Şəxsi maşını olan EKSPEDİTOR tələb olunur
İşəgötürən: İnci
Tələblər:
-Ekspeditor kimi minimum 1 il iş təcrübəsi;
-Şəxsi maşın;
Vəzifəsi:
-Satış hədəflərinin vaxtlı vaxtında icra olunması;
-Təyinat məntəqələrinə vaxtında nəzarət edilməsi;
-Öz rutu üzərində yeni müştərilərin tapılması;
-Müştəri borclarının vaxtlı vaxtında yığılması və həmin gün kassaya təhvil verilməsi;
-5 günlük iş qrafiki
-Əmək haqqı: fix+aylıq satışa əsasən bonus sistemi;
-Nahar ilə təmin edilmə;
-İş yeri: Bakı şəhəri, Ulduz metrosu yaxınlığında.
Tələblərimiz sizin üçün uyğundursa daha ətraflı məlumat üçün 0774415522 nömrəsinin whatsapı ilə əlaqə saxlayın.
Aşbaz tələb olunur
Felicita ailəvi restoranına milli mətbəx üzrə Aşbaz tələb olunur.
Başlanğıc maaş 40AZN gündəlik.
İş qrafiki: 11:00 - 23:00
Yaş həddi: 30-55 yaş arası qadın və ya kişi namizəd
Xahiş olunur ancaq real namizədlər müraciət etsinlər.
Ünvan: Həsən Əliyev küçəsi 1 (İnqılab) ile Tbilisi prospektinin kəsişməsində yerləşir. Tbilisi prospektindaki
Shaurma N1 ila üzbəüz
Ən yaxın metrolar: 20 yanvar və Nizami metrosudur.
Yanindan keçən avtobuslar
Nizami metrosundan 2, 79, 65,
20 Yanvar metrosundan 2, 79, 65, 37, 13
Xahiş olunur ciddi şəxlər birbasa ünvana yaxinlaşsınlar.
Əlaqədar şəxs: Ağaverdi Süleymanov 055 311 29 10
GÜNLÜK İŞÇİ tələb olunur
🎄 SuperToys Yeni İl Hədiyyələrinin Bəzəkli Bağlanması Üçün Günlük İşçi Axtarır! 🎁
Əl qabiliyyətinə güvənən, səliqəli və kreativ xanımları komandamıza dəvət edirik! ✂️✨
Qadın namizəd
📍 İş yeri: SuperToys mağazaları
⏰ İş növü: Gündəlik, müvəqqəti iş
Tələblərimiz:
🔹 Əl qabiliyyətinin olması ✋
🔹 Səliqəli və zövqlə hədiyyə bağlama bacarığı 🎀
🔹 Pozitiv və məsuliyyətli yanaşma 🌟
Səni nə gözləyir?
🎁 Gündəlik 25 AZN maaş 💸
🎁 Rahat iş mühiti və bayram ab-havası 🎄
🎁 Müştərilərə sevincli Yeni İl anları bəxş etmək 😊
🎁 Şəhər daxili 16 filialda fəaliyyət göstəririk, işçilərimizi yaşadıqları əraziyə yaxın filiallara göndəririk.
📞 Əlaqə nömrəsi: 055-220-23-72
✨ Yeni İl sehrini sənin əllərinlə gerçəkləşdirək! 🎁🎄
Çağrı mərkəzi operatoru tələb olunur
İşəgötürən: FastNet Technology MMC
Vəzifə öhdəlikləri:
Daxil olan telefon zənglərini vaxtında və müəyyən edilmiş qaydalara uyğun cavablandırır
Müraciət edənlərə Şirkət tərəfindən göstərilən xidmətlərlə bağlı lazımi məlumatlar, məsləhətlər və istiqamətlər verir
Çağrı mərkəzinə daxil olan şikayət, təklif və tövsiyyələri qəbul edir, dinləyir, sualları operativ cavablandırır, qarşıya çıxmış problemin operativ həlli məqsədilə müraciət edənləri aidiyyatı struktur və ya şəxslərlə əlaqələndirir;
Çağrı mərkəzinə daxil olan müraciətlərin daxili sistemdə qeydiyyatını aparır, zənglərin elektron reyestrini işləyib-hazırlayır və idarə edir
Qeydiyyata alınmış müraciətləri vaxtında həll edir və zərurət olduğu halda geridönüş zənglərini yerinə yetirir
Müraciət edənlərlə qanunvericiliyə və biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyət qurur
Sosial şəbəkələr üzərindən daxil olmuş müraciətləri cavablandırır
İş şəraiti:
İş rejimi: Növbəli (bir gündən bir)
Əmək haqqı: 500 - 600 manat
Namizədə qarşı tələblər:
Xanım namizədlər
Rus və azərbaycan dillərində səlist danışıq
Yüksək səviyyədə ünsiyyət qurma bacarığı
Kompyuter və ofis ləvazimatlarından normal istifadə etmə bacarığı
Öyrənməyə meyilli
Əlaqə:
"Çağrı mərkəzi operatoru " qeyd edib hr@fnt.az e-mail adresinə göndərə bilərsiniz.
Şirkət haqqında:
İnternetin pərakəndə satışı (İnternet Provayder)
Sahə Mühəndisi (Tikinti Sektoru) tələb olunur
İşəgötürən: “Polatoğlu Metal” A.Ş.
İş yeri: Bakı şəhəri
İş rejimi: 6 günlük iş qrafiki
Əmək haqqı: Razılaşma əsasında
Vəzifə öhdəlikləri:
• Tikinti proseslərinin layihəyə uyğun icrasına nəzarət;
• Gündəlik işlərin planlaşdırılması və koordinasiyası;
• Layihə üzrə keyfiyyət standartlarına və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək;
• Texniki sənədlərin hazırlanması və müvafiq hesabatların təqdim edilməsi;
• Sahədə materialların düzgün istifadəsinə və çatışmazlıqların aradan qaldırılmasına nəzarət;
• Layihə üzrə işçi heyətinin fəaliyyətini istiqamətləndirmək və idarə etmək;
• Layihə müddətində ehtimal edilən problemlərin həlli üçün operativ tədbirlər görmək;
• Layihənin icrası üçün tələb olunan resurslarını effektiv idarə etmək;
• Sahədə görülən işlərin keyfiyyətinə və vaxtında tamamlanmasına nəzarət etmək;
• Tikinti işlərinin müqaviləyə uyğun həyata keçirilməsini təmin etmək.
Tələblər:
• Mühəndis ixtisası üzrə Ali təhsil;
• Tikinti sektorunda minimum 3 il iş təcrübəsi;
• Fasad üzrə iş təcrübəsinin olması üstünlükdür;
• Layihə oxuma bacarığı və sahədə texniki biliklər;
• Problemlərin həlli və qərar qəbul etmə bacarığı;
• Komandada işləmə və idarəetmə qabiliyyəti;
• MS Office və AutoCAD proqramlarında işləmə bacarığı.
Təminatlar:
• Şirkət tərəfindən yemək və korporativ nömrə təmin edilir.
Müraciət forması:
Uyğun namizədlər CV-lərini mövzu hissəsinə “Sahə mühəndisi” yazmaqla career@polatoglu.org mail ünvanına göndərə bilərlər.
Korporativ sürücü tələb olunur
İşəgötürən: Times Consulting
Vəzifə öhdəlikləri:
Şirkətin rəhbərliyinə və əməkdaşlarına təyin olunan marşrut üzrə sürücü xidmətlərini göstərmək.
Şirkətin fəaliyyətinə dəstək göstərmək məqsədi ilə təyin olunan tapşırıqları icra etmək.
Mütamadi olaraq avtomobilin yanacaq, yağ, su səviyyəsini və ehtiyat hissələrinin sazlığını yoxlamaq.
Vaxtlı-vaxtında nəqliyyat vasitəsinin texniki baxışını həyata keçirmək, xidmət və təmir işlərini təşkil etmək.
Avtomobilin təmizliyinə nəzarət etmək.
Tələblər:
10 İl+ nəqliyyat vasitəsinin idarəetmə təcrübəsi və B kateqoriyalı sürücülük vəsiqəsi.
Bakı şəhəri küçələrinin və infrastrukturunun yüksək səviyyədə tanınması
Dəqiqlik, komandada işləmə bacarığı
Korporativ etikaya uyğun davranış və ünsiyyət bacarığı
"Korporativ sürücü " qeyd edib Cv-nizi hr@timesconsulting.az e-mail adresinə göndərə bilərsiniz.
Şirkətə DİREKTOR tələb olunur
İşəgötürən: Belart Group MMC
Vəzifə Öhdəlikləri:
- Şirkətin gündəlik fəaliyyətinin idarə olunması və strateji inkişaf planlarının həyata keçirilməsi;
- Belgian Chocolate & Coffee və Coffee Nations brendlərinin fəaliyyətinə nəzarət, xidmət və məhsul keyfiyyətinin yüksək səviyyədə təmin edilməsi;
- Maliyyə hesabatlarının izlənməsi, büdcələrin hazırlanması və xərclərin effektiv idarə olunması;
- Yeni filialların açılması və mövcud filialların optimallaşdırılması üzrə işlərin təşkili;
- Komandanın idarə edilməsi, motivasiya edilməsi və əməkdaşların peşəkar inkişafının dəstəklənməsi;
- Marketinq strategiyalarının hazırlanması və müştəri bazasının genişləndirilməsi üçün innovativ həllərin təklif edilməsi;
- Şirkətin əsas göstəricilərinə (KPI) uyğun olaraq inkişaf proseslərinin monitorinqi;
- Rəhbərlik və tərəfdaşlarla mütəmadi hesabatların təqdim olunması.
Namizədə Tələblər:
- İqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahələrdə ali təhsil;
- Şirkət idarəçiliyi üzrə ən azı 5 il iş təcrübəsi (qida və içki sahəsində təcrübə üstünlükdür);
- Liderlik, komandaya rəhbərlik və strateji düşünmə bacarıqları;
- Maliyyə analizi və büdcələşdirmə üzrə dərin biliklər;
- Marketinq və satış strategiyalarını hazırlamaq və tətbiq etmək üzrə təcrübə;
- Problem həll etmə, qərar qəbul etmə və müzakirə bacarıqları;
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (Rus dili və ya ingilis dili arzuolunandır);
- Stresə davamlılıq, çeviklik və innovativ düşüncə.
İş Şəraiti:
- Stabil əmək haqqı və motivasiyaedici bonus sistemi;
- Peşəkar inkişaf üçün təlimlər və inkişaf proqramları;
- Geniş iş mühiti və dəstəkləyici komanda;
- Karyera yüksəlişi üçün imkanlar.
- Şəbəkənin bütün filiallarında 30 % endirim
Müraciət Proseduru:
Əgər siz bu vəzifəyə uyğun olduğunuzu düşünürsünüzsə, [CV-nizi və motivasiya məktubunuzu] [azermammadov141@gmail.com] ünvanına göndərin. Başlıqda “Direktor, CEO” qeyd etməyi unutmayın.
Əlaqə: [0 55 301 05 56]
Belart Group MMC ailəsinə qoşularaq, ölkənin ən qabaqcıl kofe şəbəkələrinin birinin idarəçiliyində əsas rol oynaya bilərsiniz!
Şirkət haqqında:
Belart Group MMC Azərbaycanın aparıcı kofe məkanları sektorunda fəaliyyət göstərən şirkətlərdən biridir. Şirkətimizə aid olan Belgian Chocolate & Coffee və Coffee Nations brendləri Bakıda və Sumqayıtda yerləşən bir neçə filialla müştərilərimizə yüksək keyfiyyətli xidmət təqdim edir. Hazırda, şirkətimizi yeni səviyyəyə daşıyacaq, idarəçilik və liderlik bacarıqları olan təcrübəli namizəd axtarırıq.
Baş anbardar tələb olunur
İşəgötürən: STP-BTECH
STP-BTECH” şirkətin əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikası ərazisində yol nişanlarının istehsalı və quraşdırılması, təhlükəsizlik sədlərinin quraşdırılması , o cümlədən yollarda xətləməişlərinin aparılmasıdır.
Vəzifə Öhdəlikləri:
Anbara daxil olan materialların qəbulunu və qeydiyyatını həyata keçirmək.
Materialların düzgün yerləşdirilməsini və saxlanmasını təmin etmək.
Anbardakı malların inventarizasiyasını aparmaq və dəqiqliklə sənədləşdirmək.
Layihələr üçün tələb olunan materialların vaxtında yüklənməsini və çatdırılmasını təşkil etmək.
Anbarın təmizliyini və təhlükəsizlik qaydalarına uyğunluğunu təmin etmək.
Material ehtiyatlarını nəzarətdə saxlayaraq vaxtında sifarişlərin verilməsini təmin etmək.
Avadanlıq və materialların daşınması zamanı təhlükəsizlik qaydalarına əməl etmək.
Anbarla bağlı rəhbərliyə hesabatlar təqdim etmək.
Namizədə Tələblər:
Anbar sahəsində ən azı 3 il iş təcrübəsi.
Yükləmə-boşaltma işlərində təcrübə üstünlükdür.
Səliqəli və dəqiq işləmə bacarığı.
MS Office proqramları
İş şəraiti:
İş saatları: 09:00-17:00 (6 günlük)
İş yeri: Binəqədi şossesi, 1-ci Mədən küçəsi
Biz nə təklif edirik:
Tibbi sığorta
Naharla təmin edilmə
Rəqabətədavamlı əmək haqqı
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş anbardar” qeyd edərək stpbtech.hr@stp-btech.az elektron poçt ünvanına göndərə bilərlər.
Satış təmsilçisi tələb olunur
İşəgötürən: ASYA BABY uşaq geyim mağazası
Tələblər:
Cins: Qadın
Yaş: 20-35 yaş
İş təcrübəsi: 1 il +
Satış qabiliyyəti olan, ünsiyyətcil, aktiv, gülərüz və komandada işləmə bacarığı olan, baxımlı xanımlar.
Vəzifələr:
Müştərilərlə gülərüz ünsiyyət, onların tələblərinin müəyyən edilməsi və satışın həyata keçirilməsi
Menecerin tapşırıqlarının vaxtında yerinə yetirilməsi
Rəsmi əməkhaqqı: başlanğıc 450 azn + % bonus (600-700 azn)
AR Əmək qanunvericiliyinə uyğun sənədləşmə
İş qrafiki: növbəli (6 gün), həftə içi 1 gün istirahət
10:00-20:00 / 10:30-20:30 /11:00-21:00
İş yerinin ünvanı: Əhmədli, Sarayevo 22
Müraciət qaydası: CV göndərilməsi üçün əlaqə: WhatsApp 070 252 7271 və ya Mail: asyababy2021@gmail.com
Əlavə imkanlar:
Məhsulları endirimlə əldə etmək imkanı
Bayram və özəl günlərdə premyalar
KURYERLƏR (avto,moto) tələb olunur
Pizza Mizza Restoranlar Şəbəkəsində kuryer( avto,moto) vakansiyası aktivdir.
Namizəddən tələblər:
• Yaş 18-40
• Şəxsi nəqliyyat vasitəsi (kateqoriya uyğun sürücülük vəsiqəsi)
• Nizam-intizamlı olmalı, verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirməli
• Naviqatordan istifadə (WAZE) bacarığı
• Səliqəli görünüş (hər zaman üzü təraşlı)
• Danışıq və davranış qaydalarını bilməli
• Şirkət daxili qaydalara tam şəkildə riayət etmək
• Sifarişin vaxtında ünvana səliqəli və qüsursuz çatdırılması
• Hesabın düzgün verilməsi və qalığın müştəriyə qaytarılması
• Bukletlərin paylanılması
İş barədə məlumat:
• İş vaxtı 6 günlük
• Aylıq gəlir 700-1100 manat
• Nahar şirkət tərədindən ödənilir.
• Karyera inkişafına şərait yaradılır
Vaxt itirmədən elə indi aşağıdaki keçid vasitəsi ilə formanı doldurmaqla müraciət et:
https://forms.gle/S8HSurBNrPCoUL749
Əlaqə nömrəsi: 0502917735
📱İş elanlarına Vatsap-da da baxmaq istəyirsiniz 🔠
🔈 Azərbaycanda Vakansiyalar (AzVak) iş elanlarını Vatsapda da paylaşır.❗️
🔗Kanalın linki: ⬇️
https://www.whatsapp.com/channel/0029Va7i0On9xVJWAPU8DB1v
🌐🐩Həmçinin İnternetdə azvak.com yazaraq Votsap kanalımza keçid edib, abunə ola bilərsiniz.🔔
🇦🇿 AzVak ciddi şirkətlərin yeni iş elanlarını paylaşır
Daxili audit üzrə kiçik mütəxəssis tələb olunur
Şirkət :Mazarina Trade Company
Tələblər:
- Ali təhsil (Riyaziyyat və İqtisadiyyat yönümülü)
- Yaş: 21-25
- Bəy namizəd tələb olunur
- Ezamlara açıq olmalı
- İş təcrübəsi tələb olunmur;
- Avtomobilin olması mütləqdir.
- MS Excel yüksək səviyyədə ;
- Öyrənməyə və inkişafa yüksək həvəs;
- Məntiqi və riyazi analiz qabiliyyəti;
-Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
İş şəraiti:
- İş vaxtı: 09:00–dan 18:00 dək;
- İstirahət günləri: Şənbə və Bazar;
- Əməkhaqqı: ilk 3 ay 500 AZN, 3 ay sonra əməkhaqqı 700-1200 AZN
Müraciət etmək istəyən namizədlər CV formasını vacancy@mazarina.az poçt ünvanına mövzu hissəsinə “Audit- kiçik mütəxəssis” qeyd edərək göndərə bilərsiniz
Ünvan : Ziya Bünyadov pr., Ələsgər Qayıbov 12/22
Yaxınlıqda yerləşən obyektlər: Rich Hotel, Caspian Bussines Hotel, EuroHome Tikinti materialları bazarı və CONNECT.
SSİ Retail şirkətinə XƏZİNƏDAR tələb olunur
Sinteks Şirkətlər qrupuna daxil olan SSİ Retail MMC şirkətinə hal hazırda Xəzinədar tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
İş yerinin ünvanı: Bakı
Vəzifənin rolu: Bu vəzifənin rolu mağazada kassa əməliyyatlarını aparmaqdır.
Yaş: minimum 20-40 yaş
Əməkhaqqı: 500 manat + Bonus
Vəzifə öhdəlikləri:
Kassa əməliyyatlarını həyata keçirir.
Yekun hesabat aparır, daxil olan nəğd pulun gorunmasını təmin edir, satışdan daxil olan nəğd pul vəsaitini inkassasiya edir və POS-terminal qəbzlərini İtkinlərin qarşısının alınması şöbəsinə təhvil verir.
Kassa aparatlarının və kassada olan diqər avadanlıqların düzgün işləməsinə nəzarət edir, yaranan nasazlıqlar barədə rəhbərliyə məlumat verir.
Təcrübə: Müvafiq satış sahəsində ən azı 1 il iş təcrübəsi
Professional biliklər:
Kassa avadanlıqları ilə işləməyi bacarmaq
Kassa əməliyyatları sistemləri üzrə biliklər
MS Office Proqramları
Təhsil: Xüsusi təhsil tələb olunmur
Professional bacarıqlar və kompetensiyalar:
Məsuliyyət, diqqətlilik, intizam
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Xəzinədar” qeyd edərək recruitment@ssi.az elektron poçt ünvanına göndərə bilərlər.
Müraciət qaydası:
E-mail: recruitment@ssi.az e-mail
(050) 295-89-07
(051) 235 35 73
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Hüquqşünas tələb olunur
İşəgötürən: STP Global Cable
İş yeri: Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
“STP Global Cable” MMC, Hüquq bölməsi üzrə hüquqşünas vakansiyası elan edir.
Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün uyğun namizəd:
Ali təhsilli olmalı;
Sahə üzrə minimum 1-2 il iş təcrübəsinə malik;
Azərbaycan dilini sərbəst bilməli;
MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib;
İşgüzar və məsuliyyətli olmalı;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.
Hansı işləri görəcəksiniz:
Müqavilələrin tərtibi və yoxlanılması;
Məhkəmə və dövlət orqanlarında müəssisəni təmsil etmək;
İş və yaşama icazələrinin alınması və müddətinin uzadılması;
Məhkəmə və icra işlərinin reyestrinin aparılması və izlənməsi;
Hüquq menecerinin digər tapşırıqlarını icra etmək.
Nə əldə edəcəksiniz?
Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.
Əlavə məlumatlar:
Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
Tibbi sığorta mövcuddur;
İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquqşünas” yazaraq 18.01.2025-ci il tarixinədək qeyd edilmiş HRGlobal@stp.az elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biridir. Tərkibinə Kabel, Elektrik Avadanlıqları və Qaynar Sinkləmə zavodları daxildir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.
Sürücü tələb olunur - QUBADLI
İşəgötürən: Amal Group
İş yerinin ünvanı: Qubadlı
İş yeri: “AMAL GROUP” MMC
Vəzifə öhdəlikləri:
Avtonəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olur;
Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarına baxışı həyata keçirir, nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirir, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırır və ya aradan qaldırılmasını təmin edir;
Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışların keçirilməsini təmin edir;
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət edir;
Əsaslı və ya cari təmirdən(profilaktik yoxlamadan) çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak edir;
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olur;
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlayır və qeyd edir, bu göstəricilərin verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin edir;
Tikinti ərazisinə gətiriləcək yükün təhlükəsizl şəkildə boşaldılmasını təmin edir:
Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir;
İş qrafiki və qeydlər:
6 günlük iş qrafiki
Yaş həddi: 25 - 55
Əmək haqqı: Razılaşma yolu ilə. (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
İş stajı: Minimum 2 il stajı
Təcrübəli işçi (Avtonəqliyyat vasitəsində yaranan nasazlıqları aradan qaldırmağı bacaran)
Ünvan: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus
Müraciət qaydası:
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Sürücü” adını qeyd edərək s.mammadova@amalgroup.az e-mail qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur.
ƏCZAÇILAR tələb olunur
İşəgötürən: Zeytun Pharmaceuticals
PHARMASTORE APTEKLƏRƏ “əczaçı” axtarılır.
İş şəraiti:
-İş qrafiki: 6 günlük iş həftəsi, 2 növbəli iş rejimi (08.00-dan 15.30; 15.30-dan 23.00 kimi)
-İş yeri:
Metro aptekləri – Azadlıq prospekti, 20 Yanvar, Elmlər Akademiyası, 28 May, Gənclik, Nəriman Nərimanov, Qara Qarayev, Neftçilər
Pharma Store-lər – Nərimanov, Nizami, Nəsimi, Yasamal, Sabunçu, Xətai,Səbail,Qaradağ,Şəki şəh, Şamaxı,Qazax,İmişli,Tovuz,Lənkəran,Masallı.
Vəzifə funksiyaları:
-Dərman preparatları və tibbi ləvazimatların satışı prosesinin həyata keçirilməsi;
-Aptekə gələn malların yoxlanılması, tərkiblərinə uyğun tələb olunan qaydada yerləşdirilməsi;
-Dərmanların saxlanılma şəraitinə mütəmadi olaraq diqqət edilməsi;
-Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət edilməsi və s.
Tələblər:
-Tibbi təhsil (Ali və ya orta ixtisas);
-Müvafiq sahədə iş təcrübəsi;
-1C proqram biliyi arzuolunandır.
Əmək haqqı: 550-750 manat + Bonus
Əlaqə vasitəsi: (050) 2530152
Maraqlanan şəxslər CV-ni hrdepartment@zeytunpharma.az email ünvanına göndərə bilərlər.
Sərgi Salonu Təqdimatçısı tələb olunur
İşəgötürən: idea.az
İş yeri: Bakı şəhəri, Əhməd Cəmil və Haqverdiyev küçələrinin kəsişməsi, Elmlər Akademiyası metro stansiyasının yaxınlığı
İş rejimi:
Həftənin 6 günü iş (1 gün istirahət)
İş saatları:
Bazar ertəsi - Cümə: 09:00 - 18:00
Şənbə: 10:00 - 17:00
Əsas vəzifələr:
-Şirkəti və məhsullarını sərgi salonunda yüksək səviyyədə təmsil etmək;
-Şirkət və onun 500-dən çox məhsul kateqoriyası haqqında ziyarətçilərə ətraflı və maraqlı təqdimatlar keçmək;
-Potensial müştərilərin maraqlarını müəyyən etmək və onları uyğun məhsul kateqoriyaları ilə tanış etmək;
-Ziyarətçilərdə müxtəlif məhsul kateqoriyalarına maraq yaratmaq və onları potensial müştəri olmağa təşviq etmək;
-Ziyarətçilərdən gələn rəy və sorğuları rəhbərliyə çatdırmaq;
-Şirkətə daxil olan zənglərə və emaillərə nəzakətli və operativ şəkildə cavab vermək, vacib məlumatları rəhbərliyə ötürmək;
-Rəhbərin görüşlərini tənzimləmək və gündəlik iş planına dəstək olmaq.
Namizədə tələblər:
Dil bilikləri: Rus dilini səlis bilmək (Azərbaycan dili mütləqdir; ingilis dili üstünlükdür);
Xarici görünüş: Baxımlı və təqdimata uyğun görünüş;
Təcrübə: Xidmət sektorunda və ya müştərilərlə iş sahəsində təcrübə mütləqdir;
Şəxsi keyfiyyətlər:
-Ünsiyyətcil və şirindil olmaq;
-Stressə davamlılıq və nəzakətli yanaşma;
-Nizamlı və dəqiq işləmək bacarığı.
Əmək şəraiti:
Əmək haqqı: 600-800 AZN;
Nahar şirkət tərəfindən təqdim edilir;
Rəsmi əmək müqaviləsi təmin edilir.
Müraciət üçün:
CV-lərinizi və 1 ədəd fotoşəkilinizi hr@idea.az e-mail ünvanına göndərin. E-mailin mövzu hissəsində “Sərgi Salonu Təqdimatçısı” qeyd etməyiniz xahiş olunur.
Diqqət: Şəkilsiz CV-lərə baxılmayacaq.
ŞƏXSİ MAŞINI OLAN Satış üzrə təmsilçi tələb olunur
İşəgötürən: “Şam-fi”
Namizədə tələblər:
-Yaş həddi 22-30;
-Ali təhsil;
-Bəy namizəd;
-Sahə üzrə minimum 1 il iş təcrübəsi arzu olunandır;
-Sürücülük vəsiqəsi və şəxsi avtomobil mütləqdir;
-Müstəqil və komandada işləmək bacarığı;
-Məsuliyyət, diqqət, intizam və təşəbbüskarlıq;
-Güclü ünsiyyət qabiliyyəti və analiz bacarığı.
Vəzifə funksiyaları:
∙ Yeni məhsulların müştərilər tərəfindən tanınmasını və onların satış məntəqələrində satışını təmin etmək, bununla bağlı yaranan problemləri aradan qaldırmaq;
∙ Nümayəndəsi olduğu satış bölgəsini yaxşı tanımaq, yeni müştəriləri müəyyən edərək onları şirkətə cəlb etmək;
∙ Müştərilərlə müqavilə bağlanmasını təmin etmək, onlarla işgüzar münasibətlər yaratmaq və davam etdirmək;
∙ Ərazisindəki satış həcmi az olan nöqtələrində satış həcminın artırılması istiqamətində işlərin görülməsini təmin edir;
∙ Məhsulun satışının təşkil olunması;
∙ Sifarişlərin qəbul olunması;
∙ Müştəri məmnuniyyətini saxlamaq;
∙ Ticarət nöqtələrinin inkişaf etdirilməsi.
İş şəraiti:
∙ Karyera yüksəlişi imkanı.
∙ Rəqabətə davamlı əmək haqqı
Tələblərə uyğun namizədlərdən mövzu hissəsində “Satış üzrə təmsilçi” qeyd edərək domrul.huseynli@sham-fi.az mail ünvanına müraciət etmələrini xahiş edirik.
MÜHAFİZƏÇİ tələb olunur
İşəgötürən: ProMedia Group
İş saatları: Növbəli
Ünvan: Bakı, Azərbaycan. Badamdar qəsəbəsi.
Əmək haqqı: 600-800 manat
Vəzifə öhdəlikləri:
Müəssisənin ərazisini nəzarət altında saxlamaq
Sənədlərin qəbulu.
Ofisə gələn qonaqların və müştərilərin qarşılanması, yönləndirilməsi və yola salınması
Fövqəladə hal zamanı anında lazımı tədbirlərin görülməsi
Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək.
Ofisə giriş və çıxış nəzarətini həyata keçirmək
Rəhbərliyin verdiyi tapşırıqları yerinə yetirmək
Gündəlik görülən işlərlə bağlı məruzə etmək
Kamera müşahidə sisteminə daima nəzarət etmək
Namizədə tələblər:
Kişi namizədlər
25-45 yaş namizədlər
Müvafiq sahədə təcrübəsi olmalıdır
Hərbi xidməti başa vurmuş olmalıdır
Dəqiq və məsuliyyətli olmalı
Səlis mədəni danışıq qabiliyyəti
Kompüter bilikləri: Microsoft office
Uyğun namizədlər CV-lərini qeyd edilmiş elza@pmg.az elektron poçt ünvanına, subject hissəsinə “Mühafizəçi” yazıb göndərsinlər.
Qeyd: Yalnız uyğun namizədlərə geri dönüş olacaq.
Korporativ Satış Üzrə Menecer tələb olunur
İşəgötürən: Bergamo”MMC
Vəzifə Öhdəlikləri:
Şirkətin korporativ müştərilərə yönəlmiş satış strategiyasını həyata keçirmək;
Mövcud korporativ müştəri bazasını idarə etmək və yeni müştəri bazası yaratmaq;
Potensial müştərilərlə görüşlərin təşkili, ehtiyacların öyrənilməsi və uyğun məhsul təkliflərinin hazırlanması;
Korporativ müştərilərlə müqavilələrin bağlanması və uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulması;
Məişət texnikası məhsulları üzrə texniki biliklər əsasında müştərilərə dəstək göstərmək;
Müntəzəm olaraq satış planları hazırlamaq və hesabatlar təqdim etmək;
Bazar araşdırmaları apararaq rəqib fəaliyyətini təhlil etmək və müvafiq strategiyalar hazırlamaq.
Satış həcmini artırmaq üçün yeni marketinq və satış strategiyaları inkişaf etdirmək.
Tələblər:
Ali təhsil (İqtisadiyyat, Menecment və ya Marketinq üzrə təhsil üstünlükdür);
Korporativ satış sahəsində ən azı 2-3 il iş təcrübəsi;
Məişət texnikası və elektronika məhsulları üzrə biliklərə sahib olmaq;
Şəxsi korporativ müştəri bazasının olması üstünlükdür;
Danışıqlar aparmaq, satış bağlamaq və müştəri məmnuniyyətini təmin etmək bacarığı;
Azərbaycan və rus dillərini mükəmməl bilmək (İngilis dili arzuolunandır);
Komandada işləmək və təzyiq altında effektiv işləmək bacarığı.
İş şəraiti:
Əmək haqqı: Razılaşma əsasında;
İş yeri: Bakı şəhəri
Müraciət:
CV-lərinizi “Korporativ Satış Üzrə Menecer” başlığı ilə leman.rzayeva@eurolux.az elektron poçt ünvanına göndərin.
Qadın MODEL tələb olunur - Tələbədə ola bilər
İşəgötürən: JYSK
Hər gün ofisə gəlinmir . (Çəkilişlər olduğu zaman öncədən vaxt danışılacaq və çağırılacaq)
Vakansiya: Reklam Nümayəndəsi/Model
Məsuliyyətlər:
* Sosial şəbəkələr üçün istehsal videolarında iştirak; (Tik-Tok, Instagram)
* Reklam kampaniyalarında məhsulun təqdim edilməsi;
Tələblər:
* Oxşar vəzifədə təcrübəyə üstünlük verilir
* Azərbaycan və rus dillərini mükəmməl bilmək (RUS DİLİ MÜTLƏQDİR)
Şərtlər:
* JYSK beynəlxalq ticarət şəbəkəsində işləmək
* Əmək haqqı: 350 AZN (ayda 17 video üçün)
* Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat
Namizədlər 051 229 34 20 qeyd olunan nömrəyə Azərbaycan dilində qısa şəxsi videonu əlaqə nömrəsinə göndərmələrini xahiş edirik.
XXX XXX XXX
Рекламный представитель/Модель
Обязанности:
* Участие в постановочных роликах для соцсетей; (Tik-Tok, Instagram)
* Предоставление продукта в рекламных кампаниях;
Требования:
* Опыт работы на аналогичной должности приветствуется
* Знание азербайджанского, русского языка в совершенстве
Условия:
* Работа в Интернациональной торговой сети JYSK
* Зарплата : 350 АЗН ( за 17 роликов в месяц)
* Официальное оформление по трудовому кодексу АР
Кандидатов просим отправить короткое персональное видео на азербайджанском языке на контактный номер: 51 229 34 20
ƏHMƏDLİ, GÜNƏŞLİ ərazisinə işçilər tələb olunur
Vakansiyanın adı: Satıcı-Kassir
İşəgötürən: ARAZ Supermarket MMC
Tələblər:
●Kişi və qadın namizədlər
●18-50 yaş
●İş təcrübəsi: 0-3 ay
●Təhsil: Orta təhsil
●Dil bilikləri: Azərbaycan
Yaşayış ünvanı: ƏHMƏDLi, NEAPOL, GÜNƏŞLİ
Vəzifələr:
●Müştərilərin istəyinə uyğun məhsul haqqında məlumat vermək.
●Vitrindəki məhsulun qiymətinə nəzarət etmək
●Rəhbərliyin tapşırdığı digər işlər
Əməkhaqqı: 450-550 AZN, əlavə olaraq staja görə 50 AZN artım
Əlavə imkanlar:
●Əmək qanunvericiliyinə uyğun sənədləşmə.
●Dəyişkən iş qrafiki.
●Karyera inkişaf imkanları
●Nahar və çay
İş yerinin ünvanı: ƏHMƏDLİ, GÜNƏŞLİ
Müraciət qaydası: Uyğun namizədlər göstərilən əlaqə nömrəsi ilə zəng və ya whatsapp üzərindən əlaqə saxlaya bilər
Əlaqə: 055-300-89-07
Koroğluda yeni açılacaq mağaza üzrə “SATICILAR tələb olunur
A Plus Supermarketlər şəbəkəsi Koroğluda yeni açılacaq mağaza üzrə “Satıcı” vakansiyası elan edir.
İşçiyə qoyulan tələblər:
- Fiziki cəhətdən saglam və kollektivdə işləmək bacarığı olmalı;
- Təhsil: Orta təhsil
- Yaş: 18-50;
Vəzifə öhdəlikləri:
- Müştəriləri qarşılayıb, onların ehtiyaclarını müəyyən etmək;
- Müştərilərə məhsul və xidmətlər barədə məlumat vermək, onlara uyğun məhsul seçimində kömək etmək;
- Müştəriləri məhsul haqqında məlumatlandırmaq; (qiymət, keyfiyyət, istifadə qaydaları və s.)
- Məhsulların düzgün təqdimatı üçün stend və vitrinləri təşkil etmək;
İş şərtləri:
- Əmək haqqı: 400–450 + bonus;
- Nahar və geyim forması şirkət tərəfindən təmin edilir;
- İş vaxtı: 2 növbəli 08:00-17:00; 14:00-23:00;
- İstirahət günü Həftədə 1 gün;
Qeyd: İş ünvanı Koroğlu metrosunun yaxınlığında yerləşir(Ayaqla 3-5 dəq məsafə)
Maraqlananlar şəxslər +994554004484 (Whatsapp) Elvin Qəniyevlə əlaqə saxlaya bilərlər.
‼️ "Sürücü köməkçiləri" (Fəhlə) tələb olunur❗️🆘🆘🆘
166 Yükdaşıma və Logistika şirkətinə "Sürücü köməkçiləri" (Fəhlə) tələb olunur.
Ünvan : Yasamal
İş haqqında :
- Sürücü yanında yüklərin daşınması və boşaldılması.
- İş qrafiki : Növbəli
- Yaş həddi -18-45
- Əmək haqqı: Yüksəkdir
Əlaqə: 050 261 24 01, 050 261 24 23 Whatsapp nömrəsinə "Sürücü köməkçiləri (Fəhlə) " yazaraq müraciət edə bilərsiniz.
Qadın Mühasib tələb olunur
İşəgötürən: Azertexnolayn MMC Polietilen Məmulatlar Zavodu
Tələblər:
Təhsil: Ali
İş təcrübəsi: 1-2 il
Cins: Qadın
Vəzifə öhdəlikləri
* Bank kassa əməliyyatlarının proqram təminatına işlənməsi
* Debitor kreditor hesabların izlənməsi və üzləşmələrin aparılması
* Təhtəlhesablar üzrə əməliyyatlar, ezamiyyət ödənişləri, avans hesabatlarının işlənməsi
*Məhsul maya dəyərinin hesablanması üzrə nəzəri biliklər və s..
Əmək haqqı namizədin biliyinə uyğun dəyərləndiriləcək.
İş şəraiti:
Həftə içi 5 gün
Nahar və Bakı şəhəri üçün servis şirkət tərəfindən qarşılanır
Maraqlananlar CV- ni "Mühasib" başlığı altında hr@ azertexnolayn.com elektron ünvanına göndərə bilərlər.
TANINMIŞ MAĞAZAYA SATICILAR TƏLƏB OLUNUR - YÜKSƏK MAAŞ
İşəgötürən: Emsan
Əmək haqqı: 500 - 1000 manat
İş rejimi: 6 günlük
AR Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə
İş yeri: Bakı, Xırdalan və Sumqayıt şəhərləri
İş barədə məlumat:
Hazırki məhsul qruplarının çeşidini, təsnifatını, xarakteristikasını, onların təyinatını və onlardan düzgün istifadə üsullarını;
Müştərilərin tələbinin öyrənilməsi, məhsulların təklif olunması və onların nümayiş etdirilməsi, məhsulların seçilməsində yardım edilməsi, alıcılara məhsulların keyfiyyəti,təyinatı, xüsusiyyətləri barədə geniş məlumat vermək və onlara xidmət göstərmək;
Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən qüvvədə olan kampaniyalar haqqında geniş və ətraflı məlumatlar;
Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək;
Mağaza administratorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək;
Namizədə tələblər:
Cinsi: Qadın
Yaş həddi: 25-35 yaş arası
Təhsil: Orta
Azərbaycan dilini səlis bilməlidir, rus ingilis dili arzu olunandır
İş təcrübəsi: Satış sahəsində azı 1 il iş stajı
Aktiv, çevik, ünsiyyətcil olmalı
Satış qabiliyyəti olmalı
Dəqiq və işinə qarşı məsuliyyətli olmalı
Ünsiyyətcil və yüksək danışıq qabiliyyəti
İşgüzar və hədəf yönümlü, problemləri həll etmə bacarığı olan yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Satış Təmsilçisi” qeyd edərək şəkili CV-lərinizi hr@emsan.com.az elektron ünvanına və yaxud 0773422418 əlaqə nömrəsinin whatsapp'ına göndərməyiniz xahiş olunur.
Əlaqə nömrəsi: 0773422418
YENİ AÇLACAQ MAĞAZALARA KASSİR - SATICILAR tələb olunur
A Plus Supermarketlər şəbəkəsi Zabrat və Koroğlu ərazisində yeni açıalacaq mağazalara “satıcı-kassir" vakansiyası elan edir.
İşçiyə qoyulan tələblər:
- Fiziki cəhətdən saglam və kollektivdə işləmək bacarığı olmalı;
- Təhsil: Orta təhsil
- Yaş: 18-50;
- İş təcrübəsi önəmli deyil
İmkanlarımız.
- AR Əmək qanunveriliciyinə əsasən rəsmişləmə
- Nahar təmin edilir;
- Karyera inkişafı
İş şərtləri:
-Əmək haqqı: 450-500 manat
- Nahar,geyim,şirkət tərəfindən təmin edilir;
- İş vaxtı: Növbəli;
- İstirahət günü Həftədə 1 gün;
Əlaqə üçün:
055 400 44 84 Elvin Qəniyev
099 500 56 58 Qara Quliyev
SÜRÜCÜLƏR tələb olunur
İşəgötürən: Mars Overseas LTD
İş yerinin ünvanı: Bakı şəhəri, Sulutəpə qəs.
Tələblər:
- Bəy namizədlər
- Yaş həddi : 20-52
- BC kateqoriyalı sürücülük vəsiqəsi
- 1 il sürücü olaraq iş təcrübəsi (3,5 ton yük götürə bilən avtomobil)
- Bakı şəhərini yaxşı tanımaq
Vəzifə öhdəlikləri
Satışa gedən məhsulları ticarət nöqtələrinə çatdırma, qaimə faktura əsasında məhsulları təhvil vermək, gün sonu ticarət nöqtələrindən geri qaytarılan məhsulların anbara təhvil verilməsi, təhkim olunmuş avtomobilin saz vəziyyətdə olmağına nəzarət edilməsi.
Rəsmi əməkhaqqı: 600 manat + satışdan bonus 200-600 Azn
Əlavə imkanlar: Könüllü tibbi sığorta
Müraciət qaydası: "Sürücü" qeyd edib əlavə suallarını 050 290 79 93 (Zəng + Wp) nömrəyə yaza bilərsiniz.
Müraciət üçün son tarix: (27.12.2024)
Laboratoriya müdiri tələb olunur
İşəgötürən: ASPM
İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.
Özünə və peşəkarlığına güvənən, xüsusilə də istehsalat sahəsində təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Tələblər:
Sahə üzrə 3-5 il iş təcrübəsi olmalı;
Metallurgiya sahəsində ali təhsili olanlara üstünlük verilir.
Microsoft Office proqramlarını yaxşı səviyyədə bilməli;
Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı;
İşgüzar, məsuliyyətli və yüksək davranış keyfiyyətlərinə malik olmalı.
Bilməlidir:
Məhsulların Dövlət Atestasiya və sertifikasiya sistemini;
Kimyəvi analiz və mexaniki sınaqların aparılması üsullarını və onlara aid normativ sənədlərini ;
Kimyəvi analiz və sınaq vasitələrinin kalibrasiya olunması qaydalarını;
Məhsul istehsalının texnoloji ardıcıllığını və keyfiyyət göstəricilərini;
Əsas sexlərdə istismar olunan texnoloji avadanlıqların istismar güclərini;
Görəcəyiniz işlər :
Laboratoriyada əridilən polad markaların kimyəvi analizi və armatur profillərin mexaniki sınaqlarının aparılmasını təşkil etmək;
Laboratoyadaki kimyəvi analiz və mexaniki sınaq vasitələrinin Dövlət yoxlamalarını, atestasiyadan keçmək və sertifikasiya olunmasını nəzarətdə saxlamaq;
Laboratoriyada çalışanlar arasında işlərin düzgün bölüşdürülməsini təşkil etmək;
Müəssisə rəhbəliyi tərəfindən keçirilən texniki müşavirələrdə, rəqabət xüsusiyyətli məhsullar istehsal edilməsi işlərində və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması tədbirlərində fəal iştirak etmək;
Əlavə məlumatlar :
Əmək haqqı razılaşma əsasında;
Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Keyfiyyətə nəzarət şöbəsi – Laboratoriya müdiri” yazaraq cv@aspm.almettrading.com elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Satınalma üzrə mütəxəssis tələb olunur
Şirkət: “Spark” MMC
Vəzifə öhdəlikləri:
- Daxili satınalma proseduruna uyğun olaraq mal-material və xidmətlərin alışı;
- Şirkətin daxilində və sahələrdə işçilərin lazımi avadanlıqlarla təchiz olunması işlərinə nəzarət etmək;
- Cəmiyyəti və sahələri təsərrüfat inventarı ilə, mühəndis və idarəetmə əməyinin mexaniki vasitələri ilə, nəqliyyat vasitələrini ehtiyat hissələrlə təmin etmək;
- Xidmət üzrə müqavilələrin bağlanmasına lazım olan materialları rəsmiləşdirmək, vacib təsərrüfat materiallarının, avadanlığın, inventarın, ehtiyat hissələrinin alınmasını və saxlanmasını təşkil etmək;
- Sahələri vaxtaşırı lazım olan vasitələrlə təmin etmək, onların işləməsinin uçotunu aparmaq, müvafiq hesabat formasını tərtib etmək;
Namizədə tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə)
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi
- MC Office proqramlarında işləmək bacarığı
- Stresə davamlılıq, tapşırıqları və alışları müəyyən edilən vaxt ərzində yerinə yetirmə qabiliyyəti, komanda şəklində işləmə bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
İş yeri: Bakı şəh., Binəqədi ray., Əhməd Rəcəbli 276
İş şərtləri: Şirkət tərəfindən nahar pulu ödənilir.
İş qrafiki: I-V günlər
İş saatı: 09:00-dan 18:00-a
Əmək haqqı: Namizəddən asılı olaraq müəyyən olunacaq
Tələblərə cavab verən namizədlərdən mövzu başlığına “Satınalma üzrə mütəxəssis” adını qeyd edərək hr@sparkbeton.com ünvanına CV-ni göndərməkləri xahiş olunur.