SÜRÜCÜ tələb olunur
İşəgötürən: Gemza Group
İş yeri: Bakı, Koroglu metrosu yaxınlığı
İş barədə məlumatlar
İşin təsviri: Şirkətə aid nəqliyyat vasitəsinin idarə edilməsi
Yaş: 40-55 yaşadək kişi namizəd
Həftəlik iş günləri: 6 gün (növbəli iş rejimi,həftədə 1 gün istirahət)
İş günləri: 09.00-18.00 (işə görə dəyişə bilər)
Təhsil: Böyük şirkətlərdə işləmiş (BP, Sclumberger və s.), təhlükəsiz sürmə, Sətəm qaydaları kimi təlimlərdə iştirak etmiş, səliqəli geyinməyi bacaran, yaxşı danışıq qabiliyyəti olan namizədlərə üstünlük verilir.
Sosial Paketlər: Könüllü tibbi siğorta, Nəticələrə görə bonus,
Mobil danışıq, Nahar və s.
Dil bilikləri: Rus dili və İngilis dili (üstünlük təşkil edir)
İş təcrübəsi: 5 ildən çox
Əmək haqqı: 600-900 AZN- Naharla təminat: Şirkət tərəfindən
Tələblər:
Şöbənin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək.
Avtonəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq;
Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək;
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək;
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
Əsaslı və/və ya cari təmirdən/profilaktik işlərdən çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak etmək;
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;
İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün ehtiyat hissələrinin alınmasına sifarişlər, təmir işləri ilə əlaqədar texniki sənədləri, iş haqqında hesabatlar tərtib etmək; avtonəqliyyat vasitəsinin zəruri ehtiyat hissələri ilə vaxtında təmin olunmasına nail olmaq;
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək.
İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək.
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeyd etmək, bu göstəricilərin verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin etmək.
Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.
Şirkətə gələn qonaqların qarşılanması, yola salınması, sənədlərin çatdırılması, başqa ünvanlardan sənədlərin alınıb şirkətə çatdırılması, müştərilərə məhsulları çatdırılması, təhvil verilməsi proseslərini həyata keçirmək.
Yalnız uğurlu namizədlər mühasibəyə dəvət olunacaqlar.
"Sürücü" qeyd edib CV-nizi hr@gemza.az e-mail adresinə göndərə bilərsiniz.
Yalnız uğurlu namizədlər mühasibəyə dəvət olunacaqlar.
13 VƏZİFƏ ÜZRƏ İŞÇİLƏR TƏLƏB OLUNUR
İşəgötürən: Resant Group axtarır:
VƏZİFƏLƏR
1. Aşbaz - 900-1000 azn,
2. Aşbaz köməkçiləri - 600-700 azn,
3. Salatçı - 900-1000 azn,
4. Hostes - 800-900 azn (Dil biliyi mütləq),
5. Mühafizə - 550 azn,
6. Ofisiant - 450 azn+satışın 2%,
7. Komi - 450 azn,
8. Kassir - 600 azn,
9. Arabaçı - 500 azn,
10. Liftçi - 500 azn,
11. Barmen - 700-800 azn,
12. Təmizlikçilər 500-550 azn,
13. Kabab köməkçisi - 700-800 azn.
Əlaqə nömrəsi: 055 2082977 ( İşlə bağlı müraciətinizi (CV-nizi) WhatsApp-a yaza bilərsiniz.)
E-mail: hr@resantgroup.az
SMM tələb olunur
İşəgötürən: F-land idman klubu
İş yeri: Nizami rayonu Neftçilər m. ərazisi (metrodan 10-15 dəqiqəlik yol məsafəsi)
Şirkətin sayt və sosial media hesablarının idarəsi
-Səhifəyə gələn sorğuları cavablandırmaq
-Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq və idarə etmək
-Potensial müştərilərə şirkətlə bağlı ətraflı məlumatların verilməsi
Sosial media sahəsində biliklər
-Maraqlı,kreativ video-kontent çəkmək bacarığı
-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
-İş qrafiki: 6 gün, İstirahət-bazar
- İş saatı: 14:00 dan 21:00 dək 6 iş günü
- Əmək haqqı: 500-600 manat
Tələblər:
Təhsil : Orta
İş təcrübəsi : 1 ildən aşağı
Yaş həddi : 18 - 23 Cins : Qadın
- Rus dilini bilənlərə üstünlük verilir
- Məsuliyyətli olmalı, Dəqiq
- İnsanlarla ünsiyyət qura bilmək bacarığı
- İşində dürüst və səliqəli olmalı
- Kompüter bilikləri : Ofis proqramları: Word, Excel, Internet
ŞƏKİLLİ CV-nizi 0 50 213 48 16 nömrənin whatsapp-na "SMM " yazaraq müraciət edə bilərsiniz.
- Şəkilsiz cv-lərə baxılmayacaq
Mexanik mühəndis tələb olunur
İşəgötürən: PROES MMC
Müvafiq sahə üzrə ali təhsili olan, 5 il və üzəri təcrübəyə malik, kompyuter bacarıqları və sahəylə bağlı proqram biliyi yüksək olan əməkdaş axtarışındayıq.
5/2 iş həftəsi;
Əmək haqqı 1500-2000 AZN
Uyğun namizədlər "Mexanik mühəndis" qeyd edib CV-nizi siyatel.haciyeva@proes.az mail ünvanına cv göndərə bilərsiniz.
İT üzrə əməkdaşlar tələb olunur
İşəgötürən: Rabitəbank
GRS Specialist
Network Security Specialist
Senior Information Security Specialist
Ə/h və vəzifə müsahibə vaxtı namizədin bilik və bacarıqlarına uyğun təyin edilir .
" İT" qeyd edib 📥 Fidan.Mursalzade@rabitabank.com mail vasitəsi ilə göndərə bilərsiniz .
Briqada üzvü (Kassir) tələb olunur
İşəgötürən: GFC MMC
Əgər sən də böyük ailəmizə qoşulmaq və karyeranı qurmaq istəyirsənsə, səni gözləyirik!
Namizədə aid tələblər:
18-45 yaş arasında;
Gülərüz,intizamlı,məsuliyyətli, punktual ,səliqəli və operativ olması;
Öyrənmə bacarığı yaxşı olan;
İş yerində səliqə və təmizliyə riayət olunması;
Karyera qurmaq istəyi.
Əsas vəzifə və öhdəliklər:
Kassa əməliyyatlarının yerinə yetirilməsi;
Qonaqların qarşılanması və yola salınması;
Məhsulların keyfiyyətinə nəzarət;
İş stansiyasının və zalın təmizliyinə nəzarət;
Xarici görünüş standartlarına əməl edilməsi.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Növbəli iş rejimi,həftədə 6 iş günü ;
Əmək haqqı-500 manat
Mehriban iş kollektivi;
Təlim keçmə və karyera artımı imkanları.
Mail:
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Briqada üzvü Simit Sarayı” qeyd edərək hr.simitsarayi@gfc.az e-ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
55 yaşadək 4 əraziyə SATICILAR tələb olunur
İşəgötürən: ARAZ Supermarket MMC
Yaşayış ünvanı: *ƏHMƏDLi,, NARGİLƏ, H.ASLANOV,* *XƏZƏR DAİRƏSİ*
Tələblər:
●Kişi və qadın namizədlər
●18-55yaş
●İş təcrübəsi: Təcrübə mütləq deyil
●Təhsil: Orta təhsil
●Dil bilikləri: Azərbaycan
Vəzifələr:
●Müştərilərin istəyinə uyğun məhsul haqqında məlumat vermək.
●Vitrindəki meyvə-tərəvəzin təmizliyinə və məhsulun qiymətinə nəzarət etmək
●Rəhbərliyin tapşırdığı digər işlər
Əməkhaqqı: 400-450 AZN, əlavə olaraq staja görə 50 AZN artım
Əlavə imkanlar:
●Əmək qanunvericiliyinə uyğun sənədləşmə.
●Dəyişkən iş qrafiki.
●Karyera inkişaf imkanları
●Nahar və çay
Daxili layihələrə əsasən əlavə bonuslar
İş yerinin ünvanı: ƏHMƏDLi,, NARGİLƏ, H.ASLANOV,* *XƏZƏR DAİRƏSİ*
Müraciət qaydası: Uyğun namizədlər göstərilən əlaqə nömrəsi ilə zəng və ya whatsapp üzərindən əlaqə saxlaya bilər
Əlaqə: 055-225-59-51
DƏRMAN ANBARINA ÇOXSAYLI İŞÇİLƏR TƏLƏB OLUNUR
QABLAŞDIRICI, QƏBULÇU, RƏFLƏR ÜZRƏ DÜZƏNLƏYİCİ tələb olunur
İşəgötürən: Zeytun Pharmaceuticals
Vəzifə funksiyaları: Anbarda dərman preparatlarının qəbulu, qablaşdırılması, rəflərə yerləşdirilməsi və s. ibarətdir.
Namizədin iş yerinə yaxın ərazidə yaşaması şərtdir.
-İş yeri: NZS qəsəbəsi, Oqtay Vəliyev küç. 21C, Depo; - (050) 273 11 71 (Whatsapp -a (ZƏNG ETMƏYİN) mesaj yazaraq müraciət edin)
-İş yeri: Masazır qəsəbəsi; - (050) 273 52 00 (Whatsapp -a (ZƏNG ETMƏYİN) mesaj yazaraq müraciət edin)
Tələblər:
Anbarda 1 il iş təcrübəsi arzuolunandır
Rus dilində sərbət oxuma qabiliyyəti
Kompüterdən istifadə bacarığı
Cinsi: Kişi (hərbi xidməti başa vurmuş şəxslər)
Yaş həddi: 22-40
İş şəraiti:
İş qrafiki: 6 günlük iş həftəsi, iş rejimi
Növbəli işlərdə:08:00-dan 17:00, 09:00-dan – 18:00 kimi, 14:00-dan 22:00 kimi
Tək növbəli işlərdə:09:00-dan 18:00-a kimi
Nahar şirkət tərəfindən təmin edilir
Əmək haqqı: 600-800 manat
Maraqlanan şəxslər CV-ni HRDepartment@zeytunpharma.az email ünvanına göndərə bilər.
Sosial Media Meneceri tələb olunur
İşəgötürən: “AzəriMed” QSC
Tələblər:
• Ali təhsil;
• Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
• Azərbaycan və rus dili biliyi mütləq, ingilis dili biliyi arzuolunandır;
• Google Ads ilə işləmə və düzgün copywriting bacarığı üstünlükdür;
• Sosial media hesabları üzrə metodları və digər platformaları bilməli;
• Rəqəmsal və ənənəvi marketinq üzrə biliklər;
• Yenilikləri və trendləri izləməli;
• Komandada işləmək qabiliyyəti;
• Kreativ və innovativ düşüncəli olmalı.
Vəzifə öhdəlikləri:
• Şirkətə aid müvafiq brendlərin təhvil alınması və Sosial Media hesablarının idarə olunması (Facebook, Facebook Business Manager, Instagram, Google Ads. YouTube Studio);
• Reklamların idarə olunması, büdcənin hesablanması və aylıq təyinatı;
• Həftəlik/aylıq kontent planının hazırlanması;
• Dizayner, Videoqraf, Fotoqraf və Motion dizayner üçün müvafiq brieflərin yazılması;
• Fotoqraf və videoqrafa çəkiliş barədə olan ideyaların çatdırılması və çəkilişlərin idarə olunması;
• Marketinq kommunikasiyası üzrə müvafiq kanalllardan istifadə olunaraq kommunikasiyanın təşkili;
• Qoyulan marketinq hədəflərinə çatmaq üçün komanda ilə brainstorminqlərdə fəal iştirak;
• Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra olunması.
⠀⠀
İş şəraiti:
• Əmək haqqı: 600-800 manat
• İş qrafiki: Tam iş günü
• Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli 42 A küçəsi.
Maraqlanan şəxslər "Sosial Media Meneceri" qeyd edib Cv-lərini cv@azerimed.com mailinə göndərə bilərlər.
ANBARA İŞÇİLƏR tələb olunur
İşəgötürən: “AzəriMed“ QSC
Ünvan 1: Bakı dairəvi yol, Meyvəli bazarın yanı
Ünvan 2: Nərimanov rayonu, Asif Məmmədov 30
Tələblər:
- Yaş: 18-30; kişi namizəd
- Fiziki cəhətdən sağlam olmalı;
- Cəld, dəqiq və məsuliyyətli olmalı;
- Komandada işləyə bilməli.
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan malların qəbulu və boşaldılması;
- Məhsulların çeşidlənmə və yerləşdirilmə prosesinin həyata keçirilməsi;
- Verilən tapşırıqların dəqiq və vaxtında yerinə yetirilməsi;
- Daxili təhlükəsizlik və nizam-intizam qaydalarına əməl etmək.
İş şəraiti:
- İş qrafiki: Tam iş günü
- Əmək haqqı: 650 – 700 AZN (Gross)
- Nahar şirkət tərəfindən təmin olunur
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Anbar işçisi” qeyd etməklə cv@azerimed.com elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
MARKETİNQ MÜDİRİ tələb olunr
İşəgötürən: Bonamed
İş barədə məlumat
- Yeni vә mövcud mәhsullar üzrә marketinq planlarının işlәnilmәsi vә hәyata keçirilmәsi
- Məhsulların satışının artırılması istiqamətində yeni kompaniyalar hazırlamaq və icrasında iştirak etmək
- Şirkət saytı üzrə işlərdə iştirak
- Mövcud müştәri bazasını analiz etmək və həmin baza ilə daimi işləmək
- Marketinq araşdırmaları zamanı әldә edilәn nәticәlәrin tәhlili vә nәticәlәr әsasında tәkliflәrin hazırlanması
- Marketinq şöbәsinin gündәlik işinә operativ nәzarәt
- Satış şöbәsi ilә әmәkdaşlıq
Şərtlər:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma
- İş rejimi: 09:00-dan - 18:00-dək
- Həftənin 6 günü (Şənbə günü yarım iş günü)
- Bayramlar qeyri iş günü
- Telefon danışıq xərclərinin şirkət tərəfindən ödənişi
- Bütün avadanlıqlarla təminat
- Əmək haqqı 1200 AZN + bonus (KPİ bonus).
Namizədə tələblər
- Minimal 2 illik marketinq və sosial media təcrübəsi
- Adobe Photoshop, Adobe Premier, Adobe After Effect proqramları biliyi üstünlükdür
- Videolarla işləmə bacarığı üstünlükdür
- Digər növ pozisiyaya uyğun bütün bilik və bacarıqlar üstünlükdür.
"MARKETİNQ MÜDİRİ " qeyd edib CV-nizi cv@bonamed.az e-mail adresinə göndərə bilərsiniz.
SATICILAR tələb olunur
İşəgötürən: CHİCKEN PRO MMC
Tələblər:
- Yaş: 18-50 (Xanım namizədlərə üstünlük veriləcəkdir)
- Satış sahəsində təcrübə (qida sahəsi üzrə üstünlükdür)
- Yüksək səviyyədə satış bacarığı
- Ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı
- Müştəri məmnuniyyəti
Vəzifələr:
- Müştəriləri gülərüzlə qarşılayıb, məhsullar barədə ətraflı məlumat vermək.
-Müştərilərə uyğun məhsul variantları təklif edərək seçim etmələrinə kömək etmək.
-Yüksək səviyyədə xidmət göstərmək və müştəri məmnuniyyətini təmin etmək.
-Vitrinləri doldurmaq və məhsulların təzə, təmiz şəkildə təqdim olunmasına nəzarət etmək.
-Məhsulların keyfiyyətinə və saxlanma şəraitinə diqqət yetirmək.
-Yeni gələn məhsulların düzgün şəkildə mağazaya daxil edilməsi və məhsul çeşidlərinin davamlı yenilənməsinə nəzarət
Rəsmi əmək haqqı: Müsahibə əsasında
İş yerinin ünvanı: Bakı şəhəri
Müraciət qaydası: Bütün uyğun namizədlər “Satıcı” mövzusu ilə hr@chickenpro.az ünvanına öz CV-lərini göndərməyə dəvət edirik.
Əlaqə: 055 500 79 12 (Whatsapp)
Müraciət üçün son tarix: 31.12.2024
Haqqında: Məqsədimiz müştəri məmnuniyyətini hər zaman ön planda tutaraq yüksək keyfiyyətlə xidmət göstərməkdir. Ölkəmizdə qida sektorunun gələcəyi üçün əsaslı həllər yaratmaq, daxili yem və xammal istehsalatında etibarlı bir təminatçı olaraq öz brend məhsulları ilə bazarında lider olmaq.
İnşaat mühəndisi tələb olunur
İşəgötürən: AS İnşaat MMC
Struktur vahidinin adı: Ağalı kəndinin ikinci fazasının yenidənqurulması layihəsi
İş şəraiti:
İş yerinin yerləşdiyi ünvan: Zəngilan rayonu Ağalı kəndi
İş rejimi: həftə içi 6 gün
Təminatlar: Qalmaq üçün yer, səhər, günorta və axşam yeməyi.
Əmək haqqı: 2000 - 2200 AZN (Net)
Yerinə yetirəcəyi işlər
İnşaat üzrə işlərin görülməsini və resurslardan məqsədyönlü və səmərəli istifadə olunmasını təmin etməli;
Layihə-tədqiqat işlərinin yaxşılaşdırılması və xərclərinin azaldılması fəaliyyətinə rəhbərlik etməli;
Tikinti işlərinin təşkilinin təkmilləşdirilməsi və qabaqcıl tikinti metodlarının tətbiq edilməsi, tikinti-inşaat işlərinin icrası zamanı yubanmaların azaldilması və keyfiyyətin yüksəldilməsi;
Tikinti-inşaat işlərinin cari və perespektiv planlarının yenidən dəyişdirilməsi və inşa olunan obyektlərin istismara verilmə planlarının hazırlanmasına rəhbərlik etməli;
İstehsalın effektliyinin artırılmasında və texniki cəhətdən təchiz olunmasında, inşaat, layihələndirmə və avadanlıqların alınması üçün maliyyə vəsaitlərinin müəyyənləşdirilməsinə dair məsələlər barədə biznes-planların hazırlanmasında iştirak etməli;
Podratçı təşkilatlarla layihə-tədqiqat və tikinti-montaj işlərinin maliyyə və təsərrüfat, eləcə də material və avadanlıqların alınması üçün müəssisələrlə müqavilələrinin vaxtında bağlanmasının təmin olunması üşün tədbirlər görməli;
Tərəf müqabilləri tərəfindən müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət aparmaq, öhdəliklərin lazımınca yerinə yetirilməməsi zamanı iddia hazırlanmasında iştirak etməli;
Tikinti obyektləri üçün layihə-smeta sənədlərinin və materialların hazırlanmasında bütün zəruri məlumatların mövcudluğunu təmin etməli;
Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyə riayət olunmasına, eləcə də bütün tikinti, montaj işlərinin icra olunma vaxtlarına və keyfiyyətinə, onların təsdiq olunmuş layihə-smeta sənədləri ilə uyğunluğuna, tikinti norma və qaydalarına, sənaye gigiyenası və əməyin təşkili, yanğından mühafizə tələblərinə və texniki təhlükəsizlik normalarına nəzarət aparmalı;
Texniki nəzarəti həyata keçirən orqanlarla inşaat sahəsində, avadanlıqların quraşdırılması, sınqların aparılması və qeydiyyatdan keçirilməsi məsələlərini razılaşdırmalı;
Xərclərin azaldılması və inşaat müddətinin qısaldılmasına, kapital qoyuluşlarının xərcinin çıxarılması müddətinin azaldılmasına yönəlmiş səmərələşdirici və təkmilləşdirici təkliflərin verilməsinə yardımçı olmalı (konstruksiyanın möhkəmliyin azaldılmaması və keyfiyyətin aşağı salınmaması şərti ilə);
Əməyin təşkilinin müasir formalarının tətbiqinin, ona tabe olan şöbələrdə çalışan əməkdaşların peşakar kvalifikasiya potensialının məqsədyönlü istifadə olunmasını təmin etməli;
İnşaat obyektinin təhvil verilməsi, qəbul olunması və istismara verilməsi sahəsində işlər aparmalı;
Avadanlıq və tikinti materiallarının alınması üçün ayrılmış maliyyə vəsaitinin sərf olunmasına və alınmış avadanlıq və tikinti materiallarının saxlanması və düzgün mühafizə olunması qaydalarına riayət olunmasına nəzarəti həyata keçirməlidir.
Vəzifəyə olan tələblər
Ən az 3 il iş təcrübəsi
Ali təhsil
Komandada işləmək bacarığı
CV-lərinizi HR@asinshaat.az e-mail ünvanına “İnşaat mühəndisi” başlığı ilə göndərməyiniz xahiş olunur.
Təmizlik personalı (xadimə) tələb olunur
İşəgötürən: Sunlab MMC
Tələblər:
Qadın, yaş həddi 25-50 yaşadək
Vəzifəsi:
Ona verilən tapşırığa əsasən təhkim olunmuș sahəleri təmizləmək, təmizliyə riayət etmək.
İş qrafiki: Iki növbəli iş rejimi. 07:00-16:00, 08:30-17:30
Əmək haqqı müsahibə əsasında və təcrübəyə əsasən müəyyənləşdirilir
Işə götürülmə prosesi Əmək Qanunveticiliyinə əsasən həyata keçirilir
Ünvan: Nəsimi rayonu, Mirəli Qașqay 139 (keçmiş Nəsimi bazarının arxası)
Əlaqə: 0555047707
Elanın son tarixi 18.11.2024
Təhlükəsizlik Əməkdaşı tələb olunur
İşəgötürən: "Araz Market"
Tələb olunan ərazilər - Yasamal, Neftçilər, Həzi Aslanov, Nərimanov, Xətai, Bayil, Günəşli, 28 may və s.
Yaş həddi 19-35, boy həddi minimum 1.71
Hərbidə olmaq mütləqdir, tələbə, qolunda döymə tato, çapıq , qəbul edilmir.
Əmək haqqı 450 azn
Əmək haqqı+ Şirkətdəki staja görə bonuslar
Nahar və geyim mağaza tərəfindən təmin olunur.
Nahar fasiləsi 30 dəqiqədir. Hər biri 15 dəqiqə olmaqla 2 dəfə çay fasiləsi verilir.
Minimum 6 aydan sonra vəzifə dəyişikliyi əsasında karyera yüksəlişi və yüksək maaş.
İşlə bağlı 0559008316 Whatsapp nömrəsinə "Təhlükəsizlik Əməkdaşı" qeyd edərək müraciət edə bilərsiniz.
Süd və süd məhsulları istehsalı üzrə operator tələb olunur
İşəgötürən: Xırman
Iş barədə məlumat
Süd qəbulunda ötürmə prosseslərini aparmaq;
Avadanlığın vaxtında işə düşməsinə və dayandırılmasına nəzarət etmək;
Südün ölçülərinə nəzarət etmək;
Südün paterizə edilməsi, tərkibində qaymağın ayrılması və çənlərə ötürmə prossesini aparmaq;
Südün saxlamaq temperaturuna nəzarət etmək;
Qaymağın soyudulması və boşaldılması prossesinin aparmaq.
Namizədə tələblər:
Cins: Bəy namizəd
Yaş həddi: 23-45
Təhsil orta və ya orta ixtissas təhsili
İşgüzar, məsuliyyətli;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
Qeyd olunan sahədə ən az 1 il iş təcrübəsi
Digər Məlumatlar:
İş qrafiki: 6 günlük
İş saatı: 08:00 – 18:00
Əmək haqqı: 800 AZN
Nahar şirkət tərəfindən verilir.
Ünvan; Binəqədi yolu 100
"Süd və süd məhsulları istehsalı üzrə operator " qeyd edib Cv-nizi shahla.najafova@xirman.az e-mail adresinə göndərə bilərsiniz.
Ziraat Bank Azərbaycanda YENİ VAKANSİYALAR
Vəzifələr:
1. Middle Core banking developer
2. System Analyst
3. Middle / Senior frontend developer.
4. Middle / Senior Backend developer.
5. System admin
6. Network admin.
Vəzifənin adını qeyd edib CV-nizi cv.tech@ziraatbank.az e-mail adresinə göndərə bilərsiniz.
50 yaşadək Fəhlə tələb olunur
İşəgötürən: A Plus Supermarketlər şəbəkəsi
İşçiyə qoyulan tələblər:
- Fiziki cəhətdən saglam və kollektivdə işləmək bacarığı olmalı;
- Təhsil: Orta təhsil
- Yaş: 18-50 kişi namizəd
Vəzifə öhdəlikləri:
- Yeni gələn məhsulların mağazanın anbarına boşaldılması və daxili saxlama sahələrinə daşınması;
- Gün ərzində yığılan tullantıların düzgün şəkildə atılması və təkrar istifadə üçün uyğun materialların ayrılması;
- Mağazadakı təhlükəsizlik qaydalarına riayət edilməsi və məhsulların təhlükəsiz şəkildə yığılması;
- Bəzi hallarda müştərilərə kömək etmək; (Məs; məhsulun tapılmasında və ya daşınmasında yardım göstərmək)
- Zibil qutularının müntəzəm olaraq boşaldılması və mağazanın təmiz saxlanması;
İş şərtləri:
- Əmək haqqı: 450 + azn;
- Nahar,şirkət tərəfindən təmin edilir;
- İş vaxtı: 2 növbəli 08:00-17:00
- İstirahət günü Həftədə 1 gün;
"Fəhlə" qeyd edib işlə bağlı müraciətinizi 099 500 56 58 nömrənin WhatsApp -na yaza bilərsiniz.
E-mail: Gara.Guliyev@aplus.az
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Satış təmsilçisi tələb olunur
İşəgötürən: “Safe Season” MMC
Tələblər:
Təhsil: Orta ixtisas - Ali,
İş təcrübəsi minumum 2 il,
MS Office bilikləri.
Vəzifə öhdəlikləri:
• Şirkət məhsularının satışının təşkil edilməsi;
• Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər xüsusiyyətləri barədə məlumatın verilməsi;
• Müştərilərlə daim əlaqədə olması, onların ehtiyac və tələblərinin analiz edilməsi;
• Rəhbərliyin göstərilən vəzifə üzrə digər tapşırıqlarının həyata keçirilməsi.
Əlavə məlumat:
• İş qrafiki: Həftədə 6 gün
•iş vaxtı: 09:00 -18:00 , 6-cı gün saat 10:00-13:00
Şirkət tərəfindən təmin edilir:
• Korporativ nömrə;
• Rəqabətə davamlı əmək haqqı və satışa görə bonus;
• AR əmək məcəlləsinə uyğun rəsmiləşdirilmə.
Əmək haqqı : 600 -700 manat + satışdan gəlir(bonus)
Ünvan: Bakı şəh.,Ak.Həsən Əliyev
Vakansiyaya müraciət etmək istəyən şəxslər öz cv-lərini elektron məktubun mövzu hissəsində “Satış təmsilçisi” yazıb *Office@safeseason.az* e-mail ünvanımıza göndərə bilərlər.
mob: (099) 772 22 08
satıcı
Koordinator (Qeydiyyatçı) tələb olunur
İşəgötürən: MediClub
İş haqqında məlumat:
Xəstələrin gəbulu və qeydiyyatı;
Qiymətlər və xidmətlər barədə məlumatın verilməsi;
Telefon zənglərinə cavab verilməsi;
Təcili yardım çağırışlarının təşkili;
Sənədləşmə prosesinin təşkili və s.
Namizədə tələblər:
Ali təhsil;
Azərbaycan dili ilə yanaşı, rus və ya ingilis dili biliyi;
Yüksək səviyyədə yazılı və şifahi nitq bacarığı;
Gecə növbəsində işləmək imkanı;
Yüksək stresə davamlılıq və emosiyalara nəzarət etmə bacarığı;
Məhdud vaxt çərçivəsində effektiv işləmə qabiliyyəti;
Pasiyentlər və ya müştərilərlə iş təcrübəsi;
Microsoft Office proqramlarında işləmək bacarığı.
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə ;
Növbəli iş rejimi ;
Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq olaraq 525 - 840 AZN arası təyin edilir.
Koordinator (Qeydiyyatçı) qeyd edib CV-nizi ofeliya_al@mediclub.az e-mail adresinə göndərə bilərsiniz.
“Şam-fi” şirkətinə fəhlələr tələb olunur _ NÖVBƏLİ İŞ
İşəgötürən: Sham-Fi International Trading Company - Şam Fi.
İş yerləri: Xətai rayonu 8 noyabr prospekti və Lökbatan qəsəbəsi.
İş qrafiki: 5 günlük 3 növbəli (Səhər növbəsi 08:00-16:00, Günorta növbəsi 16:00-23:00, Axşam növbəsi 23:00-08:00)
İşin təsviri: Qida məhsullarının yük maşınlarına yüklənməsi, fiziki xarakterli işlərin icrası.
İş haqqında əlavə məlumatlar:
Servis xidməti mövcuddur.
Əmək haqqı: 550-800 manat.
Nahar şirkət tərəfindən verilir.
Yaş həddi 18-50 yaş aralığıdır, fiziki cəhətdən sağlam, növbəli iş qrafikində işləməyə hazır olan şəxslərin müraciətlərinə baxılır.
Müraciət etmək istəyən şəxslər 051 233 66 60 Whatsapp nömrəsinə "Fəhlə" yazaraq müraciət edə bilər.
AŞBAZ tələb olunur
İşəgötürən: Fitway food
Tələblər:
Yaş həddi: 30-48
Yaınız QADIN namizədlər
Vəzifələr:
Avropa yeməklerini bilən aşbaz qadın tələb olunur
Əmək haqqı: 1000 azn
İş saatı: 10:00-19:00(6 gün)
İş yerinin ünvanı: Bəsti Bağırova 15
Müraciət qaydası: CV-nizi 050 977 17 88 nömrəsinə göndərilə bilərsiniz
AR qanunvericiliyinə uyğun əmək müqaviləsi bağlanılır
Porter kişi namizədlər tələb olunur
İşəgötürən: Zəfəran Hospital
Tələblər:
- Yaş: 20-35;
- Kişi namizədlər tələb olunur.
- Tibbi təhsil və təcrübə tələb olunmur.
- İşində məhsuliyyətli olması önəmlidir.
Vəzifə öhdəlikləri:
- Xəstələrə qulluq edilməsi və daşınmasında iştirak etmək;
- Hospital daxilində sanitariya və gigiyena qaydalarına riayət etmək;
- Zibil və tullantıları yığaraq müəyyən olunmuş yerə çatdırmaq.
İş şəraiti:
- İş qrafiki: Növbəli iş qrafiki
- Əmək haqqı: 400 AZN
- Ünvan: Nərimanov rayonu, Asif Məmmədov 30
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Porter” qeyd etməklə cv@zeferan.az elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-58-70 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
ƏCZAÇILAR tələb olunur
Şirkət: ”AzəriMed” QSC
Tələblər:
- Tibb təhsili (ali və ya orta ixtisas)
- Müvafiq sahədə təcrübə üstünlükdür .
Sizin öhdəlikləriniz:
- Müştərilərə məhsul seçimində yardım etmək
- Dərmanların satışını həyata keçirmək
- Aptekə daxil olan malları yoxlamaq və düzgün yerləşdirmək
- Dərmanların saxlanma şəraitinə nəzarət etmək .
Nə təklif edirik:
- Növbəli iş qrafiki
- 400-600 AZN əmək haqqı + bonuslar
Maraqlananlar məlumatlarınızı cv@azerimed.com mail ünvanına göndərin və 055-455-58-71 (WhatsApp) ilə əlaqə saxlayaraq gələcəyinizi bizimlə qurun!
Dərman şirkətinə MEBEL USTASI tələb olunur
İşəgötürən: “AzəriMed“ QSC
Tələblər:
- Namizəd: Kişi
- Qeyd olunan sahədə minimum 1 il iş təcrübəsi;
- İşində dəqiq və məsuliyyətli olmalı.
Vəzifə öhdəlikləri:
- Mebellərin düzəldilməsi, quraşdırılması və təmiri;
- Verilən tapşırıqları vaxtındə və dəqiq yerinə yetirilməsi;
- Təhlükəsizlik qaydalarına əməl edilməsi.
İş barədə məlumat:
- İş qrafiki: Tam iş günü
- Əmək haqqı: 800 Manat (Gross)
- Ünvan: Nərimanov rayonu, Asif Məmmədov 30
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Mebel ustası” qeyd etməklə cv@azerimed.com elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
SƏTƏM üzrə mütəxəssis tələb olunur
İşəgötürən: Qafqaz Vvood MMC
Vəzifə Öhdəlikləri:
İş yerlərində əməyin mühafizəsinin düzgün yerinə yetirilməsinə nəzarət etmək;
İş yeri sahələrinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırılmasını təşkil etmək.
Bədbəxt hadisələrin təhqiq olunmasında iştirak etmək .
İş yerlərində əməyin təhlükəsizliyi üzrə nişanların (xəbərdaredici,göstərici və s.) və lövhələrin siyahısını tərtib etmək.
Əməyin təhlükəsizliyi üzrə təlim proqramının təşkilində iştirak etmək və təsdiq olunmuş proqram üzrə işçilərə təlimlər keçmək;
İşçilər və bilavasitə işə rəhbərlik edən şəxslər tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət etmək;
İstehsalat sahələri üçün əməyin mühafizəsi məsələlərinə aid normativ texniki sənədlərin alınması üçün tələbnamə tərtib etmək;
Struktur rəhbərlərinin işçilərə ilkin və təkrar təlimat keçmələrinə nəzarət etmək, təlimatların qeyd jurnallarının vəziyyətini yoxlamaq;
Əməyin və ətraf mühitin mühafizəsi norma və qaydaları üzrə aşkar etdiyi pozuntuların aradan qaldırılması barədə bütün vəzifəli şəxslərə və mütəxəssislərə icrası məcburi olan göstərişlər vermək.
Namizədə dair tələblər:
Təhsil səviyyəsi: Ali texniki təhsil
İş təcrübəsi: müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
Müvafiq qanunvericilik aktları və normalarını üzrə biliklər;
Fhn-in də şəhadətnaməsi vacibdir;
Müvafiq sahə üzrə Sertifikatlar arzuolunandır;
Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqlarıMəsuliyyətli, çevik, stressə dözümlülük səriştələri
Təklif edirik:
İş qrafiki: 6 günlük (6-cı gün qısaldılmış)
Əmək haqqı: 700 manat (Başlanğıc)
Yaxşı iş mühiti və peşəkar komanda
AR-nın ƏM uyğun işə qəbul
Ünvan: Binəqədi rayon, Biləcəri qəs, Binəqədi şos, 8F
Əgər siz bu vəzifəyə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi Bileceri.setem@gardashlar.com və ya i.narmin@gardashlar.com ünvanına göndə bilərsiniz
Biznes analitik tələb olunur
İşəgötürən: Xalq Həyat Sığorta
İş şəraiti:
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri,Heydər Əliyev pr,164
Öhdəliklər:
Şirkət daxilində icra olunan proses, prosedurların qurulmasında və yeni sığorta məhsulunun yaradılmasında iştirak etmək;
Cari biznes proseslərdə problemləri və onların səbəblərini aşkar etmək;
Məhsul və proseslərin optimallaşdırılması yönündə təhlillər aparmaq, təkliflər hazırlamaq;
Texniki tapşırıqları hazırlamaq və maraqlı tərəflərlə müzakirə etmək,
Tələbləri izləmək və hesabatlar hazırlamaq;
Biznes-proseslər üzrə xəritələr (flow-charts) tərtib etmək;
Biznes proseslərin və sığorta məhsullarının təkmilləşdirilməsi zamanı xərc-gəlir təhlliləri aparmaq, görülən işlərin effektivliyini ölçmək;
Biznes proseslər üzrə test planları hazırlayıb yoxlamaq;
Biznes proseslər üzrə reqlamentlər və təlimatlar hazırlamaq;
Layihələrin idarə edilməsinə dəstək;
Tələblər:
İnformasiya Texnologiyaları, İqtisadiyyat, Maliyyə, Menecment üzrə Bakalavr və ya Magistr dərəcəsində ali təhsil;
Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
İT analitik, Biznes analitik və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi;
BI alətlər (Power BI, QlikView və s.), SQL, PL/SQL üzrə biliklərin olması;
Agile (Scrum) metodologiyası, blok sxemlər (BPMN) və Jira üzrə biliklərə sahib.
Komandada işləmək, individual qərarlar ala bilmək və stres altında işləyə bilmək;
Biznes və texnologiyanın tələblərini anlaya bilmək;
Avtomatlaşdırılmış proseslər (Biznes, İT) və layihələrin idarəedilməsi üzrə təcrübəyə malik olmaq;
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: orta
Sığorta bazarını, sığorta qanunvericiliyi anlamaq, sığorta məhsullarını bilmək,
Biznes analitika üzrə sertifikasiyalar
Qeyd:Tələblərə uyğun namizədlər mövzu hissəsində vakansiyanın adını “Biznes analitik” qeyd edərək Cv-lərini hr@xalqhayat.az elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Əmək haqqı ilə bağlı GROSS (brüt) və NETT (xalis) üzrə MƏLUMAT
Əmək haqqı ilə bağlı GROSS (brüt) və NETT (xalis) anlayışları aşağıdakı kimi fərqlənir:
Gross (Brüt)
Brüt əmək haqqı işçinin ümumi qazancını ifadə edir. Bu məbləğdən vergi, sosial sığorta və digər qanuni tutulmalar hələ çıxılmamış olur. İşəgötürən tərəfindən işçinin razılaşdığı müqavilə məbləği adətən brüt olaraq göstərilir.
Misal:
Bir işçi ilə 1.500 AZN brüt əmək haqqı üçün razılaşılıbsa, bu məbləğdən tutulmalar çıxılmadan əvvəlki məbləğdir.
Nett (Xalis)
Xalis əmək haqqı işçinin əlində qalan, yəni bütün vergilər, sosial sığorta və digər tutulmalar çıxıldıqdan sonra aldığı məbləğdir. Bu, işçinin faktiki olaraq istifadə edə biləcəyi puldur.
Misal:
Əgər bir işçinin brüt əmək haqqısı 1.500 AZN-dirsə və ondan 300 AZN vergi və tutulmalar çıxılırsa, işçinin xalis əmək haqqısı 1.200 AZN olacaq.
QEYD
Brüt əmək haqqı: Vergilər və tutulmalar daxil olmaqla ümumi məbləğ.
Xalis əmək haqqı: İşçinin faktiki olaraq aldığı məbləğ.
Buna görə də işə qəbul zamanı əmək haqqı şərtlərini müzakirə edərkən brüt və xalis məbləği dəqiq başa düşmək vacibdir.
Jamila M.
SATICI - KASSİRLƏR tələb olunur - 60 YAŞADƏK
İşəgötürən: ARAZ Supermarket MMC
İş yerinin ünvanı: * *Suraxanı. Bakıxanov, Günəşli, Qaraçuxur, Sabunçu
Tələblər:
●Kişi və qadın namizədlər
●18-60yaş
●İş təcrübəsi: 0-3 ay
●Təhsil: Orta təhsil
●Dil bilikləri: Azərbaycan
Yaşayış ünvanı: *Suraxanı. Bakıxanov, Günəşli, Qaraçuxur, Sabunçu
Vəzifələr:
●Müştərilərin istəyinə uyğun məhsul haqqında məlumat vermək.
●Vitrin təmizliyinə və məhsulun qiymətinə nəzarət etmək
●Rəhbərliyin tapşırdığı digər işlər
Əməkhaqqı: 400-450 manat , əlavə olaraq staja görə 50 AZN artım
Əlavə imkanlar:
●Əmək qanunvericiliyinə uyğun sənədləşmə.
●Dəyişkən iş qrafiki.
●Karyera inkişaf imkanları
●Nahar və çay
Müraciət qaydası: Uyğun namizədlər göstərilən əlaqə nömrəsi ilə zəng və ya whatsapp üzərindən əlaqə saxlaya bilər
Əlaqə: 055-253-18-12
Sosial Media Meneceri tələb olunur
İşəgötürən: Hi.mom -kids story
Tələblər:
Qadın.
Yaş həddi: 20-40 qadın namizəd
Təcrübə mütləqdir
Azərbaycan dili mükəmməl
Vəzifələr:...
* Sosial media səhfələrin idarə edilməsi
* Yeni məhsulların video təqdimatı
* video çəklişlərin aparılması (canlı yayım)
* Onlayn satışların edilməsi
Əmək haqqı: 500 manat + bonus
İş saat 10:00 dan 19:00 dək
İş yerinin ünvanı: Qara Qarayev metrosunun yanı
Müraciət qaydası
"SMM" qeyd edib CV-nizi Himom-baku@inbox.ru e-mail adresinə və ya 0515891708 nömrənin whatsapp-na göndərə bilərsiniz.
Müraciət üçün son tarix: ... 10.12.2024