İSTEHSALAT İŞÇİSİ tələb olunur
Qafqazın ən böyük şirniyyat fabriklərindən biri olan “Xonça” Fabrikinə “İstehsalat işçisi ( mayalı, milli məhsullar, aşpaz köməkçisi )”üzrə işə qəbul elan edilir.
İşəgötürən: Xonça Fabriki
İş yeri: Abşeron rayonu, Məhəmmədi qəsəbəsi - Veysəloğlu Dağıtım Mərkəzi.
Koroğlu və Avtovağzal servisləri təmin edilir;
İş barədə məlumat:
- Yaş: 18-50 -QADIN namizəd
- 1 həftə gecə, 1 həftə gündüz növbəli;
- Gecə növbəsi olduğu zaman əlavə ödəniş edilir;
- Əmək haqqı: 500-800 AZN və artan əmək haqqı+ Nahar təmin edilir;
Namizədə tələblər:
Təhsil: tələb olunmur ( sahə üzrə peşə məktəbi təhsili olan, kurs keçmiş namizədlər üstünlükdür );
- Müvafiq sahədə minimum 6 ay iş təcrübəsi;
- Avadanlıqlarla işləmək bacarığı;
- Xəmirlə işləmək bacarığı;
- Tərəvəzlərin soyulması, doğranması, bişirilməsi, sendviçlərin hazırlanması.
- Şəkərbura naxışını bacarmalı.
Təminatlar:
- AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə;
- Rəsmi əmək haqqı;
- Servislə təmin edilir;
- Karyera yüksəlişi imkanı.
“İstehsalat işçisi ( milli, mayalı məhsullar, aşpaz köməkçisi)” qeyd edib işlə bağlı müraciətinizi 055 300 56 53 nömrəsinin whatsapına yaza bilərsiniz.
Direktor köməkçisi tələb olunur
İşəgötürən: Grandmart
Vəzifə təlimatları
İşgüzar yazışmaların və danışıqların aparılması.
Görüşlərin təşkili və işin izlənilməsi.
Direktoru keçirdiyi danışıqların, görüșlərin, iclasların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı və iștirakçılara görüșün tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılması) görmək.
Müvafiq sənədlərin toplanması, yerləşdirilməsi və qeydiyyatının aparılması.
Direktorun gündəlik iş günü planının təmin edilməsi.
Tapşırıqlar gündəliyinin tutulması və izlənilməsi.
Zəruri hesabatların hazırlanması və direktora təqdim olunması.
Rəhbərliyin adiyyatı üzrə tapşırıqlarının icrası.
Qeyd
Kargüzarlığı bilməli
Cəld, dinamik, məsuliyyətli, diqqətli;
Microsoft Office bilikləri vacibdir;
Rus dili biliyi mütləqdir
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
Təcrübəli olması vacibdir;
Daha əvvəl direktor köməkçisi vakansiyasında təcrübəsi olması vacibdir
İş şəraiti
Əmək haqqı artandır (əsasən 3 aydan sonra )
İş saatları 09:00 - 18:00
"Direktor köməkçisi " qeyd edib CV-nizi Arzu.Sadiqova@grandmart.az e-mail adresinə göndərə bilərsiniz.
Təhlükəsizlik üzrə xidmət rəisi tələb olunur
İşəgötürən: Green City Resort & Residence
İşin təsviri:
Şirkətin mülkiyyətində və istifadəsində olan ərazinin, daşınar və daşınmaz əmlakın, habelə əməkdaşlarının nəzarətini təşkil etməlidir
Şirkətə buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət etməlidir.
Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini təmin etməlidir.
Təhlükəsizlik qaydaları haqqında mütəmadi olaraq bütün işçilərə təlim keçirməlidir.
Tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparmalıdır.
Şirkət işçiləri tərəfindən iş yerində mümkün ziyan vura biləcək əməllərin qarşısının alınması üzrə müvafiq tədbirlər təşkil etməlidir.
Şirkətdə hər hansı bir insidentin baş verdiyi təqdirdə şirkətdaxili qaydalara əsasən daxili araşdırma aparmalıdır.
Şirkətdə konfidensial məlumatların yayılmasının qarşısının alınması üçün tədbirlər görməlidir.
Müşahidə kameraları vasitəsi ilə, işçilərin, ərazinin və obyektlərin gün ərzində izlənilməsini təşkil etməlidir.
İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət etməlidir.
İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək, istehsalat intizamını pozanların cəzalandırılması haqqında təkliflər verməlidir.
Daima işin təkmilləşdirilməsinə çalışmalı və bununla əlaqədar rəhbərliyə təkliflər irəli sürməlidir.
Tələblər:
30-55 yaş həddi
Ali təhsili olması (hərbi üzrə)
Təhlükəsizlik sahəsində 7 ildən az olmayaraq iş təcrübəsi
Türk, rus və ingilis dilin bilənlərə üstünlük verilir
İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
Güclü ünsiyyət və danışıq qabiliyyəti
Komandada işləmək bacarığı
Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Təhlükəsizlik üzrə xidmət rəisi” yazmaqla hr@greencity.az mail ünvanına göndərmələri xahiş olunur.
Coğrafi İnformasiya Sistemləri Operatoru tələb olunur
İşəgötürən: BAYTMAP MMC
Namizədə tələblər
Yerquruluşu və daşınmaz əmlakın kadastrı, Geomatika və geodeziya mühəndisliyi və Coğrafiya ixtisasları üzrə ali təhsil
Kompyuterdən istifadə haqqında ümumi biliyə malik olmaq
Coğrafi İnformasiya Sistemləri texnologiyaları və tətbiqləri üzrə biliklər (ArcGIS Pro-dan istifadə etməyi bacaranlara üstünlük verilir)
İnsan münasibətlərində müvəffəqiyyətli və komanda işinə uyğun
Planlaşdırma və təşkilatçılıq bacarığı olan
Fərdi kompüterin olması
Evdən işləmək bacarığı
İş barədə məlumat
İş qrafiki saat 09.00-dan-18.00-dək, (nahar fasiləsi 13.00-dan-14.00-dək) online qaydada evdən həyata keçiriləcək
Şənbə və bazar qeyri-iş günüdür.
İkinci iş kimi işçi qəbul edilməyəcək.
Əmək haqqı 450 manat və əmək müqaviləsi bağlanılır.
İş 4 aylıq müddət üçün nəzərdə tutulub.
"Coğrafi İnformasiya Sistemləri Operatoru" qeyd edib CV-nizi kemale.turkmenoglu@baytmap.com e-mail adresinə göndərə bilərsiniz.
Müqavilə Mütəxəssisi tələb olunur
İşəgötürən: Aral Group Baku
Şəhər: Bakı şəhəri , Greenville Residence
İş Qrafiki: Tam iş günü
Əmək haqqı: Əmək haqqı aralığı müsahibə əsasında müəyyən ediləcək.
Vəzifə Təsviri:
Müqavilə Mütəxəssisi olaraq, siz müqavilə tərtib etmə, müzakirə və idarəetmə proseslərində əsas rol oynayacaqsınız. Vəzifəniz müqavilə risklərini minimuma endirmək və şirkətimizin hüquqi və kommersiya maraqlarını qorumaq olacaq.
Vəzifə Öhdəlikləri:
Müqavilə layihələrini hazırlamaq, müzakirə etmək və təsdiqləmək.
Təkliflər və müqavilə şərtləri ilə bağlı analitik araşdırmalar aparmaq.
Müqavilə şablonlarını hazırlamaq və müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək.
Təchizatçılar, müştərilər və digər tərəflərlə müqavilə şərtlərini müzakirə etmək və razılaşdırmaq.
Müqavilə tərəfləri ilə əlaqə saxlamaq və müqavilə şərtlərinin yerinə yetirilməsini izləmək.
Müqavilə pozuntularının və hüquqi problemlərin qarşısını almaq üçün tədbirlər görmək.
Müqavilə dəyişikliklərini və yeniliklərini sənədləşdirmək və müvafiq tərəflərə məlumat vermək.
Müvafiq hüquqi sənədlərin və müqavilə arxivlərinin idarə olunması.
Tələblər:
Hüquq, Biznes İdarəçiliyi və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi (yüksək təhsil dərəcəsi üstünlükdür).
Müqavilə idarəetməsi sahəsində 3 illik iş təcrübəsi.
Müqavilə qanunvericiliyi və hüquqi məsələlər haqqında dərin biliklər.
Güclü analitik düşüncə və problem həll etmə bacarıqları.
Yüksək səviyyədə ünsiyyət və müzakirə qabiliyyəti.
Necə müraciət edilir:
"Müqavilə Mütəxəssisi" qeyd edib CV-nizi hr@aralgroupbaku.com e-mail adresinə göndərə bilərsiniz.
Ümumi cərrah tələb olunur
İşəgötürən: OKI Hospital
Tələblər:
Ali təhsil;
Sahəsi üzrə tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifikasiya şəhadətnaməsi;
Dil bilikləri: Azərbaycan dili (rus və ingilis dilləri arzuolunandır);
İxtisas üzrə azı 5 il iş təcrübəsi.
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Tam iş günü;
Əmək haqqı 2500 AZN və yuxarı;
Yaşayış yeri klinika tərəfindən təmin edilir.
"Ümumi cərrah" qeyd edərək CV-nizi contact@okihospital.az e-mail adresinə göndərə bilərsiniz.
Əlavə məlumat üçün (050) 767-60-08 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Sizi komandamızda görməyə şad olarıq!
Ünvan Qusar şəh., F. Musayev küç., 27
Laborant tələb olunur
(Gədəbəy, Şəmkir, Gəncə bölgələrində yaşayan sakinlərə üstünlük verilir.)
İşəgötürən: Gədəbəy Mineral Suları MMC
Vəzifə öhdəlikləri:
Avadanlıqların sanitar vəziyyətinin yoxlanması və analizlərin olunması;
Su və limonatların mikrobioloji analizlərinin aparılması;
Analiz ediləcək qida məhsullarının normativ sənədlərinə və sanitariya-gigiyena tələblərinə uyğun müayinələrinin tam formada həyata keçirilib dəyərləndirilməsinin həyata keçirilməsi;
Mikrobioloji hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi və mikrobioloji nəticələr üzrə rəyin verilməsi;
Qida mühitlərinin, reaktivlərin və məhlulların hazırlanması;
Sənədlərin tərtib edilməsi və keyfiyyət şəhadətnaməsində mikrobioloji nəticələrin təsdiqlənməsi;
Mikrobioloji zərurət halı olan məhsulun analizinin həyata keçirilməsi, nümunələrin analizi üçün reaktivlərin hazırlaması, metodik materiallara uyğun olaraq, analiz, sınaq ölçmə nəticələrinin emal edilməsi, sistemləşdirilməsi, rəsmiləşdirməsi və onların hesabatının hazırlanması.
Tələblər:
Müvafiq sahə üzrə 1 ildən çox iş staji
Müvafiq sahə üzrə təhsil
İSO standart tələblərini bilməli,
Kimyəvi-bioloji analizinin keçirilməsi üzrə praktiki bilikləri.
Sertifikatların olması üstünlükdür
Ünsiyyətcil, təşəbbüskar;
Analitik yanaşma qabiliyyəti;
İşdə dəqiqlik və detallara fikir vermə bacarığı.
Müraciət etmək istəyən namizədlərdən cv-lərini hr@gedebeywater.com mail ünvanına mövzu hissəsinə “Laborant” qeyd edərək göndərmələri xahiş olunur.
RESEPŞN tələb olunur
İşəgötürən: Azer N Agro MMC
İş yeri – Bakı-Sumqayıt yolu 10km
İş barədə məlumat:
Kargüzarlıq işlərinin görülməsi
Rəhbərliyin verdiyi tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək
Daxil olan və göndərilən məktubların qeydiyyatı, müvafiq şöbələr üzrə yönləndirilməsi
Ofisə daxil olan nümayəndələri qarşılamaq .Rəhbərliyə, qonaqlara çay, kofe, su təqdim olunması
İşə qəbul Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən tam rəsmi qaydada aparılır
İş qrafiki:
Bazar ertəsi – Cümə saat 10:00-18:00
Şənbə - qısa iş günü (çox nadir hallarda)
Nahar şirkət tərəfindən verilir.
Namizədə tələblər:
Xanım namizədlər
Microsoft office proqramlarında ( Word, Excel ) işləmək bacarığı
Azərbaycan və rus dillərində səlis danışıq və fikri aydın izah etmə bacarığı,ingilis dili biliyi arzuolunandır
Əmək haqqı başlanğıc 600 manat
"Resepşionist" yqeyd edib Cv-nizi azernagro.muhasib1@gmail.com e-mail adresinə göndərə bilərsiniz.
Şirkət haqqında
Kənd təsərrüfatı aqreqat, texnikaların, ehtiyyat hissələrin və rezin şinlərin satışı ilə məşğuldur.
Sahə rəisi tələb olunur
İşəgötürən: ModulX
İş barədə məlumat:
Tikinti layihələrinin planlaşdırılması, təşkili və idarə olunması.
Layihə üzrə iş qrafiklərinin tərtib edilməsi və işlərin vaxtında yerinə yetirilməsinin təmin edilməsi.
Tikinti prosesinə nəzarət edərək, keyfiyyət standartlarının qorunmasını təmin etmək.
İşçi qruplarının koordinasiyası və işlərin səmərəli bölüşdürülməsi.
Material və avadanlıq ehtiyatlarının izlənməsi və tələb olunan resursların vaxtında təmin edilməsi.
Tikinti sahəsində təhlükəsizlik standartlarına uyğunluğun təmin olunması.
Layihənin büdcə çərçivəsində idarə edilməsi və maliyyə hesabatlarının hazırlanması.
İstifadə olunan metod və texnikaların inkişaf etdirilməsi və tətbiq edilməsi.
Müxtəlif tərəfdaşlarla və subpodratçılarla əlaqələrin qurulması və idarə olunması.
Gündəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər:
İnşaat mühəndisliyi və ya əlaqəli sahədə ali təhsil.
Sahə rəisi və ya oxşar rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi.
Tikinti prosesləri, materialları və texnologiyaları haqqında geniş bilik.
Layihə idarəetmə bacarıqları və iş qrafiklərinin effektiv şəkildə idarə edilməsi təcrübəsi.
Güclü liderlik və komanda idarəetmə bacarıqları.
Problemlərin həlli və qərar qəbul etmə qabiliyyəti.
Tikinti sahəsindəki təhlükəsizlik qaydalarını və normativ hüquqi aktları bilmək.
MS Office və layihə idarəetmə proqramları (məsələn, AutoCAD, Primavera və s.) ilə iş təcrübəsi.
Yaxşı ünsiyyət və yazılı təqdimat bacarıqları.
İş şərtləri:
İş günləri: 6 günlük iş qrafiki
Nahar fasiləsi: 13:00 -14:00
Əmək haqqı müsahibə əsasında təyin olunacaq
CV-lərin hr@modulx.az elektron poçt ünvanına mövzu yerində " Sahə rəisi” başlığı yazmaqla göndərilməsi xahiş olunur.
Qeyd: Tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Şəxsi nəqliyyatı olan KURYER tələb olunur
Təcrübəyə ehtiyac yoxdur
İşəgötürən: Papa Johns
Tələblər:
Öz şəxsi nəqliyyatın olması vacibdir.
İş Şərtləri:
Əmək haqqı 600 azn + gəlirli mükafat sistmi
6 günlük iş həftəsi
Növbəli iş rejimi
Forma şirkət tərəfindən təqdim olunur.
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Kuryer” mövzusu altında hr@papajohns.az elekton ünvanına göndərə bilər və 050 229 42 77 Whatsapp nömrəsinə yaza bilərsiniz
SATIŞ TƏMSİLÇİLƏRİ TƏLƏB OLUNUR - YÜKSƏK MAAŞ
İşəgötürən: AYMAN GROUP MMC
Ətraflı məlumat üçün 077 400 13 22 əlaqə yarada bilər və ya sevinc.babayeva@ayman.az mail ünvanına CV-nizi göndərə bilərsiniz.
Əmək haqqı - 1000-2000 manat
İş saatı - 09:00 / 18:00
İş - Rəsmi müqavilə
İş yeri - Region (Gəncə, Şəmkir, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Goranboy, Daşkəsən)
İri şirkətə FƏHLƏLƏR tələb olunur
İşəgötürən: Avrora MMC
Tələblər: Bəy namizəd
Vəzifələr:
Yükü keyfiyyətli, normativlərə, daxili qaydalara və rəhbərin tapşırıqlarına uyğun yükləmə, anbar daxili yerdəyişmə, çeşidlənmə və s.
Əlavə imkanlar: Nahar, servis xidməti
İş yerinin ünvanı: Abşeron rayonu, At yalı qəsəbəsi, Avrora sənaye parkı
Müraciət üçün son tarix: 20.11.2024
Əlaqə vasitələri:
051-255-51-18
055-500-74-40
Resepşn tələb olunur
İşəgötürən: Asthetik Lab
Kosmetoloji klinikaya resepşn vəzifəsinə qız tələb olunur.
Tələblər:
Ali təhsil
Bacarıqlı nitq, Azərbaycan və rus dillərini mükəmməl bilmək
Mehriban və xoş görünüşlü
Yaş 20-28
İş saatları: 09:00 - 19:30 (6/1 iş günü)
Əmək haqqı: 600 azn
Vəzifə öhdəlikləri:
Xəstələrin qəbulu və qeydiyyatı
Daxil olan zənglərə və e-poçtlara cavab verin
Ofis üçün rahat və xoş atmosferin saxlanması
Rəsmi qeydiyyat
CV-lərə yalnız namizədin fotoşəkili ilə baxılır
Uyğun namizədlər ŞƏKİLLİ CV-lərini mövzü bölməsində “Resepşn” qeyd edərək e-poçt ünvanına göndərə bilərlər
Ünvan: Koroğlu Rəhimov 13 A. ,
“Asthetik Lab” hr@asthetiklab.com
055-900-91-11
XXX XXXX XXX
Ресепшн
В косметологическую клинику требуется девушка на позицию ресепшн
Требования:
Высшее образование
Грамотная речь , знание азербайджанского и русского языков в совершенстве
Дружелюбность, приветливость, ухоженный вид
Возраст 20-28
График работы: 09:00 – 19:30 (6/1 рабочих дней)
Зарплата – 600 азн
Обязанности:
Встреча и регистрация пациентов
Отвечать на входящие звонки и е-мейлы
Поддержание комфорта и приятной атмосферы для офиса
Официальное оформление
Своевременные выплаты CV рассматриваются только с фотографией кандидата
Адрес: Короглу Рагимов 13 A., “Asthetik Lab” hr@asthetiklab.com
055-900-91-11
MERÇENDAYZERLƏR tələb olunur
Şam-Fi» şirkətinə 28 May, Nərimanov, Nizami, Mikrorayonlar, Yasamal, Həzi Aslanov, Əhmədli, Hövsan, İnqilab, Bakıxanov, Xırdalan, Binəqədi, Biləcəri əraziləri üçün Merçandayzer tələb olunur.
(Yalnız həmin ünvanda yaşayan namizədlər müraciət etsin)
- Əmək haqqı: 620 manat + (620-900 arası bonus)
- Yaş həddi: 18-35
- Namizəd: Qadın
- İş qrafiki: Həftədə 5 gün (bazar-bazar ertəsi istirahət) 09:00 -18:00
Qeyd: Market sistemində çalışan namizədlərə üstünlük veriləcək.
İşin təsviri:
Mağazalarda məhsulların rəflərdə yerləşdirilməsi və düzülüşü, vitrinin vaxtında doldurulması,satış məntəqələrinin müəyyən sxemə uyğun ziyarət edilməsi.
Əlaqə nömrəsi: 051 206 60 68 Whatsapp nömrəsinə "Merçendayzer" yazaraq müraciət edə bilərsiniz.
Mühasib tələb olunur
İşəgötürən: Orxan Un
Tələblər
Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
Excel və Word proqramlarında sərbəst şəkildə işləmək
Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst(vacib şərt),(ingilis dili arzuolunan)
Yaş həddi: 20-35 (qadin)
Komandada işləmək bacarığı
Məsuliyyətli və işində dəqiq
İş şəraiti
İş qrafiki 5 günlük
İş rejimi : 09:00 – 18:00
İstirahət : şənbə, bazar
Əmək haqqı qənaətedici və artandır
Əlaqə telefonları: 010 2160777, 0505549394
Vakansiya ilə maraqlanan şəxslər CV-lərini orxan.un@mail.ru elektron poçt ünvanına göndərə bilərlər.
Tort dekorçu tələb olunur ( Xonça Fabriki )
İşəgötürən: Xonça Fabriki
- İş yeri: Abşeron rayonu, Məhəmmədi qəsəbəsi - Veysəloğlu Dağıtım Mərkəzi.
- Avtovağzal və Koroğlu servisləri mövcuddur;
İş barədə məlumat:
- Yaşhəddi : 18-45; qadın namizəd
- 6 günlük və gündüz növbəsi iş qrafiki;
- Əmək haqqı: 700-800 AZN və artan əmək haqqı;
Vəzifə təlimatları:
1. Dekor ustası peşəsində minimum 6 ay iş təcrübəsi
(xüsusən vitrin tortları);
2. Vitrin tortlarını sürətli şəkildə hazırlamağı bacarmalıdır;
4. Formalı tortların ( dairəvi, diş, yumurta, palitra və s.) kəsimini etmək və kəsimli tortları formaya salmaq;
5. Aparılan iş bölgüsünə əsasən standart tortların dekorlarını etmək;
6. Məsuliyyətlilik, öyrənmə qabiliyyəti, kollektivdə işləmək, təşəbbüskarlıq bacarıqları.
Təminatlar:
- AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə;
- Servislə təmin edilir;
- Nahar təmin edilir;
- Rəsmi əmək haqqı.
“Tort dekor ustası” qeyd edib işlə bağlı müraciətinizi 055 300 56 53 nömrəsinin whatsapına yaza bilərsiniz.
Beton üzrə texnoloq tələb olunur
İşəgötürən: FİBERSTONE MMC
Iş yeri ZABRAT
Vəzifə öhdəlikləri:
Beton qarışıqlarının hazırlanması və onların keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsi;
Müxtəlif beton tiplərinin hazırlanması üçün tələb olunan materialların miqdarının və nisbətinin müəyyən edilməsi;
Beton istehsalının hər mərhələsində keyfiyyətə nəzarət edilməsi;
İstehsal texnologiyalarının təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi;
Laborator analizlərin aparılması və nəticələrin qiymətləndirilməsi;
Betonun möhkəmlik, sıxlıq, suya davamlılıq və digər texniki göstəricilərinə nəzarət;
Tikinti sahəsində keyfiyyətli betonun vaxtında çatdırılmasını təmin etmək;
Layihələrin texniki sənədlərinə uyğun olaraq istehsalın aparılması.
Tələblər:
Beton texnologiyası sahəsində ali təhsil;
Beton üzrə texnoloq vəzifəsində ən azı 3 il iş təcrübəsi;
Beton qarışıqlarının tərkibi və xüsusiyyətləri haqqında geniş biliklər;
Laboratoriyada işləmə təcrübəsi;
Texniki sənədlərlə işləmə bacarığı;
Komanda ilə işləmək bacarığı və liderlik qabiliyyəti;
Azərbaycan və rus dillərini bilmək (ingilis dili üstünlükdür);
Məsuliyyətli, detallara diqqət edən və nəticəyə yönümlü olmaq.
Təklif edirik:
Rəqabətədavamlı əmək haqqı - 1000 AZN
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Rahat iş mühiti və güclü kollektiv.
"Beton üzrə texnoloq" qeyd edib CV-nizi k.haciyeva@fiberstone.az e-mail adresinə göndərə bilərsiniz.
Sürücü ekspeditor tələb olunur
İşəgötürən: ABV
İş şəraiti:
İş qrafiki əmək məcəlləsinə uyğun olaraq 6 günlük. Şənbə qısa iş günü
İş yeri: Bakı şəh
Əmək h: 500-600 manat
Vəzifə öhdəlikləri:
Məhsulların anbardan ədəd və qutu üzrə sayılaraq düzgün təhvil alınması
Məhsulların zona üzrə satış nöqtələrinə təhlükəsiz və səliqəli çatdırılması
Məhsulların anbardan yük maşınına yüklənməsi
Yük maşınlarının boşaldılması, daxili malların çeşidlənmə işləri ilə məşğul olmaq
Depoda olan malları fiziki olaraq əzbərləmək, müştərinin mallarını deponun sürücüləri ilə birlikdə təhvil vermək
Təhvil təslim aktlarını düzgün formada imzaladıb təhvil vermək.
Namizədə tələblər:
Cinsi: Kişi;
Təhsil: Orta ixtisas / ali
BC sürücülük vəsiqəsi
Yaş həddi 20- 35 arası;
Hərbi mükəlləfiyyətli, fiziki əmək qabiliyyəti yüksək
Çevik və işində məsuliyyətli olmalı;
Maraqlanan namizədlər CV-lərini qeyd edilmiş cv@abv.az elektron poçt ünvanına "Sürücü ekspeditor" başlığını qeyd edərək göndərə bilərlər
Yük daşıma üzrə Dispetçer (qadın və ya kişi) tələb olunur
İşəgötürən: Caspian Logistics and Customs Service LLC
Tələblər
Xanım və ya bəy namizəd tələb olunur.
24-32 yaş arası
Aktiv, ünsiyyətçil, disiplinli
Korporativ ruhu olan,
Kollektivdə işləyə bilən.
Sürücülük vəsiqəsi olan ( \öz maşını olana üstünlük verilir)
Rus, İngilis dilllərində mail ilə satış edib əməliyyatları yerinə yetirən bilən.
İnternetdə araşdırma analiz etmə bacarığı olan.
İç şəraiti
İş rejimi 09:00-18:00 5 günlük
Əmək haqqı: 700 manat +% bonus
"Yük daşıma üzrə Dispetçer" qeyd edib CV-nizi office@clcs.az e-mail adresinə göndərə bilərsiniz.
Əlaqə nömrəsi: +994 10 250 73 07 Aysel xanım.
Marketinq Meneceri tələb olunur
İşəgötürən: Murad LTD
İş yeri: Sumqayıt
Namizədə Tələblər:
Ali təhsil
Dil bilikləri: azərbaycan, rus və ingilis dili
Analitik və kreativ düşünmə tərzi, məsuliyyətli və diqqətli olmaq
Sosial Media İşlərinin həyata keçirilməsi və təşkili üzrə təcrübə
Foto və video çəkilişlərin təşkili və idarə olunması bacarığı
Yüksək səviyyədə görüşlərin,danışıqların aparılması üzrə bacarıqlar
Vəzifə öhdəlikləri:
Şirkətin media əlaqlərini qurmaq,
Düzgün reklam alətlərini seçmək, reklam kampaniyalarını yazmaq
Korporativ tədbirlərin təşkilində iştirak etmək;
Promo materialların hazırlanması prossesini koordinasiya etmək;
Rəqib markaların marketinq fəaliyyətlərini təqib etmək;
Vəzifə öhdəliyinə əsasən rəhbərlikdən daxil olan tapşırıqları yerinə yetirmək
İş şəraiti:
İş qrafiki : hibrid
Korporativ nömrə şirkət tərəfindən qarşılanır
"Marketinq Meneceri " qeyd edib CV-nizi rena.hr@muradltd.az e-mail adresinə göndərə bilərsiniz.
Xadimə - ÇAYÇI tələb olunur
İşəgötürən: Bank of Baku
Vəzifə öhdəlikləri:
Birbaşa rəhbəri tərəfindən tərtib edilmiş qrafik əsasında və əlavə ehtiyac olduğu zaman işlədiyi inzibati binanın əməkdaşlarını və qonaqları keyfiyyətli üsulla hazırlanmış çay, qəhvə və s. sərinləşdirici içkilərlə təmin edir;
Mövcud çay otağının, mətbəxin və ya iş yerinin təmizliyini həyata keçirir ;
Ehtiyac olduğu zaman Rəhbərin tapşırığı ilə xadiməni əvəz edir;
İstifadə etdiyi avadanlığın qorunub saxlanmasına görə cavabdehlik daşıyır
Tələblər;
Sahə üzrə 1-3 il iş təcrübəsi
"Xadimə- çayçı" qeyd edib Cv-nizi careerbankofbaku@bankofbaku.com e-mail adresinəı göndərə bilərsiniz.
Çayçı- xadimə tələb olunur
İşəgötürən: Core Construction
Öhdəliklər:
Müəyyən edilmiş qaydalara əsasən, ofisin gündəlik ümumi təmizlik işlərini yerinə yetirmək;
Ofisə gələn qonaqlara çay vermək
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək
Namizədə tələblər:
Təmizkar və məsuliyyətli olmaq;
Təmizlik alətlərindən istifadə edə bilmək
Komandada işləmə bacarığı
İş barədə məlumat:
İş yeri: Bakı şəhəri , Elit Park Yaşayış Kompleksi
İş vaxtı : 1 - 5 ci günlər 09:00 dan - 18:00- a dək
Əmək haqqı 500 - 600 manat
CV-lərinizi “Xadimə” başlığı altında hr@coreconstruction.az mailinə göndərməyiniz xahiş olunur.
Şirkət haqqında
"Core Construction" MMC yarandığı gündən bu günədək çox sayda müxtəlif istiqamətli tikinti, təmir, dizayn işləri həyata keçirib. İlk öncə işlərin keyfiyyət dəyəri rəhbər tutulduğuna görə, şirkətimizin davamlı uğurları bizi tikinti bazarında dəyərli tərəfdaş olaraq tanıtmışdır.
Anestezioloq-reanimatoloq tələb olunur
İşəgötürən: OKI Hospital
Tələblər:
Ali təhsil;
Sahəsi üzrə tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifikasiya şəhadətnaməsi;
Dil bilikləri: Azərbaycan dili (rus və ingilis dilləri arzuolunandır);
İxtisas üzrə azı 5 il iş təcrübəsi.
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Tam iş günü;
Əmək haqqı 3000 AZN və yuxarı;
Yaşayış yeri klinika tərəfindən təmin edilir.
"Anestezioloq-reanimatoloq" qeyd edib CV-nizi contact@okihospital.az e-mail adresinə göndərə bilərsiniz.
Əlavə məlumat üçün (050) 767-60-08 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Sizi komandamızda görməyə şad olarıq!
Ünvan Qusar şəh., F. Musayev küç., 27
Hüquqşünas tələb olunur
İşəgötürən: Yapi Kredi Bank
Tələblər:
Ali hüquqi təhsil;
İxtisası (məhkəmə, icra, hərrac işləri) üzrə ən azı 3 il iş təcrübəsi;
Bank təcrübəsinin (Bankın məhkəmə, icra, hərrac kimi işləri üzrə ən azı 3 il iş təcrübəsinin) olması mütləqdir;
Banklar haqqında qanunvericilik aktları bilikləri ;
Mülki, əmək, inzibati qanunvericiliyini və mülki\inzibati\kommersiya prosesləri bilməli;
Daima hüquq və qanunvericiliklə bağlı yenilikləri öyrənərək işinə müvafiq şəkildə tətbiq etməsi ;
Mükəmməl azərbaycan dili biliyinin olması. İngilis dili bilənlərə üstünlük verilir.
Əsas iş funksiyaları:
Məhkəmə, icra, hərrac və s. işlərində Bankı təmsil edərək iştirak edir.
Hüquqi xarakter daşıyan sənədlərin tərtib olunmasında iştirak edir;
Problemli kreditlərin qaytarılması üçün zəruri tədbirlər görür;
Qüvvədə olan normativ-hüquqi aktların sistemləşdirilmiş uçotu və saxlanılması üzrə iş aparır, onların qüvvədən düşməsi və dəyişikliklərin edilməsi barədə qeydlər aparır;
Müqavilələrin hazırlanmasında yaxud bağlanması təklif olunan müqavilələrə dair hüquqi rəy verir.
İş funksiyalarından irəli gələrək digər müvafiq işləri həyata keçirir.
"Hüquqşünas" qeyd edib Cv-nizi hr@yapikredi.com.az e-mail adresinə göndərə bilərsiniz.
Müraciətlər və kontent üzrə mütəxəssis tələb olunur
İşəgötürən: Caspian Cable Systems MMC
Vəzifə öhdəlikləri:
• Sosial media platformalarından gələn mesajları və şərhləri vaxtında cavablandırmaq;
• Vebsaytda daxil olan sorğuları operativ şəkildə işləmək və müştərilərə dəqiq cavab vermək;
• Şirkətin saytına yeni məhsulları yükləmək və mövcud məhsulların məlumatlarını lazım gəldikdə yeniləmək;
• Müştəri məmnuniyyətini yüksək səviyyədə saxlamaq və yaranan problemləri həll etmək;
• Şirkətin təqdim etdiyi məhsullar və xidmətlər barədə müştərilərə ətraflı məlumat vermək.
Əsas tələblər:
• Müştəri xidməti sahəsində iş təcrübəsi;
• Səlis ünsiyyət bacarıqları və müştəri yönümlü yanaşma qabiliyyəti;
• Azərbaycan və Rus dillərində səlis danışıq (İngilis dili üstünlükdür);
• Sosial media platformaları və müştəri dəstək sistemləri ilə iş bacarığı;
• Problem həll etmə və sürətli reaksiya vermə bacarığı;
• Komandada işləmə bacarığı və detallara diqqət yetirmək qabiliyyəti;
İş şərtləri:
• 6 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər
• Əmək haqqı: 650 AZN
• İş yeri: Bakı şəh., Nərimanov ray., Ə.Rəcəbli 156A
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@caspiancable.com elektron ünvanına mövzu yerinə “Müraciətlər və kontent üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
İri şirkətə SÜRÜCÜLƏR tələb olunur
İşəgötürən: Avrora MMC
Vakansiyanın adı: Sürücü
Tələblər: Bəy namizəd
Vəzifələr:
Satışa gedən məhsulları ticarət nöqtələrinə çatdırma, gün sonu ticarət nöqtələrindən geri qaytarılan məhsulların anbara təhvil verilməsi, təhkim olunmuş avtomobilin saz vəziyyətdə olmağına nəzarət edilməsi və s.
Əlavə imkanlar: Nahar, servis xidməti
Müraciət üçün son tarix: 20.11.2024
İş yerinin ünvanı: Abşeron rayonu, At yalı qəsəbəsi, Avrora Sənaye Parkı
Əlaqə vasiyələri:
051-255-51-18
055-500-74-40
Mağaza direktoru tələb olunur - YÜKSƏK MAAŞ
İşəgötürən: TAROL - DD MMC (JYSK Azərbaycan)
İş şəraiti:
İş qrafiki - Növbəli
Əmək haqqı - 1400-1800 manat (NET)
Tələblər:
Ali təhsil;
Direktor vəzifəsi üçün satış təcrübəsi tələb olunur;
Namizəd: Qadın və ya kişi
Xoş, xarici görkəm
Dil bilikləri: Rus, Azərbaycan; (RUS DİLİ MÜTLƏQDİR)
Ünsiyyətcillik, dəqiqlik, punktuallıq;
Komandada işləmək bacarığı;
Məsuliyyətlər:
Mağazanın operativ idarə edilməsi (bütün gündəlik proseslər);
Mağaza satış planının yerinə yetirilməsini təmin etmək;
Mağaza personalını idarə etmək
Malların uçotu, inventar maddələri;
"Mağaza direktoru " qeyd edib CV-nizi hr@taroldd.com e-mail adresinə və ya 051 229 34 20 nömrənin Whatsapp-na göndərə bilərsiniz.
XXX XXX
Директор магазина
Требования:
Высшее образование;
Oпыт работы в сфере продаж на позиции директора обязателен;
Респектабельный внешний вид;
Знание Языков: Русский, Азербайджанский;
Коммуникабельность, общительность, аккуратность, пунктуальность;
Умение работать в команде;
Обязанности:
Оперативное управление магазином (все ежедневные процессы);
Обеспечение выполнения плана продаж магазина;
Управление персоналом;
Учет товара, ТМЦ;
Взаимодействие с контролирующими и государственными органами;
Составление отчетности;
Условия работы:
График работы - посменный
Заработная плата - 1400-1800 azn (нет после вычета налогов)
Hüquqşünas tələb olunur
İşəgötürən: Giləzi
Tələblər:
-Hüquq üzrə ali təhsil (magistr dərəcəsinin olması üstünlükdür);
-Korporativ hüquq sahəsində 5 il iş təcrübəsi;
-Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar, İcra haqqında qanunu, Əmək Qanunvericiliyini və Beynəlxalq Qanunvericiliyi bilməli;
-Analitik düşünmə və problemləri həll etmə bacarığı;
-Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
-Dil bilikləri: Azərbaycan, rus dili –yüksək səviyyədə, ingilis dili-arzuolunandır;
-E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək bacarığı;
-Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
-Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi.
Vəzifə öhdəlikləri:
-Şirkətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak edilməsi;
-Qüvvədə olan mülki, əmək, vergi, inzibati qanunvericilik və qanunvericiliyin digər sahələri üzrə hüquqi məsləhətlərin verilməsi;
-Şirkətin hüquqi maraqlarının məhkəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə təmsil edilməsi, həmçinin, məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması
-Daxili korporativ aktların, əmr, təlimat, prosedur-qaydaların, əsasnamələrin hazırlanmasında iştirak edilməsi və onların hüquqi ekspertizası;
-Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərin müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablandırılması;
-Müəssisənin adından bağlanılan bütün əqdlərin hüquqi ekspertizadan keçirilməsi, qanuna, müəssisənin mənafelərinə uyğun оlаn müqаvilələrin imza ilə təsdiqi və yа onlara dair yаzılı rəyin vеrilməsi, həmçinin, qаnunа, habelə müəssisənin mənafelərinə zidd əqdlərin tətbiqinin qarşısının alınması barədə rəhbərliyə səbəbi açıqlanmaqla yаzılı rəyin vеrilməsi;
-Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi;
-Müəssisənin fəaliyyəti üzrə müvafiq qanunvericiliyin, ona edilən əlavə və dəyişikliklər, onların ləğv olunması baxımından öyrənilməsi, onların müəssisənin maraqları baxımından təhlil edilməsi;
-Müəssisənin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində iştirak.
İş şəraiti:
-Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-6 günlük iş qrafiki (6cı gün qısaldılmış)
-Əmək haqqı: 1500 AZN
-İş yeri: Əhməd Rəcəbli.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini ir@gilezi.com elektron poçtuna mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə göndərmələri xahiş olunur.
“Şam-fi” şirkətinə fəhlələr tələb olunur _ NÖVBƏLİ İŞ
İşəgötürən: Sham-Fi International Trading Company - Şam Fi.
İş yerləri: Xətai rayonu 8 noyabr prospekti və Lökbatan qəsəbəsi.
İş qrafiki: 5 günlük 3 növbəli (Səhər növbəsi 08:00-16:00, Günorta növbəsi 16:00-23:00, Axşam növbəsi 23:00-08:00)
İşin təsviri: Qida məhsullarının yük maşınlarına yüklənməsi, fiziki xarakterli işlərin icrası.
İş haqqında əlavə məlumatlar:
Servis xidməti mövcuddur.
Əmək haqqı: 550-800 manat.
Nahar şirkət tərəfindən verilir.
Yaş həddi 18-50 yaş aralığıdır, fiziki cəhətdən sağlam, növbəli iş qrafikində işləməyə hazır olan şəxslərin müraciətlərinə baxılır.
Müraciət etmək istəyən şəxslər 051 233 66 60 Whatsapp nömrəsinə "Fəhlə" yazaraq müraciət edə bilər.
Şəxsi avtomobili olan SÜRÜCÜ tələb olunur
İşəgötürən: Antaris
İş barədə məlumat:
Satış qaiməsi əsasında malları anbardardan təhvil alıb tamlığı pozulmadan müştərilərə çatdırılma və təhvil-təslimi icra etmək;
Yerli alışlarda malları təchizatçılardan Təchizatçıya Sifariş (TS) üzrə təhvil almaq, sonra Şirkətin anbarına təhvil vermək.
Anbar çatdırılma müdirinin və Çatdırılma supervayzeri bilavasitə tapşırıqlarının yerinə-yetirilməsi;
Daxili nizam-intizam qaydalarına riayət etmək.
Namizədə tələblər:
Yaş: 22-45
Xoş və səliqəli görünüşə sahib olmalı
Dəqiqlik, dürüstlük, məsuliyyət, diqqətli olmaq;
Ünsiyyət qurmaq, səlis mədəni danışıq qabiliyyəti;
Kollektivdə işləmək bacarığı;
İş stajı – sürücü olaraq 1 il;
Sürücülük vəsiqəsi –BC;
Şəxsi avtomobilin olması (Fiat doblo və Ford markalı avtomobillərə üstünlük verilir);
Şəhəri tanımaq;
İş şəraiti:
İş günlərinin sayı 6 gün;
İstirahət günü həftədə 1 gün;
Əmək haqqı 1000 manat
300 manat avtomobilin carı xərcləri üçün aylıq ödəniş və + məsafəyə uyğun yanacaq təminatı
Sənədləşdirmə qanunvericiliyə uyğun şəkildə aparılır;
Namizədlər CV-lərini Sürücü (Şəxsi avtomobili olan) başlığı altında hr@antaris.az ünvanına göndərsinlər.
hr@antaris.az
Şirkət haqqında
Antaris QSC – ofis və layihə təchizatında Azərbaycan bazarının lider şirkətlərindəndir.