Tort dekorçu tələb olunur ( Xonça Fabriki )
İşəgötürən: Xonça Fabriki
- İş yeri: Abşeron rayonu, Məhəmmədi qəsəbəsi - Veysəloğlu Dağıtım Mərkəzi.
- Avtovağzal və Koroğlu servisləri mövcuddur;
İş barədə məlumat:
- Yaşhəddi : 18-45; qadın namizəd
- 6 günlük və gündüz növbəsi iş qrafiki;
- Əmək haqqı: 700-800 AZN və artan əmək haqqı;
Vəzifə təlimatları:
1. Dekor ustası peşəsində minimum 6 ay iş təcrübəsi
(xüsusən vitrin tortları);
2. Vitrin tortlarını sürətli şəkildə hazırlamağı bacarmalıdır;
4. Formalı tortların ( dairəvi, diş, yumurta, palitra və s.) kəsimini etmək və kəsimli tortları formaya salmaq;
5. Aparılan iş bölgüsünə əsasən standart tortların dekorlarını etmək;
6. Məsuliyyətlilik, öyrənmə qabiliyyəti, kollektivdə işləmək, təşəbbüskarlıq bacarıqları.
Təminatlar:
- AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə;
- Servislə təmin edilir;
- Nahar təmin edilir;
- Rəsmi əmək haqqı.
“Tort dekor ustası” qeyd edib işlə bağlı müraciətinizi 055 300 56 53 nömrəsinin whatsapına yaza bilərsiniz.
Böyük mühəndis (mexanika, elektrik və santexnika üzrə) tələb olunur
İşəgötürən: Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti
Namizədə tələblər:
Müvafiq sahə üzrə ali təhsil;
Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi;
Elektrik, mexanika və santexnika üzrə əlavə sertifikatlar üstünlük hesab olunur;
MS Office, Autocad, MS Project 2010;
Problem həll etmə, analitik düşünmə qabiliyyəti;
İşgüzar ünsiyyət və təşkilati bacarıq;
Vəzifə öhdəlikləri:
· Yol daşıyıcı vasitələrin bardanlarının, asma sistemlərinin, tormozların və digər komponentlərin hazırlanmasına dair məsləhətlərin verilməsi və işlənib hazırlanması.
· Maşınların, mexanizmlərin, dəzgahların, mühərriklərin, aqreqatların, avadanlığın və sistemlərin səmərəli istifadə edilməsi və texnoloji proseslərin təyin edilməsi.
· Nasazlığın təyin edilməsi və aradan qaldırılması.
· Mövcud maşın, mexanizm, dəzgah, mühərrik, aqreqat, avadanlıq , sistemlərə xidmət və təmirin təşkili və rəhbərlik.
· Müəyyən materialların, məmulatların və proseslərin texnologiyası üzrə öyrənilmə və məsləhətlərin verilməsi.
· Elektrik sistemlərinin, mühərriklərin və avadanlığın hazırlanması, istismarı və təmiri üzrə elmi tədqiqat işlərinin aparılması.
· Elektrik enerjisinin generasiyası, ötürülməsi və bölüşdürülməsi üçün sistemlərin işlənib hazırlanması və ya məsləhətlərin verilməsi.
· Elektrik mühərrikləri, elektrik dartıcıları və digər avadanlıq, habelə məişət elektrik cihazları üçün sistemlərin işlənib hazırlanması və ya məsləhətlərin verilməsi.
· Elektrik enerjisinin alınması və bölüşdürülməsi sistemlərinin, mühərriklərin və avadanlığın səmərəli istifadəsini və təhlükəsizliyini təmin etmək üçün nəzarət parametrlərinin və texnoloji proseslərin təyin edilməsi.
İş qrafiki: 5 günlük
Əmək haqqı: 2500-2800 manat
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Böyük mühəndis (mexanika, elektrik və santexnika üzrə mühəndis) ” qeyd etməklə hr@qbti.az elektron ünvanına göndərə bilərlər
Merçendayzer tələb olunur
İşəgötürən: Beta Food
Əsas Vəzifələr:
Rut üzrə satış nöqtələrini ziyarət etmək
Şirkətin məhsullarını mağaza vitrinlərində verilmiş planaqramaya əsasən düzmək
Məhsulların qiymət kağızları ilə təmin olunması
Satış nöqtələrində (mağazalarda) məhsulların yerləşdiyi rəfləri səliqəyə salmaq və daim onları nəzarətdə saxlamaq
Malların istehsal tarixlərinə və əmtəə görünüşə nəzarət
Tələblər:
Qadın namizədlər (İş xüsusiyyəti gərəyi)
Səlis və xoş nitq qabiliyyəti
Fikirini aydın izah etmə və aktiv satış bacarığı olmalıdır
Rut üzrə şəhər içi təyin olunmuş bölgədə ərazini gəzmək fəaliyyətinə uyğun olmalı
Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı olmalıdır
İşə dair məlumatlar:
İş vaxtı: 6 günlük iş həftəsi
Həftədə bir gün istirahət günüdür
Əmək haqqı başlanğıc olaraq 500 AZN net
Əlavə olaraq yemək pulu və bonuslar nəzərdə tutulmuşdur
Xahiş olunur “Merçendayzer” başlıqlı cv-ni Azərbaycan dilində qeyd edilmiş cv@beta.az elektron poçt ünvanına göndərəsiniz. Vakansiyanın tələblərinə uyğun gələn şəxslər müsahibəyə dəvət olunacaqlar.
Mühasib tələb olunur
İşəgötürən: Planet Travel
İş barədə məlumat
Hesabatların hazırlanması .
Ödəniş tapşırıqları və internet banking vasitəsi ilə ödənişlərin edilməsi.
E-Qaimə fakturalarının yazılması
Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
Daxili mühasibatlıq işlərini görə bilən (hesab fakturalar, elektron qaimələr, daxili hesabatlar, bank köçürmələri və.s)
Aylıq daxili maliyyə hesabatların hazırlanması.
Ən azı 2-3 il iş təcrübəsi olmalıdır.
Əmək haqqı 800-900 AZN
Namizədə tələblər
Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək
Kompüterdə işləmək bacarığı
Şirkətə daxil olan sorğuların operativ və işgüzar formada cavablandırılması
Məntiqi və riyazi düşüncə qabiliyyəti.
İnternetdən aktiv istifadə etmək, sürətli axtarış və s
Office proqramlarında işləmə bacarığı (Excel, Word)
Bütün hesab-fakturaların, müqavilə sənədlərinin və onlardan irəli gələn aktların , qaimə-fakturaların qəbul edilməsi, qeydiyyata alınması, yoxlanılması və müvafiq ödənişinin icra edilməsi üçün hazırlanması və təqdim edilməsi .
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Şəkilli CV-lərinizi "Mühasib " başlığı altında gunay@planetgroup.az elektron poçt ünvanına göndərə bilərlər.
MÜHASİBLƏR tələb olunur
İşəgötürən: "Private Facility Management" MMC
🔸1. APARICI MÜHASİB.
Şirkət: "Private Facility Management" MMC
Ünvan: Badamdar qəsəbəsi.
Əmək haqqı: 1500 azn
🔸2. MÜHASİB.
Şirkət: "Private Facility Management" MMC
Ünvan: Badamdar qəsəbəsi.
Əmək haqqı: 1000 azn
CV-nizi hr@pfm.ae e-mail adresinə və ya 055 510 11 21 nömrənin whatsapp-na göndərə bilərsiniz.
Baş Aşpazın Böyük Köməkçisi tələb olunur - QƏBƏLƏ
İşəgötürən: Chenot Palace
Şöbə: Mətbəx
Ünvan: Qəbələ
Əsas öhdəliklər
Şirkətin keyfiyyət və qida təhlükəsizliyi standartlarını çox yaxşı bilməli və tətbiq etməli, həmçinin tabeliyindəki işçilərə aşılamalı.
Baş Aşpaz olmadıqda onun vəzifəsini icra etmək.
Qida təhlükəsizliyi mövzusuna aid hər hansı bir problemi həll etmək və qeydiyyatını aparmaq. Bu problemlərlə gələcəkdə qarşılaşmamaq üçün qabaqlayıcı tədbirlər görmək və bu barədə rəhbərləri məlumatlandırmaq.
Mətbəxdə olan bütün bölmələrin təmizliyinə və gigiyenasına, həmçinin işçilərin geyimlərinə nəzarət etmək.
Baş Aşpazın hazırladığı təlimatlara uyğun olaraq, digər bölümlərin aşpazlarına yeməklərin bişirilməsi və təqdimatı mövzusunda köməklik göstərmək.
Görülən işləri Otelin prosedurlarına uyğun etmək.
Lazım olduğunda mətbəxdəki digər bölmələrin aşpazlarına köməklik göstərmək.
Məhsulların qəbulu və anbarda saxlanılmasına nəzarət etmək.
İşin görüldüyü ərazilərin təmiz və gigiyenik olmasını təmin etmək.
Aşpaz köməkçilərinin və texniki təmizlik işçilərinin standartlara uyğun çalışıb-çalışmadığına nəzarət etmək.
Hər hansı bir problem və ya nöqsanla qarşılaşdığında bu barədə aşpazlara məlumat vermək və məsələnin qısa zamanda aradan qaldırılmasını təmin etmək.
Hər hansı bir zərərin qarşısını minimum itki ilə almaq.
Bütün işçilərlə onların əmək müqavilələrində qeyd edilmiş şərt və müddəalara, yerli qanunvericiliyə, eləcə də şirkətin / otelin siyasət və prosedurlarına müvafiq olaraq ədalətlə və vicdanla rəftar edildiyini təmin etmək.
Şöbə daxilində bütün işçilərə nəzarət etmək, şöbənin əməliyyatlar üzrə təlimatında müəyyən edildiyi kimi düzgün xidmət standartları və metodlarının həyat keçirilməsini təmin etmək.
Əməkdaşların otel, şirkət və yerli qaydada müəyyən edilmiş qaydalar və təlimatlara, otelin yanğınsöndürmə, texniki təhlükəsizlik və mühafizə ilə bağlı siyasət və prosedurlarına ciddi riayət etmələrini təmin etmək.
Təlim üzrə Menecerlə və Şöbə-daxili Təlimçilərlə birgə iş aparmaqla əməkdaşlar üçün effektiv təlim proqramları planlaşdırmaq və həyata keçirmək.
Əməkdaşların yaradıcı və innovativ, tələbkar olmalarını təşviq etmək və onların əməliyyatların uğuruna verdikləri töhfələrə görə qiymətləndirilmələrini təmin etmək.
Əməkdaşların Rəy Sorğusunun nəticələrini əməkdaşlarla bölüşmək və müvafiq dəyişikliklərin həyata keçirilməsini və əməkdaşlarla kollektiv qərar qəbul etməklə effektiv fəaliyyət planlarının tərtib edilməsini təmin etmək.
Tələblər:
5+ il müvafiq sahədə təcrübə
Şəxsi gigiyena və qida təhlükəsizliyi qaydalarını bilməli
Mətbəx terminologiyasını bilməli
Qida məhsullarının xarakterini bilməli
Məhsulların emalı üsullarını və texnologiyalarını bilməli
Bütün mətbəx qablarının işinin xüsusiyyətləri bilməli
Keyfiyyətli yeməklər və kulinariya məhsullarının çeşid və tələbini bilməli
Azərbaycan dili səlis, İngilis və Rus dili bilikləri arzu olunandır
Ünsiyyət, komandada işləmək, idarəetmə və stressə davamlılıq bacarıqları.
Üstünlüklər:
Qonaqlama
Qidalanma (işçi yeməkxanasında)
Servis xidməti.
Korporativ nömrə
"Baş Aşpazın Böyük Köməkçisi" qeyd edib CV-nizi hr@chenotpalacegabala.com e-mail adresinə göndərə bilərsiniz.
5 əraziyə Satıcı-Meyvəçi tələb olunur
İşəgötürən: ARAZ Supermarket MMC
İş yerinin ünvanı: H.ASLANOV, ƏHMƏDLİ, NEFTÇİLƏR, NEAPOL, NARGİLƏ
Tələblər:
●Kişi və qadın namizədlər
●18-50 yaş
●İş təcrübəsi: 0-3 ay
●Təhsil: Orta təhsil
●Dil bilikləri: Azərbaycan
Yaşayış ünvanı: ƏHMƏDLi, NEAPOL, NARGİLƏ, H.ASLANOV, NEFTÇİLƏR
Vəzifələr:
●Müştərilərin istəyinə uyğun məhsul haqqında məlumat vermək.
●Vitrindəki meyvə-tərəvəzin təmizliyinə və məhsulun qiymətinə nəzarət etmək
●Rəhbərliyin tapşırdığı digər işlər
Əməkhaqqı: 550 AZN, əlavə olaraq staja görə 50 AZN artım
Əlavə imkanlar:
●Əmək qanunvericiliyinə uyğun sənədləşmə.
●Dəyişkən iş qrafiki.
●Karyera inkişaf imkanları
●Nahar və çay
Müraciət qaydası: Uyğun namizədlər göstərilən 055-300-89-07 əlaqə nömrəsi ilə zəng və ya whatsapp üzərindən əlaqə saxlaya bilər
Əlaqə: 055-300-89-07.
AŞBAZ tələb olunur
İşəgötürən: Grabstar / Maple Trading
İş barədə məlumat:
•Soyuq bölüm məhsullarının (salatlar, sendviçlər) hazırlanması
Tələblər:
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
• Xammalın və məhsulların ilkin kulinar emalı qayadalarını bilməli, onlardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri; çörəyi doğranması qayadalarını; təmizlənmiş tərəvəzin saxlanması müddətlərini və şərtlərini bilməli
-Aşpazlıq peşəsi üzrə təcrübə
-Komandada işləmək bacarığı.
-İşində məsuliyyətli və ciddi olmaq
"Aşbaz qeyd edib İşlə bağlı müraciətinizi hr@mapletarding.az e-mail adresinə yaza bilərsiniz.
Əlaqə nömrəsi: 0102251245
SÜRÜCÜ tələb olunur
Şirkət: "MA Bərdə Broyler"
İŞ YERİ: BAKI VƏ SUMQAYIT
Öhdəliklər:
- Şirkətin məhsulları tam və vaxtında daşınmasını təmin etmək
- Maşının yanacaq və digər maddələrlə vaxtında doldurulmasını təmin etmək
- Öz səlahiyyətləri daxilində yük maşınının vaxtında təmiri
- Maşın və ya onun qurğuları ilə bağlı mümkün problemlər barədə vaxtında rəhbərliyə məlumat vermək
- Yük maşınının təmizliyini və xidmət qabiliyyətini qorumaq
- Yol hərəkəti qaydalarına və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi
İş şəraiti:
- İstirahət vaxtı həftədə 1 gündür, bazar günü
- Əmək haqqı – 350 AZN + satışdan bonus (minimum 600 AZN olur)
- AR əmək məcəlləsinə uyğun sənədləşmə
"SÜRÜCÜ" qeyd edib işlə bağlı müraciətinizi office@berdepoultry.az poçt ünvanına və ya 55 209 40 73 nömrəsinin WhatsApp'na özünüz haqqında məlumat göndərə bilərsiniz.
"MA Bərdə Broyler" 2018 ci ildən broyler toyuq ətinin yetişdirilməsi və satışı ilə məşğuldur. Aylıq istehsal gücü 400 ton toyuq əti olan müəssisələrimiz Bərdə rayonunun Ərəblər kəndində yerləşir. Bura toyuqların yetişdirilməsi üçün 16 ferma, yem istehsal sahəsi və müasir standartlara cavab verən kəsimxana daxildir. Müəssisəmiz beynəlxalq ISO 9001, ISO 22000, HACCP və Halal sertifikatlarına sahibdir.
Assistent-müəllim tələb olunur
İşəgötürən: Brave kids uşaq bağçası
Tələblər:
30-45 yaş aralığında uşaqları sevən, hər yaş qrupu ilə işləməyi bacaran təcrübəli pedaqoq xanım;
Pedaqoji təhsilin olması vacibdir;
Rus dilinin yüksək olması vacibdir;
İş haqqında məlumat:
İş qrafiki 1-5 günlər;
İş saatı 08:00 – 18:00;
Əmək haqqı: 500 manat + %
Əlaqə : 012 525 17 18 / 070 478 17 18
E-mail:
info@bravekids.az
Sifariş Toplama Operatoru tələb olunur
İşəgötürən: "GAP GROUP" MMC
"GAP GROUP" MMC şirkati supermarket üçün Sifariş Toplama Operatorları axtarır.
Vəzifə öhdəlikləri:
Anbara gələn malların boşaldılması və qəbul edərək öz kateqoriyasına uyğun rəflərə yerləşdirilməsi.
Rəflərdə malların olmasına nəzarət edilməsi.
Məhsulların tarixlərinin və saxlanma şəraitinin kontrolu
Anbara daxil olmuş mal-materialların sayımını həyata keçirilməsi.
Müştəri tərifindən verilən sifarişinə uyğun məhsulların toplanması və qablaşdırılması.
Anbarın nizam-intizama va tamizliyə riayyət edilməsi
Tələblər:
Anbardar və ya parakanda satış sahəsində, toplayıcı va ya satıcı kimi iş təcrübəsi arzu olunandır, İş təcrübəsi olmayan namizədlər də nəzərə alınır.
Növbəli iş rejimində çalışmaq istəyən
Dürüstlük, diqqətlilik və məsuliyyətlilik.
Rus dili bilmasi arzu olunandır.
Əmək haqqı:
Net amak haqqı: 500 manat
Maraqlananlar CV-lərini hr@gapgroup.az e-mail ünvanına vaya 0 51 658 48 12 WhatsApp nömrəsinə. pdf formatında göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını və tam adınızı mövzu hissəsində qeyd etməyiniz xahiş olunur, əks halda CV-yə baxılmayacaq.
ANBAR İŞÇİSİ tələb olunur
Qardaşlar Mebel" QSC şirkətinə anbar işçisi tələb olunur!
📌 İşin təsviri:
· Malların Sayılması və Qəbul Edilməsi: Anbara gələn məhsulların sayı və keyfiyyətinin yoxlanması, qeydiyyatının aparılması.
· Yerləşdirmə: Malların düzgün şəkildə anbara yerləşdirilməsi, məhsulların növ və tərtibatına uyğun olaraq yerli anbarlarda düzgün saxlanması.
· Məlumatların Kompüterdə Qeyd Edilməsi: Anbara daxil olan və çıxan malların məlumatlarının kompüterə daxil edilməsi və müvafiq proqramlarda qeydiyyatının aparılması.
📌 Tələblər:
· Orta təhsil (ali təhsil üstünlükdür)
· Kompüter proqramları ilə işləmək bacarığı (xüsusilə MS Excel və ya anbar proqramları)
· Fiziki olaraq aktiv və məsuliyyətli olmalı
· Anbar işində təcrübə üstünlükdür
· Yaş həddi: 20-40 yaş arası
📌 Təklif edirik:
· İş qrafiki: 6 günlük (6-cı gün qısaldılmış)
· Əmək haqqı: 600 Manat (Başlanğıc)
· Yaxşı iş mühiti və peşəkar komanda
· AR-nın ƏM uyğun işə qəbul
Ünvan: Binəqədi rayon, Biləcəri qəs, Binəqədi şos, 8F
Qeyd: Namizədlər ətraflı məlumat və müraciət üçün zəhmət olmasa 0 77 520 20 22 və ya 077 404 07 28 nömrələri ilə əlaqə saxlayın.
anbardar
Xizək və Snowboard təlimatçısı tələb olunur
İşəgötürən: Tufandag Winter-Summer Tourism Complex
Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.
Vəzifə öhdəlikləri:
Xizək (Snowboard) sürmə üzrə təlimatçı müştəriyə alınmış bilet üzrə xizək (snowboard) təliminin verilməsi;
Xizək (Snowboard) sürmə üzrə təlimatçı müştərilərə xizəkdə və ya snowboard lövhəsində (qar lövhəsi) əyləncəli, lakin təhlükəsiz şəkildə sürüşmək barədə peşəkar təlimatlar vermək;
Qış fəaliyyətlərində (uşaq üçün SUN KİD və.s) təlimçi kimi köməklik göstərmək, təhlükəsizlik setkalarını düzəltmək və təbii qar yağan zaman ərazidə yolları açmaq, tələb olunan zaman xizək yollarına kömək etmək;
Müvafiq ərazi barədə biliklər əsasında müştərilər üçün münasib, fəaliyyətin məqsəd və hədəfinə uyğun olan təlim enişləri və xizək sürmə üçün yerləri seçmək;
Müştərilərin şəxsi təhlükəsizliyini təmin etmək məqsədilə seçilmiş marşrutlar ilə bağlı təhlükələri müəyyən etmək və riskləri minimum səviyyəyə endirmək;
Müştərilərin təlim üçün müvafiq qaydada geyindiyini və avadanlıqlar ilə təchiz edildiyini yoxlamaq;
Müştərilərlə ünsiyyət zamanı professional danışıq və nitq mədəniyyəti qaydalarına riayət etmək;
Hər hansı müştəri şəxsi istəyi ilə özünəməxsus olan xizək və xizək avadanlıqlarını götürməyə üstünlük versə belə avadanlıqların təhlükəsizliyini və münasibliyini qiymətləndirmək və onları şəxsi rahatlıq baxımından sazlamaq;
Təlim fəaliyyəti barədə təlimatları və müvafiq məlumatları iştirakçılar üçün münasib üslubda çatdırmaq;
Xizək üzərində müvazinət saxlamaq, və hərəkət etmə kimi bacarıqları öyrətmək, alət və avadanlıqlardan istifadə qaydalarını göstərmək;
Tələb olunan bilik, bacarıq və təcrübə:
Yüksək səviyyəli xizəkçi və ya snowbordçu
Hava və ətraf mühit barədə məlumatları təhlil etmək sahəsində təcrübə;
Fövqəladə hallarda müvafiq şəkildə hərəkət etmək üçün ilkin tibbi yardım və cəld reaksiya bacarığı və müvafiq ixtisaslı mütəxəssis gələnə qədər rəhbərlik işini həyata keçirmək;
İlkin tibbi yardım göstərməklə və təcili evakuasiya prosesini idarə etməklə və s. tədbirlər ilə müştərinin sağlamlığını təmin etmək;
Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı.
Yüksək səviyyədə Azərbaycan, orta səviyyədə ingilis dili və rus dili;
Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Xizək təlimatçısı) göstərilməklə qeyd edilmiş hr@ghg.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq
6 vəzifə üzrə VAKANSİYALAR
İşəgötürən: Caspian Event Organisers LLC
1. Technical manager
2. SMM and content manager
3. Sales manager
4. IT specialist
5. Call Centre operator
6. Reception
Sizə uyğun vəzifənin adının qeyd edib CV-nizi cv@ceo.az e-mail adresinə göndərə bilərsiniz.
resepşn
Taksi parkına mütəxəssis tələb olunur
189 TAXI xidmətinin Taksi parkına mütəxəssis tələb olunur
Öhdəliklər:
- Partnyorluğa açıq olan kiçik avtomobil parklarının axtarışı
- Partnyor avtomobil parkları ilə iş birliyi
- Partnyor avtomobil parklarına təyin edilmiş sürücülər ilə mütəmmadi iş
- Taksoparka aid cari işlər
- Əlaqəli şöbələrlə iş birliyi
- Rəhbərliyin işlə bağlı digər tapşırıqlarının yerinə yetitilməsi
Namizədə tələblər:
- Stressə davamlı
-Kompüter bilikləri - MS office
-Azərbaycan dili- səlis
-Nəqliyyat sahəsində iş təcrübəsi (üstünlükdür)
-Kiçik avtomobil parkları (fleet) ilə əməkdaşlıq təcrübəsi arzuolunandır
İş qrafikı, 9.00-18.00
Əmək haqqı – müsahibə nəticəsi əsasında müəyyənləşdirilir
“Taksi parkının mütəxəssisi” qeyd edib hr@taxibaku.az e-mail adresinə göndərə bilərsiniz.
Əlaqə: 055 2149189
İSTEHSALAT İŞÇİSİ tələb olunur
Qafqazın ən böyük şirniyyat fabriklərindən biri olan “Xonça” Fabrikinə “İstehsalat işçisi ( mayalı, milli məhsullar, aşpaz köməkçisi )”üzrə işə qəbul elan edilir.
İşəgötürən: Xonça Fabriki
İş yeri: Abşeron rayonu, Məhəmmədi qəsəbəsi - Veysəloğlu Dağıtım Mərkəzi.
Koroğlu və Avtovağzal servisləri təmin edilir;
İş barədə məlumat:
- Yaş: 18-50 -QADIN namizəd
- 1 həftə gecə, 1 həftə gündüz növbəli;
- Gecə növbəsi olduğu zaman əlavə ödəniş edilir;
- Əmək haqqı: 500-800 AZN və artan əmək haqqı+ Nahar təmin edilir;
Namizədə tələblər:
Təhsil: tələb olunmur ( sahə üzrə peşə məktəbi təhsili olan, kurs keçmiş namizədlər üstünlükdür );
- Müvafiq sahədə minimum 6 ay iş təcrübəsi;
- Avadanlıqlarla işləmək bacarığı;
- Xəmirlə işləmək bacarığı;
- Tərəvəzlərin soyulması, doğranması, bişirilməsi, sendviçlərin hazırlanması.
- Şəkərbura naxışını bacarmalı.
Təminatlar:
- AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə;
- Rəsmi əmək haqqı;
- Servislə təmin edilir;
- Karyera yüksəlişi imkanı.
“İstehsalat işçisi ( milli, mayalı məhsullar, aşpaz köməkçisi)” qeyd edib işlə bağlı müraciətinizi 055 300 56 53 nömrəsinin whatsapına yaza bilərsiniz.
İT auditor tələb olunur
İşəgötürən: Xalq Sığorta
Namizədə dair gözləntilər və xüsusi tələblər:
Ali təhsil;
Müvafiq sahə üzrə minimum 1 il və ya informasiya texnologiyaları, informasiya təhlükəsizliyi (kiber təhlükəsizlik) sahəsində minimum 2 il təcrübə;
İnformasiya təhlükəsizliyi, şəbəkə texnologiyaları haqqında biliklər;
İT və təhlükəsizlik prinsipləri, risklərin qiymətləndirilməsi metodologiyaları və uyğunluq tələbləri haqqında biliklər;
Analitik təfəkkür, təhlil və risklərin müəyyən edilməsi bacarığı;
Dil bilikləri- azərbaycan dili-əla; ingilis dili-yaxşı.
Ünsiyyət qurmaq bacarığı;
Komandada işləmək bacarığı;
Məsuliyyətli.
Vəzifə öhdəlikləri:
İllik audit planına əsasən təşkilatın funksional İT struktur bölmələrinin auditinin aparılması;
İnformasiya sistemlərində və avtomatlaşdırılmış əməliyyat proseslərində daxili nəzarət sisteminin effektivliyinin, adekvatlığının yoxlanılmasını və qiymətləndirilməsini təmin etmək;
İnformasiya texnologiyaları sahəsində mövcud olan risklərin müəyyən edilməsi, onların həlli ilə bağlı müvafiq tövsiyələrin verməsi;
Bank əməliyyatları üzrə İT etibarlığının yoxlanılmasında iştrak;
Hesabatların hazırlanması;
İT nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması.
Əlavə məlumat:
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
İş yeri: Bakı şəhəri;
İmtiyazlar: Tibbi sığorta;
Müvafiq sahə üzrə mövcud olan çərçivələr və standartlar (ITIL, COBIT, ISO 27001, PCI
DSS, NIST və s.) haqqında biliklərə malik olan namizədlərə üstünlük veriləcəkdir.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (IT auditor) qeyd edərək, qeyd edilmiş hr@xalqsigorta.az elektron ünvanına göndərilməsi xahiş olunur.
Təchizatçı tələb olunur
işəgötürən: Seaport Catering
Vəzifə və öhdəliklər:
Sifarişlərin və tədarükçülərin işlərinin izlənilməsi, yaranan problemlərin həll olunması;
Təchizatçı şirkətlərlə aylıq hesabatın aparılması;
Maliyyə şöbəsi ilə aylıq hesabatın aparılması;
Avans hesabatlarının aparılması;
Təchizata daxil olunan malların elektron qaimələrlə yoxlanılması;
Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;
Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
Müvafiq sahədə 1 ildən az olmayaraq iş stajı;
Yaş həddi:20-40;
Ali təhsil;
Microsoft Office (xüsusən Word, Excel və Outlook) proqramlarında sərbəst işləmək bacarığı:
Yüksək ünsiyyət qura bilmə bacarığı və analiz etmə qabiliyyəti ;
Qərar verə bilmə bacarığı;
Məsuliyyətli olmaq,dəqiqlik,punktuallıq.
İş qrafiki:
Saat 09.00-18.00
Əmək haqqı 600-700 manat
Qeyd : Tələblərə uyğun gələn namizədlərdən mövzu yerinə “Təchizatçı” yazıb a.garayzada@seaport-catering.az elektron poçt ünvanına CV göndərməsi xahiş olunur.
Mühasib tələb olunur
İşəgötürən: Bafco İnvest
Təminatlar:
AR Əmək Qanunvericiliyinə əsasən rəsmiləşdirilmə
İş yeri-Bakı şəhəri
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcək.
Nömrə şirkət tərəfindən təmin edilir.
Vəzifə öhdəlikləri:
DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
İnternet bankinq əməliyyatlarını icra etmək:
Satış və Alış qaimələrinə nəzarət etmək;
Gündəlik hesabların yoxlanılması,hesabatların hazırlanması;
Debitor və kreditorlar üzrə hesabatlar hazırlamaq:
Hesab faktura, elektron qaimə və akt yazılaraq, qeydiyyatının aparılması;
Ödənişlər olduğu zaman onların qeydiyyatının daxili sistemdə aparılması;
Anbara mədaxil/məxaric edilən mal-material qiymətlilərinin uçotunun aparılması;
Daxil olan elektron qaimə fakturaların ODDO proqramında əks etdirilməsi;
Həftə ərzində anbarın yoxlanılması;
Anbar sayımında iştirak etmək.
Anbar mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
Məhsulların hərəkəti ilə bağlı sənədlərin sistem üzərindən yoxlanması;
Malların hərəkəti və anbar qalığı haqqında hesabatlar.
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər:
Ali təhsil Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə) ;
Mühasibatlıq sahəsində ən azı 1 il əmək stajı;
Kompüter bilikləri (xüsusi proqramlar): Microsoft Excel, Word;
Əsas vəsaitlərin və inventarların idarə edilməsi haqqında anlayış;
Analitik düşüncə.
Mühasibat uçotu üzrə müxabirləşmələri yaxşı bilmək.
İş qrafiki:
Həftənin 5 günü ,İş saatları 09:00 – 18:00
Nahar fasiləsi: 13:00-14:00
İstirahət günü: Şənbə, Bazar
Uyğun namizədlər CV-lərini mövzu yerinə “Mühasib” yazaraq hr@bafco.az və togrul.d@smartticket.az ünvanına yönləndirsinlə
Sənədləşmə üzrə mütəxəssis tələb olunur
İşəgötürən: Qaya Safety Solutions
Hazırda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi sahəsi üzrə fəaliyyət göstərən “Qaya Safety Solutions” MMC namizədləri mövcud olan “Sənədləşmə üzrə mütəxəssis (Təchizat şöbəsi)” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Əmək haqqı 600-700AZN net (Namizədlərin bilik və təcrübəsi əsasında əmək haqqı müsahibə zamanı danışılacaq).
İş barədə məlumat:
Satınalma üzrə müvafiq sənədlərin doğru qaydada, sistemli arxivləşdirilməsi
Satınalma şöbəsinə aid məktubların hazırlanması, qeydiyyatı
Satınalma işlərinə aid təhvil-təslim aktlarının hazırlanması
Satınalma sənədlərin surətini çıxarma, çoxaltma və elektronlaşdırma işinin aparılması
Dəftərxana və təsərrüfat mallarının şöbələr üzrə sifarişlərinin toplanması və seçilmiş təchizatçılara yönəldilməsi
1C proqramda şöbəyə yönəldilən və təchizatçılara edilən sifarişlərin reyestrdə qeydiyyatının aparılması
Hesab-faktura, qaimə-faktura və digər ödəniş sənədlərinin qəbul edilməsi, yoxlanması və maliyyə şöbəsinə təqdim edilməsi
Standart alqı-satqı müqavilələrinin hazırlanması
Təchizatçıların ilkin olaraq dəyərləndirilməsi və onların fəaliyyətinin vaxtaşırı qiymətləndirilməsi
Satınalma şöbəsinə aid digər kiçik işlərin görülməsi
Namizədə tələblər:
İqtisadiyyat, Təchizat, Maliyyə üzrə ali təhsil ;
Yeni məzun olmuş şəxslərə üstünlük veriləcəkdir;
Microsoft Office proqramlarından Excel və Word-də sərbəst işləmək bacarığı;
İngilis dili biliyi (B1;B2), Rus dili biliyi üstünlükdür;
Araşdırma, analiz və təhlil bacarığı;
Satınalma üzrə ümumi anlayış və biliklər;
Məsuliyyətli, operativ və komanda ilə işləmə bacarığı;
Prosesi idarəetmə bacarığı;
İş şəraiti:
İş yeri: Bakı şəhəri;
İş qrafiki 5 günlük;
Gənc və peşəkar kollektivdə çalışmaq və təcrübə qazanmaq imkanı;
Tibbi Sığorta;
Şirkət tərəfindən nahar;
Karyera irəliləyişlərində yaradılan şərait.
Elektron poçtun “Mövzu” yerinə “Sənədləşmə üzrə mütəxəssis” qeyd etməklə öz CV-lərinizi qeyd edilmiş office@qayasafetysolutions.com elektron poçt ünvanına göndərə bilərsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Təhlükəsizlik Əməkdaşı tələb olunur
İşəgötürən: "Araz Market"
Tələb olunan ərazilər - Yasamal, Neftçilər, Həzi Aslanov, Nərimanov, Xətai, Bayil, Günəşli, 28 may və s.
Yaş həddi 19-35,
Boy həddi: minimum 1.71
Herbide olmaq mütləqdir,
Tələbə, Qolunda döymə tato, çapıq , qəbul edilmir.
Əmək haqqı 450 azn
Əmək haqqı+ Şirkətdəki staja görə bonuslar
Nahar və geyim mağaza tərəfindən təmin olunur.
Nahar fasiləsi 30 dəqiqədir. Hər biri 15 dəqiqə olmaqla 2 dəfə çay fasiləsi verilir.
Minimum 6 aydan sonra vəzifə dəyişikliyi əsasında karyera yüksəlişi və yüksək maaş.
İşlə bağlı 0559008316 Whatsapp nömrəsinə "Təhlükəsizlik Əməkdaşı" qeyd edərək müraciət edə bilərsiniz.
mühafizəçi
AccessBank-da aktiv İT VAKANSİYALAR
VƏZİFƏLƏR:
1. IT Business Analyst
2. QA specialist
3. Middle IOS developer
4. Card Business Analyst
Sizə uyğun vəzifənin adını qeyd edib CV-nizi cv@accessbank.az ünvanına göndərə bilərsiniz.
Gecə növbəsinə Dekorçu tələb olunur
İşəgötürən: Grabstar / Maple Trading
Əsas vəzifə və öhdəliklər:
Tortların və şirniyyatların dekorlanması
Tortların gecə növbəsində sərbəst şəkildə fərqli dekorlarla bəzədilməsi
Komandaya lazımı vaxtlarda dəstək
- İş qrafiki: 23:00-dan - 07:00-dək ( gecə növbəsi)
- Əmək haqqı: 900-1000 AZN
- Ünvan: İzəddin Həsənoğlu 2a (Heydər Əliyev Mərkəzinin yanı)
Vakansiya üzrə tələb olunan bacarıqlar
Mikserlər və sobalar ilə işləmə bacarığı
Keyfiyyət və qida təhlükəsizliyi standartlarını yaxşı bilməli, şəxsi gigiyena prosedurlarına riayət olunmasını təmin etməli
Komandada işləmə bacarığı
İş təcrübəsi: 1 il
Təhsili: Təhsil önəmli deyil
Sertifikat və ya kurslar: Arzuolunandır
CV-nizi hr@mapletarding.az e-mail adresinin mövzu hissəsində "Dekorçu (gecə növbəsi)" yazaraq müraciət edə bilərsiniz.
Əlaqə nömrəsi: 0102251245
Logistika şöbəsinin müdiri tələb olunur
İşəgötürən: Askona
İş qrafiki: 5 günlük iş qrafiki
İş yeri: Binəqədi
Əmək haqqı: müsahibə zamanı müəyyən olunacaq (1800-2500)
Namizəd üçün tələblər:
· Təhsil: Ali təhsil (mütləq)
· İş təcrübəsi: Logistika sahəsində ən azı 4 il iş təcrübəsi (Nəqliyyat/Logistika/Daşıma və anbar logistikası sahəsində rəhbər vəzifədə 1-3 il iş təcrübəsi olmalıdır;)
· Yaş: 28-45
· Dil bilikləri: Rus dili sərbəst bilik
· Kompüter bilikləri: MS Excel, MS Outlook, 1C
Vəzifələr:
· Logistika üzrə bütün işlərin həyata keçirilməsinə nəzartə (Ölkə daxili və Ölkəxarici)
· Anbar fəaliyyətinə nəzarət və idarə olunması, işin səmərəliliyinin planlaşdırılması və təhlili;
· Müştəriyə çatdırılmanın təşkili, logistika xərclərinin azaldılması;
· Biznes proseslərinə nəzarət;
· Logistika xərclərinin maksimum azaldılması üçün tədbirlərin görülməsi;
· Logistika və anbar proseslərinin optimallaşdırılmasına yönəlmiş təkliflərin irəli sürülməsi;
· Logistika ilə bağlı sənədləşmələrin aparılması və təkmilləşdirilməsi;
· Qarşıya qoyulmuş vəzifələrin həlli üçün bütün struktur bölmələri ilə qarşılıqlı əlaqə
· Podratçılarla müqavilə üzrə işlərin aparılması, hesab-fakturaların ödənilməsinə nəzarət;
· Yükdaşıyıcı xidmətləri bazarının monitorinqi;
· Podratçılarla müqavilələrin bağlanması təcrübəsi, müştərilərlə (həm daxili, həm də xarici) mürəkkəb məsələlərin həllində təcrübə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Logistika şöbəsinin müdiri” qeyd etməklə hr@askonalife.az elektron ünvanına göndərmələri xahiş olunur.
Sahə Mühəndisi tələb olunur (Qaradağ rayonu)
İşəgötürən: AZCD Group CSJC
Vəzifə öhdəlikləri:
Sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik, briqadanın işinin təşkili və idarə edilməsi;
Layihədə tikinti-quraşdırma işlərini, işçi çertyojlarının və ümumi işlərin aparılmasının normativ sənədlərə uyğunluğunun monitorinqi;
Layihə üzrə tələb olunan sənədlərin hazırlanması;
İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak;
Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət;
Tikinti prosesi zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
Obyektdə işləyən işçi briqadaları təyinatı üzrə yönləndirmək və onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək;
Tələblər:
Təhsil: Ali təhsilli (İnşaat mühəndisi)
Təcrübə: Tikinti sahəsi üzrə 5 il iş təcrübəsi;
Yaş həddi: 28-45 yaş;
İş şərtləri:
İş qrafiki: Tam iş günü (6 gün), bazar istirahət
İş yeri –Qaradağ rayonu
Könüllü tibbi sığorta
Nahar təmini
Rəqabətə davamlı əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sahə mühəndisi” yazaraq talent@azcdgroup.com ünvanına göndərmələri xahiş olunur.
İSTEHSAL İŞÇİSİ/(OPERATOR) tələb olunur - 2 NÖVBƏLİ İŞ
İşəgötürən: "Mirzəoğlu" MMC
(Konfet, şirniyyat istehsalı üzrə qənnadı fabriki)
Tələblər:
Namizəd: Kişi
Təhsil: orta
Praktiki sağlam
Təcrübə önəmli deyil (olması üstünlükdür)
Vəzifə öhdəlikləri:
İstehsal olunan məhsulların istehsalına nəzarət(konfet, şirniyyat məhsullarıdır)
Resepturaya əsasən Məhsulları avadanlığa boşaltmaq(un, şəkər, yağ və.s)
Avadanlığın işlək vəziyyətdə olmasına nəzarət və.s
Növbəli iş qrafiki:
1-ci növbə 07:30-15:00 (Əmək haqqı - 450/500 Azn)
2-ci növbə 15:00-23:00 (500/600 Azn)
QEYD: OVERTİME(əlavə saatlar) olarsa əmək haqqına əlavə olunur.
Geyim və yemək şirkət tərəfindən verilir
Ünvan: BUZOVNA qəsəbəsi (yaxın ərazidə yaşayanlara üstünlük verilir)
Müraciət üçün 055-444-63-38 nömrəsi ilə əlaqə saxlaya və ya hr3@mirzaoglu.az mail adressinə vakansiya adını qeyd edərək CV göndərə bilərsiniz.
Azərbaycan bölməsi üzrə müəllim tələb olunur
İşəgötürən: ABBA Kids uşaq mərkəzi
İş şəraiti
İş saatları 2-4-6-7-ci günlər (2-4-6), saat 10:00-18:00 dır.
Əmək haqqı 500 azn nəzərdə tutulmuşdur. Yaşı 25-dən yuxarı və cinsi qadın olmalıdır.
Tələblər:
İbtifai sinif üzrə təhsil və təcrübə
Azərbaycan dilində səlis yazmaq qabiliyyəti
İngilis dilini bilmək
Kiçik yaşlı uşaqlarla işləmə bacarığı
Səbirli və mehriban olmaq
Öhdəliklər:
Uşaqlara ciddi nəzarət etmək
İbtidai siniflərin ev tapşırıqlarına dəstək
Məktəbəqədər yaşlı uşaqların inkişafını təmin etmək
Ünvan: Bakı şəhəri, Bülbül prospekti 65 c, Sirkin yaxınlığı.
"Azərbaycan bölməsi üzrə müəllim " qeyd edib CV-nizi abba_kids24@outlook.com e-mail adresinə göndərə bilərsiniz.
PORTER tələb olunur
Şirkət: Zəfəran Hospital
Vakansiya: Porter (kişi namizədlər)
Tələblər:
Yaş: 20-35;
Kişi namizədlər tələb olunur.
Tibbi təhsil və təcrübə tələb olunmur.
İşində məhsuliyyətli olması önəmlidir.
Vəzifə öhdəlikləri:
Xəstələrə qulluq edilməsi və daşınmasında iştirak etmək;
Hospital daxilində sanitariya və gigiyena qaydalarına riayət etmək;
Zibil və tullantıları yığaraq müəyyən olunmuş yerə çatdırmaq.
İş şəraiti:
İş qrafiki: Növbəli iş qrafiki
Əmək haqqı: 400 manat
Ünvan: Nərimanov rayonu, Asif Məmmədov 30
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Porter” qeyd etməklə cv@zeferan.az elektron ünvanına göndərmələri xahiş olunur.
(Xəstələrə qulluq edilməsi və daşınmasında iştirak etmək, xəstə baxıcısı)
Sürücü-Kuryer tələb olunur
“189 Courier” şirkətinə şəxsi avtomobili ilə Sumqayıt/Xırdalan ərazilərinə sənəd çatdırılması üçün Sürücü-Kuryer tələb olunur
Tələblər:
- Şəxsi avtomobil olması mütləqdir
- Stressə davamlı
- Şəhəri yaxşı bilməli
- Kuryer sahəsində iş təcrübəsi vacibdir
- Sumqayıt, Xırdalan ərazisində yaşayanlara və həmin əraziləri yaxşı bilənlərə üstünlük veriləcək
Öhdəliklər :
- Sənəd və kartların qeyd olunmuş ünvanlara gün ərzində çatdırılması
- Rəhbərliyin tapşırıqlarını icra edilməsi
İş barədə məlumat:
- 6 günlük iş qrafikı, 09.00-18.00
Əlaqə:
"Sürücü-Kuryer" qeyd edib CV –nizi hr@taxibaku.az e-mail adresinə və ya 055 202 01 89 nömrəyə göndərməyiniz xahiş olunur.
Tel: 055 202 01 89
İngilis dili Müəllimi tələb olunur
İşəgötürən: Turan Tədris Mərkəzi
Əmək haqqı: 700 manat +Bonus (Təcrübədən aslı olaraq əmək haqqı müzakirə oluna bilər)
İş qrafiki:
6 gün (İş qrafikini danışıq əsasında razılaşa bilərik )
Nahar fasiləsi
Yaş həddi: 22-45; Namizəd- Qadın və ya kişi
Təcrübə: min 1il
Vəzifəsi:
- DİM proqramı istiqamətində dərsləri təşkil etmək
- General English dilində tədris bacarığı
- Kurs təcrübəsinin olması mütləqdir
Tələblər :
İşə uyğun pedaqoji biliklər
Yüksək ünsiyyət qabiliyyəti
Məsuliyyət ən əsas tələbimizdir
(Tələbələr qəbul edilmir )
Ünvan: Bayıl qəsəbəsi, Bayıldım restoranının yaxınlığı (Əhəd Yaqubov küçəsi 9, Bayıl ərazisi- Yarat incəsənət mərkəzi ilə üzbəüz) Bayıl ərazisində və ya nisbətən yaxın ərazidə yaşayan üstünlük verilir.
(Xahiş edirəm uzaqda yaşayanlar, Həzi Aslanov , Əhmədli , Xırdalan və s. cv atmasın, Çünki müəyyən vaxt işlədikdən sonra yol problemi yaranmağa başlayır)
Müraciət qaydası: "İngilis dili" qeyd edib CV-nizi 051 310 66 62 , 055 445 82 45 nömrələrin WhatsApp-na göndərə bilərsiniz.