Azərbaycanda vakansiyalar, iş elanları Ödənişli iş elanı yayımı üçün: @AzVak_elan ya elan@azvak.az Əlaqə: 051 343 73 07 AzVak kanalı elanların məzmununa, həmçinin işaxtaran və işəgötürən arasında danışıqlara və razılaşmalara görə məsuliyyət daşımır.
Mağaza meneceri tələb olunur
“Supertoys” oyuncaq mağazalar şəbəkəsinin yeni açılacaq “Dəniz Mall” Mağazasına menecer tələb olunur!
İşəgötürən: Supertoys MMC
Şirkət təklif edir:
Əmək haqqı : 1000 Azn+ bonus
İş rejimi: Həftədə 6 gün (növbəli)
Rəsmi qeydiyyat
Vəzifə öhdəlikləri:
Mağazalarda çalışan personalı idarə etmək: işçiləri təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, gündəlik iş prosesinə və işçilərin davamiyyətinə nəzarət etmək;
Mağazaya təyin edilən hədəfə çatmaq;
Şirkətə məxsus əmlakın qorunmasını təmin etmək;
Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbir planı hazırlamaq;
Satış analizlərini aparmaqla kateqoriya şöbəsinə dəstək vermək: satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək, işin təkmilləşməsi istiqamətində təkliflər vermək;
Satışları artırmaq məqsədi ilə Marketinq tərəfindən həyata keçirilən layihələri dəstəkləmək və təkliflər vermək;
Günlük və aylıq hesabatları hazırlayıb gərəkli şöbələrə yönəltmək;
Namizədə Tələblər:
Dil bilikləri: Rus dili-əla;
Kompüter bilikləri: MC Office – sərbəst işləmək;
İdarəetmə qabiliyyəti (Təşkilatçılıq və təşəbbüskarlıq);
Analitik düşüncə qabiliyyəti;
Retail sektorda mağaza meneceri kimi ( idarəetmədə ) minimum 1 il iş təcrübəsi mütləqdir;
Satış texnikası, idarəçilik qabiliyyəti;
25-45 yaş arası xanımlar;
Qeyd: Namizədlərdən mövzu hissəsində “ Mağaza administratoru ” vakansiya adını göstərməklə öz cv-lərini hr@supertoys.az elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər.
TƏCİLİ şirkətə Fəhlələr tələb olunur
İşəgötürən: Sham-Fi International Trading Company - Şam Fi
İş yerləri: Müşfiqabad, Sulutəpə, Xətai rayonu 8 noyabr prospekti və Lökbatan qəs
Servis xidməti mövcuddur
İşin təsviri:
Qida məhsullarının yük maşınlarına yüklənməsi
Əmək haqqı: 500-600 manat
Nahar şirkət tərəfindən verilir.
Yaş həddi: 20-50
İş qrafiki: 3 növbəli
051 233 66 60 Whatsapp nömrəsinə "Fəhlə" yazaraq müraciət edə bilərsiniz
MARKET MÜDİR MÜAVİNİ tələb olunur
-Şirkət: İndi Market MMC
İş şəraiti:
-Rəsmi əmək müqaviləsi bağlanılır;
-Əmək haqqı: 650 - 700 manat
-İş qrafiki: 3 növbəli
Vəzifə Öhdəlikləri:
- Marketdə müvafiq bölmələr üzrə işçilərin iş rejiminə və davamiyyətinə nəzarət etmək;
- Rəflərdə olan məhsulların son istifadə tarixinin vaxtında yoxlanılmasına nəzarət etmək;
- Mal qalığına nəzarət etmək və ehtiyac olan malların qeydiyyatını aparıb sifariş verilməsini təşkil etmək;
- Malların qəbulunu təşkil etmək və inventarizasiya prosesində iştirak etmək.
- Yeni işə qəbul olan işçilərin təlimatlandırılmasında iştirak etmək
- Marketdə olan avadanlıqların düzgün istismar edilməsinə nəzarət etmək
- Marketdə təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət etmək.
Tələblər:
- Aparıcı vəzifələr üzrə ən az 1 il iş təcrübəsi (marketlər şəbəkəsində mütləqdir);
- İdarəçilik qabiliyyəti;
- Komanda ilə işləmək bacarığı;
- Şəxslərarası ünsiyyət bacarıqları.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Market Müdir müavini” yazmaqla hr@indi.market elektron ünvanına və ya 0 51 232 60 36 nömrəsinə whatsapp üzərindən göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Texniki nəzarət üzrə mühəndis tələb olunur
İşəgötürən: "Euroline" QSC
Vəzifə öhdəlikləri:
Tikintinin gedişatı zamanı müxtəlif işlərin (elektromontaj,sanitar və s.) icra edilməsininin keyfiyyətinə nəzarət edir;
Nəzarətin nəticələri uzrə qeydlər aparır;Nəzarət nəticəsində üzə çıxan uyğunsuzluqlar haqqında layihənin iş icraçısına məlumat verir;
Təşkilatın layihələrinin icrası zamanı baş verən çətinlik və uğursuzluqların(geciktirmə,keyfiyyətin aşağı düşməsi və s.) səbəblərini, layihə obyektlərinin istismarı haqqında məlumatları analiz edir;
Başa çatmış tikinti-montaj işlərinin qeydini aparır;
Ümumi tikinti planının icrası haqqında hesabat üçün lazım olan məlumatları hazırlayır;
Ortaya çıxan nöqsanları aradan qaldırmaq üçün tədbirlər görür;
Tikinti təşkilatları tərəfindən nöqsanların aradan qadırılmasının keyfiyyətinə nəzarət edir;
Tikinti-montaj işlərinin icrasını,podratçı təşkilatlardan başa çatmış işlərin qəbulunu,başa çatmış tikinti-montaj işlərin və obyektlərin qəbulunu həyata keçirir,lazımi texniki sənədləşməni tərtib edir;
Tikinti zamanı üzə çıxan layihə üzrə qərar dəyişikliklərin müzakirə və razılaşdırılmasında,tikinti obyektlərinin qəbul və istismarını həyata keçirən komissiyada iştirak edir:
Vəzifə üzrə tələblər və biliklər:
Tikinti obyektinin idarə olunmasının, planlaşdırılması işləri,tikinti texnologiyasını, qabaqcıl yerli və xarici metodiki materialları, tikintinin norma və qaydalarını.
Layihə-smeta və digər texniki sənədlərin hazırlanma və sənədləşdirmə, aparılan tikinti işlərinin qeydlərinin tutulması və hesabatın hazırlanması qaydalarını;
Tikinti sahəsində olan istehsal avadanlıqlarını, onların istismar qaydalarını;
Ali texniki təhsil (mülki tikinti, inşaat mühəndisliyi,inşaat və texnologiya və başqa uyğun ixtisaslar)
Müvafiq sahə üzrə 3 ildən yuxarı iş təcrübəsi.
Microsoft Office, AutoCad,
Əlavə məlumat:
İş qrafiki: Tam iş günü ( 6 gün );
Korporativ nömrə (korporativ paket);
Əmək haqqı: namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir.
Tələblərə uyğun şəxslər CV-lərini hr@eurolineqsc.com elektron poçt ünvanına mövzu hissəsinə “Texniki nəzarət üzrə mühəndis” yazaraq göndərə bilərlər.
Smeta mühəndisi tələb olunur
İşəgötürən: "Euroline" QSC
Vəzifə və öhdəliklər:
Verilmiş layihələrə əsasən Tikinti Norma və Qaydaların tələblərinə uyğun smetaların hazırlanması.
Layihə və smeta sənədlərinə uyğun material, invertar, işçilik, maşın – mexanizm və s. xərclərinin hesablanması.
Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
Texniki hesabatların yoxlanılması (Forma 2, Forma 3, Xərc analizi);
Vəzifə üzrə tələblər:
Biliklər:
Ali təhsil (İnşaat mühəndisi);
Layihə smeta işlərinin hazırlanması üçün hüquqi-normativ sənədlərlə işləmə bacarığı;
Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını; müvafiq qanunvericilik aktları və normalarını bilmək;
Ünsiyyət və komandada işləmək bacarıqları;
Məsuliyyətli və dəqiq olmalı;
Detallara diqqət yetirməyi bacarmalı
Dil bilikləri: azərbaycan dili əla, ingilis dili arzu olunandı;
Microsoft Office, AutoCad,
Müvafiq sahə üzrə 5 ildən yuxarı iş təcrübəsi.
Əlavə məlumat:
İş qrafiki: 6 günlük,
Korporativ nömrə (korporativ paket),
Əmək haqqı: (namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir)
Tələblərə uyğun şəxslər CV-lərini hr@euroline.com elektron poçt ünvanına mövzu hissəsinə “Smeta mühəndisi” yazaraq göndərə bilərlər.
Marketinq mütəxəssisi tələb olunur
İşəgötürən: ADENTTA 2019
İşin təsviri:
Marketing Specialist şirkətin marketinq stragiyasını idarə etmək və kommunikasiyalar, bazar araşdırması, satış strategiyaları, marketinq strategiyası və müştəri münasibətlərinin idarə olunması işlərindən cavabdeh olacaq.
Kvalifikasiyalar:
Marketinq kommunikasiyaları və rəqəmsal marketinq kommunikasiyaları üzrə bacarıqlar,
Ünsiyyət və müştəri xidməti bacarıqları,
Bazar araşdırması və marketinq strategiyası bacarıqları,
Analitik və problem həll etmə bacarığı,
Marketinq, Biznesin idarə edilməsi və ya müvafiq sahədə bakalavr dərəcəsi.
Əməkhaqqı: 1000-1500 ₼
Müracət üçün "Marketinq mütəxəssisi" başlığı altında hr@adentta.az mail adresinə cv göndərin.
Şirkətin haqqında:
ADENTTA 2019-cu ildə Bakıda fəaliyyətə başlamış şirkətdir. Biz ümumi stomatologiya, xüsusilə implantologiya sahəsində ixtisaslaşmış keyfiyyətli və innovativ məhsulların idxalı və satışına həyata keçiririk. Stomatologiya sahəsində tanınmış qlibal şirkətlərlə əməkdaşlıq edirik.
Gömrük işləri üzrə mütəxəssis tələb olunur
İşəgötürən: Azertexnolayn
İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı
Əlavə üstünlüklər:
Nahar, telefon limiti, yanacaq limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.
İş şərtləri:
Struktur: İxdal və ixrac şöbəsi
İş rejimi: 5 gün 09:00 – 18:00
Əsas vəzifə öhdəlikləri:
Gömrük prosedurları (qısa idxal, idxal, ixrac) üçün təqdim edilən sənədlərin və məlumatların düzgünlüyünün yoxlanılması, çatışmayan sənədlərin və məlumatların tələb edilməsi,
Gömrük bəyannamələrinin (qısa idxal və əsas bəyannamə) tərtib edilməsi, portala işlənməsi, gömrük əməliyyatlarına nəzarət edilməsi, buraxılış alınaraq yüklərin müəssisə ərazisinə göndərilməsini təmin etmək,
İxrac əməliyyatı üçün sənədlərin hazırlanması, tələb edilən sertifikat və icazələrin alınması, bəyannamənin tərtib edilməsi, gömrük prosesinə nəzarət edilməsi,
Azərbaycan Respublikasının Gömrük Qanunvericiliyinə, Gömrük bəyannamələrinin tərtib edilmə qaydalarına, Gömrük tarifi haqqında qanuna, Hava nəqliyyatında Baş Gömrük və Bakı Baş Gömrük idarələrinin iş rejimlərinə uyğun Gömrük işlərinin təşkili və icrası, Gömrük orqanları ilə daima ünsiyyətin qurulması.
Seçim meyarları:
İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il
Təhsili/ixtisası: Ali təhsil
Bacarıqlar: MS office proqramları
Dil bilikləri: Rus, İngilis
Sürücülük vəsiqəsi: B kateqoriya (şəxsi avtomobil olması üstünlükdür)
Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)
Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini "Gömrük işləri üzrə mütəxəssis” başlığı altında ramin.fikratli@azertexnolayn.com ünvanına göndərmələri xahiş olunur
Ümumi istehsalat işçisi tələb olunur
İşəgötürən: AZDAD-2020 MMC
Vəzifəsi: Un məmulatlarının bişirilməsi
Tələblər:
Qadın və kişi namizədlər, 55 yaşa qədər ,
- istehsalat sahəsində təcrübəli,
- orta təhsilli,
- fiziki və tibbi cəhətdən sağlam namizədlər müraciət edə bilər.
Əməkhaqqı: əməkhaqqı 550-600 azn , namizədlə müsahibə əsasında təyin olunacaq.
Əlavə imkanlar: Nahar şirkət tərəfindən verilir
İş yerinin ünvanı: Bakı şəhəri, Zabrat ŞTQ, oktyabr küçəsi 18, ev 65.
İş qrafiki : Növbəli (gecə və gündüz)
" Ümumi istehsalat işçisi " qeyd edib n.gafarova@azdad.az e-mail adresinə və ya 0 77 302 72 73 whastapp nömrəsinə yaza bilərsiniz.*
Müraciət qaydası: CV- lərinizi n.gafarova@azdad.az ünvanına göndərin əlaqə telefonu: 0 77 302 72 73
Müraciət üçün son tarix: 20.10.2024
KATEQORİYALAR
Qadın işləri: /channel/s/qadinisleri
Təcrübə proqramları: /channel/s/tecrubeproqrami
Müəllim vakansiyaları: /channel/s/muellimvakansiyalari
Mühasib vakansiyaları: /channel/s/muhasibvakansiyalari
Maliyyə sektorunda vakansiyalar: /channel/s/maliyyevakansiyalar
İKT, kompüter işləri: /channel/s/iktisleri
Hüquq üzrə vakansiyaları: /channel/s/huquqvakansiyalari
Turizm, otel, restoran sahələrində vakansiyalar: /channel/s/turizmvakansiyalari
İnşaatçı, mühəndis, memar vakansiyaları: /channel/s/muhendismemarinsaat
Sürücü və anbar işləri: /channel/s/surucuanbardar
Satıcı vakansiyaları: /channel/s/saticivakansiyalari
Tibb və gözəllik sektorunda vakansiyalar: /channel/s/tibbvakansiyalari
Marketinq, reklam və mətbuat işləri: /channel/s/reklamvakansiyalari
Açıq qapı və Karyera günləri: /channel/s/kariyeragunleri
AzVak Gəncə: /channel/s/gencevakansiyalar
Rayonlarda İŞ: /channel/s/azvakrayonlardais
Yüksək Maaşlı İşlə: /channel/s/azvakyuksekmaasliisler
Modelyer tələb olunur
İş yeri: “LARINS” MMC
● Vəzifə üzrə tələblər:
-İş təcrübəsi: 7 ildən çox
-Təhsil tələbi: Ali və ya orta ixtisas (peşə təhsili)
-Fikrini izah etmək qabiliyyəti
-Ezamiyyə imkanları
-Ünsiyyət qurmaq bacarığı
-İşə planlı yanaşma
-Komanda da işləmək bacarığı
-Geyim texnologiyasını dərindən bilmək
-Kompüter dəstəkli moda dizayn proqramlarında və rəqəmsal vizuallaşdırma vasitələrində bacarıq
-Moda dizaynı prinsiplərini yüksək səviyyədə bilmək
-Detallara diqqət yetirmək bacarığı
-Yaxşı moda və üslub hissi, yaradıcılıq bacarıqları
● İş şəraiti:
-Fəaliyyət sahəsi: Qadın geyimlərinin istehsalı və satışı
-Əmək haqqı aralığı: 1500 - 2000 manat (nett)
-İş rejimi: 6 günlük
-İstirahət günü: həftədə 1 gün
● Vəzifə öhdəlikləri:
Mövcud moda trendlərini araşdırmaq və istehlakçıların nəyi bəyənəcəyini müəyyənləşdirmək;
Tədqiqat məlumatlarına əsaslanaraq yeni məhsullar üçün ideyalar hazırlamaq və komanda ilə işləmək
Dizayn komandası ilə yeni məhsullar üçün eskizlərin hazırlanması
Kütləvi istehsal üçün geyim nümunələrinin yaradılması
Dizaynların istehsalına nəzarət
Verilən digər vəzifələri və layihələri yerinə yetirmək
E-mail: raminhaciyev@larins.co
Əlaqə üçün: 055-254-50-70
Anbardar tələb olunur - QUSAR
İşəgötürən: İsmixanlı MMC
İş yeri: Qusar rayonu
Təsvir:
Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlığını, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək;
Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi, müəyyən olunmuş hesabatı tərtib etmək.
Əlavə məlumat:
Əmək haqqı razılaşma əsasında;
İş qrafiki: 6 gün
Tələblər:
Minimum 2-3 il iş təcrübəsi;
1c üzrə biliklər;
Anbar təsərrüfatının təşkilinə aid olan əsasnamə, təlimat və digər normativ sənədləri, rəhbər materialları, mal-material qiymətlilərə dair standart və texniki şərtləri bilmək;
Mal-material qiymətlilərinin yerləşdirilməsi qaydalarını bilmək;
Daxili əmək intizam qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək.
ANBARDAR- Qusar qeyd edib CV-nizi xayala.aliyeva@ismikhanli.az e-mail adresinə göndərə bilərsiniz.
Otelə Ofisiant (Waiter) tələb olunur
İşə götürən: Courtyard by Marriott Baku Hotel
İş yeri: Bakı şəhəri, Nəsimi rayon - Qış parkının yanı.
Vəzifə öhdəlikləri:
Hər zaman müştərilərə eksklüziv, səmimi, nəzakətli və peşəkar xidmətlər təqdim etmək.
Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və İaşə şöbəsi üçün müəyyən edilmiş xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək.
Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
İaşə şöbəsinin menyusunda olan qida və içkilər haqqında məlumatlı olmaq və Qonaqların yemək və içki sifarişlərini qəbul etmək.
İaşə şöbəsini istismar üçün hazırlamaq, o cümlədən ətrafın bəzədilməsi, bədii tərtibat və masaların qurulması, təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək.
İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək.
Bütün satış əməliyyatlarının müvafiq qaydada qeydiyyata alınmasını təmin etmək, İaşə şöbəsində çeklərin buraxılması, ləğv edilməsi və ya onlara düzəlişlər edilməsi üzrə müəyyən edilmiş prosedurlara riayət etmək.
Yemək və içkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək.
Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq.
Obyektin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək.
Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda, çeviklik nümayiş etdirmək.
İaşə şöbəsinin meneceri tərəfindən xarici görünüşlə bağlı müəyyən edilmiş təlimatlara riayət etmək.
Şirkətin bütün minimal brend standartlarının icra edilməsini təmin etmək və müvafiq sayıldıqda, digər brend standartlarının icra olunmasını təmin etmək.
Namizədə olan tələblər:
Ofisiant kimi 1-2 il iş təcrübəsinə malik olmaq;
Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
Azərbaycan, İngilis və Rus dillərin şifahi ünsiyyət qabiliyyətinə malik olmaq;
Komandada işləmək bacarığı, gülərüzlü olmaq.
Əmək haqqı 550-600 manat NET
Təminatlar:
Yemək
Sığorta
İllik hədəflərə görə mükafat sistemi
Həftədə 2 dəfə istirahət olmaqla qrafikə əsasən iş
Tələblərə uyğun namizədlər "Ofisant" qeyd edib careers@courtyardbaku.com elektron poçt ünvanına və ya (051) 205 89 73 nömrəsin whatsapp -na CV-nizi göndərə bilərsiniz.
Aşbaz köməkçisi tələb olunur
İşəgötürən: Courtyard by Marriott Baku
Vəzifə öhdəlikləri:
İaşə obyektinin menyusunda olan bütün yemək məmulatları ilə tanış olmaq;
Standart reseptlərə uyğun olaraq, göstəriş verilən yeməklərin hazırlanması;
Xüsusi yeməklərin hazırlanması metodları və inqrediyentlərlə bağlı qonaqların xahişlərini yerinə yetirərkən, mümkün hallarda çevik olmaq;
Baş aşpaz və bölmə aşpazı tərəfindən müəyyən edilmiş təqdimat təlimatlarına əməl etmək;
Təyin edilmiş ərazi və ya məntəqənin hər zaman təmiz və səliqəli saxlanılmasını təmin etmək;
Şirkətin bütün minimal brend standartlarının həyata keçirilməsini, eləcə də müvafiq sayılan yerlərdə zəruri sayılmayan brend standartlarının həyata keçirilməsini təmin etmək;
Bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olmaq;
Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıları minimuma endirmək.
İş şərtləri:
Əmək müqaviləsinin bağlanması;
Həftəlik 2 istirahət günü;
Tibbi sığorta ilə təminat;
Karyera inkişafı fürsəti.
Əmək haqqı 550-600 manat NET
Şirkət tərəfindən nahar ilə təmin olunma;
Namizədə olan tələblər
Aşpaz köməkçisi kimi 1-2 il iş təcrübəsinə malik olmaq;
Komandada işləmək bacarığı, gülərüzlü olmaq.
Ünvan: Füzuli və Ə. Topçubaşov küçələrin kəsişməsi, 300-303
Tələblərə uyğun namizədlər "Commis" və ya "Aşbaz köməkçisi" qeyd edib careers@courtyardbaku.com elektron poçt ünvanına və ya (051) 205 89 73 nömrəsin whatsapp -na CV-nizi göndərə bilərsiniz.
SƏTƏMM üzrə aparıcı mütəxəssis tələb olunur ❗️
✅ İşəgötürən: İşəgötürən: Foton
Nə təklif edirik?
✅ Bazar rəqabətinə uyğun əmək haqqı;
✅ Könüllü tibbi siğorta;
✅"Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
✅ Peşəkar komanda ilə işləmək fürsəti.
İşin təsnifatı:
SƏTƏMM üzrə təlimlərin siyahısının hazırlanması, planlanması, təşkili və icrası;
Təmir-tikinti işləri üzrə SƏTƏMM təlimlərinin təşkili və keçirilməsini təmin etmək;
Şirkət daxilində Sağlamlıq və Əməyin Təhlükəsizliyi Sisteminin qurulması və işlərin icraatı zamanı bu sahədə yoxlamaların təşkili;
Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;
SƏTƏMM təlim ehtiyaclarını müəyyənləşdirmək;
Tələblər:
Ali təhsil;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Azərbaycan dili (mükəmməl);
İngilis və Rus dilləri yaxşı;
Microsoft Office (Word/Excel/PowerPoint);
Azərbaycan Respublikasının qanunvericiliyini (Əmək Məcəlləsi, Nazirlər Kabinetinin qəbul etdiyi Qərarlar, SƏTƏMM sahəsində təsdiq edilmiş AR-nin Qanunları, normativlər və standartlar, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələr) bilməli;
İOSH Working Safely sertifikatı (üstünlükdür).
İş şəraiti:
İş rejimi: 5 günlük
İş yeri : Bakı şəhəri (Layihələr regionda yerləşdiyi üçün daimi ezamiyyə xarakteri daşıyacaq)
Xahiş olur CV-lərinizi ”SƏTƏMM üzrə aparıcı mütəxəssis” başlığı altında hr@fotonllc.az e-mail ünvanına göndərəsiniz.
Merçendayzer tələb olunur
Şirkət: Mazarina Trade Company
İş barədə məlumat
- Bəlli Rut üzrə satış nöqtələrini ziyarət etmək
- Şirkətin məhsullarını mağaza vitrinlərində verilmiş planaqramaya əsasən düzmək
- Satış nöqtələrində məhsulların yerləşdiyi rəfləri səliqəyə salmaq və daim onları nəzarətdə saxlamaq
- Malların istehsal tarixlərinə və əmtəə görünüşə nəzarət
- Qrafik:Həftədə 5 gün, iş saatı: 09:00 dan 18.00-
- Əmək haqqı : 600-700 manat
Namizədə tələblər
- Xoş xarici görünüş
- Merçendayzer olaraq 1 il iş iş təcrübəsi və ya şəbəkə marketlərdə Satıcı kimi 2 il iş təcrübəsi
- Cəld, dinamik, məsuliyyətli, dəqiq,icraçılıq qabiliyyəti
- Yaş :18- 35
"MERÇENDAYZER" qeyd edib işlə bağlı müraciətinizi 0554001012 / 0555158009 nömrənin whatsapp-na yaza bilərsiniz.
Əvəzedici Təmizlikçi (xadimə, stuart) tələb olunur - NAHAR və NƏQLİYYAT PULU şirkətdən
Pizza Mizza Restoranlar Şəbəkəsində Əvəzedici Təmizlikçi (xadimə, stuart) vakansiyası aktivdir
Yaş həddi 18-50, Namizəd: Qadın və ya kişi
İş qrafiki: 6 Günlük, rəsmi işdir.
İş vaxtı: 09:00-21:00 (İş saatı : 12 saat )
Əmək haqqı: 620 manat
Nahar pulu şirkət tərəfindən aylıq ödənilir : 50 manat
Nəqliyyat pulu şirkət tərəfindən aylıq ödənilir : 50 manat
Vəzifə Öhdəlikləri:
Əvəzedici stuart/xadimə digər filialda təmizlik işçisini istirahət və məzuniyyət günlərində olduqda onu əvəz edir.
* Filialda təmizlik işlərinin icra olunması, döşəməni silib-süpürmək, şüşələri silmək, stol və avadanlıqların tozunu almaq
* Dolablarda səliqəni təmin etmək
* Sanitar qovşaqların təmizliyini icra etmək
* Filial rəhbərliyi tərəfindən tapşırılan təmizlik işi ilə əlaqədar digər işləri yerinə yetirmək
* Qabların yuyulmasını icra etmək
* Tullantıların verilmiş təlimata əsasən tullanma məntəqəsinə aparılması
* Qrafik üzrə icra edilməli işləri məsuliyyətlə icra etməlidir
Müraciət etmək istəyən namizədlər 050-291-77-35 nömrəsi ilə whatsapp üzərindən əlaqə saxlaya bilərlər və ya https://pizzamizza.az/az/resume/ bu linkdən qeydiyyatdan keçə bilərsiz. Yaxud da hr@pizzamizza.az e-mail adresinə başlıq hissədə vakansiyanin adini qeyd etməklə müraciət edə bilərsiz
Maliyyə üzrə baş mütəxəssis tələb olunur
İşəgötürən: Supertoys MMC
Əmək haqqı: 1200-1500 manat
İşin təsviri:
- Mənfəət və Zərər hesabatlarının hazırlanması;
- Balans,pul vəsaitləri haqqında maliyyə hesabatlarının hazırlanması;
- Maliyyə təhlilləri edərək uyğunsuzluqların müəyyən edilməsi;
- Balans maddələrinin gündəlik olaraq yoxlanılması;
- İllik büdcənin hazırlanmasına dəstək;
- Büdcənin davamlı olaraq təqib olunması;
Tələblər:
- Əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Pərakəndə satış sahəsində təcrübəsi üstünlükdür.
- Hesabatlılıq üzrə biliklər və təcrübə,
- ERP sisteminin qurulmasında təcrübə üstünlükdür.
- Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli,
- Digər analitika proqram bacarıqları üstünlükdür.
- Yüksək analitik qabiliyyət və problem həll etmə bacarığı;
- Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik;
Müraciət etmək istəyən namizədlərdən öz CV-lərini mövzu yerində “Maliyyə mütəxəssisi” yazaraq hr@supertoys.az e-mail ünvanına göndərmələri xahiş olunur.
MARKET MÜDİRİ tələb olunur
İşəgötürən: İndi Market MMC
-Əmək haqqı: 800-1000 AZN (NET);
İş şəraiti:
-Rəsmi əmək müqaviləsi bağlanılır;
-İş qrafiki: 6 günlük
Vəzifə Öhdəlikləri:
- Marketdə müvafiq bölmələr üzrə işçilərin iş rejiminə və davamiyyətinə nəzarət etmək;
- Rəflərdə olan məhsulların son istifadə tarixinin vaxtında yoxlanılmasına nəzarət etmək;
- Mal qalığına nəzarət etmək və ehtiyac olan malların qeydiyyatını aparıb sifariş verilməsini təşkil etmək;
- Malların qəbulunu təşkil etmək və inventarizasiya prosesində iştirak etmək.
- Yeni işə qəbul olan işçilərin təlimatlandırılmasında iştirak etmək
- Marketdə olan avadanlıqların düzgün istismar edilməsinə nəzarət etmək
- Marketdə təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət etmək.
Tələblər:
- Aparıcı vəzifələr üzrə 1 il iş təcrübəsi (marketlər şəbəkəsində mütləqdir);
- Rus dili biliyi (mütləqdir);
- Qastronom və südlük şöbələri üzrə məlumatlılıq;
- İdarəçilik qabiliyyəti;
- Komanda ilə işləmək bacarığı;
- Şəxslərarası ünsiyyət bacarıqları.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Market Müdiri” yazmaqla hr@indi.market elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Baş mühəndis tələb olunur
İşəgötürən: "Euroline" QSC
Vəzifə və öhdəliklər:
Müəssisənin texniki siyasətini, inkişaf perspektivlərini və texniki cəhətdən yenidən qurulmasını müəyyən edir;
İstehsalatın texniki hazırlıq səviyyəsinin vaxtaşırı yüksəldilməsini, onun səmərəliliyinin artırılmasını, məhsul istehsalına və işlərə (xidmətlərə) maddi, maliyyə və əmək sərfinin azaldılmasını, istehsal fondlarından və bütün ehtiyatlardan səmərəli istifadə edilməsini təmin edir;
Tikinti istehsalının sənədləşdirilməsinin və ixtisaslaşdırılmasının inkişaf perspektivlərini və texniki siyasətini, əmək məhsuldarlığının artmasının yüksək tempini, istehsalın mühəndis hazırlığı səviyyəsinin daim artmasını, xərclərin ixtisarını, tikintinin keyfiyyətinin yaxşılaşdırılmasını və istehsal fondlarının səmərəli istifadəsinin təmin edilməsi ilə onun texnologiyasının və təşkilinin təkmilləşdirilməsini müəyyən edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə bütün işlərə rəhbərlik edir
Tikinti istehsalının təşkilinik. Təkmilləşdirilməsini, tam təsərrüfat hesabı və özünümaliyyələşdirmənin prinsiplərinin geniş tətbiqini təmin edir.
Təşkilatın perspektiv inkişaf planlarının yenidən qurulmasının və modernləşdirilməsinin işləmələrinə, təbii ehtiyatların qənaətlə istfadəsi və daha əlverişli və təhlükəsiz əmək şəraitinin yaradılması əv tikinti-istehsal mədəniyyətinin yüksəldilməsi üzrə tədbirlərə başçılıq edir.
Layihə-smeta sənədlərinin vaxtında hazırlanmasını təmin edir. İşlərin istehsal layihələrinin işləmələrini və icrasını, tikinti istehsalının texniki səviyyəsinin artırılması üzrə tədbirləri, yeni texnika və texnologiyanın tətbiqi planlarını, elmi-tədqiqat və təcrübə-konstruktiv işlərinin texniki-təşkilat tədbirlərini, tikintinin təşkili layihəsində (POS-TTL) nəzərlə tutulmuş tədbirlərin yerinə yetirilməsini təşkil edir.
Texniki məlumat və təbliğat, səmərələşdirici və ixtira, öyrənmə ümumiləşdirmə, qabaqcıl milli və beynəlxalq təcrübənin yayılması sahəsində işi təşkil edir, istehsalın perspektiv məsələlərinin həllinə aid işçilərin yaradıcı təşəbbüsünü inkişaf etdirir və istiqamətləndirir
Kadrların hazırlığını və ixtisas artırmasını təmin edir.
Əməyin mühafizəsi üzrə bölmələrin mühəndis-texniki işçiləri ilə ilkin təlimatın aparılmasına və işçilərin öyrədilməsinə nəzarət edir, bölmələrin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə norma və qaydalarının bölməsinə nəzarəti həyata keçirir.
Bədbəxt hadisələrin araşdırılmasında iştirak edir
İstehsalatda əməyin təhlükəsizlik standartlarının hazırlanması və tətbiqi üzrə, həmçinin iş yerlərinin və texnoloji proseslərin attestasiyası üzrə işlərə başçılıq edir.
Tenderlərin keçirilməsində və üstün inkişaf etmiş ərazilərdə obyektlərinin inşasının təşkilində iştirak edir.
Sənədlərin patentləşdirməyə hazırlanması və lisenziya alınması işlərini təşkil edir.
Müəssisənin texniki xidmətinə rəhbərlik edir, onların işlərini, əmək və istehsalat intizamını nəzarət altında saxlayır.
Vəzifə üzrə tələblər:
Biliklər:
Müvafiq ali təhsil ;
İşlədiyi sahəyə aid olan hökumətin qərar və qətnamələrini;
Yuxarı təşkilatların qərar, göstəriş, əmr və digər rəhbər və normativ sənədlərini, müəssisənin ixtisas və spesifik xüsusiyyətlərini;
Sahə və müəssisənin iqtisadi, texniki və sosial perspektivlərini, məhsul istehsalının texnologiyasını, təsərrüfatçılıq və idarəetmə metodlarını;
İstehsalın və idarəetmənin əsaslarını, əməyin, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını;
Ünsiyyət və komandada işləmək bacarıqları;
Məsuliyyətli və dəqiq olmalı;
Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilməli, İngilis dilini yaxşı bilməli;
Microsoft Office və AutoCAD proqramları;
Müvafiq sahə üzrə 5 ildən az olmayan iş təcrübəsi;
Əlavə məlumat:
İş qrafiki: 6 günlük,
Korporativ nömrə (korporativ paket),
Əmək haqqı: (namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir)
Tələblərə uyğun şəxslər CV-lərini hr@eurolineqsc.com elektron poçt ünvanına mövzu hissəsinə “Baş Mühəndis” yazaraq göndərə bilərlər.
Administrator təıəb olunur
İşəgötürən: Beauttech gözəllik salonları şəbəkəsi
Vəzifə öhdəlikləri:
Müştəriləri qarşılanmaq və onların suallarını cavablandırmaq;
Telefon zənglərini idarə etmək və müvafiq şəxslərə yönləndirmək;
Müştəri bazasını yeniləmək və məlumatların düzgünlüyünü təmin etmək;
Salonun gündəlik əməliyyatlarını idarə etmək və müştəri məmnuniyyətini təmin etmək;
Rezervasiyaları qəbul etmək və təqvim cədvəlini idarə etmək;
İşçilərin iş qrafikini hazırlamaq və koordinasiya etmək;
Salonun təmizliyini və nizamını təmin etmək;
Müştərilərə satış və xidmətlər haqqında məlumat vermək və əlavə satışları təmin etmək.
Tələblər:
Müvafiq sahədə minimum 1-2 il iş təcrübəsi;
Yüksək kommunikasiya və müştərilərlə işləmə bacarığı;
Azərbaycan və Rus dillərində sərbəst danışıq , İngilis dili yaxşı;
Kompüter bilikləri və ofis proqramlarından istifadə bacarığı;
Komanda ilə işləmək və müstəqil qərarlar qəbul etmək bacarığı;
Stressə davamlılıq və problemləri tez həll etmək bacarığı;
Yaş həddi 25-35 və yalnız xanımlar namizəd.
Təklif etdiyimiz:
Rəqabətə davamlı əmək haqqı
Rahat iş mühiti və peşəkar komanda
Təlim və inkişaf imkanları
Sosial təminatlar və əlavə bonuslar
İş saatı: 10:00-dan - 19:00-dək
Maaş: 600-900 manat (bacarıq və təcrübədən asılı olaraq) yüksəlmək ehtimalı ilə və bonuslardan gəlir.
Əlavə bonus: ödənişsiz gözəllik xidmətlərindən faydalanmaq.
Maraqlanan namizədlər CV-lərini info@beauttech.az elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Administrator" qeyd etməyi unutmayın.
ELEKTRİK tələb olunur
İşəgötürən: Xirman MMC
Yaş həddi: 25-55
İş barədə məlumat
- Müəssisınin istehsal sahələrində istifadə olunan avadanlıqların texniki vəziyyətinin mütəmadi yoxlanmasında iştirak etmək və nasazlıqları aradan qaldırmaq
- Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün icrasını həyata keçirmək
- İstismarda olan avadanlıqların elektrikli ehtiyat hissələrinin yoxlanılması,
- Elektrik enerji mənbəyi olan qurğuların istismarı və onlara vaxtaşırı qulluq etmək
- Elektrik quraşdırma işlərini icra etmək
- Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək
- Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması
üçün sistemə vaxtında müdaxilə etmək
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini icra etmək,
- İş qrafiki: 6 günlük
- İş saatı: 09:00-dan – 18:00-dək
- Əmək haqqı: 600-800 AZN
- Nahar şirkət tərəfindən verilir.
Namizədə tələblər
- Elektrik sahəsində orta texniki və ya peşə təhsilin olması
- Müvafiq ixtisas üzrə 3 il iş təcrübəsi
- Normativ və Texniki sənədlərlə işləmək bacarığı
- Elektrik avadanlıqları haqqında nəzəri və praktik biliklərinin olması
- Zəhmət olmasa Binəqədi rayonunda yaşayanlar müraciət etsinlər
"ELEKTRİK " qeyd edib işlə bağlı müraciətinizi kamile@xirman.az e-mail adresinə göndərə bilərsiniz.
MÜŞTƏRİ XİDMƏTLƏRİ ÜZRƏ OPERATOR tələb olunur - MAAŞ 1000
MANATA-DƏK
İşəgötürən: Positive Call Center
İş haqqında məlumat:
Hava yolu (Turkish Airlines) layihəsi üçün İngilis dili bilən müştəri xidmətləri təmsilçisi axtarılır.
Əmək haqqı: 700-1000 manat civarında
Vəzifə öhdəlikləri:
- Operativ olaraq telefon zənglərini qəbul etmək
- Müştərilər tərəfindən verilən sualları cavablandırmaq
- Şirkətin xidmət və tarifləri barədə müştəriyə düzgün məlumatvermək
- Müştərilərin şikayət, təklif və tövsiyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək.
Əlavə məlumat:
- Nahar və Servis şirkət tərəfindən təmin edilir;
- Rəsmi qeydiyyata alınır;
- Maaşdan əlavə Mükafatlandırma sistemi mövcuddur.
- Həftədə 1 gün istirahət;
- İş saatı: Həftənin 6 günü 8 saat;
- Növbəli iş qrafiki (Səhər, Günorta, Axşam, Gecə)
Namizədə tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: 1 ildən aşağı
- Yaş həddi: 19-35 yaş
- İngilis dilini yaxşı səviyyədə bilməlidir. (B1-B2)
- Nitq qabiliyyəti, Ingilis dilində səlis danışıq qabiliyyəti.
- Növbəli işləmə.(Səhər, Günorta, Axşam, Gecə)
- Microsoft Office proqramları ilə işləmək bacarığı.
İŞ REJİMİ :
00:00-08:30/ 08:00-16:30/ 09:00-17:30/ 10:00-18:30/ 12:00-20:30
14:00-22:30/ 16:30-01:00/ 18:30-03:00
MÜRACİƏT ÜÇÜN:
CV-nizi hr@positivecc.com e-mail ünvanına mövzu hissəsində "MÜŞTƏRİ XİDMƏTLƏRİ ÜZRƏ OPERATOR" yazaraq göndərə bilərsiniz. Telefon: (012) 599-88-78
XXX XXXX XXX XXXX
CUSTOMER SERVİCE REPRESENTATİVE
Positive Call Center
İŞ BARƏDƏ MƏLUMAT
- We are currently seeking customer representatives for our airline company project, which serves Turkish Airlines.
- Opt for a positive choice by joining a professional team where you can foster personal growth and access promising career opportunities.
- In the role of a customer representative, you will be responsible for handling incoming calls and delivering exceptional service to our valued customers.
- Following your training period, you will commence your role, and monthly performance assessments will be conducted. Depending on your performance results, you could earn a bonus of up to 50% of your salary.
- Employees must be at least 19 and no older than 35.
- Performance evaluations will be conducted quarterly, and successful employees will be eligible for salary increases.
- Our shift system operates six days a week, with a daily schedule of 8 hours and 30 minutes (including a 1-hour meal/break). Shifts rotate on a weekly basis and encompass morning, noon, evening, and night shifts (a shuttle service is available for shift changes after 00:00). Appropriate shift solutions are being implemented through mutual agreement.
- If you are eager to enhance your English skills, gain hands-on experience in customer service, and work within a sociable and enjoyable environment, please feel free to submit your CV via email, gather further details from our phone number, or visit our office located at Nizami Street, AF Business House between 09:00-18:00 on weekdays. (+994 12 599 88 78)
Namizədə tələblər
- You should possess a minimum B1 level of English proficiency
- This job requires the ability to work different shifts, including morning, afternoon, evening, and night
- Proficiency in Microsoft Office programs is also necessary
*You should possess a minimum B1 level of English proficiency.*
How to apply: Interested candidates should send their CV to hr@positivecc.com with "Customer Service Representative" in the subject line.
Sahə rəisi tələb olunur
İşəgötürən: "Euroline" QSC
Vəzifə və öhdəliklər:
Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət edir;
Lahiyənin iş proqramına uyğun olaraq öhdəliyə götürülmüş inşaat istehsalını vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra edir;
Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət edir;
Material, işçi və işçi heyəti və podratçının ehtiyaclarını əvvəlcədən müəyyən edərək, Texniki ofis rəhbərinə bildirir və onlardan səmərəli istifadə olunmasını təmin edir;
Obyektlərin inşası üçün Texniki şöbə tərəfindən tələb olunan texniki sənədləşmə işlərini təşkil edir;
Göstərilən iş proqramına uyğun olaraq, təfsilatlı iş proqramı hazırlayır;
Xərclər barədə məlumatları tam şəkildə müəyyən olunan formalarda saxlayır və Texniki ofis rəhbərinə göndərir;
Tərtib edilmiş layihələri yoxlayaraq, tikinti işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək mövzularda tövsiyələr hazırlayır;
Ərazi, nümunələr, sınaq test metodları və istifadə edilən avadanlıqlar ilə bağlı olan təhlükələr və müəssisənin əməyin təhlükəsizliyi prosedurlarını müəyyən edir;
Ərazinin yerini, çıxış imkanlarını, vaxt qrafikini tələblərini müəyyən edir;
Problemləri aradan qaldırır, dəyişiklikləri planlaşdırır və idarə edir;
İnsan resursları planına uyğun olaraq tabelikdə olan işçi heyətinə rəhbərlik edir;
Mövcud standartlara əsasən keyfiyyətə təminat verir;
Layihənin iştirakçıları, müştəri və digər maraqlı tərəflər arasında razılaşdırılmış kommunikasiya proseslərini həyata keçirir;
Görülmüş işlərin uçotunu aparır,günlük, aylıq, rüblük, illik statistik hesabatlar hazırlayır;
Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsinə rəhbərlik edir;
Vəzifə üzrə tələblər:
Biliklər:
Ali təhsil (İnşaat mühəndisliyi sahələri üzrə) ;
Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilməli, İngilis dilli üstünlükdür.
Müvafiq vəzifədə 3 ildən az olmayan iş təcrübəsi;
Sahədə və ya obyektdə istehsal təsərrüfat fəaliyyətini müəyyən edən metodiki, normativ və başqa göstərici materialları;
Tikinti istehsalatının təşkili və texnologiyasını, tikilməli obyektlərin layihə-smeta sənədlərini, tikinti norma və qaydalarını;
Tikinti quraşdırma işlərinin aparılması və qəbuluna qoyulan texniki şərtləri;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.
Əlavə məlumat:
İş qrafiki: 6 günlük,
Korporativ nömrə (korporativ paket),
Əmək haqqı: (namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir)
Tələblərə uyğun şəxslər CV-lərini hr@eurolineqsc.com elektron poçt ünvanına mövzu hissəsinə “Sahə rəisi”yazaraq göndərə bilərlər.
ARXİVÇİ tələb olunur
"Veysəloğlu" MMC İnsan Resursları və Korporativ Kommunikasiyalar direktorluğunun Sənədlərin idarə olunması və arxiv əməliyyatları bölməsi Arxivçi vakansiyasını elan edir.
İş yeri: Bakı şəhəri
İş qrafiki:
Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə öhdəlikləri:
- Arxivə təhvil verilən sənədləri (təlimatlara uyğun olaraq) qəbul edən zaman aktla təhvil-təslim etmək;
- Aktda qeyd edilən sənədləri əsli ilə üzləşdirmək;
- Qəbul edilmiş sənədlərin arxivdə yerini təyin etmək və yerləşdirmək;
- Arxivdə yerləşdirilmiş sənədlərin yerini arxiv proqramında qeyd etmək;
- Arxivdə saxlanma müddəti bitmiş sənədləri ayırmaq və onları prosedur qaydalarına uyğun olaraq məhv etmək;
- İş yerinin və sənədlərin saxlandığı arxiv otaqlarının təmizliyi və səliqəliliyini lazımi səviyyədə saxlamaq;
- Vəzifə fəaliyyətindən irəli gələn məsələlər haqqında müdiriyyət qarşısında çıxış etmək, rəhbərliyin verdiyi yazılı və şifahi göstərişləri yerinə yetirmək;
- Ezamiyyədə olduğu zaman vəzifə təlimatından irəli gələn tələbləri icra etmək, iş sistemi ilə bağlı və digər pozuntu halları aşkarlandıqda birbaşa rəhbərini məlumatlandırmaq;
- Sənədlərin saxlanma və texniki-təhlükəsizlik qaydalarının pozulması aşkar edildikdə dərhal rəhbərliyinə məlumat vermək;
- Şirkətin mənafeyinin qorunması məqsədi ilə məlumatların məxfiliyini qorumaq;
- Struktur bölmələrinə sənədlərin prosedur qaydalarına uyğun surətlərinin, ehtiyac olduqda isə əsillərinin verilməsini təmin etmək;
- Arxiv işi üçün nəzərdə tutulmuş texnologiya və proqramlardan istismar və istifadə qaydalarına əməl etmək.
Tələblər:
- Şirkətin sənədləri ilə işləmək bacarığı;
- Kompüter və arxiv avadanlığı ilə işləmək bacarığı, ofis proqramları bilikləri;
- Komandada işləmək bacarığı.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Nahar ilə təmin edilmə
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Arxivçi” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və ya karyera@veyseloglu.az saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Mühasib tələb olunur
İşəgötürən: İsmixanlı MMC
Əmək haqqı: 1000-1500 AZN
İş barədə məlumat
Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı Hesabatların tərtibi
Vergi hesabatlarının (Mənfəət,ÖMV,ƏDV,Əmlak,DSMF və s.) təqdim edilməsi
Hesab-fakturaların və E-qaimələrin hazırlanması, göndərilməsi və təsdiqi
Gündəlik online kargüzalığın (gələn məktubaların) izlənməsi
1C 8.3 proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkəti (qeydiyyata alınması və silinməsi) uçotunun təşkili
Təhvil-təslim və qarşılıqlı üzləşdirmə aktlarının hazırlanması təşkili
Bank əməliyyatların aparılması
Aylıq əmək haqqı cədvəlinin hazırlanması
Müvafiq sahə üzrə ali təhsil (Maliyyə, Mühasibat uçotu)
İş qrafiki: 5 günlük is sistemi
Bazar günü - istirahət günü
Namizədə tələblər:
Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının qanununu, maliyyə hesabatlarının beynəlxalq standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydalarını bilməli
Xüsusi analitik düşüncə və təqdim etmə bacarıqları
Hesablar planı ilə rahat işləyə bilmə
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının qanununu, maliyyə hesabatlarının beynəlxalq standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə və vergi qaydalarını bilməli
Peşəkar səviyyədə Microsoft Office proqramlarını bilməli, 1C proqramında işləmək bacarığı
Dil bilikləri: Azərbaycan dilini səlis bilməli
Rus və ingilis dili bilikləri üstünlükdür
Yaş həddi: 25-40 aralığı
"MÜHASİB" qeyd edib CV-nizi xayala.aliyeva@ismikhanli.az e-mail adresinə göndərə bilərsiniz.
"Zəif axın işləri üzrə usta" tələb olunur.
İşəgötürən: MR QRUP MMC (Şirkət yanğın təhlükəsizlik sistemləri üzrə fəaliyyət göstərir.)
Əmək haqqı: 700 - 800 AZN + bonus
İş saatları: 09:00-18:00-dək
Həftə içi 5 gün + 6-cı günlər növbəli qrafiklə
İstirahət günü: Bazar günü
Vəzifə öhdəlikləri:
Siqnalizasiya panellərini ünvanlı və ünvansız quraşdırmağı bacarmalıdır.
Elektrik, siqnalizasiya, kamera zəif axın kabellərinin montajını bilməlidir.
Şlaqbaum-Tunniket, aksess kontrol avadanlıqlarını quraşdırmağı bilməlidir.
Nizam-intizam qaydalarına diqqət göstərməlidir.
Elektrik diplomunun olması üstünlükdür.
Ünvan: Dərnəgül 2096-cı məhəllə
CV-lərinizi "Zəif axın işləri üzrə usta" başlığı altında office@mrgroup.az elektron poçt ünvanına və ya
070 266 80 53 WhatsApp nömrəsinə ünvanlaya bilərsiniz.
Otelə Təmizlik işçiləri tələb olunur
İşəgötürən: Courtyard by Marriott Baku Hotel
İş yeri: Bakı şəhəri, Nəsimi rayon - Qış parkının yanı
Vəzifə öhdəlikləri:
Qonaq otaqlarının şirkət standartlarına uyğun təmizliyini təmin etmək.
Otaqlardakı nöqsanlar haqqında xəbər vermək.
Dəhlizlər və ətrafda yerləşən xidməti otaqların təmizliyini təmin etmək.
İş avadanlıqlarını doğru istifadə etmək və yoxlamaq .
Əmək haqqı: 550-600 azn NET
Təminatlar:
Yemək
Sığorta
İllik hədəflərə görə mükafat sistemi
İş qrafiki 5 günlük-09:00-18:00
Namizədə olan tələblər:
Cinsi: Kişi və Qadın
Cəld, təmiz və səliqəli olmaq;
Komandada işləmək bacarığı, gülərüzlü olmaq;
Tələblərə uyğun namizədlər "Təmizlik işçisi" qeyd edib careers@courtyardbaku.com elektron poçt ünvanına və ya (051) 205 89 73 nömrəsin whatsapp -na CV-nizi göndərə bilərsiniz.
OTELƏ QABYUYAN TƏLƏB OLUNUR
Şəhərin mərkəzində Otelə Qabyuyan (Texniki xidmətçi) tələb olunur
İşəgötürən: Courtyard by Marriott Baku Hotel
İş yeri: Bakı şəhəri, Nəsimi rayon - Qış parkının yanı.
Vəzifə öhdəlikləri:
- Təyin edilmiş iş yerinin və ətraf ərazilərin daim təmiz və səliqəli saxlanılmasını təmin etmək..
- Qabları, qazanları və digər mətbəx ləvazimatlarını fəaliyyət standartlarına uyğun təmizləmək və yumaq.
- Zibil qablarını planlaşdırılmış zibil yığımı qrafikinə uyğun boşaltmaq.
- Bütün təmizləmə prosedurlarına, qabyuyan maşından istifadəyə və istifadə ediləcək kimyəvi vasitələrə dair tam anlayış əldə etmək və düzgün istifadə etmək.
Namizədə olan tələblər:
- Cəld, təmiz və səliqəli olmaq;
- Komandada işləmək bacarığı, gülərüzlü olmaq;
Əmək haqqı 550-600 manat NET
Təminatlar:
- Yemək
- Sığorta
- İllik hədəflərə görə mükafat sistemi
- Həftədə 2 dəfə istirahət olmaqla qrafikə əsasən iş
Əlaqə vasitələri:
Tələblərə uyğun namizədlər "Qabyuyan" qeyd edib careers@courtyardbaku.com elektron poçt ünvanına və ya (051) 205 89 73 nömrəsin whatsapp -na CV-nizi göndərə bilərsiniz.
Satış meneceri tələb olunur
İşəgötürən : «Baku Coffee» MMC Segafredo Zanetti
Əmək haqqı: 1500 manat
İş haqqında məlumat:
- Şirkət məhsullarının satışının təşkili ;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək ;
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi ;
- Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı.
- Satış strategiyası yaratmaq, inkişaf etdirmək və idarə etmək
- Dil bilikləri: Səlist Azərbaycan və rus dilini bilməsi
Vakansiyada namizədə verilən tələblər:
- Yaş həddi: 25-35 (kişi namizədlər)
- Xoş və səliqəli zahiri görünüş
- Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə və aktiv satış bacarığı
- İşgüzar və hədəf yönlü
- Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı, alıcılara nəzakətli rəftar
- Kollektiv ilə işləmə bacarığı
- İş təcrübəsi: 1-2 ilə qədər (mütləq)
- İş qrafiki - (Həftə içi - 09.30 - 18.30)
CV-nizi info@bakucoffee.az e-mail adresinin mövzu hissəsində "Satış meneceri" yazaraq müraciət edə bilərsiniz.
🆘 İSTEHSAL İŞÇİSİ TƏLƏB OLUNUR
İşəgötürən: "Mirzəoğlu" MMC (Konfet, şirniyyat istehsalı üzrə qənnadı fabriki)
Ünvan: BUZOVNA qəsəbəsi
ƏMƏK HAQQI: 450/570 (+Əlavə saatlar maaşa əlavə olunur)
Tələblər
BƏY namizədlər
Orta təhsil
Praktiki sağlam
Təcrübə önəmli deyil (olması üstünlükdür)- İş öyrədilir.
Vəzifə öhdəlikləri:
İstehsal olunan məhsulların istehsalına nəzarət (konfet, şirniyyat məhsullarıdır)
Resepturaya əsasən Məhsulları avadanlığa boşaltmaq(un, şəkər, yağ və.s)
İş Qrafik i(Yalnız 1 ci növbəyə işçi tələb olunur)
1-ci növbə 07:30-15:30
Tam rəsmi iş✅
Yemək şirkət tərəfindən verilir✅
İş saatından əlavə saatlar olarsa əmək haqqına(overtime) əlavə yazılır✅
Müraciət üçün 055-444-63-38 nömrəsi ilə əlaqə saxlaya və ya hr3@mirzaoglu.az mail adressinə vakansiya adın "İSTEHSAL İŞÇİSİ " qeyd edərək göndərə bilərsiniz.