orta-ixtisas təhsil;
Restoran sahəsində minimum 1 il müvafiq iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili – sərbəst; Rus və ya ingilis dili – yaxşı.
Kompüter bilikləri: Micros, Excel.

Vəzifə üzrə təminatlar:

Dünyanın məşhur alman brendində iş imkanı;
“TABIA Group” MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı;
Təlim və inkişaf proqramlarında iştirak imkanları;
Gündəlik qidalanma;
Bu vakansiya yalnız Azərbaycan vətəndaşlığı olan şəxslər üçündür.

Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) qeyd edilmiş pbb.hr@pmdhospitality.az elektron ünvanına mövzu bölməsində "Kassir" vakansiyanın adını qeyd etməklə 30.11.2024-cü il tarixinədək göndərə bilərlər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

ÜTÜCÜLƏR tələb olunur

Tikiş sexlərində işləmiş təcrübəli ütüləyicilər tələb olunur.

Vəzifəsi:

Ütülərdən istifadə qaydalarına tam əməl etməklə tikiş və trikotaj məhsulunu yüksək keyfiyyətlə və vaxtında ütüləməyi, Hazır geyim məhsullarının, eyni zamanda boğazlıq, yaxalıq, pencək, palto yaxalarının, papaqların, qol detallarının, ətəklərin, şalvarların və s. düzgün ütülənməsini bacarmalıdır.

Bilməlidir:

- Göstərilən çeşidin buxarlı ütü vüsitəsilə lazımi qaydada ütülənməsini;
- Məmulatların çeşidlərini; əməliyyatların yerinə yetirilmə ardıcıllığını;
- Bütün növ ütü aparatlarının işləmə mexanizmini. ütülərin istismar və qulluq qaydalarını;

İş rejimi: I-V günlər saat 08:00-dan 17:00-dək;

İstirahət günləri: VI-VII günlər və təqvim üzrə bayram günləri

Nahar fasiləsi: 13:00-14:00-dək.

Nahar müəssisə tərəfindən verilir.

İşə gəliş-gediş üçün metro stansiyalarına servis avtobusları işçilərin xidmətindədir.

Ünvan: "V DİZAYN" MMC - Bakı şəh., Nərimanov ray., Zəfəran Hospitalının yaxınlığı, "BYGEA" ASC-nin ərazisi

Əlaqə telefonları:

mob.: (010)
265-84-82

Whatsapp: (055)
839-89-87 "ÜTÜCÜ" qeyd edib işlə bağlı müraciət edə bilərsiniz.

Elanla bağlı müraciətləri yalnız iş saatlarında etməyiniz xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SATICILAR tələb olunur

“AZZA Gastronom” QSC şirkəti - bu gün Azərbaycanın ən böyük şirniyyat mağazaları şəbəkəsi "Satıcı" vakansiyasını elan edir.

Tələblər:

Tam orta təhsil (ali təhsil olması üstünlükdür).
Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (üstünlükdür).
Satış sahəsində təcrübə (üstünlükdür).
Komandada işləmə bacarığı

Vəzifələr:

Ticarət zalında kifayət qədər miqdarda çeşidin olmasına nəzarət etmək və lazım gələrsə onu doldurmaq.
Alqı - satqı zamanı alıcılara məsləhət vermək.
Mağaza tərəfindən malların qəbulunda köməklik etmək.
Satış üçün malların hazırlanması.
Malların qiymət etiketlərinə nəzarət etmək.
Malların saxlama müddətinə nəzarət etmək.
Mağazada malların yerləşdirilməsi və onlara nəzarət etmək.

Səlahiyyətlər:

Məsuliyyət.
Dəqiqlik.
Stresə dözümlülük.
Ünsiyyətlilik.
Müştəriyə diqqətçilik.

Şirkət təklif edir:

Əmək haqqı 600 manat , altı aydan sonara 620+ azn, bir il tamam olduqda 650+ azn.
Karyera yuksəlişi altı aydan sonra menecer vəzifəsinə qədər mümkündur və əmək haqqı artım ilə 800 azn qədər.
Növbəli iş cədvəli.
Peşəkar inkişaf və yüksəliş.
Rəsmi qeydiyyat.

Namizələrdən mövzu yerində "Satıcı" vakansiyasının adını göstərərək CV-lərini fotoşəkili ilə hr@azza.az e -poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

3 ƏRAZİYƏ SATICILAR tələb olunur - NÖVBƏLİ İŞ

Ərazi – Əhmədli , Nəsimi , Mərdəkan

İşəgötürən: "İndi Market"
Əmək haqqı: 500 manat

İş qrafiki: 3 növbəli
Qeyd:Marketdə ən az 1 il satış sahəsi üzrə təcrübə mütləqdir.

Əlaqə:
hr@indi.market və ya 051 232 60 36 (Whatsapp)
Uyğun namizədlər vakansiya adını qeyd edərərək CV-ni
hr@indi.market email ünvanına göndərə və ya qeyd edilən nömrəyə whatsapp message üzərindən CV və ya ad-soyad, yaş, iş təcrübəsilə bağlı məlumat qeyd edərək müraciət edə bilər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Syirtmə klapanların sökülüb yığılması üzrə texnik tələb olunur

İşəgötürən SNP Construction

Tələblər: İş təcrübəsi özü haqda məlumatlarda qeyd olunmalıdır

Vəzifələr: Syirtmə klapanları sökmək bolt qaykalarını açıb içini təmizləyib yenidən yığmaq və yerinə bağlamaq
Rəsmi əməkhaqqı Əmək haqqı iş müsahibəsindən sonra bildiriləcək

Əlavə imkanlar: Servis, Nahar, geyimlə təmin edilir

İş yerinin ünvanı: Azər kimya Etilen-Polietilen Zavodu

"Syirtmə klapanların sökülüb yığılması üzrə texnik" qeyd edib 0552099027 nömrənin whatsapp-na göndərə bilərsiniz.

Müraciət üçün son tarix: 25.11.2024

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Operator (faktura-kontrol) tələb olunur

İşəgötürən: Şam-Fi

Vəzifə öhdəlikləri

Satış, iadə və təhvil-təslim sənədlərinin (qaimələrinin) çatdırılma əməkdaşlarından gündəlik hesabat üzrə qəbul edilməsi;
Gündəlik gələn fakturaların üzləşdirilməsi;
Aşkarlanan problemlərlə bağlı tədbirlərin görülməsi.

Namizədə qarşı tələblər:
Ali təhsil;
Başlanğıc səviyyədə MS Excel biliyi;
Məntiqi-analitik düşüncə qabiliyyəti
Riyazi biliklər olmalı.

Vakansiya haqqında əlavə məlumat:
Universiteti yeni bitirmiş, gələcəkdə kariyerasını Təftiş, Audit sahəsi üzrə davam etdirməyi planlaşdıran xanım namizədlərə üstünlük verilir.
5 günlük ofisdaxili iş şəraiti və iş qrafiki.
İş yeri: Ağ şəhər.

Uyğun namizədlərdən mövzu hissəsində “Operator (faktura-kontrol)’’ qeyd edərək,
domrul.huseynli@sham-fi.az mail ünvanına müraciət etmələrini xahiş edirik.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

IT təhlükəsizlik inzibatçısı tələb olunur

İşəgötürən: Ram Holding

Əmək haqqı: 2600-2900AZN;
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30;

Namizədə olan tələblər:

Ali təhsil;
Sahə üzrə ən azı 3 il iş təcrübəsi;
Təhlükəsizlik üzrə sertifikatların olması arzuolunandır.
Vəzifə öhdəlikləri:

Holdinqin informasiya təhlükəsizliyini qorumaq;
Məlumat təhlükəsizlik siyasətinin müəyyənləşdirilməsi və idarə edilməsində iştirak etmək;
İT fövqəladə hallar planı ilə işləmək;
Məlumat təhlükəsizliyi üçün lazımi tədbirlər həyata keçirmək;
Texniki avadanlıqların iş təhlükəsizliyini nəzarət etmək, serverlərin və şəbəkə avadanlıqlarının təhlükəsizliyini yoxlamaq;
Kibertəhlükəsizlik üzrə dövri status hesabatlar hazırlanmasında iştirak etmək;
Təhlükəsizlik sistemlərini konfiqurasiya etmək, təhlükəsizlik tələblərini təhlil etmək və təkmilləşdirmələri tövsiyə etmək;
Şübhəli davranış üçün şəbəkə trafikini izləmək;
Lokal şəbəkənin seqmentləşdirilməsində iştirak edir və seqmentlərin təhlükəsizliyinə nəzarət edir;
Perimetrdə və lokal şəbəkədə yerləşən qoruyucu fayrvol avadanlıqlarını konfiqurasiya edir və nəzarət edir;
Fayrvol avadanlıqlarında icazələrin verilməsində iştirak edir;
Təhlükəsizlik avadanlıqlarının, eləcə də servislərin işlək olmasını təmin edir və loqlama mexanizmlərini konfiqurasiya edir;
Kiritik informasiya sistemlərinin və avadanlıqların təhlükəsizlik tələblərinə uyğun sazlanmasını təmin edir;
Veb proqramların təhlükəsizliyini təmin edən nəzarət sistemini qurur və işinə nəzarət edir;
Şirkətin kritik informasiya resurslarında olan dəyişikliklərin həyata keçirilməsində kibertəhlükəsizlik nəzarət mexanizmlərini sazlayır;
Periodik olaraq daxili və xarici penetration və vulnerability testlərini həyata keçirmək, təhdidləri müəyyən etmək və müdafiə etmək;
Daxili audit, risk və informasiya təhlükəsizliyi yoxlamaları nəticəsində ortaya çıxmış kibertəhlükəsizlik üzrə boşluqları aradan qaldırır;
Şirkətin əməliyyatlarının dayanıqlığı və qəzalardan bərpa planlaşdırılmasında, testləşdirilməsində və icrasında iştirak edir;
Son istifadəçi sistemlərində yoxlamalar aparmaq, boşluqların aradan qaldırılmasını təmin etmək.

Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İT təhlükəsizlik inzibatçısı” yazaraq hr@ram.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Ofis Meneceri tələb olunur

işəgötürən: CityMap

Vəzifə öhdəlikləri:

Ofisə gələn şəxslərin nəzakətlə qarşılanması və pozitiv şəkildə müşaiyət olunması
Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, gecikmə halları barədə rəhbərliyi məlumatlandırmaq;
Ofisə daxil olan zənglərin cavablandırılması
Rəhbərliyin verdiyi tapşırıqları vaxtında yerinə yetirilməsi
Rəhbərliyə / Qonaqlara / Müştərilərə çay, qəhvə, su təqdim olunması
Ofis daxili inzibati işlərin təşkili

Tələblər:

Dil bilikləri: Azərbaycan dili və Rus dili
Təhsil: Ali
İş təcrübəsi: müvafiq sahə üzrə 1 ildən az olmayaraq
Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları

Uyğun namizədlər CV-lərinin mövzu hissəsində “JS Ofis Menecer”
vh@cgm.az elektron poçt ünvanına göndərə bilər.

Əmək haqqı: 400 - 600 manat

Məlumat: Mob : 055 224 40 52

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Katibə-Referent tələb olunur

İşəgötürən: Nurgun Holding

Tələblər:

Ali təhsil
1 il katibə-referent sahəsində iş təcrübəsi
Xanım namizəd
Yaş həddi 27 - 35
Xoş xarici görünüş
Azərbaycan dilində səlis danışmalı
Ofis proqramlarından (Word, Excel, Outlook, İnternet) sərbəst istifadə etməli
Ofis avadanlıqları ilə işləmək bacarığı (printer, scan, faks)
İşgüzar münasibət etikasını bilməli
İşində səliqəli, məsuliyyətli və ünsiyyətcil olmalı
Təşkilatçılıq bacarığı
Sənədləşmə işinin aparılması bacarığı

Vəzifə öhdəlikləri:

Daxil və xaric olan sənədlərin qeydiyyatını aparır;
Telefonlara cavab verir və lazımı ünvanlara istiqamətləndirir;
Rəhbərliyin qonaqlarını qarşılayır;
Rəhbərliyə və qonaqlara çay/kofe/su təqdim edir;
Daxil olan sənədlər və digər məlumatlar barədə rəbərliyi vaxtında məlumatlandırır;
Baxılmaq üçün rəhbərə təqdim edilmiş məktubları qəbul edir, qəbul edilmiş qərara əsasən onları cavab hazırlanması, yaxud iş prosesində istifadə edilməsi üçün struktur bölmələrinə və ya konkret vəzifəli şəxslərə verir;
Kargüzarlığı aparır, kompüter vasitəsilə müxtəlif əməliyyatlar yerinə yetirir;
Rəhbərin tapşırığı ilə məktublar, sorğular və s. sənədlər tərtib edir və məktub müəlliflərinə cavablar hazırlayır;
Qəbula gələnlərin qəbulunu təşkil edir, işçilərin təklif və xahişlərinə vaxtında baxılmasına kömək edir;
Rəhbərin iclas və müşavirələrinin keçirilməsini, iclasların ehtiyac olduqda protokollaşdırılmasını təşkil edir;
Rəhbərin tabeçiliyindəki idarə və bölmələrə onun verdiyi göstərişlərin uçotunu aparır və icra olunmasını nəzarətdə saxlayaraq onların icra vəziyyəti barədə rəhbərə məruzələr edir.

Namizədlərdən şəkil əlavə olunmuş tərcümeyi-halını qeyd edilmiş hr@nurgun.az elekton poçt ünvanına göndərməyini və elektron məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (Katibə-referent) göstərməyini xahiş edirik.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SÜRÜCÜ tələb olunur

İşəgötürən: AT-GEOTECH

TƏLƏBLƏR:

D kateqoriyalı sürücülük vəsiqəsi
İş təcrübəsi- 3il
Yaş-26-55
İş Bakı daxili və bölgələrdə olacaq.
Maaş 700 manat artandır

Uyğun namizədlərin CV-lərini mövzu(subject) hissəsinə “SÜRÜCÜ” yazaraq hr@at-geotech.com email ünvanına göndərmələri və ya 0552021469 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

50-yaşadək SATICI- KASSİRLƏR tələb olunur

İşəgötürən: OBA

Tələblər:

Namizəd: Kişi və ya qadın, 18-50,
İş təcrübəsi tələb edilmir,
Təhsil orta,
Dil bilikləri tələb edilmir

Vəzifələr: Satıcı kassir

Əməkhaqqı: 450-600 manat

Əlavə imkanlar: Nahar, müəyyən edilmiş ərazilər üzrə yol pulu

Müraciət qaydası: cv@oba.az

Əlaqə nömrəsi:
055 255 64 94
055 205 52 07

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Mağaza anbar işçisi (Fəhlə) tələb olunur

İşəgötürən: ABC Telecom (Kontakt Home)

Vəzifəsi:

Mağazaya daxil olan məhsulların maşınlardan boşaldılması və yerləşdirilməsi;
Anbar və mağazada məhsulların səliqəsinə nəzarət edilməsi;
Təhlükəsizlik qaydalarına riayət olunması;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

İş şəraiti:
İş günü: 6 gün iş, 1 gün istirahət;
İş Saatı: 10:00-19:00
Əmək haqqı : 580 Manat
Ünvanlar : Vurğun Residence ( Baki Dövlət sirkinin yanı , Zabitlər bağı ilə üzbəüz), Nərimanov Metrosu , Gənclik Mall.

Tələblər
Fiziki cəhətdən sağlam və güclü;
Məsulliyyətli, punktual və komandada işləmək bacarığı.

Maraqlanan şəxslər 051-252-14-46 nömrəsinin whatsappına AD,SOYAD və maraqlandıqları Vakansiyanı yaza bilər və ya CV-lərini Zahra.Iskandarova@abc-telecom.az ünvanına göndərə bilərlər.

Qeyd: Sorğular yalnız iş saatlarında (həftə içi saat 09:00-18:00) cavablandırılır.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Rəhbər köməkçisi tələb olunur

işəgötürən: Kartonpak

İş yeri: Bakı-Şamaxı şosesi, Atyalı

Bu vəzifədə hansı bilik və təcrübəni qazanacaqsınız:

Satış sahəsində təcrübə
Qablaşdırmanın sıfırdan layihələndirməsi
Məhsulların maya dəyərini hesablanmağı
Kommunikasiya bacarığın artırılması

Tələblər:

Ali təhsil; Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus dili – sərbəst
Yaş həddi: 25-35-dək, namizəd QADIN
(MÜTLƏQ!) satış sahəsində ən azı 2 il təcrübəsi olan;
CRM sistemləri ilə iş təcrübəsi;
Yüksək ünsiyyət bacarığına malik;
Danışıqlar aparmaq və rəhbərlik tərəfindən qoyulan məqsədlərə nail olmaq bacarığı;
Prioritetlər vermək və dəyişən vəziyyətlərə hazır olmaq bacarığı;
Bir çox işi eyni anda görməli olacaqsınız bacarəğı (multitasking);
Aktiv, pozitiv, sürətli;
Sürətlə öyrənən və istənilən prosesdə fəal iştirak edə bilən;
Əla MS Office bilikləri: Word, Excel, PowerPoint, CorelDraw
Stresə qarşı müqavimət və iş vaxtından artıq işləməyə hazır olmağı;
Yüksək təşkilatçılıq bacarığı;
Təhlil etmə bacarığı;

İş şəraiti:

Əmək haqqı: 600 manat (müsahibə əsasında dəyişə bilər)
5 günlük iş həftəsi; İş saatı: 9:00/18:00;

İndi isə vakansiyanı diqqətlə oxumusunuzsa və bizimlə işləmək istədiyinizə qərar vermisinizsə, cavab məktubunuzu bızə göndərin və bu sözlərlə başlayın: Mən mütləq sizinlə danışmaq və suallarınızı cavablandırmaq istəyirəm.

Həmçinin, məktubda niyə görə hesab edirsiniz ki, bu vəzifəyə seçilməlisiniz və qeyd olunan vəzifədə hansı bilik və təcrübənizdən istifadə edə biləcəksiniz, 1-2 abzasda qeyd etməyiniz xahiş olunur.

E-MAİL: hr@kartonpak.az

İşin təsviri:

Şirkətimiz 2000-ci ildən fəaliyyət göstərir və karton qablaşdırmanın istehsalı sahəsində lider şirkətlərdən biridir. Müştərilərimiz sırasında iri qida məhsulların istehsalı şirkətləri, şərab fabrikləri, geyim istehsalçıları, məişət texnikası, geyim və digər malların satışı ilə məşğul olan mağazalar şəbəkəsi var. Müəssisəmiz ildən-ilə təkmilləşir, müştəri bazamız böyüyür, müasir avadanlıqlar alınır və hal-hazırda işçi heyyətin böyüməsini nəzərə alaraq, Rəhbər köməkçisi vakansiyasını açıq elan edirik.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SATIŞ MENECERİ tələb olunur

İşəgötürən: Constech Construction (Şirkət təmir tikinti İnşaat işləri ilə məşğuldur)

Əmək haqqı : 700 manat Net+%

Vəzifə və öhdəliklər:

-Şirkətin satış strategiyasının təkmilləşdirilməsi;
-Sifarişçi şirkətlərlə görüşmək və şirkətimiz haqqında məlumatlandırmaq;
-Şirkətin təqdimatını aparmaq;
-Yeni sifarişçilər cəlb etmək.

Tələblər:

-Ali təhsil (Biznes,İnşaat,Mühəndislik üzrə);
-İnşaat satışı sahəsində ən az 3 il təcrübə;
- Rus və ingilis dili minimum səviyyədə bilməli;
-Səlis danışıq qabiliyyəti olmalı,müştəri cəlb etməyi bacarmalı; inandırma qabiliyyəti olmalı;

Maraqlanan namizədlər "SATIŞ MENECERİ" qeyd edib info@constechllc.com mail ünvanına cv-lərini göndərə bilərlər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Resepşn tələb olunur

İşəgötürən: Asthetik Lab

Kosmetoloji klinikaya resepşn vəzifəsinə qız tələb olunur.

Tələblər:
Ali təhsil
Bacarıqlı nitq, Azərbaycan və rus dillərini mükəmməl bilmək
Mehriban və xoş görünüşlü
Yaş 20-28
İş saatları: 09:00 - 19:30 (6/1 iş günü)
Əmək haqqı: 600 azn

Vəzifə öhdəlikləri:
Xəstələrin qəbulu və qeydiyyatı
Daxil olan zənglərə və e-poçtlara cavab verin
Ofis üçün rahat və xoş atmosferin saxlanması
Rəsmi qeydiyyat
CV-lərə yalnız namizədin fotoşəkili ilə baxılır

Uyğun namizədlər ŞƏKİLLİ CV-lərini mövzü bölməsində “Resepşn” qeyd edərək e-poçt ünvanına göndərə bilərlər

Ünvan: Koroğlu Rəhimov 13 A. ,
“Asthetik Lab” hr@asthetiklab.com
055-900-91-11


XXX XXXX XXX

Ресепшн
В косметологическую клинику требуется девушка на позицию ресепшн

Требования:
Высшее образование
Грамотная речь , знание азербайджанского и русского языков в совершенстве
Дружелюбность, приветливость, ухоженный вид
Возраст 20-28
График работы: 09:00 – 19:30 (6/1 рабочих дней)
Зарплата – 600 азн

Обязанности:
Встреча и регистрация пациентов
Отвечать на входящие звонки и е-мейлы
Поддержание комфорта и приятной атмосферы для офиса
Официальное оформление
Своевременные выплаты CV рассматриваются только с фотографией кандидата
Адрес: Короглу Рагимов 13 A., “Asthetik Lab” hr@asthetiklab.com
055-900-91-11

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Yeni açılacaq ŞİRNİYYAT mağazasına işçilər tələb olunur

İşəgötürən: Nush Kulinariya

Vəzifələr:

1. SATICI (Qadın)
2. SOBAÇI (Qadın)

Ünvan: Azər Manafov küçəsi 16 (Qara Qarayev metrosu çıxışı)

Müraciət qaydası:
Əlaqə: (055) 232 53 22
(050) 755 82 02

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SÜRÜCÜ tələb olunur

İşəgötürən: Rich Pharma

Şəxsi avtomobil yaxşı vəziyyyətdə olmalıdır.
B kateqoriyalı sürücülük vəsiqəsi
Əmək haqqı: Başlanğıc üçün 500 azn + yanacaq xərcləri + ezamiyyət pulu əlavə
İş saatı: Hər gün 09:00-dan – 17:00-dək
İstirahət günləri: Şənbə və bazar, bayram günlərə də daxil

Vəzifə öhdəlikləri:

Şirkətin təyin etdiyi marşrut üzrə təhlükəsiz qaydada hərəkət etmək
Məntəqələr arası gediş-gəlişləri təmin etmək
Regionlara ezamiyyət etmək
Qonaqları qarşılamaq
Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək
İşlə əlaqədar birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqları icra etmək
Subordinasiyaya və etik davranış qaydalarına əməl etməli

Namizədə tələblər:

Yaş həddi: 40 – 65 yaş aralığı
Məsuliyyətli və diqqətli olmaq
Şəhəri yaxşı tanımaq
Yüksək səviyyədə yol hərəkəti qaydaları biliyi
Təhlükəsiz sürücülük bacarıqları

"Sürücü" qeyd edib işlə bağlı müraciətinizi rich@richpharma.ru e-mail adresinə yaza bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Kişi TƏMİZLİKÇİLƏR tələb olunur

AZZA şirkəti - bu gün Azərbaycanın ən böyük şirniyyat mağazaları şəbəkəsi - "Xidmətçi (təmizlikçi)" vakansiyasını elan edir.

Tələblər:

Orta təhsil

Yaş həddi: 20-35 kişi
Səliqəli, təmizkar, punktual
İşinə məsuliyyətli və diqqətli yanaşma

Vəzifə öhtəlikləri:

İstehsalatda təmizlik işlərinin aparılması
Avadanlıqların (mikser, soyuducu) təmizliyi

Şirkət təklif edir:
Altı günlük iş rejimi
Əmək haqqı 600-700 Manat +Nahar yeməyi
Rəsmi qeydiyyat

Namizələrdən mövzu yerində " Xidmətçi " vakansiyasının adını göstərərək CV-lərini fotoşəkili ilə hr@azza.az e -poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Restoranlar şəbəkəsinə “Xadimə” tələb olunur - Təcrübəyə ehtiyac yoxdur

İş Şərtləri:

- İş qrafiki: Növbəli, saat 08:00-16:00; 15:00-23:00 -dək
- Nahar ödənişi
- Yaş həddi: 18-55
- 6 günlük iş qrafiki.
- Növbəli iş rejimi.
- Əmək haqqı 450-510 manat

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Xadimə” mövzusu altında hr@papajohns.az elekton ünvanına göndərə bilər və 050 229 42 77 Whatsapp nömrəsinə yaza bilərsiniz

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Mebel Qablaşdırıcısı tələb olunur

İşəgötürən: ABC Telecom (Kontakt Home)

Vəzifə öhdəlikləri:

Mebel qablaşdırma prosesinin planlaşdırılması;
Qablaşdırılacaq mebelin modul və ya detalların təmizliyinin yoxlanılması;
Qablaşdırılacaq məhsulun keyfiyyətinin müşahidə ilə yoxlanılması, aşkarlanan zədənin bərpa prosesinə qaytarılması;
Paket saylarının qeyd edilməsi;
Hazır məhsulların anbara təhvil verilməsi;
Qablaşdırma işçi sahəsinin təmizliyinə riayət olunması;

İş şəraiti

İş günləri: 6 iş günü, 1 gün istirahət;
İş yeri: Binəqədi rayonu;
Əmək haqqı: 650-700 manat Nett.
Tələblər:

Qablaşdırıcı kimi 1 il iş təcrübəsi;
Mebel sahəsində iş təcrübəsi;
Fiziki cəhətdən sağlam olmalı;
Kollektivdə komanda şəklində işləmə bacarığı;
Nizam-intizamlı, məsuliyyətli olmalı.

051-201-57-50 (ZƏNG ETMƏYİN) nömrənin whatsappına AD,SOYAD və "Mebel Qablaşdırıcısı " sözünü yaza bilər və ya CV-lərini aytac.i.mammadova@abc-telecom.az ünvanına göndərə bilərlər.

Qeyd: Sorğular yalnız iş saatlarında (həftə içi saat 09:00-18:00) cavablandırılır.
Qeyd: Müraciət etmək üçün yanlız Whatsapp və ya mail üzrərindən yazmağınız xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Fəhlə tələb olunur - MAAŞ 600-800 MANAT

İşəgötürən: Xonça Şirniyyat Fabriki - Veysəloğlu Şirkətlər Qrupu

-İş yeri: Abşeron rayonu, Məhəmmədi qəsəbəsi - Veysəloğlu Dağıtım Mərkəzi.
- Avtovağzal və Koroğlu servisləri mövcuddur;

VƏZİFƏSİ:

- Yüklərin boşaldılması;
- Malların qəbulu və yerləşdirilməsi ( məhsullar qida məhsullarıdır );
- Yaş: 19-45;
- 6 günlük iş qrafiki;
- Fiziki olaraq sağlam;
- 1 həftə gecə, 1 həftə gündüz növbəsi (gecə növbəsinə çıxarkən hər günə görə əlavə ödəniş edilir);
- Əmək haqqı: 600-800 AZN + Nahar təmin edilir;

Təminatlar:
- AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə;
- Karyera yüksəlişi imkanı;
- Servislə təmin edilir;
- Rəsmi əmək haqqı;

Vakansiya üçün müraciət edərkən “Fəhlə” qeyd edib işlə bağlı müraciətinizi 055 300 56 53 nömrəsinin whatsapına yaza bilərsiniz.

Читать полностью…
Subscribe to a channel