azvakaz | Unsorted

Telegram-канал azvakaz - AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

48828

Azərbaycanda vakansiyalar, iş elanları Ödənişli iş elanı yayımı üçün: @AzVak_elan ya elan@azvak.az Əlaqə: 051 343 73 07 AzVak kanalı elanların məzmununa, həmçinin işaxtaran və işəgötürən arasında danışıqlara və razılaşmalara görə məsuliyyət daşımır.

Subscribe to a channel

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SÜRÜCÜ ve sürücü kömekçilər tələb olunur

İşəgötürən: Şam-Fi» şirkəti

Lökbatan filialı və Ağ şəhər filialı üçün sürücü və sürücü köməkçiləri tələb olunur.

İşin təsviri: Nəzərdə tutulan məntəqələrə məhsulların çatdırılması və məhsulların təhvil verilməsinə köməklik göstərilməsi, fakturaların ofisə çatdırılması.

İş haqqında sürücü üçün:
Əmək haqqı: 700 manat (ilk ay), növbəti aydan 700-1000 AZN
Yaş həddi: 22-50

Əsas tələb: İSUZU markalı yük maşını sürməyi bacarmalı və BC kateqoriyasının olması

1. SÜRÜCÜ KÖMƏKÇİSİ

İş haqqında sürücü köməkçiləri üçün:

Əmək haqqı: 500 manat və yemək pulu

İş qrafiki (sürücü və sürücü köməkçiləri üçün)-Həftədə 5 gün( bazar, bazar ertesi istirahət)

İş saatı: Lökbatan filialı saat 08:00, Ağ şəhər filialı saat 07:00 başlayır.

Ünvan: Lökbatan filiali ( Meyveli qruqu), Ağ şəhər filialı ( AFFA-nın yaxınlığı)

Əlaqə nömrəsi: 051 206 60 68 (whatsapp üzerinden sürücü və ya sürücü köməkçisi yazaraq müraciət edə bilərlər).

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

3 ƏRAZİYƏ SATICILAR tələb olunur - NÖVBƏLİ İŞ

Ərazi – Əhmədli , Nəsimi , Mərdəkan

İşəgötürən: "İndi Market"
Əmək haqqı: 500 manat

İş qrafiki: 3 növbəli
Qeyd:Marketdə ən az 1 il satış sahəsi üzrə təcrübə mütləqdir.

Əlaqə:
hr@indi.market və ya 051 232 60 36 (Whatsapp)
Uyğun namizədlər vakansiya adını qeyd edərərək CV-ni
hr@indi.market email ünvanına göndərə və ya qeyd edilən nömrəyə whatsapp message üzərindən CV və ya ad-soyad, yaş, iş təcrübəsilə bağlı məlumat qeyd edərək müraciət edə bilər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

İcraçı direktor tələb olunur

İşəgötürən: Bateel

Əgər şirniyyat dünyasına həvəsli, idarəetmə bacarıqlarına malik və həm müştərilər, həm də komanda üçün xoş atmosfer yaratmağı bacaran birisinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.

Əsas vəzifələr:

Mağazanın işinin təşkili və idarə olunması.
İşçi heyətinin idarə olunması: seçilməsi, öyrədilməsi və motivasiyası.
Ehtiyatların idarə olunması, malların sifarişi, təchizatçılarla əlaqə.
Müştəri xidmətinin yüksək səviyyədə təmin edilməsi.
Satışların analizi, hesabatların hazırlanması və qarşıya qoyulmuş hədəflərin yerinə yetirilməsi.
Tələblər:

Pərakəndə satış sahəsində və ya mağaza idarəetməsində ən azı 2 il iş təcrübəsi.
Liderlik və təşkilatçılıq bacarıqları.
Komandada işləmə və müştərilərlə ünsiyyət qurma bacarığı.
Məsuliyyətli, təşəbbüskar və detallara diqqətli olmaq.

Təklif edirik:

Rəqabətli əmək haqqı.
Mehriban kollektiv və rahat iş mühiti.
Mağaza məhsullarına endirimlər.
Peşəkar inkişaf üçün imkanlar.

Əgər yeni çağırışlara hazırsınızsa və şirniyyat dünyamızın bir parçası olmaq istəyirsinizsə, CV-nizi taghi.mirzayev@ffgroup.az elektron poçt ünvanına "İcraçı direktor" qeyd edib göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Mühasib tələb olunur

İşəgötürən: “ BESTİNG” MMC

İş barədə məlumat:

- Daxili mühasibatlıq işlərinin görülməsi, (hesab fakturalar, elektron qaimələr, daxili hesabatlar, bank köçürmələri və.s)
- Bonusların hesablanması.
- E-qaimələrin göndərilməsi.
- Vergi orqanlarından gələn məktublara nəzarət edilməsi.
- Şirkət Rəhbəri və Maliyyə departamentinin müdiri tərəfindən təyin edilmiş digər tapşırıqları yerinə yetirmək.
- Həftə içi 5 gün iş günü.
- İş saatı: 09:00-dan -18:00-dək.
- Əmək haqqı: 800- 1200 manat

Namizədə tələblər:

-Xanım namizədlər tələb olunur.
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar.
- Hesab-fakturaların və E-qaimələrin hazırlanması, göndərilməsi və təsdiqi.
- Bank əməliyyatların aparılması.
- Məzuniyyət, Ezamiyyət və son haqq hesabın hesablanması.
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilməli.
- 1C 8.3 proqramında işləməyi bacarmalı.
- Dövlət portallarından sərbəst istifadə etmə bacaraığının olması (e-gov.az, e-taxes.gov.az və s.).
- İş təcrübəsi 1- 3 il.

Uyğun namizədlər
hr.assistent@besting.az mail ünvananına mövzu hissəsində “Mühasib” qeyd edərək müraciət edə bilərsiniz və ya 0552505676 nömrəsi ilə elaqə saxlaya bilərlər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

TƏMİZLİKÇİLƏR tələb olunur

İşəgötürən: Caspian business hotel

Vakansiyanın adı: Təmizlikçi

Tələblər:
Yaş həddi: 20- 45,
Namizəd: Qadın

Vəzifələr:
- Otaqların təmizlənməsi
- İşinə məsuliyyətli yanaşması, təmizkar
- Rəsmi əmək haqqı: 600-650 Manat

Əlavə imkanlar:
Uniforma və Nahar hotel tərəfindən təmin olunur

İş yerinin ünvanı: Ələsgər Qayıbov

Müraciət üçün : (050-202-36-37 wp və ya zəng)

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SÜRÜCÜ-EKSPEDİTOR tələb olunur

İşəgötürən: Asor Group

Şirkət haqqında: Şirkət avtomobillər üçün mühərrik yağları, soyuducu mayelər və Antifrizlərin topdan/pərakəndə satışı ilə məşğuldur.

Namizədə tələblər

- Təhsil : Ali(ustünlük verilir)
- İş təcrübəsi : 1 ildən 3 ilə qədər
- Yaş : 35 – 45
- Cins : Bəy namizəd
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübə
- BC kateqoriyalı sürücülük vəsiqəsi(ATEGO sürməyi bacarsın)
- Bakı şəhəri və rayonları tanıma
- Satış sahəsində təcrübə

İş barədə məlumat
- Azərbaycan Respublikasının bölgələrində işləməyə hazır olanlar
- Satış hədəflərinin vaxtlı vaxtında icra olunması
- Təyinat məntəqələrinə vaxtında nəzarət edilməsi
- Rut üzərində yeni müştərilərin tapılması və onlara məhsulların təklif edilməsi
- Müştəri borclarının vaxtlı vaxtında yığılması və həmin gün kassaya təhvil verilməsi
- Məhsulların anbardan ədəd və qutu üzrə sayılaraq düzgün təhvil alınması və verilməsi
- Məhsulların anbardan maşına yüklənməsi
- Satışla bağlı rəhbərliyin ona həvalə etdiyi digər vəzifələr və öhdəliklərin icra edilməsi

- İş qrafiki: 1-6 günlər: 09:00-dan – 18:00-dək
- İstirahət: Bazar günü
- Əmək haqqı: 1000 azn (əlavə olaraq satışdan % hesablanacaq plan üzrə).
- Nəqliyyat vasitəsi şİrkət tərəfindən verilir
- Yanacaq,amortizasiya ve ezamiyyət xərcləri şirkət tərəfindən ödənilir.
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun sənədləşmə.

"SÜRÜCÜ-EKSPEDİTOR" qeyd edib işlə bağlı müraciətinizi
info@asorgroup.az e-mail adresinə göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Çayçı tələb olunur

İşəgötürən: DÖRD QARDAŞ

İş barədə məlumat

Rəhbərliyə və ofisə gələn qonaqlara çay və kofe servisinin təmin olunması.
Mətbəxin daimi təmizliyini təmin etmək.
İstifadə etdiyi əşya və ləvazimatların gigiyenik cəhətdən təmiz olmasını təmin etmək.
Rəhbərlik tərəfindən əmək funksiyası üzrə verilən tapşırıqları vaxtında yerinə yetirmək.
Namizədə tələblər

Yaş maksimum 35 yaş qadın
Orta təhsil
Müvafiq sahə üzrə 1 il iş təcrübəsi
Kollektivdə işləmək bacarığı
Operativlik, məsuliyyətlilik, təmizkarlıq

İş şəraiti

İş saatları: Həftə içi hər 6 iş günü saat 09:00-dan 18:00-dək
əmək haqqı 500-550 AZN
Əlaqə: 055-915-54-54 Məkanə xanım

Namizədlər CV-ləri
mekanehamidova@gmail.com elektron poçt ünvanına “Çayçı” başlığı altında göndərmələri xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Müştəri Xidmətləri Mütəxəssisi/Aparıcı Mütəxəssisi tələb olunur - Sumqayıt

İşəgötürən: “Ziraat Bank Azərbaycan” ASC

Vəzifəyə olan tələblər:

· Ali təhsil (maliyyə / iqtisadiyyat sahəsində təhsil arzu ediləndir);
· Banklarda kiçik və orta biznes və ya korporativ müştərilərə satış ilə bağlı iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
· Maliyyə hesabatlarının hazırlanması və təhlil edilməsi bilikləri olan namizədlərə üstünlük verilir;

Əsas vəzifələr:

· Potensial müştərilər ilə görüşlər təşkil edərək, onların bankla əməkdaşlığa cəlb edilməsini təmin etmək;
· Bankın təqdim etdiyi bütün məhsul və xidmətlər haqqında məlumatlı olmaq və hər iki tərəf üçün məqbul təklifləri hazırlamaq və təqdim etmək;
· Bankla kredit sahəsində əməkdaşlıq etmək üçün müraciət edən sahibkarlıq subyektinin maliyyə məlumatlarını toplamaq, alınmış məlumatları nəzərdən keçirməklə ilkin təklifi hazırlamaq və rəy alınması üçün bankın aidiyyatı struktur bölmələrinə istiqamətləndirmək və prosesinin növbəti mərhələlərinə nəzarət etmək;
· Müştərilərin bankla uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq və aradan qaldırılması üçün tədbirlər görmək;
· Çarpaz satışı təmin etmək;
· Müştərilərin bankla günlük fəaliyyətlərini koordinasiya etmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını
cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Sumqayıt- Müştəri Xidmətləri” qeyd etməyiniz vacibdir.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

KATEQORİYALAR

Qadın işləri: /channel/s/qadinisleri

Təcrübə proqramları:
/channel/s/tecrubeproqrami

Müəllim vakansiyaları: /channel/s/muellimvakansiyalari

Mühasib vakansiyaları: /channel/s/muhasibvakansiyalari

Maliyyə sektorunda vakansiyalar: /channel/s/maliyyevakansiyalar

İKT, kompüter işləri: /channel/s/iktisleri

Hüquq üzrə vakansiyaları: /channel/s/huquqvakansiyalari

Turizm, otel, restoran sahələrində vakansiyalar: /channel/s/turizmvakansiyalari

İnşaatçı, mühəndis, memar vakansiyaları: /channel/s/muhendismemarinsaat

Sürücü və anbar işləri: /channel/s/surucuanbardar

Satıcı vakansiyaları: /channel/s/saticivakansiyalari

Tibb və gözəllik sektorunda vakansiyalar: /channel/s/tibbvakansiyalari

Marketinq, reklam və mətbuat işləri: /channel/s/reklamvakansiyalari

Açıq qapı və Karyera günləri: /channel/s/kariyeragunleri

AzVak Gəncə: /channel/s/gencevakansiyalar

Rayonlarda İŞ: /channel/s/azvakrayonlardais

Yüksək Maaşlı İşlə: /channel/s/azvakyuksekmaasliisler

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

İRİ ŞİRKƏTDƏ İŞƏ QƏBUL GÜNÜ

BINƏQƏDİ RAYONU, SULUTƏPƏ QƏSƏBƏSİ, PEPSI ANBARINA 6-7 noyabr / saat 10:00 / 17:00-dək yaxınlaşıb işlə bağlı müraciət edə bilərsiniz.


MARŞURT 20 YANVAR DAİRƏSİNDƏN 130 SAYLI AVTOBUS

İşəgötürən: “Mars Overseas Baku LTD” - PEPSİ

Vakansiyalar

1. Yük maşını sürücüsü

2. Sürücü Köməkçisi

3. Gecə Növbəsi Yükləyici

Tələblər

Sürücü üçün BC kateqoriyalı sürücülük vəsiqəsi və yük daşıma təcrübəsi.

Sürücü köməkçisi üçün aktiv və dinamik olmaq.

Gecə növbəsində işləmək üçün fiziki cəhətdən sağlam və komanda ila

işləmə bacarığı.

Biz sizə təklif edirik

• Gecikdirilməyən və tam rəsmi ödənilən əmək haqqı və bonus

Əmək haqqı + Bonus

Əmək müqaviləsi ilə tam rəsmi iş Şirkət tərəfindən verilən əlavə təminatlar

ÜNVAN: BINƏQƏDİ RAYONU, SULUTƏPƏ QƏSƏBƏSİ, PEPSI ANBARI

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Həkim-USM tələb olunur

İşəgötürən: Garabag Resort & SPA

İş yeri: Naftalan şəhəri, Garabagh Resort&Spa Naftalan Hotel.

Şöbə: Tibb
Tabeçilik: Baş həkim
Əmək funksiyası tələbləri:

Şüa diaqnostikası üzrə həkimin tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir.Həkim etikası və deontologiyası prinsiplərinə riayət edir;
Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir;
Müəssisənin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımı göstərir.
Gündəlik olaraq müayinə olunan və əks göstəriş olan xəstələr haqqında Baş həkimə məlumat vermək;
Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir;
Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir. Orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak edir. Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir;
Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir;
Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra edir.
Qonaqların rəy kartoçkalarındakı rəylərindən, qonaq məmnuniyyəti və xidmətdə yol verilən səhvlərin dəyərləndirilməsindən əldə edilən informasiyanı məlumatlandırıldıqda tədbir görür.
Tibbi şöbədə qrafik üzrə keçirilən toplantılarda iştirak edir,
Tələb edilərsə şirkətin fəaliyyətində və toplantılarında iştirak edir.
Qonaqlarla ünsiyyətdə olur, ictimai fəaliyyətlərdə iştirak edir.
Tələblər:

Təhsil: Tibb üzrə ali təhsil və sertifikat (sahəsi üzrə tələb olunur).
İş təcrübəsi: Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi.

Bilik və Bacarıqlar:

Qonaqlarla ilə peşəkar ünsiyyət qurma bacarığı.
Peşəkar, işgüzar görünüş və təqdimat;
Problemləri həll etmə bacarığı;
Kompüter bilikləri:
MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə.
Dil bilikləri:

Azərbaycan dili – sərbəst;
Rus dili –sərbəst (ingilis dili üstünlükdür);
İş şəraiti:

6 günlük iş qrafiki;
Gündəlik qidalanma şirkət tərəfindən təmin olunur;
İş saatları: 09:00-16:00 və həftənin bazar günü istirahət günüdür;
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq təyin edilir;
Könüllü tibbi sığorta təmin edilir.
Əməkdaş yaşayış yeri ilə təmin edilir;

Uyğun namizədlər, CV-lərini hr@garabaghotel.az elektron poçt ünvanına başlıq hissəsinə “Həkim-USM” qeyd edərək göndərə bilərlər.

Son müraciət tarixi: 05.12.2024

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Formen köməkçisi tələb olunur

İşəgötürən: Azmerika

Vəzifə öhdəlikləri:

Müştərilərə məxsus avtonəqliyyat vasitələrinin servis zonasına sürülməsi;
İş zamanı meydana çıxan nasazlıqlar barədə satış şöbəsini və müştəriləri məlumatlandırmaq;
Xidmət ustalarının vəzifə borclarını bilib və ustaların gördükləri işin gedişatının və yerinə yetirilmə müddətinin kontrol edilməsi ;
Ustaların iş cədvəllərinə riayət edilməsinə nəzarətin təşkil edilməsi;
İşçilərin öhdəlikliyinə qoyulan vəzifələrin yerinə yetirilməsi zamanı lazım olan maddi-texniki, məlumat resursları ilə təmin edilməsini yoxlayıb fasilələrin, qəzaların, işin müvəqqəti durmasının qarşısını almaq üçün tədbirlər qəbul edilməsi;
İş yerinin iş zamanı səliqləli saxlanılmasının təmin edilməsi;

Namizədə tələblər:

Cins: kişi;
Rus dili bilənlərə üstünlük veriləcək;
Yaş: 20-40 yaş;
Müştəri ilə əlaqəli vəzifələr üzrə iş təcrübəsi;
B kateqoriyalı sürücülük vəsiqəsi və minimum 3 il avtomobil idarə etmə təcrübəsi(mexaniki və avtomat SQ);
Şəxsi keyfiyyətlər: ciddi, məsuliyyəli, punktual ;
Komanda ilə işləmək bacarığına malik olmaq;

İş şəraiti:

İş rejimi: Həftənin 6 günü,istirahət günü həftə içi;
İş saatı 10:00 -19:00;
Nahar şirkət tərəfindən qarşılanır;
Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq;
İş yeri - Hyper Service Babək filialı.

"Formen köməkçisi " qeyd edib işlə bağlı müraciətinizi hr@azmerika.az e-mail adresinə göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Sorğu layihəsi üçün işçilər tələb olunur (İmişli, Saatlı, Sabirabad)

Sorğu şirkətinə sorğu layihəsi üçün İmişli, Saatlı və Sabirabad rayonlarında yaşayan Anketyor xanım və ya bəy tələb olunur.

İşəgötürən: Business Insight MMC

Vakansiya: İntervüer

İş barədə:
-Sorğu qeyd olunan rayonlarda sorğu üçün təyin edilən müəssisə daxilində, ora gələn müştərilərlə keçiriləcək;
-İş vaxtı: Bazar ertəsi-Şənbə, saat 09:00-18:00;
-Əmək haqqı günlük əsasda hesablanır, layihə bitdikdə ödənilir.
Tələblər:
-Təhsil: Ali
-İş təcrübəsi: Tələb yoxdur
-Yaş: 25 – 40 yaş
-Cins: Tələb yoxdur
-Azərbaycan dilində səlis danışmaq
-Ünsiyyətcil və dürüst olmaq
-Aktiv və gülərüz olmaq.
Əlaqə:
telefon: 055 705-06-00

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

DƏRMAN ANBARINA ÇOXSAYLI İŞÇİLƏR TƏLƏB OLUNUR

QABLAŞDIRICI, QƏBULÇU, RƏFLƏR ÜZRƏ DÜZƏNLƏYİCİ tələb olunur

İşəgötürən: Zeytun Pharmaceuticals

Vəzifə funksiyaları: Anbarda dərman preparatlarının qəbulu, qablaşdırılması, rəflərə yerləşdirilməsi və s. ibarətdir.

Namizədin iş yerinə yaxın ərazidə yaşaması şərtdir.

-İş yeri: NZS qəsəbəsi, Oqtay Vəliyev küç. 21C, Depo; - (050) 273 11 71 (Whatsapp -a (ZƏNG ETMƏYİN) mesaj yazaraq müraciət edin)

-İş yeri: Masazır qəsəbəsi; - (050) 273 52 00 (Whatsapp -a (ZƏNG ETMƏYİN) mesaj yazaraq müraciət edin)

Tələblər:
Anbarda 1 il iş təcrübəsi arzuolunandır
Rus dilində sərbət oxuma qabiliyyəti
Kompüterdən istifadə bacarığı
Cinsi: Kişi (hərbi xidməti başa vurmuş şəxslər)
Yaş həddi: 22-40

İş şəraiti:
İş qrafiki: 6 günlük iş həftəsi, iş rejimi
Növbəli işlərdə:08:00-dan 17:00, 09:00-dan – 18:00 kimi, 14:00-dan 22:00 kimi
Tək növbəli işlərdə:09:00-dan 18:00-a kimi
Nahar şirkət tərəfindən təmin edilir
Əmək haqqı: 600-800 manat

Maraqlanan şəxslər CV-ni HRDepartment@zeytunpharma.az email ünvanına göndərə bilər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Zeta Group-The Entertainer oyuncaq mağazalar şəbəkəsinə Satış məsləhətçisiləri tələb olunur

Mağaza ünvanları: CRESCENT MALL , PORT BAKU MALL , QIŞ PARKI , DƏNİZ MALL
Namizədə tələblər:
18-27 yaş arası xanım və bəy namizədlər;
Müvafiq satış sahəsində ən azı 1 il iş təcrübəsi;
Əsas vəzifə öhdəlikləri:
Müştərini brend, məhsul çeşidi haqqında məlumatlandırmaq və məhsul seçimində köməklik göstərmək ;
Malları vitrin və ya rəflərə səliqəli düzmək
Mağaza tərəfindən malların qəbulunda köməklik etmək ;
Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli və bütün malların qiymətinin yerində olmasından cavabdeh olmaq ;
Mağazanın qarşısına qoyulan hədəfləri və satış planlarını həyata keçirmək.

İş qrafiki- 5 günlük-növbəli qrafik, həftəiçi 2 gün istirahət
Şirkət tərəfindən uniforma verilir
Əmək haqqı 550 manat + satışdan bonuslar
Təklif edirik:
Karyerada yüksəliş imkanları
“Satış məsləhətçisi” yazaraq CV-nizi hrm@zeta.az email ünvanına və ya 0552057787 whatsapp nömrəsinə göndərə bilərsiniz

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

ŞƏXSİ AVTOMOBİLİ OLAN Satış üzrə mütəxəssis tələb olunur

İşəgötürən: Sham-Fi International Trading Company - Şam Fi

Namizədə tələblər:

-Ali təhsil
-Bəy namizəd
-Sürücülük vəsiqəsi və şəxsi avtomobil MÜTLƏQDIR
-Müstəqil və komandada işləmək bacarığı
-Məsuliyyət, diqqət, intizam və təşəbbüskarlıq
-Güclü ünsiyyət qabiliyyəti və analiz bacarığı

Vəzifə funksiyaları:

∙ Yeni məhsulların müştərilər tərəfindən tanınmasını və onların satış məntəqələrində satışını təmin etmək, bununla bağlı yaranan problemləri aradan qaldırmaq;
∙ Nümayəndəsi olduğu satış bölgəsini yaxşı tanımaq, yeni müştəriləri müəyyən edərək onları şirkətə cəlb etmək;
∙ Müştərilərlə müqavilə bağlanmasını təmin etmək, onlarla işgüzar münasibətlər yaratmaq və davam etdirmək;p
∙ Ərazisindəki satış həcmi az olan nöqtələrində satış həcminın artırılması istiqamətində işlərin görülməsini təmin edir
∙ Məhsulun satışının təşkil olunması
∙ Sifarişlərin qəbul olunması
∙ Müştəri məmnuniyyətini saxlamaq
∙ Ticarət nöqtələrinin inkişaf etdirilməsi

İş şəraiti:
∙ Həftədə 5 iş günü, 2 gün istirahət.
∙ Karyera yüksəlişi imkanı.
∙ Rəqabətə davamlı əmək haqqı

Tələblərə uyğun namizədlərdən mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd edərək cv@sham-fi.az mail ünvanına müraciət etmələrini xahiş edirik.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Elektrik tələb olunur (Gəncə)

İşəgötürən: Foton

İş şəraiti:

İş rejimi: 5 günlük
İş yeri : Gəncə şəhəri
İşçinin telefon danışığı şirkət tərəfindən təmin edilir.
İşçi yaşayış yeri, qidalanma və telefon danışığı ilə təmin edilir.

Nə təklif edirik?

Bazar rəqabətinə uyğun əmək haqqı;
Könüllü tibbi siğorta
“Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
Peşəkar komanda ilə işləmək fürsəti;
İşçinin inkişafı üçün təlim, tədris proqramları.

Vəzifə öhdəlikləri:

Elektrik sistemlərin, cihazların və komponentlərin müntəzəm olaraq yoxlanılması, profilaktik baxımın aparılması və təmiri;
Elektrik təhlükələrin və kənarlaşma hallarının müəyyən edilməsi;
Elektrik sistemdə olan nasazlıqların və uyğunsuzluqların aradan qaldırılması;
Müvafiq elektrik cizgilərin oxunması, cizgilərə uyğun olaraq avadanlıqların və xətlərin müəyyən edilməsi;
Elektrik sistemlərin və avadanlıqların müvafiq ölçmə və sınaq alətləri vasitəsi ilə sınaq edilməsi;
Aşınmış avadanlıqların təmiri və bərpa edilməsi;
Elektrik avadanlıqların dəyişdirilməsi üçün təkliflərin verilməsi;
Elektrik işlər üzrə hesabatların hazırlanması və təqdim edilməsi;
Yeni elektrik avadanlıq və cihazların quraşdırılması;
Əmək təhlükəsizlik qaydalarına və fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi.
Namizədə aid tələblər:

Müvafiq sahə üzrə peşə və ya Ali təhsil;
Elektrik ixtisas sertifikatı (3-cü qrup);
Müvafiq sahə üzrə (elektrik) minimum 3-5 il təsdiqli iş təcrübəsi;
Yaşayış və istismar sahələrinə dair elektrik standartlar və tələblər üzrə əsaslı biliklər;
Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı;


Xahiş edirik CV-lərinizi mövzu bölməsində “Elektrik/Gəncə” qeyd etməklə hr@fotonllc.az e-mail ünvanına göndərəsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Elektrik tələb olunur (Qəbələ)

İşəgötürən: Foton

Nə təklif edirik?

Bazar rəqabətinə uyğun əmək haqqı;
“Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
Peşəkar komanda ilə işləmək fürsəti;
İşçinin inkişafı üçün təlim, tədris proqramları.

Vəzifə öhdəlikləri:

Elektrik sistemlərin, cihazların və komponentlərin müntəzəm olaraq yoxlanılması, profilaktik baxımın aparılması və təmiri;
Elektrik təhlükələrin və kənarlaşma hallarının müəyyən edilməsi;
Elektrik sistemdə olan nasazlıqların və uyğunsuzluqların aradan qaldırılması;
Müvafiq elektrik cizgilərin oxunması, cizgilərə uyğun olaraq avadanlıqların və xətlərin müəyyən edilməsi;
Elektrik sistemlərin və avadanlıqların müvafiq ölçmə və sınaq alətləri vasitəsi ilə sınaq edilməsi;
Aşınmış avadanlıqların təmiri və bərpa edilməsi;
Elektrik avadanlıqların dəyişdirilməsi üçün təkliflərin verilməsi;
Elektrik işlər üzrə hesabatların hazırlanması və təqdim edilməsi;
Yeni elektrik avadanlıq və cihazların quraşdırılması;
Əmək təhlükəsizlik qaydalarına və fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi.

Namizədə aid tələblər:

Müvafiq sahə üzrə peşə və ya Ali təhsil mütləqdir;
Elektrik ixtisas sertifikatı (3-cü qrup);
Müvafiq sahə üzrə (elektrik) minimum 3-5 il təsdiqli iş təcrübəsi;
Yaşayış və istismar sahələrinə dair elektrik standartlar və tələblər üzrə əsaslı biliklər;
Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı;
Yaxşı ünsiyyət və hesabat bacarıqları;
Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları.

İş şəraiti:

İş rejimi: 5 günlük
İş yeri : Qəbələ şəhəri

Xahiş edirik CV-lərinizi mövzu bölməsində “Elektrik/Qəbələ” qeyd etməklə
hr@fotonllc.az e-mail ünvanına göndərəsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

FOTOQRAF tələb olunur

Supertoys oyuncaq mağazaları şəbəkəsi Fotoqraf vakansiyası elan edir !

İş barədə məlumat:

- Mağaza daxilində məhsulların fotosessiyasını aparmaq;
- Şirkətin sosial şəbəkə üçün foto materialların çəkilişini həyata keçirtmək;
- Tapşırıqların sərbəst, lazım gəldikdə isə komanda ilə birgə icra olunması;
- Verilmiş ideyalara əsasən konseptin qurulması;
- Fotolar üzərində retuşların edilməsi;
- Məhsulların real detallarını özündə əks etdirən yüksək keyfiyyətli foto şəkillər çəkmək;

Namizədə tələblər:
- Dizayn proqramlarında işləmə bacarığı
-Tələb olunan proqram bilikləri:
- Adobe Photoshop
- Adobe Lightroom
- Corel Draw
- Komanda ilə işləmə bacarığı;
-18-28 yaş arası bəylər;

-Əmək haqqı: 800-1000 Manat
-Fotoaparat ,avadanlıq və studiya ilə təmin olunma;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Fotoqraf” qeyd edərək CV ilə birlikdə portfolionu hr@supertoys.az elektron ünvanına göndərmələri xahiş olunur.

055-220-23-72

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SÜRÜCÜ/ TƏCHİZATÇI tələb olunur

Beynəlxalq yüklərin daşınması ilə məşğul olan Global Transport Services MMC şirkətinə Sürücü/təchizatçı vəzifəsi üzrə mütəxəssis tələb olunur.

İş barədə məlumat

1) Malların daxili bazardan alınması;
2) İdxal olunan malların gömrükdən çıxarılması;
3) Sənədlərin çatdıırılması:
4) Yeni təchizatçıların və malların bazar araşdırması.
5) İdarə olunacaq nəqliyyat vasitələri minik avtomobili və Hyundai H100 yük avtomobili. (B kateqoriyalı sürücülük vəsiqəsi kifayət edir)

Yaş həddi 25-30 kişi namizəd
1) Müvafiq və ya bənzər sahədə 1 ildən çox təcrübə;
2) MS Office proqramların proqramları ilə işləmə qabiliyyəti;
3) Hərbi xidməti bitirməli.

Təminatlar:
Korporativ nömrə;
Əmək haqqı: 800 - 1000 azn, İşçinin peşəkarlıq səviyyəsinə uyğun olaraq təyin olunacaq

Namizədlər CV-lərini "Sürücü" başlığı ilə qeyd olunan gtservices@bk.ru mail ünvanına göndərsinlər.

Şirkət barədə məlumat - Global Transport Services MMC
- Müəssisəmiz 15 ildən artıqdır ki, Beynəlxalq yüklərin daşınması fəaliyyəti ilə məşğuldur. Müəssisənin ünvanı : Nizami rayonu, Qara Qarayev pr 160, İş qrafiki Həftənin altı günü saat 09.00-dan 18.00 kimidir.
-
Əlaqə
     
0515937536

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Qəbul katibəsi / Resepşn tələb olunur

İşəgötürən: Azerbaijan Automobiles

İş barədə məlumat:

Daxil olan telefon zənglərinə cavab verməli, öz səlahiyyətləri səviyyəsində sorğuları cavablandırmalı və ya telefon zənglərini müvafiq şəxslərə ünvanlamalı
Satış ofisinə gələn qonaqların qarşılanması və müvafiq əməkdaşa yönləndirilməsi
Ofis ləvazimatlarının sifariş olunması
Ofis daxili nizam intizam qaydalarına əməl etməli.
İş qrafiki: Həftə içi 6 gün

Namizədə tələblər:

Azərbaycan və Rus dillərində səlis danışıq bacarıği (ingilis dili biliyi arzuolunandı)
Tələb olunan vakansiyaya uyğun iş təcrübəsi (minimum 1 il)
Cinsi: Qadın
Ofis avandalıqarından sərbəst şəkildə istifadə etmə bacarığı
Ciddi, səbirli, xoş görünüşlü və komanda halında işləməyi bacarmalı, intizamlı və işinə qarşı məsuliyyətli olmalı
Müraciət etmə qaydaları:

CV Mövzu sətrində “Qəbul katibəsi” (Reception) qeyd olunmaqla qeyd edilmiş hr@automobiles.az elektron poçt ünvanına göndərilməlidi;

Diqqət: Yalnız qeyd olunmuş şərtlərə cavab verən namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Housekeeping tələb olunur - Qadın və kişi

İşəgötürən: Grand Hotel Europe Baku

İş şəraiti:

09:00 – 18:00
Nahar və çay fasiləsi müəssisə tərəfindən qarşılanır.

Əmək funksiyası:

Otaqların təmizliyinə nəzarət etmək, yataq dəstləri və mebelləri, eləcə də otaqda ümumi təmizlik işlərini görmək;
Vaxtaşırı yastıq örtükləri, çarşaflar və yataq dəstlərinin dəyişdirilməsi;
Gigiyenik məhsulları (sabun, şampun və s.) otaqlarda təmin etmək
Rəhbərlik tərəfindən ona həvalə edilən digər vəzifələrini yerinə yetirmək;

Tələblər:

Otel sahəsində əvvəlki təcrübə üstünlükdür.
Təmizlik alətləri və məhsullarına diqqətlə yanaşmalı.
Kollektiv ilə yaxşı yola getmə bacarığı olmalı;
Aylıq əmək haqqı: 550 AZN (+bonus)

"Housekeeping" qeyd edib işlə bağlı müraciətinizi hr@grand-europe.az e-mail adresinə göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Marketinq və reklam şöbəsinin aparıcı mütəxəssisi tələb olunur

İşəgötürən: “Bank Avrasiya” ASC

Namizədlər üçün irəli sürülən tələblər:

Ali iqtisadi və ya marketinq üzrə təhsil
Bu sahədə ən azı 3 il iş ştajı
İngilis və Rus dillərini yüksək dərəcədə bilmək
MS Office proqramlarının bilikləri
Yaradıcılıq bacarığı
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı

İşin təsviri:

Bankın PR və marketinq strategiyasının müəyyən edilməsində və həyata keçirilməsində iştirak edir;
maliyyə bazarı, bankın mövcud məhsul və xidmətlərini təhlil edir;
marketinq kampaniyalarının hazırlanmasını və tətbiqini heyata keçirir;
yaradılan yeni məhsullarının təbliğat üsullarını müəyyənləşdirir və həyata keçirir;
sosial şəbəkələrdə və KİV-də reklam, aksiya və kampaniyaları yaradır və idarə edir;
reklam materiallarının hazırlanmasını və sifarişini həyata keçirir;

Uyğun namizədlər “Marketinq və reklam şöbəsinin aparıcı mütəxəssisi” başlığı ilə cv@bankavrasiya.az ünvanına CV göndərə bilər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

50-yaşadək SATICI- KASSİRLƏR tələb olunur

İşəgötürən: OBA

Tələblər:

Namizəd: Kişi və ya qadın, 18-50,
İş təcrübəsi tələb edilmir,
Təhsil orta,
Dil bilikləri tələb edilmir

Vəzifələr: Satıcı kassir

Əməkhaqqı: 450-600 manat

Əlavə imkanlar: Nahar, müəyyən edilmiş ərazilər üzrə yol pulu

Müraciət qaydası: cv@oba.az

Əlaqə nömrəsi:
055 255 64 94
055 205 52 07

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Gecə növbəsinə Dekorçu tələb olunur

İşəgötürən: Grabstar / Maple Trading

Əsas vəzifə və öhdəliklər:

Tortların və şirniyyatların dekorlanması
Tortların gecə növbəsində sərbəst şəkildə fərqli dekorlarla bəzədilməsi
Komandaya lazımı vaxtlarda dəstək
- İş qrafiki: 23:00-dan - 07:00-dək ( gecə növbəsi)
- Əmək haqqı: 900-1000 AZN
- Ünvan: İzəddin Həsənoğlu 2a (Heydər Əliyev Mərkəzinin yanı)

Vakansiya üzrə tələb olunan bacarıqlar

Mikserlər və sobalar ilə işləmə bacarığı
Keyfiyyət və qida təhlükəsizliyi standartlarını yaxşı bilməli, şəxsi gigiyena prosedurlarına riayət olunmasını təmin etməli
Komandada işləmə bacarığı
İş təcrübəsi: 1 il
Təhsili: Təhsil önəmli deyil
Sertifikat və ya kurslar: Arzuolunandır

CV-nizi
hr@mapletarding.az e-mail adresinin mövzu hissəsində "Dekorçu (gecə növbəsi)" yazaraq müraciət edə bilərsiniz.

Əlaqə nömrəsi: 0102251245

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Sürücü tələb olunur

İşəgötürən: Azmerika

İş barədə məlumat:

Şöbənin təqdim etdiyi sifarişlərə əsasən malların vaxtında və təhlükəsiz şəkildə satış nöqtələrinə çatdırılmasını təmin etmək
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək
Avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək
Anbardan mal götürülən zaman avtomaşına yüklənmiş malı qaimələrə əsasən sayıb təhvil alır, maşının yüklənməsinə nəzarət etmək
Nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirir, aşkar olunmuş nasazlıqları aradan qaldırmaq
Vəzifələr:

Verilən sifarişlər qaimələrə əsasən avtomaşına yüklənərkən sürücü malların səliqəli, zədələnmədən, yararsız hala düşmədən sayına, görkəminə diqqət yetirir, həmin malları vaxtında göstərilmiş ünvana çatdırmalıdır
Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşıyır
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatlarının, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət edir
Bazar münasibətlərində maraqlı tərəflərlə şirkəti müsbət şəkildə təmsil və müdafiə edir
Dürüst fəaliyyət göstərir və şirkətin Davranış Kodeksinə hörmətlə yanaşır.
Tələblər:

Ali,Orta və ya peşə məktəbi
Müvafiq sahədə iş təcrübəsi - min. 1 il
B kateqoriyalı sürücülük vəsiqəsi , BC olanlara üstünlük veriləcəkdir.
Dürüstlük, dəqiqlik
İşi tam vaxtında yerinə yetirmə
Nəzakət qaydaları
Müştəri yönümlü olmaq

İş şəraiti:

6 günlük iş qrafiki
Əmək haqqı: ilkin olaraq 600 - 650 AZN
Ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi

"SÜRÜCÜ" qeyd edib işlə bağlı müraciətinizi hr@azmerika.az e-mail adresinə göndərə bilərsiniz.

Şirkət haqda axtarış edərkən markalarımız Amsoil, PetroCanada , Eneos , Fosser markaları üzərindən axtarış etməyiniz xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Mühafizəçi / Təhlükəsizlik və Logistika şöbəsi tələb olunur

İşəgötürən: ADA University

İş öhdəlikləri:

Müəyyən olunmuş ərazidə nəzarət işlərinin yerinə yetirilməsi;
Gündəlik iş zamanı meydana çıxacaq digər öhdəlikləri icra etmək.
Universitetin ərazisində müəyyən edilmiş giriş-çıxış postlarında keçidə nəzarət və elektron buraxılış sistemini tənzimləmək;
Qorunan obyektə gələn şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin yoxlanılması, qarşılanması və istiqamətləndirilməsi;
Gələn qonaqların müvafiq kitabda və ya kompyuter sistemində qeydiyyatını, müvəqqəti buraxılış vəsiqələrinin verilməsini təmin etmək;
Qorunan ərazidə patrul keşiyinin həyata keçirilməsini təşkil etmək;
Əraziyə daxil olan və ərazidən çıxarılan əşyalara (mallara), açarların verilməsinə nəzarət və onların qeydiyyatını aparmaq;
Poçt ilə göndərilən məktub və bağlamaların qəbul etmək və aidiyatı üzrə çatdırmaq;
Yanğından mühafizə təhlükəsizliyi tədbirləri ilə əlaqədar təlimatın yerinə yetirmək, yanğın təhlükəsi yarada biləcək şəraiti aşkar edib qarşısını almaq;
Vacib qonaqların müşaiyəti və nəqliyyat vasitələrinin yoxlanılmasını təmin etmək;
Baş vermiş hadisələr barədə müvafiq kitabda qeydiyyatın aparılması, hər bir hadisə barədə rəhbərliyə yazılı (və ya şifahi) məlumat vermək;
İş satı və tədris prosesi bitdikdən sonra, tədris korpusları, sinif otqağları və qeyri-tədris məkanlarına baxış keçirilməsini. Ərazidə təsbit edilmiş nasazlıqlar və sızmalar barədə məruzə etmək;
Birbaşa rəhbər tərəfindən tapşırılan digər aidiyyatı işləri yerinə yetirmək.

Tələblər:

Bakalavr dərəcəsi arzuolunandır;
Punktual, məsuliyyətli və detallara diqqətli olmaq;
Mühafizə sahəsində minimum 3 il iş təcrübəsi;
Məxfiliyi qorumaq bacarığı;
Komanda ilə işləmək bacarığı;
Maksimum yaş həddi 40;
Problemləri vaxtında aşkar etmək və mövcud təhlükəsizlik prosedurlarını təmin etmək bacarığı;
Minimum başlanğıc səviyyədə ingilis dili biliyi arzuolunandır.

Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Mühafizəçi” qeyd etməklə aşağıdakı recruitment@ada.edu.az elektron poçt ünvanına göndərə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi 14 noyabr, 2024-cü il

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

DƏRMAN ANBARINA ÇOXSAYLI İŞÇİLƏR TƏLƏB OLUNUR

QABLAŞDIRICI, QƏBULÇU, RƏFLƏR ÜZRƏ DÜZƏNLƏYİCİ tələb olunur

İşəgötürən: Zeytun Pharmaceuticals

Vəzifə funksiyaları: Anbarda dərman preparatlarının qəbulu, qablaşdırılması, rəflərə yerləşdirilməsi və s. ibarətdir.

Namizədin iş yerinə yaxın ərazidə yaşaması şərtdir.

-İş yeri: NZS qəsəbəsi, Oqtay Vəliyev küç. 21C, Depo; - (050) 273 11 71 (Whatsapp -a (ZƏNG ETMƏYİN) mesaj yazaraq müraciət edin)

-İş yeri: Masazır qəsəbəsi; - (050) 273 52 00 (Whatsapp -a (ZƏNG ETMƏYİN) mesaj yazaraq müraciət edin)

Tələblər:
Anbarda 1 il iş təcrübəsi arzuolunandır
Rus dilində sərbət oxuma qabiliyyəti
Kompüterdən istifadə bacarığı
Cinsi: Kişi (hərbi xidməti başa vurmuş şəxslər)
Yaş həddi: 22-40

İş şəraiti:
İş qrafiki: 6 günlük iş həftəsi, iş rejimi
Növbəli işlərdə:08:00-dan 17:00, 09:00-dan – 18:00 kimi, 14:00-dan 22:00 kimi
Tək növbəli işlərdə:09:00-dan 18:00-a kimi
Nahar şirkət tərəfindən təmin edilir
Əmək haqqı: 600-800 manat

Maraqlanan şəxslər CV-ni HRDepartment@zeytunpharma.az email ünvanına göndərə bilər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

OFİSİANT KÖMƏKÇİSİ tələb olunur

İşəgötürən: UNIQUE ALLIANCE MMC, ZƏNCƏFİL RESTORANT

Tələblər: Namizəd: qadın və ya kişi 16-25 yaş aralığı, təcrübə tələb olunmur.

İmkanlar: Nahar və forma şirkət tərəfinən verilir, Xətayi və Əhmədli metrolarına servis var.
Rəsmi əməkhaqqı: 500 manat + %

İş yerinin ünvanı: Ağ şəhər, Babək prospekti,, City Park Mall Zəncəfil restorant

Vəzifəsi:

- Ofisiantın göstərişi ilə mətbəxdən yemək və içkilərin masaya çatdırılması.
- Boş qabların yığışdırılması və mətbəxə qaytarılması.
- Yemək zalının təmizliyinə və gigiyenasına nəzarət etmək.
- Müştərilərin suallarını cavablandırmaq və lazım gəldikdə ofisianta kömək etmək.
- Salfetlər, çəngəl-bıçaq, boşqablar və digər zəruri xidmət materiallarının yerində olmasına nəzarət etmək.
- İş qrafik: 6 gün iş 1 gün istirahət, növbəli iş qrafiki , 9 saat iş. Nahar və çay fasiləsi daxil.

"OFİSİANT KÖMƏKÇİSİ" qeyd edib işlə bağlı müraciətinizi 0992251007 nömrənin whatsapp-na yaza bilərsiniz.

Haqqında: İş yeri Babək prospektində yerləşən City Park Mall-un daxilində yerləşən Zəncəfil restoranı,

Müraciət üçün son tarix: 03.11.2024

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Avtokar- elektrokar sürücüsü tələb olunur

İşəgötürən: Sirab Satış və Dağıtım MMC

Əsas tələblər:
-Yaş həddi: 20– 45;
-Avtokar -elektrokar idarə edilməsini təsdiq edən sənəd (sürücülük vəsiqəsi,sertifikat);
-Təcrübə: Minimum 1 il avtokar və elektrokar üzrə sürücülük təcrübəsi (Sürətli İstehlak sektorunda əsasən su və spirtli içkilər üzrə təcrübəsi olanlara üstünlük veriləcəkdir);
-Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilməli.

Vəzifə öhdəlikləri:
-Yüklərin təhlükəsiz şəkildə anbarda rəflərə yerləşdirilməsi;
-Məhsulların yük avtomobillərinə təhlükəsiz yerləşdirilməsi;
-Digər yükləmə işlərinin həyata keçirilməsi;
-İdarə etdiyi texnikanın işə başlamadan öncə texniki təhlükəsizlik qaydalarına əsasən yoxlanması, sazlığına nəzarət;
-Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etməsi;
-Daxili Əmək İntizam Qaydalarına riayət etməsi.

İş vaxtının norması:
-6 günlük növbəli iş rejimi;
-İstirahət günü: Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
-Yemək pulu və ya yemək şirkət tərəfindən;
-Əmək haqqı: 800 manat

İş yeri:
-Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/92nBif8SnUR1iWTG8)

Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Avtokar sürücü” yazmaqla cv@sirab.az mail ünvanına göndərə və ya qeyd olunan Şirkət ünvanına həftə içi 5 gün saat 10:00-14:00 aralığnda yaxınlaşıb CV forması doldura bilərlər. Tel 055900551
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
                                                      _ _______
Daha ətraflı..
https://www.sirab.az/haqqinda.aspx

Читать полностью…
Subscribe to a channel