azvakaz | Unsorted

Telegram-канал azvakaz - AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

48828

Azərbaycanda vakansiyalar, iş elanları Ödənişli iş elanı yayımı üçün: @AzVak_elan ya elan@azvak.az Əlaqə: 051 343 73 07 AzVak kanalı elanların məzmununa, həmçinin işaxtaran və işəgötürən arasında danışıqlara və razılaşmalara görə məsuliyyət daşımır.

Subscribe to a channel

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Nərimanov (Montin, Çapayev), 28 May, İnqilab, Gənclik ərazilərinə KASSİR-SATICILAR tələb olunur

İşəgötürən: Araz Supermarket MMC

İş yeri: BAKİ ərazisi. Vacib erazilər: Nərimanov (Montin, Çapayev), 28 May, İnqilab, Gənclik və s.

Vəzifə öhdəlikləri:
-Satıcı-vitrin səliqəsinə ve satışına nəzarət.
-Kassir -Kassa əməliyyatlarının icrası
-Müştəri məmnuniyyətinə dəstək olmaq

Tələb olunan bilik və bacarıqlar:
- Təhsil: orta, İş öyrədilir, Təcrübə tələb olunmur
- Namizəd: Qadın və ya kişi
- 18 yaşı tamam olmayan şəxslər müraciət etməsin

İş rejimi:
- İş qrafiki: dəyişkən iş rejimi
- şirkət hesabına nahar yeməyi və forma

Əmək haqqı:
* Aylıq məvacib 445-495 AZN təşkil edir (əlavə olaraq satış bacarığına əsasən bonus)
* AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün: Bu vakansiya ilə maraqlanan namizədlər (055) 204-96-32 whatsapp nömrəsinə yazmaqları xahiş olunur. Zəng vasitəsilə də əlaqə saxlaya bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Fəhlə-Maltoplayan tələb olunur

İşəgötürən: Araz Supermarket MMC

İş yeri: Məhəmmədi qəsəbəsi

- Servis mövcuddur: Höküməli, Sumqayıt, Binə, 20 Yanvar istiqamətindən

- Təcrübə vacib deyil.
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə.
- Şirkət hesabına nahar yeməyi
- Əmək haqqı  + Bonus
- Karyera inkişaf imkanları.
- İş qrafiki: Dəyişkən iş qrafiki, həftədə bir dəfə istirahət

İşlə bağlı müraciətinizi 055 333 19 18 nömrənin Whatsapp-na yaza bilərsiniz

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Satış məsləhətçisi tələb olunur - 800-900 MANAT MAAŞ

İşəgötürən: TAROL - DD MMC (JYSK Azərbaycan)

Məsuliyyətlər:

Müştərilərlə nəzakətli davranmaq;
Brendlər və məhsul çeşidləri haqqında müştərilərə məsləhət vermək, müştərilərə məhsul seçimində köməklik etmək;
Mağazalar şəbəkəsi üçün yüksək səviyyədə müştəri xidmətlərinin göstərilməsi;
Satışdan əvvəl hazırlıq, malların nümayişi;
Satış sahəsində nizam-intizamın qorunması;
Nəzarəti qaytarır;
Anbarda işləmək;

Tələblər:

Təhsil - orta;
Oxşar vəzifədə təcrübəyə üstünlük verilir;
Dil bilikləri: Azərbaycan - Rus dilini bilmək MÜTLƏQDİR
Məsuliyyət, operativlik və diqqətlilik;
Nəticə yönümlü; Sürətli öyrənən;
Komandada işləmək bacarığı;

Şərtlər:

JYSK beynəlxalq ticarət şəbəkəsində işləmək;
Əmək haqqı: 800-900 manat
Növbəli iş qrafiki

"Satış məsləhətçisi " qeyd edib CV-nizi hr@taroldd.com e-mail adresinə və ya 051 229 34 20 nömrənin Whatsapp-na göndərə bilərsiniz.

XXX XXX

Продавец-консультант

Обязанности:

Вежливое обращение с покупателями;
Консультирование клиента о брендах и ассортименте товара, помощь покупателям при выборе товара;
Обеспечение высокого уровня обслуживания клиентов сети магазинов;
Предпродажная подготовка, выкладка товара;
Поддержание порядка в торговом зале;
Контроль возвратов;
Работа на складе;

Требования:

Образование - среднее;
Опыт работы на аналогичной должности приветствуется;
Знание азербайджанского, русского языка;
Ответственность, оперативность и внимательность;
Нацеленность на результат;
Быстрая обучаемость;
Умение работать в коллективе;

Условия:

Работа в Интернациональной торговой сети JYSK;
Зарплата : 800-900 АЗН
Посменный рабочий график
E-mail: hr@taroldd.com

satıcı

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

QABLAŞDIRICI, QƏBULÇU, RƏFLƏR ÜZRƏ DÜZƏNLƏYİCİ tələb olunur

“Zeytun Pharmaceuticals” şirkəti Anbar işçisi axtarışındadır.

Vəzifə funksiyaları: Anbarda dərman preparatlarının qəbulu, qablaşdırılması, rəflərə yerləşdirilməsi və s. ibarətdir.

- Namizədin iş yerinə yaxın ərazidə yaşaması şərtdir.

-İş yeri: NZS qəsəbəsi, Oqtay Vəliyev küç. 21C, Depo; - (050) 273 11 71

Tələblər:
- Anbarda 1 il iş təcrübəsi arzuolunandır;
- Rus dilində sərbət oxuma qabiliyyəti;
- Kompüterdən istifadə bacarığı;
- Cinsi: Kişi (hərbi xidməti başa vurmuş şəxslər);
- Yaş həddi: 22-40;

İş şəraiti:

-İş qrafiki: 6 günlük iş həftəsi, iş rejimi, 08:00-dan 17:00, 09:00-dan – 18:00 kimi, 14:00-dan 22:00 kimi;
-Nahar şirkət tərəfindən təmin edilir;
-Əmək haqqı: 600-800 manat

Maraqlanan şəxslər CV-ni HRDepartment@zeytunpharma.az email ünvanına göndərə bilər və ya (050) 273 11 71 nömrənin whatsapp-na "Anbar işçisi- NZS" qeyd edib yaza bilərsiniz. (ZƏNG ETMƏYİN)

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Filial direktoru tələb olunur (Gəncə)

İşəgötürən: Elit Lombard

“Elit Lombard” Gəncə şəhərində yerləşən filial üzrə Filial Direktoru vəzifəsinə işçi qəbulu elan edir. Karyeranızı bu sahədə görür və bu istiqamətdə bilik və bacarıqlarınızı inkişaf etdirmək istəyirsinizsə, size peşəkar komandamıza qoşulmağa dəvət edirik

Əsas vəzifələr:

Filialda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət edilməsi;
Yeni kredit və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlığın göstərilməsi;
Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar üzrə kreditlərin komitəyə çıxarılması;
Verilmiş kreditlərin izlənilməsi və vaxtında ödənişlərin təmin edilməsi;
Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında mütəmadi məlumat verilməsi;
Kredit portfelinin keyfiyyətinin qorunmasına nəzarət edilməsi;
Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
Filial üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;

Namizədə olan tələblər:

Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Ali təhsil
Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
Yaş həddi 25-50 (yalnız bəy namizədlər)
Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
İş qrafiki:

Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Ə/h: 1000-1500 və əmək haqqının iki misli qədər bonus əldə etmək imkanı.

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Filial direktoru” başlığı ilə elitkredit.az@gmail.com elektron ü̈nvanına göndərməkləri xahiş olunur.

Əlaqə nömrəsi: ( 055) 355-90-20

Şirkət haqqında:

“Elit Lombard” 2017-ci ildən ölkəmizin lombard bazarında müştərilərə xidmət göstərir. Mütəmadi olaraq genişlənən filial şəbəkəsi hər keçən gün artmaqdadır. Bakı şəhəri və regionlar daxil olmaqla 18 filial şəbəkəsi fəaliyyət göstərir. Bu isə öz növbəsində daha çox müştəriyə şəffaf və sürətli xidmət göstərməyə imkan yaradır. Əsas prioritet məqsədləri, müştərilərinin istəklərinə uyğun xidmət göstərmək və hər bir müştərinin güvənini qazanmaqdır. İnsan kapitalının inkişafı, insan resurslarının idarə edilməsində çevik və müasir metodların tətbiqi, kollektiv arasında motivasiyanın yüksəldilməsi, bilik və bacarıqların artırılması yönündə müxtəlif layihələrdə iştirak, performans dəyərləndirməsi, keyfiyyətli iş mühitinin yaradılması prioritet məqsədlərimizdəndir.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Animator-Kuryer tələb olunur

İşəgötürən: Supertoys oyuncaq mağazaları

Ərazilər: (Badamdar,Gənclik,Nərimanov)

Vəzifə öhdəlikləri:

Animator geyimində mağaza daxilində və xaricində uşaqları əyləndirmək;
Animator geyimində satış etmək (satışdan bonus)
Animator geyimində hədiyyələrin evlərə çatdırılması(taksi xərcləri qarşılanır)
Əyləncəni sevən yüksək motivasiyalı və özgüvənli şəxslər

Namizəd üçün tələblər:

Orta təhsil
18-25 yaş arası bəylər
Özgüvən və utancaqlığın olmaması
Əyləncə sahəsinə maraq
İş təcrübəsi önəmli deyil

Şirkət təklif edir:

Əmək haqqı: 600 AZN+ Bonus (750-850azn)
Əmək məcəlləsinə uyğun sənədləşmə

“ Animator-kuryer “ qeyd etməklə işlə bağlı müraciətinizi hr@supertoys.az e-mail adresinə və ya
055-220-23-72 nömrənin whatsapp-na göndərə bilərsiniz

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Mikrobioloq -texnoloq tələb olunur Şəmkir

İşəgötürən: Shamkir Agropark

İş yeri Şəmkir ş.

Vəzifə öhdəlikləri:

Mikrobiologiyanın əsaslarını, tətbiq olunan reaktivlərin xüsusiyyətlərini və onlara qoyulan tələbləri, bəsləyici mühitlərin hazırlanmasının texnoloji prssesini, mikroblor üçün qida mühitinin texnoloji prossesini bilməlidir;
laboratoriyada olan avadanlıq, qurğu, aparat və cihazlardan istifadə qaydasını bilməli;
Steril şəraitdə işlənmə qaydalarını bilməli;
Mikrobioloji təcrübənin aparılması qaydasını bilməlidir;
Laborant-mikrobioloq ona həvalə edilmiş vəzifə öhdələklərinə uyğun olaraq mikrobiloji tətqiqatlar aparır;
Mikrobioloji tətqiqatların analtik və dioqnastik cəhətdən etibarlı metodlarından istifadəni təmin edir;
Mikrobioloji tətqiqatların yeni metodlarının və laboratoriya avadanlıqlarının istifadə edilməsi və tətbiqində iştirak edir;
Təlimata əsasən cihaz və avadanlıqları yoxlamaq və təmizləmək, ekspermentlərin aparılmasında iştirak etmək;
Yığım mövsümündə bağdan Soyuducu Anbara saxlanca göndərilmiş meyvələrin yığıma hazırlığının test edilməsi;
Testlərin nəticəsinə əsasən yığım icazəsinin verilməsi;
Məhsulların çeşid uyğunluğu, texniki göstəriciləri nəzərə alınmaqla saxlanca verilməsi;
Kameralara məhsulların vaxtında yerləşdirilməsi və dərmanlanmasının təmini;
Kameraların səmərəli istifadəsinin təşkili və enerji sərfiyyatının azaldılması;
Soyuducu kameraların təyin edilmiş saxlanc şərtlərinin monitorinqi və məlumatların ötürülməsi;
Kameralarda yerləşdirilmiş məhsulların vəziyyətinin standartlar çərçivəsində test edilməsi və hesabat hazırlanması;
Kameralar və kamera koridorlarının təmiz saxlanılmasına, dezinfeksiya edilməsinə, mövsüm sonunda yuyulmasının təşkil edilməsi;
Baş vermiş texniki və sistem nasazlıqlarının mühəndis ilə əlaqəli aradan qaldırılması;
Qablaşdırma prosesində keyfiyyətə nəzarət işinin təşkili və testlərin həyata keçirilməsi.

Namizədə tələblər:
Laboratoriya sahəsində ən azı 3 il iş təcrübəsi .
Aşağıdakı sahələr üzrə bilik və bacarıqlara malik olmalıdır:
Məhsul çeşidlərinin texniki göstəriciləri;
Məhsulun erkən və gec yığılarkən baş verə biləcək xəstəliklər;
Sərtlik ölçən, etilen ölçən, yod testi, şəkər testi kimi avadanlıqlar ilə işləmə qaydası;
Məhsul spesifikasiyalarına əsasən soyuducu anbarda saxlama şərtləri;
Meyvələrdə baş verən xəstəliklər və onların dinamikası haqqında məlumatlılıq;
İlkin kompyüter bilikləri.
Ali təhsil tələb olunan sahələr üzrə( mikrobioloq,keyfiyyətə nəzarət,texnoloq və s.)
MS Office proqramlarında (xüsusi ilə excell) sərbəst işləmək, 1 C proqramını bilmək .

Məsuliyyəti:
Saxlancda olan məhsulların təyin olunmuş vaxtlarda test edilməsi və hesabat tutulmasına cavabdehdir;
Qeyri iş vaxtlarında işıq mənbələrinin ayrılmasına və enerji sərfiyyatına cavabdehdir;
Məxfi informasiyanın və şirkət sirlərinin saxlanmasına görə məsuliyyət daşıyır;
Bu “Vəzifə təlimatı” ilə müəyyənləşdirilmiş vəzifələrin icra edilməsinə, SAK direktorunun əmr və tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır;
Təhvil–təslim aktı və ya maddi məsuliyyət müqaviləsi ilə ona təqdim olunmuş inventara və məhsula görə məsuliyyət daşıyır;
Əmək intizamına və müəssisə daxili intizam qaydalarına əməl etməlidir;

Digər öhdəliklər:
Əmlak təhlükəsizliyi, ilkin tibbi yardım, yanğın və fövqəladə hal prosedurları ilə tanış olmaq və avadanlığı təhlükəsiz və düşüncəli tərzdə istismar etmək;
Qanunvericilik və təşkilatdaxili prosedurların tələblərinə riayət etmək;
Geyim kodeksi tələblərinə, xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartlara riayət etmək;
Peşəkar iş münasibətləri çərçivəsində fəaliyyət göstərmək;
Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək;
Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.

Əlavə məlumat:
İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək

"Mikrobioloq-texnoloq (Şəmkir)" qeyd edib CV-nizi hr@shamkiragropark.az elektron poçt ünvanına göndərə bilərsiniz

SON TARİX - 30/10/2024

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Tikinti sahəsində MÜHƏNDİS tələb olunur

İşəgötürən: Strata

Vəzifə öhdəlikləri:

Layihələrin tikinti qaydalarına uyğun tərtib olunub-olunmamasına texniki rəy vermək;
Ərazidə gedən tikinti işlərinin layihəyə uyğun olub-olmamasına riayət etmək;
Tikinti işlərinin tikinti normalarına, qaydalarına, normativlərinə riayət edilməsinə nəzarət etmək;
Sahələrdə gedən tikinti subpodratçılardan işlərin təhvil alınmasına texniki rəy vermək;
Tikintidə istifadə olunan materialların keyfiyyətinə riayət olunmasına nəzarət etmək;
Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsini təmin etmək;
Normativ sənədlərin tikinti prosesinə uyğun yazılması (Gizli aktlar, beton işləri jurnalı və s.);
Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
İşçi briqadalarının iş bölgülərini təyin etmək, onların istehsalat tapşırıqlarını vermək.

Tələblər:
Tikinti sahəsi üzrə ali təhsil;
İnşaat mühəndisi vəzifəsində minimum 2 il iş təcrübəsi;
Azərbaycan və rus dillərini bilmək mütləqdir, ingilis dili arzuolunandır;
Autocad, Word və Excel proqramlarını bilməli;
Yaş həddi: 28-45 yaş;
Analitik düşünmə qabiliyyəti.

İş barədə məlumatlar:

İş qrafiki: 5 günlük iş həftəsi;
İş saatı: 09:00-18:00-dək;
İş yeri: Bayraq Meydanı ilə üzbə-üz;
Nahar şirkət tərəfindən verilir;
Əmək haqqı: müsahibə əsasında danışılacaqdır.

Maraqlananlar CV-lərini mövzu hissəsində “Mühəndis” qeyd edərək sitara.jafarova@strata.az elektron poçt ünvanına göndərə bilər.

Şirkət haqqında
“Strata” MMC 2024-cü ildə fəaliyyətə başlayan tikinti və tikinti obyektlərinin təchizat şirkətidir.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Zaferoğlu Mebel şirkətinə Mebel Dizayneri axtarılır

Namizəd: QADIN

Əsas tələblər: 3ds Max proqramında yüksək səviyyədə və sürətli işləmə bacarığı

İş təcrübəsi: 1 ildən az olmayaraq.
Əmək haqqı müsahibə əsasında müəyyənləşəcək.

Daha operativ geridönüş üçün CV - lərinizi 070-711-11-81 nömrəsinə "Mebel Dizayneri " qeyd edərək göndərməyiniz xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Resepşn tələb olunur

İşəgötürən: Teatro Rooms Hotel

Tələblər: Kişi / Qadın
Yaş həddi: 18-40
Orta Təhsil
Dil bilikləri: İngilis dili
İş təcrübəsi vacib deyil

Əmək haqqı: 400 Manat + tip

Əlavə imkanlar: Nahar
İş yerinin ünvanı: Əhməd Rəcəbli 3/12

Müraciət qaydası: "Reseption" qeyd edib CV-nizi
aydan.hesenova@teatrohotel.az e-mail adresinə və ya 050 255 10 61 nömrənin whatsapp-na göndərə bilərsiniz.

Müraciət üçün son tarix: 01.11.2024

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

OFİS MENECERİ tələb olunur

“ASPM” MMC (Metaləritmə zavodu) İnzibati idarəetmə və təsərrüfat şöbəsinə ofis menecer vakansiyası elan edir.

- İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.

Əlavə məlumatlar :

- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi


Tələblər :

- Ali təhsilli;
- Analoji sahədə ən azı 1-2 illik iş təcrübəsi olan;
- Azərbaycan dilində sərbəst danışmalı və yazmalı, ingilis dilini sənədləşmə səviyyəsində bilməli, Rus dili üstünlükdür;
- Microsoft Office proqramlarında işləmək bacarığı olmalı;
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, operativlik, idarəedicilik baxımından yüksək bacarıqlara sahib olmalı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı;

Hansı işləri görəcəksiniz :

- Rəhbərin tapşırığı əsasında işlərin yönləndirilməsi və icrasına nəzarət;
- Rəhbər şəxslər üçün iş səfərlərinin təşkil edilməsi və biletlərin sifarişi;
- Şirkətə gələn qonaqların lazımi qaydada qarşılanması, yönləndirilməsi;
- Daxil olan zəngləri qəbul etmək, sorğuları cavablandırmaq və ya ehtiyaca uyğun olaraq müvafiq şəxslərə yönləndirməyi təmin etmək;
- Sənədlərin vaxtında, düzgün və səmərəli hazırlanmasını və onların tələb olunan ünvanlara/şəxslərə göndərilməsini təmin etmək;
- Ofisdə inzibati işlərlə bağlı məsələlərin və yaranmış problemlərin həllinə dəstək göstərmək, işçilərin ofis ləvazimatları ilə təmin edilməsində iştirak etmək;
- Təşkilati tədbirlərin həyata keçirilməsində məsul şəxs olaraq aktiv koordinasiya işlərini icra edə bilmək;
- İclas otağının və cavabdeh olduğu digər iş sahələrinin iş üçün hazır vəziyyətdə saxlamaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ofis menecer” yazaraq cv@aspm.almettradig.com ünvanına göndərmələri xahiş olunur

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SMM- Story & Reels Maker tələb olunur

Supertoys MMC “Story & Reels Maker” vakansiyası elan edir!

İşin təsviri:

•    Sosial mediada olan trendlləri və yenilikləri izləmək
•    Reels və ya tiktok üçün video kontentlərin hazırlanması
•    Sosial media postları üçün kontentlərin hazırlanması
•    Mağazada Instagram story çəkilişi
•    Maraqlı məzmunu yaratmaq üçün kamera və rəqəmsal alətlərdən keyfiyyətli istifadə
•    Rəqib şirkətlərin fəaliyyətlərini izləmək

Namizəd üçün tələblər

•    Ali təhsili;
•    SMM üzrə iş təcrübəsi arzu olunandır;
•    Mehriban, səmimi və köməksevər olmalı;
•    Punktual və pozitiv olmalı;
•    Stresə dözümlü olmalı;
•    Şəxsi inkişafa yönümlü olmalıdır.
•  Əmək haqqı: 600 manat

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Story&Reels Maker” qeyd edərək  şəkilli CV- lərinizi hr@supertoys.az elektron ünvanına və ya 055-220-23-72 nömrənin whatsapp-na göndərməyiniz  xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

MÜŞTƏRİ XİDMƏTLƏRİ ÜZRƏ OPERATOR tələb olunur - MAAŞ 1000
MANATA-DƏK

İşəgötürən: Positive Call Center

İş haqqında məlumat:
Hava yolu (Turkish Airlines) layihəsi üçün İngilis dili bilən müştəri xidmətləri təmsilçisi axtarılır.

Əmək haqqı: 700-1000 manat civarında

Vəzifə öhdəlikləri:
- Operativ olaraq telefon zənglərini qəbul etmək
- Müştərilər tərəfindən verilən sualları cavablandırmaq
- Şirkətin xidmət və tarifləri barədə müştəriyə düzgün məlumatvermək
- Müştərilərin şikayət, təklif və tövsiyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək.

Əlavə məlumat:
- Nahar və Servis şirkət tərəfindən təmin edilir;
- Rəsmi qeydiyyata alınır;
- Maaşdan əlavə Mükafatlandırma sistemi mövcuddur.
- Həftədə 1 gün istirahət;
- İş saatı: Həftənin 6 günü 8 saat;
- Növbəli iş qrafiki (Səhər, Günorta, Axşam, Gecə)

Namizədə tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: 1 ildən aşağı
- Yaş həddi: 19-35 yaş
- İngilis dilini yaxşı səviyyədə bilməlidir. (B1-B2)
- Nitq qabiliyyəti, Ingilis dilində səlis danışıq qabiliyyəti.
- Növbəli işləmə.(Səhər, Günorta, Axşam, Gecə)
- Microsoft Office proqramları ilə işləmək bacarığı.
İŞ REJİMİ :
00:00-08:30/ 08:00-16:30/ 09:00-17:30/ 10:00-18:30/ 12:00-20:30
14:00-22:30/ 16:30-01:00/ 18:30-03:00

MÜRACİƏT ÜÇÜN:
CV-nizi hr@positivecc.com e-mail ünvanına mövzu hissəsində "MÜŞTƏRİ XİDMƏTLƏRİ ÜZRƏ OPERATOR" yazaraq göndərə bilərsiniz. Telefon: (012) 599-88-78


XXX XXXX XXX XXXX

CUSTOMER SERVİCE REPRESENTATİVE
Positive Call Center

İŞ BARƏDƏ MƏLUMAT
- We are currently seeking customer representatives for our airline company project, which serves Turkish Airlines.
- Opt for a positive choice by joining a professional team where you can foster personal growth and access promising career opportunities.
- In the role of a customer representative, you will be responsible for handling incoming calls and delivering exceptional service to our valued customers.
- Following your training period, you will commence your role, and monthly performance assessments will be conducted. Depending on your performance results, you could earn a bonus of up to 50% of your salary.
- Employees must be at least 19 and no older than 35.
- Performance evaluations will be conducted quarterly, and successful employees will be eligible for salary increases.
- Our shift system operates six days a week, with a daily schedule of 8 hours and 30 minutes (including a 1-hour meal/break). Shifts rotate on a weekly basis and encompass morning, noon, evening, and night shifts (a shuttle service is available for shift changes after 00:00). Appropriate shift solutions are being implemented through mutual agreement.

- If you are eager to enhance your English skills, gain hands-on experience in customer service, and work within a sociable and enjoyable environment, please feel free to submit your CV via email, gather further details from our phone number, or visit our office located at Nizami Street, AF Business House between 09:00-18:00 on weekdays. (+994 12 599 88 78)

Namizədə tələblər
- You should possess a minimum B1 level of English proficiency
- This job requires the ability to work different shifts, including morning, afternoon, evening, and night
- Proficiency in Microsoft Office programs is also necessary

*You should possess a minimum B1 level of English proficiency.*

How to apply: Interested candidates should send their CV to hr@positivecc.com with "Customer Service Representative" in the subject line.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SMM Marketinq tələb olunur

İşəgötürən: "Kale Solution" MMC Tekstil fabriki

Tələb və vəzifə:

-Ali təhsil
- İş təcrübəsi: 1ildən yuxarı
- Sosial şəbəkələrin idarə olunması. v.s.
- Əmək haqqı: Təcrübə və bacarığa əsasəs əmək haqqı təyin olunacaq
- Yaş həddi: 20-25
- Namizəd: xanım

İş qrafiki: 6 gün, istirahət bazar günü
İş saatı: 09:00-18:00-dək

İş yerinin ünvanı: Binəqədi rayonu, Zəngəzur hamamının arxası

Müraciət: "SMM Marketinq" qeyd edib CV-nizi 051 989 56 52 nömrənin whastapp-na və ya aqayewatarana@gmail.com e-mail adresinə göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Sırf qadınlar üçün iş elanları kanalı💥

Qadın işləri: @qadinisleri

Link: /channel/qadinisleri

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Azadlıq, Əcəmi və 7,8,9 mikrorayon üzrə SATICI- KASSİRLƏR tələb olunur

İşəgötürən: Araz Supermarket MMC

İş yeri: Bakı ərazisi. Vacib ərazilər: Azadlıq, Əcəmi və 7,8,9 mikrorayonlar

Vəzifə öhdəıikləri:

-Satıcı- vitrin səliqəsinə və satışına nəzarət.
-kassir-kassa əməliyyatlarının icrası
-Müştəri məmnuniyyətinə dəstək olmaq

Tələb onunan bilik və bacarıqlar:
- İş öyrədilir, təcrübə tələb olunmur
-Namizəd: Qadın və ya kişi
-18 yaşı tamam olmuyan şəxslər müraciət etməsin
-təhsil-orta

İş rejimi:
• iş qrafiki: dəyişkən iş tejimi
• ⁠şirkət hesabına nahar yeməyi və forma

Əmək haqqı:
• Aylıq məvacib 445-495 AZN təşkil edir(əlavə olaraq satış bacarığına əsasən bonus)
• ⁠AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün: "SATICI- KASSİR" və ərazinin adını qeyd edib işlə bağlı müraciətinizi (055) 300-12-69 whatsapp nömrəsinə yaza bilərsiniz. Zəng vasitəsilə də əlaqə saxlaya bilərsiz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Mağaza anbar işçisi (Fəhlə) tələb olunur Bakixanov Stansiyası

İşəgötürən: ABC Telecom (Kontakt Home)

- Mağazaya daxil olan məhsulların maşınlardan boşaldılması və yerləşdirilməsi;
- Anbar və mağazada məhsulların səliqəsinə nəzarət edilməsi;
- Təhlükəsizlik qaydalarına riayət olunması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

İş şəraiti:

- İş günü: 6 gün iş, 1 gün istirahət;
- Əmək haqqı : 500 manat
- Ünvanlar : Bakixanov Stansiyası

Tələblər

- Fiziki cəhətdən sağlam və güclü;
- Məsulliyyətli, punktual və komandada işləmək bacarığı

Maraqlanan şəxslər 051-252-14-46 nömrəsinin whatsappına AD,SOYAD və Mağaza anbar işçisi (Fəhlə) yaza bilər və ya CV-lərini Zahra.Iskandarova@abc-telecom.az ünvanına göndərə bilərlər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

GECƏ NÖVBƏSİNƏ 8 ƏRAZİYƏ ƏCZAÇILAR AXTARILIR


“Zeytun Pharmaceuticals” şirkəti PHARMASTORE APTEKLƏRƏ “əczaçı” axtarışındadır.

İş şəraiti:
Əmək haqqı: 750 + Bonus
İş qrafiki: 6 günlük iş həftəsi (22:00-dan 08:00 kimi)
İş yeri:
Pharma Store-lər – Nərimanov, Nizami, Nəsimi, Yasamal, Sabunçu, Xətai,Səbail,Qaradağ
Vəzifə funksiyaları:
Dərman preparatları və tibbi ləvazimatların satışı prosesinin həyata keçirilməsi;
Aptekə gələn malların yoxlanılması, tərkiblərinə uyğun tələb olunan qaydada yerləşdirilməsi;
Dərmanların saxlanılma şəraitinə mütəmadi olaraq diqqət edilməsi;
Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət edilməsi və s.

Tələblər:
Tibbi təhsil (Ali və ya orta ixtisas);
Müvafiq sahədə iş təcrübəsi;
1C proqram biliyi arzuolunandır.


Müraciət qaydası: Maraqlanan şəxslər CV-ni
hrdepartment@zeytunpharma.az email ünvanına göndərə bilərlər.
Əlaqə vasitəsi: (050)
2530152

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Banket meneceri tələb olunur

İşəgötürən: Resant Group

Tələblər:

- Komandada işləmək bacarığı;

- Restoran sahəsində 3-5 il iş təcrübəsi.

İş haqqında məlumat:

- Qəbul edilən tədbirlərin (toy, nişan,ad günü ve s. məclisləri) açılışı, işləyişi ve bağlanışını kontrol etmek;

- Komanda şəklində birlikdə daima çalışmaq;

- Mövcud avadanlıq tutumunu nəzarət altından saxlamaq ve daima kontrol etmək;

- Kamandasında işləyən işçilərə banket standartlarıni izah edərək tətbiq etmək;;

İş rejimi və qaydası:

- Həftədə bir gün istirahət olmaqla, altı günlük iş rejimi;

- Uniforma, gigiyena qaydalarına tam riayət etmək;

- Nahar yeməyi şirkət tərəfindən təmin edilir;

- AR Əmək Məcəlləsinə uyğun müqavilə bağlanılır.

Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini hr@resantgroup.az elektron ünvanına mövzu hissəsində vəzifənin adı “ Banket Manager” qeyd olunaraq və ya 055 208 29 77 əlaqə nömrəsinə göndərə bilərlər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Mal-material üzrə mühasib tələb olunur

İşəgötürən: "VƏLİEV" MMC

İş şərtləri:
Əmək haqqı: razılaşma yolu ilə
İş yeri: Sumqayıt şəhəri
Nahar və servis xidməti müəssisə tərəfindən təşkil edilir.
İş qrafiki: 6 günlük (6-cı gün qısa iş günü)

Vəzifələr:

Xammal və yarımfabrikat anbarları üzrə mədaxil, məxaric və yerdəyişmə sənədlərini müntəzəm olaraq alır, sistemə düzgün işlənildiyinə nəzarət edir və proqram təminatında faturalaşdırır
İstehsala çəkilən xərcləri vaxtında mühasibat uçotunda əks etdirir
Məhsulun (işin, xidmətin) maya dəyərinin kalkulyasiyasını həyata keçirir, reseptlərə nəzarət edir
İlkin sənədlər əsasında silinmələri yoxlayır
İtkinin əmələ gəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarır, onların minimuma endirilməsi üçün təkliflər hazırlayır
Əsas vəsaitlərin uçota alınması, onlara amortizasiya hesablanması işlərini həyata keçirir
Təmir xərclərinin uçotunu aparır, kapitallaşdırılan təmir xərclərini nəzarətdə saxlayır
Hesabat ayı bitdikdə nəqliyyat vasitələri üzrə yürüş məsafələrini (GPS məlumatları), yanacaq paylama cədvəllərini yoxlayır (YD şirkətinin plastik kartlar üzrə hesabatı), onları faktiki miqdarla təqdim olunan hesabatlarla müqayisə edir
Mal-material qiymətlilərinin inventarizasiyasının aparılmasında iştirak edir, kənarlaşmaları miqdar və məbləğ ifadəsində hesablayır, rəhbərliyin tapşırığına əsasən proqram təminatında kənarlaşmalara düzəlişlər edir
Təsərrüfat mallarının hərəkətinin uçotunu həyata keçirir
Anbarlar üzrə dövriyyə-qalıq cədvəlləri hazırlayır
Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparır

Namizəd üçün tələblər:
İstehsalat şəraitini nəzərə alaraq bəy namizəd tələb olunur
Maliyyə və ya Mühasibatlıq sahəsində Bakalavr dərəcəsi;
Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi (əsasən tikinti sektorunda (MEP) təcrübəsi olanlara üstünlük veriləcək);
Microsoft Excel, Microsoft Word kompyuter proqramlarında sərbəst işləmək bacarığı;
Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi üstünlükdür);
Komanda ilə işləmə bacarığı;
Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı.
Nizam-intizamlı, məsuliyyətli olmalı.
Güclü analitik düşüncə və problem həll etmə bacarığı.

Namizədlərdən CV-lərini mövzu yerində "Mal-material üzrə mühasib" yazmaqla hr@veliev.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Məhsul yığan fəhlə tələb olunur - NÖVBƏLİ İŞ

İşəgötürən: “Agro-West DC MMC”

İş nönvbəlidir:

- 1-ci növbə - 08:00-dan - 17:00-dək
- 2-ci növbə - 16:00-dan - 01:00-dək
- Yemək şirkət tərəfindən qarşılanır

Qeyd: 2-ci Qrafik işdən çıxış zamanı taksi ilə yola salınır

İş barədə məlumat

- Məhsullarının faktura əsasında yığılması
- Məhsulların anbarlara yerləşdirilməsi
- İstehsalat sahələrində, anbar və bazalarda yardımçı işləri yerinə yetirilməsi
- Həftədə 5 gün iş rejimi,Şənbə və Bazar istirahət günləridir

Namizədə tələblər

- Yaş həddi: 18-40, namizəd- kişi

- Yaxın ərazilərdə qalması arzuolunandır
Əlaqə nömrəsi: 0554004484 Elvin / 05544099885 Nigar
E-mail: hr@agrowestdc.az

İş ünvanı: Bakıxanov qəs.,B.Bünyadov küç 12 (Ellada sarayla üzbəüz)

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Turizm üzrə satış menecer tələb olunur

İşəgötürən: EL ART Travel MMC

Əsas öhdəliklər:

B2B sistemlərindən otellərin bronlaşdırılması
Mövsümə və tələbə uyğun turların axtarılması
Müxtəlif istiqamət üzrə turlarının hazırlanması
Fərdi turların təşkili
Gündəlik sorğuların vaxtında və işgüzar formada cavablandırılması
Daxili və xarici partnyorlar ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq

Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:

Təhsil: Ali təhsil;
Təcrübə: Turizm sahəsində minimum 1 il təcrübə
Dil bilikləri: Azərbaycan və rus dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı, ingilis dili arzu olunandır
MS Office proqramı üzrə biliklər;(1 C proqramına alış və satışların işlənilməsi)
Yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı;
Nəzarət etmək qabiliyyəti;
İşləri yüksək səviyyədə icra etmək bacarığı;
Kreativ ideyalar və yaradıcılıq qabiliyyəti
Məsuliyyətli və diqqətli olmaq.
Əmək haqqı satış əsasında formalaşacaq (təcrübədən asılı olaraq dəyişə bilər)

CV-ni emailə - finance@elart.az yalnız turizm sahəsində TƏCRÜBƏSİ olan namizədlərin email-in mövzu hissəsində “Turizm üzrə satış menecer“ göndərilməsini xahiş edirik.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Klinikaya KASİR- RESEPŞN xanım axtarılır!

İşəgötürən: Hasvet İnternational Animal Hospital

Vəzifə öhdəlikləri:

Klinikaya gələn müştəriləri qarşılamaq
Daxili sistemdə qeydiyyatları aparmaq
Pasientləri müvafiq həkimə yönləndirmək
Ödənişi qəbul etmək

Tələblər:

Müvafiq sahədə iş təcrübəsinin olması
Dil biliyi - rus
Yaş məhdudiyyəti - 18-40
İşin təsviri:

İş yeri : Yasamal Parkının qarşısı
İş rejimi: 6 günlük
Nahar şirkət tərəfindən verilir
Əmək məcəlləsinə uyğun sənədləşmə
Əmək haqqı: 600-800 arası (artan maaş)

Əlaqə nömrəsi: (050) 201-96-93 Fərid

E-mail: "Resepşionist (Kassir)" qeyd edib CV-nizi ferid.baxsiyev@hasvetbaku.az e-mail adresinə göndərə bilərsiniz.

Şirkət haqqında
Hasvet İnternational Animal Hospital 2023-cü ildən etibarən Azərbaycanda baytarlıq fəaliyyəti ilə məşğuldur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Təhlükəsizlik əməkdaşı (mühafizəçi) tələb olunur

İşəgötürən: Sirab Satış və Dağıtım MMC

Vəzifə üzrə əmək haqqı digər imtiyazlar:
Yemək şirkət tərəfindən.
650AZN
İş vaxtının norması:
Növbəli iş qrafiki.

Əsas tələblər:
Təhsil dərəcəsi: Orta;
Yaş həddi: 18–30;
Təcrübə: Müvafiq sahədə minimum 1il iş təcrübəsi;
Cinsi: Kişi;
Boy: minimum 1.80 sm;
Hərbi xidmətdə olmuş;
İdmanla məşğul olması üstünlükdür (diplom və sertifikatlar arzuolunandır).

Fərdi keyfiyyət göstəriciləri:
Diqqətcil;
Komanda ilə işləmə bacarığı;
Gərgin iş tempinə uyğunlaşa bilən;
İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya.

İş barədə:
Təlimata əsasən tapşırılan obyektin müəyyən olunmuş vaxt çərçivəsində mühafizəsinin təşkili;
Jurnalda qeydlər aparmaqla qonaqların qəbul edilməsi və yola salınması;
Giriş qapısını və digər tapşırılan obyektləri daimi olaraq nəzarətdə saxlanılması;
Yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi;
Nizam-intizam qaydalarına riayət edilməsi, əməkdaşlardan və ziyarətçilərdən onların icrasını tələb edilməsi

İş yeri:
Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5)
Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvail küçəsi 17

Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Təhlükəsizlik əməkdaşı (mühafizə)” yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Lombarda xanım işci dəvət olunur - İŞ ÖYRƏDİLƏCƏK

İşə götürən: “RM Lombard”

-Vəzifə: Kredit mütəxəssisi
-Təhsil:Ali (orta ixtisas)
-Yaş aralığı-22-30
-Əmək haqqı: 450 manat (Artan maaş)

- İş rejimi: 1-6-ci günlər saat-09:00-18:30.

İş barədə məlumat:

- Müştərilərə kredit məhsulları haqqında məlumat vermək.
- Kredit müraciətlərin qəbulu və analizi. Rəhbərliyin tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək.

Tələb olunan bilik və bacarıqlar:

-Kompüter üzrə bilik mütləqdir!
-Ofis proqramlarını (Excel, Microsoft Word) bilməlidir,
-Ünsiyyət qurmaq bacarığı,
-Riyazi hesablama bacarığı,
-İşgüzar və tez qavrama bacarığı.

Qeyd-tələbələr qəbul olunmur

Vakansiya şərtlərinə uyğun olan xanımlar Şəkilli CV-sini rm.lombard@mail.ru e-mail adresinin mövzu hissəsində "Kredit Mütəxəssisi" qeyd edərək müraciət edə bilərlər.

Ünvan:
Baş ofis-Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəs.
Azadlıq metrosu cıxışı, Süleyman Sani Axhundov.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Mikro kredit satışını həyata keçirmək üçün əməkdaşlar axtarılır

Mikro Biznes müştəriləri departamentində, Bakı filialları və region filialları üzrə vakansiyalar mövcuddur


İşəgötürən: Yelo Bank

• Bankdan kənar biznes görüşlərinin təşkilini həyata keçirir;
• Mikroseqmentə aid potensial müştərilərlə birbaşa əlaqə yaradır və müxtəlif marketinq vasitəsilə satış həyata keçirir;
• Kredit portfelinin idarə olunmasını, keyfiyyətinə nəzarəti, həmçinin gecikmələrin aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təşkil edir;
• Satış planlarına və aylıq hədəflərə uyğun fəaliyyət göstərir.

İşin təsvirininə əsasən bu istiqamətdə bəy namizədlərə üstünlük veririk.

Namizədlərdən gözləntimiz:

• Müştərilərlə səmərəli ünsiyyət qurma qabiliyyəti, satışları həyata keçirmək üçün sərbəst danışıq bacarıqları
• Satış prosesində peşəkar və strateji yanaşma;
• Nəticəyə yönümlü olmaq və satış hədəflərinə nail olmaq üçün motivasiya;
• Komanda ilə işləmə qabiliyyəti;
• Yüksək məsuliyyət, təşəbbüskar yanaşma.


Biz nə təklif edirik:

• Satış təlimləri, mentorluq və şəxsi inkişaf proqramları;
• Stabil əmək haqqı və satışlara əsasən bonuslar;
• Motivasiyaedici və dinamik komanda ilə əməkdaşlıq və muasir iş şəraiti;
• Paşa sığorta tərəfindən əməkdaşlara sığorta imkanı.

Vakansiya Bakı filiallarından əlavə aşağıdakı regionlar üzrə aktivdir:

• Gəncə
• Şamaxı
• Lənkəran
• Xaçmaz
• Salyan
• Ağcabədi
• Qəbələ
• Tovuz

Müaricət üçün CV-nizi amaliya.alizada@yelo.az , jobs@yelo.az ünvanına yönləndirin.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Özəl bağçaya Uşaq həkimi tələb olunur

İşəgötürən: Resant Group

Ünvan: Karl Marks dairəsinin yanı, Azadlıq prospekti 154.

Namizədə tələblər:

Uşaqlarla, səbrlə ünsiyyət qurmağı;
Pedaqogika, sosial, yaş və uşaq psixologiyasını;
Gigiyenanın əsaslarını, uşaqların həyatının qorunması və onların səhhətinin möhkəmləndirilməsi işini;
Uşaq masajını bilmək üstünlükdür.
Rus dili biliyi mütləqdir.
Təcrübə önəmlidir.
Yaş həddi: 25-45 yaş

İş rejimi: 5 gün, 08:00-18:00

Göstərilən tələblərə cavab verən namizədlər "HƏKİM" edib CV-ni leyla.abbasova@resantgroup.az elektron ünvanına və ya 0552109469 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

8 ƏRAZİYƏ SATICI - BİŞİRİCİ TƏLƏB OLUNUR

Araz Supermarketlər şəbəkəsinin “Xonça” şirniyyat bölməsində iş imkanı!

İşəgötürən: Xonça MMC (Araz Supermarket)

Ərazi: 3-cü mkr, Azadlıq, Qaradağ, Nərimanov, Gənclik, Əhmədli, Badamdar, İçərişəhər ərazilərinə yaxın ərazidə yaşayanlar müraciət etsinlər.

İş barədə məlumat:

Növbəli iş qrafiki;
Əmək haqqı: 380 – 500 manat + bonus və artan əmək haqqı;
Müxtəlif məhsulların istehsalı, satışı, bişirilməsini təmin etmək;
Avadanlıqlarla işləmək bacarığı, xəmirlə işləmək bacarığı

Namizədə tələblər:

Yaş həddi: 18-55;
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Satış qabiliyyəti olmalı, müştəri məmnuniyyətinə önəm verməli;

Təminatlar:

AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə;
Karyera inkişafı;
Naharla təmin edilir;
Rəsmi əmək haqqı.

“Satıcı-bişirici” qeyd edib işlə bağlı müraciətinizi 055 215 86 11 nömrəsinin whatsapına yaza bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Şəxsi avtomobili olan satış meneceri tələb olunur

İşəgötürən: "Kale Solution" MMC Tekstil fabriki

Tələblər və vəzifə:

Yaş həddi: 25 -35
Namizəd: Kişi və qadın
İş təcrübəsi: 1 ildən yuxarı
Şəxsi avtomobilin olması şərtdir
Yanacaq şirkət tərəfindən qarşılanır
Əmək haqqı razılaşma yolu ilə.

İş qrafiki: 6 gün, istirahət bazar günü
İş saatı: 09:00-18:00-dək

İş yerinin ünvanı: Binəqədi rayonu, Zəngəzur hamamının arxası

Müraciət: Başlıqa ( Satış meneceri ) qeyd edib 051 989 56 52 nömrənin whastapp-na və ya
aqayewatarana@gmail.com e-mail adresinə göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Satış Rəhbəri tələb olunur

İşəgötürən: Elmanado MMC

İş şəraiti:

İş yeri – Zabrat 2
İş rejimi – 6 günlük
Əmək haqqı - Tərəflərin qarşılıqlı razılığı əsasında.
Şirkət tərəfindən yemək mövcuddur.

Vəzifə üzrə tələblər:

Ali təhsil (arzuolunandır)
MS Office proqramları
1C. 8.3 proqramı (arzuolunandır)
Yaş 30 - 45
Müvafiq sahədə 3 - 5 il iş təcrübəsi
Dil bilikləri :Rus dili,, İngilis dili Yaxşı

Vəzifə öhdəlikləri:

Effektiv planlama və düzgün qiymət siyasəti ilə Şirkətin satış hədəflərinin müəyyən edilməsi
Şirkətin satış strategiyasının hazırlanması
Potensial satış bazarının və müştəri auditoriyasının müəyyən edilməsi
Daxili və Xarici bazarı araşdırmalı satışı həyata keçirdə bilməsi üçün bütün kanallardan istifadə etməli.
Satış üzrə təqdimat və təkliflərin hazırlanması
Satış nümayəndələrinin qarşısına düzgün satış hədəflərinin qoyulması
Şirkətin məhsul və qiymət planlamasını hazırlamaq;
Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsini təmin etmək;
Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək;
Rəqiblərin, trendlərin və bazarda baş verən yeniliklərin təqib edilməsi, analiz edilməsi və rəhbərliyə təqdim edilməsi;
Müştəri bazasının saxlanılması, təhlili və sistemləşdirilməsi üzrə işin təşkili;
Şirkətin satış planlarının yerinə yetirilməsi proseslərinin təmin olunması;
Satış şöbəsinin formalaşdırılması
Şöbə üzrə bonus hesablanma qaydasının təyin edilməsi.
Şöbənin işinə nəzarət

Cv –lərinizi gunayceferova@elmanado.az mail adresinə göndərməyinizi xahiş edirik və yaxud mövcud vakansiya ilə bağlı whatsapp nömrəsi ilə (051)934-61-49 əlaqə saxlaya bilərsiniz.

Читать полностью…
Subscribe to a channel