azvakaz | Unsorted

Telegram-канал azvakaz - AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

48828

Azərbaycanda vakansiyalar, iş elanları Ödənişli iş elanı yayımı üçün: @AzVak_elan ya elan@azvak.az Əlaqə: 051 343 73 07 AzVak kanalı elanların məzmununa, həmçinin işaxtaran və işəgötürən arasında danışıqlara və razılaşmalara görə məsuliyyət daşımır.

Subscribe to a channel

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Xadimə tələb olunur

İş yeri: STP Polymer MMC

Sumqayıt şəhərində yaşayan namizədlərə üstünlük veriləcəkdir.

Tələblər;

Təmizkar, səliqəli, məsuliyyətli, kollektivlə işləmək qabiliyyəti olması,
Ofis otaqları, sanitar qovşaqların təmizlənməsi və s.
30-55 yaş aralıqlı xanım namizəd,

İş şəraiti;

5/7 gün, saat 09:00-18:00, şənbə və bazar günləri istirahət günü,
Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir,

Maraqlanan şəxslər cv-lərini XADİMƏ başlığı altında p.galandarli@stp.az mail ünvanına göndərə bilərlər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

KATEQORİYALAR

Qadın işləri: /channel/s/qadinisleri

Təcrübə proqramları:
/channel/s/tecrubeproqrami

Müəllim vakansiyaları: /channel/s/muellimvakansiyalari

Mühasib vakansiyaları: /channel/s/muhasibvakansiyalari

Maliyyə sektorunda vakansiyalar: /channel/s/maliyyevakansiyalar

İKT, kompüter işləri: /channel/s/iktisleri

Hüquq üzrə vakansiyaları: /channel/s/huquqvakansiyalari

Turizm, otel, restoran sahələrində vakansiyalar: /channel/s/turizmvakansiyalari

İnşaatçı, mühəndis, memar vakansiyaları: /channel/s/muhendismemarinsaat

Sürücü və anbar işləri: /channel/s/surucuanbardar

Satıcı vakansiyaları: /channel/s/saticivakansiyalari

Tibb və gözəllik sektorunda vakansiyalar: /channel/s/tibbvakansiyalari

Marketinq, reklam və mətbuat işləri: /channel/s/reklamvakansiyalari

Açıq qapı və Karyera günləri: /channel/s/kariyeragunleri

AzVak Gəncə: /channel/s/gencevakansiyalar

Rayonlarda İŞ: /channel/s/azvakrayonlardais

Yüksək Maaşlı İşlə: /channel/s/azvakyuksekmaasliisler

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Fəhlə (Çatdırılma və anbar bölmələri) tələb olunur

İşəgötürən: ABC Telecom (Kontakt Home)

- Məişət və mebel məhsullarının ünvanlara çatdırılmasının icra edilməsi;
- Müştəri ilə təhvil-təslim prosesinin həyata keçirilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
- Təhlükəsizlik qaydalarına riayət olunması.

İş şəraiti:
- İş günü: 6 gün iş, 1 gün istirahət;
- İş yeri: Mərkəzi anbar (Binəqədi rayon, Emil petrolla üzbəüz)
- Servis(20 yanvar,Koroğlu)
- əmək haqqı 500-700 manat

Tələblər
- Fiziki cəhətdən sağlam və güclü;
- Məsulliyyətli, punktual və komandada işləmək bacarığı

Maraqlanan şəxslər "Fəhlə (Çatdırılma və anbar bölmələri)" qeyd edib 051-2015750 nömrəsinin whatsappına AD, SOYAD, İŞ TƏCRÜBƏSİNİ və ya CV-nizi aytac.i.mammadova@abc-telecom.az e-mail adresinə göndərə bilərlər.

Qeyd: Sorğular yalnız iş saatlarında (həftə içi saat 09:00-18:00) cavablandırılır.
Qeyd: Müraciət etmək üçün yanlız Whatsapp və ya mail üzrərindən yazmağınız xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

AŞBAZ TƏLƏB OLUNUR

Sinteks Şirkətlər qrupuna daxil olan FBCO şirkətinə Aşbaz tələb olunur.

İşəgötürən: FBCO MMC
Mağazalar: Emporium Cafe

Tələblər:

Professional Biliklər:
Milli və Xarici mətbəx bilikləri
Menyu hesablanması və hazırlanması
Təhsil:
-N/A
İş Təcrübəsi: Müvafiq sahədə ən az 3 il iş təcrübəsi

Professional Bacarıq və Kompetensiyalar:
Yaradıcılıq
Zamanın idarəolunması
Məsuliyyət

Vəzifələri:
Bu vəzifənin rolu yeməklərin standartlara uyğun olaraq hazırlanması və bişirilməsidir.
Yeməklərin standartlara və reseptlərə uyğun olaraq hazırlaması və bişirilməsi
Öz bölməsinə aid təhcizatı sifariş etmək, ehtiyyata və inventara nəzarət etmək
Mətbəx bölməsini mütəşəkkil , təmiz və səmərəli işləməsini təmin etmək
Tabeçiliyində olan kiçik aşbazları idarə etmək və öyrətmək
Qida təhlükəsizliyi və qiqiyena standartlarına təmin edilməsi

İş yerinin ünvanı: Bakı

Müraciət qaydası: "Aşbaz" qeyd edib CV-nizi recruitment@fbco.az e-mail adresinə göndərə bilərsiniz.

Əlaqə nömrəsi: (050)239-86-82

Şirkət haqıqnda qısa məlumat: 1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 300-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika brendlərini, ev əşyaları mağazalarını və 10-dan çox kafeteriya filialını idarə edir.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Mühafizə Rəisi tələb olunur - ŞAMAXI

İşəgötürən: Resant Hotels

Şirkət: Resant Group MMC
İş yeri: Şamaxı
Hansı bacarıqlara sahib olmalısınız:

Müəssisənin mülkiyyətində və istifadəsində olan ərazilərin, daşınar və daşınmaz əmlakının nəzarətini təşkil etməlidir;
Şirkət ərazisinə daxil olan hər bir şəxsin və nəqliyyat vasitələrinin, çıxan və daxil olan mallar və onların sayı, sənədlə düzgünlüyünün yoxlanmasını təmin etməlidir ;
Tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparmalıdır;
Şirkətdə hər hansı bir insidentin baş verdiyi təqdirdə şirkətdaxili qaydalara əsasən daxili araşdırma aparmalıdır;
Müşahidə kameraları vasitəsi ilə, işçilərin, ərazinin və obyektlərin gün ərzində izlənilməsini təşkil etməlidir;
İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət etməlidir.

Bizim tələblər:
Mühafizə işinin təşkilində minimum 3-5 il iş təcrübəsi; (Hotel və restoran sferası üzrə olması üstünlükdür)
Hərbi xidmət keçmiş olmalı;
Yaş həddi: 30 – 45 yaş;
Dil biliyi üstünlükdür

Təkliflərimiz:

İş cədvəli: Növbəli
Şirkət tərəfindən yemək
Əmək haqqı 700-750 Azn
Daimi iş yeri
Sadiq və peşəkar komanda

Namizədlər mövzu yerində “ Mühafizə rəisi ” yazmaqla öz CV-lərini hr_recruitment@resanthotels.az ünvanına göndərə bilərlər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

“Zəfərdən Zəhmətə“ həqiqi hərbi xidməti bitirmiş şəxslər üçün təcrübə proqramı

Nəzərinizə çatdırmaq istərdik ki, “Azerfloat” QSC 11.09.2024 – cü il tarixindən “Zəfərdən Zəhmətə “ adlı həqiqi hərbi xidməti başa vurmuş gənclər üçün xüsusi təcrübə proqramına başlayır. Təhsil müəssisənizin məzunları üçün proqramda iştirak imkanları yaradaraq onların şəxsi və peşəkar inkişafına töhfə vermək niyyətindəyik.

" AzerFloat" QSC float texnologiyası əsasında ildə 8 mln. m2 müxtəlif çeşiddə vərəqə şüşə lövhələr istehsalını həyata keçirir. 2021-ci ildən tam fəaliyyətə başlamış şirkətimiz məhsullarının 80%-ni “Karabagh Glass” brendi adı altında ixrac edərək dünya bazarında ciddi diqqət çəkmişdir. Ən müasir istehsalat və idarəetmə texnologiyaları əsasında istehsal olunan qlobal rəqabət qabiliyyətli məhsulumuz yeniliyə və inkişafa yüksək dəyər verən peşəkar komandımızın uğurudur.
Azerfloat QSC olaraq Sizə
Ali/natamam ali təhsilli;
Həqiqi hərbi xidməti başa vurmuş;

İş təcrübəsi olmayan həqiqi hərbi xidməti başa vurmuş gənclər üçün təşkil etdiyimiz “Zəfərdən Zəhmətə “ adlı xüsusi təcrübə proqramı ilə bağlı müraciət edirik.

Proqramın məqsədi : Həqiqi hərbi xidməti başa vurmuş gənclərə təcrübə müddəti ərzində istehsalat proseslərində praktiki bilik və təcrübə qazandırmaq, gənclərin texniki biliklərinin inkişafına dəstək olmaq və Azerloat zavodunun işgüzar mühitinə inteqrasiyasını təmin etməkdir. Seçilmiş mentorlar təcrübəyə cəlb olunmuş gənclərə iş prosesini izah etməklə yanaşı, iş etikası, ünsiyyət bacarıqları, təhlükəsizlik qaydaları, komanda işi, liderlik, problem həll etmə və zamanın idarə olunması kimi bacarıqları aşılıyacaqlar.

Proqram müddəti : “Zəfərdən Zəhmətə “ Təcrübə proqramı 3 ay müddətində davam edir.
Seçim prosesi: 3 mərhələdən ibarət olacaq.
Müraciətlərin qəbulu;
Test;
Fərdi müsahibə.

Təcrübə keçiriləcək sahələr:
1.Mühasibatlıq
2.İstehsalat mühəndisliyi
3.İstehsalat üzrə operator
4.NÖC və Avtomatika mühəndisliyi
5.Mexanika mühəndisliyi
6.Sənaye qaz istehsalı
7.Elektrik mühəndisliyi
8.İnformasiya Texnologiyaları
9.Satış

İş şəraiti:
Əmək haqqı 315 azn/net;
Servis;
Nahar yeməyi;
5 günlük iş rejimi/ 08:00-17:00.

Qeyd :Proqramı uğurla başa vuran iştirakçılara rəsmi sertifikatlar təqdim olunur və onlara işə qəbul imkanları təklif edilir.
Son müraciət tarixi 01.10.2024

Namizədlər recruitment@azerfloat.az email ünvanına təcrübə keçmək istədikləri sahənin adını mütləq şəkildə yazaraq cv ləri ilə müraciət edə bilərlər.
Sizinlə bu layihə üzrə əməkdaşlıq etmək üçün hərbi xidmətdən qayıtmış məzunlarınızın proqramdan yararlanmasında köməklik göstərməyinizi xahiş edirik.
Əməkdaşlıq üçün öncədən təşəkkür edirik.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Kiçik mütəxəssis tələb olunur

Yanacaq Doldurma Məntəqəsinin kassa avadanlıqlarındakı proqram təminatlarını test etmək üçün kiçik mütəxəssis axtarırıq.

İşəgötürən: NBA Technologies International LLC

Əsas tələblər
· Yaş həddi 20 – 25 (bəy namizəd)
· MS Office proqramları biliyi
· Elektron avadanlıqlardan istifadə etmə bacarığı

İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
İş yerinin ünvanı: Bakı şəh., A. Quliyev küç., 1131, Babək Plaza
Əmək haqqı: 450-600 manat

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “kiçik mütəxəssis" adını qeyd edərək hr@nbatech.az ünvanına göndərmələri xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Avto, moto-kuryer tələb olunur

Pizza Mizza Restoranlar şəbəkəsində Avto,moto-kuryer vakansiyası aktivdir.

Qeyd: Namizədin şəxsi maşını və ya motosu olmalıdır.

İş yeri: Bakı və Sumqayıt şəhəri

Namizədə tələblər:

Yaş 18-40
Şəxsi nəqliyyat vasitəsi (kateqoriya uyğun sürücülük vəsiqəsi)
Nizam-intizamlı olmalı, verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirməli
Naviqatordan istifadə (WAZE) bacarığı
Səliqəli görünüş (hər zaman üzü təraşlı)
Danışıq və davranış qaydalarını bilməli
Şirkət daxili qaydalara tam şəkildə riayət etmək
Sifarişin vaxtında ünvana səliqəli və qüsursuz çatdırılması
Hesabın düzgün verilməsi və qalığın müştəriyə qaytarılması
Bukletlərin paylanılması

İş şəraiti:
İş vaxtı 6 günlük
Rəsmiləşdirmə
Aylıq gəlir 700-1100 manat
Nahar və forma şirkət tərəfindən verilir
Karyera inkişafına şərait yaradılır

Müraciət etmək istəyən namizədlər https://pizzamizza.az/az/resume/ bu linkdən qeydiyyatdan keçə bilərsiz. Yaxud da hr@pizzamizza.az e-mail adresinə başlıq hissədə vakansiyanin adını "Avto, moto-kuryer" qeyd etməklə müraciət edə bilərsiz
Əlaqə: 0502917735 (whatsapp) 0774521415 (whatsapp)

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Uşaq Baxıcısı tələb olunur

İş yeri: Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi SABAH RESİDENCE yaşayı kompleksi

Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər:

İşin təsviri
Uşaq əyləncə zonasında uşaqlarla oyun oynamaq
İş qrafiki həftə içi 6 iş günü
Günlük 6 saat
Həftədə bir dəfə istirahət günü
Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi
dil bilikləri və s.):

Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili sərbəst
Uşaqlarla oynamağı, uşaqlara oyunları izah etməyi bacarmalı
Məsuliyyətli, gülərüz, aktiv, səliqəli olmalı

Namizədlərdən şəkilli CV-lərini “Uşaq baxıcısı” mövzusu ilə
hr@qalagroup.az ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.


dayə

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

ZAVODA İŞÇİLƏR AXTARILIR

Azertexnolayn LLC Texniki Avadanlıqlar Zavodunda aktiv olan vakansiyaları nəzərinizə çatdırıram.

Vəzifələ:

1. Kəsici-cilalayıcı
2. Anbar fəhləsi
3. Çilingər

Sizə uyğun vəzifənin adını (Məs: Çilingər) qeyd edib CV-nizi turkan.zeynalova@azertexnolayn.com ünvanına göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

AŞBAZ və AŞBAZ KÖMƏKÇİSİ TƏLƏB OLUNUR

1. Aşbaz (Chef de partie)

İşəgötürən: The Captain’s Corners

Tələblər: Aşpaz olaraq 5 il iş təcrübəsi 30 yaşa qədər kişi təhsil önəmli deyil, xarici dil olanlara üstünlük verilir

Vəzifələr: Bölüm şefi olaraq ərzaqların sanitar gigyenik qaydalarda saxlanılmasına nəzarət edib aşpazlar arasında düzgün iş bölgüsü apara bilməsi.

Əməkhaqqı: 1000₼ rəsmi əmək haqqı

2. AŞBAZ KÖMƏKÇİSİ (Commis )

İşəgötürən: The Captain’s Corners

Tələblər: Aşpaz olaraq 1 il iş təcrübəsi 30 yaşa qədər kişi təhsil önəmli deyil, xarici dil olanlara üstünlük verilir

Vəzifələr: Bölüm şefinin verdiyi tapşırıqları layiqincə yerinə yetirmək və daim inkişaf etmək.

Əməkhaqqı: 500₼ rəsmi əmək haqqı

Əlavə imkanlar: nahar şirkət tərəfindən verilir və servis yoxdur

İş yerinin ünvanı: The Captain’s corner

Sizə uyğun vəzifənin adını AŞBAZ və ya AŞBAZ KÖMƏKÇİSİ yazaraq 070 844 67 48 nömrənin whatsapp-na göndərə bilərsiniz.

Müraciət üçün son tarix: 17.09.2024

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Konveryer üsülü üzrə tikişçi tələb olunur

İşəgötürən: Papito Kids

İş yerinin ünvanı: Həzi Aslanov Filialı

Yaş həddi : 25-55 Qasın

Tələblər: Həzi Aslanov Filialına Tikiş sexlərinə konveryer üslubunda təcrübəsi olan dərzi xanımlar axtarılır

Əməkhaqqı :Müsahibə əsasında müəyyən olunacaq

Müraciət qaydası: Dərzi qeyd edib 55 638 11 71 nömrəsi ilə whatsaap'ına yaza bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

📱İş elanlarına Vatsap-da da baxmaq istəyirsiniz ⁉️

🔈 Azərbaycanda Vakansiyalar (AzVak) iş elanlarını Vatsapda da paylaşır.❗️

🔗Kanalın linki: ⬇️

https://www.whatsapp.com/channel/0029Va7i0On9xVJWAPU8DB1v

🌐🐩Həmçinin İnternetdə azvak.com yazaraq Votsap kanalımza keçid edib, abunə ola bilərsiniz.🔔

🇦🇿 AzVak ciddi şirkətlərin yeni iş elanlarını paylaşır.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

ZƏNG MƏRKƏZİ OPERATORU tələb olunur

İşəgötürən: İMC MMC

İş yerinin ünvanı: Sabunçu, Ramana

Tələblər:
•Yalnız xanım namizədlər tələb olunur
•Yaş həddi: 20-45

Vəzifələr: Təqdim olunan müştəri bazası əsasında abunəçilərə zənglərin olunması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq Bakcell-in məhsulları barədə məlumat vermək.

! İş öyrədilir
! Təcrübə önəmli deyil

Əməkhaqqı: 350 manat + 200 manat bonus (tam ştat vaxtı)
- İş vaxtı : 09:00-dan - 18:00-dək (1-5-ci günlər)

Əməkhaqqı: 200+100 manat bonus (yarım ştat vaxtı)
- ⁠İş vaxtı: 14:00-18:00
(1-5ci günlər)

Müraciət qaydası: 055-205-05-90 (09:00 dan -20:00 kimi) nömrəsinin Whatsapp-na özünüz haqda məlumatı və vakansiyanın adını "ZƏNG MƏRKƏZİ OPERATORU" qeyd edib göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Özəl uşaq bağçasına müəllim tələb olunur

İşəgötürən: RESANT GROUP

Namizədə tələblər:

Ali təhsil;

Məsuliyyətli, komanda ilə işləmək bacarığı, uşaqları sevmək;
İngilis və rus dili biliyi mütləqdir.

Əmək haqqı: 600 AZN (artandır)

İş qrafiki: 08:00- 18:00 həftəiçi 5 gün

Ünvan: Karl Marks dairəsinin yanı.

Əlaqə nömrəsi: 055 210 94 69

Tələblərə cavab verən namizədlərdən öz CV-lərini “Müəllim” başlığı altinda hr@resantgroup.az elektron ünvanına göndərməkləri xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

ELEKTRİK tələb olunur

İşəgötürən: FFM MMC

Yaş həddi: 25-55

İş barədə məlumat

- Əmək haqqı - 800 manat +bonus
- 6 günlük iş rejimi

Namizədə tələblər

- Cins –Bəy namizəd
- Dil biliyi - azərbaycan dili əla, rus dili olması üstünlükdür
- İş təcrübəsi - minimum 6 ay
- Elektrik qurğularının və enerji avadanlıqlarının qurulması, istismarı qaydalarını bilmək;
- Sahənin qüvvədə olan standart və texniki şərtlərini bilməli.
- Təhlükəsizlik texnikası qaydalarını(TTQ), Yanğın təhlükəsizlik qaydalarını bilməli(YTQ)
- Sahəyə müvafiq elektrik alət və avadanlıqlardan, xüsusi vasitələrdən sərbəst və təhlükəsiz istifadə bacarığı olmalı
-mElektrik olaraq avadanlıqların quraşdırılmasını və təmirini bacarmalı
- Kabellərin növlərini, təyinatlarını bilməli və tətbiqinə dair təcürbəyə malik olmalı

"ELEKTRİK " qeyd edib CV-nizi aytac.sadiqova@fortis.az e-mail adresinə göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Sürücü tələb olunur

İşəgötürən: ABC Telecom (Kontakt Home)

Vəzifə öhdəlikləri:

- Məişət və mebel məhsullarının çatdırılmasının həyata keçirilməsi;
- Müştəri ilə təhvil-təslim prosesinin həyata keçirilməsi;
- Yol hərəkəti və təhlükəsizlik qaydalarına əməl edilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

İş şəraiti

- İş günləri: 6 gün iş, 1 gün istirahət
- Əmək haqqı 600-800 manat

Tələblər:

- Sürücülük vəsiqəsi (BC kateqoriya);
- Sürücülük təcrübəsi (minimüm 5il);
- Yük avtomobili idarəetməsi təcrübəsi (minimal 2 il)
- Yükləmə, boşaltma və daşınma qaydaları üzrə biliklər;
- Səlis Azərbaycan dili bilikləri, Rus dili biliyi arzu olunandır;
- Ərazini yaxşı tanıması vacibdir;
- Fiziki cəhətdən sağlam;
- Məsulliyyətli, punktual, komandada işləmək bacarığı.

Maraqlanan şəxslər "SÜRÜCÜ" qeyd edib 051-2015750 nömrəsinin whatsappına AD, SOYAD, İŞ TƏCRÜBƏSİNİ və ya CV-nizi aytac.i.mammadova@abc-telecom.az e-mail adresinə göndərə bilərlər.

Qeyd: Sorğular yalnız iş saatlarında (həftə içi saat 09:00-18:00) cavablandırılır.
Qeyd: Müraciət etmək üçün yanlız Whatsapp və ya mail üzrərindən yazmağınız xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Anbardar tələb olunur

İşəgötürən və İş yeri: “LARINS” MMC

● Vəzifə üzrə tələblər:

- İş təcrübəsi: azı 1 il
- Qadın namizədə üstünlük verilir

● İş şəraiti:

- Faktiki iş ünvanı: Nərimanov rayonu, Ağa Neymətulla
- Fəaliyyət sahəsi: Qadın iş geyimlərinin satışı
- Əmək haqqı: 550 manat (nett)
- İş rejimi: 6 günlük
- İstirahət günü: bazar günü

● Vəzifə öhdəlikləri:

- Məhsulların qəbulu;
- Məhsulların anbarda yerləşdirilməsi;
- Anbarın hesabatının aparılması;
- Anbardakı məhsulların dövriyyəsinin analizi;
- Keçirilən sayımlarda iştirak etmək;
- Mağaza meneceri tərəfindən Anbardar vəzifəsindən irəli gələn digər tapşırıqların həyata keçirilməsi.

"Anbardar" qeyd edib Cv-nizi
hr@larins.co / raminhaciyev@larins.co e-mail adreslərinə göndərə bilərsiniz.
0 55 254-50-70

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

50 YAŞADƏK SATICI - KASSİRLƏR TƏLƏB OLUNUR

İşəgötürən: ARAZ Supermarket MMC

Yaşayış ünvanı: ƏHMƏDLi, NARGİLƏ, H.ASLANOV m/s

İş yerinin ünvanı: H.Aslanov və Əhmədli m/s yanı

Tələblər:
●Kişi və qadın namizədlər
●18-50 yaş
●İş təcrübəsi: 0-3 ay
●Təhsil: Orta təhsil
●Dil bilikləri: Azərbaycan

Vəzifələr:

●Müştərilərin istəyinə uyğun məhsul haqqında məlumat vermək.
●Vitrinin təmizliyinə və məhsulun qiymətinə nəzarət etmək
●Kassa əməliyyatları
●Rəhbərliyin tapşırdığı digər işlər
Əməkhaqqı: 400/450 AZN, əlavə olaraq staja görə 50 AZN artım

Əlavə imkanlar:
●Əmək qanunvericiliyinə uyğun sənədləşmə.
●Dəyişkən iş qrafiki.
●Karyera inkişaf imkanları
●Nahar və çay

Müraciət qaydası: Uyğun namizədlər göstərilən əlaqə nömrəsi ilə zəng və ya whatsapp üzərindən əlaqə saxlaya bilər
Əlaqə: 055-300-89-07

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Sürücü - İnzibatç tələb olunur

İşəgötürən: MP Group

Daşınmaz Əmlak İnvestisiya Şirkəti rəhbərliklə çalışacaq SÜRÜCÜ-İNZİBATÇI vəzifəsinə aşağıdakı tələb və təkliflə namizədləri nəzərdən keçirir:

Tələblər:

25-45 yaşında, Bakı şəhərində minimum 3 il sürücü təcrübəli;
yüksək nizam-intizamlı, səliqəli, sağlam və siqarət çəkməyən;
İşini sevən, qarşılıqlı hörmət və etibar mühitinin qədrini bilən;
İş haqqında məlumat:

İçərişəhərdə yerləşməklə, 5-günlük iş cədvəli;

Əmək haqqı: Təcrübəsindən asılı olaraq, başlanğıc 850-1,000 AZN net əmək haqqı ilə.

"Sürücü - İnzibatç " qeyd edib CV -nizi fashurova@mpgroup.az e-mail adresinə göndərə bilərsiniz.

PAŞA Biznes Sisteminin bir hissəsi olan MP Group, Bakı Baş və İstanbul Filialları vasitəsilə Azərbaycan və Türkiyəni əhatə edən özəl daşınmaz əmlak investisiya və inkişaf şirkətidir.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Xonça şirniyyat mağazalarında vakansiyalar

Araz Supermarketlər şəbəkəsinin “Xonça” bölməsində iş imkanı!

İşəgötürən: Xonça MMC (Araz Supermarket)

Vakansiyalar: Satıcı-bişirici, istehsalat işçisi (un məmulatları üzrə), təndirçi, dönərçi

Ərazi: 3-cü mkr, Azadlıq, Neftçilər, Günəşli, Qaradağ, Nərimanov, Xəzər, Əhmədli, Biləcəri, 28 May, Badamdar, Gənclik, İçərişəhər ərazilərinə yaxın ərazidə yaşayanlar müraciət etsinlər.

Tələblər:

Yaş: 18-55; 6 günlük iş qrafiki;
Əmək haqqı: 400 – 500 + BONUS Manat və artan əmək haqqı;

Təminatlar:
AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə;
Naharla təmin edilir;
Rəsmi əmək haqqı.

“Satıcı-bişirici”, “İstehsalat işçisi”, “Dönərçi”, “Təndirçi” qeyd edib işlə bağlı müraciətinizi 055 300 56 53, 055 215 86 11 nömrəsinin whatsapına yaza bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Təhsil ocağına işçilər axtarılır

İşəgötürən: "MEGA KİDS" Təhsil Ocağı | Bağça | Məktəbəqədər hazırlıq

VƏZİFƏLƏR:

1. SÜRÜCÜ (Sürücülük vəsiqəsi D kateqoriya)
2. Aşbaz

Ünvan: Badamdar 3-cü mas

Sizə uyğun vəzifənin adını qeyd edib (Məs: SÜRÜCÜ) 050 501 8006 whatsapp nömrəsinə ysxs bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

XADİMƏ tələb olunur

İşəgötürən: Baku International Tobacco MMC

Yaş həddi: 30-55

İş barədə məlumat

Sosial təminat:
- Nahar təminatı
- Avtobus xidməti

- İş yeri: Keşlə ŞTQ 1-ci Köndələn 21
- İş saatı: həftənin ilk 5 günü 07:00-dan 15:00-dək
- Həftənin 6-ci günü 07:00-dan 13:00-dək

Əsas öhdəliklər:

- Ərazisinin təmizliyini, səliqə-səhmanını lazımi səviyyədə saxlamaq üçün iş günü ərzində müəyyən edilmiş vaxtlarda müvafiq təmizlik işlərini görməli, ərazisini daima təmiz qalmasını təmin etmək;
- Yığılmış zibilləri müəyyən edilmiş yerə aparıb atmaq

Namizədə tələblər

- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
- Səliqəli, aktiv, məsuliyyətli və diqqətli olmalı

XADİMƏ qeyd edib işlə bağlı müraciətinizi hr@bakuinternationaltobacco.com e-mail adresinə göndərə bilərsiniz.
(051) 300-52-99

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Baxım məhsulları üzrə ekspert məsləhətçi tələb olunur

İşəgötürən: Aloe+ Pharm & Beauty

VƏZİFƏ VƏ MƏSULİYYƏTLƏR:

· Müştəri məmnuniyyətini artırmaq üçün fərdi yanaşma və problemlərin həll edilməsi;
· Müntəzəm olaraq təlimlərdə iştirak etmə;
· Müştəriləri qulluq vasitələri və baxımı qaydaları ilə məlumatlandırmaq;
· Müştəriləri yeniliklər, kampaniyalar və xüsusi təkliflərlə tanış etmək;
· Satış texnikalarının bilməli, məhsulların üstünlüklərinə diqqət yetirməli, aksiyalar və xüsusi təkliflərin nəzərə alınması.

TƏLƏBLƏR:

· Sahə üzrə 1-3 il təcrübə;
· Dil bilikləri: Rus dili və İngilis dili– üstünlükdür;
· Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
· Komandada işləmə, stressə dayanıqlı və problem həll etmə bacarığına malik olan.
· Tez öyrənmə və tətbiq etmə bacarığı;
· Güclü kommunikasiya və inandırma bacarığı.

TƏKLİFLƏR:

· Özəl tibbi sığorta;
· Karyera yüksəlişi;
· Müvafiq sahədə peşəkar inkişaf.

Maraqlananlar CV-lərini job@aloe.az elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Baxım məhsulları üzrə ekspert məsləhətçi” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Şirkətlərin, fərdi sahibkarların, mağaza və restoran sahiblərinin nəzərinə!

İş elanınızın
AzVak kanalında paylaşılması üçün 051 343 73 07 nömrəsilə, Telegram-dan @AzVak_elan ünvanı və ya elan@azvak.az elektron poçtu (email) vasitəsilə müraciət edə bilərsiniz!

Siz işçini AzVak ilə daha qısa müddətdə tapa bilərsiniz.

AzVak (Azərbaycanda Vakansiyalar) - iş elanlarının sosial şəbəkələrdə paylaşılması xidmətidir.

QEYD! BU ƏLAQƏ VASİTƏLƏRİ İŞ AXTARANLAR ÜÇÜN DEYİL. İş axtaranlar paylaşılan elanlardakı əlaqə vasitələri (elektron poçt, Votsap) ilə CV göndərərək müraciət etməlidirlər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Mühafizəçi (nəzarətçi) tələb olunur

İşəgötürən: “HUNER GROUP”

• Ərazi: Kürdəxanı,

Namizədə tələblər:

• Bəy namizəd;
• Yaş 22-45 aralığı;
• Komanda ilə işləmə bacarığı;
• Dəqiq intizamlı,işə qarşı məsuliyyətli olmaq;
• Dress koda önəm verilir.

Təklifimiz:

• İş qrafiki: Növbəli ;
• Əmək haqqı: Rəqabətə davamlı.

Vəzifə öhdəlikləri:
• Qorunan obyektin və binanın (qıfılların, siqnalzasiyaların, işıqlandırma sisteminin sazlığını) nəzərdə saxlamalı;
• Vəzifə yerlərində təhlükəsizlik qaydalarına əməl edilməsini təmin etmək və s. kimi işlər;
• Tabe olduğu rəhbərlər tərəfindən verilən təlimat və göstərişləri yerinə yetirmək;
• Xidmət etdiyi sahəyə daxil olan işçilərin, qonaqların və nəqliyyat vasitələrinin qeydiyatını aparmaq;
• Müəssisədə hər hansı neqativ halların baş verməsindən müəssisə rəhbərliyinin göstərişlərinə uyğun olaraq müvafiq icra orqanlarına xəbər vermək;
• Mühafizə fəaliyyətini icra edən zaman ayıq-sayıq olmaq və fasilələrə yol verməmək;
• Müəssisə ətrafını nəzarət altında saxlamaq

"MÜHAFİZƏÇİ" qeyd edib işlə bağlı müraciətinizi cv@hunergroup.az e-mail adresinə göndərə bilərsiniz.

Son elan tarixi: 30.09.2024

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

EKSPEDİTOR-SÜRÜCÜ tələb olunur

İşəgötürən: DİLQƏM 20 MMC

İş barədə məlumat

- Şirkət məhsulları haqqında ətraflı biliyə malik olmaq
- Şirkətimiz və məhsullarımız haqqında məlumatı mövcud və potensial müştərilər arasında yaymaq
-Təyin olunmuş ərazi üzrə məhsulların çatdırılması
- Müştərilərlə görüşüb satışlar həyata keçirtmək
- Əmək haqqından əlavə olaraq satışa uyğun bonus verilir
- İş günü: (09:00-dan - 18:00-dək)
- Həftədə 1 gün istirahət günü

Namizədə tələblər

- Bənzər bir vəzifədə ən azı 1 il iş təcrübəsi.
- Ünsiyyət və komandada işləmək bacarığı.
- Şirkətin mövcud müştəri portfoliosu ilə işləmək və yeni müştərilərə düzgün xidmət göstərilməsini təmin etmək.
- Sifarişlərin qəbulu, təsdiqi və çatdırılması ilə bağlı prosesi təqib etmək.
- Mükəmməl ünsiyyət bacarıqları və işgüzar etiket.
- Komanda ilə işləmə bacarığı.

"EKSPEDİTOR-SÜRÜCÜ" qeyd edib CV-nizi order@edviyyat.az e-mail adresinə göndərə bilərsiniz.

info@edviyyat.az

Dilqəm 20 MMC *NİD*2000 ci ildın bəri ədviyyat,qida əlavələri və ədviyyat konsentrantlarının istehsalı və satışı ilə fəaliyyətdədir.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Fəhlə-Maltoplayan tələb olunur

İşəgötürən: Araz Supermarket MMC

İş yeri: Məhəmmədi qəsəbəsi

- Servis mövcuddur: Höküməli, Sumqayıt, Binə, 20 Yanvar istiqamətindən

- Təcrübə vacib deyil.
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə.
- Şirkət hesabına nahar yeməyi
- Əmək haqqı + Bonus
- Karyera inkişaf imkanları.
- İş qrafiki: Dəyişkən iş qrafiki, həftədə bir dəfə istirahət

İşlə bağlı müraciətinizi 055 333 19 18 nömrənin Whatsapp-na yaza bilərsiniz

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

ZABRATDA YERLƏŞƏN ŞİRKƏTƏ İŞÇİLƏR AXTARILIR

İşəgötürən: AZDAD-2020 MMC

*FƏHLƏ ( Ümumi istehsalat işçisi) tələb olunur*

*Vəzifələr: Məhsul qablaşdırılması, istiflənməsi (Qabın üzərinin naylon təbəqəylə örtülməsi) və daşınması*


Tələblər: Qadın və kişi namizədlər, 55 yaşa qədər , təcrübəli işçilərə üstünlük veriləcək, orta təhsilli, fiziki və tibbi cəhətdən sağlam namizədlər müraciət edə bilər.

Əməkhaqqı: əməkhaqqı 400-600 azn , namizədlə müsahibə əsasında təyin olunacaq.

Əlavə imkanlar: Nahar şirkət tərəfindən verilir

*"Fəhlə" qeyd edib n.gafarova@azdad.az e-mail adresinə və ya 0 77 302 72 73 whastapp nömrəsinə yaza bilərsiniz.*

İş yerinin ünvanı: Bakı şəhəri, Zabrat ŞTQ, oktyabr küçəsi 18, ev 65.

Müraciət üçün son tarix: 14.09.2024

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

KATEQORİYALAR

Qadın işləri: /channel/s/qadinisleri

Təcrübə proqramları:
/channel/s/tecrubeproqrami

Müəllim vakansiyaları: /channel/s/muellimvakansiyalari

Mühasib vakansiyaları: /channel/s/muhasibvakansiyalari

Maliyyə sektorunda vakansiyalar: /channel/s/maliyyevakansiyalar

İKT, kompüter işləri: /channel/s/iktisleri

Hüquq üzrə vakansiyaları: /channel/s/huquqvakansiyalari

Turizm, otel, restoran sahələrində vakansiyalar: /channel/s/turizmvakansiyalari

İnşaatçı, mühəndis, memar vakansiyaları: /channel/s/muhendismemarinsaat

Sürücü və anbar işləri: /channel/s/surucuanbardar

Satıcı vakansiyaları: /channel/s/saticivakansiyalari

Tibb və gözəllik sektorunda vakansiyalar: /channel/s/tibbvakansiyalari

Marketinq, reklam və mətbuat işləri: /channel/s/reklamvakansiyalari

Açıq qapı və Karyera günləri: /channel/s/kariyeragunleri

AzVak Gəncə: /channel/s/gencevakansiyalar

Rayonlarda İŞ: /channel/s/azvakrayonlardais

Yüksək Maaşlı İşlə: /channel/s/azvakyuksekmaasliisler

Читать полностью…
Subscribe to a channel