azvakaz | Unsorted

Telegram-канал azvakaz - AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

48828

Azərbaycanda vakansiyalar, iş elanları Ödənişli iş elanı yayımı üçün: @AzVak_elan ya elan@azvak.az Əlaqə: 051 343 73 07 AzVak kanalı elanların məzmununa, həmçinin işaxtaran və işəgötürən arasında danışıqlara və razılaşmalara görə məsuliyyət daşımır.

Subscribe to a channel

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Operator-fəhlə tələb olunur

İşəgötürən: “ATS Soy Processing” MMC

- Bakı və Sumqayıt şəhərlərindən servis xidməti

- İş yeri: Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 129 (Hökməli dairəsinin yaxınlığı)

Namizədə tələblər:
- Cinsi: Kişi
- Yaş həddi: 20-35
- Təhsil: Orta, Orta ixtisas, peşə təhsili
- İş təcrübəsi: 1-3 il
- Gecə növbəsində işləmək

Vəzifə öhdəliyi:
- İstehsalata başlamadan öncə qurğu və avadanlıqlara ümumu baxış keçirir, çatışmamazlıqlar haqqında rəhbərliyə məlumat verir, növbəni təhvil-təslim alır;
- Avadanlıqlara texniki qulluq edir, ehtiyac olan hissələri yağlayır, avadanlıq və qurğuların (DT,borular, elevator, seperator və s) təmizliyini edir;
- İdarəetmə panellərindən istifadə etməklə soya paxlasının emal prosesini həyata keçirir, laboratoriya göstəricilərinə əsasən istehsalı tənzimləyir;
- İstehsal prosesi vaxtı avadanlıq və qurğulara baxış keçirir, yaranmış nasazlıqları aradan qaldırır, kiçik təmir işlərini həyata keçirir;
- Xammalın (soya paxlasının) davamlı olması üçün bunkerə nəzarət edir.
- Tullantıların və zibillərin istehsalat binasında onlar üçün ayrılmış yerlərə nəql etdirilməsi;

İş haqqında:
- İş rejimi: 6 günlük
- İş saatı: Həftə içi 08:00-dan - 17:00-dək
- Şənbə günü : 08:00-dan - 15:00-dək
- Gecə növbəsi var
- Nahar şirkət hesabına

- Əmək haqqı: 600-800 azn

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi
cv@atssoya.az ünvanına mövzu (tema ) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Operator-fəhlə” qeyd etməklə göndərməyiniz xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Tikiş üzrə nəzarətçi tələb olunur

İşəgötürən: Caspian Textile MMC

İş yeri: Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu park 3 ;

Namizədə olan tələblər:

Cinsi: Qadın / Kişi
Təhsilli
İdarəçilik bacarığı olmalı
Enerjili və motivasiyalı olmalı
Operativ olmalı
Problemləri vaxtında aradan qaldırmaq və səmərəli təkliflər irəli sürmə bacarığı olmalı

Vəzifə öhdəlikləri:

Tikiş/istehsalat prosesinə nəzarət etmək
Məhsulun texniki pasportundakı göstəricilərinə uyğun istehsal olunmasına nəzarət etmək
Konveyer (bant) üzrə iş bölgüsünü düzgün təşkil etmək
Tabeliyindəki işçiləri motivasiyalı şəkildə idarə etmək
Müəssisədaxili nizam-intizam qayadalarına riayət edilməsinə nəzarət etmək
İstehsalatda yaranan problemlərin həlli üçün vaxtında tədbir görmək və həmin problemlərin yenidən baş verməsinin qarşısını almaq üçün qabağlayıcı tədbirlər görmək
Rəhbərliyin tapşırıqlarını tam və operativ şəkildə yerinə yetirmək.
Sözügedən sahə üzrə iş təcrübəsinin olması vacib deyil, lakin üstünlükdür.

Yuxarıda qeyd olunan digər qabiliyyətlərə malik olan lakin sahə üzrə təcrübəsi olmayan, öyrənməyə həvəsli və işində operativ olan namizədlərə sahə üzrə treninqlər keçiriləcək.

İş barədə məlumat:

İş rejimi: Ayda 2 həftə 5 günlük , 2 həftə 6 günlük
İş saatı: 08:00-17:00 ;
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq ;
Rəsmi qeydiyyat və əmək haqqı ;
Nəqliyyat şirkət tərəfindən təmin olunur;
Nahar və çay fasilələri verilir.

Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi hr@castex.az elektron ünvanına göndərməyiniz və yaxud 051 201 12 71 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SÜRÜCÜ EKSPEDİTOR tələb olunur

İşəgötürən: “Dinçer və Carçıoglu”MMC

Ünvan: Zabrat-Maştağa;

İş barədə məlumat:

Anbardan təqdim olunan malları ərazilərə vaxtında və təhlükəsiz şəkildə çatdırılması;
Nəqliyyat vasitəsinin hər zaman səliqəli və saz vəziyyətdə saxlanması;
Avtomobilin düzgün idarə olunmasını daşınılan malın təhlükəsizliyini maksimum dərəcədə təmin etmək;
Vəzifəsi üzrə rəhbərliyin verdiyi tapşırıqların dəqiq və vaxtında həyata keçirilməsi;
İsuzu markalı nəqliyyat vasitəsidir;
İş saatı: 07:00-17:00 qədər ;
Əmək haqqı: 650-700 manat
İş qrafiki: lI- VI gün; bazar və birinci gün istirahət;
Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə;

Tələblər:

Təhsil : Orta texniki
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Yaş : 25 - 45 Cins : Kişi

Yalnız BC kateqoriyalı sürücülük vəsiqəsi olan;
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Stresə davamlılıq, intizamlılıq, məsuliyyətli;

Müraciət etmək istəyən namizədlər qeyd olunan medine.ismayilova@dinchercarchioglu.az / Cv@dinchercarchioglu.az e-mail adreslərinə "SÜRÜCÜ EKSPEDİTOR" qeyd edib işlə bağlı yaza bilərlər

Həmçinin işlə bağlı müraciətinizi 0555151503 / 099 757 16 57 nömrənin whatsapp-na göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Şirniyyat mağazasınasa satıcı tələb olunur

İşəgötürən: Fratres MMC

- ⁠Mağaza şirniyyatların satışı ilə məşğuldur.

Tələblər:
- Minimum 1 il iş təcrübəsi;
- Yaş aralığı 20 – 35; Namizəd: Qadın
- Satışların həyata keçirilməsi.

İş haqqında məlumat:

Həm gecə növbəsi, həmdə gündüz növbəsinə xanım işçi tələb olunur.
- Gündüz növbəsi Ə/H - 500 manat
- ⁠İş saatı
- ⁠1-ci növbə 09:00-16:00
- ⁠2-ci növbə 16:00-23:00
- ⁠Həftənin bazar günü istirahət.
- ⁠Gecə növbəsi Ə/H-300 manat
- ⁠İş saatı- 23:00-02:00
- ⁠Ünvan- Yeni Yasamal və Əhmədli m/s yaxınlığındaki Bravo marketin daxili.

Müraciət üçün "Satıcı" qeyd edib 0513148426 nömrəninWhatsappına CV -lərinizi göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

DƏRZİLƏR TƏLƏB OLUNUR

İşəgötürən: NovaX MMC

Quru Təmizləmə şirkətinə bacarıqlı və təcrübəli dərzilər tələb olunur

Yaş həddi: 25-45
Namizəd: kişi və qadın

Qeyd: Təcrübəli
Əmək haqqı: 600-900 manat (Bilik və bacarığı yüksək olduqda əmək haqqının yenidən müzakirə edə bilərik)
İş Qrafiki 09:00-20:00

"DƏRZİ" qeyd edib işlə bağlı müraciətinizi support@novaxindustry.com e-mail adresinə və ya 0552236524 whatsaap nömrəsinə göndərə bilərsiniz.

Sizi komandamızda görməkdən məmnun olarıq!


Ünvan Kövkəb Səfərəliyeva 19A

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Dry Clean Master (Quru Təmizləmə Ustası) tələb olunur - YÜKSƏK MAAŞ

İşəgötürən: NovaX MMC

Yaş həddi: 25-45
Namizəd: kişi və qadın

Vəzifəsi:

Quru Təmizləmədə müştərilərin gətirdikləri geyimlərin, ayaqqabıların xüsusi avadanlıqlarla təmizlənməsi
Qeyd: Təcrübəli
Əmək haqqı: 1200-1500 manat (minimal)

İş Qrafiki 09:00-20:00

"Dry Clean Master" qeyd edib işlə bağlı müraciətinizi support@novaxindustry.com e-mail adresinə və ya 0552236524 whatsaap nömrəsinə göndərə bilərsiniz.

Sizi komandamızda görməkdən məmnun olarıq!


Ünvan Kövkəb Səfərəliyeva 19A

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Xonça şirniyyat mağazalarında vakansiyalar

Araz Supermarketlər şəbəkəsinin “Xonça” bölməsində iş imkanı!

İşəgötürən: Xonça MMC (Araz Supermarket)

Vakansiyalar: Satıcı-bişirici, istehsalat işçisi (un məmulatları üzrə), təndirçi, dönərçi

Ərazi: Mikrorayonlar ( 3, 6, 9-cu mkr ), Gənclik, İçərişəhər, Nərimanov, Badamdar ərazilərinə yaxın ərazidə yaşayanlar müraciət etsinlər.

Tələblər:

Yaş: 18-55; 6 günlük iş qrafiki;
Əmək haqqı: 400 – 500 + BONUS Manat və artan əmək haqqı;

Təminatlar:
AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə;
Naharla təmin edilir;
Rəsmi əmək haqqı.

“Satıcı-bişirici”, “İstehsalat işçisi”, “Dönərçi”, “Təndirçi” qeyd edib işlə bağlı müraciətinizi 055 300 56 53, 055 215 86 11 nömrəsinin whatsapına yaza bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

“Zəfərdən Zəhmətə“ həqiqi hərbi xidməti bitirmiş şəxslər üçün təcrübə proqramı

Nəzərinizə çatdırmaq istərdik ki, “Azerfloat” QSC 11.09.2024 – cü il tarixindən “Zəfərdən Zəhmətə “ adlı həqiqi hərbi xidməti başa vurmuş gənclər üçün xüsusi təcrübə proqramına başlayır. Təhsil müəssisənizin məzunları üçün proqramda iştirak imkanları yaradaraq onların şəxsi və peşəkar inkişafına töhfə vermək niyyətindəyik.

" AzerFloat" QSC float texnologiyası əsasında ildə 8 mln. m2 müxtəlif çeşiddə vərəqə şüşə lövhələr istehsalını həyata keçirir. 2021-ci ildən tam fəaliyyətə başlamış şirkətimiz məhsullarının 80%-ni “Karabagh Glass” brendi adı altında ixrac edərək dünya bazarında ciddi diqqət çəkmişdir. Ən müasir istehsalat və idarəetmə texnologiyaları əsasında istehsal olunan qlobal rəqabət qabiliyyətli məhsulumuz yeniliyə və inkişafa yüksək dəyər verən peşəkar komandımızın uğurudur.
Azerfloat QSC olaraq Sizə
Ali/natamam ali təhsilli;
Həqiqi hərbi xidməti başa vurmuş;

İş təcrübəsi olmayan həqiqi hərbi xidməti başa vurmuş gənclər üçün təşkil etdiyimiz “Zəfərdən Zəhmətə “ adlı xüsusi təcrübə proqramı ilə bağlı müraciət edirik.

Proqramın məqsədi : Həqiqi hərbi xidməti başa vurmuş gənclərə təcrübə müddəti ərzində istehsalat proseslərində praktiki bilik və təcrübə qazandırmaq, gənclərin texniki biliklərinin inkişafına dəstək olmaq və Azerloat zavodunun işgüzar mühitinə inteqrasiyasını təmin etməkdir. Seçilmiş mentorlar təcrübəyə cəlb olunmuş gənclərə iş prosesini izah etməklə yanaşı, iş etikası, ünsiyyət bacarıqları, təhlükəsizlik qaydaları, komanda işi, liderlik, problem həll etmə və zamanın idarə olunması kimi bacarıqları aşılıyacaqlar.

Proqram müddəti : “Zəfərdən Zəhmətə “ Təcrübə proqramı 3 ay müddətində davam edir.
Seçim prosesi: 3 mərhələdən ibarət olacaq.
Müraciətlərin qəbulu;
Test;
Fərdi müsahibə.

Təcrübə keçiriləcək sahələr:
1.Mühasibatlıq
2.İstehsalat mühəndisliyi
3.İstehsalat üzrə operator
4.NÖC və Avtomatika mühəndisliyi
5.Mexanika mühəndisliyi
6.Sənaye qaz istehsalı
7.Elektrik mühəndisliyi
8.İnformasiya Texnologiyaları
9.Satış
10. SƏTƏMM

İş şəraiti:
Əmək haqqı 315 azn/net;
Servis;
Nahar yeməyi;
5 günlük iş rejimi/ 08:00-17:00.

Qeyd :Proqramı uğurla başa vuran iştirakçılara rəsmi sertifikatlar təqdim olunur və onlara işə qəbul imkanları təklif edilir.
Son müraciət tarixi 01.10.2024

Namizədlər recruitment@azerfloat.az email ünvanına təcrübə keçmək istədikləri sahənin adını mütləq şəkildə yazaraq cv ləri ilə müraciət edə bilərlər.
Sizinlə bu layihə üzrə əməkdaşlıq etmək üçün hərbi xidmətdən qayıtmış məzunlarınızın proqramdan yararlanmasında köməklik göstərməyinizi xahiş edirik.
Əməkdaşlıq üçün öncədən təşəkkür edirik.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

PİZZAÇI tələb olunur - NÖVBƏLİ İŞ

İşəgötürən: Papa Johns

- Tələbə qəbul edilmir

İş Şərtləri:

- İş qrafiki: Növbəli, saat 10:00-18:00; 15:00-23:00
- 6 günlük iş həftəsi.
- Yaş: 18-40

- Növbəli iş rejimi.
- Əmək haqqı 400-500 manat + bonus
- Nahar ödənişi verilir

- Təcrübəyə ehtiyac yoxdur. İş 0-dan öyrədilir

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Pizzaçı” mövzusu altında hr@papajohns.az elektron ünvanına göndərə bilərlər. Və ya 0502294277 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Emalat Ustası (alüminum qapı pəncərə) tələb olunur

İşəgötürən: FF Group MMC

İş şərtləri:

Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək;
İş qrafiki: Tam iş günü
İş yeri: Bakı şəhəri
İş saatı: 09:00-dan 18:00

İşin Təsviri:

Müxtəlif ölçü və dizaynda alüminium qapı və pəncərələrin emal olunması.
Alüminium materiallarını layihələrə uyğun olaraq kəsilməsi, qaynaqlanması və formalaşdırılması.
Emalat olunmuş sifarişlərin düzgün çeşidlənməsi.

Tələblər:

Verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi.
Tamamlanmış məhsulun keyfiyyətini yoxlamaq və hər hansı qüsuru olarsa aradan qaldırmaq
Avadanlıqlardan düzgün və təhlükəsiz qaydada istifadə etmək.
Komandada işləmə və ünsiyyət bacarığı, problem həll etmə qabiliyyəti.


Müraciət üçün: CV-nizi mövzu hissəsində “Emalat Ustası (alüminum qapı pəncərə)” yazaraq cv@ffggroup.az ünvanına göndərin.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

PİZZAÇI tələb olunur - NÖVBƏLİ İŞ

İşəgötürən: Papa Johns

- Tələbə qəbul edilmir

İş Şərtləri:

- İş qrafiki: Növbəli, saat 10:00-18:00; 15:00-23:00
- 6 günlük iş həftəsi.
- Yaş: 18-40

- Növbəli iş rejimi.
- Əmək haqqı 400-500 manat + bonus
- Nahar ödənişi verilir

- Təcrübəyə ehtiyac yoxdur. İş 0-dan öyrədilir

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Pizzaçı” mövzusu altında hr@papajohns.az elektron ünvanına göndərə bilərlər. Və ya 0502294277 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Smeta mühəndisi tələb olunur

İşəgötürən: "Euroline" QSC

Vəzifə və öhdəliklər:
Verilmiş layihələrə əsasən Tikinti Norma və Qaydaların tələblərinə uyğun smetaların hazırlanması.
Layihə və smeta sənədlərinə uyğun material, invertar, işçilik, maşın – mexanizm və s. xərclərinin hesablanması.
Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
Texniki hesabatların yoxlanılması (Forma 2, Forma 3, Xərc analizi);

Vəzifə üzrə tələblər:

Biliklər:
Ali təhsil (İnşaat mühəndisi);
Layihə smeta işlərinin hazırlanması üçün hüquqi-normativ sənədlərlə işləmə bacarığı;
Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını; müvafiq qanunvericilik aktları və normalarını bilmək;
Ünsiyyət və komandada işləmək bacarıqları;
Məsuliyyətli və dəqiq olmalı;
Detallara diqqət yetirməyi bacarmalı
Dil bilikləri: azərbaycan dili əla, ingilis dili arzu olunandı;
Microsoft Office, AutoCad,
Müvafiq sahə üzrə 5 ildən yuxarı iş təcrübəsi.

Əlavə məlumat:

İş qrafiki: 6 günlük,
Korporativ nömrə (korporativ paket),
Əmək haqqı: (namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir)

Tələblərə uyğun şəxslər CV-lərini hr@euroline.com elektron poçt ünvanına mövzu hissəsinə “Smeta mühəndisi” yazaraq göndərə bilərlər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

13 ərazi üzrə MERÇENDAYZERLƏR tələb olunur

Şam-Fi» şirkətinə Yasamal, 28 may, Nərimanov, Neftçilər, Xətai, Binəqədi, Azadlıq, 9-cu mikrorayon, Həzi Aslanov, Badamdar, İnşaatçılar, Bulvar əraziləri və Sahil qəsəbəsi üçün Merçandayzer tələb olunur.

Əmək haqqı: 620 manat
Yaş həddi: 18-35
Namizəd: Qadın
İş qrafiki: Həftədə 5 gün (bazar-bazar ertəsi istirahət) 09:00 -18:00

Qeyd: Market sistemində çalışan namizədlərə üstünlük veriləcək.

İşin təsviri:

Mağazalarda məhsulların rəflərdə yerləşdirilməsi və düzülüşü, vitrinin vaxtında doldurulması,satış məntəqələrinin müəyyən sxemə uyğun ziyarət edilməsi.

Əlaqə nömrəsi: 051 233 66 60 Whatsapp nömrəsinə "Merçendayzer" yazaraq müraciət edə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

İSTEHSALAT İŞÇİSİ tələb olunur

İşəgötürən: Mr.Fix tikinti kimyəviləri

- İs yeri-Xırdalan şəh.

- Yaş 22 dan - 50 yaşa-dək

İş barədə məlumat

- Xammal, yarımfabrikat və hazır məhsulların təyin olunan yerlərə daşınmasını təmin etmək
- İstehsalat proseslərində istifadə olunan materialların anbarlardan istehsalat sahəsinə çatdırılması
- Məhsulun son emalı sonrası təyinat yerlərinə aparılması və ya anbarda düzgün şəkildə yerləşdirilməsi
- İstehsalat avadanlıqlarının, maşın və mexanizmlərin işdən sonra təmizlənməsi və işə hazır vəziyyətdə saxlanması.
- Avadanlıqların işə başlamazdan əvvəl və sonra yoxlanılması və zəruri hallarda onların təmizlənməsi.

- Həftə içi 6 iş günü
- Nahar və geyim şirkət tərəfindən verilir
- Özəl tibbi sığorta
- Əmək haqqı 700-800 manat

Namizədə tələblər
- İş təcrübəsi - 1 ildən - 3 il-dək

"İSTEHSALAT İŞÇİSİ" qeyd edib işlə bağlı müraciətinizi hr@mrfix.az e-mail adresinə göndərə bilərsiniz.

(010) 225-99-61

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Superbox MMC “Story & Reels Maker” vakansiyası elan edir!

İşin təsviri:
*    Sosial mediada olan trendlləri və yenilikləri izləmək
*    Reels və ya tiktok üçün video kontentlərin hazırlanması
*    Sosial media postları üçün kontentlərin hazırlanması
*    Mağazada Instagram story çəkilişi
*    Maraqlı məzmunu yaratmaq üçün kamera və rəqəmsal alətlərdən keyfiyyətli istifadə
*    Rəqib şirkətlərin fəaliyyətlərini izləmək

Namizəd üçün tələblər

•    Ali təhsili;
•    SMM üzrə iş təcrübəsi arzu olunandır;
•    Mehriban, səmimi və köməksevər olmalı;
•    Punktual və pozitiv olmalı;
•    Stresə dözümlü olmalı;
•    Şəxsi inkişafa yönümlü olmalıdır.
•    maaş 600-700 manat

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Story&Reels Maker” qeyd edərək  şəkilli CV- lərinizi info@superbox.az elektron ünvanına göndərməyiniz  xahiş olunur.

055-220-23-72

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

TÜTÜN İSTEHSALÇISINA OPERATOR QABLAŞDIRICI tələb olunur

İşəgötürən: Baku International Tobacco MMC

İş barədə məlumat

Sosial təminat:
- Nahar təminatı
- Avtobus xidməti

- İş yeri: Keşlə ŞTQ 1-ci Köndələn 21
- İş saatı: 6 günlük/3 növbəli

Əsas öhdəliklər:
- İstehsal olunan məhsulların hazır qutulara yığılması
- Məhsulları qutuya təyin olmuş norma daxilində yığılması
- İş prosesində verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək
- Diqqətli,punktual,səbirli və məsuliyyətli olmalı

Namizədə tələblər
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
- Səliqəli, aktiv, məsuliyyətli və diqqətli olmalı
- Yaş həddi: 25-40

"OPERATOR QABLAŞDIRICI " qeyd edib CV-nizi hr@bakuinternationaltobacco.com e-mail adresinə göndərə bilərsiniz.

(051) 300-52-99

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Mühafizəçi tələb olunur

İşəgötürən: AZ Logistika

İş yeri: Qaradağ rayonu, Sahil qəsəbəsi

Vəzifə öhdəlikləri:

Buraxılış-nəzarət sisteminin həyata keçirilməsi;
Müəssisə ətrafını nəzarət altında saxlamaq;
Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
Lazım gəldiyi təqdirdə yönləndirmə və məlumatlandırma işini görmək.
Ərazidə kənar şəxslər müşahidə edildikdə dərhal aidiyyatı üzrə məruzə etmək;
İşçilərin üzərinə baxış keçirmək.

Tələblər:

Fiziki sağlam olmalı;
Yazılı və şifahi ünsiyyət bacarığı;
Çevik və doğru qərar vermə bacarığı;
Məsulliyyət, düzgünlük, dəqiqlik kimi şəxsi keyfiyyətlərə malik olmalı.
Nahar şirkət tərəfindən verilir.
Servis xidməti var
Yaş 21-32
Hərbi bilet mütleq olmalidir

"MÜHAFİZƏÇİ" qeyd edib CV-nizi zaliyeva@azlogistics.az e-mail adresinə göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Bakı Mühəndislik Universiteti aşağıdakı fakültə və kafedralar üzrə boş olan vəzifələri tutmaq üçün MÜSABİQƏ ELAN EDİR

Dekan və kafedra müdiri vəzifəsini tutmaq üçün:

Kafedralar - Vəzifələr - Yerlər

İnformasiya və kompüter texnologiyaları - Dekan 1 (1,0 ştat)

Kibertəhlükəsizlik və kompüter mühəndisliyi kafedrası - Kafedra müdiri 1 (1,0 ştat)

İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrası - Kafedra müdiri 1 (1,0 ştat)

Biznesin idarə edilməsi kafedrası - Kafedra müdiri - 1 (1,0 ştat)

Maliyyə və mühasibat kafedrası - Kafedra müdiri - 1 (1,0 ştat)

Qida və biotexnologiya kafedrası - Kafedra müdiri - 1 (1,0 ştat)

Kimya mühəndisliyi kafedrası - Kafedra müdiri - 1 (1,0 ştat)

Qeyd: Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/5 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları"na və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli 401 saylı əmri ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq seçkinin elan olunduğu gündən başlayaraq 1 ay müddətində qəbul edilir.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı:

1. Kadrlar uçotunun şəxsi vərəqəsi;

2. Tərcümeyi-hal;

3. Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;

4. Elmi və elmi-metodiki işlərin siyahısı;

5. Kafedra müdiri və fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.

Qeyd: Müsabiqə elan olunan müəssisədə çalısan namizədlər isə qeyd olunan siyahıdakı 3, 4, 5-ci bəndlərdəki sənədləri təqdim edir.

Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:

Ünvan: Xirdalan şəhəri, H.Əliyev küçəsi №120, AZ0101, Abşeron, Azərbaycan

Müraciət qaydası: Uyğun vəzifə üçün başlıq qeyd edib info@beu.edu.az emailinə müraciətlərinizi göndərə bilərsiniz

Əlavə məlumat üçün:

Tel: +994(012) 349-99-66/67

Daxili nömrə: (1113, 1115, 1117, 1155, 1504)

Fax: (+99412) 349-99-90/91

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

ZƏNG MƏRKƏZİNƏ OPERATOR TƏLƏB OLUNUR

İşəgötürən: NovaX MMC

Yaş həddi: 25-45 - namizəd- qadın

VƏZİFƏSİ:

Müştərilərlə əlaqə saxlamaq, sorğuları cavablandırmaq və müştəri məmnuniyyətini artırmaq bacarığına malik olmalı.

Dil biliyi: Rus dilini bilməyi mütləqdir.

Qeyd: Təcrübəli
Əmək haqqı: 500-700 manat (Bilik və bacarığı yüksək olduqda əmək haqqının yenidən müzakirə edə bilərik)
İş Qrafiki: 09:00-20:00

"Call Center Operatoru" qeyd edib işlə bağlı müraciətinizi support@novaxindustry.com e-mail adresinə və ya 0552236524 whatsaap nömrəsinə göndərə bilərsiniz.

Ünvan Kövkəb Səfərəliyeva 19A

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

ÜTÜCÜ tələb olunur

İşəgötürən: NovaX MMC

Yaş həddi: 25-45
Namizəd: kişi və qadın

Vəzifəsi:

Yüksək keyfiyyətlə ütü işlərini icra edə bilən, diqqətli və səliqəli mütəxəssis

Qeyd: Təcrübəli
Əmək haqqı: 800-1200 manat (Bilik və bacarığı yüksək olduqda əmək haqqının yenidən müzakirə edə bilərik)
İş Qrafiki 09:00-20:00

"ÜTÜCÜ" qeyd edib işlə bağlı müraciətinizi support@novaxindustry.com e-mail adresinə və ya 0552236524 whatsaap nömrəsinə göndərə bilərsiniz.

Sizi komandamızda görməkdən məmnun olarıq!


Ünvan Kövkəb Səfərəliyeva 19A

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Resepşn tələb olunur

İşəgötürən: NovaX MMC

Yaş həddi: 22-30

İş Qrafiki: 09:00-20:00

Quru Təmizləmədə müştərilərin gətirdikləri geyimlərin, ayaqqabıların qeydiyyata alınması və paketlənməsi.
Qeyd: Təcrübəyə ehtiyyac yoxdur, işi 0- dan özümüz öyrədirik. Rus dilini mütləq bilmək lazımdır.
Əmək haqqı: 500-800 manat

"Reception" qeyd edib işlə bağlı müraciətinizi support@novaxindustry.com e-mail adresinə və ya 0552236524 whatsaap nömrəsinə göndərə bilərsiniz. . Sizi komandamızda görməkdən məmnun olarıq!

Ünvan Kövkəb Səfərəliyeva 19A

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

"Zəif axın işləri üzrə usta" tələb olunur.

İşəgötürən: MR QRUP MMC (Şirkət yanğın təhlükəsizlik sistemləri üzrə fəaliyyət göstərir.)

Əmək haqqı: 700 - 800 AZN + bonus
İş saatları: 09:00-18:00-dək
Həftə içi 5 gün + 6-cı günlər növbəli qrafiklə
İstirahət günü: Bazar günü

Vəzifə öhdəlikləri:
Siqnalizasiya panellərini ünvanlı və ünvansız quraşdırmağı bacarmalıdır.
Elektrik, siqnalizasiya, kamera zəif axın kabellərinin montajını bilməlidir.
Şlaqbaum-Tunniket, aksess kontrol avadanlıqlarını quraşdırmağı bilməlidir.
Nizam-intizam qaydalarına diqqət göstərməlidir.
Elektrik diplomunun olması üstünlükdür.

Ünvan: Dərnəgül 2096-cı məhəllə

CV-lərinizi "Zəif axın işləri üzrə usta" başlığı altında office@mrgroup.az elektron poçt ünvanına və ya
070 266 80 53 WhatsApp nömrəsinə ünvanlaya bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Ofisiant tələb olunur

İşəgötürən: Papa Johns

Tələbə qəbul edilmir

İş Şərtləri:

- İş qrafiki: Növbəli, saat 10:00-18:00; 15:00-23:00 -dək
- Namizəd: Bəy namizədə üstünlük veriləcək
- 6 günlük iş həftəsi.
- Növbəli iş rejimi.
- Əmək haqqı 350-410 manat + bəxşiş
- Nahar ödənişi verilir

- Təcrübəyə ehtiyac yoxdur. İş 0-dan öyrədilir

Qeyd olunan tələblərə cavab verən namizədlər "CV" formalarını “Ofisiant” mövzusu altında hr@papajohns.az elekton ünvanına göndərə və ya 0502294277 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Oyuncaq mağazalarına SATIŞ MƏSLƏHƏtçilərİ tələb olunur

İşəgötürən: Zeta Group-The Entertainer oyuncaq mağazalar şəbəkəsi

Mağaza ünvanları: Port Baku Mall, Crescent Mall

The Entertainer mağazalar şəbəkəsinə aktiv və müştəri yönümlü Satış məsləhətçiləri axtarırıq.

Satış məsləhətçisinin vəzifəsinə müştərilərlə xoş ünsiyyət qurmaq ,onların ehtiyaclarını anlamaq, məhsullar haqqında düzgün məlumat vermək,hədəflərə çatmaq və mağazanın satışlarını artırmaq daxildir.

Namizədə tələblər:
- 18-27 yaş arası xanım və bəy namizədlər;
- Müvafiq satış sahəsində ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan dili əla, rus və ingilis dili arzuolunandır;
- Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli.
Əsas vəzifə öhdəlikləri:
- Müştərini brend, məhsul çeşidi haqqında məlumatlandırmaq və məhsul seçimində köməklik göstərmək ;
- Malları vitrin və ya rəflərə səliqəli düzmək ;
- Mağaza tərəfindən malların qəbulunda köməklik etmək ;
- Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli və bütün malların qiymətinin yerində olmasından cavabdeh olmaq ;
- Satış apararkən daim düzülüşə nəzarət etməli və vitrin boşluqlarını aradan qaldırmaq ;
- Mağazanın qarşısına qoyulan hədəfləri və satış planlarını həyata keçirmək.

İş şərtləri:

- İş günü: 6 günlük-növbəli qrafik, həftədə 1 gün istirahət
- Şirkət tərəfindən uniforma verilir
- Əmək haqqı 550 Manat + satışdan bonuslar

Təklif edirik:
- Karyerada yüksəliş imkanları

Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Satış məsləhətçisi” yazaraq hrm@zeta.az email ünvanına və ya 0552057787 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.

satıcı

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Fasad Memarı (Cəbhə İşlərindən Anlayan) tələb olunur

İşəgötürən: FF Group MMC

İşin Təsviri:

Shop drawing (mağaza çertyojları) hazırlamaq,
Alüminium doğrama və fasad sistemləri ilə bağlı bütün imalat çertyojlarını hazırlamaq,
Fasad sistemləri və detallarının dizaynını, analizini və icrasını idarə etmək,
Layihələrin vaxtında və büdcə çərçivəsində həyata keçirilməsini təmin etmək,
Fasad detallarına və tikinti materiallarına dair texniki tələbləri nəzərə alaraq dəqiq həllər təklif etmək,
Emalat prosesləri üçün layihələr hazırlamaq və onların dəqiqliklə icrasına nəzarət etmək.
Tələblər:

Memarlıq ixtisası üzrə ali təhsil,
Fasad sistemləri və detallar üzərində minimum 3 il təcrübə,
Shop drawing və layihə çertyojlarını hazırlamaq üzrə təcrübə,
AutoCAD və memarlıq proqramlarında mükəmməl bilik,
Fasad materialları və texniki tələblər barədə geniş məlumat,
Komandada işləmə və ünsiyyət bacarığı, problem həll etmə qabiliyyəti.
İş şərtləri:

Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək;
İş qrafiki: Tam iş günü
İş yeri: Bakı şəhəri
İş saatı: 09:00-dan 18:00

Müraciət üçün: CV-nizi mövzu hissəsində “Fasad Memarı ” yazaraq cv@ffggroup.az ünvanına göndərin.

FF Group Azərbaycanda fasad və üzlük sistemlərinin istehsalı və quraşdırılması üzrə aparıcı şirkətdir.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Keyfiyyətə nəzarət üzrə mütəxəssis tələb olunur

“ AZERA HOLDING” MMC tərkibindəki “KATAN TEXTİLE ” MMC Keyfiyyətə nəzarət üzrə mütəxəssis vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

1. Müəssisədə ISO 9001-2015 Keyfiyyəti İdarəetmə Sistemləri standartının tətbiqi;
2. Sənədləşmənin standartlara və tələblərinə uyğunluğunu təmin etmək;
3. İş proseslərinin araşdırıb hazırlanması;
4. Verifikasiya və Validasiya proseslərini həyata keçirmək;
5. Əməkdaşların iş keyfiyyətinin artırılması üçün lazımı təlimlərin təşkil edilməsi;
6. Xarici Auditə hazırlıq və auditin qəbul edilməsi;
7. Müəssisənin beynəlxalq standartlara cavab verən sertifikatının əldə etməsi üçün müvafiq sənədlərin hazırlanması və tətbiq edilməsinə nəzarət etmək;
8. İş keyfiyyətinin artırılması üçün uyğun metodları araşdırıb rəhbərliyə hesabat vermək;
9. Beynəlxalq təcrübənin uğurlu nümunələrini müəssisədə tətbiq etmək.
10. Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.

Tələblər:
Ali təhsil;
Textile sahəsi üzrə minimum 2 il;
Azərbaycan dili və rus dili (İngilis dili arzuolunandır) ;
İSO standartları üzrə sertifikatlar ( İSO/ İEC 9001-2015);
MS Office proqramları ilə işləmə bacarığı.

İş şərtləri:

Əmək haqqı: 1200-1300 manat ( NETT)
AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu

Uyğun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını (KATAN TEXTİLE - Keyfiyyətə nəzarət üzrə mütəxəssis ) mövzu hissəsinə qeyd etməklə hr@azeraholding.az mail ünvanına göndərməniz xahiş edilir.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Sünbül Catering Cop29 layihesi üçün işçilər axtarılır

1. Anbarda fəhlə
Əmək haqqı: 800azn
0102345534

2. SƏTƏM ÜZRƏ MÜTƏXƏSSİS
hr@sunbul.biz
0102345545

3. Baş mühasib
Əmək haqqı: 1500-2000 manat
E-mail: hr@sunbul.biz

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Fəhlə tələb olunur

İşəgötürən: İNCİ

- İş yeri: Bakı şəhəri, Ulduz metrosu yaxınlığında.

- Yüklərin boşaldılması;
- Malların qəbulu və yerləşdirilməsi(məhsullar məktəbli və ofis ləvazimatlarıdır).
- Yaş həddi: 17-38;
- 5 günlük iş qrafiki;
- Əmək haqqı: 500-700 manat
- Səhər və günorta yeməyi ilə təmin edilmə;
- Ulduz metrostansiyasından iş yerinə servis vasitəsi ilə çatdırılma;

Qeyd olunan tələblər sizin üçün uyğunursa daha ətraflı məlumat üçün "FƏHLƏ" 077 441 5622 nömrəsinin whatsapı ilə əlaqə saxlaya bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Yük avtomobili(özüboşaldan) sürücüsü tələb olunur

İşəgötürən: Norm Cement transportation

Vəzifə (peşə) funksiyaları:

Şöbənin təqdim etdiyi sifarişlərə əsasən, yarımqoşqulu özüboşaldan yük avtomobilinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;
Yarımqoşqulu özüboşaldan yük avtomobilinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq;
İstifadə etdiyi yarımqoşqulu özüboşaldan yük avtomobilinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək;
İstifadə etdiyi yarımqoşqulu özüboşaldan yük avtomobilinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
Əsaslı və/və ya cari təmirdən/profilaktik işlərdən çıxmış yarımqoşqulu özüboşaldan yük avtomobilinin qəbulunda bilavasitə iştirak etmək;
İstifadə etdiyi yarımqoşqulu özüboşaldan yük avtomobilinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək;
İstifadə etdiyi yarımqoşqulu özüboşaldan yük avtomobili üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək;
İstifadə etdiyi yarımqoşqulu özüboşaldan yük avtomobilinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeyd etmək, bu göstəricilərin verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin etmək;
Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək;
Yanacaq, yağ və hidravlik maye daxil olmaqla maye səviyyələrini yoxlamaq və lazım olduqda mexanikə xəbər vermək;
Düzgün işləməsini təmin etmək üçün bütün idarəetmə vasitələri, əyləclər, işıqlar, siqnal və digər təhlükəsizlik xüsusiyyətlərini yoxlamaq;
Qaldırmadan əvvəl yükün ağırlığını və dayanıqlığını qiymətləndirmək, onun yarımqoşqulu özüboşaldan yük avtomobilinin nominal gücü daxilində olduğundan və çəngəllərdə düzgün balanslaşdırılmış olduğundan əmin olmaq;
Müxtəlif növ yüklər üçün palet çəngəlləri və ya sıxaclar kimi müvafiq əlavələrdən istifadə etmək;
Yükü rəvan şəkildə qaldırmalı və əyilmə və ya yerdəyişmənin qarşısını almaq üçün qəfil hərəkətlər etməməli;
Sabitliyi və görmə qabiliyyətini qorumaq üçün səyahət edərkən yükü aşağı və arxaya əyilmiş saxlamalı;
İş sahəsi daxilində qeyd olunmuş bütün sürət həddi və yol nişanlarına əməl etməli;
Yarımqoşqulu özüboşaldan yük avtomobilinin sürücüsü müəssisənin daxili qaydalarına, nəqliyyat vasitəsinin idarəetmə təlimatının tələblərinə və təhlükəsizlik qaydalarına riayət etməlidir.

Yük avtomobili sürücüsü aşağıdakılara məsuliyyət daşıyır:

Qanunvericiliklə müəyyən edilmiş hədlər daxilində bu vəzifə təlimatı ilə müəyyən edilmiş vəzifə borclarını yerinə yetirmədikdə və lazımi qaydada yerinə yetirmədikdə;
İnzibati, cinayət və mülki qanunvericiliklə müəyyən edilmiş hədlər daxilində öz fəaliyyəti prosesində yol verdiyi hüquq pozmalarda;
Əmək, cinayət və mülki qanunvericiliklə müəyyən edilmiş hədlər daxilində maddi ziyan vurduqda;
Məxfi məlumatları saxlamaqda;
Xidməti subordinasiyanı pozduqda, vəzifələrini vaxtında və keyfiyyətli yerinə yetirmədikdə;
İstehsalat intizamını və əmək rejimi qaydalarını pozduqda.

Tələblər:

Sürücülük vəzifəsi üzrə 3 ildən az olmayaraq iş təcrübəsi; (B, C, E )
Xarici pasportu; TAXO kartı;
Beynəlxalq yük daşıması üçün xüsusi şəhadətnamə.
Qeyd: Özüboşaldan nəqliyyat vasitələri həm daxildə, həmdə ölkə xaricində yük daşımalarını həyata keçirəcəkdir.

"Yük avtomobili(özüboşaldan) sürücüsü " qeyd edib CV-nizi
hr.transport@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

Müraciət üçün son tarix: 13.10.24

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Supertoys MMC “Layihələr üzrə mütəxəssis” vakansiyası elan edir!

İşin təsviri:

-Tədbirlərin planlanması;
-Kampaniya / müsabiqələrin təşkil olunması və həyata keçirilməsi;
-Tədbirlərin təşkil olunması və idarəolunması;
-Marketinq və müştəri loyallığı üzrə təklif və ideyaların verilməsi;
-Layihə icrası və kampaniyaların keçirilməsi proseslərinin koordinasiya olunması;
-Partnyorlarla iş, ortaq layihələrin idarəsi;

Namizəd üçün tələblər
- Analitik düşünmə qabiliyyəti, layihə idarəetmə bacarığı
- Tənqidi düşünmək və problem həll etmə bacarığı
- Tabeliyində olan komandanı idarə etmək bacarığı
- 25-40 yaş arası xanımlar
Əmək haqqı: 800-1000 manat

Müraciət etmək istəyən namizədlərdən öz CV-lərini mövzu yerində “Layihələr üzrə mütəxəssisi” yazaraq
hr@supertoys.az e-mail ünvanına göndərmələri xahiş olunur.

Читать полностью…
Subscribe to a channel