Psixoloq tələb olunur
İşəgötürən: Kaspi International School
İş yeri: “Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC
İş saatları: I-V günlər, 08:00-17:00
Minimum vakansiya tələbləri:
Müvafiq sahə üzrə bakalavriat dərəcəsi;
Sahə üzrə 2 illik təcrübə.
Tələb olunan bilik və bacarıqlar:
Peşəsinə yüksək motivasiya ilə yanaşma;
Fərdi və komandada işləmək bacarığı;
Yüksək çalışmaq və öyrətmək həvəsi;
Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı.
Vəzifə öhdəlikləri:
Şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq və təhlil etmək, müvafiq hərəkət planı hazırlamaq və tədbiqini izləmə;
Təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqları müəyyən edib, sinif rəhbəri və valideyni ilə inkişaf planını hazırlamaq və tətbiqini izləmək;
Liseyin pedaqoji heyətini təhsildə psixologiya mövzusunda mütəmadi marifləndirmək;
Psixodiaqnostik iş zamanı psixi cəhətdən inkişaf edən şagirdləri, effektiv-emosional pozuntulara və pis davranışa meylli olan şagirdləri, habelə ümumi və xüsusi istedadı olan şagirdlərin müəyyən olunması, onlarla müvafiq işin aparılması;
Psixodiaqnostik işin gedişində əldə edilmiş məlumatların təhlili əsasında uşaqlarla, valideyn və müəllimlərlə həm fərdi, həm də qrup şəklində aparılacaq korreksiya işinin proqramını hazırlamaq;
Uşaqların təlim-tərbiyəsi problemləri ilə bağlı müvafiq direktor müavininə, müəllimlərə, valideynlərə məsləhətlər vermək;
Ehtiyac olan mövzularda müəllim kollektivinə və valideynlərə seminarlar təşkil etmək;
Şagirdlər üçün aktiv, tətbiqi və yaradıcı öyrənmə mühiti təşkil etmək, onların fərdi və qrup şəklində öyrənməsini təmin etmək.
"Psixoloq" qeyd edib CV-nizi cv@kaspi.edu.az e-mail adresinə göndərə bilərsiniz.
Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
SATICILAR tələb olunur
İşəgötürən: "İndi Market"
Ərazi – Əhmədli ms, Nəsimi ms, Nizami ms , Xətai ms Mərdəkan
Əmək haqqı: 500-550 manat
İş qrafiki: 3 növbəli
Qeyd:Marketdə ən az 1 il satış sahəsi üzrə təcrübə mütləqdir.
Əlaqə: hr@indi.market və ya 051 232 60 36 (Whatsapp)
Uyğun namizədlər vakansiya adını qeyd edərərək CV-ni hr@indi.market email ünvanına göndərə və ya qeyd edilən nömrəyə whatsapp message üzərindən CV və ya ad-soyad, yaş, iş təcrübəsilə bağlı məlumat qeyd edərək müraciət edə bilər.
Satış üzrə məsləhətçi tələb olunur
İşəgötürən: Grabstar / Maple Trading
İş barədə məlumat:
İş əsnasında şirkətin peşəkar satış üsullarını öyrənmək və effektiv şəkildə istifadə etmək
Satış zamanı şirkətin müştəri xidmətləri standartına uyğun xidmət göstərmək
Ticarət salonunun iş qrafikinə, şirkətin nizam-intizam qaydalarına riayət etmək.
Malların qiymət etiketlərinə nəzarət etmək
İş qrafiki: 09:30-dan-18:00-dək
13:30-dan-22:00-dək
Namizədə tələblər:
Məsuliyyət
Ünsiyyət bacarıqları
Müştəri yönümlü olmaq
Stresə dözümlülük
Dəqiqlik
Komandada işləmək
Kassa təminat proqramlarında işləmək.
Dil bilikləri: Azərbaycan dili və Rus dili
Əməkhaqqı: 550 AZN
Maraqlanan və göstəriciləri uyğun olan namizədlər hr@mapletrading.az mail ünvanına CV-lərini göndərə bilərlər.
Sürücü tələb olunur
İşəgötürən: ABC Telecom
Vəzifə öhdəlikləri:
Məişət və mebel məhsullarının çatdırılmasının həyata keçirilməsi;
Müştəri ilə təhvil-təslim prosesinin həyata keçirilməsi;
Yol hərəkəti və təhlükəsizlik qaydalarına əməl edilməsi;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
İş şəraiti
İş günləri: 6 gün iş, 1 gün istirahət
Əmək haqqı 600-800 AZN
Tələblər:
Sürücülük vəsiqəsi (BC kateqoriya);
Sürücülük təcrübəsi (minimüm 5il);
Yük avtomobili idarəetməsi təcrübəsi (minimal 2 il)
Yükləmə, boşaltma və daşınma qaydaları üzrə biliklər;
Səlis Azərbaycan dili bilikləri, Rus dili biliyi arzu olunandır;
Ərazini yaxşı tanıması vacibdir;
Fiziki cəhətdən sağlam;
Məsulliyyətli, punktual, komandada işləmək bacarığı.
Maraqlanan şəxslər "Sürücü" qeyd edib AD,SOYADINIZI yazaraq 051-2015750 nömrəsinin whatsappına və aytac.i.mammadova@abc-telecom.az e-mail ünvanına göndərə bilərsiniz.
Qeyd: Sorğular yalnız iş saatlarında (həftə içi saat 09:00-18:00) cavablandırılır.
Qeyd: Müraciət etmək üçün yanlız Whatsapp və ya mail üzrərindən yazmağınız xahiş olunur.
ANBARDAR tələb olunur
İşəgötürən: Green Cleaning MMC
- Əmək haqqı 800-1000 azn
- Ünvan: Yasamal rayonu, Azad Mirzəyev 6 C (Statistika komitəsinə yaxın), Green Cleaning şirkəti
hr@greencleaning.az
İş barədə məlumat
- Anbarda olan materialların,inventarların və əsas vəsaitlərin miqdarını daim nəzarətdə saxlamaq və hesabat üzrə qalıq və faktiki qalığın dəqiqliyinə görə cavabdehlik daşımaq
- Anbara daxil olan məhsulların qəbulunu, qeydiyyatını, saxlanılmasını və çıxışını təmin etmək
- Anbarda olan malları kateqoriya üzrə yerləşdirmək
- Malların hərəkətinin operativ uçotunu aparmaq; (1C)
- Anbar sayımını həyata keçirmək
- Anbarın təmiz, səliqəli və nizamlı qaydada saxlanılmasına nəzarət etmək
- Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlığını, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunmasını təmin etmək
- Təmizlik sifarişinə çıxan işçiləri lazımi avadanlıq, forma və məhlullarla təmin etmək
- Müntəzəm olaraq anbardan çıxan forma, avadanlıq və əşyaların miqdarı və hansı işçilərə verilməsi ilə bağlı qeydiyyat aparmaq
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında, dəqiq və məsuliyyətlə icra etmək.
- İş qrafiki: 6 günlük
- İş rejimi: B.e-C: 09:00-dan 17:00-dək
- Şənbə: 09:00-dan 14:00-dək
Namizədə tələblər
- İş təcrübəsi : 1 ildən 3 ilə qədər
- Yaş : 24 - 40
- Cins : Bəy namizəd
- Təmizlik anbarında işləmə bacarığı
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmə bacarığı
- Planlama qabiliyyəti
- Yaxşı səviyyədə Microsoft Excel və 1C (8.3)-də işləmə bacarığı
- Qərar qəbul etmə və məsuliyyət alma bacarığı
- Təmizlik şirkətində təcrübəsinin olması üstünlükdür
Müraciət etmək üçün CV-nizi hr@greencleaning.az email adresinə mövzu hissədə "Anbardar" yazaraq göndərməyiniz xahiş olunur.
Təftiş üzrə mütəxəssis tələb olunur
İş yeri: Mister Tum şirkəti
Ünvan: Binəqədi r., Binəqədi qəs., 2-ci Mədən küç., korpus 21
Namizədə olan tələblər:
Cinsi: kişi
Şəxsi avtomobil
sürücülük vəsiqəsi
Yaş: 25-40 yaş arası
İş təcrübəsi: daxili audit və ya təftişçi vəzifəsində azı 3 (üç) il iş təcrübəsi tələb olunur (istehsalat və ya satış sahələri üzrə iş təcrübəsi).
Təhsili/ixtisası: Ali, bakalavr
Vakansiya sayı: 2
Vəzifə öhdəlikləri:
Şöbə rəhbərinin tapşırıqlarına əsasən satış sahəsi üzrə məsafədən və səyyar yoxlamaları aparmaq
Tapşırılan ərazilər üzrə mal verilməyən satış nöqtələrinini təsbit etmək, ziyarət etdiyi satış nöqtələrində baş vermiş mənfi halların səbəblərini araşdırmaq
Dövriyyə etməyən müştəriləri və bağlı qeyd olunan satış nöqtələrini aşkar etmək
Satış üzrə məlumat bazasını analiz edərək kənarlaşmaları aşkar etmək və araşdırmaq
Satışla bağlı zəruri dəstəkləyici sənədləşmənin (hesab-fakturaların) düzgünlüyünü yoxlamaq
Müştəri ödənişlərinin tarixçəsini yoxlamaq və üzləşdirmə aparmaq
Satış nöqtələrində ərazi üzrə pul qalıqlarının və depozitlərin doğruluğunu yoxlamaq
Satış nöqtələrində ödənişlərin keçirilməsini yoxlamaq və mövcud müştəri borcları ilə ERP sistemindəki qeydlərin üzləşdirilməsini aparmaq
Standartlarına uyğun olaraq məhsulların, qiymət etiketlərinin, malların düzgün yerləşdirilməsinin, istifadə müddətinin, sanitariya şəraitinin, xidmət keyfiyyətinin monitorinqini aparmaq
Qoyulan hədəflərə və plana uyğun olaraq şöbə rəhbərinin tapşırığa əsasən şirkətdaxili şöbələrdə:
- anbar qalıqlarını (stoku) yoxlamaq və anbarı sayını aparmaq
- kassa qalıqlarını yoxlamaq
- müştəri hədiyyələrin monitorinqini aparmaq
Nəzarət sahəsi üzrə görülmüş işlər barədə təqdimat və hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
Zərurət halında satışdan qayıdan avtomobillərin mal qalıqlarını nəzərdən keçirmək, avtomobildə satılmayan mal aşkar edildikdə bu barədə ilkin sorğu aparmaq, üzürlü səbəb aşkar etmədikdə bu barədə şöbə rəhbərini məlumatlandırmaq
Xidməti zərurət ilə əlaqədar ezamiyyətlərə hazır olmaq
Dil bilikləri:
Azərbaycan dili - yazılı və şifahi səlis nitqə malik olmaq
Səliqəli görünüş
Kompüter bilikləri:
MS Office Word - yaxşı
MS Office Excell - yaxşı
Maraqlanan şəxslərdən, mövzu hissəsində "Təftiş üzrə mütəxəssis" qeyd etməklə, CV-lərini hr@mistertum.az göndərmələri xahiş olunur.
SÜRÜCÜ tələb olunur - Bakı
İşəgötürən: MPAY QSC
Vəzifə öhdəlikləri:
Terminalların inkassasiyası zamanı nağd vəsaitin, qiymətlilərin daşınmasını və təhlükəsiz çatdırılmasını təmin etmək
Namizədə qoyulan tələblər:
Yaş həddi: 25-35 yaş
3-5 il iş təcrübəsi
Avtomobil quruluşu üzrə yaxşı biliklər
Şəhər ərazini yaxşı tanımalı
Yol hərəkəti qaydalarını yaxşı bilməli
Sürücülük vəsiqəsi (minimum “B” kateqoriya)
Ekspeditor təcrübəsi olanlara üstünlük verilir
İş şəraiti:
Təyin olunmuş ərazi üzrə;
İş rejimi həftənin 6 günü;
Əmək haqqının 15 gündən bir ödənilməsi;
Tibbi sığorta təminatının verilməsi;
Nahar təminatının qarşılanması.
"SÜRÜCÜ" qeyd edib CV-nizi hr@mpay.az e-mail adresinə göndərə bilərsiniz.
Kassir tələb olunur
İşəgötürən: A+Co ASC
İş şəraiti:
İş yeri: Xırdalan şəhəri;
İş saatı: 19:00-23:00.
Vəzifə öhdəlikləri:
Kassanın vaxtında açılıb-bağlanmasını təmin etmək;
Kassa əməliyyatlarını icra etmək;
Mağazada müştəri xidmətinin yüksək standartlarına uyğun xidmət göstərmək;
Günün yekun hesabatını aparmaq;
POS-terminallarda satışları qeydiyyata almaq.
Tələblər:
Təhsil: Orta və ya ali;
İş təcrübəsi: 1 ildən yuxarı;
Yaş həddi: 20-35;
Riyazi bilik, MS Office proqramlarından istifadə bacarığı;
İşində məsuliyyətli, dəqiqlik;
Komanda ilə işləmə bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-ni mövzu yerinə “Kassir” yazaraq qeyd edilmiş hr@aplusco.az elektron poçt ünvanına göndərilməsi və ya 0 50 250 82 80 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.
Elektron siqaret mağazasına satıcı tələb olunur
İşəgötürən: Tres Fratres MMC
Tələblər:
- Minimum 1 il iş təcrübəsi;
- Yaş aralığı 20 – 30;
- Cinsi: qadin
- Məhsulların qəbul edilməsi, vitrinə düzülməsi, satışların həyata keçirilməsi.
İş haqqında məlumat:
- Ə/H - 500
- İş növbəlidir
- 1- ci növbə saat 09:00-16:00.
- 2-ci növbə saat 16:00-23:00.
- Həftənin 1 günü istirahət.
- Ünvan- 20 Yanvar m/s yaxınlığı Bravo marketin daxili
- Mağaza elektron siqaretlərin satışı ilə məşğuldur.
Muraciət üçün 0513148426 nömrəsinin Whatsappına CV -lərinizi göndərə bilərsiniz.
Satış təmsilçisi tələb olunur
İşəgötürən: Dore Group MMC
Ərazi: Bakı ş.
İşin təsviri
- Öncə ki gün ərzində görülən işlər haqda bir başa rəhbəri (Satış Qrup rəhbəri) məlumatlandırma;
- Bir başa rəhbərin təlimatlarının alınması və satışların analizi;
- Ərazidə olan rut üzrə sifarişlərin yığılması;
- Geri qaytarma malların terminala işlənməsi;
- Problemli satış nöqtələrində problemlərin həlli və rəhbərliyi məlumatlandırma;
- Ərazidə olan invertarın təşkili, yoxlanışı və nəzarəti;
- Satış nöqtələrində rəflərdə və anbarda olan məhsulların stoku azalan malların analizi və sifarişi;
- Merçendayzerlərdə gündəlik marketlərdəki durumdan məlumat almaq;
- Vitrinlərdə düzülüşdən yaranan problemləri merçendayzer komandasına bildirilməsi və üst rəhbərini məlumatlandırılması;
- Satış nöqtələrində ki məhsulların vitrinlərdə düzgün qurulması;
- Satışı azalan və istifadə müddətinin bitməsinin azalan məhsulun geri qaytarmasının təşkili;
- Yeni satış nöqtələrində invertarın və satışın təşkili;
- Yeni satış nöqtələrini tapmaq;
- Şirkət tərəfindən təyin olunan SKOU (çeşidlərin) mağazalarda mövcudluğu;
- Satış nöqtələriynən alınan məhsulların ödəniş vaxtların danışılması;
- Şirkət daxili müvafiq bölmələrlə yaranacaq problemləri bir başa rəhbərə bildirmək;
- Müştərilərə kompaniyalar haqda məlumat vermək;
- Müştərilərlə müqavilələrin bağlanmasının təşkil olunması;
- Daimi müştərilərlə vitrinlərdə genişlənməsinin danışıqrların aparılması;
Namizədə tələblər:
- Şəxsi avtomobilin olması (Amartizasiya və yanacaq şirkət tərəfindən qarşılanır)
- Yaş: 20-35
- İş təcrübəsi: sahə üzrə 1 il
- Kompüter bilikləri: MS Office
- İşə dürüst və məsuliyyətli yanaşmaq;
- Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf.
- Əmək Haqqı razılaşma yolu ilə
- 5 günlük iş qrafiki(09:00-18:00).
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Satış təmsilçisi” adını mövzu hissədə qeyd etməklə CV formalarını hr@doregroup.az elektron poçt ünvanına göndərə bilərlər.
Dore Group MMC 20 ildən çoxdur ki Azərbaycan bazarında yerli və xarici istehsalçıların qeyri qida məhsullarının distribyutor xidmətləri ilə məşğuldur. Hal hazırda Bakı şəhərində yerləşən baş ofis və 8 bölgədə mərkəzi filiallarımız var. Digər bəndlərə aid məlumatlar icradadır. Hazır olduqdan sonra sizə təqdim ediləcək.
Mebel üzrə Satış mütəxəssisi tələb olunur
İşəgötürən: İntegrogroup
Tələblər:
Yaş həddi 30 - a qədər
Satış bacarığı olması
İş şəraiti:
Əmək haqqı: Fix+ satış faizi
İş saatı: 09:00/19:00
Həftədə 1 gün istirahət
Rəsmi işə götürülmə
Ali və ya natamam ali
1-3 ilə qədər
Tam ştat
Əlaqə məlumatları:
"Mebel üzrə Satış mütəxəssisi" qeyd edib CV-niiz info@integrogroup.az elektron poçt ünvanına göndərə bilərsiniz.
Whatsapp: 0502473232
satıcı
SƏTƏM Meneceri tələb olunur
İşəgötürən: Qaya Safety Solutions
Hazırda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi sahəsi üzrə fəaliyyət göstərən “Qaya Safety Solutions” MMC namizədləri mövcud olan “SƏTƏM Meneceri” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Əmək haqqı 2200 AZN-dən başlamaqla, maaş sınaq müddətindən sonra artandır.
“SƏTƏM Meneceri”-nin əsas vəzifə və məsuliyyətləri:
Cəmiyyətdə əməyin mühafizəsi üzrə işlərin əlaqələndirilməsini təmin etmək, struktur bölmələrdə və obyektlərdə yanğın təhlükəsizliyi və əməyin mühafizəsi üzrə qanunvericilik və normativ hüquqi aktlara riayət olunmasına nəzarətin təşkil edilməsi;
İş yerlərində əmək şəraitinin öyrənilməsi, təhlükəli və zərərli amillərinin parametrlərinin ölçülməsi üzrə işlərin təşkili;
Əmək qanunlarına uyğunluqla bağlı siyasət və prosedurların hazırlanması;
Əməyin mühafizəsi təlimatlarının, müəssisə standartlarının vaxtında işlənib hazırlanmasını və onlara yenidən baxılmasını təmin edilməsi;
İşçi hüquqlarının qorunması və əmək şəraitinin yaxşılaşdırılması üzrə təkliflərin hazırlanması və həyata keçirilməsi;
Peşə və ya vəzifəyə uyğun olaraq tələb olunan təlim proqramlarının hazırlanması və təşkil edilməsi;
Ətraf mühitə təsirlərin qiymətləndirilməsi və azaldılması üçün tədbirlərin görülməsi;
Potensial təhlükə və risklərin müəyyən edilməsi və qiymətləndirilməsi, risklərin azaldılması üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi;
Qəza və insident hallarında təcili tədbirlərin görülməsi , hadisələrin və qəzaların səbəblərinin təhlili, onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanması;
Fəaliyyəti ilə bağlı mütəmadi olaraq hesabatların hazırlanması, birbaşa rəhbərinə və müvafiq orqanlara təqdim olunması;
Daxili audit proqramlarının hazırlanması və icrası;
Xarici auditlərə hazırlıq və onların keçirilməsində iştirak etməsi;
Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ hüquqi aktların tələblərinə ciddi riayət etməsi.
Tələb olunan Bilik və Bacarıqlar:
Ali təhsil
ISO 45001, ISO 14001 və Beynəlxalq standartlara (NEBOSH / IOSH) malik olması.
Tələb olunan vəzifə üzrə minimum 5 il iş təcrübəsi (Neft şirkətlərində təcrübəsi olan şəxslərə üstünlük verilir);
Təhlükəsizlik, əmək və ətraf mühit üzrə qanunvericilik və tənzimləmələr haqqında bilik;
Təlim keçmə və maarifləndirmə bacarıqları;
Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
Yaxşı ünsiyyət və təşkilati bacarıqlar;
Azərbaycan dili - səlis, İngilis dili – C2 səviyyədə bilməli, rus dili arzuolunandır;
Şirkət tərəfindən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə ezamiyyətə getməyə hazırlıqlı olmalı.
Əmək Şərtləri:
İş yeri: Bakı şəhəri və ay ərzində bir neçə dəfə Cəbrayıl rayonuna ezamiyyətə getməli. Vəzifənin tələblərinə uyğun olaraq, işçinin ilk aylarda şöbə işlərinin idarə edilməsi üçün Cəbrayıl rayonunda yaşaması gözlənilir. Bu dövr tamamlandıqdan sonra iş yeri Bakı şəhəri olaraq dəyişdiriləcək.
Altıgünlük iş həftəsi;
Peşəkar inkişaf imkanları;
Tibbi sığorta;
Bu vəzifə müxtəlif mühitlərdə, o cümlədən ofis daxilində və açıq ərazilərdə işləməyi tələb edə bilər;
Yerli və xarici peşəkarlarla təcrübə mübadiləsi imkanı.
Müraciət üçün: Maraqlanan namizədlər öz CV-lərini qeyd edilmiş Office@qayasafetysolutions.com elektron poçt ünvanına göndərin. Mövzu sətrində "SƏTƏM Meneceri" yazmağınız xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Tikinti və Təmir Fəhləsi tələb olunur
İşəgötürən: Papa Jons
İş Şərtləri:
- İş qrafiki: 10:00-19:00;
- Namizəd: Kişi
- 6 günlük iş həftəsi.
- ə/h 600 manat
Əmək haqqı rəsmi olaraq 15 gündən bir verilir
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) Tikinti və Təmir Fəhləsi mövzusu altında hr@papajohns.az ünvanına göndərə bilər və ya 050-229-42-77 nömrəsi ilə əlaqə saxlasın.
Stüart/Xadimə tələb olunur
Sinteks Şirkətlər qrupuna daxil olan FBCO MMC şirkətinə hal hazırda Stüart/Xadimə tələb olunur
İşəgötürən: FBCO MMC
İş yerinin ünvanı: Bakı
Xüsusi peşəkar bilik tələb olunmur
Təhsil -Orta və ya peşə təhsili
Professional Bacarıq və Kompetensiyalar
Komandada işləmə
Təmizlik və İntizam
Vəzifələri:
Bu vəzifənin rolu məhsulların satışını və kassa əməliyyatı həyata keçirməkdir.
Zalın və masaların təmiz və səliqəli saxlanmasını təmin edir.
Anbarlardan dükan anbarlarına malların göndərilməsi prosesində iştirak edir
Mərkəzi anbardan kafe anbarlarına malların göndərilməsi, qəbulu və düzgün formada yığılmasında iştirak edir.
Yaş: minimum 18+
İş təcrübəsi: Təcrübə tələb olunmur
Əməkhaqqı: 400 manat
Müraciət qaydası: “Stüart/Xadimə “ qeyd edib işlə vgağlı müraciətinizi recruitment@fbco.az e-mail adresinə göndərə bilərsiniz. (010)234-12-09
Şirkət haqıqnda qısa məlumat: 1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 300-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika brendlərini, ev əşyaları mağazalarını və 10-dan çox kafeteriya filialını idarə edir.
Aparıcı smeta mühəndisi tələb olunur
İşəgötürən: Qala Group
Struktur vahidinin (departamentin, şöbənin, bölmənin) adı:
Maliyyə və tikinti planlaşdırma bölməsi
Layihə haqqında məlumat:
SeaBreez-də yerləşən “Marina Village Sea Breeze” yaşayış kompleksi daxilində 5 hektar ərazidə İnşa olunan 7 yaşayış binasının Tikintisi, Fit-out layihələri , və kompleksin ərazisinin abadlıq işlərinin görülməsi.
Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər:
Tikinti və təmir layihələrinin iş həcminə uyğun smeta sənədlərinin hazırlanması.
Layihə işlərinə uyğun xərclərin hesablanması (materiallar, işçi qüvvəsi, avadanlıqlar və s.).
Smeta dəyərlərinin tikinti normativlərinə uyğunluğunun yoxlanılması.
Planlaşdırılmış və faktiki xərclərin müqayisəsi, uyğunsuzluqların müəyyən edilməsi.
Mövcud SNiP, GOST və digər normativ sənədlərin tətbiqi.
Layihə smeta sənədlərinin dövlət və ya korporativ tələblərə uyğun tərtibatı.
Tenderlər üçün smeta qiymətləndirilməsi və təqdimatların hazırlanması.
Rəqib təkliflərinin maliyyə analizi və qiymətləndirilməsi.
Tikinti işlərinin smeta büdcəsinə uyğun aparılmasına nəzarət.
Smeta üzrə dəyişikliklər və əlavə işlər üçün təkliflərin hazırlanması.
Layihə menecerləri və texniki mütəxəssislərlə işin koordinasiyası.
Smeta ilə bağlı işçi qrupuna məsləhətlərin verilməsi.
Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.):
Sahə üzrə minimum 3 il təcrübə;
Smeta proqramlarından (məsələn, 1C, AutoCad, və ya xüsusi smeta proqramları) istifadə bacarığı.
Maliyyə təhlili və tikinti bazarı üzrə aktual məlumatlara sahib olmaq.
Detallı və dəqiq hesablama bacarığı.
Namizədlərdən CV-lərini “Smeta mühəndisi” mövzusu ilə qeyd edilmiş hr@qalagroup.az elektron poçt ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar
11 əraziyə MERÇENDAYZERLƏR tələb olunur
Şam-Fi» şirkətinə 28 May, Nərimanov, Nizami, Mikrorayonlar, Yasamal, Həzi Aslanov, Əhmədli, İnqilab, Bakıxanov, Binəqədi, Biləcəri əraziləri üçün Merçandayzer tələb olunur.
(Yalnız həmin ünvanda yaşayan namizədlər müraciət etsin)
- Əmək haqqı: 620 manat + (620-900 arası bonus)
- Yaş həddi: 18-35
- Namizəd: Qadın
- İş qrafiki: Həftədə 5 gün (bazar-bazar ertəsi istirahət) 09:00 -18:00
Qeyd: Market sistemində çalışan namizədlərə üstünlük veriləcək.
İşin təsviri:
Mağazalarda məhsulların rəflərdə yerləşdirilməsi və düzülüşü, vitrinin vaxtında doldurulması,satış məntəqələrinin müəyyən sxemə uyğun ziyarət edilməsi.
Əlaqə nömrəsi: 051 206 60 68 Whatsapp nömrəsinə "Merçendayzer" yazaraq müraciət edə bilərsiniz.
Vakansiya Velosiped üzrə ərazi kollektoru tələb olunur
İşəgötürən: APAR
Tələblər:
Yeni qurulan velosiped kiralama şirkətimiz üçün dinamik, enerjili və fiziki cəhətdən aktiv Kollektorlar axtarırıq. Bu rol, velosipedlərimizin gün ərzində müştərilərimiz üçün ən uyğun və çoxluq olan yerlərə yerləşdirilməsini və idarə olunmasını əhatə edir. Bu vəzifə, şirkətimizin operativ effektivliyini artırmaq və müştəri məmnuniyyətini təmin etmək üzrə önəmli bir rol oynayır. Namizəd, velosipedlərimizin optimal paylanmasını və yer dəyişməsin təmin etməklə, xidmət təklifimizin keyfiyyətini maksimum dərəcədə yaxşılaşdıracaq.
İş barədə məlumat:
Velosipedlərin şəhərin müxtəlif yerlərində müəyyən edilmiş yerlərə çatdırılması və yer dəyişdirməsi
Velosipedlərin təhlükəsizliyinin və texniki vəziyyətinin yoxlanılmasi
Gün ərzində velosipedlərin tələbatı yüksək olan yerlərə uyğun şəkildə paylanması
Velosiped kiralama sisteminin effektiv işləməsi üçün lazımi logistika və planlaşdırma işlərinin aparılması
İş rejimi-növbəli
Əmək haqqı –müsahibə zamanı müəyyənləşir
Əgər bilik və bacarıqlarınıza güvənir və həmçinin innovativ startapda yer almaq istəyirsinizsə CV-nizi mail-in mövzu hissəsinə “Velosiped üzrə ərazi kollektoru” yazaraq hr@apar.az ünvanına göndərmənizi xahiş edirik.
Şirkət haqqında məlumat:
APAR elektrikli velosiped, velosiped və digər alternativ nəqliyyat vasitələrinin icarəsini innovativ yolla həyata keçirən startap şirkətdir.
Missiyamız şəhərin gözəlliyini və dinamikasını iki təkərlə hiss etmək üçün rahat və ekoloji cəhətdən təmiz bir yol təqdim etməkdir. Xidmətimiz işə getmək yaxud sadəcə təmiz havadan zövq almaq üçün mobil tətbiq vasitəsi ilə elektrikli və pedallı velosipedlərin icarəsini təqdim edir.
Təbiət dostu və aktiv həyat tərzini təbliğ edən layihədə yer almaq istəyirsinizsə qeyd olunan vakansıyanı diqqətlə oxumanızı xahiş edirik.
Fəhlə (Çatdırılma bölməsi) tələb olunur
İşəgötürən: ABC Telecom
Məişət və mebel məhsullarının ünvanlara çatdırılmasının icra edilməsi;
Müştəri ilə təhvil-təslim prosesinin həyata keçirilməsi;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
Təhlükəsizlik qaydalarına riayət olunması.
İş şəraiti:
İş günü: 6 gün iş, 1 gün istirahət;
İş yeri: Mərkəzi anbar (Binəqədi rayon, Emil petrolla üzbəüz)
Servis(20 yanvar,Koroğlu)
əmək haqqı 500-800 manat
Tələblər
Fiziki cəhətdən sağlam və güclü;
Məsulliyyətli, punktual və komandada işləmək bacarığı.
Maraqlanan şəxslər "Fəhlə" qeyd edib AD,SOYADINIZI yazaraq 051-2015750 nömrəsinin whatsappına və aytac.i.mammadova@abc-telecom.az e-mail ünvanına göndərə bilərsiniz.
Qeyd: Sorğular yalnız iş saatlarında (həftə içi saat 09:00-18:00) cavablandırılır.
Qeyd: Müraciət etmək üçün yanlız Whatsapp və ya mail üzrərindən yazmağınız xahiş olunur.
QADIN RESEPŞN tələb olunur
Quru Təmizləmədə (ximçistkada) müştərilərin gətirdikləri geyimlərin, ayaqqabilarin qeydiyyata alınması və paketlənməsi.
Yaş həddi: 22-38
Əmək haqqı: 500-800 (rus dili biliyi olanlar)
Əmək haqqı: 450-550 (rus dili biliyi olmayanlar)
İş Qrafiki 08:30-20:30 (həftədə bir gün istirahət günü)
İş yeri 28 may metrosuna yaxın ərazidə, Port Baku Mallın arxa küçəsində yerləşir. Təcrübəyə ehtiyyac yoxdur, işi özümüz öyrədirik.
Tələblər: Xoş görünüşlü səlis danışıq qabiliyyəti, və işini sevən insanlar müraciət edə bilər.
DİQQƏT: yuxarida qeyd olunan kriteriyalari diqqətlə oxuyun, elanda yazılan məlumatları yenidən soruşmayın, və kriteriyalara uyğun deyiləsəniz müraciət etmeyin heç bir şəkildə cavablandırılmayacaq.
*Maraqlananlar:* Zəhmət olmasa, "Reception" qeyd edib cv-nizi support@novaxindustry.com ünvanına göndərin və ya 0552236524 nömrəsi ilə əlaqə saxlayın. Sizi komandamızda görməkdən məmnun olarıq!
MÜHAFİZƏÇİ tələb olunur
İşəgötürən: Gulustan Residence
- Növbəli iş qrafiki: 12 saatlıq gecə növbəsi, günaşırı
- İş yeri: 28 May mst. ətrafında
- Əmək haqqı: 500-600 manat
office@gulustanresidence.com
İş barədə məlumat
- Parking nəzarət sisteminin həyata keçirilməsi, qeydiyyat işlərinin aparılması
- Parking ərazisini nəzarət altında saxlamaq, kamera vasitəsi ilə nəzarəti təmin etmək
- Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək
- Təlimatda qeyd edilən istisna hallar xaric, vəzifə yerini tərk etməmək
- Hadisələrə qarşı diqqətli davranmaq
- Başverən hadisə barədə öz rəisini mütəmadi olaraq məlumatlandırmaq
- Ərazidə öz vəzifələrinin icrasını həyata keçirmək
- Əraziyə gələn qonaqlarla etik normalar əsasında davranma,gülərüz münasibət göstərmək
- Tapşırılan ərazidə yerləşən avtomobilləri və digər qurğuları daim nəzarətdə saxlamaq
- Xidmət zamanı baş verən hallar barədə öz rəisini məruzə etmək
- Növbə zamanı ona tapşırılmış ərazini tam nəzarətdə saxlamaq və növbəni təlimata uyğun qaydada aparmaq.
- Növbə zamanı xüsusi geyim formasında olmaq
- Növbəni təlimata uyğun şəkildə təhvil almaq və təhvil vermək
- Şirkətin nizam-intizam və etik davranış qaydalarına riayət etmək
- Obyekt daxilində müştəriyə yardımçı olmaq, lazım gəldiyi təqdirdə istiqamətləndirmə və məlumatlandırma işini görmək
- Yanğın və digər təhlükəsizlik qaydalarına əməl etmək.
Namizədə tələblər
- Yaş: 25-35
- Hərbi xidmət haqqında bilet vacibdir
- MS Office bilikləri
- Dil bilikləri arzu olunandır
- Təcrübə minimum 1 il
- Orta təhsil
- Məsuliyyətli, diqqətli, operativ, verilən tapşırıqları vaxtında yerinə yetirməli
- Nizam-intizamlı olmalı
Qeyd: "MÜHAFİZƏÇİ" qeyd edib CV-lərinizi office@gulustanresidence.com elektron ünvanına göndərməyiniz xahiş olunur.
Satınalmalar şöbəsinə baş mütəxəssis tələb olunur
"Aqroservis"Açıq Səhmdar Cəmiyyətinin Satınalmalar şöbəsinə baş mütəxəssis vakansiyasına namizədlərin axtarışındayıq!
Təsvir:
-“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq Dövlət satınalmalarının vahid internet portalı (www.etender.gov.az) vasitəsilə elektron satınalmaları təşkil etmək və iştirakı təmin etmək;
-Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və Cəmiyyətin fəaliyyət növü ilə uyğun olan tenderləri müəyyən etmək və bu barədə rəhbərliyi məlumatlandırmaq;
-Bazar qiymətlərini araşdırmaq, analiz etmək və tələbatı müəyyənləşdirmək;
-Tender protokollarını hazırlamaq;
-Satınalma ilə bağlı sənədləri, təqdimatları və hesabatlılığı hazırlamaq;
-Daxil olan tender təkliflərinin, kotirovkaların qeydiyyatını aparmaq və onların aidiyyatı üzrə saxlanılmasını təşkil etmək;
-Cəmiyyətin iştirak etdiyi tender üzrə tələb olunan sənədləri və məlumatı müvafiq şöbələrdən toplamaq, operativ şəkildə hazırlamaq, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim etmək;
-Tender prosesində şirkəti təmsil etmək;
-Cəmiyyətin iştirak etmək istədiyi tenderin Əsas Şərtlər Toplusunu nəzərdən keçirmək, iştirakçıların qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə Cəmiyyətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyi məlumatlandırmaq;
-Tender təklifinin hazırlanması zamanı satınalan təşkilatın tender komissiyası ilə yazışmalar aparmaq, daxil olan sualların vaxtında və düzgün cavablandırılmasını təmin etmək;
-Tender və sorğu proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatları hazırlamaq;
-Müştəri bazasını genişləndirmək;
-Rəhbərliyin digər tapşırıq və göstərişlərini yerinə yetirmək.
Namizədə dair tələblər:
-Ali təhsil;
-Azərbaycan, rus/ingilis dillərini yüksək səviyyədə bilməli;
-Müvafiq sahədə (Satınalmalar üzrə) 2-5 il iş təcrübəsi;
-“Dövlət satınalmaları haqqında” qanun barədə yüksək səviyyədə məlumatlılıq;
-Microsoft Office proqramlarından istifadə bacarığı (xüsusilə, Excel,Word);
-Yüksək səviyyədə analitik düşünmə bacarığı və məsuliyyətli olması;
-Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür (CİPS, CIPP, Dövlət
Satınalmaların Təşkili və İdarə olunması barədə).
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
-Komanda ilə işləmək bacarığı;
-Analitik təhlil;
-Dəqiqlik;
-Gərgin iş qrafikinə uyğunlaşma bacarığı.
İş qrafiki:
Həftə ərzində 5 gün, saat 09:00-dan 18:00-a qədərdir.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsinə “Satınalmalar şöbəsinə baş mütəxəssis” yazaraq s.zahidova@aqroservis.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Mühasib tələb olunur
İşəgötürən: Ceylan MMC
Vəzifə öhdəlikləri:
Şirkətin gündəlik maliyyə əməliyyatlarının icra olunması
Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq
Bank əməliyyatlarının həyata keçirilməsi
Debitor borclara nəzarət.
Aylıq əmək haqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri ilə bağlı müavinətlərin hesablanması və ödənilməsi;
Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
E-Qaimə fakturalarını vergi qanunvericiliyinə uyğun dəqiq işləmək bacarığı
İşgüzar yazışmaların aparılması
Vergi sahəsi ilə bağlı əməliyyatlar
Ofis proqram bilikləri (xüsusilə Excell) və Micro
Vergi Məcəlləsi üzrə biliklər
e-taxes.gov.az və digər E-portallardan istifadə etmək bacarığı
Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
Şirkət rəhbərliyinə digər müvafiq maliyyə hesabatlarının hazırlanması
Azərbaycan Respublikası Əmək Məcəlləsi və Vergi Məcəlləsi ilə işləmək
e-gov.az portalından istifadə etmə bacarığı.
Şərtlər:
Ali təhsil;
Analitik təhlil,strateji düşünmə,statistik və riyazi biliklər
Avis (vergi) sistemində işləmə bacarığı
İş şəraiti:
Əmək haqqı: 1000 AZN (net)
İş qrafiki: Bazar ertəsi – Cümə 09:00 -18:00
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi.
İş yeri : Ceylan MMC
Ünvan: Babək plaza
Müraciət qaydası: Qeyd edilmiş hr@unitrade.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Mühasib” yazıb, əlavədə CV (PDF formada) göndərməklə müraciət edə bilərsiniz.
Sinif Rəhbəri tələb olunur
İşəgötürən: Türk Dünyası Atatürk Liseyi
Vəzifə öhdəlikləri:
sinifdə şagird şəxsiyyətinin müsbət potensialının inkişafı üçün əlverişli təlim-tərbiyə mühiti yaratmaq;
şagirdlərin xarici görünüşünə, geyiminə nəzarət etmək;
şagirdlərin dərsə davamiyyətinə nəzarət etmək;
hər bir şagirdin tədris nailiyyətlərinə nəzarət etmək məqsədilə onların uğur və səhvlərini qeydə almaq və vaxtında kömək göstərmək;
valideynlərlə əlaqə yaratmaq və onlara uşaqların tərbiyə olunmasında kömək göstərmək (şəxsən, məktəb psixoloqu və müəllimlər vasitəsilə);
Vəzifəyə olan tələblər:
Pedaqoji ixtisas üzrə bakalavr dərəcəsi;
Azərbaycan dilində mükəmməl danışma və yazma bacarığı;
Tələb olunan sahədə ən az 1-3 il müddətində pedaqoji təcrübə;
10-15 yaş qruplarını əhatə edən təhsil alanlarla böyük həvəslə işləmək istəyi, kollektivdə bir komanda olaraq işləmək bacarığı.
Vəzifə haqqında məlumat:
İş günləri: 1-5 günlər, bazar günü istirahət;
Əmək haqqı: razılaşma yolu ilə.
Maraqlanan və uyğun namizədlərin CV-lərini tdbakuataturk@turan.org elektron poçt ünvanına mövzu hissəsində “Sinif Rəhbəri” qeyd etməklə yönləndirmələri xahiş olunur. Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.
Tel: (+994)12 310-39-22
RESEPŞN tələb olunur
İşəgötürən: İsmixanlı MMC
Tələblər:
Ali təhsil,
Azərbaycan və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı,
MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı,
Komandada işləmə bacarığı.
Öhdəliklər:
Birbaşa rəhbərliyin verdiyi tapşırıqları icra etmək
Ofis daxili sənədləşmələrin həyata keçirilməsinə nəzarət və qeydiyatının aparılması, rəhbərliyə bir başa təqdim olunması Iclasların və müşavirələrin təşkili
Məlumatların konfedensiallığını qorumaq
Qonaqların qarşılanması və servisi (çay, qəhvə, su)
Gündəlik görüləcək işlərin planlaşdırılması, görüşlərin təşkili, şöbələrə aid verilən tapşırıqların icrasını nəzarətdə saxlamaq və hesabatını aparmaq
Rəhbərliyin tapşırıqlarını aktiv şəkildə təyinatı üzrə yönləndirmək və məruzə etmək
İşlərin təlimatlara uyğun qaydada təşkili və icrası
İş şəraiti:
Əmək haqqı: 450 manat
Korporativ nömrə
Ünvan: 8 noyabr pr, Blue residence satış ofisi
İş günlərinin sayı 6 gün
Tələblərə uyğun şəxslər CV-lərini xayala.aliyeva@ismikhanli.az elektron poçt ünvanına mövzu hissəsinə “Resepşn” yazaraq qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər.
İsmikhanli” MMC Azərbaycanda peşəkar bağçılıq və meyvə yetişdirmə sahələri ilə məşğul olan şirkətdir.
Gözətçi tələb olunur - 2 GÜN İŞ 2 GÜN İSTİRAHƏT
İşəgötürən: Santral Electric LLC
Tələblər:
25-40 yaş
Ali və orta təhsil
Dillər : Azərbaycan dili (Rus dili arzuolunandır)
Müvafiq sahədə 1-3 il iş təcrübəsi
Ünsiyyət qurmaq bacarığı
Kollektivdə işləmək bacarığı
İş barədə məlumat:
İş qrafiki növbəli (2 gün iş, 2 gün istirahət)
Nahar şirkət tərəfindən təmin edilir.
Ünvan: Dərnəgül. Ziya Bünyadov pr 2071
Əmək haqqı: 470 manat
Vəzifə təlimatı:
Müşahidə kameraları vasitəsi ilə, işçilərin, ərazinin və obyektlərin gün ərzində izlənilməsini təşkil etməlidir;
Təşkilatın girişində növbə çəkir; işçiləri, qonaqları, nəqliyyatı onların təqdim etdikləri müvafiq sənədlər üzrə təşkilatın ərazisinə və geriyə buraxır;
Mühafizə olunan obyektin bütövlüyünü (kilidlər və digər bağlama qurğuları; plombların varlığı, yanğınəleyhinə inventarlar; siqnalizasiyanın, telefonların, işıqlanmanın sazlığı) yoxlayır;
Müşayiətedici sənədləri faktiki mövcud yüklə yoxlayır;
Növbəni qəbul edir və təhvil verir.
Əmlakın, işçilərin qorunması və təhlükəsizliyinə görə məsul olmaq;
Ərazidə kənar şəxslər müşahidə edildikdə dərhal aidiyyatı üzrə məruzə etmək;
CV-lərinizi “Gözətçi” başlığı ilə cv@santral.az poçt ünvanına göndərməyiniz xahiş olunur.
Əlaqə: 0512050103
mühafizəçi
Sənəd nəzarətçisi tələb olunur (qadın
İşəgötürən: "Foodini" MMC
- İş yeri Hökməli qəsəbəsində yerləşdiyi üçün yaxın yaşayış məntəqələrinin sakini olması arzu olunandır. Narah şirkət tərəfindən verilir.
İş barədə məlumat
-Qaimə-fakturaları yoxlamaq
-Təhvil-təslim, üzləşmə aktlara nəzarət etmək
-Alqı-satqı müqavilələrin hazırlanması
-Xidməti sənədlərin mühafizəsini təmin etmək
Namizədə tələblər
- Yaş həddi: 25-35
- Ali təhsil
- Kargüzarlıq sahəsində 1 il iş təcrübəsi
- Logo Unity proqramında və MS office,excell işləmək bacarığı arzu olunan
- Əmək haqqı 700 manat (NETT)
- İş qrafiki: bazar ertəsi –cümə; iş saatı: 08:00-dan 17:00-dək
Xahiş olunur CV-nizi hr.foodini@gmail.com göndərdikdə “subject” (mövzu) hissəsində “Sənəd nəzarətçisi” vakansiyanın adını qeyd edəsiniz.
“Şam-fi” şirkətinə fəhlələr tələb olunur _ NÖVBƏLİ İŞ
İşəgötürən: Sham-Fi International Trading Company - Şam Fi.
İş yerləri: Xətai rayonu 8 noyabr prospekti və Lökbatan qəsəbəsi.
İş qrafiki: 5 günlük 3 növbəli (Səhər növbəsi 08:00-16:00, Günorta növbəsi 16:00-23:00, Axşam növbəsi 23:00-08:00)
İşin təsviri: Qida məhsullarının yük maşınlarına yüklənməsi, fiziki xarakterli işlərin icrası.
İş haqqında əlavə məlumatlar:
Servis xidməti mövcuddur.
Əmək haqqı: 550-800 manat.
Nahar şirkət tərəfindən verilir.
Yaş həddi 18-50 yaş aralığıdır, fiziki cəhətdən sağlam, növbəli iş qrafikində işləməyə hazır olan şəxslərin müraciətlərinə baxılır.
Müraciət etmək istəyən şəxslər 051 233 66 60 Whatsapp nömrəsinə "Fəhlə" yazaraq müraciət edə bilər.
Şirkətdə hər həftənin çərşənbə axşamı müxtəlif vəzifələr üzrə açıq qapı günüdür, istəyən namizədlər bir başa ünvana yaxınlaşaraq müraciət edə bilərlər.
Ünvan: 8 Noyabr pr. 15 (Köhnə Luna parkın yaxınlığı, Azərişığın arxa hissəsindən UPD qəsəbəsinə gedən yolun üzərində)
BƏYANNAMƏÇİ - EXCEL OPERATORU tələb olunur
İşəgötürən: Mobil Group
Namizəd üçün tələblər:
"Microsoft Excel"də arxayın işləyə bilən, proqramın alətlər panelinə yaxşı bələd olan və aşağıdakı formul kateqoriyalarında yüksək praktikaya malik olan namizəd axtarılır. Namizəd müsahibə zamanı test olunacaq və uğurlu olacağı halda, dərhal işə cəlb olunacaq.
Hesablama və data analizi funksiyaları (SUM, AVERAGE, COUNT/COUNTA, IF, SUMIF, SUMIFS, COUNTIF, ROUND / ROUNDUP / ROUNDDOWN, LARGE/SMALL və.s);
Mətn manipulyasiyası funksiyaları (LEFT/RIGHT/MID, LEN, TRIM, SUBSTITUTE, CONCAT/TEXTJOIN və.s)
Datanın axtarışı və çağırılması ilə bağlı funksiyalar (VLOOKUP/HLOOKUP, INDEX/MATCH, XLOOKUP və.s);
Data təmizləmə və şərtləndirmə funksiyaları (ISBLANK, IFERROR, TEXT və.s);
Məntiqi və riyazi funksiyalar (AND/OR, ABS, RAND/RANDBETWEEN və.s);
🔘 Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
🔘 Korporativ nömrə ilə təmin edilmə
Müraciət üçün hr@mobilgroup.az ünvanına " BƏYANNAMƏÇİ - EXCEL OPERATORU " başlığı ilə CV -lərinizi göndərə bilərsiniz.
ÇAĞRI MƏRKƏZİ OPERATORU tələb olunur
İşəgötürən: ALPI GROUP MMC
Tələblər:
- Yalnız xanım namizədlər tələb olunur
-Yaş həddi: 20-36
Vəzifələr: Təqdim olunan müştəri bazası əsasında abunəçilərə zənglərin olunması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq Bakcell-in məhsulları barədə məlumat vermək.
Əməkhaqqı + Bonus (500-600azn)
Əlavə imkanlar:
- İş vaxtı : 09:00-dan - 18:00-dək (1-5ci günlər)
- Nahar vaxtı 13:00-14:00
-
İş yerinin ünvanı: Ofis Sport Plaza (Koroglu ms.) yerləşir
Müraciət qaydası: CV-nizi aybenizt@alpigroup.az e-mail adrersinin mövzu hissəsində "Zəng mərkəzi operatoru " yazaraq göndərə və ya 0559314473 (09:00 dan -18:00 kimi) nömrənin Whatsapp-na özünüz haqda məlumatı və vakansiyanın adını qeyd edib göndərə bilərsiniz
Müraciət üçün son tarix: 25.12.2024
İcraçı köməkçi tələb olunur
İşəgötürən: Yalama Agropark MMC
Əmək funksiyaları
Sənəd dövriyyəsinin idarə olunması, daxili şirkətlərin sənədlərini Direktora təsdiqlətmək və aidiyyəti üzrə çatdırılmasını təmin etmək;
Şirkət rəhbərinin keçirdiyi danışıqların, görüşlərin, iclasların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı və iştirakçılara görüşün tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılmasını) görmək;
Direktora lazım olan məlumatları şirkətin struktur bölmələrindən, yerli icraçılardan əldə etmək, zəruri hallarda əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək, işi son tamamlanmaya qədər təqib etmək;
İclasların və görüşlərin təşkili və əlaqəli materialların hazırlanması, qaydalara əməl olunmasına nəzarət etmək;
Direktorun tapşırıqlarının icrasına nəzarət edilməsi;
Direktorun gündəlik iş günü planının təmin edilməsi;
Müqavilələri Satınalma şöbəsi ilə koordinasiya etmək
Tələblər
Ali təhsil;
İş təcrübəsi 1 ildən yuxarı olmalı;
MS Office proqramları üzrə normal səviyyədə biliklərə sahib olmalı;
Xarici dil biliklərinin olması arzu olunandır (rus, ingilis);
Məsulliyyətli, diqqətli, aktiv olmalı və komandada işləmək bacarığı olmalı;
Xanım namizəd olmalıdır.
İş qrafiki
09:00-18:00 ( beşgünlük iş həftəsi)
Ünvan - AZ0115, Abşeron rayonu, Hökməli ŞTQ, Bakı-Şamaxı şossesi 15-ci km
Qeyd: Nəqliyyat servisi və gündəlik qidalanma şirkət tərəfindən təmin edilir.
Maraqlanan şəxslər cv-lərini hr@agroparkyalama.az elektron poçt ünvanına mövzu yerində “İcraçı köməkçi” qeyd etməklə göndərə bilərlər.