azvakaz | Unsorted

Telegram-канал azvakaz - AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

48828

Azərbaycanda vakansiyalar, iş elanları Ödənişli iş elanı yayımı üçün: @AzVak_elan ya elan@azvak.az Əlaqə: 051 343 73 07 AzVak kanalı elanların məzmununa, həmçinin işaxtaran və işəgötürən arasında danışıqlara və razılaşmalara görə məsuliyyət daşımır.

Subscribe to a channel

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

MİNAAXTARAN tələb olunur

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Agentliyin struktur bölmələrində “minaaxtaran” vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir.

Qeyd: Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin və Vətən müharibəsi iştirakçılarının namizədliyinə üstünlük veriləcək.

Təminatlar:
• Layiqli əmək haqqı ilə yanaşı çalışdığı müddət ərzində işçiyə səmərəli fəaliyyətinə görə mükafatların verilməsi;
• Gündə 3 dəfə yemək ilə təmin edilmə;
• Yaşayış yeri ilə təmin edilmə.

Tələblər:

Minaaxtaran vəzifəsinə qəbul edilmək üçün aşağıdakı meyarlara uyğun gələn şəxslər müraciət edə bilərlər:

• Fiziki və əqli cəhətdən sağlam olan Azərbaycan Respublikasının vətəndaşı olan 40 yaşınadək şəxslər (kişilər);
• Hərbi xidmətini başa vurmuş şəxslər;
• Cinayət məsuliyyətinə cəlb olunmayan və ya məhkumluğu olmayan şəxslər;
• Narkotik vasitələrə, psixotrop maddələrə və prekursorlara qarşı asılılığı olmayan şəxslər;
• Hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış 45 yaşınadək olan zabit və gizirlər (kişilər).

"MİNAAXTARAN" qeyd edib əlaqə telefonu göstərməklə aşağıdakı sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.

• şəxsiyyət vəsiqəsinin surəti;
• təhsilə dair sənədlərin surəti (diplom, sertifikat, vəsiqə, arayış və s.);
• hərbi biletin yazılı səhifələrinin surəti;
• məhkumluğun olub-olmaması barədə arayış.

Son tarix: 30 dekabr 2024

Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Mühasib (əmək haqqı üzrə) tələb olunur

İşəgötürən: Aztrade

Vəzifə öhdəlikləri

Əməliyyatların 1C proqramında işlənməsi
Əmək Qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim olunmuş tabel əsasında işçilərə əmək haqqlarının hesablanması və ödənilməsini təmin edilməsi;
İşçilərin ezamiyyə, məzuniyyət, son haqq hesab və s.kimi əmək haqqına bərabər tutulan ödənişlərin hesablanması, ödənilməsinin təmin edilməsi və müvafiq struktura yönləndirilməsi;
e-taxes.gov.az, e-gov.az və digər portallardan istifadə etmək bacarığı;
Xəstəlik, ezamiyyə və analıq vərəqələrinə əsasən müvafiq hesablamaların aparılması;
Əmək haqqı ilə bağlı vergi, DSMF və statistik orqanlara təqdim olunan hesabatların hazırlanması;
Əmək haqqına dair daxil olan sorğuların cavablandırılması;
Müvafiq sahə üzrə rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanması.
Sənədlərinin arxivləşdirilməsini təmin etmək;
İş prosesində öz sahəsi ilə bağlı meydana çıxacaq problemlərin aradan qaldırılması ilə bağlı təkliflər vermək;
Struktur bölmə rəhbərinin həvalə etdiyi digər işləri yerinə yetirir
İş saatı həftənin 5 günü 09:00 – 19:00
İş yeri Köroğlu metrosu tərəfində yerləşir
Əmək haqqı 700 – 1000 manat

Namizədə qarşı tələblər

1 C (8.3) müəssisə proqramında yüksək səviyyədə işləmək bacarığı
Azı 3 il bu sahə üzrə təcrübə
Əla səviyyədə MS proqramlarında işləməlidir, xüsusəndə Excel proqramlarında peşəkar işləmək bacarığı olmalıdır
Azərbaycan, rus dili sərbəst yazışma və danışıq qabiliyyəti olmalıdır
Təhsil səviyyəsi: Ali (İqtisadiyyat, Mühasibatlıq üzrə təhsil üstünlükdür)
Əlaqə

"Mühasib (əmək haqqı üzrə)" qeyd edib CV-nizi hr@aztrade.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.

Şirkət haqqında

Aztrade MMC 2007 –ci ildən etibarən Mondelez İnt., Hell Energy, Ferrero, JDE, Reckitt Benckiser,Food İmpire, Galina Blanka Foods, Konfitrade, Doshirak Rus, Kent, Predo şirkətlərin rəsmi distribyutoru

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Mühafizəçi tələb olunur

İşəgötürən: Avropa Azərbaycan Məktəbi

İş haqqında məlumat:

Müəssisənin mülkiyyətində və istifadəsində olan ərazinin, daşınar və daşınmaz əmlakının təhlükəsizliyini təşkil edir;
İş yerlərində istənilən şəxslər tərəfindən mümkün ziyan vurula biləcək əməllərinqarşısının alınması üzrə müvafiq tədbirlər təşkil edir;
Müəssisənin etibarlı mühafizəsini təmin etmək, obyektdə giriş-çıxış rejimi qaydalarına əməl olunmasına nəzarət etmək, mühafizə rəsinin verdiyi digər xidməti tapşırıqları yerinə yetirmək
İş rejimi növbəlidir
Əmək qanunvericiliyinə uyğun olaraq sənədləşmə aparılır

Namizədə olan tələblər:
Təhlükəsizlik sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi;
Məhkumluğu və zərərli vərdişləri olmayan
Psixoloji və fiziki cəhətdən sağlam həqiqi hərbi xidmət keçmiş
20-35 yaş arası bəy namizədlər
İngilis dili, rus dili (arzuolunan);
Məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq;
Yüksək ünsiyyət və danışıq qabiliyyəti;
Komandada işləmək bacarığı;
Təzyiq altında işləmək bacarığı;

Maraqlanan namizədlər mövzu bölümündə “Mühafizəçi” yazaraq CV-lərini resume@eas.az e-mail ünvanına göndərə bilərlər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SÜRÜCÜ TƏLƏB OLUNUR

İşəgötürən: “SAHIL TRANSPORT” MMC

İş barədə məlumat:
Maaş: 1500-2000 manat

Namizədə tələblər:
Sürücülük təcrübəsi - minimum 3 il
E kateqoriyası mütləqdir.

İşçi xüsusi mühafizə vasitələri ilə təmin edilir: xüsusi geyim, xüsusi ayaqqabı,qoruyucu eynək,dəbilqə.
İşçi icbari sosial və tibbi sığorta növləri ilə təmin edilir.

İş rejimi : İşçi ay ərzində müəyyən olunmuş reyslərin qrafikinə əsasən işləyir. İşçi üçün altı gün iş həftəsi müəyyən olunur. İstirahət günü həftədə ən azı 1(bir) dəfə olmaqla müəyyənləşdirilir.

İş yeri: Bakı şəhəri,Qaradağ rayonu

Vəzifə öhdəlikləri:
Şirkət tərəfindən təhkim olunmuş avtomobili təmiz və səliqəli saxlanılmasına nəzarət etmək
Sifarişlərin təyinat yerinə rahat və təhlükəsiz çatdırılmasını təmin etmək
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək.


Müraciət qaydası: Xahiş olunur ki, Maraqlanan namizədlər səhər saat 11:00-dan axşam 18:00-a kimi 051 2293885 nömrəyə və ya rufat.guliyev@stransport.az e-mail adresinə işlə bağlı müraciətinizi yaza bilərsiniz.

Əlaqədar şəxs:Quliyev Rüfət

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

MARKET MÜDİR MÜAVİNİ tələb olunur

-Şirkət: İndi Market MMC
-İş yeri: Mərdəkan filialı üçün
-Rəsmi əmək müqaviləsi bağlanılır;
-Əmək haqqı: Mərdəkan 650-700 (növbə ilə əlaqədar)
-İş qrafiki: 3 növbəli

Vəzifə Öhdəlikləri:

- Marketdə müvafiq bölmələr üzrə işçilərin iş rejiminə və davamiyyətinə nəzarət etmək;
- Rəflərdə olan məhsulların son istifadə tarixinin vaxtında yoxlanılmasına nəzarət etmək;
- Mal qalığına nəzarət etmək və ehtiyac olan malların qeydiyyatını aparıb sifariş verilməsini təşkil etmək;
- Malların qəbulunu təşkil etmək və inventarizasiya prosesində iştirak etmək.
- Yeni işə qəbul olan işçilərin təlimatlandırılmasında iştirak etmək
- Marketdə olan avadanlıqların düzgün istismar edilməsinə nəzarət etmək
- Marketdə təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət etmək.

Tələblər:
- Aparıcı vəzifələr üzrə ən az 1 il iş təcrübəsi (marketlər şəbəkəsində mütləqdir);
- İdarəçilik qabiliyyəti;
- Komanda ilə işləmək bacarığı;
- Şəxslərarası ünsiyyət bacarıqları.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Market Müdir müavini” yazmaqla hr@indi.market elektron ünvanına və ya +994 51 232 60 36 nömrəsinə whatsapp üzərindən göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

QABLAŞDIRICI, QƏBULÇU, RƏFLƏR ÜZRƏ DÜZƏNLƏYİCİ tələb olunur

“Zeytun Pharmaceuticals” şirkəti Anbar işçisi axtarışındadır.

Vəzifə funksiyaları: Anbarda dərman preparatlarının qəbulu, qablaşdırılması, rəflərə yerləşdirilməsi və s. ibarətdir.

Namizədin iş yerinə yaxın ərazidə yaşaması şərtdir.

-İş yeri: NZS qəsəbəsi, Oqtay Vəliyev küç. 21C, Depo; - (050) 273 11 71 (Whatsapp -a (ZƏNG ETMƏYİN) mesaj yazaraq müraciət edin)

-İş yeri: Masazır qəsəbəsi; - (050) 273 52 00 (Whatsapp -a (ZƏNG ETMƏYİN) mesaj yazaraq müraciət edin)

Tələblər:
Anbarda 1 il iş təcrübəsi arzuolunandır
Rus dilində sərbət oxuma qabiliyyəti
Kompüterdən istifadə bacarığı
Cinsi: Kişi (hərbi xidməti başa vurmuş şəxslər)
Yaş həddi: 22-40

İş şəraiti:
İş qrafiki: 6 günlük iş həftəsi, iş rejimi
Növbəli işlərdə:08:00-dan 17:00, 09:00-dan – 18:00 kimi, 14:00-dan 22:00 kimi
Tək növbəli işlərdə:09:00-dan 18:00-a kimi
Nahar şirkət tərəfindən təmin edilir
Əmək haqqı: 600-800 manat

Maraqlanan şəxslər CV-ni HRDepartment@zeytunpharma.az email ünvanına göndərə bilər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Çörəkçi tələb olunur

İşəgötürən: “Lea” MMC şirkəti

İş barədə məlumat:

Çörəklər üçün xəmirin hazırlanması
Burger və Sendviç çörəklərin hazırlanması
Kruassanların hazırlanması
İş yerinin təmiz saxlanması

Namizədə tələblər:

- Xanım və ya bəy namizədlər
- Təcrübə minimum 6 ay
- Səliqəli və təmizkar olmaq
- Komandada işləməyi bacarmaq
- Öyrənmə və özünü inkişaf etdirməyə açıq və istəkli olmaq
- Dil bilikləri: Azərbaycan dillini əla səviyyədə bilməlidir (Rus dili arzuolunandır)

Təminatlar:

- Əmək haqqı: 720 manat
- Şirkət tərəfindən naharla təmin olunma
- İş rejimi: 6 günlük, gecə növbəsi
- Həftədə bir gün istirahət günü
- Təlim, treninq və master-klaslarda iştirak etmə fürsəti

Maraqlanan namizədlərin öz CV-lərini hr@lea.az ünvanına göndərmələri xahiş olunur. Mövzu yerində “Çörəkçi” yazılması vacibdir. CV göndərməyənlərin namizədlikləri nəzərə alınmayacaq.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Ofis Meneceri tələb olunur

İşəgötürən: Techpro DC QSC

İş barədə məlumat:

Telefon zənglərinin cavablandırılması, xidməti məlumatların qeydə alınması, şirkətin rəhbərliyinə və əməkdaşlara ötürülməsi
Şirkətin elektron ünvanına daxil olan məktubların cavablandırılması
Qonaqların qarşılanması (çay, kofe və s. xadimə tərəfindən təqdim edilir)
Ofis daxili işlərin icra olunması
Hesab-Faktura və digər sənədlərin 1C proqramından çapa göndərilərək müştərilərə təqdim edilməsi
Poçt göndərişləri üçün sənədlərin hazırlanması və təqdim edilməsi
Müəyyən məlumatların 1C proqramına daxil edilməsi
Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
İş günü: 5 günlük iş həftəsi
İş saatları: 09:00-dan - 18:00-dək
İstirahət günü: şənbə və bazar günü

Tələblər:

Təhsil: İqtisadiyyat sahəsində ali təhsil
İş təcrübəsi: Təcrübəsi olan namizədlərə üstünlük veriləcək
Yaş: 20 - 30
Xanım namizəd
Ofis avandanlıqlarından sərbəst şəkildə istifadə etmə bacarığı
Word, Excel və s. ofis proqramlarında sərbəst işləmək bacarığı
Ofis idarəetməsi bacarığı
Verilən tapşrıqların vaxtında icrası
Məsuliyyətlilik
Ünsiyyət qurmaq və komandada işləmək bacarıqlarına sahib olmaq
Səlist nitq qabiliyyəti
Rus və ya İngilis dilini bilənlərə üstünlük veriləcək

Uyğun namizədlər şəkilli CV müraciətlərini "Ofis meneceri" başlığı ilə aytaj.a@techprodc.com e-mail ünvanına göndərə bilərlər.

Şirkət haqqında
2022-ci ildə yaradılan Techpro DC QSC Hewlett Packard Enterprise, Aruba Networks, HP Inc., Radware, Fortinet, Micro Focus, Apacer, Kingston, Panduit, şirkətlərinin Transqafqaz və Mərkəzi Asiya ölkələrində ən güclü distribyutorlarından biridir. Əsas fəaliyyət növü kompüter və periferiya qurğularının topdan satışıdır.

Əmək haqqı: 400-600 AZN NET

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

📢 Korporativ Katib tələb olunur

İşəgötürən: “Bank Avrasiya” ASC

İşin təsviri:

- Səhmdarların ümumi yığıncağının, Müşahidə Şurasının və onun komitələrinin iclaslarının çağırılması və keçirilməsini təmin etmək. Həmin iclasların gündəliyini tərtib edib, iclasdan əvvəl onları yenilənmiş məlumatlarla və digər zəruri resurslarla təmin etmək;
- Müşahidə Şurasının və onun komitələrinin fəaliyyətinin effektiv təmini üçün zəruri olan siyasət və prosedurların hazırlanmasına dəstək verimək;
- Müşahidə Şurası, onun komitələri, İdarə Heyəti və səhmdarlar arasında effektiv kommunikasiyanın qurulmasını təmin etmək;
- Bank tərəfindən açıqlanması tələb olunan məlumatlara səhmdarların və digər investorların əlçatanlığını təmin etmək.

Namizədlər üçün irəli sürülən tələblər:

Ali təhsil (hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə)
Maliyyə bazarları sahəsində azı 3 (üç) illik iş təcrübəsi.
Azərbaycan dilini mükəmməl səviyyədə bilmək
Rus və İngilis dillərini yaxşı səviyyədə bilmək
MS Office proqramlarının bilikləri
Ofis avadanlığı ilə işləmək bacarığı
Yüksək kommunikasıya və təşkilatçılıq qabiliyyəti
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

Uyğun namizədlər mövzu hissəsində “Korporativ Katib” vəzifəsini qeyd edib cv@bankavrasiya.az ünvanına CV göndərə bilər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Ofisiant tələb olunur

İşəgötürən: Papa Johns

Tələbə qəbul edilmir

İş Şərtləri:

- İş qrafiki: Növbəli, saat 10:00-18:00; 15:00-23:00 -dək
- Yaş həddi: 18-40 Namizəd: Bəy namizədə üstünlük veriləcək
- 6 günlük iş həftəsi.
- Növbəli iş rejimi.
- Əmək haqqı 350-410 manat + bəxşiş
- Nahar ödənişi verilir

- Təcrübəyə ehtiyac yoxdur. İş 0-dan öyrədilir

Qeyd olunan tələblərə cavab verən namizədlər "CV" formalarını “Ofisiant” mövzusu altında hr@papajohns.az elekton ünvanına göndərə və ya 0502294277 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Maliyyə üzrə kiçik mütəxəssis tələb olunur

İşəgötürən: North West Construction

Əsas Məsuliyyətlər:

Alınan mallar və xidmətlər üçün fakturaları işləyib təsdiq etmək.
Bütün əməliyyatlar və ödənişlər üzrə dəqiq qeydlər aparmaq.
Aylıq maliyyə hesabatlarının hazırlanmasında kömək etmək.
Şirkət siyasətləri və prosedurlarına uyğunluğu təmin etmək.
Tədarük və qəbul şöbələri ilə əməkdaşlıq edərək düzgün sənədləşdirməni təmin etmək.
Tədarükçülərin sorğularına cavab vermək və ödəniş cədvəllərini idarə etmək.
Məlumat daxil etmə və hesablar üzrə ödəniş kitabını saxlamaq.
Auditlərdə iştirak etmək və lazım olan sənədləri təqdim etmək.

Tələblər:

Ali təhsil ( Maliyyə sahəsində üstünlükdür)
Hesablar üzrə ödəniş və ya müvafiq sahədə təcrübə.
Mühasibat proqramları və MS Office Suite (xüsusilə Excel) üzrə bilik.
Diqqətəlayiq detal bacarıqları və təşkilatçılıq qabiliyyəti.
Müstəqil işləmək və son tarixlərə riayət etmək qabiliyyəti.
Rus dili biliyi üstünlükdür

"Maliyyə üzrə kiçik mütəxəssis" qeyd edib CV-nizi cv@nwconstruction.com e-mail adresinə göndərəsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SÜRÜCÜ ve sürücü kömekçilər tələb olunur

İşəgötürən: Şam-Fi» şirkəti

Lökbatan filialı və Ağ şəhər filialı üçün sürücü və sürücü köməkçiləri tələb olunur.

İşin təsviri: Nəzərdə tutulan məntəqələrə məhsulların çatdırılması və məhsulların təhvil verilməsinə köməklik göstərilməsi, fakturaların ofisə çatdırılması.

İş haqqında sürücü üçün:
Əmək haqqı: 700 manat (ilk ay), növbəti aydan 700-1000 AZN
Yaş həddi: 22-50

Əsas tələb: İSUZU markalı yük maşını sürməyi bacarmalı və BC kateqoriyasının olması

1. SÜRÜCÜ KÖMƏKÇİSİ

İş haqqında sürücü köməkçiləri üçün:

Əmək haqqı: 500 manat və yemək pulu

İş qrafiki (sürücü və sürücü köməkçiləri üçün)-Həftədə 5 gün( bazar, bazar ertesi istirahət)

İş saatı: Lökbatan filialı saat 08:00, Ağ şəhər filialı saat 07:00 başlayır.

Ünvan: Lökbatan filiali ( Meyveli qruqu), Ağ şəhər filialı ( AFFA-nın yaxınlığı)

Əlaqə nömrəsi: 051 206 60 68 (whatsapp üzerinden sürücü və ya sürücü köməkçisi yazaraq müraciət edə bilərlər).

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Sürücü tələb olunur

İşəgötürən: Arash Company

İş barədə məlumat

İş qrafiki: həftənin 5 iş günü, 6-cı gün yarı iş günü, bazar günü istirahət günü
Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
Nahar şirkət tərəfindən təmin olunur.
Məhsulların Anbardan sifariş qaiməsi (Təhvil-Təslim Aktı) əsasında təhvil alınması, yerində yoxlanılması
Məhsulların təhvil-təslim Aktı əsasında müştəriyə (Satış nöqtəsinə) təhvil verilməsi
Satışdan qaytarılan məhsulların müştərilərdən qaimə üzrə təhvil alınması və anbara təhvil verilməsi
Ödənişlərin qaimələr ilə kassaya təhvil verilməsi
Əlavə tapşırıqların yerinə yetirilməsi (sənədləri və s. aparılması)

Namizədə tələblər

Yaş: 23-40 yaş aralığı
Sürücülük vəsiqəsi (BC kateqoriya)
Yol hərəkət qaydalarını mükəmməl bilmək
Məsuliyyətli və nizam intizamlı
Dil bilikləri arzuolunandır (xarici qonaglarln aparılmasıda)
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Tələblərə uyğun, müraciət etmək istəyən namizədlər im-ex@arash-holding.az Email-in “subject” bölməsinə, vakansiyanın adını “Sürücü” qeyd etməklə, elektron poçt ünvanına CV göndərə billərlər. Yalnız tələblərə uyğun namizədlərlə müsahibə təyin olunacaq.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

ANBARDAR tələb olunur

İşəgötürən: TAİS İKF

Tələblər:

İş təcrübəsi: Minimum 5 il
Təhsil: Orta peşə və ali
Yaş həddi: 30-45 arası
Komputer biliklər: 1 C proqramı

Vəzifə öhdəlikləri:

Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal- material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət olunması təmin etmək;
Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;
Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
Köhnəlmiş, zərər görmüş, xarab olmuş mal - materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
Anbar işinin şirkətdaxili təlimat və qaydalara uyğun olaraq idarəedilməsini həyata keçirmək;

"ANBARDAR" qeyd edib CV-nizi info@tais-ikf.az e-mail adresinə göndərə bilərsiniz.

Şirkət haqqında
TAİS İKF MMC şirkəti 1994-cü ildən catering və dəstək (təmizlik, pest control, housekeeping, maintenance və s) xidmətləri göstərir.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Sürücü-Kuryer tələb olunur

“189 Courier” şirkətinə şəxsi avtomobili ilə Sumqayıt/Xırdalan ərazilərinə sənəd çatdırılması üçün Sürücü-Kuryer tələb olunur


Tələblər:

- Şəxsi avtomobil olması mütləqdir
- Stressə davamlı
- Şəhəri yaxşı bilməli
- Kuryer sahəsində iş təcrübəsi vacibdir
- Sumqayıt, Xırdalan ərazisində yaşayanlara və həmin əraziləri yaxşı bilənlərə üstünlük veriləcək

Öhdəliklər :

- Sənəd və kartların qeyd olunmuş ünvanlara gün ərzində çatdırılması
- Rəhbərliyin tapşırıqlarını icra edilməsi

İş barədə məlumat:
- 6 günlük iş qrafikı, 09.00-18.00

Əlaqə:

"Sürücü-Kuryer" qeyd edib CV –nizi hr@taxibaku.az e-mail adresinə və ya 055 202 01 89 nömrəyə göndərməyiniz xahiş olunur.

Tel: 055 202 01 89

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

PARAMEDİK tələb olunur

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad olunmuş ərazilərdə paramedik vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir

Namizədlər ali və ya orta ixtisas tibb təhsilli olmalı, müvafiq sahədə 1 ilə qədər iş stajı olmalıdır.


Seçim zamanı keçmiş məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.

Təminatlar:

• Əmək haqqı ilə yanaşı çalışdığı müddət ərzində işçiyə səmərəli fəaliyyətinə görə mükafatların verilməsi;
• Gündə 3 dəfə yemək ilə təmin edilmə+ Yaşayış yeri ilə təmin edilmə.

"PARAMEDİK" qeyd edib həmçinin əlaqə telefonu göstərməklə aşağıdakı sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.

• müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
• şəxsiyyət vəsiqəsinin surəti;
• təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);
• əmək kitabçasının surəti.

Sənəd qəbulu cari ilin 30 dekabr tarixinədək həyata keçiriləcək.

Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.

PARAMEDİK - Təcili Tibbi Texnik kimi də tanınan paramedik, təcili tibbi vəziyyətlərdə xəstələrə və ya yaralılara qulluq edən peşəkar qrupa verilən addır

career@anama.gov.az

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Satıcı tələb olunur (Mərdəkan)

İşəgötürən: Holcim

Vəzifələr:

Şirkəti düzgün təmsil etmək, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə uyğun davranmaq;
Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşımaq;
Hər günün sonunda rəhbərliyə günlük hesabatın təqdim edilməsi;
Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, məhsullar haqqında ətraflı və doğru məlumat vermək;
Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək;
Müştəriyə smeta və kommersiya təkliflərini hazırlayıb təqdim etmək;
Satışın icrasını təmin etmək;
Anbarda səliqəyə nəzarət etmək, anbar qalıqlarını nəzarətdə saxlamaq və inventarizasiya keçirmək;
Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək.

Tələb olunan keyfiyyətlər

Təhsil və İş təcrübəsi:
Ali və ya orta ixtisas tikinti təhsili
Tikinti satış sektorunda minimum 2-3 il iş təcrübəsi.
Kompüter üzrə minimum bilik. Hesabatların hazırlanması üçün Word, Excel proqramları.
1C satış proqramı ilə tam işləmək bacarığı
Danışıq Azərbaycan və rus dillərini bilmək.
Sürücülük vəsiqəsi olsun və avtomobil idarə etməyi bacarsın
Ünsiyyət bacarığı, nəzakətlilik, müşahidəçilik kimi bacarıq və keyfiyyətlərə malik olmaq,
İş vaxtı: Tam iş vaxtı

Müraciət proseduru

Maraqlananlar CV –lərini, mövzu hissəsində “Satıcı” yazmaqla aze-hr-cv@holcim.com e-mail , ünvanına göndərə bilərlər.Bütün müraciətlərə baxılacaq və namizədlərə bərabər imkanlar veriləcək.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

YÜK AVTOMOBİLİ SÜRÜCÜSÜ tələb olunur

İşəgötürən: "Performance Center Co" MMC (Chevrolet Azərbaycan)

Yaş həddi: 35-55

İş barədə məlumat
- Yük avtomobilinin texniki vəziyyətinə nəzarət etməli, onun təhlükəsiz istismarının təmini üçün müstəqil olaraq zəruri işləri yerinə yetirməli
- Daşınan yükləri təhlükəsiz şəkildə təyinat yerinə çatdırmalı
- İşin sonunda təhkim olunmuş yük avtomobilini şirkətə təhvil verməli
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etməli
- Daxili Əmək İntizam Qaydalarına riayət etməli
- Cavabdeh şəxs tərəfindən verilən tapşırıqları yerinə yetirməli.

İş şərtləri:
- İş qrafiki: həftədə 6 iş günü, 09:00-dan 18:00-dək
- Əmək haqqı: 700₼

Namizədə tələblər
- Orta və ya orta ixtisas təhsili
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatları, qüvvədə olan yol hərəkəti qaydalarını bilməli
- Yük avtomobillərinin idarə edilməsində ən azı 3 il iş təcrübəsi olmalı
- B,C kateqoriyaları üzrə sürücülük vəsiqəsi.

"YÜK AVTOMOBİLİ SÜRÜCÜSÜ" qeyd edib CV-nizi hr@performance-center.az e-mail adresinə göndərə bilərsiniz

(050) 291-30-18

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

İdari işlər üzrə mütəxəssis tələb olunur

İşəgötürən: Sirab Satış və Dağıtım MMC

Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavr;
- Komputer bilikləri: MS Office - əla;
- Dil bilikləri: Azərbaycan-səlis;
- Minimum 1 il iş təcrübəsi.

Fərdi keyfiyyət göstəriciləri:

- Dəqiqlik və detallara diqqətlilik;
- Yazılı və şifahi ünsiyyətlilik;
- Məsuliyyətlilik;
- Operativlik;
- Komanda ilə işləmə bacarığı;

Vəzifə öhdəlikləri:
- Cəmiyyətin struktur bölmələrinin fəaliyyəti üçün lazım olan avadanlıqlara, mal və materiallara olan tələbatın ödənilməsinə inzibati dəstək göstərilməsi;
- Daxili və Xarici ezamiyyələr zamanı otel, bilet, viza və digər sənədlərin hazırlanması;
- İdari şöbənin fəaliyyətindən irəli gələn aktların, sənədlərin hazırlanması, yoxlanması və mühasibatlığa təqdim edilməsi;
- Görülən işlərlə bağlı hesabatların hazırlanması;
- Şirkət daxili əməkdaşların danışıq paketlərinə nəzarət;
- Administrativ tapşırıqların icrası

İş vaxtının norması:

- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

- Yemək şirkət tərəfindən;
- Şirkət nömrəsi və danışıq paketi;
- Əmək haqqı: 550 manat

İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://googl/maps/iFLKeNz2rJoCoWDt5).
Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “İdari işlər üzrə mütəxəssis” yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Daha ətraflı..
https://www.sirab.az/haqqinda.aspx

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SATICILAR tələb olunur

İşəgötürən: AzProduct MMC

İş yerləri: Q.Qarayev, Bayıl, Xətai, Yasamal, Əhmədli ərazisində yerləşən Bazarstore mağazaları. Yaxın ərazidə yaşayan namizədlərə üstünlük veriləcək.

Yaş həddi: 20+, namizəd qadın və ya kişi

Vəzifələr:

- Müştəriləri mehribanlıqla qarşılamaq və onlara təzə soyudulmuş və hisə verilmiş balıq məhsulları (Müxtəlif növ təzə, dondurulmuş, hisə verilmiş balıq) haqqında məlumatlandırmaq, onların suallarına cavab vermək və məhsul seçimində kömək etmək.
- Balıqların düzgün saxlanılması, təmizliyi və təzəliyinin təmin etmək, müvafiq saxlama qaydalarına riayət etmək.
- Balıqların doğru şəkildə təmizlənməsi, doğranması və paketlənməsini təmin etmək.
- Məhsulların çəkilməsi, qablaşdırılması və təqdimatını həyata keçirmək.
- Günlük stok vəziyyətinin izlənməsini və yenilənməsini təmin etmək.
- Satış vitrininin daima təmiz və səliqəli saxlanılması, balıqların düzgün yerləşdirilməsini təmin etmək.

Tələblər:

- Balıq satışı və ya ərzaq məhsulları üzrə ən azı 1-2 il iş təcrübəsi.
- Balığın təmizlənməsi və hazır məhsul kimi təqdim olunması üzrə bacarıq.
- Müştəri xidməti və ünsiyyət bacarıqları.
- Komanda ilə işləmək və müştərilərlə mehriban davranmaq bacarığı.
- Səliqəli və təmizkar olmaq.
- Fiziki olaraq aktiv işləməyə hazır olmaq.

Təklif edirik:
- 6 günlük iş rejimi
- Əmək haqqı 500 azn + satışdan bonus.
- Rahat iş mühiti və komanda.
- Peşəkar inkişaf və uzunmüddətli iş perspektivləri.

Əlaqə:
- Maraqlanan namizədlər 050 241 48 89 nömrəsinə yaza və ya zəng edə bilərlər.
Həmçinin CV-nizi mövzu hissəsində “Satıcı” qeyd etməklə
hr@azproduct.az ünvanına göndərmələri xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

ŞİRKƏTDƏ ÇOXSAYLI VAKANSİYALAR

İşəgötürən: A+CO OJSC

VƏZİFƏLƏR:

1. Zəng mərkəzi operatoru
2. Aqronom
3. Baytar
4. Satış üzrə maliyyə analitiki
5. Satış təmsilçisi
6. Kassir
7. Sürücü
8. Sürücü texnik
9. Sürücü köməkçisi
10. Merçendayzer
11. Mühafizəçi
12. Fəhlə

Sizə uyğun vəzifənin adını qeyd edib CV-nizi hr@aplusco.az e-mail adresinə göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

XADİMƏ-QABYUYAN tələb olunur

“Coffeelea” coffeeshoplar şəbəkəsi Statistika filiali üçün Xadimə/Qabyuyan vakansiyasını elan edir:

İş barədə məlumat:

- Restoranda təmizlik işlərinin həyata keçirilməsini, o cümlədən döşəməni silib-süpürmək, qapıları silmək, stol və avadanlıqların tozunu almaq;
- Restoranın rəhbərliyi tərəfindən tapşırılan təmizlik işi ilə əlaqədar digər işləri yerinə yetirmək;
- İş yerinin hazırlanmaq və yığışdırmaq;
- Mətbəxdə istifadə edilmiş qabların yuyulması;
- Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya və mülkü-müdafiə qaydalarına riayət etməlidir;
- Öz işini əməyin təhlükəsizliyi qaydalarına və normalarına uyğun olaraq həyata keçirir;
- Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirməlidir.

Namizədə tələblər:

- Xanım və ya bəy namizədlər
- Səliqəli və təmizkar olmaq
- Komandada işləməyi bacarmaq

Təminatlar:

- Əmək haqqı 540 manat + müxtəlif bonuslar
- Şirkət tərəfindən naharla təmin olunma
- Dəyişən iş qrafiki 9 saat
- Həftədə bir gün istirahət günü
- Gənc və dinamik kollektivdə işləmək fürsəti

Maraqlanan namizədlər "XADİMƏ-QABYUYAN" qeyd edib 0517775156 nömrənin whatsapp-na məlumatlarınızı göndərməyiniz xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Direktor köməkçisi tələb olunur

İşəgötürən: MLK Tech Group

Ə/H: 550 manat

Ünvan: Bakı, Ağşəhər

İş qrafiki: 6 günlük

Qeyd: Tikinti sahəsi olduğu üçün bəy namizədlərə üstünlük veriləcəkdir.

Vəzifə təlimatı:

İşgüzar yazışmaların və danışıqların aparılması.
Görüşlərin təşkili və işin izlənilməsi.
Direktoru keçirdiyi danışıqların, görüșlərin, iclasların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı və iștirakçılara görüșün tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılması) görmək.
Müvafiq sənədlərin toplanması, yerləşdirilməsi və qeydiyyatının aparılması.
Direktorun gündəlik iş günü planının təmin edilməsi.
Tapşırıqlar gündəliyinin tutulması və izlənilməsi.
Zəruri hesabatların hazırlanması və direktora təqdim olunması.
Rəhbərliyin adiyyatı üzrə tapşırıqlarının icrası.

Tələblər:

Ali təhsil
MS Office proqramlarını yaxşı səviyyədə bilmək
Dil bilikləri: Azərbaycan dilində səlis yazı və danışıq, İngilis dili bilməsi üstünlükdür
Korporativ qaydalara əməl etmək
Stressə davamlılıq
Kommunikasiya bacarığı

Müraciət etmək istəyən namizədlərdən mailin mövzu hissəsində “Direktor köməkçisi” qeyd edərək 01.11.2024 tarixinə qədər öz CV-lərini qeyd edilmiş hr@mlktechgroup.com mail e-mail ünvanına göndərmələri xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

İnsan Resursları üzrə mütəxəssis tələb olunur - ŞƏMKİR

İşəgötürən: Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi

Şəmkir şəhərində yerləşən dövlət müəssisəsinə İnsan Resursları üzrə mütəxəssis axtarılır.

Qeyd: Yaşayış yeri Şəmkir şəhəri və ya yaxın ərazi olması mütləqdir.

Tələblər:
Ali təhsil (Biznesin təşkili və idarə edilməsi, menecement ixtisası üstünlükdür);
İnsan Resursları sahəsi üzrə nəzəri biliklər (Əmək Məcəlləsi, Əmək Məcəlləsi ilə əlaqəli qanunlar,normativlər);
Kompüter bilikləri (Microsoft office, Excell, Word, PowerPoint, outlook) yaxşı;
Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi.
Əmək haqqı:1400-1700 manat

Müraciət etmək istəyən namizədlər CV-ni dtsera_cv@sosial.gov.az elektron ünvanına mövzu hissəsində İnsan Resursları üzrə mütəxəssis(Şəmkir) qeyd edərək göndərə bilər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

PİZZAÇI tələb olunur

İşəgötürən: Papa Johns

İş Şərtləri:

- İş qrafiki: Növbəli, saat 10:00-18:00; 15:00-23:00
- 6 günlük iş həftəsi.

- Yaş həddi: 18-40
- Tələbə qəbul edilmir

- Növbəli iş rejimi.
- Əmək haqqı 400-500 manat + bonus
- Nahar ödənişi verilir

- Təcrübəyə ehtiyac yoxdur. İş 0-dan öyrədilir

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Pizzaçı” mövzusu altında hr@papajohns.az elektron ünvanına göndərə bilərlər.
Və ya 0502294277 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Restoran administrator (Menecer) tələb olunur

İşəgötürən: TAİS İKF

Tələblər:

Yaş həddi: 30-40 arası
Azərbaycan və rus dili bilikləri mütləqdir. İngilis dili arzuolunandır
Təcrübə: Bu sahədə minimum 5 ildən yuxarı
Komputer bilikləri; Restoran proqramları

Vəzifə öhdəlikləri:

Restoran üzrə rezervasiyaları qəbul və idarə etmək, masa təyinlərini düzgün həyata keçirmək;
Təyin edilən qaydalara əsasən telefon danışıq qaydalarına riayət etmək,
Restoran ziyarətçiləri üçün effektiv və mədəni xidmətləri təmin etmək, onlara rahat şərait yaratmaq;
Qonaqlara yüksək səviyyədə xidmət göstərmək;
Yeni gələn qonaqların qarşılanması,əyləşmələri üçün masalar təklif edir,onları seçdikləri masalara kimi müşayət edib,menyunu təqdim edir;
Menyunu yaxşı bilmək və gələn qonaqlara hər hansı bir yemək barəsində dolğun məlumat vermək;
Qonaqların problemlərini vaxtında və yüksək səviyyədə həll etmək;
Restoran personalının idarəolunması;
Ərzaqların sifarişinə nəzarət;
Restoranla bağlı kommunal, admistrativ və digər məsələlərin idarəolunması;
Hesabatların hazırlanması;

"Restoran administrator (Menecer)" qeyd edib CV-nizi info@tais-ikf.az e-mail adresinə göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Yanacaq daşıyan maşına sürücü tələb olunur

İşəgötürən: North West Construction

Nort Vest Konstrakşn MMC Azərbaycan bölgələri ərazisində olan layihələri ilə əlaqədar olaraq müvafiq sahədə təcrübəsi olan Yanacaq daşıyan maşına sürücü axtarır.

Tələblər və vəzifə öhdəlikləri:

İri qabaritli nəqliyyat vasitəsinin sazlığını nəzarətdə saxlamaq;
İş vaxtı ərzində departament rəhbərini ilə mütəmadi əlaqə saxlamaq;
Nəqliyyat vasitəsində nasazlıq varsa bu haqda müdriyyətə məlumat vermək;
Gəlmə və getmə vaxtını rəhbərinə xəbər vermək;
İş vaxtı ona etibar edilən nəqliyyət vasitələrindən şəxsi məqsədlər üçün istifadə etməmək;
Nəqliyyət vasitəsini daim təmiz və saz vəziyyətdə saxlamaq;
Müdriyyət tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək;
İş prosesində əməyin təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət etmək.
Maşında təyinatı, quruluşu, işləmə prinsiplərini bilmək
Maşənda üzə çıxan nasazlıqların əlamətlərini, səbəblərini və təhlükəli nəticələrini, onların aşkar edilib düzəldilməsi üsullarını bilmək
Texniki xidmətin aparılması qaydası və mühafizəsi qaydalarını bilmək
Əməyin təhlükəsizliyi, şəxsi gigiyena və sanitariya, yanğın hlükəsizliyi qaydalarını bilmək
Nahar və yaşayış yeri şirkət tərəfindən təmin olunur

Maraqlanan namizədlərdən öz müraciət formalarını (CV) mövzu hissəsində " Yanacaq daşıyan maşının sürücüsü " qeyd edərək cv@nwconstruction.com e-mail elektron ünvanına göndərmələri xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Restoranlar şəbəkəsinə işçilər tələb olunur

İşəgötürən: Hollywood group restoranlar şəbəkəsi

VƏZİFƏLƏR:

1. Restoran Meneceri
2. SMM
3. Hostes

Sizə uyğun vəzifənin adını qeyd edib CV-nizi hr.aslanovashafag@gmail.com ünvanına göndərməyiniz xahiş olunur

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Balıq və ərzaq məhsullarının satışı üzrə satıcılar tələb olunur

İşəgötürən: AzProduct MMC

İş yerləri: Q.Qarayev, Bayıl, Xətai, Yasamal, Əhmədli ərazisində yerləşən Bazarstore mağazaları. Yaxın ərazidə yaşayan namizədlərə üstünlük veriləcək.

Yaş həddi: 20+, namizəd qadın və ya kişi

Vəzifələr:

- Müştəriləri mehribanlıqla qarşılamaq və onlara təzə soyudulmuş və hisə verilmiş balıq məhsulları (Müxtəlif növ təzə, dondurulmuş, hisə verilmiş balıq) haqqında məlumatlandırmaq, onların suallarına cavab vermək və məhsul seçimində kömək etmək.
- Balıqların düzgün saxlanılması, təmizliyi və təzəliyinin təmin etmək, müvafiq saxlama qaydalarına riayət etmək.
- Balıqların doğru şəkildə təmizlənməsi, doğranması və paketlənməsini təmin etmək.
- Məhsulların çəkilməsi, qablaşdırılması və təqdimatını həyata keçirmək.
- Günlük stok vəziyyətinin izlənməsini və yenilənməsini təmin etmək.
- Satış vitrininin daima təmiz və səliqəli saxlanılması, balıqların düzgün yerləşdirilməsini təmin etmək.

Tələblər:

- Balıq satışı və ya ərzaq məhsulları üzrə ən azı 1-2 il iş təcrübəsi.
- Balığın təmizlənməsi və hazır məhsul kimi təqdim olunması üzrə bacarıq.
- Müştəri xidməti və ünsiyyət bacarıqları.
- Komanda ilə işləmək və müştərilərlə mehriban davranmaq bacarığı.
- Səliqəli və təmizkar olmaq.
- Fiziki olaraq aktiv işləməyə hazır olmaq.

Təklif edirik:

- 6 günlük iş rejimi
- Əmək haqqı 500 manat + satışdan bonus.
- Rahat iş mühiti və komanda.
- Peşəkar inkişaf və uzunmüddətli iş perspektivləri.

Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Satıcı” qeyd etməklə hr@azproduct.az ünvanına göndərmələri xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

MÜŞTƏRİ XİDMƏTLƏRİ ÜZRƏ OPERATOR tələb olunur - MAAŞ 700-1000
MANAT


İşəgötürən: Positive Call Center

İş haqqında məlumat:

Azerbaijan Airlines Hava yolu layihəsi üçün İngilis və Rus dili bilən müştəri xidmətləri təmsilçisi axtarılır.

Əmək haqqı: 700-1000 manat

Vəzifə öhdəlikləri:
- Operativ olaraq telefon zənglərini qəbul etmək
- Müştərilər tərəfindən verilən sualları cavablandırmaq
- Şirkətin xidmət və tarifləri barədə müştəriyə düzgün məlumatvermək
- Müştərilərin şikayət, təklif və tövsiyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək.

Əlavə məlumat:
- Nahar və Servis şirkət tərəfindən təmin edilir;
- Rəsmi qeydiyyata alınır;
- Maaşdan əlavə Mükafatlandırma sistemi mövcuddur.
- Həftədə 1 gün istirahət;
- İş saatı: Həftənin 6 günü 8 saat;
- Növbəli iş qrafiki (Səhər, Günorta, Axşam, Gecə)

Namizədə tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: 1 ildən aşağı
- Yaş həddi: 19-35 yaş
- İngilis, Rus ve Azərbaycan dillərini yaxşı səviyyədə bilməlidir. En dili(B1-B2), Ru dili(C1-C2), Az dili(C2)
- Nitq qabiliyyəti, Ingilis, Rus ve Azərbaycan dillərində səlis danışıq qabiliyyəti.
- Növbəli işləmə.(Səhər, Günorta, Axşam, Gecə)
- Microsoft Office proqramları ilə işləmək bacarığı.

MÜRACİƏT ÜÇÜN:
CV-nizi hr@positivecc.com e-mail ünvanına mövzu hissəsində "MÜŞTƏRİ XİDMƏTLƏRİ ÜZRƏ OPERATOR EN,RU,AZ" yazaraq göndərə bilərsiniz. Telefon: (012) 599-88-78


XXX XXXX XXX XXXX

CUSTOMER SERVİCE REPRESENTATİVE
Positive Call Center

Job description:
- We are currently seeking customer representatives for our airline company project, which serves Azerbaijan Airlines.
- Opt for a positive choice by joining a professional team where you can foster personal growth and access promising career opportunities.
- In the role of a customer representative, you will be responsible for handling incoming calls and delivering exceptional service to our valued customers.
- Following your training period, you will commence your role, and monthly performance assessments will be conducted. Depending on your performance results, you could earn a bonus of up to 50% of your salary.
- Employees must be at least 19 and no older than 35.
- Performance evaluations will be conducted quarterly, and successful employees will be eligible for salary increases.
- Our shift system operates six days a week, with a daily schedule of 8 hours and 30 minutes (including a 1-hour meal/break). Shifts rotate on a weekly basis and encompass morning, noon, evening, and night shifts (a shuttle service is available for shift changes after 00:00). Appropriate shift solutions are being implemented through mutual agreement.
- If you are eager to enhance your English skills, gain hands-on experience in customer service, and work within a sociable and enjoyable environment, please feel free to submit your CV via email, gather further details from our phone number, or visit our office located at Nizami Street, AF Business House between 09:00-18:00 on weekdays. (+994 12 599 88 78)
You should have at least a B1 level of proficiency in English or a C1 level of proficiency in Russian.

How to apply: Interested candidates should send their CV to hr@positivecc.com with "Customer Service Representative EN,RU,AZ" in the subject line.

Читать полностью…
Subscribe to a channel