Satış Meneceri tələb olunur
İşəgötürən: EMPAT Psixologiya Mərkəzi
Maaş: Aylıq 700 AZN
Bonus: Fəaliyyətə görə 10% ixtiyari bonus
Maaş artımı: Fəaliyyətə görə bir ilin sonunda 20%-dək
İş yeri: EMPAT Psixologiya Mərkəzi, Nizami Küçəsi 48, Səbail Rayonu, Bakı
Məsuliyyətlər:
Satışların Həyata Keçirilməsi: Müştərilərin mərkəzimizin xidmətlərinə olan müraciətlərini cavablandırmaq və xidmətlərin satışını təmin etmək.
Klientlərin Profillərinin Saxlanılması: Marketinq strategiyalarını uyğunlaşdırmaq və xidmət göstərilməsini təkmilləşdirmək üçün müştərilərin satınalma tarixçələri və maraq dairələri kimi müxtəlif meyarları Microsoft Excel-də yığmaq.
Klientlərlə Daimi Ünsiyyətdə Olmaq: Whatsapp və Sosial Media kimi müxtəlif kanallar vasitəsilə müştərilərlə ünsiyyətdə olmaq.
Şikayətlərin İdarə Edilməsi: Müştəri rəylərini, şikayətlərini və sorğularını izləmək və idarə etmək. Klientlərin şikayətlərini şirin dillə həll etmək.
Tələblər:
Ali Təhsil: Minimum Bakalvr səviyyəsində.
İxtisas: İnformatika, Biznes Administrasiyası və ya Kompüter Elmləri arzuolunandır.
Keçmiş İş Təcrübəsi: CRM (Customer Relationship Management), Komputer Proqramlaşdırması, Satış, Data Analitikası, Bank işi və ya Siğorta kimi sahələrdə mövcud iş təcrübəsi arzuolunandır.
Vacib: Bu peşə çox yüksək səviyyədə kompüter bacarıqları tələb edir, xüsusiylə də Microsoft Excel üzrə. Ona görə də müraciətçilər intervyu zamanı Microsoft Excel üzrə bacarıqlarını göstərməli olacaqlar. Bu proqram üzrə bilik və bacarıq səviyyəsi aşağı və ya ortalama olanlar müraciət etməsinlər.
İş şərtləri:
İş günləri: I – IV və VI, VII günlər (istirahət günü cümə olacaqdır)
İş saatları: 10:00-dan 20:00-dək
Başlanğıc Tarixi: Oktyabrın 10-u
Müraciət etmək üçün, CV-zi hr@epm.az email adresinə Oktyabrın 5-dək göndərin. Yalnızca intervyuya çağırılacaq olan kandidatlara geri dönüş ediləcək.
📢 Aparıcı Auditor tələb olunur
İşəgötürən: Avrora" MMC
Əsas vəzifə öhdəlikləri:
· Təsdiq olunmuş İllik Audit Planına əsasən audit layihələrinin həyata keçirilməsi;
· Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyinin qiymətləndirilməsi;
· Audit layihəsi çərçivəsində tabeliyində olan əməkdaşların işinə nəzarət edilməsi;
· Audit layihəsinin nəticələri barədə hesabatın hazırlanmasında iştirak edilməsi;
· Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak edilməsi;
· Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurlarının həyata keçirilməsinin təmin edilməsi;
· Audit layihələri üzrə detallı hesabatların hazırlanması;
· Audit üzrə icmal, iş və vaxt bölgüsü hesabatının hazırlanmasında iştirak edilməsi;
· Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün hazırlanmış tədbirlər planının icrasının monitorinqinin keçirilməsi;
· Daxili Audit Departamentinin rəhbəri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi.
Tələb olunan bilik və bacarıqlar:
· Certified Internal Auditor (CIA) və ya ACCA üzrə sertifikatlar üstünlükdür;
· Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydlarını bilməli və tətbiqi təcrübəsi olmalı;
· Vergi Məcəlləsi üzrə biliklərin olması;
· Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
· Analitik düşünmə bacarığı;
· Ünsiyyət qurma bacarığı;
· Kompüter bilikləri: MS Windows məhsulları ilə işləmək bacarığı;
SAP üzrə biliklər.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
· Təhsil: Ali iqtisadi və ya hüquqi təhsil;
· İş təcrübəsi: Min. 3 il (Audit sahəsi üzrə);
· Dil Bilikləri: Azərbaycan dili (səlist yazılı və şifahi ünsiyyət), ingilis dili (arzuolunandır).
İş şərtlərimiz:
· İş qrafiki: Tam iş günü (5 gün);
· İş saatları: 08:00-17:00 və ya 09:00-18:00;
· Ezamiyyələrdə iştirak etmək imkanı;
· İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C.
Biz nə təklif edirik:
• Əmək bazarında rəqabətli əməkhaqqı;
• Peşəkar komanda mühiti;
• Şirkət hesabına korporativ nömrə;
• Könüllü tibbi sığorta;
• Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Aparıcı Auditor” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Energetika Bölmə müdiri tələb olunur
İşəgötürən: "Araz Supermarket" MMC
İş yeri: Məhəmmədi qəsəbəsi.
Vəzifə öhdəlikləri:
Təhkim olunmuş obyektlərdə mövcud elektrik təsərrüfatı avadanlıqlarının düzgün istismarı qaydalarını heyətə prosedurlar əsasında öyrətmək və xidmətin operativ, fasiləsiz aparılmasını təşkil etmək;
Gözlənilən və gözlənilməz iş rejimi şəraitində qərarların qəbul edilməsinə məsuliyyət daşımaq;
Fəaliyyətləri müşahidə etmək, qiymətləndirmək, müvafiq hesabatlar hazırlamaq və dəyişikliklər tələb etmək;
İş yerlərində səmərəliliyin artırılması, avadanlığın modernləşdirilməsi üzrə layihə və konstruktor sənədlərinə nəzarət etmək;
Podratçı təşkilatlar tərəfindən görülən işlərin tələblərə uyğunluğuna nəzarət etmək;
Müəssisənin gündəlik və gələcək inkişaf planlarının hazırlanmasında iştirak etmək və onların yerinə yetirilməsinə nəzarət və tələb etmək;
Elektirik enerji ehtiyatlarının sərf edilməsinin xüsusi normasını və enerji ehtiyatından səmərəli istifadə edilməsinə nəzarət etmək;
Əməkdaşların əmək və istismar intizamına riayət etməsinə nəzarət etmək;
Tələblər:
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il
Təhsil pilləsi: Ali təhsil
Təminatlar:
Nahar ilə təmin edilmə;
Servis;
"Energetika Bölmə müdiri" qeyd edib CV-nizi cv@avtlogistics.az e-mail adresinə göndərə bilərsiniz.
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
Fəhlə tələb olunur - NAHAR VƏ SERVİS ŞİRKƏTDƏN
İşəgötürən: "Mətanət A"
İş yeri: Masazır
- Servis mövcuddur: Sumqayıt, 20 Yanvar istiqamətindən
- Təcrübə vacib deyil.
- Əmək haqqı: 600 Manat-dan başlayaraq
- Şirkət hesabına nahar yeməyi
- İş qrafiki: Dəyişkən iş qrafiki, həftədə bir dəfə istirahət
- Yaş həddi: 22-45
Vəzifəsi:
- İstehsalat sahəsində verilən tapşırıqları yerinə yetirmək (Məs: yük doldurma, paketləmə, müxtəlif işlər üzrə)
- İstehsalat sahəsindəki gündəlik cari işləri yerinə yetirmək
- Texniki təhlükəsizlik qaydalarına əməl etmək
"İstehsal işçisi" qeyd edib işlə bağlı müraciətinizi 050 208 66 95 nömrənin Whatsapp-na yaza bilərsiniz.
Dry Clean Master (Quru Təmizləmə Ustası) tələb olunur - YÜKSƏK MAAŞ
İşəgötürən: NovaX MMC
Yaş həddi: 25-45
Namizəd: kişi və qadın
Vəzifəsi:
Quru Təmizləmədə müştərilərin gətirdikləri geyimlərin, ayaqqabıların xüsusi avadanlıqlarla təmizlənməsi
Qeyd: Təcrübəli
Əmək haqqı: 1200-1500 manat (minimal) (Bilik və bacarığı yüksək olduqda əmək haqqının yenidən müzakirə edə bilərik)
İş Qrafiki 09:00-20:00
"Dry Clean Master" qeyd edib işlə bağlı müraciətinizi support@novaxindustry.com e-mail adresinə və ya 0552236524 whatsaap nömrəsinə göndərə bilərsiniz.
Sizi komandamızda görməkdən məmnun olarıq!
Ünvan Kövkəb Səfərəliyeva 19A
ZƏNG MƏRKƏZİNƏ OPERATOR TƏLƏB OLUNUR
İşəgötürən: NovaX MMC
Yaş həddi: 25-45 - namizəd- qadın
VƏZİFƏSİ:
Müştərilərlə əlaqə saxlamaq, sorğuları cavablandırmaq və müştəri məmnuniyyətini artırmaq bacarığına malik olmalı.
Dil biliyi: Rus dilini bilməyi mütləqdir.
Qeyd: Təcrübəli
Əmək haqqı: 500-700 manat (Bilik və bacarığı yüksək olduqda əmək haqqının yenidən müzakirə edə bilərik)
İş Qrafiki: 09:00-20:00
"Call Center Operatoru" qeyd edib işlə bağlı müraciətinizi support@novaxindustry.com e-mail adresinə və ya 0552236524 whatsaap nömrəsinə göndərə bilərsiniz.
Ünvan Kövkəb Səfərəliyeva 19A
Gömrük üzrə mütəxəssis tələb olunur
İşəgötürən: “Agro-West DC MMC”
Öhdəliklər:
- AQTA və digər dövlət qurumlarından sertifikatların alınması prosesinin təşkil etmək;
- Gömrük prosedurları (qısa idxal, idxal, ixrac) üçün təqdim edilən sənədlərin və məlumatların düzgünlüyünün yoxlanılması, çatışmayan sənədlərin və məlumatların tələb edilməsi,
- Gömrük bəyannamələrinin (qısa idxal və əsas bəyannamə) tərtib edilməsi, portala işlənməsi, gömrük əməliyyatlarına nəzarət edilməsi, buraxılış alınaraq yüklərin müəssisə ərazisinə göndərilməsini təmin etmək,
- İdxal əməliyyatı üçün sənədlərin hazırlanması, tələb edilən sertifikat və icazələrin alınması, bəyannamənin tərtib edilməsi, gömrük prosesinə nəzarət edilməsi,
Tələblər:
- Təhsili/İxtisası: Ali təhsil(Qida Mühəndisliyi və.s əlaqədar ixtisaslar)
- Müvafiq sahə üzrə min 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan və Rus dili səlis bilməli;
- Kompüter bacarıqları: Microsoft Office (Excell, Word, Outlook,)- Yaxşı;
İşin təsviri:
5 günlük iş qrafiki/09:00-18:00
Əmək haqqı : 700-1000 AZN
Nahar şirkət tərəfindən qarşılanır
Telefon xərcləri şirkət tərəfindən qarşılanı
İş Şəraiti:
- İş qrafiki: 5 günlük (09:00-18:00)
- İş Saatı: 09:00-18:00
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
- Əmək Haqqı: 700-1000 AZN
- İş yeri:Bakıxanov qəs.Bəşir Bünyadov küç.
Tələblərə cavab verən namizədlər öz CV-lərini “ Gömrük üzrə mütəxəssis” başlığı ilə hr@agrowestdc.az elektron poçt ünvanına göndərə bilərlər.
MARKET MÜDİRİ tələb olunur
İşəgötürən: İndi Market MMC
-Əmək haqqı: 800-1000 AZN (NET);
İş şəraiti:
-Rəsmi əmək müqaviləsi bağlanılır;
-İş qrafiki: 6 günlük
Vəzifə Öhdəlikləri:
- Marketdə müvafiq bölmələr üzrə işçilərin iş rejiminə və davamiyyətinə nəzarət etmək;
- Rəflərdə olan məhsulların son istifadə tarixinin vaxtında yoxlanılmasına nəzarət etmək;
- Mal qalığına nəzarət etmək və ehtiyac olan malların qeydiyyatını aparıb sifariş verilməsini təşkil etmək;
- Malların qəbulunu təşkil etmək və inventarizasiya prosesində iştirak etmək.
- Yeni işə qəbul olan işçilərin təlimatlandırılmasında iştirak etmək
- Marketdə olan avadanlıqların düzgün istismar edilməsinə nəzarət etmək
- Marketdə təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət etmək.
Tələblər:
- Aparıcı vəzifələr üzrə 1 il iş təcrübəsi (marketlər şəbəkəsində mütləqdir);
- Rus dili biliyi (mütləqdir);
- Qastronom və südlük şöbələri üzrə məlumatlılıq;
- İdarəçilik qabiliyyəti;
- Komanda ilə işləmək bacarığı;
- Şəxslərarası ünsiyyət bacarıqları.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Market Müdiri” yazmaqla hr@indi.market elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Xadimə tələb olunur
İşəgötürən: Agro-Vest Retail MMC
Tələblər:
yaş-22-45, Namizəd: Qadın
iş təcrübəsi-fərq etmir,
Təhsil: Orta
Vəzifələr: Supermarket daxilində ümumi təmizlik və gigiyenanı təmin etmək
Ticarət zalında, iş otaqlarında, kassalar ətrafında və digər sahələrdə təmizlik işlərini
yerinə yetirmək
Zibil qutularını boşaltmaq və tullantıları düzgün şəkildə atmaq
Döşəmə, şüşə və digər səthləri səliqəli və təmiz saxlamaq
Əməkhaqqı: 400 manat
Əlavə imkanlar: nahar və həftəlik istirahət təmin edilir
Iş qrafiki: növbəli
İş yerinin ünvanı:
Əhmədli-Movida plazanın yanı
Masazır-Uğur Palace ilə üz-üzə,
Müraciət qaydası:
"Xadimə" qeyd edib işlə bağlı müraciətinizi 099 500 56 58 whatsapp nömrəsinə yaza bilərsiniz.
Müraciət üçün son tarix: 03.11.2024
Mühafizəçi tələb olunur
İşəgötürən: Agro-Vest Retail MMC
Tələblər:
Namizəd: Kişi
yaş-22-45,
iş təcrübəsi-təcrübəsi olanlara üstünlük verilir,
təhsil-orta
Vəzifələr: Supermarket daxilində təhlükəsizliyi təmin etmək və mülkiyyətin qorunmasına nəzarət etmək
Şübhəli davranışları və potensial təhlükələri müşahidə edərək vaxtında tədbir görmək
Məhsul oğurluğunun qarşısını almaq üçün mağaza ərazisində patrul etmək və müşahidə
aparmaq
Əmək haqqı: 500 manat
Əlavə imkanlar: Nahar və həftəlik istirahət təmin edilir
Iş qrafiki: Növbəli
İş yerinin ünvanı: Masazır-Uğur Palace ilə üz-üzə
Müraciət qaydası:
"Mühafizəçi " qeyd edib işlə bağlı müraciətiniz 099 500 56 58 nömrənin whatsapp-na yaza bilərsiniz.
Müraciət üçün son tarix: 03.11.2024
DƏRZİLƏR TƏLƏB OLUNUR
İşəgötürən: NovaX MMC
Quru Təmizləmə şirkətinə bacarıqlı və təcrübəli dərzilər tələb olunur
Yaş həddi: 25-45
Namizəd: kişi və qadın
Qeyd: Təcrübəli
Əmək haqqı: 600-900 manat (Bilik və bacarığı yüksək olduqda əmək haqqının yenidən müzakirə edə bilərik)
İş Qrafiki 09:00-20:00
"DƏRZİ" qeyd edib işlə bağlı müraciətinizi support@novaxindustry.com e-mail adresinə və ya 0552236524 whatsaap nömrəsinə göndərə bilərsiniz.
Sizi komandamızda görməkdən məmnun olarıq!
Ünvan Kövkəb Səfərəliyeva 19A
Elektrik ustaları tələb olunur
İşəgötürən: Tecnocon texnologiya və mühəndislik şirkəti
Vəzifə öhdəlikləri:
• Elektrik ve Zəif axın sistemləri üçün uyğun komponentləri, cihazları və avadanlıqları seçmək və montaj etmək;
• Zəif axın və yanğın xəttlərini çəkmək;
• Layihəyə uyğunluğu təmin etmək;
• Proseslərin müvafiq təhlükəsizlik standartlarına və normativ tələblərə uyğun olmasını təmin etmək;
• Layihənin uyğunluğunu təsdiqləmək üçün zəif axın sistemlərinin sınağını və simulyasiyasını həyata keçirmək;
• Layihə menecerləri, proqram mühəndisləri və texniklər də daxil olmaqla, çoxşaxəli komandalarla sıx əməkdaşlıq etmək;
• Elektrik cihazlarının təmiri və yoxlanılmasını icra etmək;
• Elektrik işlərinin normativ qaydalara uyğun və düzgün aparmaq;
• Kabel sistemlərinin quraşdırılmasını, təmirini və istismarını həyata keçirmək;
• Elektrik avadanlıqlarının quraşdırmaq;
• Elektrik sistemlərinin sınaqdan keçirmək;
• Dayanma və xarab olmaların qarşısının alınması üçün cari təmir və texniki qulluq cədvəlini tərtib etmək və nəzarətdə
saxlamaq;
• Prossesdəki dəyişiklikləri analiz etmək, anomaliyalar halında hesabat vermək, anormallıqların düzəldilməsi üçün səbəb araşdırması həyata keçirməli.
• Pozulmaları müəyyən etmək və nəzarət ölçü cihazlarını sazlama
Tələblər:
• Analoji sahədə minimum 2 il iş təcrübəsi mütləqdir;
• Zəif orta axım, torpaqlama, işıqlandırma, hesablama, güc sistemləri üzrə biliklərə malik olmalı;
İş şərtləri:
• 6 günlük iş rejimi,
• Rəsmi Əmək muqaviləsi
• Əmək haqqı 1000 Manat
• Ezamiyyət zamanı bütün zəruri yaşayıs şərtləri təmin edilməklə əmək haqqına 30% əlavə
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV -lərini a.mammadov@tecnocon.az elektron ünvanına
Subject/Mövzu hissəsində ``Elektrik ve Zəif axın işləri üzrə usta`` qeyd etməklə Və ya 0102307429 Whatsapp nömrəsinə göndərə bilərlər.
Tecnocon texnologiya və mühəndislik sahəsində müştərilərə ən innovativ və effektiv həlləri təklif edən bir şirkətdir.
Logistika Mərkəzinə işçilər axtarılır
İşəgötürən: Absheron Logistics Center / Abşeron Logistika Mərkəzi
VƏZİFƏLƏR:
1. Sənədləşdirmə üzrə təcrübəçi (rus dili ən az B1 səviyyə)
2. Mühafizəçi
3. Fəhlə (ərazi)
4. Xadimə (ərazi)
Ətraflı məlumat üçün 010 232 21 50 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.Maraqlanan namizədlər CV-lərini cv@absheronport.az elektron ünvanına göndərə bilərlər.Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.
Korporativ satış üzrə menecer tələb olunur
İşəgötürən: “BİZ-İM LAB” MMC
Tələblər:
1.Ali təhsilli; (İqtisadiyyat, Biznes, Marketinq, Menecment ixtisaslarının məzunlarına üstünlük veriləcək).
2.Satış (Korporativ satış) sahəsi üzrə 2 ildən artıq iş təcrübəsi;
3.Müştərilərlə yüksək kommunikasiya qurmaq, diqqətli və səbrli davranış bacarığı;
4.Məhsulları/xidmətləri yüksək səviyyədə təqdim etmək və izah etmək bacarığı;
5.Komandada işləmək bacarığı;
6.Dil bilikləri: Azərbaycan, Rus dilləri – səlis, İngilis dili – arzuolunandır;
7.MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
8.Yaş həddi: 23-40;
9.Xoş görünüşlü, səliqəli olması mütləqdir;
Vəzifələr:
1.Mövcud bazarı analiz edib müştəri ehtiyaclarını öyrənmək;
2.Şirkətin təqdim etdiyi xidmətlərə uyğun inkişaf konseptini hazırlamaq;
3.Yeni korporativ müştərilər cəlb etmək və mövcud muştərilərlə uzunmüddətli əlaqələr qurmaq;
4.Satış fəaliyyəti planını hazırlamaq və rəhbərliklə təsdiqləmək;
5.Müştərilərə individual qaydada tələbatlarına uyğun olaraq təqdimatlar hazırlamaq və komanda ilə təstiqləmək;
6.Satış kanalları üzərindən işgüzar əlaqələr qurmaq, daxil olan müraciətləri vaxtında cavablandırmaq;
7.İşgüzar görüşlərdə həftəlik təsdiqlənmiş planla iştirak etmək və nəticələr haqqında həftəlik hesabat vermək;
8.Məmnuniyyəti artırmaq üçün müştəri problemlərinin və şikayətlərinin həllini qısa zamanda icra etmək;
9.Rəhbərliyə görülmüş işlərlə bağlı cədvəl hesabatı hər həftə təqdim etmək.
İş şəraiti haqqında məlumat:
1.İş günləri: Bazar ertəsi – Cümə
2.İş qrafiki: 10:00-18:00
3.Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə prosesi
4.Əmək haqqı 1000-1200 manat (+ satışdan bonus), namizədin bilik və bacarığlarına, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsinə əsasən görüş zamanı müəyyən ediləcək.
5.Ünvan: CİTY POİNT, Cəlil Məmmədquluzadə 102 A
"Korporativ satış üzrə menecer" qeyd etməklə, CV-nizi info@bizimlab.az elektron ünvanına göndərə bilərsiniz!
Müraciət üçün son tarix: 03.11.2024
Haqqımızda:
“Business Improvement” ifadəsi ilə çıxdığımız bu yolda məqsədimiz məhsul və ya xidmət satışı edən şirkətlərə marketinq,maliyyə,İR sahələrdə müxtəlif adda xidmət təklif etməkdir.
Müştərilərimizə keyfiyyətli xidmət göstərməklə onların gündəlik iş həyatında qarşılaşdığı problemləri həll edir,konsultasiyalar veririk.
SÜRÜCÜ ve Sürücü kömekçiləri tələb olunur
İşəgötürən: Şam-Fi» şirkəti
Lökbatan filialı və Ağ şəhər filialı üçün sürücü və sürücü köməkçiləri tələb olunur.
İşin təsviri: Nəzərdə tutulan məntəqələrə məhsulların çatdırılması və məhsulların təhvil verilməsinə köməklik göstərilməsi, fakturaların ofisə çatdırılması.
İş haqqında sürücü üçün:
Əmək haqqı: 700 (ilk ay), növbəti aydan 700-1000 AZN
Yaş həddi: 22-50
Əsas tələb: İSUZU markalı yük maşını sürməyi bacarmalı və BC kateqoriyasının olması
2 . Sürücü köməkçisi
İş haqqında sürücü köməkçiləri üçün:
Əmək haqqı: 500 manat
İş qrafiki (sürücü və sürücü köməkçiləri üçün)-Həftədə 5 gün( bazar, bazar ertesi istirahet)
İş saatı: Lökbatan filialı saat 08:00 , Ağ şəhər filialı saat 07:00 başlayır.
Ünvan: Lökbatan filiali( Meyveli kruqu ), Ağ şəhər filialı ( AFFA-nın yaxınlığı)
Əlaqə nömrəsi: 051 206 60 68 və ya 051 233 66 60 (whatsapp üzerinden sürücü və ya sürücü köməkçisi yazaraq müraciət edə bilərlər).
Lombarda xanım işci dəvət olunur - İŞ ÖYRƏDİLƏCƏK
İşə götürən: “RM Lombard”
-Vəzifə: Kredit mütəxəssisi
-Təhsil:Ali (orta ixtisas)
-Yaş aralığı-22-30
-Əmək haqqı: 450 manat (Artan maaş)
- İş rejimi: 1-6-ci günlər saat-09:00-18:30.
İş barədə məlumat:
- Müştərilərə kredit məhsulları haqqında məlumat vermək.
- Kredit müraciətlərin qəbulu və analizi. Rəhbərliyin tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək.
Tələb olunan bilik və bacarıqlar:
-Kompüter üzrə bilik mütləqdir!
-Ofis proqramlarını (Excel, Microsoft Word) bilməlidir,
-Ünsiyyət qurmaq bacarığı,
-Riyazi hesablama bacarığı,
-İşgüzar və tez qavrama bacarığı.
Qeyd-tələbələr qəbul olunmur
Vakansiya şərtlərinə uyğun olan xanımlar Şəkilli CV-sini rm.lombard@mail.ru e-mail adresinin mövzu hissəsində "Kredit Mütəxəssisi" qeyd edərək müraciət edə bilərlər.
Ünvan:
Baş ofis-Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəs.
Azadlıq metrosu cıxışı, Süleyman Sani Axhundov.
Texniki nəzarət üzrə mühəndis tələb olunur
İşəgötürən: "Euroline" QSC
Vəzifə öhdəlikləri:
Tikintinin gedişatı zamanı müxtəlif işlərin (elektromontaj,sanitar və s.) icra edilməsininin keyfiyyətinə nəzarət edir;
Nəzarətin nəticələri uzrə qeydlər aparır;Nəzarət nəticəsində üzə çıxan uyğunsuzluqlar haqqında layihənin iş icraçısına məlumat verir;
Təşkilatın layihələrinin icrası zamanı baş verən çətinlik və uğursuzluqların(geciktirmə,keyfiyyətin aşağı düşməsi və s.) səbəblərini, layihə obyektlərinin istismarı haqqında məlumatları analiz edir;
Başa çatmış tikinti-montaj işlərinin qeydini aparır;
Ümumi tikinti planının icrası haqqında hesabat üçün lazım olan məlumatları hazırlayır;
Ortaya çıxan nöqsanları aradan qaldırmaq üçün tədbirlər görür;
Tikinti təşkilatları tərəfindən nöqsanların aradan qadırılmasının keyfiyyətinə nəzarət edir;
Tikinti-montaj işlərinin icrasını,podratçı təşkilatlardan başa çatmış işlərin qəbulunu,başa çatmış tikinti-montaj işlərin və obyektlərin qəbulunu həyata keçirir,lazımi texniki sənədləşməni tərtib edir;
Tikinti zamanı üzə çıxan layihə üzrə qərar dəyişikliklərin müzakirə və razılaşdırılmasında,tikinti obyektlərinin qəbul və istismarını həyata keçirən komissiyada iştirak edir:
Vəzifə üzrə tələblər və biliklər:
Tikinti obyektinin idarə olunmasının, planlaşdırılması işləri,tikinti texnologiyasını, qabaqcıl yerli və xarici metodiki materialları, tikintinin norma və qaydalarını.
Layihə-smeta və digər texniki sənədlərin hazırlanma və sənədləşdirmə, aparılan tikinti işlərinin qeydlərinin tutulması və hesabatın hazırlanması qaydalarını;
Tikinti sahəsində olan istehsal avadanlıqlarını, onların istismar qaydalarını;
Ali texniki təhsil (mülki tikinti, inşaat mühəndisliyi,inşaat və texnologiya və başqa uyğun ixtisaslar)
Müvafiq sahə üzrə 3 ildən yuxarı iş təcrübəsi.
Microsoft Office, AutoCad,
Əlavə məlumat:
İş qrafiki: Tam iş günü ( 6 gün );
Korporativ nömrə (korporativ paket);
Əmək haqqı: namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir.
Tələblərə uyğun şəxslər CV-lərini hr@eurolineqsc.com elektron poçt ünvanına mövzu hissəsinə “Texniki nəzarət üzrə mühəndis” yazaraq göndərə bilərlər.
Smeta mühəndisi tələb olunur
İşəgötürən: "Euroline" QSC
Vəzifə və öhdəliklər:
Verilmiş layihələrə əsasən Tikinti Norma və Qaydaların tələblərinə uyğun smetaların hazırlanması.
Layihə və smeta sənədlərinə uyğun material, invertar, işçilik, maşın – mexanizm və s. xərclərinin hesablanması.
Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
Texniki hesabatların yoxlanılması (Forma 2, Forma 3, Xərc analizi);
Vəzifə üzrə tələblər:
Biliklər:
Ali təhsil (İnşaat mühəndisi);
Layihə smeta işlərinin hazırlanması üçün hüquqi-normativ sənədlərlə işləmə bacarığı;
Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını; müvafiq qanunvericilik aktları və normalarını bilmək;
Ünsiyyət və komandada işləmək bacarıqları;
Məsuliyyətli və dəqiq olmalı;
Detallara diqqət yetirməyi bacarmalı
Dil bilikləri: azərbaycan dili əla, ingilis dili arzu olunandı;
Microsoft Office, AutoCad,
Müvafiq sahə üzrə 5 ildən yuxarı iş təcrübəsi.
Əlavə məlumat:
İş qrafiki: 6 günlük,
Korporativ nömrə (korporativ paket),
Əmək haqqı: (namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir)
Tələblərə uyğun şəxslər CV-lərini hr@euroline.com elektron poçt ünvanına mövzu hissəsinə “Smeta mühəndisi” yazaraq göndərə bilərlər.
İngilis dili Müəllimi tələb olunur
İşəgötürən: Turan Tədris Mərkəzi
Əmək haqqı: 700 manat +Bonus (Təcrübədən aslı olaraq əmək haqqı müzakirə oluna bilər)
İş qrafiki:
6 gün (İş qrafikini danış əsasında razılaşa bilərik )
Nahar fasiləsi
Yaş həddi: 22-45; Namizəd- Qadın və ya kişi
Təcrübə: min 1il
Vəzifəsi:
- DİM proqramı istiqamətində dərsləri təşkil etmək
- General English dilində tədris bacarığı
- Kurs təcrübəsinin olması mütləqdir
Tələblər :
İşə uyğun pedaqoji biliklər
Yüksək ünsiyyət qabiliyyəti
Məsuliyyət ən əsas tələbimizdir
(Tələbələr qəbul edilmir )
Ünvan: Bayıl qəsəbəsi, Bayıldım restoranının yaxınlığı (Əhəd Yaqubov küçəsi 9, Bayıl ərazisi- Yarat incəsənət mərkəzi ilə üzbəüz) Bayıl ərazisində və ya nisbətən yaxın ərazidə yaşayan üstünlük verilir.
(Xahiş edirəm uzaqda yaşayanlar, Həzi Aslanov , Əhmədli , Xırdalan və s. cv atmasın, Çünki müəyyən vaxt işlədikdən sonra yol problemi yaranmağa başlayır)
Müraciət qaydası: "İngilis dili" qeyd edib CV-nizi 051 310 66 62 , 055 445 82 45 nömrələrin WhatsApp-na göndərə bilərsiniz.
ÜTÜCÜ tələb olunur
İşəgötürən: NovaX MMC
Yaş həddi: 25-45
Namizəd: kişi və qadın
Vəzifəsi:
Yüksək keyfiyyətlə ütü işlərini icra edə bilən, diqqətli və səliqəli mütəxəssis
Qeyd: Təcrübəli
Əmək haqqı: 800-1200 manat (Bilik və bacarığı yüksək olduqda əmək haqqının yenidən müzakirə edə bilərik)
İş Qrafiki 09:00-20:00
"ÜTÜCÜ" qeyd edib işlə bağlı müraciətinizi support@novaxindustry.com e-mail adresinə və ya 0552236524 whatsaap nömrəsinə göndərə bilərsiniz.
Sizi komandamızda görməkdən məmnun olarıq!
Ünvan Kövkəb Səfərəliyeva 19A
Qadın menecer tələb olunur
İşəgötürən: Azəri Nord MMC
Tələblər:
Yaş həddi: 25-35 yaş
Kompyuter biliklər Exell,World
Əmək haqqı: 500 manat
İş şəraiti:
İş qrafiki: 1-5 gün 09:00-18:00;
Şənbə günü: 09:00- 14:00
Ünvan: Sədərək Ticarət Mərkəzi
"Menecer" qeyd edib CV-nizi azerinord.2018@mail.ru e-mail adresinə göndərə bilərsiniz.
Mağaza Müdiri tələb olunur - KİŞİLƏR MÜRACİƏT ETMƏSİN
İşəgötürən: Papito Kids
İş barədə məlumat:
- Mağaza heyyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
- Çalışdığı mağazanın müəyyən olunmuş vaxtda açılıb-bağlanmasına nəzarət edilməsi;
- Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;
- Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;
- Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;
- Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim olunması;
- Şirkətin təşkil etdiyi təlim və treninqlərdə iştirak etməsi;
Tələblər:
- Ali təhsil
- Satış sahəsində və müvafiq vəzifədə ən azı 2 il təcrübə;
- Səlis Azərbaycan və Rus dili (arzu olunandır);
- Kompüter bilikləri (MS Office)
- Mükəmməl analitik və təhlil etmə bacarığı;
- İşgüzar davranış etikası;
- Güclü komanda rəhbərliyi, ünsiyyət və problem həll etmə bacarığı;
- Yaş həddi: 30-45 Qadın
İş şəraiti:
- İş günləri: 6 gün iş, 1 gün istirahət;
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
- Şirkət daxili təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi imkanı;
- Satış sahəsində nailiyyətlərə görə bonuslar.
Müraciət etmək üçün "Mağaza Müdiri" qeyd edib CV-niz career@papitokids.shop mail ünvanına və ya 055 638-11-71 göndərər bilərsiz
TƏCİLİ şirkətə Fəhlələr tələb olunur
İşəgötürən: Sham-Fi International Trading Company - Şam Fi
İş yerləri: Xətai rayonu 8 noyabr prospekti və Lökbatan qəs
Servis xidməti mövcuddur
İşin təsviri:
Qida məhsullarının yük maşınlarına yüklənməsi
Əmək haqqı: 500-600 manat
Nahar şirkət tərəfindən verilir.
Yaş həddi: 20-50
İş qrafiki: 3 növbəli
051 233 66 60 Whatsapp nömrəsinə "Fəhlə" yazaraq müraciət edə bilərsiniz
Satıcı-Kassir tələb olunur
İşəgötürən: Agro-Vest Retail MMC
Tələblər:
yaş həddi: -22-45, Namizəd: Qadın və ya kişi
iş təcrübəsi-təcrübəsiz,
təhsil-Orta
Vəzifələr: Məhsulların vitrində səliqəli şəkildə düzülməsini və təqdimatını təmin etmək
Müştərilərə məhsul seçimində kömək etmək və suallarını cavablandırmaq.
Kassir vəzifəsi üzrə isə müştərilərin aldıqları məhsulları kassadan keçirmək və ödənişləri
qəbul etmək (nağd və ya kartla).
Əməkhaqqı: 400-500 azn
Əlavə imkanlar: nahar və həftəlik istirahət təmin edilir
Iş qrafiki: Növbəli
İş yerinin ünvanı:
Yeni Ramana-90-№ li orta məktəbin yanı
Əhmədli-Movida plazanın yanı
Hövsan-Giriş
Bakıxanov-4 saylı asan xidmətin yanı
Masazır-Uğur Palace ilə üz-üzə
Müraciət qaydası:
"SATICI- KASSİR" qeyd edib işlə bağlı müraciətinizi 099 500 56 58 whatsappnömrəsinə yaza bilərsiniz.
Müraciət üçün son tarix: 03.11.2024
ŞİRKƏTƏ 5 VƏZİFƏ ÜZRƏ İŞÇİLƏR AXTARILIR
İşəgötürən: AZCD Group CSJC
➡️ 1. Smeta mühəndisi
➡️2. Planlama mühəndisi
➡️3. Həcmlər üzrə mühəndis
➡️4. Xərclərə nəzarət mühəndisi
➡️5. Texniki ofis mühəndisi
🏢 İş yeri: Bakı şəhəri
🕗 Həftə içi 5 gün, 09.00-18.00
💰 Əmək haqqı: Rəqabətə davamlı
CV-nizi 📩 talent@azcdgroup.com e-mail adresinin mövzu hissəsinə vakansiyanın adını qeyd edərək müraciət edə bilərsiniz. talent@azcdgroup.com
Şirkət bina və qurğuların tikinti quraşdırma və eləcə də təmir işlərini həyata keçirir.
Satış təmsilçiləri tələb olunur
İşəgötürən: LƏZZƏT AA MMC
Müəssisə Buzovna qəsəbəsində yerləşir. Servis yoxdur.
Şirniyyat sektorunda satış təmsilçisi kimi təcrübəsi olan və yaxın ərazidə yaşayan namizədlərin müraciət etmələri xahiş olunur.
Əmək haqqı: 800-1000 (500 Azn + Satışdan bonus)
Yaş: 25- 35 Kişi/Qadın
Satış üzrə iş təcrübəsi - 1 il
Ciddi, səliqəli və məsuliyyətli
Normal riyazi bilikli
Müştərilərlə ünsiyyət bacarığı
Vəzifəsi:
- Satış hədəflərini vaxtlı vaxtında icra etmək
- Təyinat məntəqələrini vaxtında ziyarət etmək
- Şirkəti düzgün təmsil etmək, etik qaydalar və şirkətin dəyər və prinsiplərinə uyğun davranmaq.
- Satışla bağlı rəhbərliyin tapşırdığı digər vəzifələr və öhdəlikləri icra etmək.
- İş qrafiki : 6 gün, 08:00-dan 18:00-dək
- İstirahət günü: Bazar
"Satış təmsilçi" qeyd edib işlə bağlı müraciətinizi 055 505 86 11 nömrənin Whatsapp-na yaza bilərsiniz.
satıcı
Gimnastika müəllimi tələb olunur
İşəgötürən: İncəsənət və Bilik Mərkəzi
Tələblər:
• Fərdi və qrup dərslərini icra etmə bacarığı və dərs zamani usaqlarin təhlukəsizliyinin təmin edilməsi
• Fərqli yaş aralıqlarında olan uşaqlarla işləmə bacarığı
• Şagirdlər ilə peşəkar şəkildə, pozitiv və effektli ünisyyət bacarıqları
• İxtisas üzrə ən azı 2 il iş təcrübəsi
• kollektivlə işləmə bacarığı
Namizədi seçimlərdə fərqləndirən üstünlüklər:
• Rus dili biliyi
• Sahə üzrə iş təcrübəsi
Namizəddən tələblər:
Aidiyatti sahədə 2 il iş təcrübəsi
Müxtəlif yaş və səviyyələrdə olan tələbələrə dərs vermək bacarığı
Kommunikasiya, təşviq, liderlik və yaradıcılıq bacarıqları
Əməkdaşlıq və komanda işi bacarıqları
Cinsi : xanım və bəy
Müraciət qaydası:
Yalnız tələblərə cavab verən namizədlərin başlıqda vakansiya adını "Gimnastika müəllimi" , mətndə əmək haqqı gözləntisini qeyd etməklə CV formalarını info@ibm.edu.az ünvanına göndərmələri xahiş olunur.
OYUNCAQ MAĞAZALAR ŞƏBƏKƏSİNƏ İŞÇİLƏR AXTARILIR
İşəgötürən: Supertoys oyuncaq mağazaları
1. Animator-Kuryer - 18-25 yaş kişi namizəd
(Badamdar, Gənclik, Nərimanov)
Əmək haqqı: 600 AZN+ Bonus (750-850azn)
2. Merçendayzer -18-35 yaş qadın namizəd
Əmək haqqı: : 600-800 azn
3. Kassir - 20-30 yaş qadın namizəd
Əmək haqqı: 500 manat + Bonus
4. Sayım üzrə mütəxəssis İş yeri : Sədərək Ticarət Mərkəzi;
- Əmək haqqı 700-800AZN;
İş barədə məlumat:
- Sayım keçirilmiş mağazalarda anbar tərəfindən göndərilən sənədlərin və mağaza tərəfindən işlənilən sənədlərin qarşılaşdırılmasını icra etmək;
- MS Office proqramlarını yaxşı bilməli (xüsusilə excel)
5. SMM- Story & Reels Maker
Əmək haqqı: 600 Manat
Sizə uyğun vəzifənin adını qeyd edib Şəkilli CV-nizi hr@supertoys.az e-mail adresinə və ya 055-220-23-72 whatsapp nömrəsinə göndərə bilərsiniz.
Avtokar Sürücüsü tələb olunur
İşəgötürən: Kartaş LTD (Mr.Fix)
İş yeri: Sumqayıt(Kimya Sənaye Parkı) və ya Xırdalan şəhəri (Binəqədi yolu).
Vəzifə öhdəlikləri:
Yüklərin təhlükəsiz şəkildə anbarda rəflərə yerləşdirilməsi;
Məhsulların yük avtomobillərinə təhlükəsiz yerləşdirilməsi;
Digər yükləmə işlərinin həyata keçirilməsi;
İdarə etdiyi texnikanın işə başlamadan öncə texniki təhlükəsizlik qaydalarına əsasən yoxlanması, sazlığına nəzarət;
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etməsi;
Daxili Əmək İntizam Qaydalarına riayət etməsi.
Namizədlərə tələblər:
Yaş həddi 25-50 (bəy namizədlər)
Avtokar üzrə 3 il iş təcrübəsi
Müvafiq sürücülük vəsiqəsi
Məsuliyyətli, kollektivdə işləmək və ünsiyyət bacarığı.
Sumqayıt, Xırdalan şəhəri və ona yaxin ərazilərdə yaşayan namizədlərə üstünlük verilir.
İş rejimi:
İş vaxtı: 08:00 – 20:00 və 20:00-08:00
İş qrafiki: iş növbəlidir, aya 15 və ya 16 növbə
Şirkət tərəfindən naharla təmin edilmə
Sınaq müddətindən sonra özəl tibbi sığorta
Əmək haqqı 800 AZN GROSS
Vakansiya ilə maraqlanan şəxslər (010)256-87-99 nömrəsi ilə əlaqə saxlaya bilər.Və ya öz CV-ni qeyd edilmiş hr@mrfix.az elektron mail ünvanına mövzu yerində “Avtokar sürücüsü” yazaraq göndərə bilərlər.
Əczaçı tələb olunur
İşəgötürən: AzəriMed QSC
Vəzifə öhdəlikləri:
Müştərilərə məhsul seçimində köməklik göstərmək;
Dərman preparatları və tibbi ləvazimatların satış prosesini həyata keçirmək;
Aptekə daxil olan malları yoxlamaq, tərkiblərinə uyğun və tələb olunan qaydada yerləşdirmək;
Dərmanların saxlanılma şəraitinə mütəmadi olaraq diqqət yetirmək;
Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət etmək;
Sifarişi dəqiq və vaxtında yerinə yetirmək.
İş şəraiti:
İş qrafiki: Növbəli
Əmək haqqı: 400-600 AZN. Bonus sistemi mövcuddur.
Tələblər:
Təhsil: Tibb təhsili (Ali və ya orta ixtisas);
Təcrübə: Müvafiq sahədə iş təcrübəsi üstünlükdür;
Kompüter bilikləri: MS ofis proqramlarını (Word, Excel) orta səviyyədə bilməlidir.
Əlavə suallar üçün 055-455-58-71 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.