Azərbaycanda vakansiyalar, iş elanları Ödənişli iş elanı yayımı üçün: @AzVak_elan ya elan@azvak.az Əlaqə: 051 343 73 07 AzVak kanalı elanların məzmununa, həmçinin işaxtaran və işəgötürən arasında danışıqlara və razılaşmalara görə məsuliyyət daşımır.
SMM tələb olunur
İşəgötürən: F-land idman klubu
İş yeri: Nizami rayonu Neftçilər m. ərazisi (metrodan 10-15 dəqiqəlik yol məsafəsi)
-Sosial media sahəsində biliklər
-Şirkətin sayt və sosial media hesablarının idarəsi
-Səhifəyə gələn sorğuları cavablandırmaq
-Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq və idarə etmək
-Potensial müştərilərə şirkətlə bağlı ətraflı məlumatların verilməsi
-Maraqlı,kreativ video-kontent çəkmək bacarığı
-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
-İş qrafiki: 6 gün, İstirahət-bazar
- İş saatı: 14:00 dan 21:00 dək 6 iş günü
- Əmək haqqı: Müsahibə əsasında qeyd olunacaq
Tələblər:
Təhsil : Orta
İş təcrübəsi : 1 ildən aşağı
Yaş həddi : 18 - 23 Cins : Qadın
- Rus dilini bilənlərə üstünlük verilir
- Məsuliyyətli olmalı, Dəqiq
- İnsanlarla ünsiyyət qura bilmək bacarığı
- İşində dürüst və səliqəli olmalı
- Kompüter bilikləri : Ofis proqramları: Word, Excel, Internet
ŞƏKİLLİ CV-nizi 0 50 213 48 16 nömrənin whatsapp-na "SMM " yazaraq müraciət edə bilərsiniz.
Şəkilsiz cv-lərə baxılmayacaq
Dərzi xanımlar tələb olunur
İşəgötürən:.Papito Kids
İş yerinin ünvanı: Həzi Aslanov Filialı
Yaş həddi : 25-55
Tələblər: Həzi Aslanov Filialına Tikiş sexlərinə konveyer üslubunda təcrübəsi olan dərzi xanımlar axtarılır
Əməkhaqqı :Müsahibə əsasında müəyyən olunacaq
Müraciət qaydası: Dərzi qeyd edib 55 638 11 17 nömrəsi ilə whatsaap'ına yaza bilərsiniz.
Baytmap şirkətində online işləyə biləcək "Operator" tələb olunur
Namizədə tələblər
- Yerquruluşu və daşınmaz əmlakın kadastrı, Geomatika və geodeziya mühəndisliyi və Coğrafiya ixtisasları üzrə ali təhsil
- Kompyuterdən istifadə haqqında ümumi biliyə malik olmaq
- Coğrafi İnformasiya Sistemləri texnologiyaları və tətbiqləri üzrə biliklər (ArcGIS Pro-dan istifadə etməyi bacaranlara üstünlük verilir)
- İnsan münasibətlərində müvəffəqiyyətli və komanda işinə uyğun
- Planlaşdırma və təşkilatçılıq bacarığı olan
- Fərdi kompüterin olması
- Evdən işləmək bacarığı
İş barədə məlumat
- İş qrafiki saat 09.00-dan-18.00-dək, (nahar fasiləsi 13.00-dan-14.00-dək) online qaydada evdən həyata keçiriləcək
- Şənbə və bazar qeyri-iş günüdür.
- Əmək haqqı 450 azn və əmək müqaviləsi bağlanılır.
Maraqlanan şəxslərdən " Operator" qeyd edib kemale.turkmenoglu@baytmap.com ünvanına CV göndərmələri xahiş olunur.
Çağrı mərkəzi operatoru tələb olunur
İşəgötürən: Asthetik Lab Kosmetoloji Klinika
Tələblər:
Yaş həddi: 20-45 Namizəd qadın
Azərbaycan və rus dillərini əla səviyyədə bilmək.
Bacarıqlı nitq və aydın diksiya.
İş qrafiki: Tam iş həftəsi 6 gün
İstirahət günü - (həftədə bir gün)
İş saatları: 09:30-18:30
Əmək haqqı: 700 manat
"Çağrı mərkəzi operatoru" qeyd edib Şəkilli CV-nizi hr@asthetiklab.com e-mail adresinə göndərə bilərsiniz.
Əlaqə nömrəsi: 055-900-91-11
XXX XXX XXX
Оператор колл-центра
В колл-центр косметологической клиники требуются женщины –операторы
Требования:
Возраст 20-45
Отличный уровень знания азербайджанского и русского языков.
Грамотная речь и четкая дикция.
График работы: Полный рабочий день 6 дней в неделю
Выходной – (один день в течение недели)
Часы работы: 09:30-18:30
Зарплата: 700 ман.
Контактный номер: 055-900-91-11
Электронная почта: hr@asthetiklab.com
Кандидатам необходимо иметь резюме с фотографией.
Korporativ Əlaqələr üzrə işçi tələb olunur
işəgötürən: Yapi Kredi Bank
Tələblər:
Ali təhsil
Mükəmməl azərbaycan dili biliyinin olması. İngilis dili bilənlərə üstünlük verilir.
MS Ofis proqramlarını bilmək
Əsas iş funksiyaları:
Banka aid bütün markaların ATL/BTL marketinq kommunikasiya strategiyalarının yaradılması prosesində iştirak etmək və yeniliklərin tətbiq edilməsi və lazımi dəyişikliklərin həyata keçirilməsinə nəzarət etmək;
Xidmət alınan 3-cü tərəflərlə əlaqələri koordinasiya etmək;
PR, media planlaması, sahə fəaliyyətləri və sponsorluq fəaliyyətlərinin koordinasiya etmək;
Banka aid internet saytları və alt saytlarının quruluşu, dizayn və məzmunlarının yerləşdirilməsinə və dəyişdirilməsinə, yenilənməsinə nəzarət etmək;
Kampaniyaların dizayn uyğunluğunu analiz edib tənzimləmək;
Çap materialların dizayn və çap prosesləri ilə xüsusi təklif vəsaitlərinin istehsalını seçilən firma ilə, həmçinin Satınalma ilə koordinasiya etmək;
Aylıq fəaliyyət hesabatını hazırlayaraq üst idarəçiyə təqdim etmək;
Şöbə və ATM-lərdə olan reklam materiallarının Korporativ Kimlik Standartlarına görə həyata keçirilməsini təmin etmək, nəzarət etmək və əlaqədar rəhbərliklərə hesabat vermək;
İclas, seminar, sərgi kimi təşkilatlarda əvvəldən yer və tətbiq təsbitlərini etmək, texniki və vizual məlumatları meydana gətirərək texniki xüsusiyyət vermək, istehsal prosesini təqib etmək və quraşdırma-sökmə işlərini təmin etmək;
Yeni pop vəsaitlərini bazardan və sektordan araşdırmaq və əlaqədar idarə ilə paylaşmaq;
Media agentliyi tərəfindən hazırlanan (illik, dövri, aylıq və ya kampaniya ərzində) media strategiyaları, media planlarının həyata keçirilməsini təmin etmək;
Hazırlanan media strategiyaları və planlaşdırma məlumatları ilə əlaqədar idarəçilərin təsdiqini almaq;
Gerçəkləşən media planları ilə əlaqədar ilkin və sonrakı hesabatlar ilə əlaqədar idarəçiləri məlumatlandırmaq;
"Korporativ Əlaqələr üzrə işçi" qeyd edib CV-nizi hr@yapikredi.com.az e-mail adresinə göndərə bilərsiniz.
Tur meneceri tələb olunur
İşəgötürən: Smile Azerbaijan Tour
İş barədə məlumat:
Online yazışma və telefon danışıqlarını aparmağı bacarmaq;
Office proqramları və online-ödəniş proqramlarını sərbəst istifadə etmək bacarığı;
Müştəriyə tur haqqında məlumatları təqdim etmək və satışını həyata keçirmək;
Tur-məhsula dair müştəriyə düzgün və ətraflı məlumat təqdim etmək;
Müştərinin maraqlarına uyğun ünsiyyət qurmaq və suallarını cavablandırmaq.
İş şərtləri:
Əmək müqaviləsi bağlanılır.
Ofis daxili işdir. (İçərişəhər ərazisi)
İş öyrədilir.
Namizədə tələblər:
Rus və ingilis dillərində səlis bilmək mütləqdir. (danışıq və yazışma)
Yaş həddi: 20-40
Şirkəti, imicinə uyğun olaraq, yüksək səviyyədə təmsil etmək;
İş vaxtını səmərəli dəyərləndirmək;
İşə məsuliyyətli yanaşmaq;
Rəhbərlik tərəfindən verilən bütün tapşırıqları vaxtında yerinə yetirmək.
Qeyd edilən tələblərə cavab verən namizədlərdən CV-nizi hr@smile-tour.az e-mail adresinin mövzu (subject) hissəsinə “Tur menecer” yazaraq göndərmələri xahiş olunur.
Qəza komissarı tələb olunur (Gəncə)
İşəgötürən: PASHA Insurance - Paşa sığorta
Vəzifə öhdəlikləri:
Müvafiq sığorta növləri üzrə sığorta hadisəsinin qeydiyyata alınması, ilkin sənədlərin hazırlanması və ümumi işin təkmilləşdirilməsi;
Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinin təmin edilməsi;
Region üzrə qəza komissarı qeydiyyata aldığı hadisəni 2 iş günü ərizndə digər şöbəyə yönləndirir;
Müştərinin müraciəti əsasında elektron bazada hadisə üzrə məlumatın daxil edilməsi;
Səlahiyyətli dövlət orqanlarına və digər qurumlara baş vermiş hadisə üzrə sənədlərin toplanılması üçün sorğu yollamaq;
Dələduzluqların araşdırılması zamanı - tərəflərin yazılı və ya video görüntülü izahatlarının alınması, bu barədə məlumatı ən qısa zamanda Dələduzluqların aşkarlanması şöbəsinə yönləndirmək;
Baş vermiş hadisə yerinə çıxışın həyata keçirilməsi, müvafiq aktların tərtib edilməsi, hadisə yerinin, iştirakçıların sənədlərinin, sığorta predmetinin və hadisə yerinin foto və ya video çəkilişlərinin aparılması;
Lazım gəldikdə hadisə yerindən avtonəqliyyat vasitələrinin evakuasiyasının təmin edilməsi;
Hadisə yerində sığorta dələduzluğu faktı və ya kənar izlərin aşkarlaması halında ilkin aktda müvafiq qeydlərin aparılması;
Hadisə yerinə səlahiyyətli dövlət orqanlarının və digər qurumların əməkdaşlarının gəlməsinin təşkil edilməsi;
Nəqliyyat vasitələrinin sığorta hadisələrində sürücünün alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması şübhəsi olduğu təqdirdə hadisə iştirakçılarını səlahiyyətli orqanının nümayəndələri ilə birlikdə tibb məntəqəsinə qədər müşayiət edilməsi;
Öhdəliklərinin icrası zamanı aşkarlanmış lazımı məlumatların, hadisəyə dair əldə olunmuş foto və video çəkilişlərin, sənədlərin elektron bazasında və ya server-də yerləşdirmək;
Region üzrə qəza komissarı zərərə məruz qalmış əmlakın qiymətləndirilməsinə dəstək göstərmək;
Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə tələblər:
Ali təhsil: İqtisadiyyat və sığorta sahəsində təhsilə üstünlük verilir;
Müvafiq vəzifədə 1 il təcrübə: (sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir);
Azərbaycan dilini sərbəst bilmək (Rus və İngilis dili biliyi üstünlükdür);
Microsoft Office bilikləri.
Biliklər:
Yol Hərəkəti Qaydaları;
Avtomobil mexanizmi haqqında texniki bilik;
Müştərilərlə iş üsulları.
Bacarıqlar:
Ünsiyyətçilik;
Problemlərin həlli;
Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
Komanda ilə işləmək bacarığı;
Məsuliyyətlilik;
Stressə davamlılıq.
Son müraciət tarixi: 05.10.2024
Qəza komissarı (Gəncə) qeyd edib CV-nizi recruitment@pasha-insurance.az e-mail adresinə göndərə bilərsiniz.
Satış üzrə mütəxəssis tələb olunur
İşəgötürən: Sham-Fi International Trading Company
Namizədə tələblər:
-Ali təhsil
-Bəy namizədlərə üstünlük verilir
-Sürücülük vəsiqəsi və şəxsi avtomobil MÜTLƏQDIR
-Müstəqil və komandada işləmək bacarığı
-Məsuliyyət, diqqət, intizam və təşəbbüskarlıq
-Ünsiyyət qurabilmə qabiliyyəti
Vəzifə funksiyaları:
- Yeni məhsulların müştərilər tərəfindən tanınmasını və onların satış məntəqələrində satışını təmin etmək, bununla bağlı yaranan problemləri aradan qaldırmaq;
- Nümayəndəsi olduğu satış bölgəsini yaxşı tanımaq, yeni müştəriləri müəyyən edərək onları şirkətə cəlb etmək;
- Müştərilərlə müqavilə bağlanmasını təmin etmək, onlarla işgüzar münasibətlər yaratmaq və davam etdirmək;p
- Ərazisindəki satış həcmi az olan nöqtələrində satış həcminın artırılması istiqamətində işlərin görülməsini təmin edir
- Məhsulun satışının təşkil olunması
- Sifarişlərin qəbul olunması
- Müştəri məmnuniyyətini saxlamaq
- Ticarət nöqtələrinin inkişaf etdirilməsi
İş şəraiti:
- Həftədə 5 iş günü, 2 gün istirahət.
- Karyera yüksəlişi imkanı.
- Rəqabətə davamlı əmək haqqı
Tələblərə uyğun namizədlərdən mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd edərək cv@sham-fi.az mail ünvanına müraciət etmələrini xahiş edirik.
satıcı
Catering Şirkətinə Anbardar axtarılır
İşəgötürən: Lunchef Catering Sevices
İş günü : Həftədə 6 günlük iş rejimi 1 gün istirahət
İş saat : 08:00-17:00
Istirahət günü : Bazar
Ofis programlarında işləməyi bacarmalıdır.
Məsuliyyətli,diqqətli və cəld olmalıdır.
Öhtəsində olan işi yekunlaşdırmalıdır.
" Anbardar" qeyd edib CV-nizi cv@lunchefcatering.az e-mail adresinə göndərə bilərsiniz.
Əlaqə nömrəsi : 0708072328
8 ƏRAZİYƏ MERÇENDAYZERLƏR TƏLƏB OLUNUR
Şam-Fi» şirkətinə Pirallahı-Zirə, Binə, Bulvar, Yasamal, Bayıl, Xırdalan, Sumqayıt qəsəbəsi əraziləri üçün Merçandayzer tələb olunur. (Yalnız həmin ünvanda yaşayan namizədlər müraciət etsin)
- Əmək haqqı: 620 manat
- Yaş həddi: 18-35
- Namizəd: Qadın
- İş qrafiki: Həftədə 5 gün (bazar-bazar ertəsi istirahət) 09:00 -18:00
Qeyd: Market sistemində çalışan namizədlərə üstünlük veriləcək.
İşin təsviri:
Mağazalarda məhsulların rəflərdə yerləşdirilməsi və düzülüşü, vitrinin vaxtında doldurulması,satış məntəqələrinin müəyyən sxemə uyğun ziyarət edilməsi.
Əlaqə nömrəsi: 051 206 60 68 Whatsapp nömrəsinə "Merçendayzer" yazaraq müraciət edə bilərsiniz.
Təmizlikçi qadın tələb olunur
İşəgötürən: Arion Hotel
Yaş həddi: 40-45
İş saatları :
- 08:00-17:00 600 manat
- 14:00-23:00 600 manat
- 23:00-08:00 650 manat
İş qrafiki: 6 gün , Həftə içi 1 gün istirahət
Vəzifə öhdəliyi:
Müəyyən edilmiş qaydalara əsasən, gündəlik olaraq ümumi təmizlik və sanitariya işlərini yerinə yetirmək
Tapşırıqların vaxtında yerinə yetirilməsi
Avans təqdim edilir,
İş rəsmidir
"Təmizlikçi" qeyd edib işlə bağlı müraciətinizi 050 892 21 47 whatsapp nömrəsinə göndərə bilərsiniz.
Ünvan: Əhməd Rəcəbli 33
MÜHAFİZƏÇİ tələb olunur
"GESCO" ASC Sizi etibarlı və güvənilir əməkdaş kimi “mühafizəçi” vakansiyası üzrə sıralarına qoşulmağa dəvət edir.
İş yeri: Layihəyə əsasən təyin olunur.
Əmək haqqı: 550-600 manat
Tələblər:
- Yaşı 20-50 aralığında olan;
- Boyu 170 sm və daha yuxarı olan;
- Hər hansı bir cinayət üzrə məhkumluğu olmayan;
- Yazılı və şifahi ünsiyyət bacarığı olan Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
İşin növü: Vakansiya üzrə iş rejimi növbəlidir və istirahət vaxtı qrafikə uyğun şəkildə tənzimlənir.
MÜHAFİZƏÇİ" qeyd edib CV-nizi cv@gesco.az e-mail adresinə göndərə bilərsiniz.
Əlaqə vasitələri:Zəng: 0552068789
GESCO, mühafizə xidmətinin təşkili sahəsində zəngin fəaliyyət təcrübəsi və öz işinin peşəkarı olan heyətlə müxtəlif sahələri təmsil edən bir çox tərəfdaş qurum və şirkətlərlə əməkdaşlıq edir.
Satış meneceri tələb olunur
İşəgötürən : «Baku Coffee» MMC Segafredo Zanetti
Əmək haqqı: 1500 manat
İş haqqında məlumat:
- Şirkət məhsullarının satışının təşkili ;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək ;
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi ;
- Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı.
- Satış strategiyası yaratmaq, inkişaf etdirmək və idarə etmək
- Dil bilikləri: Səlist Azərbaycan və rus dilini bilməsi
Vakansiyada namizədə verilən tələblər:
- Yaş həddi: 25-35 (kişi namizədlər)
- Xoş və səliqəli zahiri görünüş
- Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə və aktiv satış bacarığı
- İşgüzar və hədəf yönlü
- Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı, alıcılara nəzakətli rəftar
- Kollektiv ilə işləmə bacarığı
- İş təcrübəsi: 1-2 ilə qədər (mütləq)
- İş qrafiki - (Həftə içi - 09.30 - 18.30)
CV-nizi info@bakucoffee.az e-mail adresinin mövzu hissəsində "Satış meneceri" yazaraq müraciət edə bilərsiniz.
QABLAŞDIRICI, QƏBULÇU, RƏFLƏR ÜZRƏ DÜZƏNLƏYİCİ tələb olunur
“Zeytun Pharmaceuticals” şirkəti Anbar işçisi axtarışındadır.
Vəzifə funksiyaları: Anbarda dərman preparatlarının qəbulu, qablaşdırılması, rəflərə yerləşdirilməsi və s. ibarətdir.
- Namizədin iş yerinə yaxın ərazidə yaşaması şərtdir.
-İş yeri: NZS qəsəbəsi, Oqtay Vəliyev küç. 21C, Depo; - (050) 273 11 71
-İş yeri: Masazır qəsəbəsi, palitra zavodunun arxası - (050) 273 52 00
Tələblər:
- Anbarda 1 il iş təcrübəsi arzuolunandır;
- Rus dilində sərbət oxuma qabiliyyəti;
- Kompüterdən istifadə bacarığı;
- Cinsi: Kişi (hərbi xidməti başa vurmuş şəxslər);
- Yaş həddi: 22-40;
İş şəraiti:
-İş qrafiki: 6 günlük iş həftəsi, iş rejimi, 08:00-dan 17:00, 09:00-dan – 18:00 kimi, 14:00-dan 22:00 kimi;
-Nahar şirkət tərəfindən təmin edilir;
-Əmək haqqı: 600-800 manat
Maraqlanan şəxslər CV-ni HRDepartment@zeytunpharma.az email ünvanına göndərə bilər və ya NZS üçün (050) 273 11 71 Masazır üçün (050) 273 52 00 whatsapp-na "Anbar işçisi" qeyd edib yaza bilərsdiniz. (ZƏNG ETMƏYİN)
Mağaza Müdiri tələb olunur - ŞƏMKİR
İşəgötürən: AGRODRİP MMC
İş yeri: Şəmkir
Tələblər:
Ali təhsil;
Komputer bilikləri (MC Office);
İdarəetmə qabiliyyəti
Analitik düşüncə qabiliyyəti;
Pərakəndə və topdan satış sahəsində 3 ildən az olmayan təcrübə;
Bəy namizədlərə üstünlük veriləcək.
Vəzifə öhdəlikləri:
Suvarma sistemləri ilə bağlı məlumatlı olmaq;
Mağaza heyətini idarə etmək;
Marketinq Fəaliyyəti ilə bağlı məsələlərdə yaxından iştirak etmək;
Müştəri bazasına nəzarət və daim yenilənməsini təmin etmək;
Şirkətə məxsus əmlakın qorunmasını təmin etmək;
Müştəri xidmətlərini daim yüksək səviyyədə olması üçün müvafiq tədbirlər görmək;
Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması;
Şirkəti düzgün təmsil etmək;
Hər günün sonunda günlük hesabatın təqdim edilməsi;
Satış hədəflərinin zamanında icra edilməsi.
Əmək şəraiti:
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun müsahibə zamanı müəyyən olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə aparılır.
İş rejimi: 6 günlük iş həftəsi
İş saatı: 09:00-18:00
"Mağaza Müdiri - ŞƏMKİR"CV-nizi info@agrodrip.az e-mail adresinə göndərə bilərsiniz.
Şirkət haqqında
AGRODRİP MMC kənd təsərrüfatı təyinatlı suvarma sistemlərinin layihələndirilməsi, satışı və quraşdırılması üzrə fəaliyyət göstərir.
Qadın Mühafizəçi tələb olunur
İşəgötürən: European Azerbaijan School
İş haqqında məlumat:
Müəssisənin mülkiyyətində və istifadəsində olan ərazinin, daşınar və daşınmaz əmlakının təhlükəsizliyini təşkil edir;
İş yerlərində istənilən şəxslər tərəfindən mümkün ziyan vurula biləcək əməllərinqarşısının alınması üzrə müvafiq tədbirlər təşkil edir;
Müəssisənin etibarlı mühafizəsini təmin etmək, obyektdə giriş-çıxış rejimi qaydalarına əməl olunmasına nəzarət etmək, mühafizə rəsinin verdiyi digər xidməti tapşırıqları yerinə yetirmək
İş rejimi növbəlidir
Əmək qanunvericiliyinə uyğun olaraq sənədləşmə aparılır
Namizədə olan tələblər:
Təhlükəsizlik sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi;
Məhkumluğu və zərərli vərdişləri olmayan
Psixoloji və fiziki cəhətdən sağlam həqiqi hərbi xidmət keçmiş
20-35 yaş arası bəy namizədlər
İngilis dili, rus dili (arzuolunan);
Məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq;
Yüksək ünsiyyət və danışıq qabiliyyəti;
Komandada işləmək bacarığı;
Təzyiq altında işləmək bacarığı;
Maraqlanan namizədlər mövzu bölümündə “Mühafizəçi” yazaraq CV-lərini resume@eas.az ünvanına göndərə bilərlər.
Anbardar tələb olunur
İşəgötürən: S.E.N.S.U.M by Amapola
Vəzifə öhdəlikləri:
Anbara nəzarətin edilməsi;
Anbara daxil olan malları qəbul etmək, daşımaq və çeşidləmək;
Anbarda olan məhsulların sayını və hesabatını tərtib etmək;
Malların qəbul edilməsi və təhvil verilməsi zamanı təmizlik, təhlükəsizlik qaydalarına və intizama riayət etmək.
Şirkətin rəhbərliyinin ayrı-ayrı xidməti tapşırıqlarının yerinə yetirmək.
Tələblər:
Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı
Proqram bilikləri: Ofis proqramlarında sərbəst işləmək bacarığı
Şəxsi xüsusiyyətlər: Güclü kommunikasiya və komanda daxilində işləmə bacarığı.
İş şəraiti:
İş qrafiki: 5 günlük, 8 saatdan ibarət növbəli iş rejimi
AR Əmək qanunveriliciyinə əsasən rəsmiləşdirilmə
"Anbardar" qeyd edib Cv-nizi hr@sensum.az e-mail adresinə göndərə bilərsiniz.
Elektrik tələb olunur - Yevlax
İşəgötürən: Agro Dairy
İş yeri: Yevlax rayonu, Nizami prospekti 2, “ATS Feed” MMC
Hesabat verir: İstehsalat və texniki işlər üzrə şöbə müdiri
Vəzifə öhdəlikləri:
Elektrik enerjisi istehsal edən qurğuların və paylayıcı xətlərin sxemini hazırlamaq.
Sənaye və digər obyektlərdə elektrik quraşdırma işlərini layihələndirmək və təkmilləşdirmək.
Elektrik istehsal, ötürmə və paylama sistemlərinin işini idarə etmək və monitorinq etmək.
Elektrik avadanlıqları üçün sistemlər layihələndirmək və məsləhətlər vermək.
Elektrik alətləri, avadanlıqları və sistemlərini layihələndirmək, hazırlamaq və təkmilləşdirmək.
Avadanlıqların sifarişini vermək və müqavilələr bağlamaq.
Elektrik qurğularının iş və təhlükəsizliyini monitorinq etmək üçün standartlar və prosedurlar yaratmaq.
Quraşdırma işlərinin layihə və texniki spesifikasiyalara uyğunluğunu təmin etmək məqsədilə təftiş və müşahidə aparmaq.
Elektrik sistemlərinin istehsal metodlarını müəyyənləşdirmək və onların istismarını, saxlanmasını və təmirini həyata keçirmək.
Avadanlıqların iş rejimini və texniki normalara uyğunluğunu nəzarət altında saxlamaq.
Elektrik nəzəriyyəsi prinsiplərini layihələrdə tətbiq etmək üçün tədqiqat metodologiyası hazırlamaq.
Elektrik sistemlərinin problemlərini müəyyənləşdirmək və həll etmək üçün müvafiq məlumatları hazırlamaq.
Tələblər:
Təhsil səviyyəsi: Peşə təhsili və ya Ali təhsil
İş təcrübəsi: 1-3 il
Dil bilikləri: Azərbaycan dili (əla).
Mexaniki komponentlər və maşınlar, xüsusən elektrik enerjisi ilə çalışan maşınların ümümi, texniki xüsusiyyətləri və iş prinsiplərini bilmək.
Mövzü hissəsində vəzifənin adını- “Elektrik/Yevlax” qeyd edərək müraciətlərinizi cv@agrodairy.az e-mail ünvanına göndərməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.
Müraciət üçün son tarix: 20 Sentyabr 2024
Elektrik ustası tələb olunur
İşəgötürən: Sinteks MMC
Əmək haqqı: 800-900 manat
Vəzifələri:
Bu vəzifənin rolu elektrik sistemi problemlərini müəyyənləşdirmək və onları həll etməkdir.
Elektrik sistemi və avadanlıqlarının texniki servisini həyata keçirir və onların qüsursuz işləməsini təmin edir.
Tələblər:
Professional Biliklər:
- Ticarət obyektlərində elektrik sistemləri üzrə biliklər
Təhsil
- Elektrik mühəndisliyi sahəsində texniki təhsil
İş Təcrübəsi
- Elektrik mühəndisliyi sahəsində ən az 3 il iş təcrübəsi
Professional Bacarıq və Kompetensiyalar
- Detallara diqqət və nəticə yönümlülük
- Planlama
- Təzyiq altında işləmək
Professional Bacarıq və Kompetensiyalar:
- Təzyiq altında işləmək
- Detallara diqqət
Yaş: minimum 30-55 yaş
İş yerinin ünvanı: Bakı
CV-nizi recruitment@sinteks.com e-mail ünvanına "Elektrik Ustası" yazaraq və ya (050) 295-89-07 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Müraciət qaydası: recruitment@sinteks.com
(050) 295-89-07
Şirkət haqıqnda qısa məlumat:
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 300-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika brendlərini, ev əşyaları mağazalarını və 10-dan çox kafeteriya filialını idarə edir.
Promouter tələb olunur
İşəgötürən: Can-Pa
Tələblər
Minimum təhsil dərəcəsi: Orta;
Dil bilikləri: Azərbaycan – Əla;
Yaş həddi: 18 – 25; Qadın
Təcrübə: Satış və market sahəsində (əsasən qida şöbəsində) iş təcrübəsi.
Gülərüz, səliqəli və xoş görünüşlü;
Yüksək təqdim etmə bacarığı
Ünsiyyətcil, aktiv olmalı
İş barədə:
Şirkətin məhsul və xidmətlərinin ən yaxşı şəkildə müştəriləri məlumatlandırılmaq
Şəbəkə tipli marketlərdə məhsulların təqdimatını aparmaq, məhsulu daddırmaq
Təqdimatı aparılmış məhsulların satışını həyata keçirtmək
Marketlərdə şirkəti təmsil etmək
Vəzifə üzrə əmək haqqı:
Fix 400 AZN və əlavə bonus.
İş yeri: şəbəkə marketlər
Azerbaycan Respublikasının Əmək Qanunvericiliyinə əsasən rəsmiləşmə
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Promouter” qeyd edərək hr@can-pa.com hr@can-pa.com mail ünvanına göndərə yaxud 0512409568 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Mühasib tələb olunur
İşəgötürən: Smart Finans MMC
Vəzifə öhdəliyi:
Aylıq, rüblük və illik VERGİ, STATİSTİKA və DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi.
(Qeyd edim ki, seçilən əməkdaş yalnız hesabatlar üzərində işləyəcək. Odur ki, daha öncə hesabat verməmiş və hazırlamağı da bilməyən şəxslərdən müraciət etməmələrini xahiş edirik.)
Əmək haqqı: 700 (net)
İş qrafiki: (həftə içi 5 gün 09:00-18:00)
"Mühasib" qeyd edib CV-nizi hr@smartfinans.az e-mail adresinə və ya 0512708188 nömrəsinə göndərə bilərsiniz.
4 VƏZİFƏ ÜZRƏ VAKANSİYALAR
VƏZİFƏLƏR:
1. Baş mühasib PMS - 2500-3500 NET
2. Aparıcı Mühasib - PMS - 1200 -1900 NET
3. Mühasib - PMS - 800-1000 NET
4. Maliyyə Mütəxəssisi - 1200 - 1500 NET
Sizə uyğun vəzifənin adını qeyd edib CV-nizi 25.09.2024- cü il tarixinədək hr@greengrowth.az e-mail adresinə və ya 055 211 16 65 (Watsapp) nömrəsinə göndərə bilərsiniz.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin növbəti seçimini elan edir.
Əsas tələblər:
• yaşı 24-30 arasında olan kişilər və qadınlar;
• ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı;
• kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə).
Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris nəzəri və praktiki hissələrdən ibarət olmaqla 6-7 ay davam edəcək.
“Karyera” bölməsinə daxil olaraq, “Elektron ərizə” yarımbölməsində elektron müraciət formasını doldura bilərsiniz .
https://metro.gov.az/az/page/karyera/elektron-erize
Elektron ərizələr 2024-cü il sentyabr ayının 2-dən 22-nə qədər qəbul edilir.
Xüsusi qeyd: Ərizə formaları proqramlaşdırılmış qaydada avtomatik qeydə alınır. Bu səbəbdən göstərilən müddətdən əvvəl və sonra göndərilən, eləcə də müvafiq xanada “maşinist” qeydi olmayan ərizələr CV bankına daxil olmur.
Sumqayıt və ətraf ərazilərdə İŞ AXTARANLARIN NƏZƏRİNƏ! - ÜNVANA GET İŞƏ SAHİB OL
Böyük şirkətdə çoxlu vakansiyalar
İşəgötürən: Baku Steel Company
Qafqazın ən böyük metallurgiya şirkəti "Baku Steel Company" QSC (BSC) stabil əməkhaqqı, nahar ilə təminat, ödənişli məzuniyyət və növbəli iş rejimi kimi bir sıra üstünlükləri olan vakansiyalara işçi qəbulu elan edir.
5-6-7 sentyabr tarixlərində işə qəbul aparılacaq!
Ətraflı məlumat üçün əlaqə nömrəsi: 0 10 250 41 40
Siz də BSC Ailəsinin üzvü olun!
1. Operator
2. Köməkçi Fəhlə
3. Poladəridən
4. Doğrayıcı
5. Qazla kəsici
6. Yayma alətləri hazırlayan
7. Cilalayıcı
8. Qəlibçi (Əl ilə qəlibləmədə)
9. Qəlib və içlik qarışığı hazırlayan
10. Əl ilə qəlibləmədə oxçu
11. Metal və xəlitələrin əridicisinin köməkçisi
12. Kalibrləyici ustanın köməkçisi
13. Tornaçı iş yonucu
14. Anbardar
15. Kran maşinisti
16. Orta tibb işçisi
17. Təmirçi çilingər
18. Nəzarətçi (Keyfiyyətə nəzarət şöbəsi)
«Şam-Fi» şirkətinə SÜRÜCÜLƏR tələb olunur
Lökbatan filialı və Ağ şəhər filialı üçün sürücü və sürücü köməkçiləri tələb olunur.
İşin təsviri: Nəzərdə tutulan məntəqələrə məhsulların çatdırılması və məhsulların təhvil verilməsinə köməklik göstərilməsi, fakturaların ofisə çatdırılması.
İş haqqında sürücü üçün:
Əmək haqqı: 600 manat + (başlanğıc), növbəti aylar 700 manat+ , işlədiyiniz müddətdə (700-1000 arası dəyişir)
Yaş həddi: 22-50
Əsas tələb: İSUZU markalı yük maşını sürməyi bacarmalı və BC kateqoriyasının olması
İş qrafiki: Həftədə 5 gün( bazar, bazar ertesi istirahet)
Ünvan: Lökbatan filiali ( Meyvəli kruqu ), Ag şəhər filialı ( AFFA-nın yaxınlığı)
Əlaqə nömrəsi: 051 233 66 60 (whatsapp üzerinden sürücü yazaraq müraciət edə bilərlər).
Satınalma üzrə mütəxəssis/Təhchizatçı tələb olunur
İşəgötürən : “Lab Test”QSC
Əmək haqqı: 600-800 AZN Bacarığa uyğun artım və bonuslar olacaq
Əmək haqqı Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı dəyişə bilər.
İş haqda məlumat:
Sifarişlərin qəbulu, təhlili
Tədarükçülərin araşdırılması, əlaqələrin yaradılması
Mallar və avadanlığın, daxili istehsalçı şirkətlərin, daxili bazarlarda axtarışı, tapılması və onlarla əlaqələrin yaradılması.
Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması
Təchizatçı şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
Xarici və yerli alışları yerinə yetirməli;
Tədarükçülərlə müqavilələrin bağlanması
Malların gətirilməsi və anbara təhvil verilməsi üçün tələb olunan bütün işlərin görülməsi
Təchizat barədə bazarın araşdırılması və danışıqların aparılması;
Alınan malların keyfiyyətinə nəzarət edilməsi və qeydiyyatının aparılması;
Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması
Namizədə tələblər:
Ali təhsilli (texniki ali təhsili olan namizədlərə üstünlük verilir)
MS Office proqramlarından sərbəst istifadə bacarığı;
İntizamlılıq, punktuallıq,komandada işləmə bacarığı
İşgüzar ünsiyyət etikası;
Yüksək səviyədə ünsiyyət qurmaq bacarıqları
Səfərlərə getmək imkanı;
Sürücülük vəsiqəsi və sürücülük təcrübəsi olması arzu olunandır
- İşçi Azərbaycan Respublikasının qanunvericiliynə əsasən işə götürülür
- İş qrafiki həftədə 5 iş günü, 09:00-dan - 18:00-dək, şənbə günü 10.00-13.00
Vakansiya ilə bağlı müraciət üçün CV formasını office@labtest.az e-mail vasitəsilə mövzu yerinə “Mal təchizatçısı” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.
Ünvan: Şəfaət mehdiyev 93, Azəraqrartikinti 4-cü mərtəbə
Ekspeditor tələb olunur
İşəgötürən : «Baku Coffee» MMC Segafredo Zanetti
Əmək haqqı: 700 manat
İş haqqında məlumat:
- Şirkət məhsullarının satışının təşkili ;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək ;
- Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı.
- Dil bilikləri: Səlist Azərbaycan və rus dilini bilməsi
Vakansiyada namizədə verilən tələblər:
- Yaş həddi: 25-35 (kişi namizədlər)
- Sürücülük vəsiqəsi mütləqdir
- Nəqliyyat vasitəsi şirkət tərəfindən verilir
- BC kateqoriyalı sürücülük vəsiqəsi
- Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə və aktiv satış bacarığı
- İşgüzar və hədəf yönlü
- Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı, alıcılara nəzakətli rəftar
- İş təcrübəsi: 1-2 ilə qədər (mütləq)
- İş qrafiki - (Həftə içi - 09.30 - 18.30)
CV-nizi info@bakucoffee.az e-mail adresinin mövzu hissəsində "Satış meneceri" yazaraq müraciət edə bilərsiniz.
Aparıcı mühasib tələb olunur
işəgötürən: Sedef Pharma MMC
İş yeri: Bakı ş , Nizami r/nu küç Çobanzadə ,238
İş barədə məlumat
ƏDV, SV, Mənfəət, DSMF, Statistika və sair hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi;
Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq;
Bank əməliyyatlarını həyata keçirmək;
Əmək haqqı hesablanması,
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş qrafiki: 5 günlük 09:00-dan - 18:00-dək
İstirahət günü: şənbə və bazar günləri
Namizədə tələblər
Maliyyə sahədə ali və ya orta təhsil;
Mühasibatlıq sahəsində minimum 3 (bir) il iş təcrübəsi;
Kompüterdə, həmçinin, MS Office proqramlarında (Excel,Word) işləmək bacarığı; 1C proqram
Riyazi və analitik bacarıq;
Məsuliyyət və işində dəqiqlik;
Komanda ilə işləmə bacarığı;
Əmək haqqı 1000-1200 manat
Qeyd : Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən tənzimlənəcək.
"Aparıcı mühasib" qeyd edib CV-nizi Leyla.Khanmammadova@sedefpharma.az e-mail adresinə göndərə bilərsiniz.
Anbardar tələb olunur
İşəgötürən: Turban Moda
İş şəraiti:
İş qrafiki: 6 gün
Əmək haqqı: 800 manat
Yaş həddi: 30-50
Vəzifə öhdəlikləri:
Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq
Mədaxil-məxaric sənədlərinin dövriyyəsini,mal-material təhvil qaydaları üzrə üzrə sənədləşmə prosesinə riayət olunmasını təmin etmək
Anbar sahələrində səmərəli istifadə,materialların axtarılmasının asandlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu,yerləşdirilməsivə buraxılması işlərini idarə etmək
Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək
Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək
Anbarda mövcud bütün mal-materialların üzərində mühasibatlıq tərəfindən təyin etmək
Anbarda mövcud olan mal-materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin etmək
Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəi,istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək
Mal və materialın inventarizasiyasına,təlimatlara uyğun hazırlamaq,təşkil etmək və iştirak etmək
Köhnəlmiş,zərər görmüş,xarab olmuş mal-materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək
Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək
Anbar işçilərinə rəhbərlik etmək
Anbar işinin şirkətdaxili təlimat və qaydalara uyğun olaraq idarəedilməsini həyata keçirmək
Vəzifəyə olan tələblər :
Yaxşı dərəcədə 1C biliyi
Ali təhsil
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
Yaş həddi: 30-50
Yaxşı səviyyədə kompyuter bacarıqları(MC Office proqramları,1c proqramı arzuolunandır)
Azərbaycan dilini mükəmməl bilməli, Rus dili arzuolunandır
Komandada işləmək bacarığı
Göstərilən kriteriyalara uyğun şəxslər CV-lərini recruitment@turbanmoda.az elektron ünvanına mövzu yerində “Anbardar” qeyd etməklə göndərə bilərlər.
QURAŞDIRICI tələb olunur
İşəgötürən: A+A Security MMC
Yaş həddi: 20-35
İş barədə məlumat
- Həftə içi: 09:00-dan - 18:00-dək (nahar vaxtı saat 13:00-dan - 14:00-dək)
- İstirahət günləri – şənbə, bazar və bayram günləri
- Ezamiyyətlər nəzərdə tutulmuşdur
- Əmək haqqı: Başlanğıc 500-700 manat
Namizədə tələblər
- Nəqliyyat vasitələrində GPS avadanlıqlarının quraşdırılması və servis işlərinin görülməsi
- İşlərin görülməsi zamanı Sifarişçinin nümayəndələri ilə əlaqə.
- Müvafiq formaların doldurulması və imzalanması ilə işlərin Sifarişçinin nümayəndələrinə təhvil-təslimi.
- Təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi.
- İstifadə edilən alətlərin saz vəziyyətdə saxlanması.
- İşlərin yalnız işçi geyim formasında yerinə yetirilməsi, işçi geyimin təmiz və səliqəli vəziyyətdə saxlanması.
- İnsanlarla xoşməramlı ünsiyyət qurmağı, gərgin əmək şəraitində işləməyi bacarmaq
- Öhdəliklərini düzgün və şirkətin maraq və mənafeləri naminə təhlükəsiz yerinə yetirmək
- Texniki bilikləri (Nəqliyyat vasitələrində texniki bilikləri)
"QURAŞDIRICI " qeyd edib CV-nizi hr@aplusa-security.com e-mail adresinə göndərə bilərsiniz.