AŞBAZ tələb olunur
İşəgötürən: Fitway food
Tələblər:
Yaş həddi: 30-48
Yaınız QADIN namizədlər
Vəzifələr:
Avropa yeməklerini bilən aşbaz qadın tələb olunur
Əmək haqqı: 1000 azn
İş saatı: 10:00-19:00(6 gün)
İş yerinin ünvanı: Bəsti Bağırova 15
Müraciət qaydası: CV-nizi 050 977 17 88 nömrəsinə göndərilə bilərsiniz
AR qanunvericiliyinə uyğun əmək müqaviləsi bağlanılır
Porter kişi namizədlər tələb olunur
İşəgötürən: Zəfəran Hospital
Tələblər:
- Yaş: 20-35;
- Kişi namizədlər tələb olunur.
- Tibbi təhsil və təcrübə tələb olunmur.
- İşində məhsuliyyətli olması önəmlidir.
Vəzifə öhdəlikləri:
- Xəstələrə qulluq edilməsi və daşınmasında iştirak etmək;
- Hospital daxilində sanitariya və gigiyena qaydalarına riayət etmək;
- Zibil və tullantıları yığaraq müəyyən olunmuş yerə çatdırmaq.
İş şəraiti:
- İş qrafiki: Növbəli iş qrafiki
- Əmək haqqı: 400 AZN
- Ünvan: Nərimanov rayonu, Asif Məmmədov 30
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Porter” qeyd etməklə cv@zeferan.az elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-58-70 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
ƏCZAÇILAR tələb olunur
Şirkət: ”AzəriMed” QSC
Tələblər:
- Tibb təhsili (ali və ya orta ixtisas)
- Müvafiq sahədə təcrübə üstünlükdür .
Sizin öhdəlikləriniz:
- Müştərilərə məhsul seçimində yardım etmək
- Dərmanların satışını həyata keçirmək
- Aptekə daxil olan malları yoxlamaq və düzgün yerləşdirmək
- Dərmanların saxlanma şəraitinə nəzarət etmək .
Nə təklif edirik:
- Növbəli iş qrafiki
- 400-600 AZN əmək haqqı + bonuslar
Maraqlananlar məlumatlarınızı cv@azerimed.com mail ünvanına göndərin və 055-455-58-71 (WhatsApp) ilə əlaqə saxlayaraq gələcəyinizi bizimlə qurun!
Dərman şirkətinə MEBEL USTASI tələb olunur
İşəgötürən: “AzəriMed“ QSC
Tələblər:
- Namizəd: Kişi
- Qeyd olunan sahədə minimum 1 il iş təcrübəsi;
- İşində dəqiq və məsuliyyətli olmalı.
Vəzifə öhdəlikləri:
- Mebellərin düzəldilməsi, quraşdırılması və təmiri;
- Verilən tapşırıqları vaxtındə və dəqiq yerinə yetirilməsi;
- Təhlükəsizlik qaydalarına əməl edilməsi.
İş barədə məlumat:
- İş qrafiki: Tam iş günü
- Əmək haqqı: 800 Manat (Gross)
- Ünvan: Nərimanov rayonu, Asif Məmmədov 30
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Mebel ustası” qeyd etməklə cv@azerimed.com elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
SƏTƏM üzrə mütəxəssis tələb olunur
İşəgötürən: Qafqaz Vvood MMC
Vəzifə Öhdəlikləri:
İş yerlərində əməyin mühafizəsinin düzgün yerinə yetirilməsinə nəzarət etmək;
İş yeri sahələrinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırılmasını təşkil etmək.
Bədbəxt hadisələrin təhqiq olunmasında iştirak etmək .
İş yerlərində əməyin təhlükəsizliyi üzrə nişanların (xəbərdaredici,göstərici və s.) və lövhələrin siyahısını tərtib etmək.
Əməyin təhlükəsizliyi üzrə təlim proqramının təşkilində iştirak etmək və təsdiq olunmuş proqram üzrə işçilərə təlimlər keçmək;
İşçilər və bilavasitə işə rəhbərlik edən şəxslər tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət etmək;
İstehsalat sahələri üçün əməyin mühafizəsi məsələlərinə aid normativ texniki sənədlərin alınması üçün tələbnamə tərtib etmək;
Struktur rəhbərlərinin işçilərə ilkin və təkrar təlimat keçmələrinə nəzarət etmək, təlimatların qeyd jurnallarının vəziyyətini yoxlamaq;
Əməyin və ətraf mühitin mühafizəsi norma və qaydaları üzrə aşkar etdiyi pozuntuların aradan qaldırılması barədə bütün vəzifəli şəxslərə və mütəxəssislərə icrası məcburi olan göstərişlər vermək.
Namizədə dair tələblər:
Təhsil səviyyəsi: Ali texniki təhsil
İş təcrübəsi: müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
Müvafiq qanunvericilik aktları və normalarını üzrə biliklər;
Fhn-in də şəhadətnaməsi vacibdir;
Müvafiq sahə üzrə Sertifikatlar arzuolunandır;
Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqlarıMəsuliyyətli, çevik, stressə dözümlülük səriştələri
Təklif edirik:
İş qrafiki: 6 günlük (6-cı gün qısaldılmış)
Əmək haqqı: 700 manat (Başlanğıc)
Yaxşı iş mühiti və peşəkar komanda
AR-nın ƏM uyğun işə qəbul
Ünvan: Binəqədi rayon, Biləcəri qəs, Binəqədi şos, 8F
Əgər siz bu vəzifəyə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi Bileceri.setem@gardashlar.com və ya i.narmin@gardashlar.com ünvanına göndə bilərsiniz
Biznes analitik tələb olunur
İşəgötürən: Xalq Həyat Sığorta
İş şəraiti:
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri,Heydər Əliyev pr,164
Öhdəliklər:
Şirkət daxilində icra olunan proses, prosedurların qurulmasında və yeni sığorta məhsulunun yaradılmasında iştirak etmək;
Cari biznes proseslərdə problemləri və onların səbəblərini aşkar etmək;
Məhsul və proseslərin optimallaşdırılması yönündə təhlillər aparmaq, təkliflər hazırlamaq;
Texniki tapşırıqları hazırlamaq və maraqlı tərəflərlə müzakirə etmək,
Tələbləri izləmək və hesabatlar hazırlamaq;
Biznes-proseslər üzrə xəritələr (flow-charts) tərtib etmək;
Biznes proseslərin və sığorta məhsullarının təkmilləşdirilməsi zamanı xərc-gəlir təhlliləri aparmaq, görülən işlərin effektivliyini ölçmək;
Biznes proseslər üzrə test planları hazırlayıb yoxlamaq;
Biznes proseslər üzrə reqlamentlər və təlimatlar hazırlamaq;
Layihələrin idarə edilməsinə dəstək;
Tələblər:
İnformasiya Texnologiyaları, İqtisadiyyat, Maliyyə, Menecment üzrə Bakalavr və ya Magistr dərəcəsində ali təhsil;
Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
İT analitik, Biznes analitik və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi;
BI alətlər (Power BI, QlikView və s.), SQL, PL/SQL üzrə biliklərin olması;
Agile (Scrum) metodologiyası, blok sxemlər (BPMN) və Jira üzrə biliklərə sahib.
Komandada işləmək, individual qərarlar ala bilmək və stres altında işləyə bilmək;
Biznes və texnologiyanın tələblərini anlaya bilmək;
Avtomatlaşdırılmış proseslər (Biznes, İT) və layihələrin idarəedilməsi üzrə təcrübəyə malik olmaq;
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: orta
Sığorta bazarını, sığorta qanunvericiliyi anlamaq, sığorta məhsullarını bilmək,
Biznes analitika üzrə sertifikasiyalar
Qeyd:Tələblərə uyğun namizədlər mövzu hissəsində vakansiyanın adını “Biznes analitik” qeyd edərək Cv-lərini hr@xalqhayat.az elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Əmək haqqı ilə bağlı GROSS (brüt) və NETT (xalis) üzrə MƏLUMAT
Əmək haqqı ilə bağlı GROSS (brüt) və NETT (xalis) anlayışları aşağıdakı kimi fərqlənir:
Gross (Brüt)
Brüt əmək haqqı işçinin ümumi qazancını ifadə edir. Bu məbləğdən vergi, sosial sığorta və digər qanuni tutulmalar hələ çıxılmamış olur. İşəgötürən tərəfindən işçinin razılaşdığı müqavilə məbləği adətən brüt olaraq göstərilir.
Misal:
Bir işçi ilə 1.500 AZN brüt əmək haqqı üçün razılaşılıbsa, bu məbləğdən tutulmalar çıxılmadan əvvəlki məbləğdir.
Nett (Xalis)
Xalis əmək haqqı işçinin əlində qalan, yəni bütün vergilər, sosial sığorta və digər tutulmalar çıxıldıqdan sonra aldığı məbləğdir. Bu, işçinin faktiki olaraq istifadə edə biləcəyi puldur.
Misal:
Əgər bir işçinin brüt əmək haqqısı 1.500 AZN-dirsə və ondan 300 AZN vergi və tutulmalar çıxılırsa, işçinin xalis əmək haqqısı 1.200 AZN olacaq.
QEYD
Brüt əmək haqqı: Vergilər və tutulmalar daxil olmaqla ümumi məbləğ.
Xalis əmək haqqı: İşçinin faktiki olaraq aldığı məbləğ.
Buna görə də işə qəbul zamanı əmək haqqı şərtlərini müzakirə edərkən brüt və xalis məbləği dəqiq başa düşmək vacibdir.
Jamila M.
SATICI - KASSİRLƏR tələb olunur - 60 YAŞADƏK
İşəgötürən: ARAZ Supermarket MMC
İş yerinin ünvanı: * *Suraxanı. Bakıxanov, Günəşli, Qaraçuxur, Sabunçu
Tələblər:
●Kişi və qadın namizədlər
●18-60yaş
●İş təcrübəsi: 0-3 ay
●Təhsil: Orta təhsil
●Dil bilikləri: Azərbaycan
Yaşayış ünvanı: *Suraxanı. Bakıxanov, Günəşli, Qaraçuxur, Sabunçu
Vəzifələr:
●Müştərilərin istəyinə uyğun məhsul haqqında məlumat vermək.
●Vitrin təmizliyinə və məhsulun qiymətinə nəzarət etmək
●Rəhbərliyin tapşırdığı digər işlər
Əməkhaqqı: 400-450 manat , əlavə olaraq staja görə 50 AZN artım
Əlavə imkanlar:
●Əmək qanunvericiliyinə uyğun sənədləşmə.
●Dəyişkən iş qrafiki.
●Karyera inkişaf imkanları
●Nahar və çay
Müraciət qaydası: Uyğun namizədlər göstərilən əlaqə nömrəsi ilə zəng və ya whatsapp üzərindən əlaqə saxlaya bilər
Əlaqə: 055-253-18-12
Sosial Media Meneceri tələb olunur
İşəgötürən: Hi.mom -kids story
Tələblər:
Qadın.
Yaş həddi: 20-40 qadın namizəd
Təcrübə mütləqdir
Azərbaycan dili mükəmməl
Vəzifələr:...
* Sosial media səhfələrin idarə edilməsi
* Yeni məhsulların video təqdimatı
* video çəklişlərin aparılması (canlı yayım)
* Onlayn satışların edilməsi
Əmək haqqı: 500 manat + bonus
İş saat 10:00 dan 19:00 dək
İş yerinin ünvanı: Qara Qarayev metrosunun yanı
Müraciət qaydası
"SMM" qeyd edib CV-nizi Himom-baku@inbox.ru e-mail adresinə və ya 0515891708 nömrənin whatsapp-na göndərə bilərsiniz.
Müraciət üçün son tarix: ... 10.12.2024
Şəxsi avtomobili olan SATIŞ TƏMSİLÇİLƏRİ tələb olunur
İşəgötürən: İnci
-İş yeri: Bakı şəhəri, Ulduz metrosu yaxınlığında.
Tələblər:
-Ekspeditor kimi minimum 1 il iş təcrübəsi;
-Şəxsi maşın;
-Satış hədəflərinin vaxtlı vaxtında icra olunması;
-Təyinat məntəqələrinə vaxtında nəzarət edilməsi;
-Öz rutu üzərində yeni müştərilərin tapılması;
-Müştəri borclarının vaxtlı vaxtında yığılması və həmin gün kassaya təhvil verilməsi;
-5 günlük iş qrafiki
-Əmək haqqı: fix+aylıq satışa əsasən bonus sistemi;
-Nahar ilə təmin edilmə;
Tələblərimiz sizin üçün uyğundursa daha ətraflı məlumat üçün 0774415522 nömrəsinin whatsapı ilə əlaqə saxlayın.
Tibb Bacısı tələb olunur
İşəgötürən: Azərbaycan Beynəlxalq Maarif Məktəbləri
İş yeri: Azərbaycan Beynəlxalq Maarif Məktəbləri
İş qrafiki: Tam ştat
Tələblər:
Təhsil: Tibb bacısı ixtisası üzrə ali və ya orta ixtisas təhsili.
Təcrübə: Ən azı 3 il tibb bacısı olaraq iş təcrübəsi.
Yaş həddi: 22-45 yaş.
Ünsiyyət bacarıqları: Şagirdlər, müəllimlər və valideynlərlə yaxşı ünsiyyət qurmaq bacarığı; mehriban, səbirli və anlayışlı olmalıdır.
Təcili vəziyyətlərdə işləmək: İlk yardım göstərmə, qəfil yaralanma və ya xəstəliklər zamanı sürətli və effektiv reaksiya vermək bacarığı.
Sanitariya və gigiyena: Məktəbdə sanitariya qaydalarına nəzarət, tibbi məsləhətlərin verilməsi, xəstəliklərin yayılmasının qarşısını almaq üçün lazımi tədbirlərin görülməsi.
Sənədləşmə: Xəstəliklərlə bağlı şagirdlərin tibbi sənədlərinin aparılması, dərmanların idarə edilməsi və zəruri hallarda məlumatların valideynlərlə paylaşılması.
Vəzifə öhdəlikləri:
Şagirdlərə və işçilərə tibbi yardım göstərmək.
Tibbi müayinələr və immunizasiya tədbirlərinin təşkilində iştirak.
Məktəbdə xəstəliklərin və infeksiyaların profilaktikası üzrə tədbirlər keçirmək.
Məktəb təcili yardım protokollarına uyğun olaraq işləmək.
Əlavə üstünlüklər:
Psixologiya və ya uşaq inkişafı üzrə əlavə biliklərin olması.
Xarici dillər üzrə bilik üstünlük kimi qiymətləndirilir.
Müraciət qaydası: Vakansiyaya uyğun namizədlər CV və motivasiya məktublarını qeyd olunan ünvana göndərməlidirlər.
"TİBB BACISI" qeyd edib CV-nizi imsa@az.maarifschools.org e-mail adresinə göndərə bilərsiniz.
Təmirçi çilingər tələb olunur
İşəgötürən: Çıraq İnşaat MMC
Ərazi: Abşeron rayonu Məmmədli qəsəbəsi,
Fəaliyyət sferasi; Kabel istehsalı və elektrik məhsullarının topdan satışı
Namizədə tələblər:
Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
İstehsalatın texniki hazırlığını təmin etmək;
Yaranan texniki nasazlıqları aradan qaldırmaq;
Rəhbərliyin işlə bağlı verdiyi digər bütün tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək.
Əmək haqqı 700 - 800 manat
Həftədə 1 gün istirahət günü
Rəsmi əmək müqaviləsi, tam ştat
"Təmirçi çilingər" qeyd edib işlə bağlı müraciətinizi hr@chiraginshaat.com e-mail adresinə yaza bilərsiniz.
“Şam-fi” şirkətinə fəhlələr tələb olunur _ NÖVBƏLİ İŞ
İşəgötürən: Sham-Fi International Trading Company - Şam Fi.
İş yerləri: Xətai rayonu 8 noyabr prospekti və Lökbatan qəsəbəsi.
İş qrafiki: 5 günlük 3 növbəli (Səhər növbəsi 08:00-16:00, Günorta növbəsi 16:00-23:00, Axşam növbəsi 23:00-08:00)
İşin təsviri: Qida məhsullarının yük maşınlarına yüklənməsi, fiziki xarakterli işlərin icrası.
İş haqqında əlavə məlumatlar:
Servis xidməti mövcuddur.
Əmək haqqı: 550-800 manat.
Nahar şirkət tərəfindən verilir.
Yaş həddi 18-50 yaş aralığıdır, fiziki cəhətdən sağlam, növbəli iş qrafikində işləməyə hazır olan şəxslərin müraciətlərinə baxılır.
Müraciət etmək istəyən şəxslər 051 233 66 60 Whatsapp nömrəsinə "Fəhlə" yazaraq müraciət edə bilər.
Promouter tələb olunur
İşəgötürən: SİRAB
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Orta;
- Dil bilikləri: Azərbaycan – Əla;
- Yaş həddi: 18 – 25 qadın
- Təcrübə: Satış və market sahəsində (əsasən su və spirtli içkilər şöbəsində) minimum 1 il iş təcrübəsi.
- Gülərüz, səliqəli və xoş görünüşlü;
- Yüksək təqdim etmə bacarığı.
Fərdi keyfiyyət göstəriciləri:
- Kommunikasiya bacarığı;
- Məsuliyyətlilik;
- Operativlik;
- Nəticə yönümlü;
- Müştəri yönümlülük;
- Komandada işləmək bacarığı.
İş barədə:
- Təmsil etdiyi şirkətin məhsul və xidmətlərinin ən yaxşı şəkildə tanıdılması;
- Satış nöqtələrində məhsulların rəfdə, soyuducuda mövcudluğunun və rəf payının təmin edilməsi;
- Məhsulların vitrin və stok üzrə yoxlanması və mövcud olamayan məhsul haqqında satış təmsilçisinə məlumatın verilməsi;
İş vaxtının norması:
- 12:00-20:00
- Faliyyət ofis xaricində olacaq, hər gün ofisə gəlinmir.
- Əmək haqqı 700 manat
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://google/maps/iFLKeNz2rJoCoWDt5).
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Promouter” yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. WP 0559000551
Operator tələb olunur
İşəgötürən: Xan
İş yeri Bakı şəhərindədir
Əmək funksiyası:
Daxili yerdəyişmə sənədlərinin hazırlanması, avtonamaşınlara anbardan məhsul yüklənməsi sənədi və s.;
Satış sənədlərinin hazırlanması;
Şəbəkə marketlərə soyuq satış sifarişlərinin hazırlanması;
Satış təmsilçilərinin təqdim etdiyi gündəlik satış və ödənişlərin sistemdə yoxlanılması;
Satışlarda kompaniyaların sistem üzrə düzgün işlənib işlənməməsinin yoxlanılması;
Müştərilərdən geri qaytarılan məhsulların düzgün şərtlərdə geri qaytarılmasının yoxlanılması;
Sistemdə yeni müştərilərin açılması və planşetlərə yüklənməsi;
Anbar qalıqlarına baxılması və nəzarətin həyata keçirilməsi;
Müştəri satışlarına və dövriyyələrinə baxılması;
Müştəri borclarının akt əsasında dəyişdirilməsi;
Anbardan Məhsulların və ehtiyyat hissələrinin akt, əmr və qərar əsasında silinməsi;
Ümumi hesabatlara baxmaq;
İşə yeni qəbul olmuş işçilərin sənədləşməsinin aparılması (Tərcümeyi- hal, Kadrların uçot vərəqəsinin, əmək haqqı kartı sifariş formasının, işə qəbul və işdən çıxma ərizələrinin hazırlanması);
İşə davamiyyət tabelinin hazırlanması;
Sürücülərə yol vərəqələrinin hazırlanıb təhvil verilməsi;
Tələb olunun hesabatların işlənib hazırlanması;
Alqı-satqı və soyuducuların icarəyə verilməsi müqavilələrinin hazırlanması;
Tələblər:
Ali təhsil;
MS Office proqramlarını və 1C proqramını yüksək səviyyədə bilmək;
Operator vəzifəsi üzrə minimum bir il iş təcrübəsi;
Yaş həddi maksimum 35 yaş;
Ünsiyyət qurma və komandada işləmək bacarığı;
Analitik təhlil və operativlik.
İş şəraiti:
İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00;
Nahar fasiləsi 13:00 – 14:00;
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
QEYD:
• “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV formasına (linkdə yerləşdirilib) ciddi riayət olunmalıdır (təhsil barədə dolğun məlumat yazılmalı, əvvəlki iş yerləri barədə dolğun məlumat yazılmalı, yaşayış yeri dəqiq göstərilməlidir, CV-də namizədin fotoşəkili yerləşdirilməlidir və s.);
• Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV forması düzgün tərtib edilmədikdə və digər CV forması təqdim edildikdə baxılmayacaqdır.
Mövzu yerinə “Operator” yazıb b.isgenderov@xan.az və f.musayeva@xan.az elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.
DƏRMAN ANBARINA ÇOXSAYLI İŞÇİLƏR TƏLƏB OLUNUR
QABLAŞDIRICI, QƏBULÇU, RƏFLƏR ÜZRƏ DÜZƏNLƏYİCİ tələb olunur
İşəgötürən: Zeytun Pharmaceuticals
Vəzifə funksiyaları: Anbarda dərman preparatlarının qəbulu, qablaşdırılması, rəflərə yerləşdirilməsi və s. ibarətdir.
Namizədin iş yerinə yaxın ərazidə yaşaması şərtdir.
-İş yeri: NZS qəsəbəsi, Oqtay Vəliyev küç. 21C, Depo; - (050) 273 11 71 (Whatsapp -a (ZƏNG ETMƏYİN) mesaj yazaraq müraciət edin)
-İş yeri: Masazır qəsəbəsi; - (050) 273 52 00 (Whatsapp -a (ZƏNG ETMƏYİN) mesaj yazaraq müraciət edin)
Tələblər:
Anbarda 1 il iş təcrübəsi arzuolunandır
Rus dilində sərbət oxuma qabiliyyəti
Kompüterdən istifadə bacarığı
Cinsi: Kişi (hərbi xidməti başa vurmuş şəxslər)
Yaş həddi: 22-40
İş şəraiti:
İş qrafiki: 6 günlük iş həftəsi, iş rejimi
Növbəli işlərdə:08:00-dan 17:00, 09:00-dan – 18:00 kimi, 14:00-dan 22:00 kimi
Tək növbəli işlərdə:09:00-dan 18:00-a kimi
Nahar şirkət tərəfindən təmin edilir
Əmək haqqı: 600-800 manat
Maraqlanan şəxslər CV-ni HRDepartment@zeytunpharma.az email ünvanına göndərə bilər.
Sosial Media Meneceri tələb olunur
İşəgötürən: “AzəriMed” QSC
Tələblər:
• Ali təhsil;
• Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
• Azərbaycan və rus dili biliyi mütləq, ingilis dili biliyi arzuolunandır;
• Google Ads ilə işləmə və düzgün copywriting bacarığı üstünlükdür;
• Sosial media hesabları üzrə metodları və digər platformaları bilməli;
• Rəqəmsal və ənənəvi marketinq üzrə biliklər;
• Yenilikləri və trendləri izləməli;
• Komandada işləmək qabiliyyəti;
• Kreativ və innovativ düşüncəli olmalı.
Vəzifə öhdəlikləri:
• Şirkətə aid müvafiq brendlərin təhvil alınması və Sosial Media hesablarının idarə olunması (Facebook, Facebook Business Manager, Instagram, Google Ads. YouTube Studio);
• Reklamların idarə olunması, büdcənin hesablanması və aylıq təyinatı;
• Həftəlik/aylıq kontent planının hazırlanması;
• Dizayner, Videoqraf, Fotoqraf və Motion dizayner üçün müvafiq brieflərin yazılması;
• Fotoqraf və videoqrafa çəkiliş barədə olan ideyaların çatdırılması və çəkilişlərin idarə olunması;
• Marketinq kommunikasiyası üzrə müvafiq kanalllardan istifadə olunaraq kommunikasiyanın təşkili;
• Qoyulan marketinq hədəflərinə çatmaq üçün komanda ilə brainstorminqlərdə fəal iştirak;
• Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra olunması.
⠀⠀
İş şəraiti:
• Əmək haqqı: 600-800 manat
• İş qrafiki: Tam iş günü
• Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli 42 A küçəsi.
Maraqlanan şəxslər "Sosial Media Meneceri" qeyd edib Cv-lərini cv@azerimed.com mailinə göndərə bilərlər.
ANBARA İŞÇİLƏR tələb olunur
İşəgötürən: “AzəriMed“ QSC
Ünvan 1: Bakı dairəvi yol, Meyvəli bazarın yanı
Ünvan 2: Nərimanov rayonu, Asif Məmmədov 30
Tələblər:
- Yaş: 18-30; kişi namizəd
- Fiziki cəhətdən sağlam olmalı;
- Cəld, dəqiq və məsuliyyətli olmalı;
- Komandada işləyə bilməli.
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan malların qəbulu və boşaldılması;
- Məhsulların çeşidlənmə və yerləşdirilmə prosesinin həyata keçirilməsi;
- Verilən tapşırıqların dəqiq və vaxtında yerinə yetirilməsi;
- Daxili təhlükəsizlik və nizam-intizam qaydalarına əməl etmək.
İş şəraiti:
- İş qrafiki: Tam iş günü
- Əmək haqqı: 650 – 700 AZN (Gross)
- Nahar şirkət tərəfindən təmin olunur
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Anbar işçisi” qeyd etməklə cv@azerimed.com elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
MARKETİNQ MÜDİRİ tələb olunr
İşəgötürən: Bonamed
İş barədə məlumat
- Yeni vә mövcud mәhsullar üzrә marketinq planlarının işlәnilmәsi vә hәyata keçirilmәsi
- Məhsulların satışının artırılması istiqamətində yeni kompaniyalar hazırlamaq və icrasında iştirak etmək
- Şirkət saytı üzrə işlərdə iştirak
- Mövcud müştәri bazasını analiz etmək və həmin baza ilə daimi işləmək
- Marketinq araşdırmaları zamanı әldә edilәn nәticәlәrin tәhlili vә nәticәlәr әsasında tәkliflәrin hazırlanması
- Marketinq şöbәsinin gündәlik işinә operativ nәzarәt
- Satış şöbәsi ilә әmәkdaşlıq
Şərtlər:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma
- İş rejimi: 09:00-dan - 18:00-dək
- Həftənin 6 günü (Şənbə günü yarım iş günü)
- Bayramlar qeyri iş günü
- Telefon danışıq xərclərinin şirkət tərəfindən ödənişi
- Bütün avadanlıqlarla təminat
- Əmək haqqı 1200 AZN + bonus (KPİ bonus).
Namizədə tələblər
- Minimal 2 illik marketinq və sosial media təcrübəsi
- Adobe Photoshop, Adobe Premier, Adobe After Effect proqramları biliyi üstünlükdür
- Videolarla işləmə bacarığı üstünlükdür
- Digər növ pozisiyaya uyğun bütün bilik və bacarıqlar üstünlükdür.
"MARKETİNQ MÜDİRİ " qeyd edib CV-nizi cv@bonamed.az e-mail adresinə göndərə bilərsiniz.
SATICILAR tələb olunur
İşəgötürən: CHİCKEN PRO MMC
Tələblər:
- Yaş: 18-50 (Xanım namizədlərə üstünlük veriləcəkdir)
- Satış sahəsində təcrübə (qida sahəsi üzrə üstünlükdür)
- Yüksək səviyyədə satış bacarığı
- Ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı
- Müştəri məmnuniyyəti
Vəzifələr:
- Müştəriləri gülərüzlə qarşılayıb, məhsullar barədə ətraflı məlumat vermək.
-Müştərilərə uyğun məhsul variantları təklif edərək seçim etmələrinə kömək etmək.
-Yüksək səviyyədə xidmət göstərmək və müştəri məmnuniyyətini təmin etmək.
-Vitrinləri doldurmaq və məhsulların təzə, təmiz şəkildə təqdim olunmasına nəzarət etmək.
-Məhsulların keyfiyyətinə və saxlanma şəraitinə diqqət yetirmək.
-Yeni gələn məhsulların düzgün şəkildə mağazaya daxil edilməsi və məhsul çeşidlərinin davamlı yenilənməsinə nəzarət
Rəsmi əmək haqqı: Müsahibə əsasında
İş yerinin ünvanı: Bakı şəhəri
Müraciət qaydası: Bütün uyğun namizədlər “Satıcı” mövzusu ilə hr@chickenpro.az ünvanına öz CV-lərini göndərməyə dəvət edirik.
Əlaqə: 055 500 79 12 (Whatsapp)
Müraciət üçün son tarix: 31.12.2024
Haqqında: Məqsədimiz müştəri məmnuniyyətini hər zaman ön planda tutaraq yüksək keyfiyyətlə xidmət göstərməkdir. Ölkəmizdə qida sektorunun gələcəyi üçün əsaslı həllər yaratmaq, daxili yem və xammal istehsalatında etibarlı bir təminatçı olaraq öz brend məhsulları ilə bazarında lider olmaq.
İnşaat mühəndisi tələb olunur
İşəgötürən: AS İnşaat MMC
Struktur vahidinin adı: Ağalı kəndinin ikinci fazasının yenidənqurulması layihəsi
İş şəraiti:
İş yerinin yerləşdiyi ünvan: Zəngilan rayonu Ağalı kəndi
İş rejimi: həftə içi 6 gün
Təminatlar: Qalmaq üçün yer, səhər, günorta və axşam yeməyi.
Əmək haqqı: 2000 - 2200 AZN (Net)
Yerinə yetirəcəyi işlər
İnşaat üzrə işlərin görülməsini və resurslardan məqsədyönlü və səmərəli istifadə olunmasını təmin etməli;
Layihə-tədqiqat işlərinin yaxşılaşdırılması və xərclərinin azaldılması fəaliyyətinə rəhbərlik etməli;
Tikinti işlərinin təşkilinin təkmilləşdirilməsi və qabaqcıl tikinti metodlarının tətbiq edilməsi, tikinti-inşaat işlərinin icrası zamanı yubanmaların azaldilması və keyfiyyətin yüksəldilməsi;
Tikinti-inşaat işlərinin cari və perespektiv planlarının yenidən dəyişdirilməsi və inşa olunan obyektlərin istismara verilmə planlarının hazırlanmasına rəhbərlik etməli;
İstehsalın effektliyinin artırılmasında və texniki cəhətdən təchiz olunmasında, inşaat, layihələndirmə və avadanlıqların alınması üçün maliyyə vəsaitlərinin müəyyənləşdirilməsinə dair məsələlər barədə biznes-planların hazırlanmasında iştirak etməli;
Podratçı təşkilatlarla layihə-tədqiqat və tikinti-montaj işlərinin maliyyə və təsərrüfat, eləcə də material və avadanlıqların alınması üçün müəssisələrlə müqavilələrinin vaxtında bağlanmasının təmin olunması üşün tədbirlər görməli;
Tərəf müqabilləri tərəfindən müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət aparmaq, öhdəliklərin lazımınca yerinə yetirilməməsi zamanı iddia hazırlanmasında iştirak etməli;
Tikinti obyektləri üçün layihə-smeta sənədlərinin və materialların hazırlanmasında bütün zəruri məlumatların mövcudluğunu təmin etməli;
Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyə riayət olunmasına, eləcə də bütün tikinti, montaj işlərinin icra olunma vaxtlarına və keyfiyyətinə, onların təsdiq olunmuş layihə-smeta sənədləri ilə uyğunluğuna, tikinti norma və qaydalarına, sənaye gigiyenası və əməyin təşkili, yanğından mühafizə tələblərinə və texniki təhlükəsizlik normalarına nəzarət aparmalı;
Texniki nəzarəti həyata keçirən orqanlarla inşaat sahəsində, avadanlıqların quraşdırılması, sınqların aparılması və qeydiyyatdan keçirilməsi məsələlərini razılaşdırmalı;
Xərclərin azaldılması və inşaat müddətinin qısaldılmasına, kapital qoyuluşlarının xərcinin çıxarılması müddətinin azaldılmasına yönəlmiş səmərələşdirici və təkmilləşdirici təkliflərin verilməsinə yardımçı olmalı (konstruksiyanın möhkəmliyin azaldılmaması və keyfiyyətin aşağı salınmaması şərti ilə);
Əməyin təşkilinin müasir formalarının tətbiqinin, ona tabe olan şöbələrdə çalışan əməkdaşların peşakar kvalifikasiya potensialının məqsədyönlü istifadə olunmasını təmin etməli;
İnşaat obyektinin təhvil verilməsi, qəbul olunması və istismara verilməsi sahəsində işlər aparmalı;
Avadanlıq və tikinti materiallarının alınması üçün ayrılmış maliyyə vəsaitinin sərf olunmasına və alınmış avadanlıq və tikinti materiallarının saxlanması və düzgün mühafizə olunması qaydalarına riayət olunmasına nəzarəti həyata keçirməlidir.
Vəzifəyə olan tələblər
Ən az 3 il iş təcrübəsi
Ali təhsil
Komandada işləmək bacarığı
CV-lərinizi HR@asinshaat.az e-mail ünvanına “İnşaat mühəndisi” başlığı ilə göndərməyiniz xahiş olunur.
Təmizlik personalı (xadimə) tələb olunur
İşəgötürən: Sunlab MMC
Tələblər:
Qadın, yaş həddi 25-50 yaşadək
Vəzifəsi:
Ona verilən tapşırığa əsasən təhkim olunmuș sahəleri təmizləmək, təmizliyə riayət etmək.
İş qrafiki: Iki növbəli iş rejimi. 07:00-16:00, 08:30-17:30
Əmək haqqı müsahibə əsasında və təcrübəyə əsasən müəyyənləşdirilir
Işə götürülmə prosesi Əmək Qanunveticiliyinə əsasən həyata keçirilir
Ünvan: Nəsimi rayonu, Mirəli Qașqay 139 (keçmiş Nəsimi bazarının arxası)
Əlaqə: 0555047707
Elanın son tarixi 18.11.2024
Təhlükəsizlik Əməkdaşı tələb olunur
İşəgötürən: "Araz Market"
Tələb olunan ərazilər - Yasamal, Neftçilər, Həzi Aslanov, Nərimanov, Xətai, Bayil, Günəşli, 28 may və s.
Yaş həddi 19-35, boy həddi minimum 1.71
Hərbidə olmaq mütləqdir, tələbə, qolunda döymə tato, çapıq , qəbul edilmir.
Əmək haqqı 450 azn
Əmək haqqı+ Şirkətdəki staja görə bonuslar
Nahar və geyim mağaza tərəfindən təmin olunur.
Nahar fasiləsi 30 dəqiqədir. Hər biri 15 dəqiqə olmaqla 2 dəfə çay fasiləsi verilir.
Minimum 6 aydan sonra vəzifə dəyişikliyi əsasında karyera yüksəlişi və yüksək maaş.
İşlə bağlı 0559008316 Whatsapp nömrəsinə "Təhlükəsizlik Əməkdaşı" qeyd edərək müraciət edə bilərsiniz.
Böyük marketlər şəbəkəsinə satıcı-kassirlər tələb olunur
İşəgötürən: “Al Market” MMC
İş yerinin ünvanı: Bakı şəhəri
Tələblər:
Namizəd: QADIN və ya KİŞİ
18-50 yaş aralığı, iş təcrübəsi arzuolunandır, orta təhsil
Vəzifələr:
- Pərakəndə satışı həyata keçirmək;
- Rəflərdə satılan malların boş qalmış yerinə yeni malları yerləşdirmək;
- Mağazada müştərilərə alış-veriş zamanı malların seçimində köməklik göstərmək;
- Mağazada pul vəsaitlərinin müştərilərdən kassaya qəbul etmək;
- Pul vəsaitlərinin xəzinədarlığa təhvil vermək.
Rəsmi əməkhaqqı: 405 NET
Əlavə imkanlar: 5 manat Yemək pulu ödənişi (hər iş günü üçün)
Müraciət qaydası: 055 220 25 55; 055 300 56 57; cv@almarket.az
QEYD: Gələcəkdə karyera inkişafı və vəzifə yüksəlişi imkanı mövcuddur.
Haqqında:
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan, qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində ölkə lideri “Azərsun Holdinq” MMC-nin önəmli şirkətlərindən biri olan “AL Market”lər Bakı və bölgələrdəki 900-dən çox mağazası ilə pərakəndə sektorunun ən uğurlu şəbəkə marketlərindəndir. “AL Market”lər şəbəkəsi mağazalarının sadə interyeri və məhsul təqdimatı ilə yanaşı, uğurlu tədarük zənciri ilə xərcləri nəzarətdə saxlayaraq məhsullarını yüksək keyfiyyət və uyğun qiymət prinsipi ilə təqdim etməkdədir. Azərbaycanda sərt endirim modelinin ilk tətbiqçisi olan “AL Market”lər mağazalarındakı ərzaq və qeyri-ərzaq məhsulları üzrə genişçeşidliliyini yerli və qlobal brendləri və özünəməxsus məhsulları ilə də zənginləşdirib. Başda təcrübəli idarə heyəti, ölkəmizin dörd bir yanındakı 5000-ə yaxın işçisi və çoxsaylı tədarükçüləri başda olmaq üzrə, bütün tərəfdaşları ilə əlaqələrini güvən üzərində qurmuş “AL Market”lər, qeyd-şərtsiz məhsul qaytarmaq zəmanəti ilə müştəri məmnuniyyətini ən yüksək səviyyədə saxlamaqdadır. Hər il davamlı olaraq böyüyən “AL Market”lər həm ölkə iqtisadiyyatına, həm də yeni əməkdaşların səy və qatqısı ilə məşğulluğa töhfə verməyə davam etməkdədir.
Baş satıcı tələb olunur
İşəgötürən: TVİM
İş yerin ünvanı: Badamdar
Struktur vahidinin (departamentin, şöbənin, bölmənin) adı:
Tikinti materialları satışı mağazasında baş satıcının əsas vəzifəsi satış prosesini effektiv idarə etmək, satış hədəflərinə nail olmaq və mağazadakı satış komandasını təşkil edib dəstəkləməkdir. Baş satıcı, həmçinin müştəri məmnuniyyətini təmin etmək və mağazanın gəlirlərini artırmaq üçün fəaliyyət göstərir. Bu vəzifə, məhsul stoklarının izlənməsindən tutmuş müştəri xidmətlərinin keyfiyyətinə qədər müxtəlif sahələri əhatə edir.
Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər:
Satış komandasını gündəlik vəzifələr üzrə istiqamətləndirmək və işlərini koordinasiya etmək;
Satıcıların performansını izləmək, onlara lazımi təlimat və geri bildirim vermək;
Mağazanın satış hədəflərini nəzərə alaraq gündəlik, həftəlik və aylıq satış planlarını hazırlamaq və tətbiq etmək;
Satış hədəflərinə çatmaq üçün lazımi strategiyalar hazırlamaq və komanda ilə həyata keçirmək;
Hədəflərə nail olma səviyyəsini izləmək və tələb olunduqda performansı yaxşılaşdırmaq üçün tədbirlər görmək;
Müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsini təmin etmək;
Mağazada olan məhsulların stok səviyyələrini izləmək və zərurət yarandıqda təchizatçı ilə əlaqə saxlayaraq yenidən sifariş vermək;
Satış rəqəmlərini və nəticələrini analiz etmək üçün həftəlik və aylıq hesabatlar hazırlamaq;
Satışın ümumi vəziyyəti və inkişafını izləmək üçün rəhbərliyə hesabatlar təqdim etmək;
Satış hesabatlarına əsasən komandanın performansını analiz edib təkmilləşdirmək;
Tikinti materialları bazarındakı rəqibləri və onların təklif etdiyi məhsulları izləmək;
Rəqiblərin qiymət strategiyaları və promosyonları barədə məlumat toplamaq və mağazanın strategiyalarına uyğun təkliflər vermək;
Mağazada təyin olunmuş promosyon və kampaniyaları təşkil etmək və bu kampaniyalarla əlaqədar müştərilərə məlumat vermək;
Promosyonların effektivliyini izləmək və növbəti kampaniyalar üçün təkmilləşdirmə təklifləri vermək;
Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbidil bilikləri və s.):
Satış sahəsində, xüsusilə tikinti materialları və ya oxşar sahədə ən azı 3-5 il təcrübə. Ən azı 1-2 il idarəetmə təcrübəsi olan namizədlərə üstünlük verilir;
Tikinti materialları, onların istifadə sahələri, keyfiyyət standartları və texniki xüsusiyyətləri haqqında məlumatlı olmaq;
Müştərilərə məhsul haqqında ətraflı məlumat vermək və onların tələblərinə uyğun tövsiyələr təklif etmək bacarığı;
Satış strategiyaları və texnikaları haqqında məlumatlı olmaq və komandanın satış hədəflərinə nail olmasına dəstək vermək;
Rəqəmsal alətlərlə işləmək və satışı optimallaşdırmaq üçün texnologiyadan istifadə etmək.
Namizədlərdən CV-lərini “Baş satıcı” mövzusu ilə hr@qalagroup.az və info@tvim.az ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar
Tornaçı tələb olunur
İşəgötürən: Çıraq İnşaat MMC
Ərazi: Abşeron rayonu Məmmədli qəsəbəsi,
Fəaliyyət sferasi; Kabel istehsalı və elektrik məhsullarının topdan satışı
Namizədə tələblər:
Dəzgahın istismarı ilə bağlı tələbləri müəyyən etmək;
Dəzgahın hazırlanması prosesində istifadə ediləcək müvafiq alət, avadanlıq və materialları seçmək;
Kəsici alətləri, ehtiyat hissələrini və ya dəzgah əlavə edilən materialları yoxlamaq;
İstismardan əlavə avadanlığı yoxlamaq;
Maksimum səmərəlilik səviyyəsinin əldə edilməsi və iş tapşırığının yerinə yetirilməsi baxımından əməliyyatların ardıcıllığını müəyyən etmək;
Məhsulları emal etmək üçün tələb olunan metodları və əməliyyatların ardıcıllığını, habelə məhsulun ölçüləri və parametrlərini müəyyən etmək üçün ilkin detallar, cizgilər və texniki tələbləri öyrənmək;
Torna əməliyyarı üçün materialları düzgün şəkildə qoymaq;
İstismar prosedurlarına və istehsalçının texniki şərtlərinə uyğun olaraq dəzgahı işə salmaq, işlətmək və söndürmək;
Dəzgahı təmizləmək və yağlamaq, eləcə də yağlar, pas, ləkələr və kənar elementləri götürmək;
İstismar zamanı dəzgahın işinə və sürətinə nəzarət etmək;
Mikrometr və s. bu kimi dəqiq cihazlardan istifadə etməklə qüsurların olub-olmadığını aşkar etmək və texniki tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə tamamlanmış hissələri ölçmək, yoxlamaq və ya test etmək;
Lazımi şəkildə yağlanmasını və ya soyumasını təmin etmək məqsədi ilə emal olunan detalı yoxlamaq
İş barədə məlumat:
Əmək haqqı 700 - 800 azn
Həftədə 1 gün istirahət günü
Rəsmi əmək müqaviləsi, tam ştat
"Tornaçı" qeyd edib işlə bağlı müraciətinizi hr@chiraginshaat.com e-mail adresinə yaza bilərsiniz.
hr@chiraginshaat.com
Mağaza və restoran konseptli məkana işçilər tələb olunur
İşəgötürən: "Delicates " / “Dinçer və Carçıoglu”MMC
Vakansiyalar:
1. Qabyuyan
Yaş həddi: 25-55
İş qrafiki: 6gün, iş saatı 08-00-dan 17:00-dək
Əmək haqqı: 450-manat
2. Təqdimatçı (Ofisiant)
Yaş həddi: 20-30
Vəzifəsi
Hazırlanmış məhsulların tərkibini bilməli, məhsullardan hazırlanmış qidaların tərkibində olan ərzaqların müştərilərə məlumat verib və təqdim etmək
Əmək haqqı: 650 manat + Bonus
İş qrafiki: 6 gün, iş saatı 13:00-dan 10:00-dək
Dil bilikləri: İngilis və Rus (Təqdimat səviyyədə dil biliyi olmalıdır
Ünvan:▪️ Xocalı prospekti 84D., "AGA CENTER" ilə üzbəüz
Sizə uyğun vəzifənin adını qeyd edib medine.ismayilova@dinchercarchioglu.az / Cv@dinchercarchioglu.az e-mail adresinə və ya 0555151503 / 099 757 16 57 nömrənin whatsapp-na yaza bilərsiniz.
Satınalmalar üzrə mütəxəssis tələb olunur
İşəgötürən: Grabstar / Maple Trading
İş barədə məlumat:
Satınalma işlərinin təşkili;
Satınalma fəaliyyətləri, performans göstəriciləri və yüksək rəhbərlik üçün xərclərə qənaət haqqında müntəzəm hesabatların hazırlanması;
Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
Satınalmalar üzrə sənədləşmə işlərini aparmaq, müxtəlif hesabatları hazırlamaq;
Alınan malları tələb edilən vaxt və keyfiyyət çərçivəsində icra etmək;
Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması
Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili bazarda araşdırılması;
Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların,danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
Tələblər:
Azərbaycan dilində səlis danışıq qabiliyyəti
Kreativlik, analitik bacarıq
Aktiv və çalışqan
Məqsədyönlü və işinə məsuliyyətli yanaşan
Kollektivlə işləmə bacarığı
İş qrafiki:
İş vaxtı: Həftə içi 5 gün 09:00–dan 18:00 dək
Ə/h – 500-600 manat
Ünvan: Ələsgər Qayıbov 12/22
CV-nizi hr@mapletrading.az e-mail adresinin mövzu hissəsində " Satınalmalar üzrə mütəxəssis" yazaraq müraciət edə bilərsiniz.
Əlaqə nömrəsi: 0102251245
Stomatoloji Tibb bacısı tələb olunur
İşəgötürən: Bioloji Təbabət Klinikası
İdeal namizəd diş həkimlərimizə yüksək keyfiyyətli dəstək verəcək, xəstənin rahatlığını təmin edəcək və effektiv stomatoloji qulluq göstərməyə kömək edəcək. Bu rol müalicə otaqlarının hazırlanmasını, alətlərin sterilizasiyasını, xəstələrin qeydlərini idarə etməyi əhatə edir.
Vəzifə öhdəlikləri:
Stomatoloji prosedurlardan əvvəl alətləri, materialları və avadanlıqları hazırlamaq
Stomatoloji protokollara uyğun olaraq alətləri və avadanlıqları sterilizasiya edib və dezinfeksiya etmək
Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirmək, aseptika və antiseptika qaydalarına əməl etməyi bacarmaq
Xəstələri qarşılayıb müalicələrinə hazırlamaq və rahatlığını təmin etməklə müalicə zamanı kömək etmək
Stomatoloji kabinetin təmizliyini və təşkilini qorumaq
Təhlükəli materialların atılması da daxil olmaqla sağlamlıq və təhlükəsizlik qaydalarına əməl etmək
Dərmanların məqsədli işlədilməsinə məsuliyyət daşımaq, həkim təyinatlarının düzgün yerinə yetirilməsini, dərman maddələrinin və etil spirtinin müvafiq qaydada uçotunun aparılmasını, işlədilməsini və saxlanılmasını təmin etmək
Dəqiq və təfərrüatlı tibbi qeydləri saxlamaq, xəstə məlumatlarını digər tibb işçilərinə effektiv şəkildə çatdırmaq və təyin edilmiş inzibati tapşırıqları yerinə yetirmək
Tələb olunan bilik və bacarıqlar:
Tibb bacısı üzrə diplom və ya sertifikat
Güclü ünsiyyət, detallara diqqət, təşkilatçılıq qabiliyyəti və qayğıkeş yanaşma
Stomatoloji mühitdə əvvəlki təcrübə üstünlükdür
Rol tez-tez uzun müddət dayanmağı və hər yaşda olan xəstələrlə ünsiyyət qurmağı tələb edir
İş şəraiti:
Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq olaraq təyin edilir.
İş rejimi həftənin 6 günü (09:00 – 17:00), Şənbə günü qısa iş günü.
Maraqlanan namizədlər CV-ləri “ Stomatoluq Tibb bacısı” başlığı altında hr@btk.az mail ünvanına göndərə bilərlər.
LİFT AVADANLIQLARININ SATIŞ DİREKTORU tələb olunur
İşəgötürən: General Elevator LLC
hr@generalelevator.az
İş barədə məlumat
- Lift və eskalator avadanlıqların müştərilərə tanıtmaq və satışını həyata keçirmək
- Potensial müştərilərlə danışıqlar aparmaq və razılaşmalar əldə etmək
- Şirkəti düzgün təmsil etmək, şirkət dəyər və prinsiplərinə uyğun davranmaq
- Rəhbərliyə gündəlik/aylıq hesabatların təqdim etmək
- İş saatı : I-V günlər 09:00-dan - 18:00-dək, VI gün 10:00-dan - 15:00-a dək (istirahət günü : bazar günü)
- Telefon və yanacaq xərci şirkət tərəfindən verilir
- Fiks əmək haqqı + satışdan faiz
- 2000 manat + satışdan faiz
Namizədə tələblər
- Bəy namizədlər
- Dil bilikləri: Azərbaycan dili, rus dili, İngili dili
- Kompüter biliyi: Microsoft Office, Interner Explorer
- Şəxsi avtomobil və sürücülük vəsiqəsinin olması vacibdir
- Bu sahədə minimum 3 il iş təcrübəsi
- Satış bacarığı
- Müştərini qazanmaq qabiliyyəti
- Potensial müştəriləri müəyyən etmək, danışıqlar aparmaq və razılaşmalar əldə etmək
- Kollektivlə işləmək bacarığı
- Dəqiqlik, məsuliyyət və işə qərəzsiz yanaşma
- Problemləri həll etmə bacarığı
- Stressə davamlılıq
Qeyd:
CV lərinizi hr@generalelevator.az ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin"LİFT AVADANLIQLARININ SATIŞ DİREKTORU" ).
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.