azvakaz | Unsorted

Telegram-канал azvakaz - AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

48828

Azərbaycanda vakansiyalar, iş elanları Ödənişli iş elanı yayımı üçün: @AzVak_elan ya elan@azvak.az Əlaqə: 051 343 73 07 AzVak kanalı elanların məzmununa, həmçinin işaxtaran və işəgötürən arasında danışıqlara və razılaşmalara görə məsuliyyət daşımır.

Subscribe to a channel

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Xadimə tələb olunur

İşəgötürən: Indi Onlayn Market

İş şəraiti:

-Rəsmi əmək müqaviləsi bağlanılır;
-Əmək haqqı: 400 - 450 AZN (NET);
-İş qrafiki: 6 iş günü.

Vəzifə Öhdəlikləri:
- Müəyyən edilmiş qaydalara əsasən gündəlik olaraq mağaza təmizlik işlərinin həyata keçirilməsi
- Mətbəx və sanitar qovşaqlarının təmiz saxlanılması
- Rəflərin, soyuducu avadanlıqların silinərək təmizlənməsi

Tələblər:
- Qeyd edilən sahə üzrə minimum 1 il iş təcrübəsi
- Xanım namizədlərə üstünlük veriləcək

Vakansiya ilə bağlı müraciət üçün mövzu hissəsinə “Xadimə” qeyd edərək 051 232 60 36 nömrəsinə whatsapp üzərindən yaza bilərsiniz. Müraciət zamanı “xadimə” və özünüzlə bağlı məlumat (ad soyad, yaş, iş təcrübəsi, yaşadığınız ərazi) qeyd etməyiniz xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Mağaza Müdiri tələb olunur - KİŞİLƏR MÜRACİƏT ETMƏSİN

İşəgötürən: Papito Kids

İş barədə məlumat:
- Mağaza heyyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
- Çalışdığı mağazanın müəyyən olunmuş vaxtda açılıb-bağlanmasına nəzarət edilməsi;
- Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;
- Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;
- Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;
- Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim olunması;
- Şirkətin təşkil etdiyi təlim və treninqlərdə iştirak etməsi;

Tələblər:

- Ali təhsil
- Satış sahəsində və müvafiq vəzifədə ən azı 2 il təcrübə;
- Səlis Azərbaycan və Rus dili (arzu olunandır);
- Kompüter bilikləri (MS Office)
- Mükəmməl analitik və təhlil etmə bacarığı;
- İşgüzar davranış etikası;
- Güclü komanda rəhbərliyi, ünsiyyət və problem həll etmə bacarığı;
- Yaş həddi: 30-45 Qadın

İş şəraiti:

- İş günləri: 6 gün iş, 1 gün istirahət;
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
- Şirkət daxili təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi imkanı;
- Satış sahəsində nailiyyətlərə görə bonuslar.

Müraciət etmək üçün "Mağaza Müdiri" qeyd edib CV-niz career@papitokids.shop mail ünvanına və ya 055 638-11-71 göndərər bilərsiz

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Şəxsi avtomobili olan SATIŞ TƏMSİLÇİLƏRİ axtarılır !!!

İşəgötürən: İnci şirkətlər qrupu

-5 günlük iş qrafiki(09:00 – 18:00);
-Əmək haqqı: fix+aylıq satışa əsasən bonus sistemi;
-Nahar ilə təmin edilmə;


Tələblər və vəzifəsi:

-Ekspeditor kimi minimum 1 il iş təcrübəsi;
-Şəxsi maşın;
-Satış hədəflərinin vaxtlı vaxtında icra olunması;
-Təyinat məntəqələrinə vaxtında nəzarət edilməsi;
-Öz rutu üzərində yeni müştərilərin tapılması;
-Müştəri borclarının vaxtlı vaxtında yığılması və həmin gün kassaya təhvil verilməsi;

-İş yeri: Bakı şəhəri, Ulduz metrosu yaxınlığında.

Tələblərimiz sizin üçün uyğundursa "SATIŞ TƏMSİLÇİSİ" qeyd edib daha ətraflı məlumat üçün 077 441 56 22 nömrəsinin whatsapı ilə əlaqə saxlayın.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Fəhlə (İstehsalat) tələb olunur

İşəgötürən: İnci şirkətləq qrupu

- Əmək haqqı: 500-700 manat
- Səhər və günorta yeməyi ilə təmin edilmə;
- Ulduz metrostansiyasından iş yerinə servis vasitəsi ilə çatdırılma;

Vəzifə və tələblər

- Yüklərin boşaldılması;
- Malların qəbulu və yerləşdirilməsi(məhsullar məktəbli və ofis ləvazimatlarıdır).
- Yaş: 17-38;
- 5 günlük iş qrafiki;

- İş yeri: Bakı şəhəri, Ulduz metrosu yaxınlığında.

Qeyd olunan tələblər sizin üçün uyğunursa "Fəhlə" qeyd edib daha ətraflı məlumat üçün 077 441 56 22 nömrəsinin whatsapı ilə əlaqə saxlaya bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Baş muhasib tələb olunur

İşəgötürən: Belart Group

Rəsmi əməkhaqqı: 1500-1800 manat (məbləğ müsahibə əsasında dəqiq müəyyənləşir).
Əlavə imkanlar: şəbəkənin filiallarında 20 % endirim

İş yerinin ünvanı: Təhsil Nazirliyinin yanı, Qarabağ küç 97a

Tələblər və vəzifələr

- Vergi məcəlləsinin və milli mühasibat uçotu standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunu qurur
- Vergiləri və DSMF ayırmalarını düzgün hesablamaq və vaxtında dövlət büdcəsinə köçürülməsini təşkil etmək
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin etmək
- Vergi orqanları ilə yazışmaları aparacaq, e-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin etmək
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotunu aparmaq
- Mal satışlarının, işlərin və xidmətlərin görülməsinin uçotunu aparmaq
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasını keçirmək
- Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
- Ödənişləri nəzarətdə saxlamaq, “internet banking” vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək
- Gördüyü işlərlə bağlı aylıq hesabatlar tərtib etmək
- Maliyyə hesabatlarını (balans hesabatı, Mənfəət və zərər hesabatı, pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq
- Məxfilik prinsiplərini pozmamaq.

İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: 5 gün, iş saatı 09:00-18:00

Namizədə tələblər
- Namizəd: Qadın və ya kişi
- Azı 3 il özəl sahəsində mühasiblik təcrübəsi olmalıdır
- Vergi qanunvericiliyini və Milli Mühasibat uçotunu mükəmməl bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməlidir
- Beynəlxalq Mühasibat uçotunu bilməsi arzuolunandır
- 1C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi (İstehsal və satış və s.)
- Azərbaycan dili mükəmməl,rus və ingilis dili biliyi arzuolunandır
- Excell proqramında yüksək səviyyədə işləmə bacarığı
- Analitik düşüncə proqnoz etmə bacarıqları,
- Problemləri təhlil və həll etmə bacarığı

Müraciət qaydası: CV və ya məlumatlarınızı rzayevazad.hospitality@gmail.com elektron ünvanına, və ya 0502551116 nömrəsinə göndərə bilərsiz

Haqqında: Belart Group kofeşop şəbəkəsi

Müraciət üçün son tarix: 30.10.2024

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Mebel və Metal fabrikinə işçilər tələb olunur

İşəgötürən: Eptal Group

Vakansiyalar:

- mebel ustası
- ⁠usta köməkçisi
- ⁠mişarçı
- ⁠qaynaqçı
- ⁠laqondaçı
- ⁠fəhlələr
- ⁠
Əmək haqqı vəzifədən və təcrübədən asılı olaraq 600 - 3000 manat civarında dəyişir.

Zəng et: 051 290 40 01

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Təhlükəsizlik əməkdaşı (mühafizəçi) tələb olunur

İşəgötürən: Sirab Satış və Dağıtım MMC

Vəzifə üzrə əmək haqqı digər imtiyazlar:

Yemək şirkət tərəfindən.
Əmək haqqı: 650AZN
İş vaxtının norması:
Növbəli iş qrafiki.

Əsas tələblər:

Təhsil dərəcəsi: Orta;
Yaş həddi: 18–30;
Təcrübə: Müvafiq sahədə minimum 1il iş təcrübəsi;
Cinsi: Kişi;
Boy: minimum 1.80 sm;
Hərbi xidmətdə olmuş;
İdmanla məşğul olması üstünlükdür (diplom və sertifikatlar arzuolunandır)

Fərdi keyfiyyət göstəriciləri:

Diqqətcil;
Komanda ilə işləmə bacarığı;
Gərgin iş tempinə uyğunlaşa bilən;
İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya.

İş barədə:

Təlimata əsasən tapşırılan obyektin müəyyən olunmuş vaxt çərçivəsində mühafizəsinin təşkili;
Jurnalda qeydlər aparmaqla qonaqların qəbul edilməsi və yola salınması;
Giriş qapısını və digər tapşırılan obyektləri daimi olaraq nəzarətdə saxlanılması;
Yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi;
Nizam-intizam qaydalarına riayət edilməsi, əməkdaşlardan və ziyarətçilərdən onların icrasını tələb edilməsi.

İş yeri:

Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı)
Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvail küçəsi 17

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Təhlükəsizlik əməkdaşı (mühafizə)” yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.Wp 0559000551
(ZƏNG ETMƏYİN)

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

‼️ Fəhlə tələb olunur❗️🆘🆘🆘

166 Yükdaşıma və Logistika şirkətinə "Sürücü köməkçiləri" (Fəhlə) tələb olunur.

Ünvan : Yasamal

İş haqqında :

- Sürücü yanında yüklərin daşınması və boşaldılması.
- İş qrafiki : Növbəli
- Yaş həddi -18-45
- Əmək haqqı: Yüksəkdir

Əlaqə:  050 261 24 23, 050 261 24 01 Whatsapp nömrəsinə "Sürücü köməkçiləri (Fəhlə) " yazaraq müraciət edə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Fəhlə-Maltoplayan tələb olunur

İşəgötürən: Araz Supermarket MMC

İş yeri: Məhəmmədi qəsəbəsi

- Servis mövcuddur: Höküməli, Sumqayıt, Binə, 20 Yanvar istiqamətindən

- Təcrübə vacib deyil.
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə.
- Şirkət hesabına nahar yeməyi
- Əmək haqqı + Bonus
- Karyera inkişaf imkanları.
- İş qrafiki: Dəyişkən iş qrafiki, həftədə bir dəfə istirahət

İşlə bağlı müraciətinizi 055 333 19 18 nömrənin Whatsapp-na yaza bilərsiniz

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Əvəzedici Təmizlikçi (xadimə, stuart) tələb olunur - NAHAR və NƏQLİYYAT PULU şirkətdən

Pizza Mizza Restoranlar Şəbəkəsində Əvəzedici Təmizlikçi (xadimə, stuart) vakansiyası aktivdir

Yaş həddi 18-50, Namizəd: Qadın və ya kişi

İş qrafiki: 6 Günlük, rəsmi işdir.
İş vaxtı: 09:00-21:00 (İş saatı : 12 saat )
Əmək haqqı: 620 manat
Nahar pulu şirkət tərəfindən aylıq ödənilir : 50 manat
Nəqliyyat pulu şirkət tərəfindən aylıq ödənilir : 50 manat

Vəzifə Öhdəlikləri:
Əvəzedici stuart/xadimə digər filialda təmizlik işçisini istirahət və məzuniyyət günlərində olduqda onu əvəz edir.
* Filialda təmizlik işlərinin icra olunması, döşəməni silib-süpürmək, şüşələri silmək, stol və avadanlıqların tozunu almaq
* Dolablarda səliqəni təmin etmək
* Sanitar qovşaqların təmizliyini icra etmək
* Filial rəhbərliyi tərəfindən tapşırılan təmizlik işi ilə əlaqədar digər işləri yerinə yetirmək
* Qabların yuyulmasını icra etmək
* Tullantıların verilmiş təlimata əsasən tullanma məntəqəsinə aparılması
* Qrafik üzrə icra edilməli işləri məsuliyyətlə icra etməlidir

Müraciət etmək istəyən namizədlər 050-291-77-35 nömrəsi ilə whatsapp üzərindən əlaqə saxlaya bilərlər və ya
https://pizzamizza.az/az/resume/ bu linkdən qeydiyyatdan keçə bilərsiz. Yaxud da hr@pizzamizza.az e-mail adresinə başlıq hissədə vakansiyanin adini qeyd etməklə müraciət edə bilərsiz

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Satıcı-Kassir tələb olunur

İşəgötürən: Araz Supermarket MMC

İş yeri: BAKİ ərazisi. Vacib erazilər: Səbail (20-ci sahə) Badamdar ,Qaradağ ,Lökbatan, Qobustan, Ələt, İçəri şəhər

Vəzifə öhdəlikləri:
-Satıcı-vitrin səliqəsinə ve satışına nəzarət.
-Kassir -Kassa əməliyyatlarının icrası
-Müştəri məmnuniyyətinə dəstək olmaq

Tələb olunan bilik və bacarıqlar:
- İş öyrədilir
- Xanım və bəy namizədlər müraciət edə bilər
- Təcrübə tələb olunmur
- 18 yaşı tamam olmayan şəxslər müraciət etməsin
- təhsil: orta

İş rejimi:
- İş qrafiki: dəyişkən iş rejimi
- şirkət hesabına nahar yeməyi
- şirkət hesabına forma

Əmək haqqı:
* Aylıq məvacib 445-495 AZN təşkil edir (əlavə olaraq satış bacarığına əsasən bonus)
* AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün: Bu vakansiya ilə maraqlanan namizədlər
(055)
252-26-19 whatsapp nömrəsinə yazmaqları xahiş olunur. Zəng vasitəsilə də əlaqə saxlaya bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Smeta üzrə mühəndis tələb olunur

İşəgötürən: “AZCD Group” QSC

Vəzifə öhdəlikləri:

- Tikinti layihələrinin ümumi dəyərini müəyyən etmək üçün işçilik, tikinti materiallarını və tikintiyə sərf olunan xərcləri qiymətləndirmək;
- Sifarişçi və layihə rəhbərləri üçün yazılı təkliflər, xərclər smetası və büdcə hazırlamaq;
- Yeni layihə üzrə müştəri tələbləri haqqında məlumat əldə etmək üçün sahələri ziyarət etmək;
- Təqdim olunan təkliflər və büdcələr üzrə sifarişçilər ilə qarşılıqlı əlaqə saxlamaq və danışıqlar aparmaq;
- Müqavilə təklifləri, layihələr və spesifikasiyalar əsasında tikinti layihələri üçün materialların, əmək və avadanlıqların, subpodratların ehtimal olunan xərclərinin smetalarını hazırlamaq;
- Tender prosedurları ilə bağlı məsləhətlər vermək, tenderlərin araşdırılması və təhlil edilməsi prosesində iştirak etmək;
- Xərclərin monitorinqinin, hesabat sistemlərinin və prosedurlarının hazırlanması prosesində iştirak etmək.

Tələblər:

- Ali təhsil (İnşaat mühəndisliyi, inşaat sahəsi üzrə idarəetmə və ya digər uyğun ixtisas);
- Tikinti sahəsində (layihənin qiymətləndirilməsi və ya tikintinin idarə edilməsi) minimum 4-5 il iş təcrübəsi.
- İngilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır;
- MS Office, AutoCAD üzrə yüksək səviyyədə bilik və tikinti xərclərinin idaəredilməsi üzrə əlavə proqram təminatından istifadə təcrübəsi;
- Analitik düşüncə, güclü riyazi hesablama və vaxtın idarəedilməsi üzrə bacarıqlar;
- Yaş həddi: 25-45
- Ezamiyyətə ehtiyac yarandıqda gedə bilmək.
İş şərtləri:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş yeri (Bakı)
- Könüllü tibbi sığorta
- İş saatları: 09:00-18:00;
- Əmək haqqı: Rəqabətə davamlı.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Smeta üzrə mühəndis” yazaraq
talent@azcdgroup.com ünvanına göndərmələri xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Kamaz-Treyler sürücüsü tələb olunur

İşəgötürən: Qartal Tikinti Firması

Yaşayış yeri Sumqayıt şəhərində olmalıdır;

Əmək haqqı: 900 manat

Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011

İşçiyə tələblər:

Kamaz-treyleri idarə etməsi üçün B, C, D,E kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır;
Yaşı 55-dən çox olmamalıdır.
Sürücü Azərbaycan ərazisində çalışacaq.
İşçi üçün şərait:
İlkin əmək haqqı olaraq 900 manat nəzərdə tutulur;
Nahar yeməyi firma vəsaiti hesabına təmin edilir.
İş saatı 08:00-18:00-dək;
İstirahət günü - Bazar günləri; Bu normadan əlavə iş saatlarının dəyəri ödəniləcəkdir.

Əlaqə vasitələri: CV-nizi hr@qartal.az email ünvanına göndərin.

Əlaqə telefonu: 0 50 235 12 45 (ancaq iş saatlarında zəng edin)

Əlaqələndirici şəxs: Firmanın Avtomobil təsərrüfatının müdiri Abbasov Şakirlə əlaqə saxlayın. Xahiş edirik yalnız “Treyler” sürücüləri əlaqə saxlasın.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Supertoys MMC “Layihələr üzrə mütəxəssis” vakansiyası elan edir!

İşin təsviri:

-Tədbirlərin planlanması;
-Kampaniya / müsabiqələrin təşkil olunması və həyata keçirilməsi;
-Tədbirlərin təşkil olunması və idarəolunması;
-Marketinq və müştəri loyallığı üzrə təklif və ideyaların verilməsi;
-Layihə icrası və kampaniyaların keçirilməsi proseslərinin koordinasiya olunması;
-Partnyorlarla iş, ortaq layihələrin idarəsi;

Namizəd üçün tələblər
- Analitik düşünmə qabiliyyəti, layihə idarəetmə bacarığı
- Tənqidi düşünmək və problem həll etmə bacarığı
- Tabeliyində olan komandanı idarə etmək bacarığı
- 25-40 yaş arası xanımlar
Əmək haqqı: 800-1000 manat

Müraciət etmək istəyən namizədlərdən öz CV-lərini mövzu yerində “Layihələr üzrə mütəxəssisi” yazaraq
hr@supertoys.az e-mail ünvanına göndərmələri xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SƏTƏMM üzrə mühəndisi tələb olunur - Zəngilan rayonu

İşəgötürən: 6-CI MƏRTƏBƏ MÜSTƏQİL ŞİRKƏTİ

Tələblər:

1. Mühəndislik ixtisası üzrə ali təhsil
2. Müvafiq sahə üzrə minimum 3 il təcrübə
3. FHN şəhadətnamə ( digər sertifikatlar üstünlükdür)
Əmək haqqı: 1800 Manat (net)

İş şəraiti:
• İş yeri: Zəngilan rayonu
• 6 günlük iş həftəsi
• Nahar şirkət tərəfindən təmin edilir.
• Yataqxana şirkət tərəfindən təmin edilir.
• Korparativ nömrə şirkət tərəfindən təmin edilir.

İş barədə məlumat:

• Tikinti sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət etmək;
• Şirkətdə sanitar texniki vəziyyətin yoxlanılmasına nəzarət etmək;
• Sağlam və təhlükəsiz iş şəraitinin yaradılması üçün kompleks planların hazırlanmasını təşkil etmək;
• İşə qəbul edilənlərlə giriş təlimatı aparmaq və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərinin həll edilməsində köməklik göstərmək;
• İşçilərə təlim planına uyğun daxili təlimlər keçmək
• Şirkətdaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsini təmin etmək;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək;
• İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
• SƏTƏMM üzrə təlimatların hazırlanmasında iştirak etmək;
• İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək və önləyici tədbirləərin görülməsini təmin etmək;
• Yüksək gərginlikli elektrik xətlərində görülən işlərin elektrik təhlükəsizlik qaydalarına uyğun formada aparılmasına nəzarət
• Sifarişçinin SƏTƏMM nümayəndələri ilə daimi əlaqə yaratmaq və sifariçının SƏTƏMM nümayəndələri tərəfindən aşkar edilmiş uyğunsuzluqlara qarşı tədbirlər görmək.

Bu vəzifəyə müraciət etmək üçün e-mail ünvanının mövzu yerinə “SƏTƏMM üzrə mühəndis” yazmaqla setem@6-cimertebe.az / hr@6-cimertebe.az adreslərinə göndərə bilərsiz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

"İndi Market"-ə SATICILAR tələb olunur

Əmək haqqı: 500-550 AZN (NET)

İş qrafiki: 3 növbəli
Qeyd: Marketdə ən az 1 il satış sahəsi üzrə təcrübə mütləqdir.

Əlaqə: hr@indi.market və ya 051 232 60 36 (Whatsapp)
Uyğun namizədlər vakansiya adını qeyd edərərək CV-ni
hr@indi.market email ünvanına göndərə və ya qeyd edilən nömrəyə whatsapp message üzərindən CV və ya ad-soyad, yaş, iş təcrübəsilə bağlı məlumat qeyd edərək müraciət edə bilər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

11 ərazi üzrə SATICILAR tələb olunur

İşəgötürən: Ofisait mağazaları

Ərazi: (SƏDƏRƏK, SUMQAYIT, ŞAMAXİNKA, İNŞAATÇILAR, 28 MAY, NƏRİMANOV, ELMLƏR, NEFTÇİLƏR, XALQLAR, QARAYEV, BAKIXANOV)

-Yaş: 17-30; KİŞİ
-Mağazaya daxil olan müştəriləri gülərüz qarşılamaq;
-Məhsullar barədə müştəriyə dolğun məlumat vermək;
-Müştərilərin tələb və ehtiyaclarını müəyyən etmək;
-Mağazada satış etmək;
-6 günlük iş qrafiki;
-Əmək haqqı: 350 manat + bonus+ -Nahar ilə təmin edilmə;
-İş yeri: yaşadığınız ünvana yaxın aktiv vakansiyamız hansı filialımızda varsa ora yönləndirəcəyik.

Qeyd olunan tələblər sizin üçün uyğunursa daha ətraflı məlumat üçün 077 441 54 09 nömrəsinin whatsapı ilə əlaqə saxlaya bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

10 ərazi üzrə KİTABÇILAR tələb olunur

Ərazilər: (28 May, İnşaatçılar, Elmlər, Nərimanov, Sumqayıt, Sədərək, Neftçilər, Xalqlar, Qarayev, Bakıxanov)

İşəgötürən: İnci şirkətlər qrupu

-Əmək haqqı: müsahibə əsasında qeyd edilir;
-Nahar ilə təmin edilmə;

Tələblər və vəzifəsi:

-Ali və ya Orta təhsil;
-Yaş: 18-30;
-Kitab rəflərinin səliqəsinə nəzarət etmək;
-Anbara daxil olan malları düzgün və səliqəli şəkildə yerləşdirmək;
-Anbara daxil olan sifarişləri vaxtında hazırlamaq.
- 6 günlük iş qrafiki

-Ünvan:Mehdi Abbasov 13b(Qarayev mtrs yaxınlığı)

Tələblərimiz sizin üçün uyğundursa daha ətraflı məlumat üçün 077 441 54 09 nömrəsinin whatsapı ilə əlaqə saxlayın.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Marketoloq tələb olunur

İşəgötürən: Belart Group

Əməkhaqqı: 700-1200 azn (məbləğ müsahibə əsasında dəqiq müəyyənləşir).
Əlavə imkanlar: şəbəkənin filiallarında 20 % endirim

Namizədə aid tələblər:

Ali təhsil;
Marketinq sahəsində min. 2 il təcrübə;
Yaş həddi: 25-35; (Qadın və ya kişi)
Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü;
Kollektivlə ünsiyyət qurma bacarığı;
Analitik düşüncə qabiliyyəti;
Stresə davamlı, kommunikasiya qabiliyyətli, özünü inkişaf etdirməyə həvəsli olmalıdır;
Marketing və ya menecment sahəsində təhsil, hazırki trendlər haqqında məlumatlı olması üstünlükdür.

Vəzifə öhdəlikləri:

Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışların aparılması və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat verilməsi;
Marketinq strategiyasının qurulması, araşdırılmaların aparılması;
Məhsulun hədəf kütləsinə uyğun reklam kampaniyalarının hazırlanması və reklam kampaniyalarının effektivliyinin ölçülməsi;
Şirkətin marketinq ehtiyaclarını müəyyənləşdirilməsi, şirkətin marketinq və media strategiyalarının hazırlanmasında, konseptin formalaşdırılmasında iştirak;
Bazarın təhlili, mövcud rəqabət mühitinin analiz edilməsi;
Şirkətin yeni və mövcud layihələrinin inkişafı məqsədi ilə təkliflərin verilməsi və müvafiq istiqamətlər barəsində yeni layihələrin rəhbərliyə təqdim edilməsi;
Şirkətin reklam kampaniyalarının hazırlanmasıda iştirak və tədbiq edilməsinə nəzarətin edilməsi;
Öhdəliyində olan kampaniyaların hazırlanması və idarə edilmə prossesi barəsində rəhbərliyə hesabat hazırlanması.

İş qrafiki:

Həftə içi 5 gün saat 09:00-18:00,
Nahar şirkət tərəfindən verilir,
Korporativ nömrə (korporativ paket),

İş yerinin ünvanı: Təhsil Nazirliyinin yanı, Qarabağ küç 97a

Müraciət qaydası: CV və ya məlumatlarınızı rzayevazad.hospitality@gmail.com elektron ünvanına, və ya0502551116 nömrəsinə göndərə bilərsiz

Haqqında: Belart Group kofeşop şəbəkəsi

Müraciət üçün son tarix: 30.10.2024

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

ANBARDAR tələb olunur

İşəgötürən: Belart Group

Rəsmi əməkhaqqı: 700-1000 azn (məbləğ müsahibə əsasında dəqiq müəyyənləşir).
Əlavə imkanlar: şəbəkənin filiallarında 20 % endirim

Tələblər:
1) Namizəd: kişi və ya qadın
2) minimal 1 il iş təcrübəsi
3)1C, Clopos, World, Excel ve diger ofis proqramlarinda işləmə bacarığı
4) stresli vəziyyətlərdə özünü idarə etmə
5)işində məsuliyyətli
6) İş saatı: 10:00-19:00

Vəzifələr:
1) Gələn bütün məhsulları qəbul etmək, qaimələr və məhsullarla sistemə daxil etmə
2) Clopos proqramı üzərində işləmə
3) filiallarda aylıq inventarizasiya və sayımları təşkil etmək
4) maliyyə hesabatlarını Clopos üzərindən vermək
5) maya dəyərlərinə nəzarət etmək

İş yerinin ünvanı: Təhsil Nazirliyinin yanı, Qarabağ küç 97a

Müraciət qaydası: "ANBARDAR" qeyd edib CV və ya məlumatlarınızı rzayevazad.hospitality@gmail.com elektron ünvanına, və ya 0502551116 nömrəsinə göndərə bilərsiz

Haqqında: Belart Group kofeşop şəbəkəsi

Müraciət üçün son tarix: 30.10.2024

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Promouter tələb olunur

İşəgötürən: Sirab MMC

Əsas tələblər:

Vəzifə üzrə əmək haqqı: 700 manat
Minimum təhsil dərəcəsi: Orta;
Dil bilikləri: Azərbaycan – Əla;
Yaş həddi: 18 – 25;
Cinsi: Qadın;
Təcrübə: Satış və market sahəsində minimum 1 il iş təcrübəsi.
Gülərüz, səliqəli və xoş görünüşlü;
Yüksək təqdim etmə bacarığı.

İş vaxtının norması:

12:00-20:00
Faliyyət ofis xaricində olacaq, hər gün ofisə gəlinmir.
İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı).

Fərdi keyfiyyət göstəriciləri:
Kommunikasiya bacarığı;
Məsuliyyətlilik;
Operativlik;
Nəticə yönümlü;
Müştəri yönümlülük;
Komandada işləmək bacarığı.

İş barədə:

Təmsil etdiyi şirkətin məhsul və xidmətlərinin ən yaxşı şəkildə tanıdılması;
Satış nöqtələrində məhsulların rəfdə, soyuducuda mövcudluğunun və rəf payının təmin edilməsi;
Məhsulların vitrin və stok üzrə yoxlanması və mövcud olamayan məhsul haqqında satış təmsilçisinə məlumatın verilməsi;

Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Promouter” yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Biskvit fabrikinə QABLAŞDIRICILAR tələb olunur - 3 NÖVBƏLİ İŞ

Vakansiya: Qablaşdırıcı (istehsal sahəsi üzrə )

İşəgötürən: Konfirom MMC/Biskvit fabriki

Əmək haqqı: 400-530 manat ( növbədən aslı olaraq dəyişir)

Ünvan: Badamdar şosesi/Qurd Qapısı restoranı yaxınlığı
(Namizədin yaxın ərazilərdə yaşaması üstünlükdür)
Gecə növbəsi üçün servis xidməti

Tələblər:
Yalnız xanım namizədlər
Fiziki sağlam
Orta təhsil
20-45 yaş
Dəqiq və məsuliyyətli
Təcrübə tələb olunmur, iş öyrədilir. ( istehsal təcrübəsinin olması üstünlükdür)

Vəzifələr:
Qablaşdırılacaq məhsul üçün qutuları hazır vəziyyətə gətirir;
Hazır məhsulun standartlara uyğun olaraq qablaşdırılmasını həyata keçirir;
Rəhbərliyin verdiyi tapşırıqları dəqiq və vaxtında icra etmək;


3 növbəli iş qrafiki:
1-ci növbə 07:30-15:00(400azn)
2-ci növbə 15:00-23:00( 463azn)-aktivdir
3-cü növbə 23:00-07:30(530azn)-aktivdir
Əlavə imkanlar:
Yemək və forma şirkət tərəfindən təmin edilir.
Ödənişli məzuniyyət
AR Əmək Məcəlləsinə uyğun sənədləşmə

Müraciət qaydası: 055-515-47-53 , 012-502-54-77 nömrələri ilə əlaqə saxlaya və ya
jobs@konfirom.az mail adresinin mövzu qisminə "Qablaşdırıcı" yazaraq CV göndərə bilərsiniz.

Əlaqədar şəxs : Fatma xanım

Müraciət üçün son tarix: 20.10.2024

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

TANINMIŞ MAĞAZALAR ŞƏBƏKƏSİNƏ QADIN VƏ KİŞİ SATICILAR TƏLƏB OLUNUR

İşəgötürən: "VİB" MMC

İş barədə məlumat:
- Əmək haqqı 500-800 manat + satışdan bonuslar
- Geyim sektorunda kariyera inkişafı perspektivləri
- Satış texnikasi,məhsul ve merçendayzinq üzrə fərdi təlimlər
- Əlverişli iş qrafiki

Namizədə tələblər:
- Satış hədəflərinə çatdırmaq
- Yüksək xidmət və ünsiyyət qabiliyyəti vasitəsilə mağazaya müştəri loyallığını artırmaq
- Ünsiyyət qurmaq və inandırmaq bacarıqları

CV-nizi hr@vibltd.az e-mail adresinin mövzu hissəsində "satış məsləhətçisi" yazaraq göndərə bilərsiniz.

Qeyd edək ki, 1997-cİ ildə əsası qoyulan VİB MMC, pərakəndə satış şirkətlərindən biridir. VİB MMC, 20-dən çox geyim və ayaqqabı mağazalarını idarə edir. Şirkət lyuks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları (Euromoda, Gerry Weber, Ramsey, KİP, Faik Sönmez, FLO) təmsil edir.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

AVTO VƏ MOTO KURYERLƏR TƏLƏB OLUNUR

Pizza Mizza Restoranlar Şəbəkəsində Avto və moto kuryer vakansiyası aktivdir.

Namizədin şəxsi avtomobili və ya motosu olmalıdır

Yaş həddi: 18-50
İş qrafiki: 6 gün, iş saatı 10 saat , rəsmi işdir.
İş vaxtı: qrafikə əsaəsən, müxtəlif qrafiklidir
Əmək haqqı: 700 manat, lakin bonuslarla 1000-1200 manat ola bilər
Nahar və forma şirkət tərəfindən verilir.

Vəzifə öhdəlikləri:

- Sürücücülük vəsiqəsi olmalıdır
- Naviqatordan istifadə (WAZE) bacarığı
- Səliqəli görünüş (hər zaman üzü təraşlı)
- Danışıq və davranış qaydalarını bilməli
- Şirkət daxili qaydalara tam şəkildə riayət etmək
- Sifarişin vaxtında ünvana səliqəli və qüsursuz çatdırılması
- Hesabın düzgün verilməsi və qalığın müştəriyə qaytarılması
- Bukletlərin paylanılması

Müraciət etmək istəyən namizədlər 050-291-77-35 nömrəsi ilə whatsapp üzərindən əlaqə saxlaya bilərlər və ya https://pizzamizza.az/az/resume/ bu linkdən qeydiyyatdan keçə bilərsiz. Yaxud da hr@pizzamizza.az e-mail adresinə başlıq hissədə vakansiyanin adini qeyd etməklə müraciət edə bilərsiz

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SMM tələb olunur

JAVELİN PATİSSERİE komandasına kreativ, həvəsli, işini sevən Sosial Media Marketinq mütəxəssisi kimi fəaliyyət göstərəcək xanım namizəd axtarışındayıq.

ƏMƏK HAQQI: 1000 manat

Tələblər:

Ali təhsil (Marketinq üzrə olması üstünlükdür);

Minimum 1 il iş təcrübəsi;

Excell,Powerpoint bilmək;

Kreativlik, yaradıcılıq, punktuallıq;

Vəzifə öhdəlikləri:

Şirkətin Sosial media strategiyasını inkişaf etdirmək;

Video və foto çəkilişlər etmə bacarığı;

Video editləmə bacarığı;

Kreativ və maraqlı kontent hazırlamaq;

Sosial medianı idarə etməli(Instagram,tik-tok) və baş verən ən son dəyişikliklər haqqında daim xəbərdar olmaq;

Rəqiblərin aktivliyinin izləmək;

SMM təhlillərini aparmaq;

Səhifə üzrə hədəf kütləni təyin edərək reklam aksiyalarını həyata keçirmək;

Statistikanı izləmək;

Analitika əsasında alınan nəticələr üzrə kampaniyaları optimallaşdırmaq;

İŞ QRAFİKİ: 6 iş günü,1 gün istirahət,saat 12:00 dan 19:00 dək;

ADRES: Varovski,Qəzənfər Musabəyov/Rəsulzadə 21

Maraqlanan və göstəriciləri uyğun olan namizədlər "SMM" qeyd edib yegane.jafarzade@akabe.az mail ünvanına CV-lərini göndərə bilərlər.

Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Yüksək qazancınız ola biləcək asan ofis işi - Əmlak agenti tələb olunur

İşəgötürən: "Rich Estate Baku" əmlak Agentliyi

Vakansiya: Əmlak agenti

Yaş həddi:23 -45 Qadın və ya kişi (Səbrli və məsuliyyətli olması şərtdir)

Vəzifələri:

Əmlak şirkətində bazaya daxil edilən məlumatları (alqı-satqı) elan saytlarına yerləşdirərərk alıcılara təklif etmək.

Gəlir: Müştəri tərəfindən mənzillər, ofislər, obyektlər bəyənilərsə yüksək məbləğdə qazanc əldə edə bilərsiniz. Şirkət tərəfindən vasitəçilik xidməti üzrə alınan xidmət haqqı 50/50 bölünəcəkdir (50%-i agentə ödəniləcək, 50%-i şirkətə qalacaq).

Əgər yüsək qazanc əldə etmək istəyirsinzsə, aktiv və məsuliyyətli şəxsləri işə dəvət edirik.

Təminatlar:

Hər bir işçi öznəməxsus kompüter, öz iş stolu, abunə nömrəsi (aylıq) və digər şərait ilə təmin olunur. Onu da bildirək ki, iş öyrədilir. Asan ofisdaxili və rahat işdir.

Digər şərtlər:

- İş qrafiki 10.00-19.00-dək,

- Bazar günü istirahət.

Agentliyimiz rəsmi olaraq fəaliyyət görstərir.

İş yerinin ünvanı: Bakı, Xətai metrosu yaxınlığı, Afiyəddin Cəlilov küç. "Meqafan" Ticarət mərkəzi. 1 ci mərtəbə.

Müraciət qaydası: Maraqlanan şəxslər "Əmlak agenti" qeyd edərək 050 400 90 55 Whatsapp nömrəsinə yaza bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Targetoloq tələb olunur

İşəgötürən: Asthetik Lab Kosmetoloji Klinika

İş şəraiti:

Kreativlərin hazırlanması, reklamların tərtibi;
Reklam büdcəsinin hesablanması, media planlarının hazırlanması;
Hədəf auditoriyasının axtarışı və seqmentləşdirilməsi;
Xərclərin optimallaşdırılması üzərində işləmək;
fərziyyələrin seçilməsi və sınaqdan keçirilməsi;
Yeni iş alətlərinin tətbiqi;
Reklam kampaniyaları zamanı komanda ilə ünsiyyət.

Tələblərimiz:
Sosial şəbəkələrdə ünvanlı reklamların qurulması təcrübəsi;
Reklam kampaniyası analitikasının qurulması (utm teqləri);
Reklam kampaniyalarının effektivliyini artırmaq üçün xarici alətlərlə işləmək təcrübəsi (analiz edənlər/iddiaçılar);
Oxşar sahədə təcrübə üstünlükdür.

İş şəraiti:
Ali təhsil
Təcrübə: 3 ildən 5 ilə qədər
Yaş həddi: 22-35
Əmək haqqı: 1500 manat +
iş qrafiki: 10:00-dan 19:00-dək
iş həftəsi: 6/1
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq qeydiyyat

CV-nizi şəkil ilə birlikdə mövzu hissəsində “Targetoloq” qeyd etməklə hr@asthetiklab.com e-poçt ünvanına göndərin
Əlaqə: 055 900 9111


XXX XXXX XXX

Таргетолог
Клиника эстетической медицины и косметологии " Астетик Лаб " ищет нового сотрудника на позицию Таргетолога.
Чем предстоит заниматься:
Подготовка креативов, составление рекламных объявлений;
Расчет рекламного бюджета, подготовка медиа-планов;
Поиск и сегментирование целевой аудитории;
Работа над оптимизацией расходов;
Подбор и тестирование гипотез;
Внедрение новых инструментов работы;
Коммуникация с командой по мере ведения рекламных кампаний.

Наши требования:
Опыт настройки таргетированной рекламы в социальных сетях;
Настройка аналитики рекламной кампании (utm-метки);
Опыт работы с внешними инструментами повышения эффективности рекламных кампаний (парсерами / биддерами);
Опыт в аналогичной сфере будет преимуществом.

Условия работы:
Высшее образование
Стаж от 3 до 5 лет
Возраст от 22 до 35
З.п 1500+ АЗН
рабочий график: с 10.00 до 19.00
рабочая неделя: 6/1
оформление по ТК Азербайджанской Республики

Пожалуйста, отправьте свое резюме с фотографией на адрес электронной почты, указав в теме письма "Таргетолог"
Контакты : 055 900 9111
E-mail : hr@asthetiklab.com

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Qaynaqçı tələb olunur

İşəgötürən: Qartal Tikinti Firması

Əmək haqqı: Dəniz platformasında 20 iş gününə 1500 AZN, quruda 1 ay üçün 1200 AZN.

Tələblər:

Müasir qaynaq aparatıları işləməyi bacarmalıdır.
Metal konstruksiya və boru qaynağı (6G) işlərində ən azı 5 il iş təcrübəsi olmalı, qurğularda qaynaq işlərini sərbəst surətdə yerinə yetirməlidir;
İş Proseduru və Riski Dəyərləndirməni başa düşməli və tələbləri həyata keçirməlidir;
Qaynaq edərkən Qaynaq Prosedurunun tələblərinə uyğun işini qurmalı, qaynaq tikişlərini Qaynaq Prosedurunun Spesifikasiyasına (WPS) uyğun yerinə yetirməyi bacarmalıdır;
İşləri təhlükəsiz, keyfiyyətli və vaxtında yerinə yetirməli;
Sumqayıt şəhəri və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir;
Sağlamlıq haqqında arayış təqdim etməlidir.
İş haqqında məlumat:

Azərkimya İB-də, Ümid Babək Beynəlxalq Əməliyyat Şirkətinin qurudakı və dənizdəki obyektlərində metal konstruksiya və boru qaynaq işləri yerinə yetiriləcək;

İş şəraiti:

İş saatı 08:00-18:00-dək;
İstirahət günü - Bazar günləri (quruda); Normadan əlavə iş saatlarının dəyəri ödəniləcəkdir.
İş yerinə və geriyə daşınma Qartal Tikinti Firmasının nəqliyyat vasitəsilə yerinə yetiriləcəkdir.
İşlədiyi yerdə firma tərəfindən naharla təmin ediləcəkdir;
Dənizdə işləyən zaman, platformada gecələmək üçün otaq ayrılacaqdır və səhər, günorta və axşam yeməyi təmin ediləcəkdir.
İş görüləcək obyektlər: Azərkimya İB, Ümid -Babək Beynəlxalq Əməliyyat Şirkəti, Qartal Tikinti Firmasının istehsalat sexi.
Əlaqə vasitələri:

Əlaqə vasitələri: CV-nizi mövzu hissəsində “Qaynaqçı” yazmaqla qeyd edilmiş hr@qartal.az email ünvanına göndərin.

Əlaqə telefonu: 0102657035

Əlaqələndirici şəxs: Əli müəllim

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SÜRÜCÜ-KURYER tələb olunur

İşəgötürən: Meridian FF / Meridian_medical_dental

Avto nəqliyyat:
- İdarə olunacaq nəqliyyat vasitəsi – Lada Largus mexanik. ( Namizədlər mexaniki sürət qutusu olan avtomobilləri idarə etməkdə təcrübəyə malik olmalıdırlar)

- Yaş həddi: 22-50 yaş aralığında.

İş barədə məlumat

- Səliqə və məsuliyyət: Səliqəli və məsuliyyətli yanaşma, nəqliyyat vasitəsinin təmiz və saz vəziyyətdə saxlanması.
- Marşrut planlaması: Gündəlik təyin olunmuş marşrutlar üzrə idarəçilik və işin vaxtında yerinə yetirilməsi.
- .Yük və ya sərnişin daşınması: Şirkət ehtiyaclarına görə yük və ya sərnişinlərin təhlükəsiz və vaxtında təyinat yerinə çatdırılması.
- Avtomobilin vəziyyətinə nəzarət: Avtomobilin texniki vəziyyətini yoxlamaq, zəruri texniki xidmət və təmir üçün vaxtında xəbər vermək.
- Sənədləşmə: Sürücülük ilə bağlı zəruri sənədlərin düzgün tərtib olunması və saxlanılması.
-Təmizlik və qayğı: İdarə etdiyi nəqliyyat vasitəsinin daim təmiz və saz vəziyyətdə olmasını təmin etmək.
- Digər işlər: Şirkət tərəfindən təyin edilən əlavə tapşırıqları yerinə yetirmək.

İş qrafiki:
- 1-6 iş günü
- Gündəlik iş saatları: 09:00-dan - 18:00-dək
- 6 gunler 10:00-dan - 14:00-dək

Namizədə tələblər
- Sürücülük vəsiqəsi: B kateqoriyalı sürücülük vəsiqəsi.
- Təcrübə: Şəhər daxili və ya şəhərlərarası sürücülük üzrə ən azı 1-3 il iş təcrübəsi.
- Təhlükəsizlik qaydaları: Yol hərəkəti və təhlükəsizlik qaydalarına riayət etmək bacarığı.
- Texniki biliklər: Nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlama və saxlama bacarığı.
- Təcili hallar: Təcili hallarda çevik qərar qəbul etmək və təmkinli olmaq.
- Dürüstlük və etibarlılıq: İşində dürüst və etibarlı olmaq.

Namizədlər qeyd olunan tələblərə uyğun gəlməlidirlər və işə məsuliyyətlə yanaşmalıdırlar.

"SÜRÜCÜ-KURYER" qeyd edib işlə bağlı müraciətinizi meridian_dent@yahoo.com e-mail adresinə yaza bilərsiniz.


(050) 440-31-10

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SÜRÜCÜ tələb olunur

İşəgötürən: ELEM İnşaat

İş barədə məlumat

- Sifarişlərin ünvana çatdırılması
- İş qrafiki: 6 günlük
- İş saatı: 09:00-dan - 18:00-dək

Namizədə tələblər
- BC Kateqoriya
- Yük maşını (FOTON və BONG) sürməyi bacarmaq

"SÜRÜCÜ" qeyd edib işlə bağlı müraciətinizi tender2@elem.az e-mail adresinə göndərə bilərsiniz.


(055) 420-12-22

Читать полностью…
Subscribe to a channel