azvakaz | Unsorted

Telegram-канал azvakaz - AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

48828

Azərbaycanda vakansiyalar, iş elanları Ödənişli iş elanı yayımı üçün: @AzVak_elan ya elan@azvak.az Əlaqə: 051 343 73 07 AzVak kanalı elanların məzmununa, həmçinin işaxtaran və işəgötürən arasında danışıqlara və razılaşmalara görə məsuliyyət daşımır.

Subscribe to a channel

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Mühafizəçi tələb olunur

İşəgötürən: Agro-Vest Retail MMC

Tələblər:

Namizəd: Kişi
yaş-22-45,
iş təcrübəsi-təcrübəsi olanlara üstünlük verilir,
təhsil-orta
Vəzifələr: Supermarket daxilində təhlükəsizliyi təmin etmək və mülkiyyətin qorunmasına nəzarət etmək

Şübhəli davranışları və potensial təhlükələri müşahidə edərək vaxtında tədbir görmək
Məhsul oğurluğunun qarşısını almaq üçün mağaza ərazisində patrul etmək və müşahidə
aparmaq

Əmək haqqı: 500 manat
Əlavə imkanlar: Nahar və həftəlik istirahət təmin edilir
Iş qrafiki: Növbəli

İş yerinin ünvanı: Masazır-Uğur Palace ilə üz-üzə

Müraciət qaydası:
"Mühafizəçi " qeyd edib işlə bağlı müraciətiniz 099 500 56 58 nömrənin whatsapp-na yaza bilərsiniz.

Müraciət üçün son tarix: 03.11.2024

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

ŞƏXSİ AVTOMOBİLİ OLAN Satış üzrə mütəxəssis tələb olunur

İşəgötürən: Sham-Fi International Trading Company - Şam Fi

Namizədə tələblər:

-Ali təhsil
-Bəy namizəd
-Sürücülük vəsiqəsi və şəxsi avtomobil MÜTLƏQDIR
-Müstəqil və komandada işləmək bacarığı
-Məsuliyyət, diqqət, intizam və təşəbbüskarlıq
-Güclü ünsiyyət qabiliyyəti və analiz bacarığı

Vəzifə funksiyaları:

∙ Yeni məhsulların müştərilər tərəfindən tanınmasını və onların satış məntəqələrində satışını təmin etmək, bununla bağlı yaranan problemləri aradan qaldırmaq;
∙ Nümayəndəsi olduğu satış bölgəsini yaxşı tanımaq, yeni müştəriləri müəyyən edərək onları şirkətə cəlb etmək;
∙ Müştərilərlə müqavilə bağlanmasını təmin etmək, onlarla işgüzar münasibətlər yaratmaq və davam etdirmək;p
∙ Ərazisindəki satış həcmi az olan nöqtələrində satış həcminın artırılması istiqamətində işlərin görülməsini təmin edir
∙ Məhsulun satışının təşkil olunması
∙ Sifarişlərin qəbul olunması
∙ Müştəri məmnuniyyətini saxlamaq
∙ Ticarət nöqtələrinin inkişaf etdirilməsi

İş şəraiti:
∙ Həftədə 5 iş günü, 2 gün istirahət.
∙ Karyera yüksəlişi imkanı.
∙ Rəqabətə davamlı əmək haqqı

Tələblərə uyğun namizədlərdən mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd edərək cv@sham-fi.az mail ünvanına müraciət etmələrini xahiş edirik.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Oyuncaq mağazalarına SATIŞ MƏSLƏHƏtçilərİ tələb olunur

İşəgötürən: Zeta Group-The Entertainer oyuncaq mağazalar şəbəkəsi

Mağaza ünvanları: Port Baku Mall, Crescent Mall

The Entertainer mağazalar şəbəkəsinə aktiv və müştəri yönümlü Satış məsləhətçiləri axtarırıq.

Satış məsləhətçisinin vəzifəsinə müştərilərlə xoş ünsiyyət qurmaq ,onların ehtiyaclarını anlamaq, məhsullar haqqında düzgün məlumat vermək,hədəflərə çatmaq və mağazanın satışlarını artırmaq daxildir.

Namizədə tələblər:
- 18-27 yaş arası xanım və bəy namizədlər;
- Müvafiq satış sahəsində ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan dili əla, rus və ingilis dili arzuolunandır;
- Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli.
Əsas vəzifə öhdəlikləri:
- Müştərini brend, məhsul çeşidi haqqında məlumatlandırmaq və məhsul seçimində köməklik göstərmək ;
- Malları vitrin və ya rəflərə səliqəli düzmək ;
- Mağaza tərəfindən malların qəbulunda köməklik etmək ;
- Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli və bütün malların qiymətinin yerində olmasından cavabdeh olmaq ;
- Satış apararkən daim düzülüşə nəzarət etməli və vitrin boşluqlarını aradan qaldırmaq ;
- Mağazanın qarşısına qoyulan hədəfləri və satış planlarını həyata keçirmək.

İş şərtləri:

- İş günü: 6 günlük-növbəli qrafik, həftədə 1 gün istirahət
- Şirkət tərəfindən uniforma verilir
- Əmək haqqı 550 Manat + satışdan bonuslar

Təklif edirik:
- Karyerada yüksəliş imkanları

Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Satış məsləhətçisi” yazaraq hrm@zeta.az email ünvanına və ya 0552057787 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.

satıcı

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Beton Zavodu Müdiri tələb olunur

İşəgötürən: Norm OJSC

Vəzifənin məqsədi: Bu vəzifənin əsas məsuliyyəti istehsal standartları və təhlili, keyfiyyətə nəzarət, xammalın planlaşdırılması, satış planı əsasında istehsalın təşkili, avadanlıq və inventar nəzarəti, texniki xidmət, kadrların idarə edilməsi, SƏTƏM və ətraf mühitə uyğunluq daxil olmaqla zavodun istehsal əməliyyatlarının bütün aspektlərinə nəzarət etməkdir.

Tələblər:

Biznesin idarə edilməsi, mühəndislik və ya müvafiq əlaqədar sahə üzrə magistr təhsili
Ən az 2 il rəhbər vəzifədə olmaqla, tikinti materialları sənayesində 5 ildən çox təcrübə
İngilis və azərbaycan dillərini yüksək səviyyədə bilmək; Rus dilləri biliyi üstünlükdür
Güclü strateji liderlik və biznesin inkişafına nail olmaq bacarıqları
Yüksək səviyyədə maliyyə bilikləri və büdcə idarəetmə bacarığı və təcrübəsi
Data əsaslı qərarların qəbulu üçün analitik düşüncə
Hazır beton qarışığı istehsalı, əlaqədar avadanlıqların idarə edilməsi ilə bağlı texniki biliklərin olması
Tənzimləyici normativləri nəzərə almaq və uyğunluq təmin etmək bacarığı.

Əsas vəzifə və öhdəliklər:

İstehsaldan tutmuş daşınmaya qədər istehsalın bütün sahələrində ən yüksək keyfiyyət və təhlükəsizlik standartlarının qorunması
İstehsal və planlaşdırma ilə bağlı zavod əməliyyatlarına səmərəli nəzarətin təşkil edilməsi
İstehsalda texniki xidmətin qrafiki və icrasının idarə edilməsi
Zavodun müvafiq ehtiyatlarının (xammal, avadanlıq/nəqliyyat hissələri və s.) saxlanmasını təmin etmək
Şirkət siyasətinə uyğun olaraq işçilərin işə götürülməsi, müvafiq təlimlərin təşkili, istiqamətləndirilməsi, məsləhətlərin verilməsi və məsuliyyətlərin bölgüsü
Avadanlıqların texniki xidmətlərinin yük maşını təchizatçıları ilə dəyərləndirilməsi
Ay sonu inventarının həyata keçirilməsi
Şirkət avtomobillərini təhlükəsizlik, etibarlılıq və uzunömürlülük üçün yaxşı vəziyyətdə saxlamaqla parkın texniki xidmətini təmin edilməsi
Xammal inventarını və digər zəruri ləvazimatlarını təmin etmək
Gündəlik, həftəlik, aylıq olaraq tələb olunan dövri hesabatları hazırlamaq
Təhlükəsizlik görüşlərinin keçirilməsi
Hazır məhsulun keyfiyyətini təmin etmək üçün keyfiyyətə nəzarət planının tətbiqinə nəzarət edilməsi
Şirkətin aktivlərini yaxşı vəziyyətdə saxlamaq
Avadanlıqlara texniki qulluq işlərinin yerinə yetirilməsinə dəstək vermək
Müəyyən edilmiş büdcə çərçivəsində zavodun idarə edilməsi
Müştərinin xüsusi ehtiyaclarınə nəzərə alaraq düzgün qarışıq dizaynı üçün sistemdəki sifarişləri nəzərdən keçirmək
Müştərilərə üstün xidmət göstərmək üçün lazımi resursların, personalın və yük maşınlarının mövcudluğunu təmin etmək və bütün əməliyyat işçiləri ilə effektiv əlaqə saxlamaq
Əlaqədar tərəflərlə sıx əməkdaşlığın təmin edilməsi (memarlar, universitetlər, institutlar, rəsmi qurumlar, müstəqil laboratoriyalar)
Məhsulun keyfiyyətinin monitorinqi, əlaqədar hesabatların hazırlanması və iclasların keçirilməsi, keyfiyyət dəyişikliklərinin təhlili və Məhsulların və texniki xidmətin portfoliosunun bazar tələbatlarına uyğun olaraq təkmilləşdirilməsinə görə cavabdehlik
Maliyyə hədəflərinə uyğun olaraq keyfiyyətə nəzarət tələblərinin qiymətləndirilməsi; illik büdcənin hazırlanması; xərclərin planlaşdırması; dəyişikliklərin analizi
Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə planına uyğun hərəkət etmək.
Müştərilərə məhsulların və həll yollarının təqdim edilməsi
Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar
Müştəri şikayətlərinə həll yollarının verilməsini təmin etmək

"Beton Zavodu Müdiri" qeyd edib CV-nizi hr@norm.az e-mail adresinə göndərə bilərsiniz.

CV-lərin təqdim olunması üçün son tarix: 27.10.2024

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Təftiş işləri üzrə mütəxəssis tələb olunur

İşəgötürən: “Sirab Satış Dağıtım” MMC

İş qrafiki: 5 gün, 09:00/18:00

B kateqoriyalı sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması mütləqdir.

Əsas tələblər:

Minimum təhsil dərəcəsi: Bakalavr (İqtisadiyyat üzrə);
Komputer bilikləri: MS Office - orta;
Dil bilikləri: Azərbaycan-əla;
Fərdi keyfiyyət göstəriciləri:
Komanda ilə işləmə bacarığı;
Riyazi biliklər və analitik düşünmə bacarığı;
Planlaşdırma və problem həll etmə bacarığı;
Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil.
Digər tələb və üstünlük göstəriciləri:
ACCA və ya digər kvalifikasiyalar üzrə müvafiq imtahanlardan sertifikat arzuolunandır.

Vəzifə öhdəlikləri:

Satış nöqtələrində məhsulların rəfdə mövcudluğunun, qiymətlərin düzgünlüyünün və rəf payının yoxlanması;
Məhsul çeşidləri üzrə rəfdə FİFO və Planogram standardlarının tətbiqinin yoxlanması;
Müştəri qalıq (stok) hərəkəti tarazlığını yoxlanması;
Günlük plan üzrə təftiş prosesinin təşkili və həyata keçirilməsi;
Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatların təqdim olunması.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Əmək haqqı: Müsahibə əsasında
Yemək pulu və yanacaq pulu şirkət tərəfindən;
Korporativ telefon nömrəsi və danışıq paketi;

İş yeri:
Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı)

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Təftiş işləri üzrə mütəxəssis” yazmaqla
cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Yeməkxana xidmətçisi tələb olunur

İşəgötürən: Baku Boulevard Hotel Company LLC

Şöbə: Mətbəx
Şirkət: Baku Boulevard Hotel Company LLC
Ünvan: Azərbaycan, Bakı ş, Xəqani Rüstəmov küç 4 C

İşin təsviri

İşçilər üçün Restoranın hər zaman təmiz və gigiyenik normalara uyğun şəkildə olmasını təmin etmək. İşçilər üçün restoranın dekor, rahatlıq, menyu və keyfiyyətli yeməklər baxımından ən yüksək standartlara cavab verməsini təmin etmək. Xidmət operativ, effektiv və səmimi şəkildə həyata keçirilməlidir;
İşçilərin dəqiq yemək statistikasını tərtib etmək;
İşçilər üçün yeməkləri qablara çəkmək, porsiyalara ayırmaq və masaya vermək;
İşçilərə hər zaman gülərüzlə xidmət göstərmək;
İşçilərə təqdim edilən yeməklərin keyfiyyətinə nəzarət etmək, müəyyən edilmiş standartlarla bağlı hər hansı uyğunsuzluq olduqda, bu barədə İşçilər üçün Restoranın Nəzarətçisinə xəbər vermək;
İşçilər üçün restoranın bütün avadanlıqları, mətbəx ləvazimatları və s. qorunub saxlanılmasını təmin etmək;
Bütün avadanlıqların aylıq / illik inventarlaşdırılmasını keçirmək;
Ehtiyac olduqda, işçilərin yeməklərinin faktiki olaraq hazırlanmasına kömək etmək;
Təşkil edilmiş fəaliyyət standartlarına uyğun qabların təmizlənməsi və yuyulması;
Sınmaları minimuma endirmək üçün istismar və mətbəx avadanlığından ehtiyatla istifadə etmək;
Bütün təmizləmə prosedurlarını, qabyuyan maşınlardan istifadə qaydasını və istifadə ediləcək kimyəvi vasitə növlərini tam olaraq dərk etmək və onlar haqqında biliklərə malik olmaq;
İş yerinin daim təmiz və səliqəli saxlanılmasını təmin etmək;
Istismar avadanlığını və mətbəx ləvazimatlarını yumaq, təmizləmək və yerinə yığmaq

Namizədə olan tələblər
Müvafiq xidmət üzrə təcrübənin olmağı arzu olunandır;
Danışıqların aparılması bacarığı;
İşgüzar və məsuliyyətli

İş şərtləri
iş rejimi - həftədə 5 günlükdür
1 saatlıq nahar fasiləsi

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Yeməkxana xidmətçisi” qeyd edərək CV-lərini careers.boulevard@absheronhotelgroup.com elektron ünvanına 30 oktyabr 2024-ci ilə dək göndərmələri xahiş olunur.

Son tarix: 30.10.2024

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

QABLAŞDIRICI tələb olunur

İşəgötürən: "Mirzəoğlu" MMC
(Konfet, şirniyyat istehsalı üzrə qənnadı fabriki)

Vəzifə öhdəlikləri

İstehsal olunan məhsulların(konfet/şirniyyat) çeşidlənməsi, qutulara yığılması, qablaşdırılması.

ƏMƏK HAQQI - Növbəli iş qrafiki:
1-ci növbə: 07:30-15:30 - 400 AZN (1-ci növbə)
2-ci növbə: 15:00-23:00 - 420/450 Azn (2-ci növbə)

İş qrafikindən əlavə saatlar(overtime) maaşa əlavə olunur.

Yemək şirkət tərəfindən verilir✅
Tam rəsmi iş✅

Namizəd: Qadın
Orta Təhsil, Praktiki sağlam
Təcrübə önəmli deyil (olması üstünlükdür)

Ünvan: BUZOVNA QƏSƏBƏSİ.

Müraciət: "Qablaşdırıcı" qeyd edib 055-444-63-38 nömrəsinə və ya hr3@mirzaoglu.az mail adressinə müraciət edə bilərsiniz göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SÜRÜCÜ-DEZİNFEKTOR tələb olunur

İşəgötürən: Sanidez MMC

İş barədə məlumat

- Xüsusi maşın və avadanlıqların köməyi ilə təmizlik və dezinfeksiya edilməsi
- Təmizlik və dezinfeksiya üçün maşın və avadanlıqları hazırlayır, onlara qulluq edir, təlimata uyğun olaraq kimyəvi preparatları və digər vasitələri tətbiq edilməsi
- Şirkətə məxsus nəqliyyat vasitəsinə tam maddi məsuliyyət daşımaq
- Nəqliyyatı təmiz və səliqəli saxlamaq.
- Həftə içi 6 iş günü

Qeyd:- şəxsi avtomobillə işləyən olarsa əmək haqqı 700-900 AZN
Nəqliyyat vasitəsi bizim tərəfimizdən təmin olunarsa əməkhaqqı (başlanğıc olaraq 400) 400- 700 AZN.

Namizədə tələblər

- Yaş həddi: 25-45
- Sürücülük vəsiqəsi
- Hərbi bilet
- Müvafiq sahə üzrə ən azı 1-3 il iş təcrübəsi
- Orta təhsil (müvafiq peşə təhsili üstünlükdür)
- Ünsiyyət qura bilmə bacarığı
- Komandada işləmək bacarığ
- İntizamlılıq, səliqəlilik, məsuliyyətlilik

"SÜRÜCÜ-DEZİNFEKTOR" qeyd edib işlə bağlı müraciətinizi info@sanidez.az e-mail adresinə yaza bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Təhlükəsizlik əməkdaşı (mühafizəçi) tələb olunur

İşəgötürən: Sirab Satış və Dağıtım MMC

Əmək haqqı: 650 AZN + Yemək şirkət tərəfindən.

Əsas tələblər:

Təhsil dərəcəsi: Orta;
Yaş həddi: 18–30;
Təcrübə: Müvafiq sahədə minimum 1il iş təcrübəsi;
Cinsi: Kişi;
Boy: minimum 1.80 sm;
Hərbi xidmətdə olmuş;
İdmanla məşğul olması üstünlükdür (diplom və sertifikatlar arzuolunandır).

Fərdi keyfiyyət göstəriciləri:
Diqqətcil;
Komanda ilə işləmə bacarığı;
Gərgin iş tempinə uyğunlaşa bilən;
İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya.

İş barədə:
Təlimata əsasən tapşırılan obyektin müəyyən olunmuş vaxt çərçivəsində mühafizəsinin təşkili;
Jurnalda qeydlər aparmaqla qonaqların qəbul edilməsi və yola salınması;
Giriş qapısını və digər tapşırılan obyektləri daimi olaraq nəzarətdə saxlanılması;
Yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi;
Nizam-intizam qaydalarına riayət edilməsi, əməkdaşlardan və ziyarətçilərdən onların icrasını tələb edilməsi.

İş vaxtının norması: Növbəli iş qrafiki.

İş yeri:
Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5)
Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvail küçəsi 17

Müraciət forması:

“Təhlükəsizlik əməkdaşı (mühafizə)” yazmaqla CV-nizi cv@sirab.az mail ünvanına və ya 0559000551 Wp -na göndərə bilərsiniz.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Satış təmsilçiləri tələb olunur

İşəgötürən: “Zuleykha accessories”

Tələblər: Yaş 28-45
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Xarici görkəmi baxımlı xanımlar
Təhsil: Ali və Orta təhsil (Ali təhsilin olması üstünlükdür)
Dil bilikləri: Rus və İngilis dilləri (Hər iki dildən birini bilməsi üstünlükdür)

Vəzifələr:
1. Müştərilərlə ünsiyyət qurmaq və məhsulları müştərilərə təqdim etmək
2. Müştərilərə məhsullarımız haqqında ətraflı və doğru məlumat vermək
3. Məhsulların satışını icra etmək.

İş qrafiki ; Növbəli qrafik
1. 10:00-19:00
2. 13:00-22:00
Həftədə 1 dəfə tam iş günü , 1 dəfə istirahət günü.
Rəsmi əməkhaqqı: 500 +bonus ( aylıq 700-800)

İş yerinin ünvanı: 28 mall

"Satş təmsilçisi" qeyd edib işlə bağlı müraciətiniz hello@zuleykha.az e-mail adresinə göndərə bilərsiniz.
055 946 80 22 - Aysu
xanım

Müraciət üçün son tarix: 03.11.2024

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Xadimə tələb olunur

İşəgötürən: Sahil Hotel Baku

Otelə işində məsuliyyətli, təmizkar, nizam- intizamlı xadimə işçi axtarılır.

Vəzifə öhdəlikləri:

• Gündəlik olaraq ona təhkim edilmiş mərtəbədə təmizlik işlərini yerinə yetirmək
• Verilən tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək,
• Qonaqlarla nəzaktli davranış qaydalarına riayət etmək
• Səliqəli xarici görünüş, kollektivlə işləmə bacarığı
• Otel sahəsində iş təcrübəsinin olması üstünlükdür

İş cədvəli:

Həftədə 6 gün növbəli cədvələ uyğun iş qrafiki, 1 gün istirahət
Nahar yeməyi şirkət tərəfindən təmin edilir
İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Əmək haqqı – 500 AZN

CV nümunələrinizi "Xadimə" başlığı ilə yeter.azizova@sahilhotelbaku.com ünvanına göndərə bilərsiniz.

Maraqlanan şəxslər üçün əlaqə nömrəsi: 0705854146

Ünvan: Sahil Hotel Baku, Ağ şəhər, Xəqani Rüstəmov küçəsi 1210

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Oyuncaq mağazasına ANİMATOR tələb olunur

İşəgötürən: Supertoys MMC

Tələbələrə uyğun iş qrafiki- 14:00-22:00

Vəzifə öhdəlikləri:

Animator geyimində mağaza daxilində və xaricində uşaqları əyləndirmək;
Animator geyimində satış etmək (satışdan bonus)
Animator geyimində hədiyyələrin evlərə çatdırılması(taksi xərcləri qarşılanır)
Əyləncəni sevən yüksək motivasiyalı və özgüvənli şəxslər

Namizəd üçün tələblər:
Orta təhsil
18-25 yaş arası bəylər
Özgüvən və utancaqlığın olmaması
Əyləncə sahəsinə maraq
İş təcrübəsi önəmli deyil

Şirkət təklif edir:

Əmək haqqı: 700-800 manat
Əmək məcəlləsinə uyğun sənədləşmə
İş qrafiki- 14:00-22:00

Komandamızda olmaq istəyən maraqlı olan namizədlərdən CV-lərini mövzu hissəsində vəzifə adını “ Animator-kuryer “ qeyd etməklə hr@supertoys.az ünvanına  və ya 055-220-23-72 nömrənin whatsappına göndərə bilər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

HOSTESS tələb olunur

Şirkət: Courtyard by Marriott Baku
Şöbə: Qida və İçki
Ünvan: Füzuli və Ə. Topçubaşov küçələrin kəsişməsi, 300-303

İşin təsviri:

Hər zaman müştərilərə eksklüziv, səmimi, nəzakətli və peşəkar xidmətlər təqdim etmək.
Qonaqları qarşılamaq və qəbul etmək.
Qonaqları masaya müşayiət etmək və menyunu təqdim etmək.
Müştərinin restoranda olduğu ilk anlarda və daha sonra ona diqqətlə yanaşmaq.
Müştərilərə xidmətlərin təqdim edilməsi ilə bağlı tövsiyyələr vermək, onları mövcud yemək və içki assortimenti ilə tanış etmək.
Zal, bar, vitrinlərin və.s tərtibatına nəzarət etmək..
Münaqişəli vəziyyətlərin qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər görmək.
Müştərilərin qeyri-qənaətbəxş xidmətlə bağlı iradlarını nəzərdən keçirmək və müvafiq təşkilati-texniki tədbirləri həyata keçirmək.
Müştərilərə göstərilən xidmətlərdə mövcud çatışmazlıqlar barəsində müdiriyyəti məlumatlandırmaq, onların aradan qaldırılması üçün tədbirlər görmək.
Digər işçilər və şöbələrlə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək.
Namizədə olan tələblər
Xidmət sahəsində 1-2 il iş təcrübəsinə malik olmaq;
Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
Azərbaycan, İngilis və Rus dillərində şifahi ünsiyyət qabiliyyətinə malik olmaq;
Komandada işləmək bacarığı, gülərüzlü olmaq.

İş şərtləri:
Əmək müqaviləsinin bağlanması
Tibbi sığorta ilə təminat
Şirkət tərəfindən nahar ilə təmin olunma
İllik hədəflərə görə mükafat sistemi

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Hostess” qeyd edərək CV-lərini careers@courtyardbaku.com elektron ünvanına 09.11.2024-dək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

OFİSİANT KÖMƏKÇİSİ tələb olunur

İşəgötürən: UNIQUE ALLIANCE MMC, ZƏNCƏFİL RESTORANT

Tələblər: Namizəd: qadın və ya kişi 16-25 yaş aralığı, təcrübə tələb olunmur.

İmkanlar: Nahar və forma şirkət tərəfinən verilir, Xətayi və Əhmədli metrolarına servis var.
Rəsmi əməkhaqqı: 500 manat + %

İş yerinin ünvanı: Ağ şəhər, Babək prospekti,, City Park Mall Zəncəfil restorant

Vəzifəsi:

- Ofisiantın göstərişi ilə mətbəxdən yemək və içkilərin masaya çatdırılması.
- Boş qabların yığışdırılması və mətbəxə qaytarılması.
- Yemək zalının təmizliyinə və gigiyenasına nəzarət etmək.
- Müştərilərin suallarını cavablandırmaq və lazım gəldikdə ofisianta kömək etmək.
- Salfetlər, çəngəl-bıçaq, boşqablar və digər zəruri xidmət materiallarının yerində olmasına nəzarət etmək.
- İş qrafik: 6 gün iş 1 gün istirahət, növbəli iş qrafiki , 9 saat iş. Nahar və çay fasiləsi daxil.

"OFİSİANT KÖMƏKÇİSİ" qeyd edib işlə bağlı müraciətinizi 0512336393 nömrənin whatsapp-na yaza bilərsiniz.

Haqqında: İş yeri Babək prospektində yerləşən City Park Mall-un daxilində yerləşən Zəncəfil restoranı,

Müraciət üçün son tarix: 03.11.2024

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

QAYNAQÇI tələb olunur

İşəgötürən: Omax metal profil boru istehsal zavodu

Yaş həddi : 20-55

Əmək haqqı: 800 manat

Əlavə imkanlar: Nahar yeməyi verilir

İş yerinin ünvanı: Bakı Binəqədi ray. M.Ə.Rəsulzadə qəsəbəsi Baksol ərazisi

Müraciət qaydası: . "Qaynaqçı"qeyd edib 010 255 10 86 nömrənin Whatsapp-na yaza bilərsiniz.

Şirkətimiz metal profil boru istehsalı ilə fəaliyyət gösdərir.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

📢 Komandamıza yeni əməkdaşlar axtarırıq!

Xonça Fabrikində AÇIQ QAPI GÜNÜ

İş yeri: Abşeron rayonu, Məhəmmədi qəsəbəsi Xonça Fabriki

VƏZİFƏLƏR:

1.Fəhlə
2. Aşpaz köməkçisi
3. İstehsalat işçisi ( mayalı, milli məhsullar üzrə )
4. Paketləyici

Nahar, servis, çay fasiləsi və geyim forması şirkət tərəfindən təmin olunur.
İş qrafiki: 1 həftə gecə, 1 həftə gündüz növbəli;
Gecə növbəsi olduğu zaman əlavə ödəniş edilir;

☎️ Əlaqə: 055-300-56-53

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

"Saray Group" şirkətində aylıq ortalama 500-1500 manat gəliri olan vakansiya

İşəgötürən: Saray Group MMC

Vakansiya: Rieltor

Filiallar:
* Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 (PORT BAKU-nun yanı)
* Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrosu, Sarayeva küçəsi 22A (Nərmin Ticarət mərkəzinin ikinci mərtəbəsi / Bakı k/t yanı)


Tələblər:
Namizəd : Xanımlar və bəylər
Yaş: 18 - 50 yaş;

* Ali və Orta təhsil;
* Komandada işləmə bacarığı;
* Korporativ imic üçün xarici görünüş vacibdir;
* Satış sahəsində iş təcrübəsi önəmli deyil. 10 gün iş öyrədilir.

Vəzifələr:

* Satış hədəflərinin vaxtlı vaxtında icra olunması;
* Təyinat məntəqələrinə vaxtında vizitlərin edilməsi;
* Öz rutu üzərində yeni müştərilərin tapılması və onlara məhsulların təklif edilməsi;
* Bazarın mütəmadi araşdırılması, şifahi sorğuların keçirilməsi, bazarda rəqiblərin araşdırılması və əldə etdiyi məlumatların rəhbərliyə ötürülməsi;
* Yeni satış nöqtələri haqqında vaxtında məlumat alması
* Rəqiblər və bazar qiymətləri haqqında düzgün və dolğun informasiya alınması və ötürülməsi;
* Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşımaq;
* Şirkəti düzgün təmsil etməyə, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə uyğun davranmaq;
* Hər günün sonunda rəhbərliyə günlük hesabatın təqdim edilməsi;
* Satışla bağlı rəhbərliyin ona həvalə etdiyi digər vəzifələr və öhdəliklərin icra edilməsi;

İş qrafiki: Həftədə 6 gün :10:00-18:00
Fasilə 13:00-14:00

Ünvan:
- Nəsimi rayonu Meftçiler prospekti 145
- ⁠Xətai rayonu Sarayeva küçəsi 22a

Diqqət: Fix maaş yoxdur. Əmək haqqı
Yalnız faizlə 50/50-Aylıq ortalama 500-1500 manat

Əlaqə: 0774552575 (Whatsapp aktivdir)

CV-nizi e-mail adresinin
babayevilqar@hotmail.com mövzu hissəsinə " Rieltor" yazaraq göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

MERÇENDAYZER tələb olunur

İşəgötürən: Merchpro / SGS MMC

Tələblər:

Namizəd: Kişi və ya Qadın
1 ildən aşağı iş təcrübəsi

Vəzifələr:

- Müəyyən olunmuş və kompakt ərazi üzrə satış nöqtələrini ziyarət etmək
- Şirkətin məhsullarını mağaza vitrinlərində verilmiş plonaqrama əsasən düzmək
- Satış nöqtələrində məhsulların yerləşdiyi rəfləri səliqəyə salmaq və daim nəzarətdə saxlamaq
- Malların istehsal tarixlərinə və əmtəə görünüşünə nəzarət etmək
- Qiymət dəyişikliklərinə nəzarət etmək
- Daxili nizam-intizam qaydalarına əməl etmək

Əmək haqqı: 600-800 manat

Müraciət qaydası : "MERÇENDAYZER" qeyd edib CV-nizi merchpro22@gmail.com e-mail adresinə göndərə bilərsiniz.
Əlaqə nömrəsi: 099 317 80 07 Xəyalə xanım

Ünvan :Nərimanov rayonu Ələskər Qayıbov 12/22

Müraciət üçün son tarix: 25.10.2024

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Anbardar tələb olunur

İşəgötürən: Hilton Garden Inn Baku

Şöbə: Təchizat

Ünvan: Bakı şəhəri

Vəzifə öhdəlikləri:

Malların qəbul olunması, saxlanması və təqdim olunması funksiyalarına nəzarət etmək;
Otel və onun iş fəaliyyəti üzrə bütün müvafiq ehtiyatların təsdiqlənməsi;
İşlərin ardıcıl olaraq davam etməsi üçün ehtiyatların minimum və ya maksimum səviyyəsini müəyyən etmək;
Anbarda saxlanılan bütün məhsulların aylıq yoxlanışını həyata keçirmək;
Sifariş vermiş şöbəyə alışın gecikdirilməsi dövründə “minimumdan aşağı” məhsulların göndərilməsini tənzimləmək;
Bütün qida və içki məhsullarının istifadə müddətinin başa çatıb-çatmamağını yoxlamaq;
Az istifadə olunan, istifadə müddəti başa çatmış məhsulların siyahısını hazırlamaq;
Bu vəzifənin məqsədlərinə nail olmaq üçün Şirkətin tətbiq etdiyi siyasətə müvafiq olaraq bütün vəzifələri və öhdəlikləri müvəffəqiyyətlə və vaxtında həyata keçirmək;
Otelin İşçi heyətinin Təlimatlar Kitabında və Otelin Yanğın, Gigiyena, Sağlamlıq və Təhlükəsizlik Təlimatlarında qeyd edilmiş Qaydalara və Təlimatlara riayət etmək;
Bütün anbar ərazilərinin təmiz olmasının və yüksək gigiyena standartlarına cavab verməsinin təmin edilməsi;

Tələblər:
Tam orta təhsil, Bakalavr təhsili üstünlükdür;
Iscala biliyi;
Yaxşı ünsiyyət bacarıqları, həm yazılı, həm də şifahi;
İşçinin təminatları:
Qidalanma (işçi yeməkxanasında);
PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində endirim imkanı;
Təlim və inkişaf proqramlarında iştirak imkanları;

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Anbardar” yazmaqla hr@hgibaku.com mail ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Şirniyyat mağazasınasa SATICILAR tələb olunur

İşəgötürən: Fratres MMC

- ⁠Mağaza şirniyyatların satışı ilə məşğuldur.

Həm gecə növbəsi, həmdə gündüz növbəsinə xanım işçi tələb olunur.

Tələblər:

- Minimum 1 il iş təcrübəsi;
- Yaş aralığı 20 – 35;
- Satışların həyata keçirilməsi.
- ⁠Cinsi : Qadın

İş haqqında məlumat:

- Gündüz növbəsi Ə/H - 500 azn ( hər iki növbədə işlənilir smendi)
- ⁠İş saatı :- ⁠1-ci növbə 09:00-16:00 /- ⁠2-ci növbə 16:00-23:00
- ⁠Həftənin bazar günü istirahət

- ⁠Gecə növbəsi Ə/H-300 azn
- ⁠İş saatı: 23:00-02:00
- ⁠Ünvan: 20 yanvar və Koroğlu m/s yaxınlığındaki Bravo marketin daxili.

"SATICI" qeyd edib 0513148426 nömrənin Whatsappına CV -lərinizi göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Təhlükəsizlik Əməkdaşı tələb olunur

İşəgötürən: "Araz Market"

Tələb olunan ərazilər - Yasamal, Neftçilər, Həzi Aslanov, Nərimanov, Xətai, Bayil, Günəşli, 28 may və s.

Yaş həddi 19-35,
Boy həddi: minimum 1.71
Herbide olmaq mütləqdir,
Tələbə, Qolunda döymə tato, çapıq , qəbul edilmir.

Əmək haqqı 450 azn
Əmək haqqı+ Şirkətdəki staja görə bonuslar

Nahar və geyim mağaza tərəfindən təmin olunur.
Nahar fasiləsi 30 dəqiqədir. Hər biri 15 dəqiqə olmaqla 2 dəfə çay fasiləsi verilir.

Minimum 6 aydan sonra vəzifə dəyişikliyi əsasında karyera yüksəlişi və yüksək maaş.

İşlə bağlı 0559008316 Whatsapp nömrəsinə "Təhlükəsizlik Əməkdaşı" qeyd edərək müraciət edə bilərsiniz.


mühafizəçi

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

İT Help Desk (Texniki Dəstək Mütəxəssisi) tələb olunur

İşəgötürən: Food City Agrocomplex

İş yeri: Xudat şəhəri

Tələb olunan bilik, bacarıq və təcrübə:

Təhsil: Ali ixtisas təhsili ( İnformasiya Texnologiyaları, Kompüter Mühəndisliyi və oxşar ixtisaslar);
Təcrübə: Müvafiq sahədə 1ildən artıq iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (yaxşı);
Fiziki təhlükəsizlik və nəzarət sistemləri: Video müşahidə, Turniket, elektron kilidləmə (baza bilikləri);
Əməliyyat sistemləri: MS Windows 10/11 (yaxşı), Linux Ubuntu, Mac OS (baza bilikləri);
MS Office proqram təminatı (yaxşı);
Ofis texnikası (Printer, Scanner, Barkod Printer, Barkod Scanner) ilə bağlı Texniki biliklər: Lokal və şəbəkə tipli ofis avadanlıqlarının quraşdırılması, cari və dövrü texniki qulluğu, diaqnostikası, çıxan problemlərin aradan qaldırılması;
Şəbəkə texnologiyaları: TCP/IP və OSİ modelli, eləcə də şəbəkə avadanlıqlarının (Wireless Router, AP, IP Telefon və s.) iş prinsipi, quraşdırılması və konfiqurasiya edilməsi üzrə ümumi biliklər;
Araşdırmaq, öyrənmək, analiz etmək, problem həll etmək bacarıqları;
Sahə üzrə sertifikatlar: Üstünlükdür. (CompTIA A+, CompTIA ITF+).

Vəzifə öhdəlikləri:

Lazımi proqramların yüklənməsi və texniki problemlərin həll edilməsi;
Ofis avadanlıqlarının quraşdırılması və sazlanması, bu istiqamətdə yaranan texniki problemlərin həlli;
Müxtəlif əməliyyat sistemlərinin (Windows 10/11) yüklənməsi və sazlanması;
LAN və WiFi şəbəkələrinin qurulması və işinin təmin edilməsi, texniki nasazlıqların həll edilməsi;
Kabellərin sonlandırılması (RJ45, patch-panel və data yuvası).
Şəbəkə printerlərinin quraşdırılması və idarə edilməsi;
E-poçt sistemlərinin qurulması və konfiqurasiya edilməsi;
Printerlərin və digər ofis texnikasının işlək vəziyyətdə saxlanılmasının təmin edilməsi;
Kamera sistemlərinin konfiqurasiyası və bu sahədə texniki problemlərin həlli.

Təminatlar və əlavə imtiyazlar:

Korporativ nömrə və korporativ tarif.
Könüllü tibbi sığorta.
"DəyərliSən" mobil tətbiqi vasitəsilə "PAŞA Loyallıq" platformasına çıxış.
6 günlük iş qrafiki (iş saatları: 09:00 – 17:00, şənbə günü qısaldılmış iş saatı).

Maraqlanan şəxslər, mövzu hissəsində "İT Help Desk" başlığını qeyd etməklə CV-lərini hr@foodcity.az elektron poçt ünvanına göndərə bilərlər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Ziraat Bank Azərbaycanda yeni VAKANSİYALAR

VƏZİFƏLƏR:

1. Müştəri Xidmətləri Mütəxəssisi/Aparıcı Mütəxəssis- Quba şəhəri

2. filialına Müştəri Xidmətləri mütəxəssisi - Gəncə filialına

3. Müştəri xidmətləri - Naxçıvan şəhəri filialına

4.Müştəri Xidmətləri Mütəxəssisi/Aparıcı Mütəxəssis - Sumqayıt şəhəri

5. Marketinq və İctimai Əlaqələr Departamenti : Təcrübəçi

6. Xidmət keyfiyyətinin artırılması və müştəri şikayətləri üzrə aparıcı mütəxəssis

7. Əməliyyat departamenti: Əməliyyatçı

8. Kassir

Sizə uyğun vəzifənin adını qeyd edib CV-nizi cv@ziraatbank.az e-mail adresinə göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Mağaza direktoru tələb olunur - YÜKSƏK MAAŞ

İşəgötürən: TAROL - DD MMC (JYSK Azərbaycan)

İş şəraiti:
İş qrafiki - Növbəli
Əmək haqqı - 1400-1800 manat (NET)

Tələblər:

Ali təhsil;
Direktor vəzifəsi üçün satış təcrübəsi tələb olunur;
Namizəd: Qadın və ya kişi
Xoş, xarici görkəm
Dil bilikləri: Rus, Azərbaycan;
Ünsiyyətcillik, dəqiqlik, punktuallıq;
Komandada işləmək bacarığı;

Məsuliyyətlər:

Mağazanın operativ idarə edilməsi (bütün gündəlik proseslər);
Mağaza satış planının yerinə yetirilməsini təmin etmək;
Mağaza personalını idarə etmək
Malların uçotu, inventar maddələri;

"Mağaza direktoru " qeyd edib CV-nizi
hr@taroldd.com e-mail adresinə və ya 051 229 34 20 nömrənin Whatsapp-na göndərə bilərsiniz.

XXX XXX

Директор магазина

Требования:
Высшее образование;
Oпыт работы в сфере продаж на позиции директора обязателен;
Респектабельный внешний вид;
Знание Языков: Русский, Азербайджанский;
Коммуникабельность, общительность, аккуратность, пунктуальность;
Умение работать в команде;

Обязанности:
Оперативное управление магазином (все ежедневные процессы);
Обеспечение выполнения плана продаж магазина;
Управление персоналом;
Учет товара, ТМЦ;
Взаимодействие с контролирующими и государственными органами;
Составление отчетности;

Условия работы:
График работы - посменный
Заработная плата - 1400-1800 azn (нет после вычета налогов)

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Satıcı tələb olunur (Ağ şəhər filialı)

İşəgötürən: SUPERTOYS LLC

Vəzifə öhdəlikləri:

- Məhsul seçimində müştəriyə kömək etmək və çeşidləri təqdim etmək;
- Məhsulları təmiz və səliqəli şəkildə vitrinə yığılması, qiymət etiketlərinə, bölmələrə nəzarət;
- Mağazaya daxil olan məhsulların qəbulunda iştirak etmək, satışa hazırlamaq;
- Satış texnikasının üslublarından effektiv istifadə etmək;
- Müştəri məmnuniyyətinin təmin etmək;

Namizəd üçün tələblər:

- 20-30 yaş arası xanım və bəylər;
- Satış prinsipləri, müştəri xidməti standartları barədə biliklər;
- Pozitiv, müştəriyönümlü, ünsiyyətcil, intizamlı, nitq mədəniyyəti, yüksək təqdimat bacarığı, şəxsi inkişafa meylli, nəticə üçün işləmək bacarığı;

Şirkət təklif edir:

- Əmək haqqı 500-600 manat
- Peşəkar böyümə və inkişaf
- Əmək məcəlləsinə uyğun sənədləşmə

055-220-23-72

Qeyd: Namizədlərdən mövzu hissəsində “ Satıcı Ağ şəhər” vakansiya adını göstərməklə öz cv-lərini hr@supertoys.az elektron poçt ünvanına göndərmələrini xahiş edirik.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Aşbaz köməkçisi tələb olunur (qadın)

Goranboy, Gəncə və Mingəçevir ərazisində yaşayanların nəzərinə!

Gips zavodu üçün aşpaz köməkçisi vakansiyası elan edilir.

İş Şərtləri:
İş Rejimi: 08:00 - 17:00
İstirahət günləri: Həftədə 2 dəfə

Vəzifə öhdəlikləri və tələblər:

1. Yeməklərin hazırlanması, o cümlədən ərzaqların yuyulması, qurudulması və hazırlanması, daxil olan ətlərin doğranması və çeşidlənməsi; ərzaqların qarışdırılması, qızartma, qaynadılma, buxarda bişirmə işlərinin görülməsi; sousların, supların, bulyonların və salatların hazırlanması.
2. Xidməti sahələrinin (Yeməkxana) təmizlənməsi, bulaşıq qabların yuyulması və dizinfeksiya olunmasını
3. Xüsusi geyim dəstlərinin yuyulması və sanitar qaydada təmiz saxlanılmasını; şəxsi gigiyena qaydalarına riayət olunması;
4. Sanitariya və gigiyena qaydalarına əməl olunması, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarına əməl edilməsi.

- Restoran və ya kafe təcrübəsinin olması şərtdir.

Şirkət Tərəfindən Təmin Edilənlər:
- Nəqliyyat
- Yemək

"Aşbaz köməkçisi" və sizə uyğun regionun adını qeyd edib saxlayın və ya aytakin.taghiyeva@gilan-knauf.az mailinə CV-ni göndərin.

(050) 253 02 04

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Supertoys MMC “Story & Reels Maker” vakansiyası elan edir!

İşin təsviri:

•    Sosial mediada olan trendlləri və yenilikləri izləmək
•    Reels və ya tiktok üçün video kontentlərin hazırlanması
•    Sosial media postları üçün kontentlərin hazırlanması
•    Mağazada Instagram story çəkilişi
•    Maraqlı məzmunu yaratmaq üçün kamera və rəqəmsal alətlərdən keyfiyyətli istifadə
•    Rəqib şirkətlərin fəaliyyətlərini izləmək

Namizəd üçün tələblər

•    Ali təhsili;
•    SMM üzrə iş təcrübəsi arzu olunandır;
•    Mehriban, səmimi və köməksevər olmalı;
•    Punktual və pozitiv olmalı;
•    Stresə dözümlü olmalı;
•    Şəxsi inkişafa yönümlü olmalıdır.
•    Əmək haqqı: 600 manat

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Story&Reels Maker” qeyd edərək  şəkilli CV- lərinizi
hr@supertoys.az elektron ünvanına və ya 055-220-23-72 nömrənin whatsappına göndərməyiniz  xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Özəl bağçaya Uşaq həkimi tələb olunur

İşəgötürən: Resant Group

Ünvan: Karl Marks dairəsinin yanı, Azadlıq prospekti 154.

Namizədə tələblər:

Uşaqlarla, səbrlə ünsiyyət qurmağı;
Pedaqogika, sosial, yaş və uşaq psixologiyasını;
Gigiyenanın əsaslarını, uşaqların həyatının qorunması və onların səhhətinin möhkəmləndirilməsi işini;
Uşaq masajını bilmək üstünlükdür.
Rus dili biliyi mütləqdir.
Təcrübə önəmlidir.
Yaş həddi: 25-45 yaş

İş rejimi: 5 gün, 08:00-18:00

Göstərilən tələblərə cavab verən namizədlər "HƏKİM" edib CV-ni leyla.abbasova@resantgroup.az elektron ünvanına və ya 0552109469 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

OPERATOR tələb olunur

ALİ VƏ NİNO kitab mağazaları şəbəkəsi operator vəzifəsi üzrə vakansiya elan edir.

İş haqqında məlumat:

- Zəngləri cavablandırmaq.
- Müştərilərə düzgün məlumat vermək
- Sifarişləri qeyd etmək.

Namizədə tələblər:
- Azərbaycan və rus dilində səlis danışıq və yazı qabiliyyəti
- Ofis proqramlarından sərbəst istifadə etmək

Əmək haqqı: - 500 AZN + bonus

Uyğun namizədlərin CV-lərini mövzu hissəsinə “Operator” yazaraq hr@alinino.az elektron ünvanına göndərmələri xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Fəhlə (İstehsalat) tələb olunur

İşəgötürən: İnci şirkətləq qrupu

- Əmək haqqı: 500-700 manat
- Səhər və günorta yeməyi ilə təmin edilmə;
- Ulduz metrostansiyasından iş yerinə servis vasitəsi ilə çatdırılma;

Vəzifə və tələblər

- Yüklərin boşaldılması;
- Malların qəbulu və yerləşdirilməsi(məhsullar məktəbli və ofis ləvazimatlarıdır).
- Yaş: 17-38;
- 5 günlük iş qrafiki;

- İş yeri: Bakı şəhəri, Ulduz metrosu yaxınlığında.

Qeyd olunan tələblər sizin üçün uyğunursa "Fəhlə" qeyd edib daha ətraflı məlumat üçün 077 441 56 22 nömrəsinin whatsapı ilə əlaqə saxlaya bilərsiniz.

Читать полностью…
Subscribe to a channel