AccessBank-da aktiv İT VAKANSİYALAR
VƏZİFƏLƏR:
1. IT Business Analyst
2. QA specialist
3. Middle IOS developer
4. Card Business Analyst
Sizə uyğun vəzifənin adını qeyd edib CV-nizi cv@accessbank.az ünvanına göndərə bilərsiniz.
Gecə növbəsinə Dekorçu tələb olunur
İşəgötürən: Grabstar / Maple Trading
Əsas vəzifə və öhdəliklər:
Tortların və şirniyyatların dekorlanması
Tortların gecə növbəsində sərbəst şəkildə fərqli dekorlarla bəzədilməsi
Komandaya lazımı vaxtlarda dəstək
- İş qrafiki: 23:00-dan - 07:00-dək ( gecə növbəsi)
- Əmək haqqı: 900-1000 AZN
- Ünvan: İzəddin Həsənoğlu 2a (Heydər Əliyev Mərkəzinin yanı)
Vakansiya üzrə tələb olunan bacarıqlar
Mikserlər və sobalar ilə işləmə bacarığı
Keyfiyyət və qida təhlükəsizliyi standartlarını yaxşı bilməli, şəxsi gigiyena prosedurlarına riayət olunmasını təmin etməli
Komandada işləmə bacarığı
İş təcrübəsi: 1 il
Təhsili: Təhsil önəmli deyil
Sertifikat və ya kurslar: Arzuolunandır
CV-nizi hr@mapletarding.az e-mail adresinin mövzu hissəsində "Dekorçu (gecə növbəsi)" yazaraq müraciət edə bilərsiniz.
Əlaqə nömrəsi: 0102251245
Logistika şöbəsinin müdiri tələb olunur
İşəgötürən: Askona
İş qrafiki: 5 günlük iş qrafiki
İş yeri: Binəqədi
Əmək haqqı: müsahibə zamanı müəyyən olunacaq (1800-2500)
Namizəd üçün tələblər:
· Təhsil: Ali təhsil (mütləq)
· İş təcrübəsi: Logistika sahəsində ən azı 4 il iş təcrübəsi (Nəqliyyat/Logistika/Daşıma və anbar logistikası sahəsində rəhbər vəzifədə 1-3 il iş təcrübəsi olmalıdır;)
· Yaş: 28-45
· Dil bilikləri: Rus dili sərbəst bilik
· Kompüter bilikləri: MS Excel, MS Outlook, 1C
Vəzifələr:
· Logistika üzrə bütün işlərin həyata keçirilməsinə nəzartə (Ölkə daxili və Ölkəxarici)
· Anbar fəaliyyətinə nəzarət və idarə olunması, işin səmərəliliyinin planlaşdırılması və təhlili;
· Müştəriyə çatdırılmanın təşkili, logistika xərclərinin azaldılması;
· Biznes proseslərinə nəzarət;
· Logistika xərclərinin maksimum azaldılması üçün tədbirlərin görülməsi;
· Logistika və anbar proseslərinin optimallaşdırılmasına yönəlmiş təkliflərin irəli sürülməsi;
· Logistika ilə bağlı sənədləşmələrin aparılması və təkmilləşdirilməsi;
· Qarşıya qoyulmuş vəzifələrin həlli üçün bütün struktur bölmələri ilə qarşılıqlı əlaqə
· Podratçılarla müqavilə üzrə işlərin aparılması, hesab-fakturaların ödənilməsinə nəzarət;
· Yükdaşıyıcı xidmətləri bazarının monitorinqi;
· Podratçılarla müqavilələrin bağlanması təcrübəsi, müştərilərlə (həm daxili, həm də xarici) mürəkkəb məsələlərin həllində təcrübə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Logistika şöbəsinin müdiri” qeyd etməklə hr@askonalife.az elektron ünvanına göndərmələri xahiş olunur.
Sahə Mühəndisi tələb olunur (Qaradağ rayonu)
İşəgötürən: AZCD Group CSJC
Vəzifə öhdəlikləri:
Sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik, briqadanın işinin təşkili və idarə edilməsi;
Layihədə tikinti-quraşdırma işlərini, işçi çertyojlarının və ümumi işlərin aparılmasının normativ sənədlərə uyğunluğunun monitorinqi;
Layihə üzrə tələb olunan sənədlərin hazırlanması;
İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak;
Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət;
Tikinti prosesi zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
Obyektdə işləyən işçi briqadaları təyinatı üzrə yönləndirmək və onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək;
Tələblər:
Təhsil: Ali təhsilli (İnşaat mühəndisi)
Təcrübə: Tikinti sahəsi üzrə 5 il iş təcrübəsi;
Yaş həddi: 28-45 yaş;
İş şərtləri:
İş qrafiki: Tam iş günü (6 gün), bazar istirahət
İş yeri –Qaradağ rayonu
Könüllü tibbi sığorta
Nahar təmini
Rəqabətə davamlı əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sahə mühəndisi” yazaraq talent@azcdgroup.com ünvanına göndərmələri xahiş olunur.
İSTEHSAL İŞÇİSİ/(OPERATOR) tələb olunur - 2 NÖVBƏLİ İŞ
İşəgötürən: "Mirzəoğlu" MMC
(Konfet, şirniyyat istehsalı üzrə qənnadı fabriki)
Tələblər:
Namizəd: Kişi
Təhsil: orta
Praktiki sağlam
Təcrübə önəmli deyil (olması üstünlükdür)
Vəzifə öhdəlikləri:
İstehsal olunan məhsulların istehsalına nəzarət(konfet, şirniyyat məhsullarıdır)
Resepturaya əsasən Məhsulları avadanlığa boşaltmaq(un, şəkər, yağ və.s)
Avadanlığın işlək vəziyyətdə olmasına nəzarət və.s
Növbəli iş qrafiki:
1-ci növbə 07:30-15:00 (Əmək haqqı - 450/500 Azn)
2-ci növbə 15:00-23:00 (500/600 Azn)
QEYD: OVERTİME(əlavə saatlar) olarsa əmək haqqına əlavə olunur.
Geyim və yemək şirkət tərəfindən verilir
Ünvan: BUZOVNA qəsəbəsi (yaxın ərazidə yaşayanlara üstünlük verilir)
Müraciət üçün 055-444-63-38 nömrəsi ilə əlaqə saxlaya və ya hr3@mirzaoglu.az mail adressinə vakansiya adını qeyd edərək CV göndərə bilərsiniz.
Azərbaycan bölməsi üzrə müəllim tələb olunur
İşəgötürən: ABBA Kids uşaq mərkəzi
İş şəraiti
İş saatları 2-4-6-7-ci günlər (2-4-6), saat 10:00-18:00 dır.
Əmək haqqı 500 azn nəzərdə tutulmuşdur. Yaşı 25-dən yuxarı və cinsi qadın olmalıdır.
Tələblər:
İbtifai sinif üzrə təhsil və təcrübə
Azərbaycan dilində səlis yazmaq qabiliyyəti
İngilis dilini bilmək
Kiçik yaşlı uşaqlarla işləmə bacarığı
Səbirli və mehriban olmaq
Öhdəliklər:
Uşaqlara ciddi nəzarət etmək
İbtidai siniflərin ev tapşırıqlarına dəstək
Məktəbəqədər yaşlı uşaqların inkişafını təmin etmək
Ünvan: Bakı şəhəri, Bülbül prospekti 65 c, Sirkin yaxınlığı.
"Azərbaycan bölməsi üzrə müəllim " qeyd edib CV-nizi abba_kids24@outlook.com e-mail adresinə göndərə bilərsiniz.
PORTER tələb olunur
Şirkət: Zəfəran Hospital
Vakansiya: Porter (kişi namizədlər)
Tələblər:
Yaş: 20-35;
Kişi namizədlər tələb olunur.
Tibbi təhsil və təcrübə tələb olunmur.
İşində məhsuliyyətli olması önəmlidir.
Vəzifə öhdəlikləri:
Xəstələrə qulluq edilməsi və daşınmasında iştirak etmək;
Hospital daxilində sanitariya və gigiyena qaydalarına riayət etmək;
Zibil və tullantıları yığaraq müəyyən olunmuş yerə çatdırmaq.
İş şəraiti:
İş qrafiki: Növbəli iş qrafiki
Əmək haqqı: 400 manat
Ünvan: Nərimanov rayonu, Asif Məmmədov 30
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Porter” qeyd etməklə cv@zeferan.az elektron ünvanına göndərmələri xahiş olunur.
(Xəstələrə qulluq edilməsi və daşınmasında iştirak etmək, xəstə baxıcısı)
Sürücü-Kuryer tələb olunur
“189 Courier” şirkətinə şəxsi avtomobili ilə Sumqayıt/Xırdalan ərazilərinə sənəd çatdırılması üçün Sürücü-Kuryer tələb olunur
Tələblər:
- Şəxsi avtomobil olması mütləqdir
- Stressə davamlı
- Şəhəri yaxşı bilməli
- Kuryer sahəsində iş təcrübəsi vacibdir
- Sumqayıt, Xırdalan ərazisində yaşayanlara və həmin əraziləri yaxşı bilənlərə üstünlük veriləcək
Öhdəliklər :
- Sənəd və kartların qeyd olunmuş ünvanlara gün ərzində çatdırılması
- Rəhbərliyin tapşırıqlarını icra edilməsi
İş barədə məlumat:
- 6 günlük iş qrafikı, 09.00-18.00
Əlaqə:
"Sürücü-Kuryer" qeyd edib CV –nizi hr@taxibaku.az e-mail adresinə və ya 055 202 01 89 nömrəyə göndərməyiniz xahiş olunur.
Tel: 055 202 01 89
İngilis dili Müəllimi tələb olunur
İşəgötürən: Turan Tədris Mərkəzi
Əmək haqqı: 700 manat +Bonus (Təcrübədən aslı olaraq əmək haqqı müzakirə oluna bilər)
İş qrafiki:
6 gün (İş qrafikini danışıq əsasında razılaşa bilərik )
Nahar fasiləsi
Yaş həddi: 22-45; Namizəd- Qadın və ya kişi
Təcrübə: min 1il
Vəzifəsi:
- DİM proqramı istiqamətində dərsləri təşkil etmək
- General English dilində tədris bacarığı
- Kurs təcrübəsinin olması mütləqdir
Tələblər :
İşə uyğun pedaqoji biliklər
Yüksək ünsiyyət qabiliyyəti
Məsuliyyət ən əsas tələbimizdir
(Tələbələr qəbul edilmir )
Ünvan: Bayıl qəsəbəsi, Bayıldım restoranının yaxınlığı (Əhəd Yaqubov küçəsi 9, Bayıl ərazisi- Yarat incəsənət mərkəzi ilə üzbəüz) Bayıl ərazisində və ya nisbətən yaxın ərazidə yaşayan üstünlük verilir.
(Xahiş edirəm uzaqda yaşayanlar, Həzi Aslanov , Əhmədli , Xırdalan və s. cv atmasın, Çünki müəyyən vaxt işlədikdən sonra yol problemi yaranmağa başlayır)
Müraciət qaydası: "İngilis dili" qeyd edib CV-nizi 051 310 66 62 , 055 445 82 45 nömrələrin WhatsApp-na göndərə bilərsiniz.
İRİ ŞİRKƏTDƏ İŞƏ QƏBUL GÜNÜ
BINƏQƏDİ RAYONU, SULUTƏPƏ QƏSƏBƏSİ, PEPSI ANBARINA 6-7 noyabr / saat 10:00 / 17:00-dək yaxınlaşıb işlə bağlı müraciət edə bilərsiniz.
MARŞURT 20 YANVAR DAİRƏSİNDƏN 130 SAYLI AVTOBUS
İşəgötürən: “Mars Overseas Baku LTD” - PEPSİ
Vakansiyalar
1. Yük maşını sürücüsü
2. Sürücü Köməkçisi
3. Gecə Növbəsi Yükləyici
Tələblər
Sürücü üçün BC kateqoriyalı sürücülük vəsiqəsi və yük daşıma təcrübəsi.
Sürücü köməkçisi üçün aktiv və dinamik olmaq.
Gecə növbəsində işləmək üçün fiziki cəhətdən sağlam və komanda ila
işləmə bacarığı.
Biz sizə təklif edirik
• Gecikdirilməyən və tam rəsmi ödənilən əmək haqqı və bonus
Əmək haqqı + Bonus
Əmək müqaviləsi ilə tam rəsmi iş Şirkət tərəfindən verilən əlavə təminatlar
ÜNVAN: BINƏQƏDİ RAYONU, SULUTƏPƏ QƏSƏBƏSİ, PEPSI ANBARI
Restoranlar şəbəkəsinə “Kuryer” tələb olunur - Təcrübəyə ehtiyac yoxdur
Tələblər:
Öz şəxsi nəqliyyatın olması vacibdir.
İş Şərtləri
Əmək haqqı 600 azn və gəlirli mükafat sistmi.
6 günlük iş həftəsi. Növbəli iş rejimi.
Forma şirkət tərəfindən təqdim olunur.
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Kuryer” mövzusu altında hr@papajohns.az elekton ünvanına göndərə bilər və 050 229 42 77 Whatsapp nömrəsinə yaza bilərsiniz
Satış məsləhətçiləri tələb olunur
İşəgötürən: Zeta Group-The Entertainer oyuncaq mağazalar şəbəkəsi
Mağaza ünvanları: CRESCENT MALL , PORT BAKU MALL , QIŞ PARKI , DƏNİZ MALL
The Entertainer mağazalar şəbəkəsinə aktiv və müştəri yönümlü Satış məsləhətçiləri axtarırıq. Satış məsləhətçisinin vəzifəsinə müştərilərlə xoş ünsiyyət qurmaq ,onların ehtiyaclarını anlamaq, məhsullar haqqında düzgün məlumat vermək,hədəflərə çatmaq və mağazanın satışlarını artırmaq daxildir.
Namizədə tələblər:
18-27 yaş arası xanım və bəy namizədlər;
Müvafiq satış sahəsində ən azı 1 il iş təcrübəsi;
Azərbaycan və rus dili əla, ingilis dili olması üstünlükdür;
Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli.
Əsas vəzifə öhdəlikləri:
Müştərini brend, məhsul çeşidi haqqında məlumatlandırmaq və məhsul seçimində köməklik göstərmək ;
Malları vitrin və ya rəflərə səliqəli düzmək ;
Mağaza tərəfindən malların qəbulunda köməklik etmək ;
Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli və bütün malların qiymətinin yerində olmasından cavabdeh olmaq ;
Satış apararkən daim düzülüşə nəzarət etməli və vitrin boşluqlarını aradan qaldırmaq ;
Mağazanın qarşısına qoyulan hədəfləri və satış planlarını həyata keçirmək.
İş şərtləri:
İş günü: 5 günlük-növbəli qrafik, həftəiçi 2 gün istirahət
Şirkət tərəfindən uniforma verilir
Əmək haqqı 550 AZN + satışdan bonuslar
Təklif edirik:
Karyerada yüksəliş imkanları
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Satış məsləhətçisi” yazaraq hrm@zeta.az email ünvanına və ya 0552057787 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
TANINMIŞ MAĞAZALARA SATICILAR tələb olunur
İşəgötürən: “Setex group MMC”
Təcili olaraq mağazalara: ( Levi’s, Mavi, Greyder, Hummel, English home , Derimood, Colin’s, İnstreet, Cool Club, Altınyıldız , Brand&Brand) satış məsləhətçisiləri tələb olunur.!
Tələblər:
Yaş həddi : 18-35 yaş arası xanım və bəy namizədlər.
Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür
•Müştəriyönümlü satış bacarığı; (İş öyrədilir)
•Gülərüz ve yüksək səviyyədə ünsiyyət bacarığı;
•Məsuliyyətli, kollektivdə işləmək bacarığı.
İş qrafiki:
•6 günlük növbəli iş qrafiki;
•Maaş: 500 manat +aylıq bonusu
•Müştərilərin mağazada alışverişi, onların tələbatının öyrənilməsi, məhsullar haqqında ətraflı ve doğru məlumatın veriməsi;
•Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
Əlaqə nömrəsi 055 440 13 14 - whatsapp dan yaza bilərsiniz.
Sağlam Ailə -də yeni VAKANSİYALAR
VƏZİFƏLƏR
1. Xəzinədar (Bakı Filialı üzrə)
2. Xəzinədar (Gəncə filialı üzrə)
3. Fəhlə (Bakı Filialı üzrə)
Hər 3 vakansiya üzrə iş qrafiki, həftəlik 6 gün (40 saat) təyin olunub.
Əmək haqqı, ilkin olaraq 500 manat təşkil edir.
Servis xidmətimiz mövcuddur.
Əməkdaşlarımıza bütün tibbi paketlərdə 50% endirim təmin edirik.
Müraciət üçün elektron ünvan: sizə uyğun vəzifənin adını qeyd edib CV-nizi Hr@saglamaile.az e-mail adresinə göndərə bilərsiniz.
Direktor köməkçisi tələb olunur
işəgötürən: Ferrum Capital
Hansı özəlliklərə malik olmalıdır?
Ali təhsil (İdarəetmə və ya iqtisadi sahədə)
Rus dili və ingilis dili biliyi (yazılı və şifahi)
Yüksək Excel biliyinə sahib olmaq
Punktual və təşəbbüskar olmaq
Planlaşdırma və təşkilatçılıq bacarığı
Layihə idarəetmə proqram təminatı alətləri ilə təcrübə (Notion)
Direktor köməkçisi nə iş görür?
Görüşləri, tədbirləri və layihələri planlaşdırmaq
Daxili və xarici yazışmaları aparmaq
Direktorun keçirdiyi danışıqların, görüșlərin, iclasların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı və iștirakçıları görüșün tarixi, yeri və gündəliyi haqqında məlumatlandırmaq) görmək
Direktorun gündəlik iş günü planını təmin etmək
Zəruri hesabatlar hazırlamaq və direktora təqdim etmək
Əlavə məlumat:
5 günlük iş qrafiki: 10:00 – 19:00
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Direktor köməkçisi” qeyd etməklə aşağıdakı hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
AŞBAZ tələb olunur
İşəgötürən: Grabstar / Maple Trading
İş barədə məlumat:
•Soyuq bölüm məhsullarının (salatlar, sendviçlər) hazırlanması
Tələblər:
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
• Xammalın və məhsulların ilkin kulinar emalı qayadalarını bilməli, onlardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri; çörəyi doğranması qayadalarını; təmizlənmiş tərəvəzin saxlanması müddətlərini və şərtlərini bilməli
-Aşpazlıq peşəsi üzrə təcrübə
-Komandada işləmək bacarığı.
-İşində məsuliyyətli və ciddi olmaq
"Aşbaz qeyd edib İşlə bağlı müraciətinizi hr@mapletarding.az e-mail adresinə yaza bilərsiniz.
Əlaqə nömrəsi: 0102251245
SÜRÜCÜ tələb olunur
Şirkət: "MA Bərdə Broyler"
İŞ YERİ: BAKI VƏ SUMQAYIT
Öhdəliklər:
- Şirkətin məhsulları tam və vaxtında daşınmasını təmin etmək
- Maşının yanacaq və digər maddələrlə vaxtında doldurulmasını təmin etmək
- Öz səlahiyyətləri daxilində yük maşınının vaxtında təmiri
- Maşın və ya onun qurğuları ilə bağlı mümkün problemlər barədə vaxtında rəhbərliyə məlumat vermək
- Yük maşınının təmizliyini və xidmət qabiliyyətini qorumaq
- Yol hərəkəti qaydalarına və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi
İş şəraiti:
- İstirahət vaxtı həftədə 1 gündür, bazar günü
- Əmək haqqı – 350 AZN + satışdan bonus (minimum 600 AZN olur)
- AR əmək məcəlləsinə uyğun sənədləşmə
"SÜRÜCÜ" qeyd edib işlə bağlı müraciətinizi office@berdepoultry.az poçt ünvanına və ya 55 209 40 73 nömrəsinin WhatsApp'na özünüz haqqında məlumat göndərə bilərsiniz.
"MA Bərdə Broyler" 2018 ci ildən broyler toyuq ətinin yetişdirilməsi və satışı ilə məşğuldur. Aylıq istehsal gücü 400 ton toyuq əti olan müəssisələrimiz Bərdə rayonunun Ərəblər kəndində yerləşir. Bura toyuqların yetişdirilməsi üçün 16 ferma, yem istehsal sahəsi və müasir standartlara cavab verən kəsimxana daxildir. Müəssisəmiz beynəlxalq ISO 9001, ISO 22000, HACCP və Halal sertifikatlarına sahibdir.
Assistent-müəllim tələb olunur
İşəgötürən: Brave kids uşaq bağçası
Tələblər:
30-45 yaş aralığında uşaqları sevən, hər yaş qrupu ilə işləməyi bacaran təcrübəli pedaqoq xanım;
Pedaqoji təhsilin olması vacibdir;
Rus dilinin yüksək olması vacibdir;
İş haqqında məlumat:
İş qrafiki 1-5 günlər;
İş saatı 08:00 – 18:00;
Əmək haqqı: 500 manat + %
Əlaqə : 012 525 17 18 / 070 478 17 18
E-mail:
info@bravekids.az
Sifariş Toplama Operatoru tələb olunur
İşəgötürən: "GAP GROUP" MMC
"GAP GROUP" MMC şirkati supermarket üçün Sifariş Toplama Operatorları axtarır.
Vəzifə öhdəlikləri:
Anbara gələn malların boşaldılması və qəbul edərək öz kateqoriyasına uyğun rəflərə yerləşdirilməsi.
Rəflərdə malların olmasına nəzarət edilməsi.
Məhsulların tarixlərinin və saxlanma şəraitinin kontrolu
Anbara daxil olmuş mal-materialların sayımını həyata keçirilməsi.
Müştəri tərifindən verilən sifarişinə uyğun məhsulların toplanması və qablaşdırılması.
Anbarın nizam-intizama va tamizliyə riayyət edilməsi
Tələblər:
Anbardar və ya parakanda satış sahəsində, toplayıcı va ya satıcı kimi iş təcrübəsi arzu olunandır, İş təcrübəsi olmayan namizədlər də nəzərə alınır.
Növbəli iş rejimində çalışmaq istəyən
Dürüstlük, diqqətlilik və məsuliyyətlilik.
Rus dili bilmasi arzu olunandır.
Əmək haqqı:
Net amak haqqı: 500 manat
Maraqlananlar CV-lərini hr@gapgroup.az e-mail ünvanına vaya 0 51 658 48 12 WhatsApp nömrəsinə. pdf formatında göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını və tam adınızı mövzu hissəsində qeyd etməyiniz xahiş olunur, əks halda CV-yə baxılmayacaq.
ANBAR İŞÇİSİ tələb olunur
Qardaşlar Mebel" QSC şirkətinə anbar işçisi tələb olunur!
📌 İşin təsviri:
· Malların Sayılması və Qəbul Edilməsi: Anbara gələn məhsulların sayı və keyfiyyətinin yoxlanması, qeydiyyatının aparılması.
· Yerləşdirmə: Malların düzgün şəkildə anbara yerləşdirilməsi, məhsulların növ və tərtibatına uyğun olaraq yerli anbarlarda düzgün saxlanması.
· Məlumatların Kompüterdə Qeyd Edilməsi: Anbara daxil olan və çıxan malların məlumatlarının kompüterə daxil edilməsi və müvafiq proqramlarda qeydiyyatının aparılması.
📌 Tələblər:
· Orta təhsil (ali təhsil üstünlükdür)
· Kompüter proqramları ilə işləmək bacarığı (xüsusilə MS Excel və ya anbar proqramları)
· Fiziki olaraq aktiv və məsuliyyətli olmalı
· Anbar işində təcrübə üstünlükdür
· Yaş həddi: 20-40 yaş arası
📌 Təklif edirik:
· İş qrafiki: 6 günlük (6-cı gün qısaldılmış)
· Əmək haqqı: 600 Manat (Başlanğıc)
· Yaxşı iş mühiti və peşəkar komanda
· AR-nın ƏM uyğun işə qəbul
Ünvan: Binəqədi rayon, Biləcəri qəs, Binəqədi şos, 8F
Qeyd: Namizədlər ətraflı məlumat və müraciət üçün zəhmət olmasa 0 77 520 20 22 və ya 077 404 07 28 nömrələri ilə əlaqə saxlayın.
anbardar
Xizək və Snowboard təlimatçısı tələb olunur
İşəgötürən: Tufandag Winter-Summer Tourism Complex
Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.
Vəzifə öhdəlikləri:
Xizək (Snowboard) sürmə üzrə təlimatçı müştəriyə alınmış bilet üzrə xizək (snowboard) təliminin verilməsi;
Xizək (Snowboard) sürmə üzrə təlimatçı müştərilərə xizəkdə və ya snowboard lövhəsində (qar lövhəsi) əyləncəli, lakin təhlükəsiz şəkildə sürüşmək barədə peşəkar təlimatlar vermək;
Qış fəaliyyətlərində (uşaq üçün SUN KİD və.s) təlimçi kimi köməklik göstərmək, təhlükəsizlik setkalarını düzəltmək və təbii qar yağan zaman ərazidə yolları açmaq, tələb olunan zaman xizək yollarına kömək etmək;
Müvafiq ərazi barədə biliklər əsasında müştərilər üçün münasib, fəaliyyətin məqsəd və hədəfinə uyğun olan təlim enişləri və xizək sürmə üçün yerləri seçmək;
Müştərilərin şəxsi təhlükəsizliyini təmin etmək məqsədilə seçilmiş marşrutlar ilə bağlı təhlükələri müəyyən etmək və riskləri minimum səviyyəyə endirmək;
Müştərilərin təlim üçün müvafiq qaydada geyindiyini və avadanlıqlar ilə təchiz edildiyini yoxlamaq;
Müştərilərlə ünsiyyət zamanı professional danışıq və nitq mədəniyyəti qaydalarına riayət etmək;
Hər hansı müştəri şəxsi istəyi ilə özünəməxsus olan xizək və xizək avadanlıqlarını götürməyə üstünlük versə belə avadanlıqların təhlükəsizliyini və münasibliyini qiymətləndirmək və onları şəxsi rahatlıq baxımından sazlamaq;
Təlim fəaliyyəti barədə təlimatları və müvafiq məlumatları iştirakçılar üçün münasib üslubda çatdırmaq;
Xizək üzərində müvazinət saxlamaq, və hərəkət etmə kimi bacarıqları öyrətmək, alət və avadanlıqlardan istifadə qaydalarını göstərmək;
Tələb olunan bilik, bacarıq və təcrübə:
Yüksək səviyyəli xizəkçi və ya snowbordçu
Hava və ətraf mühit barədə məlumatları təhlil etmək sahəsində təcrübə;
Fövqəladə hallarda müvafiq şəkildə hərəkət etmək üçün ilkin tibbi yardım və cəld reaksiya bacarığı və müvafiq ixtisaslı mütəxəssis gələnə qədər rəhbərlik işini həyata keçirmək;
İlkin tibbi yardım göstərməklə və təcili evakuasiya prosesini idarə etməklə və s. tədbirlər ilə müştərinin sağlamlığını təmin etmək;
Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı.
Yüksək səviyyədə Azərbaycan, orta səviyyədə ingilis dili və rus dili;
Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Xizək təlimatçısı) göstərilməklə qeyd edilmiş hr@ghg.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq
6 vəzifə üzrə VAKANSİYALAR
İşəgötürən: Caspian Event Organisers LLC
1. Technical manager
2. SMM and content manager
3. Sales manager
4. IT specialist
5. Call Centre operator
6. Reception
Sizə uyğun vəzifənin adının qeyd edib CV-nizi cv@ceo.az e-mail adresinə göndərə bilərsiniz.
resepşn
Taksi parkına mütəxəssis tələb olunur
189 TAXI xidmətinin Taksi parkına mütəxəssis tələb olunur
Öhdəliklər:
- Partnyorluğa açıq olan kiçik avtomobil parklarının axtarışı
- Partnyor avtomobil parkları ilə iş birliyi
- Partnyor avtomobil parklarına təyin edilmiş sürücülər ilə mütəmmadi iş
- Taksoparka aid cari işlər
- Əlaqəli şöbələrlə iş birliyi
- Rəhbərliyin işlə bağlı digər tapşırıqlarının yerinə yetitilməsi
Namizədə tələblər:
- Stressə davamlı
-Kompüter bilikləri - MS office
-Azərbaycan dili- səlis
-Nəqliyyat sahəsində iş təcrübəsi (üstünlükdür)
-Kiçik avtomobil parkları (fleet) ilə əməkdaşlıq təcrübəsi arzuolunandır
İş qrafikı, 9.00-18.00
Əmək haqqı – müsahibə nəticəsi əsasında müəyyənləşdirilir
“Taksi parkının mütəxəssisi” qeyd edib hr@taxibaku.az e-mail adresinə göndərə bilərsiniz.
Əlaqə: 055 2149189
📱İş elanlarına Vatsap-da da baxmaq istəyirsiniz 🔠
🔈 Azərbaycanda Vakansiyalar (AzVak) iş elanlarını Vatsapda da paylaşır.❗️
🔗Kanalın linki: ⬇️
https://www.whatsapp.com/channel/0029Va7i0On9xVJWAPU8DB1v
🌐🐩Həmçinin İnternetdə azvak.com yazaraq Votsap kanalımza keçid edib, abunə ola bilərsiniz.🔔
🇦🇿 AzVak ciddi şirkətlərin yeni iş elanlarını paylaşır
QƏNNADI FABRİKİNƏ İŞÇİLƏR tələb olunur - ÜNVANA GEDƏRƏK İŞƏ MÜRACİƏT EDƏ BİLƏRSİZ,
28.10.2024 tarixindən 08.11.2024 tarixinədək "MİRZƏOĞLU" MMC şirkəti "AÇIQ QAPI" günü elan edir.
Qənnadı fabriki- Konfet/şirniyyat məhsullarının istehsalı.
İş ünvanı: BUZOVNA qəsəbəsi (yaxın ərazidə yaşayanlara üstünlük verilir)
Namizədlər Ünvana Saat: 13:00 dan 16:00 dək yaxınlaşa bilər.
1) QABLAŞDIRICI - xanım namizədlər
2) İSTEHSAL OPERATORU - bəy namizəd
3) FƏHLƏ - bəy namizəd
4) XADİMƏ - xanım namizəd
5) ÇİLİNGƏR/MEXANİK - bəy namizəd(təcrübəli)
Əmək haqqı: 400/600 AZN
Qeyd: ÇİLİNGƏR/MEXANİK maaşı:600/700 azn (+Overtime-əlavə saat olarsa maaşa əlavə olunur)
Vakansiyalarla bağlı əlavə məlumat üçün: 055-444-63-38 nömrəsi ilə zəng (İŞ VAXTI) və ya whatsapp vasitəsilə əlaqə saxlaya bilərsiniz!
AŞBAZ tələb olunur
İşəgötürən: Grabstar / Maple Trading
İş barədə məlumat:
•Soyuq bölüm məhsullarının (salatlar, sendviçlər) hazırlanması
Tələblər:
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
• Xammalın və məhsulların ilkin kulinar emalı qayadalarını bilməli, onlardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri; çörəyi doğranması qayadalarını; təmizlənmiş tərəvəzin saxlanması müddətlərini və şərtlərini bilməli
-Aşpazlıq peşəsi üzrə təcrübə
-Komandada işləmək bacarığı.
-İşində məsuliyyətli və ciddi olmaq
"Aşbaz qeyd edib İşlə bağlı müraciətinizi hr@mapletarding.az e-mail adresinə yaza bilərsiniz.
Əlaqə nömrəsi: 0102251245
Promouter tələb olunur
İşəgötürən: Sirab Satış və Dağıtım MMC
Əsas tələblər:
-Minimum təhsil dərəcəsi: Orta;
-Dil bilikləri: Azərbaycan – Əla;
-Yaş həddi: 18 – 25;
-Cinsi: Qadın;
-Təcrübə: Satış və market sahəsində (əsasən su və spirtli içkilər şöbəsində) minimum 1 il iş təcrübəsi.
- Gülərüz, səliqəli və xoş görünüşlü;
- Yüksək təqdim etmə bacarığı.
Fərdi keyfiyyət göstəriciləri:
-Kommunikasiya bacarığı;
-Məsuliyyətlilik;
-Operativlik;
-Nəticə yönümlü;
-Müştəri yönümlülük;
-Komandada işləmək bacarığı.
İş barədə:
-Təmsil etdiyi şirkətin məhsul və xidmətlərinin ən yaxşı şəkildə tanıdılması;
-Satış nöqtələrində məhsulların rəfdə, soyuducuda mövcudluğunun və rəf payının təmin edilməsi;
-Məhsulların vitrin və stok üzrə yoxlanması və mövcud olamayan məhsul haqqında satış təmsilçisinə məlumatın verilməsi;
İş vaxtının norması:
-12:00-20:00
-Faliyyət ofis xaricində olacaq, hər gün ofisə gəlinmir.
-Əmək haqqı: 700 manat
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://google/maps/iFLKeNz2rJoCoWDt5).
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Promouter” yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. WP 0559000551
_ _______
Daha ətraflı..
https://www.sirab.az/haqqinda.aspx
Şirniyyat mağazasına qadın SATICILAR tələb olunur
İşəgötürən: Can-Pa MMC
Ərazi: Nizami küçəsində (Tarqovu)
▪️İş qrafiki: 6 gün, həftə içi 1 gün istirahət,
2 növbəli: 1-ci növbə: 09:30-19:00, 2-ci növbə: 14:00-23:00;
▪️Əmək haqqı: 650-850 manat(gross);
▪️Yaş həddi: 20-30;
▪️Qida sahəsində satıcı kimi təcrübəli olmağı üstünlükdür;
▪️İngilis dili orta səviyyədə bilməli;
▪️Səliqəli, gülərüz, məsuliyyətli olmalı;
Maraqlananlar CV-lərini və ya özləri haqqında məlumatı "Satıcı" qeyd edərək ilaha.abdullayeva@can-pa.com e-mail ünvanına və ya 051-240-95-68 nömrəsinin whatsappına göndərə bilərlər.
Maliyyə analitiki tələb olunur
İşəgötürən: Az - Granata LLC
İş barədə məlumat:
Günlük və aylıq satış datalarının təhlili və satış hesabatlarının hazırlanması;
Aylıq istehsal dataları əsasında maya dəyərinin təhlili üçün hesabatların hazırlanması və kənarlaşmaların müəyyən edilməsi;
Malların marjinallığının hesablanması və təhlil edilməsi;
Aylıq konsolidə maliyyə hesabatlarının hazırlanması və təhlili;
Maliyyə hesabatlarının analizi və maliyyə əmsallarının hesablanması;
Büdcə hesabatlarının hazırlanması və digər şöbələrlə koordinasiya edilməsi;
Büdcə və faktiki xərclərin analizi və fərq hesabatlarının hazırlanması;
Debitor və kreditor borcların təhlili və hesabatların hazırlanması;
Tələblər:
İnformasıya Texnologiyası, İqtisadiyyat, Maliyyə, Statistika,Tətbiqi Riyaziyyat, Biznesin İdarəolunması və ya digər əlaqəli sahədə təhsil (Magistr üstünlükdür)
Data Analitika, Biznes Analitika, maliyyə analitikası və ya oxşar sahələrdə iş təcrübəsi
FMCG sahəsində çalışanlara üstünülük verilir
MS Office (xüsusilə Excel) və Power BI yüksək səviyyədə, 1C və Logo proqramları ilə orta səviyyədə işləmək bacarığı
Məsuliyyətli və detallara müstəsna diqqət yetirmə bacarığının olması
Yaradıcı, yenilikçi və problem həll etmə bacarığının olması
Sürətli və dinamik iş mühitində işləmək bacarığının olması
Komanda daxili və digər struktur komandalar ilə effektiv ünsiyyətin qurulması
Dil bilikləri: Azərbaycan əla, ingilis və rus dilləri yaxşı səviyyədə.
Digər məlumatlar:
5 günlük iş qrafiki (şənbə və bazar günləri istirahətdir);
Əmək haqqı: 1500 – 1800 Azn aralığındadır və namizədin bilik və təcrübəsi əsasında müəyyən olunacaqdır.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerində "Maliyyə analitiki" yazmaqla qeyd edilmiş cv@azgranata.az elektron poçt ünvanına göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər.
“Şam-fi” şirkətinə fəhlələr tələb olunur _ NÖVBƏLİ İŞ
İşəgötürən: Sham-Fi International Trading Company - Şam Fi.
İş yerləri: Xətai rayonu 8 noyabr prospekti və Lökbatan qəsəbəsi.
İş qrafiki: 5 günlük 3 növbəli (Səhər növbəsi 08:00-16:00, Günorta növbəsi 16:00-23:00, Axşam növbəsi 23:00-08:00)
İşin təsviri: Qida məhsullarının yük maşınlarına yüklənməsi, fiziki xarakterli işlərin icrası.
İş haqqında əlavə məlumatlar:
Servis xidməti mövcuddur.
Əmək haqqı: 550-800 manat.
Nahar şirkət tərəfindən verilir.
Yaş həddi 18-50 yaş aralığıdır, fiziki cəhətdən sağlam, növbəli iş qrafikində işləməyə hazır olan şəxslərin müraciətlərinə baxılır.
Müraciət etmək istəyən şəxslər 051 233 66 60 Whatsapp nömrəsinə "Fəhlə" yazaraq müraciət edə bilər.