azvakaz | Unsorted

Telegram-канал azvakaz - AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

49165

Azərbaycanda vakansiyalar, iş elanları Ödənişli iş elanı yayımı üçün: @AzVak_elan ya elan@azvak.az Əlaqə: 051 343 73 07 AzVak kanalı elanların məzmununa, həmçinin işaxtaran və işəgötürən arasında danışıqlara və razılaşmalara görə məsuliyyət daşımır.

Subscribe to a channel

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

AİLƏ SÜRÜCÜSÜ tələb olunur

İşəgötürən: İMPULS MMC

Yaş həddi: 35-55

İş barədə məlumat

- İş vaxtı saat 9:00-dan 19:00- dək
- Şəhər daxilində ailə üzvlərinin istədikləri ünvanlara çatdırılması

Namizədə tələblər
- Avtomobili səliqəli və saz vəziyyətdə saxlamaq
- İşə vaxtında gəlmək

"AİLƏ SÜRÜCÜSÜ" qeyd edib CV-nizi
vuqar.sh@impuls.az e-mail adresinə göndərə bilərsiniz.


(050) 220-98-40

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SÜRÜCÜ tələb olunur

İşəgötürən: Megamart.az

İş barədə məlumat
- Məhsulları anbardan təhvil alıb müştərilərə çatdırmaq;
- İş qrafiki: 6 günlük iş həftəsi, 09:00-18:00dək
- İstirahət günü: Bazar günü
- Əmək Haqqı: 700 Azn

İş yeri: Bakı şəhəri, Sabit Rəhman 45 küçəsi

Namizədə tələblər
Bəy namizəd :
- Yaş: 30-45 yaşadək;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Sürücülük vəsiqəsinin olması vacibdir;
- Maşın olması vacibdir;
- Yanacaq və amortizasiya xərcləri şirkət tərəfindən qarşılanır.
- Məsuliyyətli, diqqətli, işində dəqiq

CV-nizi mövzunun başlığı altında corp@megamart.az email ünvanına göndərə bilərsiniz

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Sahə mühəndisi tələb olunur

İşəgötürən: Azersun Holding

Tələblər:

Müvafiq sahə üzrə ali təhsilli olmalı;
Müvafiq sahə üzrə 1 illik iş təcrübəsi.
Sürücülük vəsiqəsi (B kateqoriyası)
İş haqqında məlumat:

Layihələr üzrə işin proqnozlaşdırılması, proqnoza nəzarət və düzəlişlərin edilməsi, lazımi sənədləşmələrin aparılması;
Layihənin icrası zamanı ətraf mühitin qorunması, əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət edilməsi və layihə üzrə görülən işlərin keyfiyyətinə nəzarət edilməsi;
Başa çatmış obyektlərin lazımi sənədlərinin hazırlanıb komissiyaya təqdim olunmasında iştirak edilməsi, həmçinin komissiyanın işində iştirak edilməsi.
İş vaxtının norması:

5 günlük iş rejimi;
İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

Əmək haqqı: Razılaşma yolu ilə;
Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:

Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi
cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Sahə mühəndisi (Bazarstore)” qeyd etməyiniz xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Sürücü tələb olunur

İşəgötürən: MPAY QSC

Vəzifə öhdəlikləri:

Terminalların inkassasiyası zamanı nağd vəsaitin, qiymətlilərin daşınmasını və təhlükəsiz çatdırılmasını təmin etmək
Namizədə qoyulan tələblər:

Yaş həddi: 25-35 yaş
3-5 il iş təcrübəsi
Avtomobil quruluşu üzrə yaxşı biliklər
Şəhər ərazini yaxşı tanımalı
Yol hərəkəti qaydalarını yaxşı bilməli
Sürücülük vəsiqəsi (minimum “B” kateqoriya)
Ekspeditor təcrübəsi olanlara üstünlük verilir
İş şəraiti:

Təyin olunmuş ərazi üzrə;
İş rejimi həftənin 6 günü;
Əmək haqqının 15 gündən bir ödənilməsi;
Tibbi sığorta təminatının verilməsi;
Nahar təminatının qarşılanması.

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi
hr@mpay.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Sürücü” yazılmalıdır.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Keyterinq şirkətinə işçilər axtarılır

İşəgötürən: PFM Catering

VƏZİFƏLƏR:

1. Lojistik mütəxəssisi Ə.H 700 manat

2. Anbardar köməkçisi Ə.H 500 manat

3. Aşpaz köməkçisi Ə.H 600 manat

4. Aşpaz köməkçisi, SALATÇI Ə.H 700 manat

5. Qatarda satış təmsilçisi Ə.H 450 manat+satışdan 10% bonus

6. Xadimə Ə.H 450 manat

7. Qabyuyan Ə.H 500 manat

Ünvan: Badamdar qəsəbi. Əlaqə (Whatsapp) 055 973 44 92 Kamal.

Sizə uyğun vəzifənin adını qeyd edib CV-nizi hr@pfmcatering.az mail adresinə göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Resepşn tələb olunur

İşəgötürən: Fitway gym

Tələblər:

Yaş həddi 18-26

Yaınız xanım namizədlər

Dil bilikləri: Rus dili

Vəzifələr: (Müştərilərin qarşılanması və qeydiyyat olunması. Müştərilərə standartlara uyğun nəzakətli şəkildə ünsiyyətin qurulması)

Əmək haqqı: 450 manat + bonus
AR qanunvericiliyinə uyğun əmək müqaviləsi bağlanılır

İş yerinin ünvanı: Bəsti Bağırova 15

Müraciət qaydası: "Resepşn" qeyd edib CV-nizi 055-499-39-11 nömrənin whatsapp-na göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Sosial Media Meneceri (SMM) tələb olunur

İşəgötürən: Elan sayıtı

Yaş: 22-30 aralığında

Cins: Qadın
Təhsil: Ali təhsil

Təcrübə: ən azı 1 il

Biliklər:
- Kompyuterdə, sosial şəbəkələrdə işləməyi bacarmalı,
- Mətn yazamağı və düzəliş etməyi bilməli,

- Photoshop və İnShot proqramılarında foto və video postlar hazırlamağı bacarmalı,
- Azərbaycan dilini əla, Rus dilini danışıq səviyyəsində bilməli.

Vəzifələr:

-Hazır forma (şablon) üzərində post üçün şəkil və videoların hazırlanması;
- Elanların TikTok, Telegram, İnstagram, Facebook, WhatsApp kanal və səhifələrində paylaşılması;
-TikTok-da canlı yayımların açılmasında iştirak etmək (canlı yayımı açan şəxsin üzünü göstərməsi məcburi deyil. Canlı yayımda elan səhifəsi göstərilir. Yalnız sifəti görünmədən danışılır, elanlar izləyicilər üçün oxunur və onların sualları cavablandırılır);

-Elektron poçt (email) vasitəsilə müştərilərin müraciətlərinin cavablandırılmasında, elanların qəbulunda iştirak etmək,
-Sosial şəbəkələr və elektron poçt vasitəsilə işəgötürənlərin və işaxtaranların müraciətlərini cavablandırmaq.
Tələblər:

- Həvəsli olmalı,
- Gülərüz olmalı,
- Müştərilər ilə nəzakətli danışmalı,
- Yaradıcı olmalı, işin irəli aparılması üçün öz təkliflərini verməli,
- Səbr nümayiş etdirməli, iş yerinin nüfuzunun qoruyub saxlanılmasına önəm verməli.

Əməkhaqqı: aylıq 600 AZN + aylıq 100 AZN nahar üçün ödəniş

İş müddəti: Həftənin 1-6-cı günləri,
İş saatı: Saat 09:00-dan 18:00-adək.

İş yerinin ünvanı: Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrosu yaxınlığı (Nərimanov, Qara Qarayev, Neftçilər, Xalqlar Dostluğu, Əhmədli və Həzi Aslanov metrostansiyaları yaxınlığında yaşıyanlara üstünlük verilir)

Maraqlananlar 051 344 09 10 nömrəsinin WhatsApp-ına SMM yazaraq şəkilli CV-sini göndərə bilərlər. Zəng ilə müraciətlərə baxılmır.

Qeyd: İlkin olaraq qəbul edilən CV-lər yoxlanılacaq. Yalnız tələblərə uyğun olan namizədələr danışığa dəvət olunacaq.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Mebel mağazasına Satıcı tələb olunur

İşəgötürən: Damla Mebel MMC

Təsvir:

Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi, məhsullar haqqında ətraflı və doğru məlumatın verilməsi;
Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatın vaxtında öyrənilməsi və tədbiq edilməsi;
Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməkliyin göstərilməsi;
Mağaza menecerinin tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.

İş şəraiti:

İş günləri: 6 iş günü,1 gün istirahət;
Əmək haqqı: bazar rəqabətinə uyğun
Şirkət daxili təlim və inkişaf imkanları;
Karyera yüksəlişi imkanı.
Tələblər:

Yaş həddi 25-45
Xanım namizədlərə üstünlük veriləcək;
Tam orta təhsil (ali təhsil olması üstünlükdür).
Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (üstünlükdür).
Satış sahəsində təcrübə (Minimum 1 il).
Komandada işləmə bacarığı.

Müraciət Et:
Maraqlanan namizədlər cv-lərini və qısa müraciət məktublarını hr@damlamebel.az e-poçt ünvanına göndərə bilərlər. Zəhmət olmasa, mövzu hissədə "satıcı" yazdığınızdan əmin olun.

Bütün müraciətlər üçün təşəkkür edirik. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Lekalçı/Konstruktor (tikiş fabriki üçün) tələb olunur

İşəgötürən: Caspian Textile MMC

Ünvan: Qaradağ rayonu Lökbatan qəsəbəsi

Vəzifələr:

Müxtəlif növ geyim və tekstil məhsulları üçün lekalların və modellərin sənədlərinin hazırlanması və yaradılması.
Kütləvi və fərdi tikiş üçün lekalların hazırlanması.
Texniki tələblərə və spesifikasiyalara uyğun olaraq lekalların düzəldilməsi.
Məhsulun dəqiqliyini və keyfiyyətini təmin etmək üçün digər şöbələr ilə əməkdaşlıq.
Mövcud lekallar və yeni dizaynlar lazım olduqda dəyişikliklərin və təkmilləşdirmələrin edilməsi.
Lekalların və modellərin keyfiyyətinə və onların istehsal tələblərinə uyğunluğuna nəzarət.
Tələblər:

Tikiş fabrikində lekalçı/konstruktor vəzifəsində ən azı 4 illik iş təcrübəsi.
Geyimlərin konstruktorlaşdırılması və modelləşdirilməsi üzrə əsas biliklər.
Lekalların və konstruktorların yaradılması üçün proqramlarla işləmək bacarığı (məsələn, StyleCad, Gerber, Assist, Lectra).
Detallara diqqət və dəqiq ölçülərlə işləmək bacarığı.
Yeni vəzifələrə və tələblərə tez uyğunlaşmaq bacarığı.
Məsuliyyət, dəqiqlik, komandada işləmək bacarığı

Şərait:

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirmə.
Peşəkar inkişaf və irəliləyiş imkanı.
Stabil və inkişaf edən şirkətdə iş.

Tələblərə cavab verən namizəsdlərdən xahiş olunur öz şəkilli CV formalarını hr@castex.az elektron poçt ünvanına və ya 051 201 12 71 nömrəsinə WhatsApp vasitəsilə göndərsinlər. Yalnız uyğun olan namizədlər müsabiqəyə dəvət olunacaqlar

Şirkət haqqında
Caspian Textile MMC müasir standartlara cavab verən müxtəlif növ işçi və digər geyimlərinin istehsalı sahəsində fəaliyyət göstərir.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Buzovna, Şüvəlan, Mərdəkan, Bilgəh əraziləri üzrə Satıcılar tələb olunur

İşəgötürən: ARAZ Supermarket MMC

Yaşayış ünvanı: Buzovna,Şüvəlan, Mərdəkan, Bilgəh

Tələblər:
●Kişi və qadın namizədlər ●18-50 yaş
●İş təcrübəsi: 0-3 ay
●Təhsil: Orta təhsil
●Dil bilikləri: Azərbaycan

Vəzifələr:
●Müştərilərin istəyinə uyğun məhsul haqqında məlumat vermək.
●Vitrinin təmizliyinə və məhsulun qiymətinə nəzarət etmək
●Rəhbərliyin tapşırdığı digər işlər
Əməkhaqqı: 400/450 AZN, əlavə olaraq staja görə 50 AZN artım

Əlavə imkanlar:
●Əmək qanunvericiliyinə uyğun sənədləşmə.
●Dəyişkən iş qrafiki.
●Karyera inkişaf imkanları
●Nahar və çay şirkət tərəfindən təmin edilir

İş yerinin ünvanı: Buzovna,Şüvəlan, Mərdəkan,Bilgəh.

Müraciət qaydası: Uyğun namizədlər göstərilən əlaqə nömrəsi ilə zəng və ya whatsapp üzərindən əlaqə saxlaya bilər
Əlaqə: 055-300-89-02

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Data analitik tələb olunur

İşəgötürən: Nur Collection

Vəzifə öhtəlikləri:

Satışla bağlı məlumatların müvafiq proqram təminatlarında qeyd edilməsi;
Satışdan sonra müştərilərlə əlaqə saxlayıb onlardan rəylərin alınması və müştəri məmnuniyyətinin yoxlanılması;
Müştəri narazıçılıqlarının ətraflı dəqiqləşdirilməsi və ehtiyac olduğu halda müfaviq şöbələrə yönləndirilməsi;
Müştəri narazılıqlarının idarə edilməsi;
Şöbə rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.
Mağazada satılmayan məhsulları digər mağazalara yönləndirmək.
Gündəlik fəaliyyət haqqında rəhbərə hesabat vermək
Statistik və analitik hesabatların hazırlanması;
Hazırlanmış hesabatların dəyərləndirilməsi və inkişafı istiqamətində təkliflərin verilməsi;
Toplanan məlumatların keyfiyyətinin artırılması istiqamətində təkliflərin verilməsi;
Tələblər:

Analitik bacarıqlara sahib olmalı;
Qiymət təklifi, elektron qaimə, qiymət razılaşdırma protokolu ilə iş təcrübəsinin olması arzuolunandır.
MC office proqramlarını bilmək
Nəticəyönümlülük
Problemi təhlil etmə bacarığı
Komandada işləmə bacarığı

İşin təsviri:

İş yer: Bakı şəhəri, Masazır dairəsi
İş rejimi: Həftə içi 5 tam iş günü, 6-cı gün qısaldılmış iş qrafiki
Nahar şirkət tərəfindən verilir.
Əmək məcəlləsinə uyğun sənədləşmə

"Data analitik " qeyd edib CV-nizi hr@nurcollection.az e-mail adresinə göndərə bilərsiniz.

Şirkət haqqında
Nur Collection MMC 2021-ci ildən etibarən öz yerli geyim brendini yaradaraq qadın və uşaq geyimləri istehsalına başlamışdır.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

AŞBAZ tələb olunur

İşəgötürən: "Karvan L" MMC

Yaş həddi: 35-50

Namizəd: Qadın

İş saatı: 08:00- 17:00

Əmək haqqı: 600 manat

Vəzifəsi:
- Mili mətbəx menülərin hazırlanması
- 30 nəfərin yeməyi hazırlanması
- İşində cəld və səliqəli olmalı;

Ünvan: Bakı şəh, Nobel prospekti 22/32
Əlaqə: 055 493 70 04

CV-i hr@karvanl.com mail ünvanına göndərərək mövzu yerində “Aşbaz ” qeyd etməyiniz xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Satıcı-Merçendayzer tələb olunur

Supertoys oyuncaq mağazalarına satıcı-merçendayzer xanımlar tələb olunur.

İşin təsviri:
Rəhbərlik tərəfindən təyin edilmiş qaydalara riayət olunub-olunmadığının qiymətləndirilməsi üçün mağazaların yoxlanılması, o cümlədən məhsulların düzülüşü, təmizlik, qiymət kağızlarının vaxtında dəyişdirilməsinin yoxlanılması;
Yeni təyin olunan qayda və kampaniyalar haqqında mağaza personalının məlumatlı olub-olmadığını yoxlamaq üçün mağaza personalının sorğu-sual edilməsi;
Məhsulların düzülüşü haqqında mağaza personalına təlimlərin keçirilməsi.

Tələblər:
Müvafiq sahə üzrə iş təcrübəsi: 1 ildən;
Merçendayzinqin əsaslarını üzrə biliklər;
Tez öyrənmək və uyğunlaşmaq bacarığı;
18-35 yaş arası xanımlar.
Şirkət təklif edir:
Rəsmi qeydiyyat
Maaş: 600-800 manat

Müraciət etmək istəyən namizədlərdən öz CV-lərini mövzu yerində “Satıcı- Merçendayzer” yazaraq hr@supertoys.az e-mail ünvanına göndərmələri xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Nərimanovda yerləşən restorana HOSTESS tələb olunur

İşəgötürən: RESANT GROUP

Namizədə tələblər:

Təcrübə önəmlidir.
Rus dili biliyi mütləqdir, ingilis dili arzuolunandır.
Xanım namizədlər tələb olunur.
Əmək haqqı: 1000-1200 AZN

"HOSTESS" qeyd edib CV-nizi hr@resantgroup.az elektron ünvanına göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Keyfiyyətə nəzarət üzrə mütəxəssis tələb olunur (Pirallahı)

"DDLAR İNŞAAT" QSC tikinti şirkətinin Pirallahıda yerləşən layihəsinə aşağıdakı vakansiya üzrə işçi axtarır

İş qrafiki: 6 günlük
İş saatı: 09:00 – 17:00
İş yeri: Pirallahı

Vəzifə və Öhdəlikləri:

Keyfiyyətə Nəzarət Prosesləri:
Tikinti materiallarının və işlərin keyfiyyətini yoxlamaq.
Keyfiyyət standartlarının və qaydalarının icrasını təmin etmək.
Layihə tələblərinə və texniki spesifikasiyalara uyğunluğunu yoxlamaq.
Daxil olan tikinti materiallarının və konstruksiyaların mənşə və keyfiyyəti təsdiq edən sənədlərinə yoxlamanı təmin etmək
Təftiş:
Gündəlik və dövri inspeksiya və təftiş işlərini həyata keçirmək.
Tapıntıları və çatışmazlıqları müəyyən etmək və düzəliş tədbirləri təklif etmək.
İş prosesində istifadə edilən materialların və konstruksiyaların bəyan edilən texniki və keyfiyyət göstəricilərinə dair uyğunsuzluqları aşkarladıqda aidiyyəti üzrə səlahiyyətli şəxsə məlumat vermək və uyğunsuzluq hesabatını hazırlamaq
Sənədləşdirmə və Hesabatlar:
Keyfiyyətə nəzarət işləri ilə bağlı sənədləşmə aparmaq.
Gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq və təqdim etmək.
Layihə Komandası ilə Əlaqə:
Layihə komandası və digər maraqlı tərəflərlə müntəzəm olaraq əlaqə saxlamaq.
Keyfiyyət məsələlərini müzakirə etmək və həll yollarını təklif etmək.

Təkmilləşdirmə:

İşçilərə keyfiyyət standartları və prosedurları barədə təlimlər vermək.
Keyfiyyətin artırılması üçün təkmilləşdirmə tədbirləri hazırlamaq və həyata keçirmək.
İnşaat sahəsi üzrə texnoloji proseslərdə keyfiyyətə neqativ təsir edən amilləri müəyyənləşdirmək və bununla bağlı Rəhbərliyə səmərəli təkliflərlə çıxış etmək;
Tələblər

Təhsil: Mühəndislik, tikinti və ya əlaqədar sahədə ali təhsil.
İş Təcrübəsi: Keyfiyyətə nəzarət və ya tikinti sahəsində ən azı 2 il iş təcrübəsi.
Texniki Biliklər: Tikinti materialları, metodları və keyfiyyət standartları haqqında geniş bilik.
Kompyuter Bilikləri: MS Office proqramları, keyfiyyət idarəetmə sistemləri və digər əlaqədar proqramlarda işləmə bacarığı.

Xüsusi bacarıqlar:

Düzgün analiz edə bilmə bacarığı
Analitik və tənqidi düşünmə bacarığı
Detallara diqqət yetirə bilmək

Mövzü yerinə “ Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Pirallahı)” yazıb info@ddlar.com elektron poçt ünvanına göndərin.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

İşə götürmə üzrə mütəxəssis (HR) tələb olunur

İşəgötürən: ELLIN Peşə kursu

İş yeri: Azadlıq metrosu yaxınlığı

Vəzifə öhdəlikləri:

-Musahibələrin həyata keçirilməsi
- Uyğun olan namizədlərin sənədləşmə prosesinə yönəldilməsi
- Seçilən namizədlərin işə yönəldirilməsi.
-İşçilərlə daimi əlaqədə olmaq, mövcud problemlərlə bağlı məlumat almaq və onların aradan qaldırılması üçün tədbirlər görmək

Tələb olunan bilik və bacarıqlar:

-Ali təhsil
- Bu sahə üzrə ən azı 1 il təcrübə
- Yaş həddi: 25-35 (Namizəd: Qadın və ya kişi)
- Güclü ünsiyyət və komanda ilə iş
-Detallara qarşı diqqətlilik və qərar vermə bacarıqları
-Dəqiq, nizam intizamlı, məsuliyyətli olmaq.

İş rejimi:

- İş qrafiki: Həftənin 5 günü
- İş saatı: 9:00-18:00
- şirkət hesabına nahar yeməyi

Əmək haqqı:

* Aylıq məvacib 700 AZN təşkil edir (əlavə olaraq bonuslar)
* AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün: ellinmmc@gmail.com hesabına "HR" qeyd edərək, Cv-lərini yollaya bilərlər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

NƏZARƏTÇİ tələb olunur

İşəgötürən: Grand Hayat Management

İş barədə məlumat
- Ali təhsil
- Dil bilikləri: rus(əla), ingilis( üstünlükdür)
- Təcrübə: min 6 ay
- Cins: bəy
- Kollektiv ilə işləmə bacarığl
- Məsuliyyətli və diqqətli olmaq
- Əmək haqqı: 550 Azn
- İş yeri: Tiblisi prospekti
- Növbəli qrafik 4 gün iş, 2 gün istirahət, növbəli qrafik (2 gün gündüz, 2 gün gecə)

Vəzifə öhdəlikləri:
- Qonaqların qarşılanması
- Zənglərin cavablandırılması

Namizədə tələblər
Grand Hayat Management" Nəzarətçi vakansiyasını aktiv edir.
- Ali təhsil
- Dil bilikləri: rus(əla), ingilis( üstünlükdür)
- Təcrübə: min 6 ay
- Cins: bəy
- Kollektiv ilə işləmə bacarığl
- Məsuliyyətli və diqqətli olmaq

Maraqlanan namizədlər cv-lərini hr@grandhayat.az mail ünvanına göndərə bilərlər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

İnşaat mühəndisi tələb olunur

İşəgötürən: Cronos Construction

Vəzifə öhdəlikləri

Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi;
Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;
Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması;
Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi;
Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılması
Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılması;
Tikinti proqramlarını və təqvim qrafikini tərtib edilməsi;
Tələb olunan hesabatların hazırlanması (vəzifələr sənədi, layihə məlumatları, layihəyə nəzarət, layihə resursları, layihə planı);
Materialların, konstruksiyaların və məlumatların qəbul olunmasını təşkil edir və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil edir.
Tikinti istehsalının sənədləşdirilməsinin və ixtisaslaşdırılmasının inkişaf perspektivlərinin və texniki siyasətinin, tikintinin mühəndis hazırlığı səviyyəsinin daim artırılmasının, xərclərin ixtisarının, tikintinin keyfiyyətinin yaxşılaşdırılmasının və istehsal fondlarının səmərəli istifadəsinin təmin edilməsi;
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin həyata keçirilməsinə nəzarət;
Texnoloji intizama riayət olunması, tikinti norma və qaydalarının yerinə yetirilməsi;
Tələb olunan bilik və bacarıqlar

Müvafiq sahədə ali təhsil
5 ildən çox müvafiq sahədə iş təcrübəsi
Kompüter bilikləri (Microsoft Office proqramları);
Əlavə olaraq çertyoj çəkmə üçün proqramlar (Autocad, Archcad, 3DMAX)
Azərbaycan dili səlis, rus və ingilis dili bilməsi üstünlükdür;
Analitik düşüncə bacarığı;
Ünsiyyət və komandada işləmək bacarıqları;
Məsuliyyətli olmalı;
Təşkilatçılıq bacarıqlarına sahib olmalı;
Dəqiqlik;
Detallara diqqət yetirməyi bacarmalı
Əmək haqqı təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.
İş rejimi: 6 günlük, bazar günü istirahət günüdür.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz CV-ərini vacancy@cronos.az elektron poçtuna göndərə bilərlər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Satınalma üzrə mütəxəssis tələb olunur

İşəgötürən: Best Tech şirkəti

İş barədə məlumat:

- Şirkətin satınalma proseslərinin təşkili və idarə olunması
- Yerli və beynəlxalq tədarükçülərlə münasibətlərin qurulması və davam etdirilməsi
- Bazarın analizi və təchizatçılar arasında qiymət təhlillərinin aparılması
- Satınalma sənədlərinin düzgün şəkildə aparılması və arxivləşdirilməsi
- Satınalmalarla bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Müvafiq məhsulların keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsi
- 6 günlük iş qrafiki (bazar günü istirahət)
- Maaş: razılaşma

Namizədə tələblər:

- Ali təhsil
- Müvafiq istiqamət üzrə təcrübə (Şərt deyil, lakin əlavə üstünlükdür)
- Təchizatçılarla əlaqələrin qurulması və inkişaf etdirilməsində maraqlı olmaq
- Analitik düşüncə və problemi tez həll etmək bacarığı
- Yaxşı səviyyədə Azərbaycan dili biliyi (Rus və İngilis dili bilikləri üstünlükdür)
- Komandada işləmə bacarığı və müştəri yönümlü yanaşma
- MS Office proqramlarından (Word, Excel) istifadə bacarığı

Maraqlanan şəxslər öz "CV"lərini "
hr@besttech.az" mail adresinə "Satınalma üzrə mütəxəssis" başlığı ilə göndərə bilər.

Best Tech sizlərə münasib qiymətə keyfiyyətli kartric dolumu və ehtiyat hissələrinin dəyişdirilməsini təklif edir.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Elektrik mühəndisi tələb olunur

İşəgötürən: Azersun Holding

Tələblər:

Müvafiq sahə üzrə ali təhsilli olmalı;
Müvafiq sahə üzrə 1 illik iş təcrübəsi;
Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik qaydalarını bilməli;
Hesabat hazırlama və analiz etmə qabiliyyəti olmalı.
İş haqqında məlumat:

Elektrik terminaldakı qurğuların, avadanlıqların, mexanizmlərin enerji ilə təmin olunmasını daim yoxlamalı və aşkar olunan nasazlıqları operativ surətdə aradan qaldırmasını təmin etməlidir;
Obyektlərin bütün enerji növləri ilə fasiləsiz təchiz edilməsi, bütün enerji qurğularının qənaətli istismarını və enerji qurğularının, avadanlıqlarının və kommunikasiyaların texniki vəziyyətinin saz saxlanmasını təmin etməlidir;
Qəzaya qarşı tədbirlər planı işləyib hazırlamalı və həyata keçirməli, enerji avadanlıqlarının və qurğularının qəzalarının qeydiyyatını və analizini aparmalı, ola biləcək qəzalar haqqında məlumatları vaxtında yuxarı təşkilatlara təqdim etməlidir;
Enerji balansını tərtib edir, yeni texnikanın tətbiq edilməsini, elektrik sxemlərinin təkmilləşdirilməsini, avadanlıqların artıq yüklənmələrinin azaldılmasını, obyektlərdə enerji daşıyıcılarının sərfinin qeydiyyatını, cihazların səmərəli şəkildə yerləşdirilməsini, elektrik avadanlıqlarında və enerji qurğularında quraşdırılmış nəzarət-ölçü, qeydiyyat və mühafizə aparatlarına nəzarət olunmasını, yoxlanmasını və təmirini təmin etməlidir;
Enerji avadanlıqlarının və qurğularının aylıq və illik təmir-baxış, profilaktik baxış qrafiklərini təsdiq etməlidir.
İş vaxtının norması:

5 günlük iş rejimi;
İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

Əmək haqqı: Razılaşma yolu ilə;
Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:

Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi
cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Elektrik mühəndisi (Bazarstore)” qeyd etməyiniz xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Çağrı mərkəzinin operatoru tələb olunur – Biznes mərkəzində rahat iş

İşəgötürən: “Esima” MMC

Vakansiyanın adı: Çağrı mərkəzinin operatoru

Müraciət üçün son tarix: 05.10.2024

Tələblər:
Cins: Qadın
Yaş: 20-39

İş təcrübəsi: 1 ildən aşağı, orta təhsil

Dil: Azərbaycan dili əla, rus dili arzuolunandır

Bacarıq: Word, Excel bilikləri tələb olunur.

Vəzifələr:

-Bakcell şirkətinə aid məhsulların (MNP (mobil nömrə daşıma) təklifini təqdim etmək

Əməkhaqqı: 350 manat və satışa əsasən bonus.

İş yeri: Əhməd Rəcəbli 25/1, Çinar Park Biznes Mərkəzi

Maraqlananalar samira@esima.az e-mail ünvanına yazaraq və ya 055-931-18-00 telefon nömrəsinə zəng edərək müraciət edə bilərlər:

Telefon: 055-931-18-00

“Esima” MMC şirkəti 01.04.2023- cüil tarixindən Bakcell-in tərəfdaşı olaraq fəaliyyət göstərir.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Satıcı-Kassir tələb olunur

İşəgötürən: Araz Supermarket MMC

İş yeri: BAKİ ərazisi. Vacib erazilər: Səbail (20-ci sahə) Badamdar ,Qaradağ ,Lökbatan, Qobustan, Ələt, İçəri şəhər

Vəzifə öhdəlikləri:
-Satıcı-vitrin səliqəsinə ve satışına nəzarət.
-Kassir -Kassa əməliyyatlarının icrası
-Müştəri məmnuniyyətinə dəstək olmaq

Tələb olunan bilik və bacarıqlar:
- İş öyrədilir
- Xanım və bəy namizədlər müraciət edə bilər
- Təcrübə tələb olunmur
- 18 yaşı tamam olmayan şəxslər müraciət etməsin
- təhsil: orta

İş rejimi:
- İş qrafiki: dəyişkən iş rejimi
- şirkət hesabına nahar yeməyi
- şirkət hesabına forma

Əmək haqqı:
* Aylıq məvacib 445-495 AZN təşkil edir (əlavə olaraq satış bacarığına əsasən bonus)
* AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün: Bu vakansiya ilə maraqlanan namizədlər (055) 252-26-19 whatsapp nömrəsinə yazmaqları xahiş olunur. Zəng vasitəsilə də əlaqə saxlaya bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Baş mühasib tələb olunur - 3500- 5000 MANAT MAAŞ

İşəgötürən: Star Mining LLC

Yaş həddi:30-45
Ə/H: 3500-5000 AZN

Vəzifə təlimatı:

Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir.
Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.
Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil edir. Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir. Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə hesablaşmalar və ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara sudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtib edir.
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir.
Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir.
Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edir.
Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etməlidir.
Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni təşkil etməlidir.
Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etməlidir.
Tabeçiliyində olan işçilərin şirkətin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrini təmin etməlidir.

Namizədə tələblər

Ali təhsil
10 il aidiyyatı sahə üzrə təcrübə
Azərbaycan dilini bilməsi mütləqdir
Rus və İngilis dili biliyi arzu olunandır
MS Office proqramları, 1C, proqramlarında işləmək bacarığının olması
BTP proqramı, e-gov.az, e-taxes.gov.az portallarından istifadə etmək bacarığı
Komandada işləmək bacarığı
İşinə dəqiq, məsuliyyətli yanaşma
İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək
Nahar şirkət tərəfindən verilir
İşə qəbul əmək məcəlləsinə uyğun aparılır

Uyğun namizədlər CV formalarını
hr@starmining.az mail-na mövzu yerində “Baş mühasib” qeyd edərək göndərə bilərlər.

hr@starmining.az

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Aşbazlıq üzrə müəllim tələb olunur

İşəgötürən: ZE Academy tədris mərkəzi

Namizəddən tələblər:

Milli, Avropa və türk mətbəxini bilməlidir (Milli mətbəx tam, digər mətbəxlərdən seçilmiş menyuları bilməlidir)
Aşpazlıq üzrə təhsilinin olması arzuolunandır
Aşpaz olaraq ən az 5 illik iş təcrübəsinə sahib olmalıdır.
Sosial şəbəkələrə çəkiliş üçün açıq olmalıdır.
Yalnız bəy namizədlər müraciət edə bilər

İş haqda məlumat:

İş sıfırdan aşpazlıq sənətini öyrənmək istəyən tələbələrə dərs keçmək və onları restoran, hotel, pub sistemindəki menyuları bişirmək üçün lazım olan hər şeyi öyrətməkdən ibarətdir.
Əmək haqqı yüksəkdir və artandır. Minimum 900 Manatqeyd etmişik, lakin işləmək imkanınız və vaxtınızdan aslı olaraq, bu məbləğ 2500-dək yüksələ bilər.

İş saatı azdır, bütün gün deyil.
Rəsmi əmək müqaviləsi ilə işləmək imkanı.

Qeyd: Uyğun namizədlər CV-lərini 070 238 58 88 nömrənin whatsapp-na "Aşbazlıq üzrə müəllim" qeyd edib göndərə bilərsiniz.

Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SATICILAR tələb olunur

İşəgötürən: ARAZ Supermarket MMC

İş yerinin ünvanı: Xətai metrosu

Tələblər:
●Kişi və qadın namizədlər ●18-50 yaş
●İş təcrübəsi: 0-3 ay
●Təhsil: Orta təhsil
●Dil bilikləri: Azərbaycan

Vəzifələr:
●Müştərilərin istəyinə uyğun məhsul haqqında məlumat vermək.
●Vitrinin təmizliyinə və məhsulun qiymətinə nəzarət etmək
●Rəhbərliyin tapşırdığı digər işlər
Əmək haqqı: 400/450 AZN, əlavə olaraq staja görə 50 AZN artım

Əlavə imkanlar:

●Əmək qanunvericiliyinə uyğun sənədləşmə.
●Dəyişkən iş qrafiki.
●Karyera inkişaf imkanları
●Nahar və çay


Müraciət qaydası: Uyğun namizədlər göstərilən əlaqə nömrəsi ilə zəng və ya whatsapp üzərindən əlaqə saxlaya bilər
Əlaqə: 055-209-07-11

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

🆘 Qrafik Dizaynerlərə İŞ VAR

İşəgötürən: “Bəyaz Flora” MMC

İstehsal zavodu Fatmayı ərazisində yerləşdiyi üçün yaxınlarda (Mehdiabad, Binəqədi, Azadlıq, Novxanı və s.) yaşayan namizədlərə üstünlük veriləcək.

İşin təsviri

•Vəzifə və öhdəliklər:
•Şirkətin çap materiallarının dizaynının hazırlanması;
•Çap olunacaq məhsullarının çapa hazırlanması;
•Günlük dizayn işləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi;
•Qutular üçün (Diecut)ların hazırlanması.

Tələblər:

•Yaş həddi: 18-45;
•Ən az 6 ay bu sahədə təcrübə;
•CorelDRAW və Adobe Photoshop, Adobe Illustrator və s proqramlarını yaxşı səviyyədə bilməli;
•Motion dizayn üzrə bilikləri olanlara da üstünlük veriləcək;
•Çap məhsulları(Kraft,ofset kağız) və digər çap prossesində istifadə olunan materiallardan məlumatlı olmalı;
•Komandada işləmək bacarığı;
•Yaradıcı, yenilikçi və kreativ.

İş şəraiti:

•ARƏM uyğun işə qəbul;
•İş saatı: 09:00-18:00;
•Nahar qarşılanır;
•Həftəiçi 5 iş günü.

Əmək Haqqı: 600-800 AZN (Təcrübədən asılı olaraq dəyişir)
•Əlavə bonuslar olacaq.

Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Qrafik dizayner” qeyd etməklə info@beyazflora.az elektron ünvanına göndərə bilərlər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Geyim mağazasına SATICILAR tələb olunur

ƏRAZİLƏR: Həzi Aslanov, Azadlıq, İnşaatçılar, Metro Park

İşəgötürən: Papito kids Mağazasi

- TƏLƏBƏLƏRİN MÜRACİƏTİ QƏBUL OLUNMUR

Namizədə dair tələblər:
- Geyim sektoru üzrə təcrübə mütləqdir
- Yaş həddi: 23-35 yaş; Namizəd qadın

İş barədə məlumat:
- Mağazaya daxil olan müştərilərə yüksək xidmətin göstərilməsi;
- Məhsullar barədə ətraflı məlumatın müştərilərə çatdırılması;
- Geyim sektoru üzrə ən azı 1 il iş təcrübəsi
- İş qrafiki: 09:00-18:30, 12:00-21:00 (6 gün)

- Əmək haqqı: 500 manat

CV-nizi 0 55 638 11 71 (ZƏNG ETMƏYİN) nömrənin whatsapp-na "Satıcı" yazaraq göndərə bilərsiniz. (İş zamanı sizə cavab veriləcək)

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

😊Vatsap istifadə etməyə üstünlük verirsiniz 💬

🔈 Azərbaycanda Vakansiyalar (AzVak) iş elanlarını Vatsapda da paylaşır.❗️

🔗Kanalın linki: ⬇️

https://www.whatsapp.com/channel/0029Va7i0On9xVJWAPU8DB1v

🌐🐩Həmçinin İnternetdə azvak.com yazaraq Votsap kanalımza keçid edib, abunə ola bilərsiniz.🔔

🇦🇿 AzVak ciddi şirkətlərin yeni iş elanlarını paylaşır.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Santexnik tələb olunur

İşəgötürən: AS İnşaat MMC

İş yeri: Qarabağ bölgəsi (Zəngilan rayonu)
İş qrafiki: həftənin 6 günü
Təminatlar: nahar yeməyi
Əmək haqqı 1000-1300 AZN (Net)

Yerinə yetirəcəyi işlər

Qaz, istilik, su və drenaj sistemlərini quraşdırmaq, sınaqdan keçirmək və işə salmaq;
Qaz, istilik, su və drenaj sistemlərinin hissələri və modulları quraşdırmaq:
Texniki xidmət və ya təmir;
Kommunal sistemləri qoşmaq:
Şarnirləri, boruları və ya sistem elementlərini birləşdirmək və maye axınını nizamlamaq.
Müştəriləri yeni quraşdırılmış sistemdən istifadə ilə bağlı təlimatlandırmaq:
Sistemin normal işini mütəmadi olaraq yoxlamaq,
İstifadəçiləri sistem və avadanlıqlardan düzgün və səmərəli istifadə olunması, eləcə də sistemə texniki xidmətin göstərilməsi barədə təlimatlandırmaq;
Enerji istifadəsini və onun ətraf mühitə təsirini yoxlamaq və qeydə almaq;
Boruları, drenaj borularını və kabelləri izolyasiya etmək.
Texniki xidmət paketini təqdim etmək və satmaq

Vəzifəyə olan tələblər

Ən azı 1 il müvafiq sahədə iş təcrübəsi;
Qaz, istilik, su və drenaj sistemlərini quraşdırma qaydalarını, təlimatları, işlədiyi materialların texnalogiyasını bilməli.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını, müəssisənin daxili nizam intizam qaydalarını bilməli.
Komandada işləmək bacarığına malik olmalıdır.

CV üçün e-mail : hr@asinshaat.az (“Santexnik” başlığı ilə göndərməyiniz xahiş olunur)

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Sex rəisi tələb olunur

İşəgötürən: V Design

Sifarişlərin vaxtında yerinə yetirilməsini, məhsulun yüksək keyfiyyətlə ahəngdar buraxılışını, əsas və dövriyyə fondlarından səmərəli istifadə olunmasını təmin edir.
İstehsalın təşkilinin təkmilləşdirilməsi, onun texnologiyası, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, zay məhsul buraxılışının qarşısının alınması, bütün ehtiyatlardan qənaətlə istifadə olunması, yeni məhsulun və texnoloji proseslərin mənimsənilməsi, əmək məhsuldarlığının yüksəldilməsi, eləcə da istehsalat gəlirinin çoxaldılması, məhsulun maya dəyərinin və əmək sərfinin aşağı salınması üzrə iş aparır.
Sexin istehsal fəaliyyəti üzrə hesabatın vaxtında tərtib və təqdim olunması, əməyin normalaşdırılmasının yaxşılaşdırılması, əmək haqqı və maddi həvəsləndirmə sistemlərindən düzgün istifadə edilməsi, əməyin qabaqcıl üsul və metodlarının ümumiləşdirilib yayılması, oxşar məhsulların buraxılışı üzrə istehsalat texnologiyası sahəsində respublika və xarici ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi və tətbiq edilməsini, səmərələşdirici təkliflər və ixtiraların öyrənilməsi və tətbiqini təmin edir.
Avadanlığın və başqa əsas vasitələrin vaxtında tənzimlənməsini və texniki cəhətdən düzgün istismarını, onların qrafik üzrə təmirini, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını, eləcə də əmək şəraitindən asılı olaraq işçilərə güzəştlərin verilməsini təmin edir.
İstehsalın texniki inkişafının və avadanlıqların müasirləşdirilməsinin planlaşdırılması işində, avadanlığın çox tez sıradan çıxması, qəzaya uğraması və istehsalat zədələnmələrinin tədqiqində iştirak edir, onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanmasını təmin edir.
Ustaların və sex xidmətlərinin işini əlaqələndirir.
Fəhlə və qulluqçu kadrların seçilməsi, yerləşdirilməsi və məqsədəuyğun istifadə edilməsini təmin edir.
İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət edir.
İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək, istehsalat intizamını pozanların cəzalandırılması haqqında təkliflər verir.

Ali təhsil – tekstil üzrə arzuolunandır
İşində məsuliyyətli olmaq
Azərbaycan dili əla bilməli, rus və ingilis dilləri orta səviyyədə olmalı
MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti,
1C programda işləmə bacarığı;
Səliqəli xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
Təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı;
Əmək haqqı: 800-1000 manat
Nahar müəssisə tərəfindən verilir.
Mob.: (055) 839-89-87
I-V günlər saat 08:00-dan 17:00-dək
İstirahət günləri: VI-VII günlər və təqvim üzrə bayram günləri

"Sex rəisi" qeyd edib vdizayn@mail.ru e-mail adresinə göndərə boilərsiniz.

Şirkət haqqında
Xüsusi təyinatlı geyim formalarının kütləvi və fərdi qaydada tikilişini təklif edən V design şirkəti 2008-ci ildən müəssisəyə xas olan və işçi təyinatlı formaların tikilməsi sahəsində fəaliyyət göstərməkdədir.

Читать полностью…
Subscribe to a channel