Fəhlə tələb olunur
İşəgötürən: Nush Cake House
Yaş həddi 22-32 kişi namizəd
İş saati: 08:00- dan 19:00-dək
Əmək haqqı: 500 manat
Nahar şirkət tərəfindən təmin olunur
Unvan: Babək pr 105
Xalqlar dostlugu metrosu yaxinliginda yerləşir
İşlə bağlı ətraflı məlumat üşün 0998001574 Whatsapp nömrəsinə yaza bilərsiniz.
Ağıllı ev sistemləri üzrə mühəndis tələb olunur
İşəgötürən: MLK Tech Group
İş şəraiti:
Əməkhaqqı: 1200AZN (Təcrübədən asılı olaraq dəyişə bilər)
İş qrafiki: 6 günlük
Vəzifə öhdəlikləri:
Ağıllı ev sistemlərinin qurulması, tənzimləmələrin həyata keçirilməsi.
Panoların yığılması.
Sahədə işlərin gedişinə nəzarət edilməsi.
Texniki problem və nasazlıqların yerində həll edilməsi.
Çertiyojların hazırlanması.
İstifadəçilərin Ağıllı ev sistemlərindən istifadə qaydalarının təlimatlandırılması.
Görülmüş işlərlə bağlı sənədlərin hazırlanması.
Günlük, həftəlik hesabatların rəhbərliyə təqdim olunması.
Tələblər:
Ali təhsil (avtomatlaşdırma və ya elektrik).
Sahə üzrə təcrübə 1-3 il.
KNX protokolu üzrə biliklər.
Autocad, MS Office.
İngilis dili.
Komanda ilə işləmə bacarığı.
Uyğun namizədlərdən mövzu hissəsində “Ağıllı ev sistemləri üzrə mühəndis” qeyd edərək öz CV-lərini hr@mlktechgroup.com mail ünvanına 23.12.2024 tarixinə qədər göndərmələri xahiş olunur. Yalnız uyğun gələn namizədlər ilə əlaqə saxlanılacaqdır.
Keyfiyyətə nəzarət üzrə mütəxəssis tələb olunur
İşəgötürən: AYTA LTD MMC
Vəzifə öhdəlikləri:
Layihələrdə tətbiq edilmiş KN sistemlərin tələblərə uyğunluğunu yoxlamaq;
Layihələrdə tətbiq edilmiş KN sistem nəticələrinin uyğunluğunu yoxlamaq;
Layihələrdə tətbiq edilmiş KN sisteminə dair sənədləri yoxlamaq və təsdiqləmək;
Layihələrdə aparılan sənədləşmənin layihə tələblərinə, qüvvədə olan norma və standartlara, digər rəhbəredici sənədlərin tələblərinə uyğunluğunu yoxlamaq;
Layihələrdə yerinə yetirilən işlərin layihə tələblərinə, qüvvədə olan norma və standartlara, digər rəhbəredici sənədlərin tələblərinə uyğunluğunu yoxlamaq;
Layihədə istifadə edilən material və avadanlıqların layihə tələblərinə, qüvvədə olan norma və standartlara, digər rəhbəredici sənədlərin tələblərinə uyğunluğunu yoxlamaq;
Layihələrdə yoxlama vaxtı aşkarlanmış uyğunsuzluqları sənədləşdirmək, aradan qaldırılmasını yoxlamaq;
Fəaliyyət istiqaməti üzrə hesabatların hazırlanması;
Rəhbərlik tərəfindən veriləcək digər oxşar tapşırıqları icra etmək;
Tələblər:
Yaş: 30-45;
Qeyd: Mebel sahəsində işləyənlərə üstünlük verilir.
Müraciət etmək üçün:
"Keyfiyyətə nəzarət üzrə mütəxəssis" qeyd edib CV-nizi ceyhun.eyvazov@aytamart.az e-mail adresinə göndərə bilərsiniz.
Tel: 051-611-00-86
077-250-77-87
Şirkət haqqında
AYTA LTD MMC şirkəti 20 ildən artıqdır ki, Azərbaycan bazarında tikinti sahəsində fəaliyyət göstərir. 2024-cü ildən etibarən isə yeni qolu "AYTA MARKET" TİCARƏT MƏRKƏZİ fəaliyyətə başlayıb.
Rəy sorğusu keçirdəcək(sorğu üzrə mütəxəssis) qadın və kişi tələb olunur
İşəgötürən: "Business Insight MMC"
Marketing Araşdırma şirkətinə
İşin təsviri:
Şirkət tərəfindən verilən planşet vasitəsilə insanlardan intervu almaq_
( Suallar mobil cihazda hazır şəkildədir)
Mövzu müxtəlif
İş saatı: 10:00-19:00
Tələbələr üçün: 14:00-19:00
Maaş: Görülən işlər əsasında hesablanır orta 700-800 AZN
Tələblər:
Yaş: 18-35
Təcrübə tələb olunmur
İşində ciddi , ünsiyyətcil, mehriban nazmizədlər müraciət etsin
Karyera yüksəlişi mövcuddur
CV-lərinizi "Rəy sorğusu " qeyd edib işlə bağlı müraciətinizi kamran.m@businessinsight.az e-mail adresinə və ya 077 402 42 12 whatsapp -a göndərə bilərsiniz.
Əlaqə
Yalnız WhatsApp - 077 402 42 12 Kamran M
whatsapp ünvanına cv göndərə bilərsiniz.
web: www.businessinsight.az
email: kamran.m@businessinsight.az
Ünvan: Nərimanov r/nu, Ə.Rəcəbli 1/6B.
Fəhlə-Maltoplayan tələb olunur
İşəgötürən: Araz Supermarket MMC
İş yeri: Məhəmmədi qəsəbəsi
- Servis mövcuddur: Höküməli, Sumqayıt, Binə, 20 Yanvar istiqamətindən
- Təcrübə vacib deyil.
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə.
- Şirkət hesabına nahar yeməyi
- Əmək haqqı + Bonus
- Karyera inkişaf imkanları.
- İş qrafiki: Dəyişkən iş qrafiki, həftədə bir dəfə istirahət
İşlə bağlı müraciətinizi 055 333 19 18 nömrənin Whatsapp-na yaza bilərsiniz
Qadın QRAFİK DİZAYNER tələb olunur
İşəgötürən: Baku Etiket
Tələblər: Yaş: 20-40
CorelDRAW proqramında əsas (proqram da işləməyi bacarmaq şərtdir) biliklərə sahib olan və dizayn sahəsində təcrübəsini inkişaf etdirmək istəyən namizədlər axtarılır.
İşə qəbul ediləcək şəxslər üçün 2 aylıq təlim proqramı təşkil olunacaq.
Təlim zamanı CorelDRAW üzrə peşəkar texnikalar, kreativ dizayn prinsipləri və praktiki işlər üzərində təcrübə qazandırılacaq. Bu, iş prosesinə tam inteqrasiya olunmaq və qrafik dizayn sahəsində peşəkar olmaq üçün əla fürsətdir.
Təlimdə özünü doğruldan şəxs dizayner kimi işə başlayacaq.
Lazım olan bacarıqlar:
- CorelDRAW proqramında əsas biliklər;
- Rəng nəzəriyyəsi və kompozisiya anlayışı;
- Yaradıcılıq və dizaynda yeni ideyalar yaratma qabiliyyəti;
- Məsuliyyətli, vaxtında və keyfiyyətli işləmə bacarığı;
- Çap və ya rəqəmsal dizayn sahəsinə maraq.
Əmək haqqı: Müsahibə əsasında
İş müddətində vəzifə öhdəliklərinin yerinə yetirilməsinə əsasən dəyişim olacaqdır.
İş yerinin ünvanı:
- Dərnəgül, Baksol yolu. Bakı Biskvit fabrikinin yanı
İş saatı: 08:00-18:00 - Bazar ertəsi-Şənbə
Bazar günün qeyri iş günüdür
Müraciət qaydası:
-Göstərilən tələblərə uyğun təcrübəli namizədlər öz CV-lərini bakuetiket@mail.ru (Mövzu hissəsinə Qrafik dizayner) elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: Təcili
Şəxsi avtomobili olan SATIŞ TƏMSİLÇİSİ (Ekspeditor) tələb olunur
İşəgötürən: West Product Marketing MMC
Tələblər:
-Ali təhsil
-Yaş aralığı: 25-40 kişi namizəd
-Təcrübə: Korporativ satış və müştəri xidməti sahəsində ən azı 1 ildən 3 ilədək iş təcrübəsi
-Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik
-Şifahi və yazılı ünsiyyət qurmaq, işgüzar danışıqların aparılması və təqdimat etmək bacarıqları
-Komanda ilə işləmək bacarığına sahib olmaq
- Şəxsi avtomobil
Rəsmi əməkhaqqı:.600+bonus (ümumi 1000+)
Əlavə imkanlar:
-Korporativ nömrə;
-Yanacaq və amortizasiya xərcləri;
İş yerinin ünvanı: Aşıq Molla Cümə 60
Müraciət qaydası:
"SATIŞ TƏMSİLÇİSİ (Ekspeditor)" qeyd edib CV-nizi cv@vpm.az e-mail adresinə göndərə bilərsiniz.
Haqqında: West Product Marketing MMC kərə yağı bazarında əsas distribüter şirkətlərindən biri kimi 2003-cü ildən etibarən qida sektorunda fəaliyyət göstərir. Şirkətin fəaliyyətində Westgold, Golden Crown, Gerda, French Cow kərə yağı markaları ilə yanaşı, bitki yağları, pendir, süd, qatılaşdırılmış süd, makaron, düyü, zeytun, ketçup və s. kimi məhsul markaları, şirniyyat fabriki və supermarket şəbəkəsi yer alır.
SATIŞ TƏMSİLÇİLƏRİ tələb olunur - MAAŞ 1000 MANAT
İşəgötürən: "Aquavita" Tac MMC
Şəxsi avtomobili olması MÜTLƏQDİR
Tələblər:
Namizəd" Qadın və ya kişi
Yaş həddi: 23-45
Dil biliyi: Rus dili
Vəzifələr:
Məhsullarımızın satışını həyata keçirmək
Gündəlik qoyulan tələbləri yerinə yetirmək
Əmək haqqı:1000 azn(İlkin mərhlədə).
İş yerinin ünvanı: Sulutəpə qəsəbəsi
Müraciət qaydası: 0558148484 Fərid bəy
Müraciətin son tarixi: 01.01.2025
SÜRÜCÜ tələb olunur - MAAŞ 1000 MANAT
İşəgötürən: Sirab Satış və Dağıtım MMC
Əsas tələblər:
Yaş həddi: 25– 45;
Sürücülük vəsiqəsi: BC;
İsuzu və Hyundai markalı yük avtomobillərini sürməyi bacaran;
Bakı ərazsinini yaxşı səviyyədə tanıyan;
Xoş görünüşlü, mədəni, kommunikasiya qura bilən;
Vəzifə öhdəlikləri:
Daşınan yükləri təhlükəsiz şəkildə təyinat yerinə çatdırması;
Məhsulların fakturalara uyğun müşdərilərə təhvil verilməsi;
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etməsi;
Daxili Əmək İntizam Qaydalarına riayət etməsi;
İş vaxtının norması:
6 günlük iş rejimi;
İstirahət günü: Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Əmək haqqı: 1000 manat
Yemək pulu şirkət tərəfindən;
Korporativ telefon nömrəsi və danışıq paketi.
İş yeri:
Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Sürücü” yazmaqla cv@sirab.az mail ünvanına göndərə və ya qeyd olunan Şirkət ünvanına həftə içi 5 gün saat 10:00-15:00 aralığnda yaxınlaşıb CV forması doldura bilərlər. Tel Wp:0559000551.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Operator (faktura-kontrol) tələb olunur
İşəgötürən: Şam-Fi
Vəzifə öhdəlikləri
Satış, iadə və təhvil-təslim sənədlərinin (qaimələrinin) çatdırılma əməkdaşlarından gündəlik hesabat üzrə qəbul edilməsi;
Gündəlik gələn fakturaların üzləşdirilməsi;
Aşkarlanan problemlərlə bağlı tədbirlərin görülməsi.
Namizədə qarşı tələblər:
Ali təhsil;
Başlanğıc səviyyədə MS Excel biliyi;
Məntiqi-analitik düşüncə qabiliyyəti
Riyazi biliklər olmalı.
Vakansiya haqqında əlavə məlumat:
Universiteti yeni bitirmiş, gələcəkdə kariyerasını Təftiş, Audit sahəsi üzrə davam etdirməyi planlaşdıran xanım namizədlərə üstünlük verilir.
5 günlük ofisdaxili iş şəraiti və iş qrafiki.
İş yeri: Ağ şəhər.
Uyğun namizədlərdən mövzu hissəsində “Operator (faktura-kontrol)’’ qeyd edərək, domrul.huseynli@sham-fi.az mail ünvanına müraciət etmələrini xahiş edirik.
MERÇENDAYZER tələb olunur
İşəgötürən: Merchpro
Tələblər:
Kişi və qadın namizədlər,1 ildən aşağı iş təcrübəsi
Vəzifələr:
Müəyyən olunmuş və kompakt ərazi üzrə satış nöqtələrini ziyarət etmək
Şirkətin məhsullarını mağaza vitrinlərində verilmiş plonaqrama əsasən düzmək
Satış nöqtələrində məhsulların yerləşdiyi rəfləri səliqəyə salmaq və daim nəzarətdə saxlamaq
Malların istehsal tarixlərinə və əmtəə görünüşünə nəzarət etmək
Qiymət dəyişikliklərinə nəzarət etmək
Daxili nizam-intizam qaydalarına əməl etmək
Əmək haqqı 600-800 manat
Ünvan :Nərimanov rayonu Ələskər Qayıbov 12/22
Müraciət qaydası :merchpro22@gmail.com
Əlaqə nömrəsi 077-728-00-88 Leyla xanım
Müraciət üçün son tarix:29.12.2024
Korporativ satış mütəxəssisi tələb olunur
189 TAXI xidmətinə Korporativ satış mütəxəssisi (partnyorların cəlbi) tələb olunur
İş qrafikı, 9.00-18.00
Əmək haqqı + satışdan bonus – müsahibə nəticəsi əsasında müəyyənləşdirilir
Öhdəliklər:
Bazarın araşdırılması
Partnyorluğa açıq olan avtomobil sahiblərinin (sahibkarlarının) axtarışı və əməkdaşlıq üçün cəlbi:
-görüşlərin keçirilməsi
-təkliflərin hazırlanması
-satışın həyata keçirilməsi
Satışla bağlı hesabatların təqdim edilməsi
Rəhbərliyin işlə bağlı digər tapşırıqlarının yerinə yetitilməsi
Namizədə tələblər:
- Səlis nitq
-Satış etmə bacarığı
-Kompüter bilikləri - MS office
-Azərbaycan dili- səlis
-Satış sahəsində iş təcrübəsi
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini “Korporativ satış mütəxəssisi ” qeyd etməklə hr@taxibaku.az elektron ünvanına göndərsinlər
Korporativ Satış üzrə mütəxəssisi tələb olunur - YÜKSƏK MAAŞ
İşəgötürən : FCC MMC
Əməkhaqqı : 1500-2000 Manat
İş qrafiki : Bazar Ertəsi - Şənbə, Saat ; 09.00 -18.00
Vəzifələr :
Potensial müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
Yeni müştərilərə “soyuq” zənglərin edilməsini icra edir.
Görüş və təqdimatların təşkil edilməsini təmin edir
Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
Tələblər :
Satış sahəsində minimum 3-5 il
Ms. Office proqramlarını yüksək səviyyədə bilməlidir.
İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitik olmalıdır,
Müştəriyönümlü satış etmək bacarığının olmalı;
İş yerinin ünvanı : Nərimanov rayonu, Kral Huseyn, 64 B
Müraciət üçün son tarix : 10.01.2025
Müraciət qaydası :
" Korporativ Satış üzrə mütəxəssisi" qeyd edib Cv-nizi toghrul.gulamzada@fccllc.az e-mail adresinə göndərə bilərsiniz.
Biznesin inkişafı üzrə mütəxəssis tələb olunur
İşəgötürən: MPAY QSC
İş şəraiti:
İş rejimi həftənin 5 günü (09:00-18:00)
Əmək haqqının 15 gündən bir ödənilməsi
Tibbi sığorta təminatının verilməsi
Nahar təminatının qarşılanması
Vəzifə öhdəlikləri
Şirkətin məhsul və xidmətləri üçün biznes strategiyası və biznes planlarını hazırlayır
Şirkətin maliyyə dövriyyəsini artıra biləcək yeni xidmət və ya məhsul yaradılmasında yaxından iştirak etmək
Şirkətin məhsul və xidmətləri üçün yeni müştərilər cəlb edir və onlarla əməkdaşlıq prosesini həyata keçirir
Müştəri xidmətlərindən daxil olan sorğu və ya bazar araşdırması nəticəsində müəyyən edilən potensial müştərilərin müəyyən edilməsini təmin edir
Müştərilərlə əlaqələrin yaradılması (soyuq zəng, online, görüş)
İlkin şərtlərin və təklifin təqdim edilməsi
Müqavilə proseslərini tam nəzarət etmək. (şərtlərin müzakirəsi, təsdiqləmə, imzalama)
Aidiyyatı struktur bölmələr ilə məlumat bölgüsünü təmin edir
Müştərilər və onların məhsul və xidmətləri üçün inteqrasiya proseslərini daim nəzarətdə saxlayaraq icrasını tam təmin edir
Nağd və onlayn ödəniş bazarlarında baş verənləri mütəmadi olaraq araşdırır, bu sahədə ən son trendləri öyrənir
Öz sahəsində olan təchizatçılarla aparılan işlərə, sifarişlərin vaxtında yerləşdirilməsinə və icrasına nəzarət edir
Vəzifə öhdəlikləri çərçivəsində görülən işlər barəsində Şöbə Rəhbərinə həftəlik və aylıq hesabat vermək. Şirkətin biznes inkişafı fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələlərdə aktiv iştirak etmək.
Namizədə olan tələblər
Ali təhsil (Biznes idarəetmə, iqtisadiyyat, maliyyə)
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
Biznes inkişafı işinin təşkili və idarə edilməsini bilikləri
Bazar araşdırılmasının aparılması təcrübəsi \
Partnyorlarla, müştərilərlə işlərin aparılması qaydalarını bilməli
Enerjili, aktiv, daim öz üzərində çalışan
Rus və İngilis dil biliyi
Təqdimat bacarığı, yüksək ünsiyyət bacarığı
Ofis proqramlarını bilməli, (word, excel, PowerPoint və s)
Əməyin mühafizəsi qayda və normalarına əməl etmək
Kollektivlə işləmə bacarığı və stresə davamlı
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi hr@mpay.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Biznesin inkişafı üzrə mütəxəssis” qeyd olunmalıdı
Şəxsi avtomobili olan SATIŞ TƏMSİLÇİSİ (Ekspeditor) tələb olunur
İşəgötürən: West Product Marketing MMC
Tələblər:
-Ali təhsil
-Yaş aralığı: 25-40 kişi namizəd
-Təcrübə: Korporativ satış və müştəri xidməti sahəsində ən azı 1 ildən 3 ilədək iş təcrübəsi
-Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik
-Şifahi və yazılı ünsiyyət qurmaq, işgüzar danışıqların aparılması və təqdimat etmək bacarıqları
-Komanda ilə işləmək bacarığına sahib olmaq
- Şəxsi avtomobil
Rəsmi əməkhaqqı:.600+bonus (ümumi 1000+)
Əlavə imkanlar:
-Korporativ nömrə;
-Yanacaq və amortizasiya xərcləri;
İş yerinin ünvanı: Aşıq Molla Cümə 60
Müraciət qaydası:
"SATIŞ TƏMSİLÇİSİ (Ekspeditor)" qeyd edib CV-nizi cv@vpm.az e-mail adresinə göndərə bilərsiniz.
Haqqında: West Product Marketing MMC kərə yağı bazarında əsas distribüter şirkətlərindən biri kimi 2003-cü ildən etibarən qida sektorunda fəaliyyət göstərir. Şirkətin fəaliyyətində Westgold, Golden Crown, Gerda, French Cow kərə yağı markaları ilə yanaşı, bitki yağları, pendir, süd, qatılaşdırılmış süd, makaron, düyü, zeytun, ketçup və s. kimi məhsul markaları, şirniyyat fabriki və supermarket şəbəkəsi yer alır.
“Şam-fi” şirkətinə fəhlələr tələb olunur _ NÖVBƏLİ İŞ
İşəgötürən: Sham-Fi International Trading Company - Şam Fi.
İş yerləri: Xətai rayonu 8 noyabr prospekti və Lökbatan qəsəbəsi.
İş qrafiki: 5 günlük 3 növbəli (Səhər növbəsi 08:00-16:00, Günorta növbəsi 16:00-23:00, Axşam növbəsi 23:00-08:00)
İşin təsviri: Qida məhsullarının yük maşınlarına yüklənməsi, fiziki xarakterli işlərin icrası.
İş haqqında əlavə məlumatlar:
Servis xidməti mövcuddur.
Əmək haqqı: 550-800 manat.
Nahar şirkət tərəfindən verilir.
Yaş həddi 18-50 yaş aralığıdır, fiziki cəhətdən sağlam, növbəli iş qrafikində işləməyə hazır olan şəxslərin müraciətlərinə baxılır.
Müraciət etmək istəyən şəxslər 051 233 66 60 Whatsapp nömrəsinə "Fəhlə" yazaraq müraciət edə bilər
AİLƏ SÜRÜCÜSÜ tələb olunur
İşəgötürən: AYTA LTD MMC
Yaş: 25-35;
İş barədə məlumat:
Yol hərəkəti qaydalarına riayət etmək;
Ailə sürücüsü olaraq, uşaqları məktəbə, bağçaya aparıb-gətirmək, ailə üzvlərini tələb olunan digər ünvanlara aparıb-gətirmək;
Ailə üçün lazımı mal və məhsulların alınmasını həyata keçirmək;
Rəhbər şəxsin bütün göstərişlərini ciddi şəkildə yerinə yetirmək, avtomobilin vaxtında çatdırılmasını təmin etmək;
Sərnişinlərin həyat və sağlamlığının təhlükəsizliyini, yükün təhlükəsizliyini və avtomobilin texniki cəhətdən sağlam vəziyyətini maksimum dərəcədə təmin etməklə, avtomobilin düzgün, peşəkar, rəvan idarə olunmasını (kəskin əyləclər, manevrlər, siqnallar və s. olmadan) təmin etmək;
Avtomobili texniki saz vəziyyətdə saxlamaq, vaxtında servis mərkəzində texnoloji təchizatını təmin etmək və texniki baxışdan keçirmək;
Mexanizmlərin sökülməsini tələb etməyən istismar zamanı yaranan xırda nasazlıqları aradan qaldırmaq;
Avtomobilin təmiri ilə əlaqədar şübhəli suallar yaranan zaman işəgötürən ilə həmin məsələləri müzakirə etmək;
Avtomobili təmiz vəziyyətdə saxlamaq (içəridən və çöl tərəfdən). Səfər başa çatdıqdan sonra zibili və natamam (içilməyən) suyu tullamaq, yuyulma zamanı avtomobili nəzarətsiz qoymamaq, maşını yuyanların işinə nəzarət etmək;
Nəqliyyat sənədlərini müəyyən olunmuş qaydada hazırlamaq;
Rəhbərliyin göstərişinə əsasən, optimal hərəkət marşrutlarını seçmək, marşrutdan yayınma hallarına yol verməmək, hər zaman təyinat ünvanı məlum olan halda belə, səfər üçün naviqatordan (waze) istifadə etmək;
Xidməti avtomobildən şəxsi məqsədlər üçün istifadəyə yol verməmək;
Rəhbərliyin razılığı olmadan xidməti avtomobilin idarə olunmasına və təmirinə yol verməmək;
İş vaxtı bitdikdən sonra xidməti avtomobilin texniki təchizatını, parkovkasını və mühafizəyə təhvil verilməsini təmin etmək;
Lazım gələrsə, ofisin ehtiyacları üçün mal və məhsulların alınmasını həyata keçirmək;
İstehsal zərurəti yaranarsa, şirkətin rəhbərliyi ilə vaxtında razılaşmaqla, başqa işləri yerinə yetirmə;
Həftə içi 6 iş günü;
Namizədə tələblər:
B kateqoriyalı avtomobili idarə etmək hüququ verən sənəd (vəsiqə).
Ailə sürücüsü kimi ən azı 3 il iş təcrübəsi;
Ziyanlı vərdişləri (siqaret, alkoloq və s.) olmamalı;
Waze proqramında işləmək bacarığı;
Yol hərəkəti qaydaları və avtomobillərin texniki istismarı qaydaları haqqında biliklər;
Diqqətlilik, dəqiqlik, strsessə davamlılıq, təmizkarlıq, məsuliyyət, təşəbbüskarlıq, davamlılıq, mehriban və peşəkar davranış;
Diplomatiklik, məxfi məsələlərdə ehtiyatlılıq və təmkinlilik nümayiş etdirmək;
Bakının mərkəzinə yaxın ərazilərdə yaşayanlara üstünlük verilir;
Müraciət etmək üçün:
"AİLƏ SÜRÜCÜSÜ" qeyd edib CV-nizi ceyhun.eyvazov@aytamart.az e-mail adresinə göndərə bilərsiniz.
Tel: 051-611-00-86 / 077-250-77-87
Maliyyə və iqtisadi təhlil şöbəsinin müdiri / Baş mühasib tələb olunur
İşəgötürən: Yüksək Texnologiyalar Parkı MMC
Vakansiya növü: Tam-ştat
Qrafik: Həftəiçi 5 gün (08:30-17:30)
İş barədə məlumat:
Müəssisənin maliyyə-iqtisadi fəaliyyətini həyata keçirmək, vergi qanunvericiliyinə uyğun olaraq hesabat sənədləri və əməliyyatların düzgünlüyünə nəzarət etmək, maliyyə proqnozlarını hazırlamaq və icrasını təmin etmək;
Müəssisənin mühasibat uçotunu təşkil etmək, dəqiq hesabatların və maliyyə sənədlərinin hazırlanmasını təmin etmək və beynəlxalq standartlara uyğun aparılmasını həyata keçirmək;
Əməyin təşkilinə, əmək normalarına əməl olunmasına, işçilərin sayının iş həcminə uyğunlaşdırılmasına nəzarət etmək;
İşçilərin əmək haqqı, ezamiyyə və digər ödənişlərinin vaxtında və düzgün həyata keçirilməsini təmin etmək;
Müəssisənin maliyyə, uçot, büdcə, vergi və gömrük siyasətlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və həyata keçirilməsinə dəstək vermək;
Büdcəyə və büdcədənkənar fondlara ödənişlərin vaxtında həyata keçirilməsini təmin etmək;
Müəssisəyə daxil olan pul vəsaitlərinin, mal-materialların, əsas vəsaitlərin uçotunun və digər aktiv və passivlərinin (o cümlədən, debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s.) uçotunu və hesabatını təmin etmək;
Kreditor və debitor hesablarının dəqiq qeydiyyatını aparmaq, üzləşmələrin vaxtında və düzgün aparılmasını təmin etmək;
Material, əmək və maliyyə resurslarından qənaətlə istifadə edilməsinə və dövlət əmlakının qorunmasına nəzarət etmək;
Müəssisədə inventarizasiyanı təşkil etmək, müəssisənin əmlakının qiymətləndirilməsini və istifadəsinin səmərəliliyini təmin etmək;
Əmlakın idarə olunması ilə bağlı qurumlarla yazışmalar aparmaq və bu sahədə aidiyyəti dövlət orqanları ilə fəaliyyəti əlaqələndirmək;
Müəssisənin satınalma prosedurlarının qanunvericiliyə uyğun həyata keçirilməsini təmin etmək, təchizatçılarla hesablaşmaları idarə etmək və xərclərin optimallaşdırılmasına nəzarət etmək;
Satınalma əməliyyatlarının maliyyə analizini aparmaq, müqavilələrin icrasını izləmək və müvafiq sənədləşməni təmin etmək;
Müəssisənin ştat cədvəllərinin strukturuna uyğun tərtib olunmasına və ona riayət edilməsinə nəzarət etmək;
Müəssisənin xərclər smetasını hazırlamaq və icrasını izləmək;
Müəssisənin investisiya qoyuluşu proqnozlarını hazırlamaq, onun təsdiqi və icrası istiqamətində tədbirlər görmək;
Müəssisənin vergi risklərini hesablamaq, onları azaltmaq üçün təkliflər vermək və rəhbərliyə vaxtında hesabat təqdim etmək;
ƏDV, Mənfəət, Əmlak Vahid bəyannamələrinin və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi (Mükəlləfiyyətə uyğun bütün öhdəliklərin vaxtında icrası);
Hər hesabat dövrünün yekunları ilə əlaqədar məlumatları hazırlayaraq rəhbərliyə təqdim etmək;
1C mühasibat proqramını yüksək səviyyədə istifadə edərək maliyyə əməliyyatlarını idarə etmək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək, məsələlərin həllini təmin etmək.
Namizədə dair tələblər:
Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili / (rus və ingilis dili bilikləri arzu olunandır.);
1C, BTP proqramını yüksək səviyyədə bilmək və işləmək;
Riyazi və məntiqi bacarıqlar;
İqtisadiyyat sahəsində ali təhsil;
Mühasibat uçotu və vergi uçotu ilə bağlı nəzəri və praktiki bilik;
Yaxşı səviyyədə MS Office (əsasən Excel) bilikləri;
Kollektivdə işləmək bacarığı;
Vergi Məcəlləsi, mühasibatlıq və satınalmalar ilə bağlı yerli qanunvericiliyi bilməli;
Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurlarını bilməli;
PMS sertifikatın olması mütləqdir.
Müraciət qaydası: Mövzu yerinə “Baş mühasib” qeyd edərək hr@sabahhub.com e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Avtomobil həvəskarları və mütəxəssisləri üçün yüksək maaşlı iş - 2000 MANAT MAAŞ
İşəgötürən: DG MOTORS SALES LLC
Əmək haqqı və müavinətlər
1. Əsas əmək haqqı: 500-700 manat, pilləli komisyonla, çox işləsəniz, ümumi maaş 2000 manata çata bilər;
2. Sosial sığorta;
Vakansiya: avtomobil satıcısı
Tələb edin:
1. Müraciət edənlərin avtomobil sənayesində satış təcrübəsi olmalıdır və iki ildən az olmamalıdır.
2. Yaxşı ünsiyyət və ifadə bacarıqları, peşəkar etika, yad insanlarla yaxşı münasibət, müəyyən çətinlikləri qəbul etməyi bacaran, cəld düşünməyi bacaran, çətinliklərə tab gətirə bilən, güclü xidmət hissi və satışda qalib gəlmək arzusu;
3. Güclü məsuliyyət hissi, güclü təşəbbüskarlıq, işə həvəs, ciddi və məsuliyyətli, gözəl davranış və çətinliklərə dözmək və ağır işlərə tab gətirmək bacarığı;
4. Şirkətin standart prosedurlarına uyğun olaraq müştəri ehtiyaclarının öyrənilməsi, məhsulların satışı və müvafiq avtomobil xidmətlərinin göstərilməsi və hər bir modelin satış məlumatlarının təşkilinə cavabdehdir;
İş ünvanı: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 43a
DG MOTORS SALES LLC Çində yeni enerjili avtomobil satışı və avtomobil xidmətlərini inkişaf etdirən peşəkar avtomobil ticarəti şirkətidir. Bakı mağazası Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 43a nömrəli binanın birinci mərtəbəsində yerləşir. Əsasən LI xang/BYD/GEELY/ZEEKR/CHANGAN kimi tanınmış brendlərin Çinin yeni enerji avtomobillərini satır. Belarus, Özbəkistan, Səudiyyə Ərəbistanı və digər ölkələrdə avtomobil satışı şirkətlərimiz var.
Əlaqə nömrəsi: 0 513519352 Lizzy (whatsapp)
SÜRÜCÜ tələb olunur
İşəgötürən: NATUZZI ITALIA
İş Yeri: Natuzzi İtalia, Bakı şəhəri
İş Şəraiti:
A.R. Əmək Məcəlləsinə əsasən sənədləşmə
6 günlük iş qrafiki (09:00 – 18:00)
Əmək haqqı: 800-1000 AZN + əlavə bonus sistemi olacaqdır.
Şirkət daxili təlim və inkişaf programları.
Dinamik və dost ortamda işləmə imkanı.
Əsas Vəzifələr:
Şirkətimizin məhsullarını müştərilərə düzgün, vaxtında və təhlükəsiz şəkildə çatdırmaq.
Təhlükəsiz və düzgün idarə olunma qaydalarına riayət edərək məhsulları təhvil vermək.
Müştərilərə çatdırılacaq mebellərin usta ilə birlikdə maşına yüklənməsi və müştərinin evinə boşaldılmasına kömək etmək.
Quraşdırma prosesində ustaya kömək etmək.
Məhsul yığımı və montajı zamanı keyfiyyət standartlarına əməl etmək.
Nəqliyyat vasitəsini təmiz və səliqəli saxlamalı, hər hansı nasazlıq aşkar edərsə idarə heyrətinə bildirməli və təmir olunduqdan sonra istifadə etmək.
Anbar müdürünün əmir və tapşırıqlarını vaxtında və səlis yerinə yetirmək.
Tələblər:
Cinsi: Kişi.
Yaş heddi: 25-40 arası.
B C kateqoriyası sürücülük vəsiqəsi.
Nəqliyyat vasitəsi üzrə 2 il təcrübə.
Yüksək sürücülük bacarığı və yol hərəkət qaydaları biliyi.
Vaxtın düzgün idarə olunması və detallara diqqət.
Komanda ilə işləmə bacarığı.
Əlaqə və müştəri məmnuniyyəti sahəsində yüksək xidmət anlayışı.
Bakı şəhərindəki əraziləri tanıyan.
Sigaret çəkməyənlərə üstünlük verilir.
Geyim və səliqəsinə diqqət edən.
Müraciət:
Qeyd: Maraqlanan namizədlərin xahiş olunur ki, şəkilli CV-lərini sinan.zorca@lazzoni.com.tr e-mailin mövzu hissəsində “Sürücü” sözlərini qeyd edərək email-ünvanına göndərsinlər. Müraciətlər ancaq e-mail üzərindən olunmalıdır. Uyğun namizədlər cv-lərini göndərsinlər.
Əlaqədar şəxs: Sinan Zorca
Şirkət Haqqında:
Natuzzi Italia, yüksək keyfiyyətli, dizayn edilmiş mebel istehsalında lider olan, dünya üzrə tanınmış bir Italya brendidir. 1959-cu ildən bəri, şirkət müasir və dəbli dizaynları ilə rahatlıq və funksionallığı birləşdirən yüksək keyfiyyətli mebel istehsal edir. Natuzzi Italia, İtaliyanın mərkəzində yerləşən fabriklərində ən yaxşı materiallardan istifadə edərək əla sənətkarlıqla mebel istehsal edir və bütün dünyada müştərilərə təqdim edir. Bu sahədəki mükəmməlliyimizə qatqı təmin etmək üçün komandamıza yeni əməkdaşlar axtarırıq.
Dayə tələb olunur
İşəgötürən: NovaX MMC
Maaş: 500-600 AZN
Tələblər:
Yaş həddi: 35-55 yaş aralığında
Təcrübə: Minimum 5 il
İş qrafiki: Həftənin 5 günü, saat 11:00-20:00
Təhsil: Ali təhsil tələb olunur (Pedaqoji ixtisas sahiblərinə üstünlük veriləcək)
Dil biliyi: Azərbaycan və rus dillərində səlis danışıq bacarığı
Sınaq müddəti 3 gün
Vəzifə tələbləri:
9 aylıq körpəyə diqqətli, məsuliyyətli və sevgi dolu yanaşma ilə baxa biləcək, uşaq qayğısında peşəkar dayə axtarılır. Təcrübəsi və peşəkar yanaşması ilə ailənin etibarını qazana biləcək namizədlər dəvət olunur.
Əlaqə üçün zəhmət olmasa müraciət edin!
"DAYƏ" qeyd edib Şəkilli CV-nizi fidan.camal.95@mail.ru e-mail adresinə göndərə bilərsiniz.
Tel: 0554446424 Fidan.X
TENT-TIR SÜRÜCÜLƏRİ tələb olunur
-Beynəlxalq yükdaşıma təcrübəsi olan sürücülərə üstünlük veriləcək.
-Beynəlxalg sürücü sertifikatı mütləqdir -Taxo kart mutləqdir.
-İş təcrübəsi 1-ildən artiq, olmasi mütləqdir.
-BC.E.katiqoryalı-sürücülük vəsiqəsi olmağı zəruridir.
-CMR, Dazvol, sənədləri haqqında anlayışı olmalıdır.
Səhər saat 10:00-dan axşam 18:00-a kimi 051 2293885 nömrəyə və ya rufat.guliyev@stransport.az e-mail
Əlaqədar şəxs:Quliyev Rüfət.
sürücü
📱İş elanlarına Vatsap-da da baxmaq istəyirsiniz 🔠
🔈 Azərbaycanda Vakansiyalar (AzVak) iş elanlarını Vatsapda da paylaşır.❗️
🔗Kanalın linki: ⬇️
https://www.whatsapp.com/channel/0029Va7i0On9xVJWAPU8DB1v
🌐🐩Həmçinin İnternetdə azvak.com yazaraq Votsap kanalımza keçid edib, abunə ola bilərsiniz.🔔
🇦🇿 AzVak ciddi şirkətlərin yeni iş elanlarını paylaşır
Kosmetologiya üzrə tibb bacısı tələb olunur
"Empire by Asthetik Lab" estetik təbabət və kosmetologiya klinikası tibb bacısı/kosmetoloq köməkçisi vəzifəsinə işçi axtarır.
Yaş həddi: 22-35 qadın namizəd
Tibb bacısı üzrə orta ixtisas təhsili
Səliqəli görünüş, xəstələrlə ünsiyyətdə nəzakət
Özəl klinikalarda iş təcrübəsi olanlara üstünlük verilir!
Kosmetologiya sahəsinə maraq
Dil bilikləri: Azərbaycan, Rus
3 günlük sınaq müddəti olacaq
İş saatları 09:00-19:30 Həftədə 6 gün (1 gün istirahət)
Əmək haqqi 600 - 700 manat+faiz
Xaricdə klinikanın filialında işləmək imkanınız var, maaş və bonuslar 2 dəfə çox verilir.
"Tibb bacısı" qeyd edib Şəkilli CV-nizi hr@asthetiklab.com e-mail adresinə göndərə bilərsiniz.
CV-lərə yalnız namizədin fotoşəkili ilə baxılır
Əlaqə: 055-900-9111
XXX XXX XXX
Медсестра в косметологии
Клиника эстетической медицины и косметологии " Empire by Asthetik Lab" ищет нового сотрудника на позицию медицинской сестры/ассистента врача-косметолога.
Девушка, возраст 22-35
Среднее профессиональное образование по специальности сестринское дело
Опрятный внешний вид, вежливость в общении с пациентами
Опыт работы в частных клиниках приветствуется!
Заинтересованность в сфере косметологии
Знание языков: Азербайджанский, русский
Проводится испытательный срок 3 дня
Режим работы 09: 00-19:30 6 дней в неделю (1 выходной)
Зарплата 600 - 700 АЗН+ проценты
У вас есть возможность работать в филиале клиники за рубежом, зарплата и премии выплачиваются в два раза больше
CV рассматриваются только с фотографией кандидата
Контакты : 055-900-9111
Адрес: ул. Ровшан Алиев 47 (Хатаи м/с)
E-mail : hr@asthetiklab.com
“Şam-fi” şirkətinə fəhlələr tələb olunur _ NÖVBƏLİ İŞ
İşəgötürən: Sham-Fi International Trading Company - Şam Fi.
İş yerləri: Xətai rayonu 8 noyabr prospekti və Lökbatan qəsəbəsi.
İş qrafiki: 5 günlük 3 növbəli (Səhər növbəsi 08:00-16:00, Günorta növbəsi 16:00-23:00, Axşam növbəsi 23:00-08:00)
İşin təsviri: Qida məhsullarının yük maşınlarına yüklənməsi, fiziki xarakterli işlərin icrası.
İş haqqında əlavə məlumatlar:
Servis xidməti mövcuddur.
Əmək haqqı: 550-800 manat.
Nahar şirkət tərəfindən verilir.
Yaş həddi 18-50 yaş aralığıdır, fiziki cəhətdən sağlam, növbəli iş qrafikində işləməyə hazır olan şəxslərin müraciətlərinə baxılır.
Müraciət etmək istəyən şəxslər 051 233 66 60 Whatsapp nömrəsinə "Fəhlə" yazaraq müraciət edə bilər.
SATICI tələb olunur
İş yerləri: Ulduz, Neftçilər, Xalqlar, Qarayeva, Şamaxinka filiallarımız. Yaşadığınız ünvana yaxın filialımızda işləmək imkanı təqdim edirik.
İnci Group, gülərüz, enerjili və müştəriyönümlü Satıcı axtarır! Əgər siz:
✅ Yaş: 17-30 arasında,
✅ Müştəriləri gülərüzlə qarşılayıb, məhsullar haqqında ətraflı məlumat vermək istəyirsinizsə,
✅ Müştərilərin tələb və ehtiyaclarını müəyyən edib, satış həyata keçirmək sizin üçün həyəcanverici bir təcrübədirsə,
✅ 6 günlük iş qrafiki və 400-600 AZN (əmək haqqı + bonus imkanları ilə) işləmək istəyirsinizsə
✅ Nahar ilə təmin edilmə və aktiv filiallarda iş imkanı varsa,
bu vakansiya sizin üçündür!
Ətraflı məlumat və müraciət üçün: 077 441 54 09 nömrəsi ilə WhatsApp-ımıza yazın!
Elektrik montyoru tələb olunur
İşəgötürən: Alten Group MMC energetika və işıqlandırma şirkəti
-Nahar ilə təmin edilmə.
- Əmək haqqı 800-1000 AZN.
- İş qrafiki: 6 günlük - Sənədləşmə Əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Müraciət etmək istəyən namizədlər hr@alten-group.com e-mail ünvanına mövzu hissəsinə "Elektrik montyoru" qeyd edərək CV göndərə bilərlər.
İnsan resursları üzrə aparıcı mütəxəssis/baş mütəxəssis tələb olunur
İşəgötürən: AFB Bank
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
Ali təhsil;
Sahə üzrə 2 il iş təcrübəsi (Bank sahəsində təcrübə üstünlükdür);
Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus və ingilis dilini bilmək üstünlükdür;
İşəqəbul və müsahibə texnikaları üzrə yüksək səviyyədə bilik və təcrübə;
MS Office (MS Word, MS Excel, Outlook) proqramları üzrə biliklər;
Komandada işləmək və fəal ünsiyyət qurmaq bacarığı;
Təşəbbüskar, diqqətli və məsuliyyətli olmaq.
İşin təsviri:
Açıq vakansiyalar haqqında məlumatın bankın saytında və müxtəlif internet saytlarında yerləşdirilməsini və onlarla ilkin müqavilələrin hazırlanmasını təmin edir;
Müxtəlif dövlət və özəl qurumlar tərəfindən keçirilən əmək sərgilərində bankı təmsil edir və namizədlərə bank, bankın təqdim etdiyi vakant yerlər haqqında məlumat verir;
CV bazasının yaradılmasını, açıq vakansiyalara uyğun CV-lərin seçilməsini təmin edir;
Yeni işçilərin qəbuluna aidiyyatı olan struktur bölmələri işə yeni qəbul olunmuş işçi haqda məlumatlandırır;
Rüb ərzində aparılmış seçimlərin analizini həyata keçirir və seçim prosesini təkmilləşdirəcək təkliflərlə çıxış edir;
Perspektiv işçi seçimi məqsədilə Universitetlərlə əməkdaşlıq proqramlarını koordinasiya edir, proqram çərçivəsində hazırlanmış fəaliyyət planının həyata keçirilməsini təmin edir;
Bankı korporativ tədbirlərinin keçirilməsində iştirak edir;
Təlimlərin illik planının tərtib edilməsi, təlim sisteminin qurulması, tətbiqi və təkmilləşdirilməsini icra edir;
Bankda adaptasiya sisteminin tətbiqinə dəstək verir və işə yeni qəbul olmuş işçilərin adaptasiyasını həyata keçirir;
Əməkdaşların təlim eytiyaclarının müəyyən olunması və təlimləndirilməsi işini təşkil edir;
Bankın daxili təlimçilər komandasının formalaşdırılması və sistemli olaraq daxili təlimlərin həyata keçirilməsi işinin təçkilində iştirak edir.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnsan resursları üzrə aparıcı/baş mütəxəssis” qeydi edərək cv@afb.az elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Mağaza müdiri tələb olunur
İşəgötürən: NOEMI FLOWER
Net aylıq maaş: 1200 manat + BONUS
İş barədə məlumat:
Gül satışı və Dekor işləri biznesinə bu sahələrdə idarəetmə təcrübəsi olan mağaza müdürü tələb olunur.
İş günləri: Bazar ertəsi - Şənbə
İşləyəcəyi sektor: Gül satışı, Dekor, Tədbirlərin bəzənməsi və digər bənzər xidmətlər
Hesabat Verəcəyi Şəxs: Biznes Rəhbəri
Ümumi Təsvir:
Mağaza Müdürü mağazanın ümumi idarəetməsinə cavabdeh olan, satışların davamlı artımını təmin edən, müştəri məmnuniyyətini yüksəldən və komanda işini effektiv şəkildə təşkil edən əsas şəxsdir. Bu vəzifə həm pərakəndə, həm də korporativ satışların idarə olunmasını, reklam və marketinq fəaliyyətlərinin dəstəklənməsini əhatə edir.
Əsas Vəzifə Öhdəlikləri:
Satışların və Gəlirlərin İdarə Edilməsi:
Pərakəndə və korporativ satış strategiyalarını formalaşdırmaq və həyata keçirmək.
Satış hədəflərinə nail olmaq üçün yeni müştərilərin cəlb edilməsini və mövcud müştəri bazasının genişləndirilməsini təmin etmək.
Yeni məhsul və xidmət təklifləri hazırlayaraq biznesin rentabelliyini artırmaq.
Müştəri Münasibətləri İdarəetməsi (CRM):
Müştəri bazasının idarə olunması və genişləndirilməsi üçün CRM sistemini tətbiq etmək və effektiv şəkildə idarə etmək.
Müştəri loyallığını artırmaq üçün kampaniyalar və proqramlar hazırlamaq.
Müştəri Xidmətləri:
Yüksək keyfiyyətli müştəri xidmətləri standartları hazırlamaq və tətbiq etmək.
Müştəri məmnuniyyətini ölçmək və davamlı inkişaf üçün tədbirlər görmək.
Həm mağazaya gələn müştərilər, həm də onlayn müştərilərə xidmətin göstərilməsi və xidmət standartlarının tətbiq edilməsi.
Hesabatlıq və Analiz:
Həftəlik, aylıq və illik satış hesabatlarını hazırlamaq, dəyərləndirmək və lazımi tədbirləri həyata keçirmək.
Bazar analizləri aparmaq, rəqabət mühitini izləmək və uyğun tədbirlər görmək.
Komanda İdarəçiliyi:
İşçi heyətini motivasiya etmək, təlimatlandırmaq və performanslarını dəyərləndirmək.
Satış, müştəri xidməti və məhsul menecmenti üzrə komanda ilə sıx əməkdaşlıq etmək.
Korporativ Müştərilərlə İş:
Korporativ müştəri portfelini genişləndirmək və bu müştərilərlə davamlı əməkdaşlıq yaratmaq.
Korporativ müştərilər üçün xüsusi təkliflər və kampaniyalar hazırlamaq.
Marketinq və Reklam:
Marketinq və reklam fəaliyyətlərinin planlanmasında iştirak etmək.
Reklam və satış nəticələri arasında əlaqəni izləmək və nəticələri dəyərləndirmək.
Namizədlik Tələbləri:
Gül satışı və idarəetmə və ya marketinq sahəsində ən azı 2 illik iş təcrübəsi.
Liderlik və idarəetmə bacarıqları.
Müştəri yönümlü düşüncə tərzi və yüksək kommunikasiya bacarığı.
Satış, CRM və müştəri xidmətləri ilə bağlı sistem və proqramlarda işləmə bacarığı.
Azərbaycan və Rus dillərində danışıq.
Maraqlanan namizədlərdən "Mağaza müdiri " qeyd edib cv-ni noemiflower.az@gmail.com elektron poçt ünvanına göndərmələri xahiş olunur.
EVDƏN İŞ - SMM Menecer tələb olunur
Işəgötürən: Albalıq MMC
Tələblər:
Azərbaycan dilini mükəmməl səviyyədə bilmək
Rus dilini bilməsi üstünlükdür
SMM (Facebook, Instagram, Twitter, YouTube, LinkedIn, Tik-Tok və s.) platformalarında sərbəst iş bacarığı
Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı
Araşdırmaq və yenilikləri tətbiq etmək bacarığı
Müstəqil işləmək bacarığı
Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik, işə yaradıcı yanaşma bacarığı
Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik.
Vəzifələr:
Günlük müştərilərlə zəng vasitəsi ilə əlaqə saxlamaq (ƏSAS TƏLƏB)
Sosial şəbəkədə müştərilər tərəfindən daxil olan sorğuları şirkətin adından korporativ etika çərçivəsində cavablandırmaq. (ƏSAS TƏLƏB)
Sosial şəbəkələr (facebook, instagram,Tik-tok,şirkətin rəsmi saytı və s.) və Wolt proqramı ilə işləmək
Göz oxşayan reklamlar və tanıtım materialları yaratmaq
SMM strategiyasının hazırlanması və həyata keçirilməsi
Aylıq post planın tərtib olunmasında iştirak etmək. Kontentin (mətn, foto, video) hazırlanması və ya seçilməsidə iştirak etmək.
Sosial şəbəkələrdəki rəsmi səhifələrə daxil olan müraciətlərin və şərhlərin cavablandırılması;
Rəqiblərin,ümumi bazarın təhlili və bu istiqamətdə təkliflərin,yeni ideyaların hazırlanması
Sifarişlərin kuryerə ötürlüməsi və izlənilməsi.
Rəsmi əməkhaqqı: 400 AZN+SATIŞDAN BONUS
Əlavə imkanlar: İşcinin işə gəlməyinə ehtiyyac yoxdur. İş evdən idarə ediləcəkdir. Növbəti aylarda ofisə gəlmək məcburiyyəti yaranacaqdır.
İş yerinin ünvanı: Onlayn İş (Evdən)
Cins: Cinsiyyət fərqi yoxdur.
Yaş: 20-35 yaş arası
Müraciət üçün son tarix: 20.12.2024
Müraciət qaydası: Maraqlanan şəxslər öz cv-lərini fishmaster@bestseller.az email ünvanına və ya 10 366 46 85 nömrəsinin whatsappına göndərəbilər
Haqqında: Albalıq MMC 2023-cü ildə təsis edilmişdir. Hal hazırda Balıq və Balıq məhsullarının onlayn satışı ilə məşğuldur.