azvakaz | Unsorted

Telegram-канал azvakaz - AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

48828

Azərbaycanda vakansiyalar, iş elanları Ödənişli iş elanı yayımı üçün: @AzVak_elan ya elan@azvak.az Əlaqə: 051 343 73 07 AzVak kanalı elanların məzmununa, həmçinin işaxtaran və işəgötürən arasında danışıqlara və razılaşmalara görə məsuliyyət daşımır.

Subscribe to a channel

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Boru makina operatoru tələb olunur

İşəgötürən: Omax metal profil boru istehsal zavodu

Yaş həddi : 20-55 yaş

Makina boru profil istehsal edir .Elektriklə çalışır.

Əmək haqqı: 1000 manat

Əlavə imkanlar: Nahar yeməyi verilir

İş yerinin ünvanı: Bakı Binəqədi ray. M.Ə.Rəsulzadə qəsəbəsi Baksol ərazisi

Müraciət qaydası: . "Boru makina operatoru" qeyd edib işlə bağlı əlavə sulllarınızı da 010 255 10 86 nömrənin Whatsapp-na yaza bilərsiniz.

Şirkətimiz metal profil boru istehsalı ilə fəaliyyət gösdərir.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Yanacaq doldurma məntəqənin operatoru tələb olunur (Bölgələr)

İşəgötürən: North West Construction

Vəzifə öhdəlikləri:

Yanacaq doldurma məntəqə nəzarətçisi birbaşa Yanacaq Departamentin menecerinə tabedir;
Sahəyə gələn yanacağın yanacaq çənlərinə doldurulmasına, boşaldılmasına, sahələrdə olan texnika və avtomobillərə yanacağın paylanmasına cababdehdir;
Paylanılan yanacağın qeydiyyatını aparması;
Yanacaq ilə bağlı digər texniki məsələlərə cavabdehdir.

Tələblər:

Nəqliyyat sahəsi üzrə 1 ildən 3 ilə qədər iş təcrübəsi
Excell bilikləri vacibdir

Muraciətinizi сv@nwconstruction.com elektron poçt ünvanlarına “YDM Operatoru (Bölgələr)” başlığı ilə göndərməklə edə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Qaynaq Mühəndisi tələb olunur

İşəgötürən: AZFEN MMC

Ümumi Tələblər:

Müvafiq sahədə təhsili: Ali Texniki (Metallurgiya, Qaynaq Texnologiyaları, Material Mühəndisliyi)
Qaynaq mühəndisi üçün minimum təcrübə və ixtisas səviyyəsi: Mühəndislik, metallurgiya və ya materialşünaslıq üzrə minimum dərəcəyə malik olan və Beynəlxalq Qaynaq İnstitutunun (IIW) Beynəlxalq Qaynaq Mühəndisi (IWE) diplomuna uyğun qaynaq texnologiyası üzrə xüsusi təhsili olan Mühəndis (C Eng/Dipl Ing). Qaynaq İnstitutuna (Böyük Britaniya) peşəkar üzvlük arzuolunandır və dəniz platformaları qaynağı və ya istehsal sənayesində minimum 5 illik müvafiq təcrübə vacib hesab olunur.
Kompyuter bilikləri: MS Office Proqramları (Windows,Word,Excel);
Dil bilikləri: İngilis (əla).
Qaynaq avadanlıq və cihazlar haqqında bilikləri;
SƏTƏM bilikləri;
İşə yararlı olması barədə tibbi sertifikat;

İşin Təsviri :

Qaynaq prosedurlarının və sahə qaynaqçı təlimatı vərəq yerinin işlənilib hazırlanması.
Qaynaq prosedurlarının kvalifikasiya testlərimizi təşkil etmək və lazım olan mexaniki test tipi və miqdarlarını müəyyən etmək.
Qaynaqçı kvalifikasiya testlərinin müvaffiq standartlarına əmin olmaq üçün qaynaq müfəttişi tərəfindən testlərdə iştirakını təmin etmək.
Sahəni kvalifikasiyalı qaynaqçı siyahısı ilə təmin etmək.
Layihə personalına qaynaq avadanlığının qaynaq istifadə materiallarinin alınması, saxlanılması və istifadəsinə aid texniki dəstək vermək.
Qaynaq istifadə materiallarının sertifikatının uyğunluğunu yoxlamaq və təsdiq etmək və nüsxələri ilə anbarları təmin etmək.
Həftəlik qaynaq təmir faizini nəzərdən keçirmək və lazım gəldikdə düzəldici fəaliyətləri yerinə yetirmək.
Qaynaq və materialda olan deffektləri dəyərləndirmək və müvafiq düzəldici fəaliyyətlər təklif etmək.
Materialların qaynaq olana bilərlik dərəcəsini müəyyənləşdirmək.
Subpodratçıların qaynaq prosedurlarının kvalifikasiya qeydlərini və qaynaqçı kvalifikasiyalarını nəzərdən keçirmək və təsdiq etmək.
Gündəlik qaynaq auditlərinin keçirilməsini təmin etmək, nəticələri nəzərdən keçirmək aylıq hesabat tərtib etmək.
Həftəlik və aylıq hesabatlar üçün birbaşa müdirini lazım olan məlumatlarla təmin etmək.

Əlaqə:

"Qaynaq Mühəndisi " qeyd edib CV-nizi shafag.tanriverdiyeva@azfen.com e-mail adresinə göndərə bilərsiniz.

Əlaqədar şəxs: Şəfəq Tanrıverdiyeva

Elanın müddəti: 15 Oktyabr,2024-cü il tarixə qədər

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Aşpaz köməkçisi tələb olunur (qadın)

Goranboy, Gəncə və Mingəçevir ərazisində yaşayanların nəzərinə!

Gips zavodu üçün aşpaz köməkçisi vakansiyası elan edilir.

İş Şərtləri:
İş Rejimi: 08:00 - 17:00
İstirahət günləri: Həftədə 2 dəfə

Vəzifə öhdəlikləri və tələblər:

1. Yeməklərin hazırlanması, o cümlədən ərzaqların yuyulması, qurudulması və hazırlanması, daxil olan ətlərin doğranması və çeşidlənməsi; ərzaqların qarışdırılması, qızartma, qaynadılma, buxarda bişirmə işlərinin görülməsi; sousların, supların, bulyonların və salatların hazırlanması.
2. Xidməti sahələrinin (Yeməkxana) təmizlənməsi, bulaşıq qabların yuyulması və dizinfeksiya olunmasını
3. Xüsusi geyim dəstlərinin yuyulması və sanitar qaydada təmiz saxlanılmasını; şəxsi gigiyena qaydalarına riayət olunması;
4. Sanitariya və gigiyena qaydalarına əməl olunması, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarına əməl edilməsi.

- Restoran və ya kafe təcrübəsinin olması şərtdir.

Şirkət Tərəfindən Təmin Edilənlər:
- Nəqliyyat
- Yemək

Müraciət üçün zəhmət olmasa, (050) 253 02 04 nömrəsi ilə əlaqə saxlayın və ya aytakin.taghiyeva"gilan-knauf.az mailinə CV-ni göndərin.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

AQRONOM tələb olunur (Zirə qəsəbəsi)

İşəgötürən: Green Tech

Nahar və servis şirkət tərəfindən təmin edilir
Əmək haqqı razılaşma yolu ilə.
İş rejimi 6 günlükdür
Pamidor yetişdirilməsi sahəsində minimum 2 il iş təcrübəsi olanlar müraciət edə bilərlər.

"AQRONOM" qeyd edib CV-nizi hr@greentech.az e-mail adresinə və ya 0554007080 nömrəyə yaza bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Resepşn tələb olunur

İşəgötürən: Teatro Rooms Hotel

Tələblər: Kişi / Qadın
Yaş həddi: 18-40
Orta Təhsil
Dil bilikləri: İngilis dili
İş təcrübəsi vacib deyil

Əməkhaqqı: Müsahibə əsasında

Əlavə imkanlar: Nahar
İş yerinin ünvanı: Əhməd Rəcəbli 3/12

Müraciət qaydası: "Reseption" qeyd edib CV-nizi
aydan.hesenova@teatrohotel.az e-mail adresinə və ya 050 255 10 61 nömrənin whatsapp-na göndərə bilərsiniz.

Müraciət üçün son tarix: 01.11.2024

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Mühafizəçi tələb olunur

İşəgötürən- İş yeri: ATLAS ES MMC

Bakı şəhəri , Şıxov bazası, Salyan şosesi 14

Tələblər:

Yaş 20-40;
Kişi namizədlər;
Hərbi xidmət keçmiş olması mütləqdir;
Azərbaycan vətəndaşı olmalı;
Məhkumluğu olmamalı;
Boy: 170-dən yuxarı olmalı;
Mühafizə kursu bitirənlərə üstünlük verilir.

Vəzifələr:

İnsanların, binaların və inventarın fiziki təhlükəsizliyinin təmini
Ətraf ərazilərin qorunması, həmin ərazilərə kənar şəxslərin icazəsiz daxil olmasınin qarşısının alınması
Yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi
Buraxılış və obyektdaxili rejim qaydalarına əməl olunmasının təmin edilməsi
Fövqəladə hallar zamanı insanların və zəruri inventarın təxliyəsinin təşkil edilməsi
Təhlükəsizliyin təmin edilməsi səviyyəsinin mütəmadi diaqnostikası

İş şəraiti:

Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun iş şəraiti.
İş rejimi – növbəli
İstirahət vaxtı- qrafikə uyğun şəkildə tənzimlənir.
İşçi ARƏM uyğun işə qəbul olunacaq
Əmək haqqı işçinini iş təcrübəsinə əsas olaraq təyin ediləcək.

Müraciət qaydası:

"MÜHAFİZƏÇİ" qeyd edib CV-nizi hr@atlas.az e-mail adresinə göndərə bilərsiniz.

Şirkət haqqında
ATLAS ES 2003-cü ildən Azərbaycanda qeydiyyata alınan 100% yerli şirkətdir. Texniki bacarıqları və çox təcrübəli heyəti ilə qumvurma, təmizləmə, rəngləmə, kəndir ilə hühdürlüyü qət etmək sistemləri, passiv yanğından mühafizə kimi xüsusi örtüklərin istifadəsi, poliuretan materialları, isitmə və soyutma sistemləri, quruculuq, geotexniki və qazma-qumlama işləri, taxtabənd montajı(quraşdırılması), hava kompressorları və dizellə işləyən generatorların təchizatı və icarəyə verilməsi kimi xidmətləri təklif edir.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

ŞƏXSİ AVTOMOBİLİ OLAN Satış üzrə mütəxəssis tələb olunur

İşəgötürən: Sham-Fi International Trading Company - Şam Fi

Namizədə tələblər:

-Ali təhsil
-Bəy namizəd
-Sürücülük vəsiqəsi və şəxsi avtomobil MÜTLƏQDIR
-Müstəqil və komandada işləmək bacarığı
-Məsuliyyət, diqqət, intizam və təşəbbüskarlıq
-Güclü ünsiyyət qabiliyyəti və analiz bacarığı

Vəzifə funksiyaları:

∙ Yeni məhsulların müştərilər tərəfindən tanınmasını və onların satış məntəqələrində satışını təmin etmək, bununla bağlı yaranan problemləri aradan qaldırmaq;
∙ Nümayəndəsi olduğu satış bölgəsini yaxşı tanımaq, yeni müştəriləri müəyyən edərək onları şirkətə cəlb etmək;
∙ Müştərilərlə müqavilə bağlanmasını təmin etmək, onlarla işgüzar münasibətlər yaratmaq və davam etdirmək;p
∙ Ərazisindəki satış həcmi az olan nöqtələrində satış həcminın artırılması istiqamətində işlərin görülməsini təmin edir
∙ Məhsulun satışının təşkil olunması
∙ Sifarişlərin qəbul olunması
∙ Müştəri məmnuniyyətini saxlamaq
∙ Ticarət nöqtələrinin inkişaf etdirilməsi

İş şəraiti:
∙ Həftədə 5 iş günü, 2 gün istirahət.
∙ Karyera yüksəlişi imkanı.
∙ Rəqabətə davamlı əmək haqqı

Tələblərə uyğun namizədlərdən mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd edərək cv@sham-fi.az mail ünvanına müraciət etmələrini xahiş edirik.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Boru makina operatoru tələb olunur

İşəgötürən: Omax metal profil boru istehsal zavodu

Yaş həddi : 20-55 yaş

Makina boru profil istehsal edir .Elektriklə çalışır.

Əmək haqqı: 1000 manat

Əlavə imkanlar: Nahar yeməyi verilir

İş yerinin ünvanı: Bakı Binəqədi ray. M.Ə.Rəsulzadə qəsəbəsi Baksol ərazisi

Müraciət qaydası: . "Boru makina operatoru" qeyd edib işlə bağlı əlavə sulllarınızı da 010 255 10 86 nömrənin Whatsapp-na yaza bilərsiniz.

Şirkətimiz metal profil boru istehsalı ilə fəaliyyət gösdərir.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Satış Məsləhətçisi tələb olunur

İşəgötürən: Papito

Vəzifə öhdəliyi

- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatın vaxtında öyrənilməsi və tədbiq edilməsi;
- Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi, məhsullar haqqında ətraflı və doğru məlumatın verilməsi;
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməklik göstərilməsi;
- Mağaza Menecerinin tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.

Tələblər
- Azərbaycan dilini səlis, rus dili arzu olunandır
- Satış təcrübəsi 2+ İl
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalıdır
- Satış qabiliyyəti olmalıdır
- Komandada işləmə bacarığı olmalıdır

İş şəraiti

- İş qrafiki: Növbəli;  09:00- 18:30       12:00 -21:00
- Əmək haqqı 500 manat + bonus
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
- Şirkət daxili təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi imkanı;
- Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar.

• iş yeri Azadlıq  və Həzi Aslanov m/s
Müraciət etmək üçün "Satıcı" qeyd edib 055 638-11-71 Cv göndərər bilərsiz

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Müştəri xidmətləri üzrə operator tələb olunur 📌

İşəgötürən: İndi Market

Vəzifə öhdəlikləri

• Daxil olan sorğuların cavablandırılması və müştərilərin müvafiq şöbələrə yönləndirilməsi
• Daxil olan sorğuların həyata keçirilməsi , məhsullar haqqında məlumatın verilməsi və müştərinin ismarıcını müvafiq strukturlara yönləndirilməsi
• Müştərilərin şikayət və istəkləri ilə bağlı müvafiq şöbələrin bu haqda məlumatlandırılması
• Müxtəlif resurslardan istifadə edərək sorğuların cavablandırılması

Namizədə olan tələblər

* Müştəri xidmətləri sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir
* Azərbaycan və Rus dillərinin yüksək səviyyədə bilik bacarığı , İngilis dili orta səviyyədə
* MS Office biliyi başlanğıc səviyyədə

"Müştəri xidmətləri üzrə operator " qeyd edib CV-nizi 0512326036 nömrəyə və ya hr@indi.market e-mail adresinə yönləndirə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

MÜHASİB TƏLƏB OLUNUR

Boranı Restoranlar Şəbəkəsinin Babək Plazada yerləşən baş ofisinə “Mühasib” tələb olunur

•Ünvan-Xətai m,Babək Plaza

•Əmək Haqqı :800-1000 Manat
•Nahar şirkət tərəfindən verilir

•Əmək haqqlarının hesablanması,elektron qaimələrin,bank çıxarışlarının və digər uçot sənədlərinin mühasibat uçotu proqramında düzgün əks olunması;
•Vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsinin həyata keçirilməsi;
•6 günlük iş qrafiki(6cı gün 14:00 a kimi)
•İş saatı:09:00-17:00


Tələblər
•Yaş:24-38
•Vəzifə üzrə iki il təcrübə

"Mühasib" qeyd edib CV-nizi CV-ni leyla.zaman@borani.az e-mail adresinə göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

TƏCİLİ şirkətə Fəhlələr tələb olunur

İşəgötürən: Sham-Fi International Trading Company - Şam Fi

İş yerləri: Xətai rayonu 8 noyabr prospekti və Lökbatan qəs

Servis xidməti mövcuddur

İşin təsviri:

Qida məhsullarının yük maşınlarına yüklənməsi

Əmək haqqı: 500-600 manat. Sınaq dövrünü keçdikdən sonra 600+bonus.
Nahar şirkət tərəfindən verilir.
Yaş həddi: 20-50
İş qrafiki: 3 növbəli

051 233 66 60 Whatsapp nömrəsinə "Fəhlə" yazaraq müraciət edə  bilərsiniz

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

TRAKTOR SÜRÜCÜSÜ tələb olunur

İşəgötürən: "Azertexnolayn" MMC

İş barədə məlumat

- Traktorla müəssisə ərazisində və ətraf ərazilərə yüklərin daşınması boşaldılması,
- Traktorun qorunması və təmiri,
- Yol və təhlükəsizlik qaydalarına əməl etmək,
- Traktorun saz vəziyyətdə və təmiz saxlanlanılması icra etmək.
- Həftə içi 6 iş günü

Namizədə tələblər

- Traktor sürücülük vəsiqəsi
- Yük maşınlarının təmiri ilə bağlı biliklər
- Təhlükəsizlik qaydalarına riayət etmə bilikləri
- İntizamlı,məsuliyyətli,dürüst olmalı

"TRAKTOR SÜRÜCÜSÜ" qeyd edib işlə bağlı müraciətinizi hr@azertexnolayn.com e-mail adresinə göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SPA Masaj Terapevti tələb olunur (Qadın)

İşəgötürən: Fairmont Baku

ƏMƏK FUNKSİYASI

Qonaqlara şirkətin protokollarına uyğun, xırda detallara diqqət yetirməklə , yüksək standartlı xidmət və qayğı göstərmək .
Davamlı olaraq qonaqların tərcihlərini qeydə almaq , onların profillərini yeniləmək və bu məlumatı digər əməkdaşlarla bölüşmək .
Məlumatların , tibbi detalların və qonaq tərəfindın verilən hər hansı bir informasiyanın qorunması daxil olmaqla , məxfiliyi hər zaman təmin etmək .
Qonağın hər hansı şikayətləri barədə Növbətçi Menecerə dərhal xəbər vermək ki , onlara cəld və effektiv baxılsın .
Gündəlik olaraq avadanlığının , prosedur və hazırlanma otaqlarında malların və dəsmalların təmizliyi , sterilizasiyası və qiqiyenasına riayət etmək .
Malları istehsalçı tərəfindən tovsiyyə olunduğu həcmdə istifadə etmək və bu həcmi aşmamaq.
Qonağın rahatlığını qorumaq üçün dəhlizlərdə və prosedur otağlarında sakit və ehtiyatlı hərəkət etmək .
Prosedur otaqlarında dəsmal və malların miqdarını lazımi dərəcədə saxlamaq , arabaların spa standartlarına uyğun doldurmaq,təmiz və səliqəli saxlamaq .
Bütün prosedurları təlim vaxtı öyrədilən kimi şirkətin protokollarına və standartlarına , lakin qonağın spesifik tələblərinə uyğun olaraq təmin etmək

TƏLƏBLƏR
Səlis Azərbaycan dili, İngilis dili orta
Rus dili arzuolunandır
Müvafiq sahədə iş təcrübəsi
Son dərəcə məsuliyyətli olmaq.
Kollektiv daxili münasibətlərdə sakit və təmkinli qalmaq şərtilə dəyişən mühit çərçivəsində çoxsaylı tapşırıqları icra edə bilmək qabiliyyətinə malik olmaq

"SPA Masaj Terapevti" qeyd edib Cv-nizi aze.careers@fairmont.com e-mail adresinə göndərə bi9lərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

ADMİNİSTRATOR tələb olunur

İşəgötürən: "BEAUTTECH" Salonlar şəbəkəsi

Vəzifə öhdəlikləri:

· Müştəriləri qarşılanmaq və onların suallarını cavablandırmaq;
· Telefon zənglərini idarə etmək və müvafiq şəxslərə yönləndirmək;
· Müştəri bazasını yeniləmək və məlumatların düzgünlüyünü təmin etmək;
· Salonun gündəlik əməliyyatlarını idarə etmək və müştəri məmnuniyyətini təmin etmək;
· Rezervasiyaları qəbul etmək və təqvim cədvəlini idarə etmək;
· İşçilərin iş qrafikini hazırlamaq və koordinasiya etmək;
· Salonun təmizliyini və nizamını təmin etmək;
· Müştərilərə satış və xidmətlər haqqında məlumat vermək və əlavə satışları təmin etmək.

Tələblər:

· Müvafiq sahədə minimum 1-2 il iş təcrübəsi;
· Yüksək kommunikasiya və müştərilərlə işləmə bacarığı;
· Azərbaycan və Rus dillərində sərbəst danışıq , İngilis dili yaxşı;
· Kompüter bilikləri və ofis proqramlarından istifadə bacarığı;
· Komanda ilə işləmək və müstəqil qərarlar qəbul etmək bacarığı;
· Stressə davamlılıq və problemləri tez həll etmək bacarığı;
· Yaş həddi 25-35 və yalnız xanımlar namizəd

Təklif etdiyimiz:

· Rəqabətə davamlı əmək haqqı
· Rahat iş mühiti və peşəkar komanda
· Təlim və inkişaf imkanları
· Sosial təminatlar və əlavə bonuslar
· İş saatı: 10:00-dan - 19:00-dək
· Maaş: 600-900 AZN (bacarıq və təcrübədən asılı olaraq) yüksəlmək ehtimalı ilə və bonuslardan gəlir.
· Əlavə bonus: ödənişsiz gözəllik xidmətlərindən faydalanmaq.

" ADMİNİSTRATOR" qeyd edib CV-nizi info@beauttech.az e-mail adresinə göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Nəzarətçi tələb olunur

İşəgötürən: Favorite Premium Market

İşin Təsviri:

Müəssisənin missiyasına, məqsədlərinə və siyasətinə müvafiq işləmək
Müəssisə ərazisini nəzarət altında saxlamaq
Daxili təhlükəsizlik qaydalarına əmək olunmasına nəzarət etmək
Təlimatda qeyd edilən istisna hallar xaric, vəzifə yerini tərk etməmək
Hadisələrə qarşı diqqətli davranmaq
Ərazini vaxtaşırı gəzmək, vəzifələrin icrasını həyata keçirmək
Növbəni təlimata uyğun şəkildə təhvil almaq və təhvil vermək
Şirkətin daxili nizam-intizam və etik davranış qaydalarına riayət etmək
Obyekt daxilində müştəriyə yardımçı olmaq, lazım gəldiyi təqdirdə istiqamətləndirmə və məlumatlandırma işini görmək

Namizadə Tələblər:

Yaş: 25 - 35 (Qadın və ya kişi)
Boy: 175
Təhsili: Tam orta və ya peşə təhsili
Dil bilikləri
Çevik və doğru qərar vermə bacarığı

Nəzarətçi vəzifəsində iş təcrübəsi arzu olunandır
İş qrafiki: növbəli 08:00-17:00, 14:00-23:00;

Həftədə 1 gün istirahət
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə.
Əmək Haqqı: 500 Manat + Nahar ilə təmin edilmə;

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Nəzarətçi” qeyd etməklə recruitment@favorite.az göndərməyiniz xahiş edilir.

mühafizəçi

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SMM tələb olunur

İşəgötürən: “Fusion Academy” tədris mərkəzi

Ünvan: 28 may s/t yaxınlığı AFF MALL

Tələblər:

🔹Sosial şəbəkələrin idarə edilməsi
🔹Müraciətlərin vaxtında və düzgün cavablandırılması
🔹Professional şəkildə reklam yerləşdirmə bacarığı
🔹Foto və video çəkiliş qabiliyyəti
🔹Yaradıcı və kontent yaratma bacarığı

İş saatları : 09:00 - 18:00

Əmək haqqı: 700 manat

Əlaqə nömrəsi: 051 494 68 67 Uyğun namizdlər CV-lərini qeyd olunan nömrəyə göndərə bilərlər.

sosial media platformaları

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

ÇAYÇI tələb olunur

İşəgötürən: "Performance Center Co" MMC (Chevrolet Azərbaycan)

- İş yeri: Yasamal rayonu, Zərdabi prospekti 88D (Zərdabi filialı)
- Nizami rayonu, Babək prostekti 43E (Babək filialı)


İş barədə məlumat

- Rəhbərliyə və qonaqlara çay, kofe, su təklif edilməsi
- Şirkət işçilərini gün ərzində müəyyən vaxtlarda çayla təmin etməli
- Məsuliyyətli, səliqəli və işində dəqiq olmaq
- Mətbəxin daimi təmizliyini təmin etmək
- Mətbəxə lazım olan mətbəx ləvazimatların və ərzaqların yazılı və şifahi sifarişi, gündəlik tələblərin qarşılanması üçün hər zaman yetərli qədər stoku təmin etmək.
- İstifadə etdiyi əşya və ləvazimatların gigiyenik olmasını təmin etmək
- Təhlükəsiz bir şəkildə işləmək, bütün sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmək

İş şərtləri:
- İş qrafiki: Həftədə 6 gün, 09:00-dan 18:00-dək
- Əmək haqqı: 400-450 ₼


Namizədə tələblər
- Müvafiq sahə üzrə iş təcrübəsi
- Yaş həddi: 30-50
- Diqqətli, məsuliyyətli və təmizkar
- Mətbəx avadanlıqları və təmizlik ləvazimatlarından istifadə etmə bacarığı
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
- Xoş və səliqəli zahiri görünüş

"ÇAYÇI" qeyd edib işlə bağlı müraciətinizi hr@performance-center.az e-mail adresinə göndərə bilərsiniz.

(050) 291-30-80

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Satış təmsilçiləri tələb olunur

İşəgötürən: “Zuleykha accessories”

Tələblər: Yaş 28-45
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Xarici görkəmi baxımlı xanımlar
Təhsil: Ali və Orta təhsil (Ali təhsilin olması üstünlükdür)
Dil bilikləri: Rus və İngilis dilləri (Hər iki dildən birini bilməsi üstünlükdür)

Vəzifələr:
1. Müştərilərlə ünsiyyət qurmaq və məhsulları müştərilərə təqdim etmək
2. Müştərilərə məhsullarımız haqqında ətraflı və doğru məlumat vermək
3. Məhsulların satışını icra etmək.

İş qrafiki ; Növbəli qrafik
1. 10:00-19:00
2. 13:00-22:00
Həftədə 1 dəfə tam iş günü , 1 dəfə istirahət günü.
Rəsmi əməkhaqqı: 500 +bonus ( aylıq 700-800)

İş yerinin ünvanı: 28 mall

"Satş təmsilçisi" qeyd edib işlə bağlı müraciətiniz hello@zuleykha.az e-mail adresinə göndərə bilərsiniz.
055 946 80 22 - Aysu
xanım

Müraciət üçün son tarix: 03.11.2024

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Marketinq üzrə kiçik mütəxəssis tələb olunur

📢Karyerasını marketinq üzrə inkişaf etdirmək istəyən gənc, dinamik, təşəbbüskar gəncləri komandamızın üzvü olmağa dəvət edirik!

İşəgötürən: Sham-Fi International Trading Company - Şam Fi

🔹 Vəzifə öhdəlikləriniz:

• Aylıq hədəflərin analizini aparmaq;
• Satış və marketinq sahəsində görüləcək işlərin planlaşdırılması və hesabatların hazırlanması;
• Xarici tərəfdaşların cəlb edilməsi və danışıqların apaılması;
• Müştəri bazasının genişləndirilməsində köməklik göstərmək;
• Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası.

🔹Tələblər:

• Ali təhsil (iqtisadiyyat, marketinq və digər əlaqəli ixtisaslar üzrə);
• Rus dili bliyi mütləqdir;
• ⁠Şəxsi avtomobil arzu olunandır;
• FMCG sahəsində marketing üzrə təcrübə arzu olunandır;
• Kompüter bilikləri (MS Office, əsasən MS Excel);
• Güclü sosial-kommunikasiya bacarıqları, araşdırma və analiz qabiliyyəti.

🔹Təminatlar:
• Rəqabətə dəvamlı əmək haqqı
• Karyera yüksəlişi
• Şirkət hesabına nahar

Uyğun namizədlərdən mövzu hissəsində “Marketinq üzrə kiçik mütəxəssis” qeyd edərək, firangiz.mammadova@sham-fi.az e-mail ünvanına müraciət etmələrini xahiş edirik.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Mühafizəçi tələb olunur - YÜKSƏK MAAŞ

İşəgötürən: STDC

İş yeri: Sumqayıt şəhəri
Namizəd Sumqayıt şəhərində yaşamalıdır;

Yaş həddi 30-40

Servis xidməti var
Əmək haqqı 800-1000 AZN

Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun sənədləşmə

Vəzifə öhdəlikləri:

Nəzarət-buraxılış məntəqəsində öz fəaliyyətini dəqiq yerinə yetirmək;
Müəssisənin ərazisini nəzarət altında saxlamaq;
Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
İşçilərin üzərinə baxış keçirmək.

Tələblər:

Fiziki sağlam olmalıdır
Hərbi xidməti başa vurmuş olmalıdır;
Müvafiq sahədə təcrübəsi olmalıdır;
Çevik və doğru qərar vermə bacarığı olmalıdır;
Məsulliyyət, düzgünlük, dəqiqlik kimi şəxsi keyfiyyətlərə malik olmalıdır;

"MÜHAFİZƏÇİ" qeyd edib ŞƏKİLLİ CV-nizi ( şəkil mütləqdir) info@stdc.az e-mail adresinə göndərə bilərsiniz.


Şirkət haqqında
Sumqayıt Texnologiyalar Data Mərkəzi gücünə görə dünyanın ən böyük data mərkəzlərindən biridir. Data Mərkəzi ən muasir yüksək sürətli hesablama avadanlıqlarının tətbiqi sahəsində yüksək sürətli məlumat hesablama qabiliyyətinə malikdir. Data Mərkəzində müasir innovativ immersiya tipli soyutma, SCADA, Blokçeyn, təhlükəsizlik və s. kimi texnologiyalar tətbiq olunur. Data Mərkəzində 300 nəfərdən çox yerli mütəxəssis işlə təmin olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

ANBAR FƏHLƏSİ tələb olunur

İşəgötürən: "Mirzəoğlu" MMC (Konfet, şirniyyat istehsalı üzrə qənnadı fabriki)

Tələblər
(Bəy namizədlər)
Orta təhsil
Praktiki sağlam

ƏMƏK HAQQI: 560 manat

Vəzifə öhdəlikləri

Qənnadı fabrikinə aid olan məhsulların daşınması,
Maşına yüklənməsi, boşaldılması.

Rəsmi işdir☑️
Geyim və yemək şirkət tərəfindən verilir☑️
Ünvan: Bakıxanov qəsəbəsi

" ANBAR FƏHLƏSİ" qeyd edib 055-444-63-38 nömrəsi ilə əlaqə saxlaya və ya
hr3@mirzaoglu.az mail adressinə vakansiya adınə qeyd edərək göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

QAYNAQÇI tələb olunur

İşəgötürən: Omax metal profil boru istehsal zavodu

Yaş həddi : 20-55

Əmək haqqı: 800 manat

Əlavə imkanlar: Nahar yeməyi verilir

İş yerinin ünvanı: Bakı Binəqədi ray. M.Ə.Rəsulzadə qəsəbəsi Baksol ərazisi

Müraciət qaydası: . "Qaynaqçı"qeyd edib 050-255-84-01 nömrənin Whatsapp-na yaza bilərsiniz.

Şirkətimiz metal profil boru istehsalı ilə fəaliyyət gösdərir.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

XADİMƏ tələb olunur

İşəgötürən: İndi Market

İş şəraiti:
-Rəsmi əmək müqaviləsi bağlanılır;
-Əmək haqqı: 400 - 450 AZN (NET);
-İş qrafiki: 6 iş günü.

Vəzifə Öhdəlikləri:
- Müəyyən edilmiş qaydalara əsasən gündəlik olaraq mağaza təmizlik işlərinin həyata keçirilməsi
- Mətbəx və sanitar qovşaqlarının təmiz saxlanılması
- Rəflərin, soyuducu avadanlıqların silinərək təmizlənməsi

Tələblər:
- Qeyd edilən sahə üzrə minimum 1 il iş təcrübəsi
- Qadın namizədlərə üstünlük veriləcək

Vakansiya ilə bağlı müraciət üçün mövzu hissəsinə “Xadimə” qeyd edərək 051 232 60 36 nömrəsinə whatsapp üzərindən yaza bilərsiniz. Müraciət zamanı “xadimə” və özünüzlə bağlı məlumat (ad soyad, yaş, iş təcrübəsi, yaşadığınız ərazi) qeyd etməyiniz xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Mağaza menecerinin köməkçisi tələb olunur

İşəgötürən: NOVCO Group of Companies

Vəzifə öhdəlikləri:

1. Mağazada müştəri xidmətinin yüksək standartlara uyğun olmasını təmin etmək
2. İşçilərin düzgün idarə eidlməsi və yönləndirilməsi

Tələblər:
1. Dil bilikləri: Azərbaycan dili - əla, rus dili - arzuolunandır
2. İş tərübəsi: Satış sahəsində 2 ildən az olmayan təcrübə (geyim, aksesuar, ayaqqabı sahəsində).

Əmək şəraiti:

1. İş qrafiki: Növbəli
2. Əmək haqqı: 750 Manat + satışdan %lər
"Mağaza menecerinin köməkçisi " qeyd edib CV-nizi hr@novco.com e-mail adresinə və ya 050 250 11 09 nömrəyə göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

ZAVODA İŞÇİLƏR TƏLƏB OLUNUR

İşəgötürən: "Azertexnolayn" MMC

VƏZİFƏLƏR:

1. Çilingər-mexanik
2. Elektrik-avtomatik
3. TRAKTOR SÜRÜCÜSÜ

Sizə uyğun vəzifənin adını qeyd edib (MÜTLƏQ QEYD EDİN) işlə bağlı müraciətinizi hr@azertexnolayn.com e-mail adresinə göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Anbardar tələb olunur ( Yevlax təsərrüfatı)

İşəgötürən: Azərşəkər LLC

İş yeri: Yevlax rayonu

Struktur: Anbarların idarə edilməsi departamenti
Bilavasitə tabe olduğu şəxs: Anbar meneceri

Vəzifə öhdəlikləri:

Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlama rejiminə nəzarət;
Mal-materialın qəbulu , təhvili , sənədləşdirilməsi və mədaxil-məxaric sənədlərinin yoxlanılması, qəbul və təhvil qaydalarına riayət etmək;
Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının, sayım zamanı sayılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda mal-material düzülüşünə nəzarət etmək;
Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək. O cümlədən son tarixləri nəzər almaqla bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək, istisnalar barədə dərhal rəhbərliyi məlumatlandırmaq;
İstifadə olunan və ya verilən əmlak siyahıları, qiymət siyahıları, çatışmazlıqlar, yüklər, xərclər, malların qeydiyyat və hesabatını tələb olunduğu halda hazırlamaq və aparmaq
Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək;
Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
Keyfiyyətə nəzarət tələblərinə əməl etmək , mal-materialın keyfiyyətli və uyğun şəraitdə saxlanılmasına nəzarət etmək;
Çatdırılacaq materialları və ya bağlamaları zədələnmədən çevik və təhlükəsiz şəkildə saxlama ərazisinə çatdırmaq
Eyniləşdirmə etiketləri, ştamplar, elektrik nişan vurma alətləri və digər yarlıq vurma avadanlıqlardan istifadə etməklə saxlanc əşyalara ştamp vurmaq.
Malların tərkibinə uyğun olaraq konteynerlərə, saxlanclara yarlıq yapışdırmaq.
Təhlükəli malları saxlama ərazisində əvvəlcədən təyin olunmuş müvafiq konteynerlərə daşımaq.
Sahələri satışı tələb olunan mallar və materiallar ilə vaxtında təmin etmək;
Anbara giriş-çıxış yollarının və qapılarının işlək olmasını təmin etmək, bitişik ərazinin yığışdırılmasını, anbarın səliqəliliyini təşkil və nəzarət etmək;
Mədaxil-məxaric və obyekt daxili rejimin həyata keçirilməsində Mühafizə Xidməti ilə əməkdaşlıq etmək.
Anbarda aparılan əməliyyatlar zamanı prosedurları yerinə yetirmək, monitorinq etmək və onlara riayyət etmək:
Təhlükəli maddələr və mallar ilə əlaqədar qanuni tələbləri tətbiq etmək.
Verilmiş məlumatlar, o cümlədən təsnifat yarlıkları, bəyannamələr, materialların təhlükəsizliyinə dair texniki məlumatların arayış vərəqləri və digər sənədlərə əsasən təhlükəli mallar və ya maddələri müəyyən etmək.
Çəngəl ağızlı (forklift) qaldırıcı, yük maşın və ya vaqona profilaktik xidmət göstərmək.
Monitorinq və texniki xidmətin nəticələri barədə müvafiq işçi heyətinə məlumat vermək.

Vəzifə tələbləri:

Ali təhsil (müvafiq sahə üzrə);
Müvafiq sahədə iş təcrübəsi: Minimum 1 il
MS Office istifadə bacarığı (Word, Excel, Power Point); 1 C
Kənd təsərrüfatı təcrübəsi üstünlükdür.

İş qrafiki: 6 günlük iş həftəsi ( həftə içi saat 09:00-17:00, şənbə günü 09:00-13:00)

"Anbardar ( Yevlax təsərrüfatı)" qeyd edib CV-nizi hr@azsf.az e-mail adresinə göndərə bilərsiniz.

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Son müraciət tarixi: 08.11.2024

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

OFİSİANT KÖMƏKÇİSİ tələb olunur

İşəgötürən: UNIQUE ALLIANCE MMC, ZƏNCƏFİL RESTORANT

Tələblər: Namizəd: qadın və ya kişi 16-25 yaş aralığı, təcrübə tələb olunmur.

İmkanlar: Nahar və forma şirkət tərəfinən verilir, Xətayi və Əhmədli metrolarına servis var.
Rəsmi əməkhaqqı: 500 manat + %

İş yerinin ünvanı: Ağ şəhər, Babək prospekti,, City Park Mall Zəncəfil restorant

Vəzifəsi:

- Ofisiantın göstərişi ilə mətbəxdən yemək və içkilərin masaya çatdırılması.
- Boş qabların yığışdırılması və mətbəxə qaytarılması.
- Yemək zalının təmizliyinə və gigiyenasına nəzarət etmək.
- Müştərilərin suallarını cavablandırmaq və lazım gəldikdə ofisianta kömək etmək.
- Salfetlər, çəngəl-bıçaq, boşqablar və digər zəruri xidmət materiallarının yerində olmasına nəzarət etmək.
- İş qrafik: 6 gün iş 1 gün istirahət, növbəli iş qrafiki , 9 saat iş. Nahar və çay fasiləsi daxil.

"OFİSİANT KÖMƏKÇİSİ" qeyd edib işlə bağlı müraciətinizi 0512336393 nömrənin whatsapp-na yaza bilərsiniz.

Haqqında: İş yeri Babək prospektində yerləşən City Park Mall-un daxilində yerləşən Zəncəfil restoranı,

Müraciət üçün son tarix: 03.11.2024

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

BÜDCƏ, İQTİSADİ TƏHLİL ÜZRƏ BÖYÜK İQTİSADÇI tələb olunur

İşəgötürən: "SOCAR PETROLEUM" QSC

Yaş həddi: 25-40

- İş yeri: Bakı şəh. Babək prospekti, 2269

İş barədə məlumat

- Şirkətin maliyyə faəliyyətinə aid analizlərin aparılması
- Gəlir və xərclərin planlaşdırılması
- Mənfəətlilik hesabatının analiz edilməsi
- Digər xərc maddələrinin analizlərinin aparılması
- Şirkətin maliyyə vəziyyətinə aid analizlərin aparılması
- Balans hesabatını müvafiq maraqlı tərəflərlə təhlil etmək və qalıqların planlaşdırılması
- Gəlir və xərc, balans, eləcə də pul vəsaitlərinin hərəkəti haqqında hesabatın fakt və büdcə üzləşmələrinin aparılması
- İnvestisiya layihələri üzrə fakt və büdcə üzləşmələrinin və ilkin büdcənin təsdiqi üzrə analizlərin aparılması
- Müdiriyyət tərəfindən tapşırılan vəzifəsinə aid digər öhdəlikləri yerinə yetirmək
- Daxili nizam-intizam qaydaları və iş prosedurlarına hörmətlə yanaşmaq və onlara riayət etmək
- Şirkətin bütün siyasət və proseduralarına riayət etmək
- Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/yazılı tapşırıqları icra etmək
- Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək
- Şirkətə aid məlumatların məxfiliyini təmin etmək

- İş qrafiki: tam iş günü (5 iş günü)
- İş saatları: 08:00-dan - 17:00-dək və ya 09:00-dan -18:00-dək

Namizədə tələblər

- Təhsil: Ali
- Maliyyə, hesabatlılıq və ya maliyyə analizi istiqamətləri üzrə ən azı 2 illik təcrübə
- Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığının olması, ingilis dili biliyinin orta səviyyədə olması
- Analitik bacarıqlar
- Ünsiyyət qurma bacarığı
- Kompüter bilikləri: MS Office proqramları ilə işləmək bacarığı

"BÜDCƏ, İQTİSADİ TƏHLİL ÜZRƏ BÖYÜK İQTİSADÇI " qeyd edib hr@socar-petroleum.az e-mail adresinə göndərə bilərsiniz.

Читать полностью…
Subscribe to a channel