RESEPŞN tələb olunur
İşəgötürən: İsmixanlı MMC
Tələblər:
Ali təhsil,
Azərbaycan və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı,
MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı,
Komandada işləmə bacarığı.
Öhdəliklər:
Birbaşa rəhbərliyin verdiyi tapşırıqları icra etmək
Ofis daxili sənədləşmələrin həyata keçirilməsinə nəzarət və qeydiyatının aparılması, rəhbərliyə bir başa təqdim olunması Iclasların və müşavirələrin təşkili
Məlumatların konfedensiallığını qorumaq
Qonaqların qarşılanması və servisi (çay, qəhvə, su)
Gündəlik görüləcək işlərin planlaşdırılması, görüşlərin təşkili, şöbələrə aid verilən tapşırıqların icrasını nəzarətdə saxlamaq və hesabatını aparmaq
Rəhbərliyin tapşırıqlarını aktiv şəkildə təyinatı üzrə yönləndirmək və məruzə etmək
İşlərin təlimatlara uyğun qaydada təşkili və icrası
İş şəraiti:
Əmək haqqı: 450 manat
Korporativ nömrə
Ünvan: 8 noyabr pr, Blue residence satış ofisi
İş günlərinin sayı 6 gün
Tələblərə uyğun şəxslər CV-lərini xayala.aliyeva@ismikhanli.az elektron poçt ünvanına mövzu hissəsinə “Resepşn” yazaraq qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər.
İsmikhanli” MMC Azərbaycanda peşəkar bağçılıq və meyvə yetişdirmə sahələri ilə məşğul olan şirkətdir.
Gözətçi tələb olunur - 2 GÜN İŞ 2 GÜN İSTİRAHƏT
İşəgötürən: Santral Electric LLC
Tələblər:
25-40 yaş
Ali və orta təhsil
Dillər : Azərbaycan dili (Rus dili arzuolunandır)
Müvafiq sahədə 1-3 il iş təcrübəsi
Ünsiyyət qurmaq bacarığı
Kollektivdə işləmək bacarığı
İş barədə məlumat:
İş qrafiki növbəli (2 gün iş, 2 gün istirahət)
Nahar şirkət tərəfindən təmin edilir.
Ünvan: Dərnəgül. Ziya Bünyadov pr 2071
Əmək haqqı: 470 manat
Vəzifə təlimatı:
Müşahidə kameraları vasitəsi ilə, işçilərin, ərazinin və obyektlərin gün ərzində izlənilməsini təşkil etməlidir;
Təşkilatın girişində növbə çəkir; işçiləri, qonaqları, nəqliyyatı onların təqdim etdikləri müvafiq sənədlər üzrə təşkilatın ərazisinə və geriyə buraxır;
Mühafizə olunan obyektin bütövlüyünü (kilidlər və digər bağlama qurğuları; plombların varlığı, yanğınəleyhinə inventarlar; siqnalizasiyanın, telefonların, işıqlanmanın sazlığı) yoxlayır;
Müşayiətedici sənədləri faktiki mövcud yüklə yoxlayır;
Növbəni qəbul edir və təhvil verir.
Əmlakın, işçilərin qorunması və təhlükəsizliyinə görə məsul olmaq;
Ərazidə kənar şəxslər müşahidə edildikdə dərhal aidiyyatı üzrə məruzə etmək;
CV-lərinizi “Gözətçi” başlığı ilə cv@santral.az poçt ünvanına göndərməyiniz xahiş olunur.
Əlaqə: 0512050103
mühafizəçi
Sənəd nəzarətçisi tələb olunur (qadın
İşəgötürən: "Foodini" MMC
- İş yeri Hökməli qəsəbəsində yerləşdiyi üçün yaxın yaşayış məntəqələrinin sakini olması arzu olunandır. Narah şirkət tərəfindən verilir.
İş barədə məlumat
-Qaimə-fakturaları yoxlamaq
-Təhvil-təslim, üzləşmə aktlara nəzarət etmək
-Alqı-satqı müqavilələrin hazırlanması
-Xidməti sənədlərin mühafizəsini təmin etmək
Namizədə tələblər
- Yaş həddi: 25-35
- Ali təhsil
- Kargüzarlıq sahəsində 1 il iş təcrübəsi
- Logo Unity proqramında və MS office,excell işləmək bacarığı arzu olunan
- Əmək haqqı 700 manat (NETT)
- İş qrafiki: bazar ertəsi –cümə; iş saatı: 08:00-dan 17:00-dək
Xahiş olunur CV-nizi hr.foodini@gmail.com göndərdikdə “subject” (mövzu) hissəsində “Sənəd nəzarətçisi” vakansiyanın adını qeyd edəsiniz.
“Şam-fi” şirkətinə fəhlələr tələb olunur _ NÖVBƏLİ İŞ
İşəgötürən: Sham-Fi International Trading Company - Şam Fi.
İş yerləri: Xətai rayonu 8 noyabr prospekti və Lökbatan qəsəbəsi.
İş qrafiki: 5 günlük 3 növbəli (Səhər növbəsi 08:00-16:00, Günorta növbəsi 16:00-23:00, Axşam növbəsi 23:00-08:00)
İşin təsviri: Qida məhsullarının yük maşınlarına yüklənməsi, fiziki xarakterli işlərin icrası.
İş haqqında əlavə məlumatlar:
Servis xidməti mövcuddur.
Əmək haqqı: 550-800 manat.
Nahar şirkət tərəfindən verilir.
Yaş həddi 18-50 yaş aralığıdır, fiziki cəhətdən sağlam, növbəli iş qrafikində işləməyə hazır olan şəxslərin müraciətlərinə baxılır.
Müraciət etmək istəyən şəxslər 051 233 66 60 Whatsapp nömrəsinə "Fəhlə" yazaraq müraciət edə bilər.
Şirkətdə hər həftənin çərşənbə axşamı müxtəlif vəzifələr üzrə açıq qapı günüdür, istəyən namizədlər bir başa ünvana yaxınlaşaraq müraciət edə bilərlər.
Ünvan: 8 Noyabr pr. 15 (Köhnə Luna parkın yaxınlığı, Azərişığın arxa hissəsindən UPD qəsəbəsinə gedən yolun üzərində)
BƏYANNAMƏÇİ - EXCEL OPERATORU tələb olunur
İşəgötürən: Mobil Group
Namizəd üçün tələblər:
"Microsoft Excel"də arxayın işləyə bilən, proqramın alətlər panelinə yaxşı bələd olan və aşağıdakı formul kateqoriyalarında yüksək praktikaya malik olan namizəd axtarılır. Namizəd müsahibə zamanı test olunacaq və uğurlu olacağı halda, dərhal işə cəlb olunacaq.
Hesablama və data analizi funksiyaları (SUM, AVERAGE, COUNT/COUNTA, IF, SUMIF, SUMIFS, COUNTIF, ROUND / ROUNDUP / ROUNDDOWN, LARGE/SMALL və.s);
Mətn manipulyasiyası funksiyaları (LEFT/RIGHT/MID, LEN, TRIM, SUBSTITUTE, CONCAT/TEXTJOIN və.s)
Datanın axtarışı və çağırılması ilə bağlı funksiyalar (VLOOKUP/HLOOKUP, INDEX/MATCH, XLOOKUP və.s);
Data təmizləmə və şərtləndirmə funksiyaları (ISBLANK, IFERROR, TEXT və.s);
Məntiqi və riyazi funksiyalar (AND/OR, ABS, RAND/RANDBETWEEN və.s);
🔘 Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
🔘 Korporativ nömrə ilə təmin edilmə
Müraciət üçün hr@mobilgroup.az ünvanına " BƏYANNAMƏÇİ - EXCEL OPERATORU " başlığı ilə CV -lərinizi göndərə bilərsiniz.
ÇAĞRI MƏRKƏZİ OPERATORU tələb olunur
İşəgötürən: ALPI GROUP MMC
Tələblər:
- Yalnız xanım namizədlər tələb olunur
-Yaş həddi: 20-36
Vəzifələr: Təqdim olunan müştəri bazası əsasında abunəçilərə zənglərin olunması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq Bakcell-in məhsulları barədə məlumat vermək.
Əməkhaqqı + Bonus (500-600azn)
Əlavə imkanlar:
- İş vaxtı : 09:00-dan - 18:00-dək (1-5ci günlər)
- Nahar vaxtı 13:00-14:00
-
İş yerinin ünvanı: Ofis Sport Plaza (Koroglu ms.) yerləşir
Müraciət qaydası: CV-nizi aybenizt@alpigroup.az e-mail adrersinin mövzu hissəsində "Zəng mərkəzi operatoru " yazaraq göndərə və ya 0559314473 (09:00 dan -18:00 kimi) nömrənin Whatsapp-na özünüz haqda məlumatı və vakansiyanın adını qeyd edib göndərə bilərsiniz
Müraciət üçün son tarix: 25.12.2024
İcraçı köməkçi tələb olunur
İşəgötürən: Yalama Agropark MMC
Əmək funksiyaları
Sənəd dövriyyəsinin idarə olunması, daxili şirkətlərin sənədlərini Direktora təsdiqlətmək və aidiyyəti üzrə çatdırılmasını təmin etmək;
Şirkət rəhbərinin keçirdiyi danışıqların, görüşlərin, iclasların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı və iştirakçılara görüşün tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılmasını) görmək;
Direktora lazım olan məlumatları şirkətin struktur bölmələrindən, yerli icraçılardan əldə etmək, zəruri hallarda əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək, işi son tamamlanmaya qədər təqib etmək;
İclasların və görüşlərin təşkili və əlaqəli materialların hazırlanması, qaydalara əməl olunmasına nəzarət etmək;
Direktorun tapşırıqlarının icrasına nəzarət edilməsi;
Direktorun gündəlik iş günü planının təmin edilməsi;
Müqavilələri Satınalma şöbəsi ilə koordinasiya etmək
Tələblər
Ali təhsil;
İş təcrübəsi 1 ildən yuxarı olmalı;
MS Office proqramları üzrə normal səviyyədə biliklərə sahib olmalı;
Xarici dil biliklərinin olması arzu olunandır (rus, ingilis);
Məsulliyyətli, diqqətli, aktiv olmalı və komandada işləmək bacarığı olmalı;
Xanım namizəd olmalıdır.
İş qrafiki
09:00-18:00 ( beşgünlük iş həftəsi)
Ünvan - AZ0115, Abşeron rayonu, Hökməli ŞTQ, Bakı-Şamaxı şossesi 15-ci km
Qeyd: Nəqliyyat servisi və gündəlik qidalanma şirkət tərəfindən təmin edilir.
Maraqlanan şəxslər cv-lərini hr@agroparkyalama.az elektron poçt ünvanına mövzu yerində “İcraçı köməkçi” qeyd etməklə göndərə bilərlər.
İT biznes analitik tələb olunur
İşəgötürən: BOKT Embafinans MMC
Əmək haqqı məbləği: 1500-2500 AZN
İş barədə məlumat:
Biznes tələblərinin analizi və sənədləşdirilməsi: Biznesin ehtiyaclarına uyğun olaraq tələblərin dəqiq təyin olunması, analiz olunması və texniki sənədlərə çevrilməsi;
İnkişaf və dəstək: Layihələrdə texniki dəstək verilməsi və kodlaşdırma işlərində developer komandasına qoşularaq, zərurət yarandıqda developer kimi işləmək;
SQL və Verilənlər Bazası ilə işləmə: Verilənlər bazası sorğularının hazırlanması, lazımi məlumatların çıxarılması və analiz olunması;
API İnterfeyslərin idarə olunması: API-lərlə işlərdə texniki analiz aparmaq, sorğu-cavab proseslərini test etmək və tətbiqlərin API-lərlə inteqrasiyasını təmin etmək;
Tapşırıqların tərtibi və koordinasiyası: Tələblərin developer komandalarına aydın şəkildə çatdırılması, icra prosesinin izlənilməsi və tələb olunan dəstəyin göstərilməsi;
Biznes tələblərinin analiz olunması, texniki tapşırıqların dəqiq tərtib olunması. Eyni zamanda zərurət olarsa şirkətin tətbiq və sistemlərində developer kimi kodlaşdırma işlərinə dəstək verilməsi.
İşçi barədə tələblər:
Developer təcrübəsi: Müxtəlif tətbiqetmələrin (Web, mobil və s.) hazırlanması və texniki dəstək işlərində ən azı 2 illik təcrübə;
SQL və Verilənlər Bazası bilikləri: SQL sorğularının tərtib olunması, məlumat bazalarının idarə edilməsi üzrə iş təcrübəsi;
API İdarəetmə: API (REST, SOAP) ilə işləmək, sorğu və cavabları test etmək və inteqrasiya işlərini idarə etmək bacarığı;
Kodlaşdırma bilikləri: Müasir proqramlaşdırma dillərindən birini (məsələn, Python, Java, və ya C#) bilməlidir;
Analitik və kommunikasiya bacarıqları: Biznesdən alınan tələbləri analiz etmək, sənədləşdirmək və developer komandalarına aydın şəkildə ötürmək;
Təhsil: İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahədə texniki və ya ali təhsil;
Təcrübə: Analitik və ya developer kimi ən azı 2 illik iş təcrübəsi. Hər iki sahədə təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Rus və ya İngilis dilini danışıq səviyyəsində bilməsi vacibdir.
Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanın adını "İT biznes analitik" qeyd edib iseqebul@embafinans.az elektron poçt adresine göndərəsiniz.
Aparıcı HR Mütəxəssisi tələb olunur - YÜKSƏK MAAŞ
İşəgötürən: Ələt Azad İqtisadi Zonasının rezidenti, neft sənayesi və neft xidmətləri üçün avadanlıq istehsalı, 150 nəfərə qədər işçi heyəti.
İş yeri: Ələt Azad İqtisadi Zonası
Əmək haqqı: ayda 2500 manatdan (0% gəlir vergisi), bonuslar.
Tibbi sığorta, Ələt Azad İqtisadi Zonasına qədər transfer
Tələblər:
• ali təhsil,
• kadrların idarə edilməsi sahəsində ən azı 5 il ümumi iş təcrübəsi,
• neft, neft-mədən xidməti və hasilat sektorlarında təcrübə üstünlükdür,
• Azərbaycan və rus dillərini bilmək tələb olunur, ingilis dili arzuolunandır,
• əmək haqqının hesablanması və ödənilməsi, tibbi sığorta, pensiya planları, məzuniyyətlər, əlavə iş vaxtı və s. proseslərin idarə edilməsi də daxil olmaqla, kadrların idarə edilməsi və kadrların hesabatlılığı üzrə bütün səlahiyyətlərin mövcudluğu.
Maraqlanan namizədlərdən xahiş olunur ki, "Aparıcı HR Mütəxəssisi " qeyd edib CV-ni hr@azpump.az e-poçt ünvanına göndərsinlər.
XXX XXX XXX
Ведущий специалист по управлению персоналом
Работодатель: резидент Свободной Экономической Зоны Алят, производство оборудования для нефтяной отрасли и нефтесервис, штат до 150 человек.
Место работы: Свободная Экономическая Зона Алят
Зарплата: от 2500 манат в месяц (подоходный налог 0%), премия
Медицинское страхование, проезд до СЭЗ Алят
Резюме направлять на почту : hr@azpump.az
Требования:
высшее образование,
общий стаж работы в области управления персоналом не менее 5 лет,
приветствуется опыт работы в нефтяной, нефтесервисной и производственной сферах,
обязательное знание азербайджанского и русского языка, английский – желательно,
наличие полного спектра компетенций по кадровому администрированию и ведению кадровой отчетности, включая администрирование процессов начисления и выплаты заработной платы, по медицинскому страхованию, пенсионным планам, отпускам, овертаймам и т.п.
insan resusları
PİZZAÇI TƏLƏB OLUNR
İşə götürən: Papa Johns
- Yaş: 18-40
- Tələbə qəbul edilmir
İş Şərtləri:
- İş qrafiki: Növbəli, saat 10:00-18:00; 15:00-23:00
- 6 günlük iş həftəsi - Növbəli iş rejimi.
- Əmək haqqı 400-500 manat + bonus
- Nahar ödənişi verilir
- Təcrübəyə ehtiyac yoxdur. İş 0-dan öyrədilir
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Pizzaçı” mövzusu altında hr@papajohns.az elektron ünvanına göndərə bilərlər.
Və ya 0502294277 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
XƏZİNƏDAR tələb olunur
Sinteks Şirkətlər qrupuna daxil olan FBCO MMC şirkətinə hal hazırda Xəzinədar tələb olunur
İşə götürən: FBCO MMC
Yaş: minimum 19-20
İş təcrübəsi: Müvafiq sahədə 1 il təcrübə arzuolunandır
Tələblər:
Professional Biliklər
MS Office Proqramları
Təhsil - Ali təhsil arzuolunandır
Professional Bacarıq və Kompetensiyalar
Ünsiyyət bacarıqları
Komandada işləmə
Satış bacarıqları
Məsuliyyət
Vəzifələri:
Bu vəzifənin rolu məhsulların satışını və kassa əməliyyatı həyata keçirməkdir.
Məhsulların satışının həyata keçirir və kassa əməliyyatlarını icra edir.
Brendin standartlarına uyğun olaraq müştərilərə xidmət göstərir.
Məhsulları tələb olunan miqdarda və çeşidlərdə sifariş edir.
Məhsulların silinmələr kitabında qeydiyyatını aparır.
Mərkəzi anbardan kafe anbarlarına malların göndərilməsi, qəbulu və düzgün formada yığılmasında iştirak edir.
Şirkətə məxsus əmlakların qorunub saxlanmasını təmin edir.
Gün ərzində yekun hesabat aparır, inkassasiya aparır və POS-terminal qəbzlərini İtkinlərin qarşısının alınması şöbəsinə təhvil verir.
Əmək haqqı: Müsahibə əsasında
İş yerinin ünvanı: Bakı
“Xəzinədar” qeyd edib Cv-nizi recruitment@fbco.az e-mail adresinə göndərə bilərsiniz.
(010)234-12-09
Şirkət haqıqnda qısa məlumat: 1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 300-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika brendlərini, ev əşyaları mağazalarını və 10-dan çox kafeteriya filialını idarə edir.
Kiçik mühasib tələb olunur
İşəgötürən: Az Smart MMC
İş barədə məlumat:
• Satış və avans qaimələrinin göndərilməsi;
• Satışların 1C proqramına işlənilməsi;
• Kassa əməliyyatları;
• Onlayn kargüzarlıqda məktublara nəzarət;
• Üzləşmə aktlarının hazırlanması;
• Ödəniş sənədlərinin qovluqlara düzgün qaydada yerləşdirilməsi;
• Aylıq yekunlar və aylıq maliyyə hesabatlarını tərtib etməkdə köməklik göstərmək;
Namizədə tələblər:
• Maliyyə, mühasibatlıq sahəsində ali təhsil;
• MC office proqramlarında işləmək bacarığı;
• Vergi sistemində işləmək bacarığı;
• 1C mühasibatlıq proqramı üzrə biliklər;
• Komandada işləmək bacarığı, dəqiq, səbrli, məsuliyyətli;
• Analitik düşünmə qabiliyyəti.
Əlavə məlumatlar:
• İş qrafiki: 5 günlük iş həftəsi
• İş vaxtı: 09:00 – 18:00
Son müraciət tarixi: 25.12.2024. Maraqlananlar CV-lərini “Kiçik mühasib” başlığı altında jobs@azsmart.az elektron ünvanına göndərə bilərlər.
Dispetçer tələb olunur
İşəgötürən: Azari Express
İş yeri: Bakı şəhəri, Caspian Plaza
Öhdəliklər:
Cari kuryerlərin ərazi üzrə gündəlik düzgün yönləndirilməsi
Kuryerlərin düzgün şəkildə sənəd çatdırılmasına nəzarət
Təcili sifarişlərin çatdırılmasının təmini və nəzarəti
Gün ərzində cari kuryerlərin müraciətlərini araşdırmaq və lazımi tədbirlər görmək
Rəhbərliyin işlə bağlı digər tapşırıqlarını icra etmək
Namizədə tələblər:
Ali və ya orta texniki təhsil;
MS office bilikləri
Kuryer və ya logistika şirkətlərində iş təcrübəsi vacibdir.
Şəhəri yaxşı tanıması vacibdir
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən sənədləşmə
Əmək haqqı: Müsahibə zamanı müəyyənləşir
İş qrafiki: Tam iş günü (5 gün)
İş saatları: 09:00-18:00.
Namizədlərdən şəkilli CV-lərini “Dispetçer” mövzusu ilə HR@azariexpress.az elektron poçt ünvanına göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Mağazaya Mal qəbulu üzrə işçilər tələb olunur
İşəgötürən: "Fidan" mağazası (fərdi sahibkar Hüseyin Quliyev)
Vakansiyanın adı: Mal qəbulu üzrə işçi
Yaş həddi: 20-45 yaş civarında
Cins: Qadın və ya kişi
İş təcrübəsi: Təcrübəli
Vəzifələr: Malların qaimələr əsasında qəbul olunması və kompyuterə işlənməsi
Rəsmi əməkhaqqı: Müsahibə əsasında
Əlavə imkanlar: Müsahibə əsasında
İstirahət günləri: Ayda 2 gün
İş yerinin ünvanı: Bakı şəhəri, 9-cu mikrorayon
Müraciət qaydası: Namzədlər 050 212 25 26 telefon nömrəsinə zəng edərək müraciət edə bilərlər.
Müraciət üçün son tarix: 24.12.2024
Satış direktoru tələb olunur - MAAŞ 3500 MANAT
Son tarix 22 dekabr 2024
İşəgötürən: Leader Cosm
Tələblər:
Ali təhsil
Satış sahəsində minimum 10 il iş təcrübəsi
FMCG sektorunda ən azı 5 il təcrübə
Microsoft Office proqramları və xüsusən excel bilikləri sahəsində yüksək səviyyədə biliklər
Analitik təhlil,strateji düşünmə, statistik və riyazi biliklər
Azərbaycan və rus dillərini səlis bilməli
Hesabatlar ilə işləmə və hazırlama bacarığı
Yüksək nizam intizamlı, tələbkar
Kollektiv ilə yüksək ünsiyyət qabiliyyəti
Vəzifə öhdəliklər:
Strateji idarəetmənin təmin olunması
Satış rəhbərləri və istehsalçılarla daimi danışıqlar aparmaq və prioritet məsələləri aydınlaşdırmaq
Dövri, aylıq və illik hesabatların hazırlanmasının təmini
Hesabatların hazırlanması zamanı Marketinq şöbəsindən dəstək almaq və analizlərin müzakirəli şəkildə aparılması
Satış planlarının yerinə yetirilməsi proseslərinin təmin olunması
Müştərilərlə razılaşmaların həyata keçirilməsi və tələblərin müəyyən olunması
Satış komandasına rəhbərliyin edilməsi
Rəqiblərin, trendlərin və bazarda baş verən yeniliklərin təqib edilməsi, analiz edilməsi və rəhbərliyə təqdim edilməsi
Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, qarşıya qoyulan hədəflərin və satış planının yerinə yetirilməsi;
İş şəraiti:
Əmək haqqı: 3500
İş vaxtı: 10:00–dan 19:00 dək;
İstirahət günləri: Bazar;
Müraciət etmək istəyən namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsinə “Satış direktoru” qeyd edərək göndərə bilərsiniz.
Satış təmsilçisi tələb olunur
İşəgötürən: Dore Group MMC
Ərazi: Bakı ş.
İşin təsviri
- Öncə ki gün ərzində görülən işlər haqda bir başa rəhbəri (Satış Qrup rəhbəri) məlumatlandırma;
- Bir başa rəhbərin təlimatlarının alınması və satışların analizi;
- Ərazidə olan rut üzrə sifarişlərin yığılması;
- Geri qaytarma malların terminala işlənməsi;
- Problemli satış nöqtələrində problemlərin həlli və rəhbərliyi məlumatlandırma;
- Ərazidə olan invertarın təşkili, yoxlanışı və nəzarəti;
- Satış nöqtələrində rəflərdə və anbarda olan məhsulların stoku azalan malların analizi və sifarişi;
- Merçendayzerlərdə gündəlik marketlərdəki durumdan məlumat almaq;
- Vitrinlərdə düzülüşdən yaranan problemləri merçendayzer komandasına bildirilməsi və üst rəhbərini məlumatlandırılması;
- Satış nöqtələrində ki məhsulların vitrinlərdə düzgün qurulması;
- Satışı azalan və istifadə müddətinin bitməsinin azalan məhsulun geri qaytarmasının təşkili;
- Yeni satış nöqtələrində invertarın və satışın təşkili;
- Yeni satış nöqtələrini tapmaq;
- Şirkət tərəfindən təyin olunan SKOU (çeşidlərin) mağazalarda mövcudluğu;
- Satış nöqtələriynən alınan məhsulların ödəniş vaxtların danışılması;
- Şirkət daxili müvafiq bölmələrlə yaranacaq problemləri bir başa rəhbərə bildirmək;
- Müştərilərə kompaniyalar haqda məlumat vermək;
- Müştərilərlə müqavilələrin bağlanmasının təşkil olunması;
- Daimi müştərilərlə vitrinlərdə genişlənməsinin danışıqrların aparılması;
Namizədə tələblər:
- Şəxsi avtomobilin olması (Amartizasiya və yanacaq şirkət tərəfindən qarşılanır)
- Yaş: 20-35
- İş təcrübəsi: sahə üzrə 1 il
- Kompüter bilikləri: MS Office
- İşə dürüst və məsuliyyətli yanaşmaq;
- Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf.
- Əmək Haqqı razılaşma yolu ilə
- 5 günlük iş qrafiki(09:00-18:00).
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Satış təmsilçisi” adını mövzu hissədə qeyd etməklə CV formalarını hr@doregroup.az elektron poçt ünvanına göndərə bilərlər.
Dore Group MMC 20 ildən çoxdur ki Azərbaycan bazarında yerli və xarici istehsalçıların qeyri qida məhsullarının distribyutor xidmətləri ilə məşğuldur. Hal hazırda Bakı şəhərində yerləşən baş ofis və 8 bölgədə mərkəzi filiallarımız var. Digər bəndlərə aid məlumatlar icradadır. Hazır olduqdan sonra sizə təqdim ediləcək.
Mebel üzrə Satış mütəxəssisi tələb olunur
İşəgötürən: İntegrogroup
Tələblər:
Yaş həddi 30 - a qədər
Satış bacarığı olması
İş şəraiti:
Əmək haqqı: Fix+ satış faizi
İş saatı: 09:00/19:00
Həftədə 1 gün istirahət
Rəsmi işə götürülmə
Ali və ya natamam ali
1-3 ilə qədər
Tam ştat
Əlaqə məlumatları:
"Mebel üzrə Satış mütəxəssisi" qeyd edib CV-niiz info@integrogroup.az elektron poçt ünvanına göndərə bilərsiniz.
Whatsapp: 0502473232
satıcı
SƏTƏM Meneceri tələb olunur
İşəgötürən: Qaya Safety Solutions
Hazırda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi sahəsi üzrə fəaliyyət göstərən “Qaya Safety Solutions” MMC namizədləri mövcud olan “SƏTƏM Meneceri” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Əmək haqqı 2200 AZN-dən başlamaqla, maaş sınaq müddətindən sonra artandır.
“SƏTƏM Meneceri”-nin əsas vəzifə və məsuliyyətləri:
Cəmiyyətdə əməyin mühafizəsi üzrə işlərin əlaqələndirilməsini təmin etmək, struktur bölmələrdə və obyektlərdə yanğın təhlükəsizliyi və əməyin mühafizəsi üzrə qanunvericilik və normativ hüquqi aktlara riayət olunmasına nəzarətin təşkil edilməsi;
İş yerlərində əmək şəraitinin öyrənilməsi, təhlükəli və zərərli amillərinin parametrlərinin ölçülməsi üzrə işlərin təşkili;
Əmək qanunlarına uyğunluqla bağlı siyasət və prosedurların hazırlanması;
Əməyin mühafizəsi təlimatlarının, müəssisə standartlarının vaxtında işlənib hazırlanmasını və onlara yenidən baxılmasını təmin edilməsi;
İşçi hüquqlarının qorunması və əmək şəraitinin yaxşılaşdırılması üzrə təkliflərin hazırlanması və həyata keçirilməsi;
Peşə və ya vəzifəyə uyğun olaraq tələb olunan təlim proqramlarının hazırlanması və təşkil edilməsi;
Ətraf mühitə təsirlərin qiymətləndirilməsi və azaldılması üçün tədbirlərin görülməsi;
Potensial təhlükə və risklərin müəyyən edilməsi və qiymətləndirilməsi, risklərin azaldılması üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi;
Qəza və insident hallarında təcili tədbirlərin görülməsi , hadisələrin və qəzaların səbəblərinin təhlili, onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanması;
Fəaliyyəti ilə bağlı mütəmadi olaraq hesabatların hazırlanması, birbaşa rəhbərinə və müvafiq orqanlara təqdim olunması;
Daxili audit proqramlarının hazırlanması və icrası;
Xarici auditlərə hazırlıq və onların keçirilməsində iştirak etməsi;
Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ hüquqi aktların tələblərinə ciddi riayət etməsi.
Tələb olunan Bilik və Bacarıqlar:
Ali təhsil
ISO 45001, ISO 14001 və Beynəlxalq standartlara (NEBOSH / IOSH) malik olması.
Tələb olunan vəzifə üzrə minimum 5 il iş təcrübəsi (Neft şirkətlərində təcrübəsi olan şəxslərə üstünlük verilir);
Təhlükəsizlik, əmək və ətraf mühit üzrə qanunvericilik və tənzimləmələr haqqında bilik;
Təlim keçmə və maarifləndirmə bacarıqları;
Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
Yaxşı ünsiyyət və təşkilati bacarıqlar;
Azərbaycan dili - səlis, İngilis dili – C2 səviyyədə bilməli, rus dili arzuolunandır;
Şirkət tərəfindən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə ezamiyyətə getməyə hazırlıqlı olmalı.
Əmək Şərtləri:
İş yeri: Bakı şəhəri və ay ərzində bir neçə dəfə Cəbrayıl rayonuna ezamiyyətə getməli. Vəzifənin tələblərinə uyğun olaraq, işçinin ilk aylarda şöbə işlərinin idarə edilməsi üçün Cəbrayıl rayonunda yaşaması gözlənilir. Bu dövr tamamlandıqdan sonra iş yeri Bakı şəhəri olaraq dəyişdiriləcək.
Altıgünlük iş həftəsi;
Peşəkar inkişaf imkanları;
Tibbi sığorta;
Bu vəzifə müxtəlif mühitlərdə, o cümlədən ofis daxilində və açıq ərazilərdə işləməyi tələb edə bilər;
Yerli və xarici peşəkarlarla təcrübə mübadiləsi imkanı.
Müraciət üçün: Maraqlanan namizədlər öz CV-lərini qeyd edilmiş Office@qayasafetysolutions.com elektron poçt ünvanına göndərin. Mövzu sətrində "SƏTƏM Meneceri" yazmağınız xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Tikinti və Təmir Fəhləsi tələb olunur
İşəgötürən: Papa Jons
İş Şərtləri:
- İş qrafiki: 10:00-19:00;
- Namizəd: Kişi
- 6 günlük iş həftəsi.
- ə/h 600 manat
Əmək haqqı rəsmi olaraq 15 gündən bir verilir
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) Tikinti və Təmir Fəhləsi mövzusu altında hr@papajohns.az ünvanına göndərə bilər və ya 050-229-42-77 nömrəsi ilə əlaqə saxlasın.
Stüart/Xadimə tələb olunur
Sinteks Şirkətlər qrupuna daxil olan FBCO MMC şirkətinə hal hazırda Stüart/Xadimə tələb olunur
İşəgötürən: FBCO MMC
İş yerinin ünvanı: Bakı
Xüsusi peşəkar bilik tələb olunmur
Təhsil -Orta və ya peşə təhsili
Professional Bacarıq və Kompetensiyalar
Komandada işləmə
Təmizlik və İntizam
Vəzifələri:
Bu vəzifənin rolu məhsulların satışını və kassa əməliyyatı həyata keçirməkdir.
Zalın və masaların təmiz və səliqəli saxlanmasını təmin edir.
Anbarlardan dükan anbarlarına malların göndərilməsi prosesində iştirak edir
Mərkəzi anbardan kafe anbarlarına malların göndərilməsi, qəbulu və düzgün formada yığılmasında iştirak edir.
Yaş: minimum 18+
İş təcrübəsi: Təcrübə tələb olunmur
Əməkhaqqı: 400 manat
Müraciət qaydası: “Stüart/Xadimə “ qeyd edib işlə vgağlı müraciətinizi recruitment@fbco.az e-mail adresinə göndərə bilərsiniz. (010)234-12-09
Şirkət haqıqnda qısa məlumat: 1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 300-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika brendlərini, ev əşyaları mağazalarını və 10-dan çox kafeteriya filialını idarə edir.
Aparıcı smeta mühəndisi tələb olunur
İşəgötürən: Qala Group
Struktur vahidinin (departamentin, şöbənin, bölmənin) adı:
Maliyyə və tikinti planlaşdırma bölməsi
Layihə haqqında məlumat:
SeaBreez-də yerləşən “Marina Village Sea Breeze” yaşayış kompleksi daxilində 5 hektar ərazidə İnşa olunan 7 yaşayış binasının Tikintisi, Fit-out layihələri , və kompleksin ərazisinin abadlıq işlərinin görülməsi.
Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər:
Tikinti və təmir layihələrinin iş həcminə uyğun smeta sənədlərinin hazırlanması.
Layihə işlərinə uyğun xərclərin hesablanması (materiallar, işçi qüvvəsi, avadanlıqlar və s.).
Smeta dəyərlərinin tikinti normativlərinə uyğunluğunun yoxlanılması.
Planlaşdırılmış və faktiki xərclərin müqayisəsi, uyğunsuzluqların müəyyən edilməsi.
Mövcud SNiP, GOST və digər normativ sənədlərin tətbiqi.
Layihə smeta sənədlərinin dövlət və ya korporativ tələblərə uyğun tərtibatı.
Tenderlər üçün smeta qiymətləndirilməsi və təqdimatların hazırlanması.
Rəqib təkliflərinin maliyyə analizi və qiymətləndirilməsi.
Tikinti işlərinin smeta büdcəsinə uyğun aparılmasına nəzarət.
Smeta üzrə dəyişikliklər və əlavə işlər üçün təkliflərin hazırlanması.
Layihə menecerləri və texniki mütəxəssislərlə işin koordinasiyası.
Smeta ilə bağlı işçi qrupuna məsləhətlərin verilməsi.
Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.):
Sahə üzrə minimum 3 il təcrübə;
Smeta proqramlarından (məsələn, 1C, AutoCad, və ya xüsusi smeta proqramları) istifadə bacarığı.
Maliyyə təhlili və tikinti bazarı üzrə aktual məlumatlara sahib olmaq.
Detallı və dəqiq hesablama bacarığı.
Namizədlərdən CV-lərini “Smeta mühəndisi” mövzusu ilə qeyd edilmiş hr@qalagroup.az elektron poçt ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar
Xəzinədar tələb olunur
İşəgötürən: Cənnət Bağı Şirkətlər Qrupu
İş yeri Sədərək T/M-də yerləşir
Vəzifə öhdəlikləri:
Pul vəsaitlərinin idarə edilməsi və mühafizəsi(restoran).
Maliyyə sənədlərinin düzgünlüyünü təmin etmək (çeklər, nağd pul əməliyyatları)
Gündəlik nağd pul izləmək və idarə etmək, pul vəsaitlərinin düzgün şəkildə saxlanmasını təmin etmək.
Gündəlik satışların, xərc və gəlirlərin qeydiyyatı, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi
Tələblər:
Maliyyə və mühasibatlıq sahəsində biliklər.
Yüksək dəqiqlik və məsuliyyət.
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
Azərbaycan dilində yüksək səviyyədə yazılı, şifahi ünsiyyət
İş barədə məlumat:
6 günlük iş qrafiki (Şənbə günü qısa iş günü)
Əməkhaqqı: 700 manat
"Xəzinədar" qeyd edib Cv-nizi hr@cbgroup.az e-mail adresinə göndərə bilərsiniz.
Meyvə, Şirniyyat, Qastranom şöbələrinə SATICILAR tələb olunur
A Plus Supermarketlər şəbəkəsi “Satıcı”(Qastranom, Meyvə, Şirniyyat və digər şöbələr) üzrə vakansiya elan edir.
- Fiziki cəhətdən saglam və kollektivdə işləmək bacarığı olmalı;
- Təhsil: Orta təhsil - Yaş: 18-50;
Vəzifə öhdəlikləri:
- Müştəriləri qarşılayıb, onların ehtiyaclarını müəyyən etmək;
- Müştərilərə məhsul və xidmətlər barədə məlumat vermək, onlara uyğun məhsul seçimində kömək etmək;
- Müştəriləri məhsul haqqında məlumatlandırmaq; (qiymət, keyfiyyət, istifadə qaydaları və s.)
- Məhsulların düzgün təqdimatı üçün stend və vitrinləri təşkil etmək;
İş şərtləri: - Əmək haqqı: 450 + azn; - Nahar,geyim,şirkət tərəfindən təmin edilir;
- İş vaxtı: 2 növbəli 08:00-17:00 14:00-23:00; - İstirahət günü Həftədə 1 gün;
”Satıcı qeyd edib işlə bağlı müraciətinizi 099 500 56 58 nömrənin whatsapına yaza bilərsiniz.
Restoranlar şəbəkəsinə “Xadimə” tələb olunur
İşə götürən: Papa Johns
Təcrübəyə tələb olunmur
İş Şərtləri:
- İş qrafiki: Növbəli, saat 08:00-16:00; 15:00-23:00 -dək
- Nahar ödənişi
- Yaş həddi: 18-55
- 6 günlük iş qrafiki.
- Növbəli iş rejimi.
- Əmək haqqı 450-510 manat
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Xadimə” mövzusu altında hr@papajohns.az elekton ünvanına göndərə bilər və 050 229 42 77 Whatsapp nömrəsinə yaza bilərsiniz
AŞBAZ tələb olunur
Sinteks Şirkətlər qrupuna daxil olan FBCO MMC şirkətinə hal hazırda Aşbaz tələb olunur
İşə götürən: FBCO MMC
İş yerinin ünvanı: Bakı
Yaş: minimum 18 +
İş təcrübəsi: Müvafiq sahədə ən az 3 il iş təcrübəsi
Tələblər:
Professional Biliklər
Milli və Xarici mətbəx bilikləri
Menyu hesablanması və hazırlanması
Təhsil - N/A
Professional Bacarıq və Kompetensiyalar
Yaradıcılıq
Zamanın idarəolunması
Məsuliyyət
Bu vəzifənin rolu:
Yeməklərin standartlara və reseptlərə uyğun olaraq hazırlaması və bişirilməsi
Öz bölməsinə aid təhcizatı sifariş etmək, ehtiyyata və inventara nəzarət etmək
Mətbəx bölməsini mütəşəkkil , təmiz və səmərəli işləməsini təmin etmək
Tabeçiliyində olan kiçik aşbazları idarə etmək və öyrətmək
Qida təhlükəsizliyi və qiqiyena standartlarına təmin edilməsi
Əməkhaqqı: müsahibə əsasında
Müraciət qaydası: "Aşbaz" qeyd edib CV-nizi recruitment@fbco.az e-mail adressinə göndərə bilərsiniz.
(010)234-12-09
Şirkət haqıqnda qısa məlumat: 1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 300-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika brendlərini, ev əşyaları mağazalarını və 10-dan çox kafeteriya filialını idarə edir.
KATEQORİYALAR
Qadın işləri: /channel/s/qadinisleri
Təcrübə proqramları: /channel/s/tecrubeproqrami
Müəllim vakansiyaları: /channel/s/muellimvakansiyalari
Mühasib vakansiyaları: /channel/s/muhasibvakansiyalari
Maliyyə sektorunda vakansiyalar: /channel/s/maliyyevakansiyalar
İKT, kompüter işləri: /channel/s/iktisleri
Hüquq üzrə vakansiyaları: /channel/s/huquqvakansiyalari
Turizm, otel, restoran sahələrində vakansiyalar: /channel/s/turizmvakansiyalari
İnşaatçı, mühəndis, memar vakansiyaları: /channel/s/muhendismemarinsaat
Sürücü və anbar işləri: /channel/s/surucuanbardar
Satıcı vakansiyaları: /channel/s/saticivakansiyalari
Tibb və gözəllik sektorunda vakansiyalar: /channel/s/tibbvakansiyalari
Marketinq, reklam və mətbuat işləri: /channel/s/reklamvakansiyalari
Açıq qapı və Karyera günləri: /channel/s/kariyeragunleri
AzVak Gəncə: /channel/s/gencevakansiyalar
Rayonlarda İŞ: /channel/s/azvakrayonlardais
Yüksək Maaşlı İşlə: /channel/s/azvakyuksekmaasliisler
Hoteldə yeni VAKANSİYALAR
İşəgötürən: "Chenot Palace Gabala Hotel"
Vəzifələr:
1. Rezervasiyalar üzrə nümayəndə
2. Baş Aşpazın Böyük Köməkçisi
3. Dietoloq
4. Ofisiant
5. Mexanik
6. Marketinq üzrə məsul şəxs
7. SPA masajçı
Sizə uyğun vakansiyanın adını yazıb CV-nizi hr@chenotpalacegabala.com e-mail ünvanına göndərə bilərsiniz.
CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd etmələri xahiş olunur.
Qəbələ
BANKDA İT ÜZRƏ TƏCRÜBƏ PROQRAMI
Karyeranızı İT sahəsində qurmağa hazırsınız?
AFB Bank olaraq, Proqram Təminatına Dəstək üzrə Təcrübəçi axtarırıq!
Bu, İT sahəsində biliklərinizi artırmaq, peşəkar komanda ilə işləmək və real iş təcrübəsi qazanmaq üçün əla fürsətdir.
🎯 Biz kimləri axtarırıq?
• Təhsil: İT, Kompüter elmləri və ya əlaqəli sahədə məzun;
• Dil bilikləri : Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
• Bacarıqlar: Analitik zəkaya malik olmaq, komanda ilə işləmə və öyrənməyə maraq;
• Arzu olunandır: SQL və ya digər proqramlaşdırma dilləri üzrə ilkin biliklər.
Siz də bu fürsəti dəyərləndirərərək, CV-lərinizi cv@afb.az elektron ünvanına mövzu hissəsinə “Proqram Təminatına Dəstək üzrə Təcrübəçi” yazmaqla yönləndirə bilərsiniz.
TANINMIŞ MAĞAZALAR ŞƏBƏKƏSİNƏ QADIN VƏ KİŞİ SATICILAR TƏLƏB OLUNUR
İşəgötürən: "VİB" MMC
İş barədə məlumat:
- Əmək haqqı 500-800 manat + satışdan bonuslar
- Geyim sektorunda kariyera inkişafı perspektivləri
- Satış texnikasi,məhsul ve merçendayzinq üzrə fərdi təlimlər
- Əlverişli iş qrafiki
Namizədə tələblər:
- Satış hədəflərinə çatdırmaq
- Yüksək xidmət və ünsiyyət qabiliyyəti vasitəsilə mağazaya müştəri loyallığını artırmaq
- Ünsiyyət qurmaq və inandırmaq bacarıqları
CV-nizi hr@vibltd.az e-mail adresinin mövzu hissəsində "satış məsləhətçisi" yazaraq göndərə bilərsiniz.
Qeyd edək ki, 1997-cİ ildə əsası qoyulan VİB MMC, pərakəndə satış şirkətlərindən biridir. VİB MMC, 20-dən çox geyim və ayaqqabı mağazalarını idarə edir. Şirkət lyuks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları (Euromoda, Gerry Weber, Ramsey, KİP, Faik Sönmez, FLO) təmsil edir.
Fəhlələr tələb olunur
- İş yeri: Bakı şəhəri, Ulduz metrosu yaxınlığında.
- Ulduz metrostansiyasından iş yerinə servis vasitəsi ilə çatdırılma;
Tələblər və vəzifəsi:
- Yüklərin boşaldılması;
- Malların qəbulu və yerləşdirilməsi(məhsullar məktəbli və ofis ləvazimatlarıdır).
- Yaş: 17-38;
- 5 günlük iş qrafiki;
- Əmək haqqı: 500-700 manat ;
- Səhər və günorta yeməyi ilə təmin edilmə;
"Fəhlə" qeyd edib işlə bağlı müraciətinizi 077 441 56 22 nömrənin whatsapına yaza bilərsiniz.