azvakaz | Unsorted

Telegram-канал azvakaz - AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

48828

Azərbaycanda vakansiyalar, iş elanları Ödənişli iş elanı yayımı üçün: @AzVak_elan ya elan@azvak.az Əlaqə: 051 343 73 07 AzVak kanalı elanların məzmununa, həmçinin işaxtaran və işəgötürən arasında danışıqlara və razılaşmalara görə məsuliyyət daşımır.

Subscribe to a channel

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Sürücü tələb olunur

İşəgötürən: ABC Telecom

Vəzifə öhdəlikləri:

Məişət və mebel məhsullarının çatdırılmasının həyata keçirilməsi;
Müştəri ilə təhvil-təslim prosesinin həyata keçirilməsi;
Yol hərəkəti və təhlükəsizlik qaydalarına əməl edilməsi;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

İş şəraiti

İş günləri: 6 gün iş, 1 gün istirahət
Əmək haqqı 600-800 AZN
Tələblər:

Sürücülük vəsiqəsi (BC kateqoriya);
Sürücülük təcrübəsi (minimüm 5il);
Yük avtomobili idarəetməsi təcrübəsi (minimal 2 il)
Yükləmə, boşaltma və daşınma qaydaları üzrə biliklər;
Səlis Azərbaycan dili bilikləri, Rus dili biliyi arzu olunandır;
Ərazini yaxşı tanıması vacibdir;
Fiziki cəhətdən sağlam;
Məsulliyyətli, punktual, komandada işləmək bacarığı.

Maraqlanan şəxslər "Sürücü" qeyd edib AD,SOYADINIZI yazaraq 051-2015750 nömrəsinin whatsappına və aytac.i.mammadova@abc-telecom.az e-mail ünvanına göndərə bilərsiniz.

Qeyd: Sorğular yalnız iş saatlarında (həftə içi saat 09:00-18:00) cavablandırılır.
Qeyd: Müraciət etmək üçün yanlız Whatsapp və ya mail üzrərindən yazmağınız xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

CNC makina operatoru tələb olunur

İşəgötürən: Omax metal profil boru istehsal zavodu

Yaş həddi : 20-55 yaş

Əməkhaqqı: 800 manat

Əlavə imkanlar: Nahar yeməyi verilir

İş yerinin ünvanı: Bakı Binəqədi ray.M.Ə.Rəsulzadə qəsəbəsi Baksol ərazisi

Müraciət qaydası: . 010-255-10-86

Şirkətimiz metal profil boru istehsalı ilə fəaliyyət gösdərir.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

AŞBAZ tələb olunur

İşəgötürən: Fitway food

Tələblər:
Yaş həddi: 30-48
Yaınız QADIN namizədlər

Vəzifələr:
Avropa yeməklerini bilən aşbaz qadın tələb olunur

Əmək haqqı: 1000 azn
İş saatı: 10:00-19:00(6 gün)

İş yerinin ünvanı: Bəsti Bağırova 15

Müraciət qaydası: CV-nizi 050 977 17 88 nömrəsinə göndərilə bilərsiniz

AR qanunvericiliyinə uyğun əmək müqaviləsi bağlanılır

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

QİYMƏTLƏNDİRİCİ ZƏRGƏR tələb olunur

İşəgötürən: Modernqold

moderngold11@gmail.com

İş barədə məlumat
- Qızıl zinət əşyalarının(müxtəlif əyarlı və buraxılış ilinə əsasən) dəqiq qiymətləndirilməsi
- Qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə fəaliyyəti haqqında və digər əlaqəli qanunlara əməl olunması
- Qızıl zinət əşyaları barədə müvafiq rəylərin sənədlərlə (aktlarla) rəsmiləşdirilməsi
- İş qrafiki: Həftə içi 10:00dan 18:00-a dək, şənbə günü 10:00dan -16:00-dək
- Əmək haqqı razılaşma əsasında.

Namizədə tələblər

- Qızıl zinət əşyalarının qiymətləndirilməsi ilə bağlı minimum 5 il iş təcrübəsi Mütləqdir
- Yaş 35-55
- Məsuliyyətli,intizamlı
- Bazarda olan qızıl zinət əşyaları barədə məlumatın olması və müəyyən zinət əşyalarının bazardakı konkret qiymətlərinin bilməsi
- Sənədlərlə işin düzgün aparılması, hazırlanan sənədlərin məzmununun dəqiq, aydın və ardıcıl olması, keyfiyyətli tərtibatı bacarıqları.

Uyğun namizədlərdən öz Şəkilli CV-lərini moderngold11@gmail.com mövzu hissəsində “Qiymətləndirici Zərgər” kimi qeyd edərək göndərmələri xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Online satış üzrə mütəxəssis tələb olunur

işəgötürən: By Telecom

6 günlük iş rejimi
Əmək haqqı 500-1000AZN

Vəzifə öhdəlikləri:

Müştərilərlə sosial media və onlayn çat vasitəsilə əlaqə qurmaq, onları məhsullar haqqında məlumatlandırmaq və məhsul seçimində köməklik göstərmək
Müştərilərlə onlayn yazılı ünsiyyət qurmaq
Müştərinin tələbatının öyrənmək, məhsullar haqqında ətraflı və dolğun məlumat vermək
Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək
Müştəri sifarişlərini qəbul etmək, ödəniş və çatdırılma prosesini təşkil etmək
Müştəri suallarını, xüsusi sifarişlərini və şikayətlərini operativ şəkildə həll etmək
Məhsul təsvirlərinin və qiymətlərinin veb səhifələrdə və e-ticarət platformalarında yenilənməsini həyata keçirmək

Tələblər:

E-ticarət və onlayn satış üzrə ən azı 2 il iş təcrübəsi.
Yaxşı ünsiyyət bacarıqları və müştərilərlə işləmə təcrübəsi.
Rəqəmsal satış platformaları və sosial media ilə işləmək bacarığı.
Analitik düşüncə və problem həll etmə qabiliyyəti.
Komanda ilə işləmək bacarıqları.
Təşəbbüskar, məsuliyyətli və çevik olmaq

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Online satış üzrə mütəxəssis” qeyd etməklə hr@bytelecom.com elektron poçt ünvanına göndərmələri xahiş olunur.

satıcı

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Mühasib tələb olunur

işəgötürən: PAY Group

Vəzifə barədə bəlumat:

Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması
Vergi orqanları ilə yazışmalar
Vergi və mühasibat uçotunun aparılması
Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
Əməliyyatların 1C 8.3 versiyasına sərbəst şəkildə və Excel proqramında işlənməsi
Vergi qaime-fakturalarin yazılması
Bank və kassa əməliyyatları
Daxili mühasibatlıq işlərini görə bilən (hesab fakturalar, elektron qaimələr, daxili hesabatlar, bank köçürmələri və.s)
e-taxes.gov.az, e-gov.az və digər portallardan istifadə etmək bacarığı

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

Ali təhsil;
Müvafiq sahədə ən azı 2-3 il iş təcrübəsi;
Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik;
Azərbaycan və rus dilində sərbəst yazı və danışıq qabiliyyəti (ingilis dili arzu olunandır);
Yüksək səviyyədə kompüter bilikləri (Excel, 1C, Word və mühasibatlıq sistemləri üzrə);
İqtisadi və maliyyə mövzuları üzrə yaxşı biliyə sahib olmaq;
Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
Təşəbbüskar, qərar qəbul etmək qabiliyyəti;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
Əla ünsiyyət qurma bacarığı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
Vakansiyaya yalnız xanım namizədlər müraciət edə bilər.

İş şəraiti:

İş qrafiki: Həftənin 5 günü, 10:00-dan 19:00-dək
Şənbə və bazar qeyri iş günləridir
Nahar şirkət tərəfindən təmin olunur
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə

"Mühasib" qeyd edib CV-nizi hr@paygroup.az e-mail adresinə göndərə bilərsiniz.

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

İlməkçi tələb olunur

İşəgötürən: 6-CI MƏRTƏBƏ MÜSTƏQİL ŞİRKƏTİ

Əlavə qeydlər:

İş yeri: Qarabağ regionu
əmək haqqı: Razılaşma yolu ilə
Qidalanma: Təmin edilir.
Yataqxana: Təmin edilir.

Tələblər:
1. Orta və ya peşə təhsili
2. İlməkçi üzrə sertifikatlar
3. Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi (tikinti sahəsi üzrə təcrübəsi olanlara üstünlük verilir)

Vəzifə öhtəlikləri:
1. Yükün bağlanması və ya qarmaqlanmasını yükün burazlama sxeminə uyğun həyata keçirmək
2. Kranla daşınması nəzərdə tutulan yükün çəkisini siyahı üzrə və ya yükün üzərindəki markalama ilə yoxlamaq
3. Yükün daşınması zamanı onun ayrı-ayrı hissələrinin dağılmaması üçün yaxşı bağlanmasını təmin etmək
4. Daşınma və ya qaldırma zamanı yükü müşayiət etməli, insanlar olduğu yerdə təhlükəsiz şəkildə istifadə etmək qaydalarını bilmək

Uyğun namizədlər vakansiyanın adını "İlməkçi " qeyd etməklə hr@6-cimertebe.az elektron poçt ünvanına göndərə bilərlər

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Ekspeditor tələb olunur (Xaçmaz)

İşəgötürən: Fortune Trade – Sürtkü yağları və filterlərin online satışı

Vəzifə öhdəlikləri:

Satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik hesabatları dəqiq və ətraflı hazırlayıb Şöbənin Satış üzrə Supervayzerinə yazılı surətdə təqdim etmək;
Lazım olan təqdirdə ticarət məntəqələrində müxtəlif reklam materiallarını yerləşdirmək;
Ərazidə və gündəlik marşurutda olan bütün satış nöqtələrini vaxtında ziyarət etməlidir;
Öz məsuliyyət ərazisini bilmək: pərakəndə qruplar üzrə ticarət məntəqələrini, müştərilərin sayını, marketinq xidmətlərinin göstərilməsi müqavilələrinə və onların qüvvədə olma müddətlərinə malik müştərilərin sayını;
Rəqiblərin hərəkətlərini və müştərilərlə iş sistemini bilmək;

Namizədə tələblər:

Təhsil- Universitet Dərəcəsi (arzuolunandır)
Dil bilikləri: Azərbaycan - mükəmməl səviyyədə, Rus və İngilis dili- arzuolunandır;
Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi
Kompüter biliyi: MS Office, (Word, Excel, Power Point, Tayga proqramı);
Analitik düşüncə tərzi;
Kollektivlə işləmə bacarığı;

İş şəraiti:

İş qrafiki: I-V günlər, 08:00-17:00; VI gün 08:-15:00

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Ekspeditor- Xaçmaz” qeyd edərək CV formasını qeyd edilmiş hrdepartmentfortunatrade@fortunatrade.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Avtomobil həvəskarları və mütəxəssisləri üçün yüksək maaşlı iş - 2000 MANAT MAAŞ

İşəgötürən: DG MOTORS SALES LLC

Əmək haqqı və müavinətlər

1. Əsas əmək haqqı: 400-600 manat, pilləli komissiya, ümumi əmək haqqı 2000 manatdan yuxarı ola bilər;
2. Sosial sığorta;

Vakansiya: Avtomobil satıcısı

Tələb edin:

1. Satış sektorunda bir ildən çox təcrübəsi olan, avtomobil sənayesində satış təcrübəsi olan namizədlərə üstünlük verilir, yeni məzun olanlar da qəbul olunur, sürücülük vəsiqəsi var;
2. Yaxşı ünsiyyət və ifadə bacarıqları, yaxınlıq, peşəkar etika, yad insanlarla yaxşı münasibət qurmaq, müəyyən çətinlikləri qəbul etməyi bacarmaq; çevik ağıl, çətinliklərə dözə bilən, güclü xidmət hissi və güclü satmaq və qazanmaq arzusu.
3. Güclü məsuliyyət hissi, güclü təşəbbüskarlıq, işə həvəs, ciddilik və məsuliyyət, xoş davranış, çətinliklərə dözmək və ağır işlərə tab gətirmək bacarığı;
4. Müştəri ehtiyaclarının araşdırılması, şirkətin standart prosedurlarına uyğun olaraq məhsul satışının həyata keçirilməsi və müvafiq avtomobil xidmətlərinin göstərilməsi üçün cavabdehdir və hər bir model üzrə satış məlumatlarının təşkilinə cavabdehdir;

İş ünvanı: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 43a
Əlaqə nömrəsi: 0 513519352 Lizzy (whatsapp)


Şirkət haqqında

DG MOTORS SALES LLC Çində yeni enerjili avtomobil satışı və avtomobil xidmətlərini inkişaf etdirən peşəkar avtomobil ticarəti şirkətidir.
Bakı mağazası Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 43a, 1-ci mərtəbədə yerləşir.
Əsasən müxtəlif markaların məşhur modellərinin LI XIANG/ BYD/ GEELY/ ZEEKR/ CHANGAN kimi Çin yeni enerji vasitələrini satır. Belarus, Özbəkistan, Səudiyyə Ərəbistanı və digər ölkələrdə avtomobil satışı şirkətlərimiz var.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

FRONTEND PROQRAMÇI tələb olunur

İşəgötürən: PAŞA Sığorta

Vəzifə və öhdəliklər:

· Layihələr üçün yeni komponentlərin hazırlanması, əlavə və dəyişikliklərin edilməsi

· Mövcud skriptlərdə dəyişikliklərin edilməsi və onların optimallaşdırılması

· Mövcud sistemlərə əlavələrin edilməsi və onların təkmilləşdirilməsi

· Proqram təminatının işinin optimallaşdırılması və performansının artırılması

· Yazılan kodların test edilməsi, yaranan problemlərin analizi və aradan qaldırılması

· Proqram təminatı istifadəçisindən daxil olan tələblərin təhlil edilməsi və problemlərin həll edilməsi

· Proqram layihələrinin hazırlanması üzrə texniki normaların, standartların və tələblərin müəyyənləşdirilməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək

· Vəzifəsi üzrə rəhbəri tərəfindən verilən tapşırıqları yerinə yetirmək

Təhsil və ixtisas tələbləri

· Kompüter mühəndisliyi və ya bənzəri ixtisasa dair ali təhsili olanlara üstünlük verilir

İş təcrübəsi

· Müvafiq sahə üzrə minimum 2 il

Bilik və bacarıqlar:

Gərəklidir:

· HTML/CSS, Javascript, Typescript üzrə dərin biliklər

· Frontend framework-larının (Angular, React, Vue) birində yaxşı biliklər

· Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq

· REST API ilə iş təcrübəsi

· Bootstrap, Material Design üzrə biliklər

· Package managers (npm, yarn) üzrə biliklər

· Gulp, Webpack üzrə biliklər

· Git / TFS üzrə biliklər

Üstünlük verilir:

· Angular, NGRX üzrə dərin biliklər

· Unit Testing bacarıqları

· Backend təcrübəsi

Son müraciət tarixi: 20 dekabr 2024

"FRONTEND PROQRAMÇI" qeyd edib CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Logistika meneceri tələb olunur

İşəgötürən: Fastrans

İşin təsviri (öhdəliklər):

Kargüzarlıq işinin aparılması(Ehtiyac olduqda sənədlərin surətini çıxarmalı və ya skan etməli)
Şirkətin maillərinə nəzarət edilməsi
Müqavilələrin hazırlaması və nəzarət edilməsi
Mobil telefonda eylan paylasması
İş şəraiti:

5 gün 09:00-18:00; 6 ci gun -09.00-14.00
Əmək haqqı: 800 Azn
Ünvan: Bakı şəh, Heydar Aliyev pr 95

Tələblər:

Cins: xanım/bəy
Ms Office proqramlarında işləmək bacarığı, (Word, Excel)
Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət aparmaq bacarığı

"Logistika meneceri qeyd edib CV-nizi
office@fastrans.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Mobil: 050 227 55 15

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Mühasib tələb olunur

İşəgötürən: AqroBioCore MMC

Vəzifə öhdəlikləri:

• Gündəlik bank çıxarışların 1C proqramına işlənilməsi.
• Gündəlik e-qaimələrin portal vasitəsilə göndərilməsi. E-qaimələrə uyğun olaraq hesab fakturaların hazırlanması, müştərilərə göndərilməsi.
• Debitor borclara nəzarət.
• Şirkətə gələn məktubların cavablandırılması.
• Gündəlik satışların bank hesabına mədaxil edilməsi
• Dövlət qurumlarına hesabatların verilməsi (aylıq,rüblük, illik)

Namizədə tələblər:
• Maliyyə və ya mühasibatlıq sahəsi üzrə ali təhsil.
• Müvafiq sahədə 1 ildən az olmayan iş təcrübəsi olan xanımlar.
• MS Office və 1C proqramlarında işləmək bacarığı.
• Online kargüzarlıq və e-qaime portallardan istifadə etmə bacarığı.
• Vergi Məcəlləsi, əmək məcəlləsi, maliyyə və mühasibatlıqla bağlı biliklər.
• Elektron hökümət portalı ilə işləmə qabiliyyəti.

İş şərtləri:
• Həftədə 6 iş günü ( I-V günler 10:00 – 18:00, şənbə 10:00 – 16:00)
• Əmək haqqı: namizədin bacarıqlarına uyğun olaraq yerində dəyərləndiriləcək.
• Azərbaycan Respublikası ƏM əsasən rəsmiləşdirmə

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini info@aqrobiocore.az elektron poçt ünvanına mövzu yerinə “Mühasib” yazaraq göndərmələri xahiş olunur

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Anbardar tələb olunur

İşəgötürən: “AZERA Holding” MMC

İş barədə məlumat;

1. Anbarın Təşkili: Anbarda olan bütün məhsulların düzgün şəkildə çeşidlənməsi, sistematik qaydada saxlanması və onlara asan çıxışın təmin edilməsi;
2. Mal Yerləşdirilməsi: Məhsulların müəyyən edilmiş sahələrdə yerləşdirilməsi, materialların tipinə və istifadəsinə uyğun anbar ərazisinin təşkil edilməsi;
3. Stok İdarəetməsi: Anbarda olan məhsulların dəqiq uçotunun aparılması və stok vəziyyətinin daimi izlənməsi, əskikliklərin və artıq məhsulların vaxtında müəyyən edilməsi;
4. Məhsulların İstehsalata Çıxışı: Məhsulların istehsalat prosesinə yönləndirilməsi üçün lazım olan xammalın və digər materialların istehsalat bölməsinə təhvil verilməsi;
5. Anbar Hesabatlarının Hazırlanması: Stok vəziyyəti, məhsul qəbulu və çıxışı barədə aylıq və tələb olunduqda hesabatların hazırlanması (1C Proqramı üzərindən) və rəhbərliyə təqdim edilməsi.

Tələblər:
· Təhsil: Ali təhsil arzu olunandır.
· Dil bilikləri: Azərbaycan dilində səlis danışıq qabiliyyəti
· Kompyuter bilikləri: MC Excel, MC Word, 1C(Anbar hissəsi kifayətdir);
· İş təcrübə: Müvafiq sahədə ən az 2 il
· Digər: Bəy namizədlərə üstünlük veriləcək

İş şəraiti:
· AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirilmə
· Əmək haqqı: Razılaşdırılma yolu ilə

Uygun namizədlər cv-lərinizi mövzu hissəsinə şirkətin və vakant yerin adı qeyd olunmaqla
hr@azeraholding.az mail ünvanına göndərin.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

ÇATDIRILMA ÜZRƏ SÜRÜCÜ tələb olunur

İşəgötürən: Aromart

İş barədə məlumat

- Şəxsi avtomobili ilə şirkət məhsullarını müştərilə çatdırmaq, ehtiyac olarsa məhsullar barəsində məlumat vermək
- İş saatı: 10:00-dan 19:00-dək
- İş rejimi: 6 gün iş,bazar günü istirahət günü
- Yanacaq və rabitə xərcləri şirkət tərəfindən verilir

Namizədə tələblər

- Şəxsi avtomobil
- Rus dili biliyi üstünlükdür
- Məsuliyyətli, diqqətcil

info@aromart.az

(070) 200-35-90

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Ofis Meneceri tələb olunur

İşəgötürən: Aral Group Baku

İş qrafiki: Tam iş günü

Vəzifələr:

Ofis avadanlıqlarının və materialların idarəsi.
Şirkətdaxili tədbirlərin təşkilində iştirak etmək;
Müxtəlif sənədlərin hazırlanması, arxivləşdirilməsi və saxlanması.
Elektron və kağız sənəd dövriyyəsinin təşkil edilməsi.
Yeni işçilərin işə qəbulu zamanı lazımi ehtiyaclarla temin etmək;
Printer maşınları və kompüterlər kimi ofis avadanlığı və materiallarının saxlanması və sifariş edilməli olan avadanlıq və materialların uçotunun aparılması;
Ofisə daxil olan məktublarının qəbulu və göndərilməsi kimi işlərdə iştirak etmək;
ERP proqramı üzrə sənəd dövriyyəsi, avadanlıqların təhkim olunması və lazımı fakturaların işlənməsi üzrə əməliyyatların icrası.
Sənədlərin vaxtında imzalanması üzrə işlərin təşkili.
Ofisin təmizliyi və nizamının təmin edilməsi.

Tələblər:

Ali təhsil (iş təcrübəsi olanlara üstünlük veriləcək)
Ofis proqramları (MS Office) üzrə bilik
Yüksək kommunikasiya bacarıqları
Təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları
Müsbət münasibət və müştəri yönümlü yanaşma
Azərbaycan dilində sərbəst danışıq

Təklif edirik:

Müsbət iş mühiti
Rəqabətədavamlı maaş
Müraciət Üçün:

CV-nizi qeyd edilmiş hr@aralgroupbaku.com elektron poçt adresinə göndərin. Mövzu hissəsində Ofis Meneceri yazmağı unutmayın.

Qeyd: Seçim prosesi yalnız uyğun namizədlərlə aparılacaq.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

ŞƏXSİ AVTOMOBİLİ OLAN KURYERLƏR tələb olunur

Restoranlar şəbəkəsinə “Kuryer” tələb olunur - Təcrübəyə ehtiyac yoxdur

Tələblər:

Öz şəxsi nəqliyyatın olması vacibdir.

İş Şərtləri
Əmək haqqı 600 azn vəgəlirli mükafat sistmi.
6 günlük iş həftəsi. Növbəli iş rejimi.

Forma şirkət tərəfindən təqdim olunur.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Kuryer” mövzusu altında hr@papajohns.az elekton ünvanına göndərə bilər və 050 229 42 77 Whatsapp nömrəsinə yaza bilərsiniz

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Fəhlə tələb olunur

İşəgötürən: Bakı Mərmər Qranit MMC

İş yerinin ünvanı: Bakı Qardağ Rayonu Lökbatan qəsəbəsi Abşeron ticarət mərkəzi ilə üzbə üz

Yaş həddi : 20-55 yaş

Vəzifələr: İstehsal olunan məhsulların daşınması və yüklənməsi.

Əməkhaqqı: 600 manat

Əlavə imkanlar: Nahar yeməyi verilir

Müraciət qaydası: . 050-235-50-85

Şirkətimiz metal profil boru istehsalı ilə fəaliyyət gösdərir.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

AŞBAZ tələb olunur

Sinteks Şirkətlər qrupuna daxil olan FBCO MMC şirkətinə hal hazırda Aşbaz tələb olunur

İşə götürən: FBCO MMC

İş yerinin ünvanı: Bakı

Yaş: minimum 18 +
İş təcrübəsi: Müvafiq sahədə ən az 3 il iş təcrübəsi

Tələblər:

Professional Biliklər
Milli və Xarici mətbəx bilikləri
Menyu hesablanması və hazırlanması
Təhsil - N/A
Professional Bacarıq və Kompetensiyalar
Yaradıcılıq
Zamanın idarəolunması
Məsuliyyət

Bu vəzifənin rolu:

Yeməklərin standartlara və reseptlərə uyğun olaraq hazırlaması və bişirilməsi
Öz bölməsinə aid təhcizatı sifariş etmək, ehtiyyata və inventara nəzarət etmək
Mətbəx bölməsini mütəşəkkil , təmiz və səmərəli işləməsini təmin etmək
Tabeçiliyində olan kiçik aşbazları idarə etmək və öyrətmək
Qida təhlükəsizliyi və qiqiyena standartlarına təmin edilməsi

Əməkhaqqı: müsahibə əsasında

Müraciət qaydası: "Aşbaz" qeyd edib CV-nizi recruitment@fbco.az e-mail adressinə göndərə bilərsiniz.

(010)234-12-09

Şirkət haqıqnda qısa məlumat: 1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 300-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika brendlərini, ev əşyaları mağazalarını və 10-dan çox kafeteriya filialını idarə edir.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Anbardar tələb olunur (Zaqatala )

Zaqatala və ona yaxın ərazidən müraciət edən namizədlərə üstünlük veriləcək.

İşəgötürən: ELIT.EO

Təsvir:

Anbarda saxladığı avadanlıqlara cavabdehlik
Avadanlıqların, mal-material qiymətlilərinin anbara yerləşdirilməsi.
Yükləmə, boşaltma və anbar daxilində yüklərin yerləşdirilməsi;
Mağazada yükləmə zamanı avadanlıqların tamlığını, keyfiyyətinə nəzarət;
Anbarda yanğına qarşı ləvazimatın olmasına, avadanlığın və inventarın vəziyyətinə nəzarət edilməsi;
Tələblər:

Təhsil: Ali və ya orta;
Elektronika və məişət avadanlıqlarının satışı sahəsindəən ən azı 1 il təcrübə;
Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
Biz Sizə təklif edirik:

Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Həftədə 6 iş günü, 1 gün istirahət;
Karyera yüksəlişi imkanı;
Ödənişsiz təlimlər;

"Anbardar (Zaqatala" qeyd edib CV-nizi career@elitoptimal.az e-mail adresinə göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Keyfiyyətə nəzarət üzrə mühəndis tələb olunur (ŞAMAXI)

İşəgötürən: MEKATRON LLC

İş yeri: Şamaxı şəhəri
İş rejimi: həftədə 6 gün, 09:00-dan 18:00-dək (nahar fasiləsi 1 saat)
Nahar və qalmaq şirkət tərəfindən təmin olunur
Əmək haqqı: 1900-2100 AZN (Bilik və təcrübəyə görə)

Vəzifə öhdəlikləri:

Layihənin xüsusiyyətləri, təsvirləri, metodikası və Keyfiyyətə nəzarət planları / prosedurlarını hazırlamaq;
İşlərin yerinə yetirilmə metodunun hazırlanması və müştəri ilə razılaşdırılması;
İşin əhatə dairəsi üzrə Təftiş Test Planının hazırlanması və təsdiqlənməsi;
Layihənin bütün növ sənədlərin qeydiyyatı həmçinin bütün digər layihələrə aid xüsusi keyfiyyətə nəzarət hesabatları yaratmaq, yeniləmək və saxlamaq;
Hesabatların,sənədlərin yoxlanılması, tələb olunan keyfiyyət sənədlərini toplamaq və göndərmək;
Uyğunsuzluq hesabatı, düzəldici və önləyici fəaliyyət (NCR, CAP) hesabatlarının hazırlanmasında və icrasında icraçılarla əməkdaşlıq edir və həyata keçirir. Verilmiş uyğunsuzluq və ya düzəldici önləyici hesabatlarını sistemli olaraq qeydiyyatını aparır və müvafiq düzəliş tədbirlərini müəyyən edir;
Tikinti sahəsinə daxil olan materialların layihə uyğunluğunu yoxlamaq, tələblərə cavab vermədikdə isə materialın qəbulunu dayandırmaq;

Tələb olunan təhsil və biliklər:

Müvafiq sahədə ali təhsil;
İnşaat sahəsi üzrə minimum 2-3 il iş təcrübəsi;
Microsoft Office (Word, Excel, Power Point, Outlook), Autocad proqramları;
Keyfiyyətə nəzarət prosedurları və standartları üzrə biliklər
ISO Keyfiyyət İdarəetmə Sistemi üzrə bilik və təcrübə
RFI Keyfiyyət İdarəetmə Sistemi üzrə bilik və təcrübə
Minimum orta səviyyədə İngilis dili biliyi mütləqdir.

"Keyfiyyətə nəzarət üzrə mühəndis tələb olunur (ŞAMAXI)" qeyd edib CV-nizi info@mekatron.az e-mail adresinə göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SƏTƏMM mühəndisi tələb olunur

İşəgötürən: 6-CI MƏRTƏBƏ MÜSTƏQİL ŞİRKƏTİ

Əlavə qeydlər:

İş yeri: Qarabağ regionu
əmək haqqı: 1800 AZN (net)
Qidalanma: Təmin edilir.
Yataqxana: Təmin edilir.

Tələblər:

1. Ali təhsil (mühəndislik ixtisası üzrə)
2. SƏTƏMM üzrə FHN-nin şəhadətnaməsi (digər sertifikatlar üstünlükdür)
3. Əlaqədar sahə üzrə minimüm 3 illik təcrübə
4. İT bilikləri ( Ms word, excel və.s)

Vəzifə öhtəlikləri:
1. İş yerlərində sağlam və təhlekəsiz əmək şəraitinin yaradılmasına nəzarətin təmin edilməsi
2. İş yerində baş vermiş bədbəxt hadisələrin səbəblərinin analizi və qarşısının alınması üçün tədbirlərin hazırlanması və onların icrasına nəzarət
3. Fərdi və kollektiv mühafizə vasitələrinin verilməsinə və ərazidə istifadə olunmasına nəzarət etmək
4. İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikasi, ətraf mühitin mühafizəsi və sanitar-gigiyena norma və qaydalarına riayət etmələrinə nəzarətin təşkili
5. İşə qəbul olunan yeni işçilərin, o cümlədən dövrü olaraq mövcüd işçilərə giriş və iş yerində təlimatların keçirilməsinə və biliklərinin yoxlanılmasının təşkili
6. Binaların, tikililərin, maşın və mexanizimlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və SƏTƏMM qanunvericiliyə uyğunluğunun yoxlanılması, uyğunsuzluqların aradan qaldırılması üçün təkliflər vermək.

Uyğun namizədlər vakansiyanın adını "SƏTƏMM mühəndisi " qeyd etməklə
hr@6-cimertebe.az elektron poçt ünvanına göndərə bilərlər

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Anbar mühasibi tələb olunur

Zirə qəsəbəsində yerləşən istixana kompleksi üçün anbar mühasibi tələb olunur

İşəgötürən: BAKU AQRO AZ MMC

İş yeri-Zirə qəsəbəsi.

Vəzifə öhdəlikləri:

Anbara mədaxil/məxaric edilən məhsulun hesabatının aparılması;
Xərclərin yazılması, məhsulun ümumi yığım, çəki hesabatlarının aparılması;
Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər:

Ali təhsil (kənd təsərrüfatı sektorunda işləmiş) ;
Azərbaycan dili - əla;
Kompüter bilikləri (xüsusi proqramlar): Microsoft Excel , Word;
Ünsiyyət qurmaq bacarığı;
Detallara diqqət yetirmək bacarığı;
Problemi həll etmək bacarığı;
Hesabat hazırlama bacarığı.

İş şəraiti:

İş qrafiki: Həftənin 6 günü saat 09:00-dan 18:00-dək;
Bazar günü qeyri-iş günü;
Servis xidməti şirkət tərəfindən təmin olunur;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini qeyd edilmiş bakuagroazmmc2021@gmail.com elektron poçt ünvanına (mövzu hissəsində vəzifənin adı (“Anbar mühasibi” ) qeyd olunmalıdır)

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

MÜŞTƏRİ XİDMƏTLƏRİ ÜZRƏ OPERATOR tələb olunur - 700-1000 MANAT MAAŞ

İşəgötürən: Positive Call Center

İş haqqında məlumat:
Turkish Airlines Hava yolu layihəsi üçün İngilis dili bilən müştəri xidmətləri təmsilçisi axtarılır.

Əmək haqqı: 700-1000 manat

Vəzifə öhdəlikləri:
- Operativ olaraq telefon zənglərini qəbul etmək
- Müştərilər tərəfindən verilən sualları cavablandırmaq
- Şirkətin xidmət və tarifləri barədə müştəriyə düzgün məlumatvermək
- Müştərilərin şikayət, təklif və tövsiyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək.

Əlavə məlumat:
- Nahar və Servis şirkət tərəfindən təmin edilir;
- Rəsmi qeydiyyata alınır;
- Maaşdan əlavə Mükafatlandırma sistemi mövcuddur.
- Həftədə 1 gün istirahət;
- İş saatı: Həftənin 6 günü 8 saat;
- Növbəli iş qrafiki (Səhər, Günorta, Axşam, Gecə)

Namizədə tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: 1 ildən aşağı
- Yaş həddi: 19-35 yaş
- İngilis dili yaxşı səviyyədə bilməlidir. En dili(B1-B2)
- Nitq qabiliyyəti, Ingilis dilində səlis danışıq qabiliyyəti.
- Növbəli işləmə.(Səhər, Günorta, Axşam, Gecə)
- Microsoft Office proqramları ilə işləmək bacarığı.

MÜRACİƏT ÜÇÜN:
CV-nizi hr@positivecc.com e-mail ünvanına mövzu hissəsində "MÜŞTƏRİ XİDMƏTLƏRİ ÜZRƏ OPERATOR " yazaraq göndərə bilərsiniz. Telefon: (012) 599-88-78

XXX XXX XXX XXX

CUSTOMER SERVİCE REPRESENTATİVE
Positive Call Center

Job description:
- We are currently seeking customer representatives for our airline company project, which serves Turkish Airlines.
- Opt for a positive choice by joining a professional team where you can foster personal growth and access promising career opportunities.
- In the role of a customer representative, you will be responsible for handling incoming calls and delivering exceptional service to our valued customers.
- Following your training period, you will commence your role, and monthly performance assessments will be conducted. Depending on your performance results, you could earn a bonus of up to 50% of your salary.
- Employees must be at least 19 and no older than 35.
- Performance evaluations will be conducted quarterly, and successful employees will be eligible for salary increases.
- Our shift system operates six days a week, with a daily schedule of 8 hours and 30 minutes (including a 1-hour meal/break). Shifts rotate on a weekly basis and encompass morning, noon, evening, and night shifts (a shuttle service is available for shift changes after 00:00). Appropriate shift solutions are being implemented through mutual agreement.
- If you are eager to enhance your English skills, gain hands-on experience in customer service, and work within a sociable and enjoyable environment, please feel free to submit your CV via email, gather further details from our phone number, or visit our office located at Nizami Street, AF Business House between 09:00-18:00 on weekdays. (+994 12 599 88 78)
You should possess a minimum B1 level of English proficiency.

How to apply: Interested candidates should send their CV to hr@positivecc.com with "Customer Service Representative EN" in the subject line.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Məlumat bazalarının idarəolunması üzrə mütəxəssis tələb olunur

İşəgötürən: PAŞA Sığorta

Vəzifə və öhdəliklər:

MSSQL Server\Verilənlər bazasının hazırlanması, sazlanması, idarə olunması;
Avtomatlaşdırılmış proseslərin qurulması, tənzimlənməsi, idarə olunması;
Verilənlər bazasında sistemlərində yeni versiyalarının yüklənməsinə dəstək göstərilməsi;
Verilənlər bazası sistemlərinin monitoring edilərək performans tuning edilməsi;
Məlumat bazası sistemlərində dayanıqlılığı təmin etmək üçün müxtəlif növ High Availability funksionallıqları qura bilmək;
Gündəlik\Həftəlik\Aylıq texniki tapşırıqların icrasına nəzarət etmə;
SQL sahəsində dərin biliklər (mürəkkəb sorğular yaza bilmək və onları optimallaşdırmaq bacarığı);
Məlumat bazası səviyyəsində mühitlərarası deploy prosesində obyektlərin ilkin test edilməsi, performansının yoxlanması;
Verilənlər bazası sistemlərinin system, object və script səviyyəli potensial riskləri, problemləri müəyyən etmək və aradan qaldırılması;
Data Modeling, Normalization Forms anlayışlarının olması, ER Diagramlarla işləmə bacarıqları;
Məlumat bazası səviyyəli dəyişikliklərində məlumat bazasının dizayn analizi, təsir analizinin yoxlanılması;
Analitik düşünmək və qısa zamanda problem başa düşüb, həll etmək bacarığı;
Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti;

Təhsil və ixtisas tələbləri:

Kompüter mühəndisliyi və ya bənzəri ixtisasa dair ali təhsili olanlara üstünlük verilir

İş təcrübəsi : Müvafiq sahə üzrə minimum 1 il

Üstünlük verilir:

PostgreSQL üzrə təcrübənin olması (paralel digər məlumat bazası platformaları) üstünlükdür
Deployment anlayışlarının (CI\CD) olması üstünlükdür
Non-Relational baza modelləri ilə təcrübənin olması üstünlükdür
Linux əməliyyat sistemi ilə təcrübənin olması üstünlükdür
Monitoring Tool-lar ilə təcrübənin olması üstünlükdür

Xarici dil bilikləri :

Azərbaycan dili (Səlist)
İngilis dili (Orta\Texniki)
Rus dili (Arzuolunan)

Son müraciət tarixi: 20 dekabr 2024

"Məlumat bazalarının idarəolunması üzrə mütəxəssis " qeyd edib CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Sığorta şirkətinə SÜRÜCÜ tələb olunur

İşəgötürən: PAŞA Sığorta

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR

· Nəqliyyat xidmətlərinin həyata keçirilməsi;

· Avtomibilin həm daxili, həm də xarici hissələrinin təmiz olmasına nəzarət;

· Avtomobildə nasazlıqların, maye axıntılarının və digər problemlərin mümkünlüyünü müəyyənləşdirmək, yanacaq çənində yanacağın olmasına, şüşətəmizləyən bakda mayenin olmasına, əyləc sisteminin işlək vəziyyətdə olmasına və s. nəzarət etmək üçün nəqliyyat vasitəsinə baxış keçirilməsi;

· Mühərrikdə yağın səviyyəsinin yoxlanılması, əyləc sisteminin sazlığı, təkərlərin və təkər boltlarının vəziyyəti, işıq cihazlarının (ön və qabaritli işıqlar, stop-siqnal, döndərici, arxa ötürücü pillə siqnalı və s.) və şüşətəmizləyənlərin işə yararlılığı daxil olmaqla nəqliyyat vasitəsinin hər həftə və zərurət olduqda xüsusi yoxlanışların həyata keçirilməsi;

TƏLƏBLƏR:

· “B” kateqoriyalı sürücülük vəsiqəsi

· Sahə üzrə 2-3 il iş təcrübəsinin olması

· Yol Hərəkəti qanunlarını yaxşı səviyyədə bilmək

· Diqqətli, punktual, məsuliyyətli olmaq

Son müraciət tarixi: 20 dekabr 2024

"Sürücü" qeyd edib CV-nizi CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SÜRÜCÜ tələb olunur

İşəgötürən: Minor Electronics

İş barədə məlumat:

Anbar və mağazalararası məhsul çatdırılması;
Məhsulların təhvil-təslim prosesinin həyata keçirilməsi;
Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların icra edilməsi;
Fəhlə ilə birlikdə çatdırılmada iştirak etmək
Şirkətimizin üstünlükləri:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
İş rejimi:6 günlük iş qrafiki 10:00-20:00
Əmək haqqı: 600 manat
Namizəd üçün tələblər:

Təhsil : Orta
Yaş : 25 – 40
Cins : Kişi
B,C kateqoriyalı sürücülük vəsiqəsi;
Nizam-intizamlı, məsuliyyətli, işində dəqiqlik
1 ildən artıq sürücülük təcrübəsi
Fiziki cəhətdən sağlam
Kollektivdə işləmək bacarığı

Qeyd: Müvafiq tələblərə uyğun olan CV-lərinizi mövzu yerinə “Sürücü” yazaraq qeyd edilmiş info@minorgroup.az elektron poçt adresinə göndərə bilərsiniz.

Əlaqə nömrəsi: 077 233 05 36 Ünvan: Bakı şəhəri Avesta Konsern 10-cu mərtəbə Məmməd Araz küç 109.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

8 VƏZİFƏ ÜZRƏ VAKANSİYALAR

Əziz gənclər, İT sektorunda müasir həlləri öyrənib inkişaf etmək istəyən gənclərə ABV komandamızda yeni imkanlarımız var.

VƏZİFƏLƏR:

1. B2B satış meneceri
2. b2b satış operatoru
3. kiçik satış analitiki
4. non-cctv İT mütəxəssisi
5. Marketinq meneceri
6. İşə qəbul aparıcı mütəxəssis
7. Şəbəkə mütəxəssisi
8. Anbar işçisi

Uyğun vəzifənin adını qeyd edib CV-nizi cv@abv.az e-mail ünvanına göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Qadın kassir tələb olunur

İşəgötürən: UnityFood

Yaş həddi: 30-a qədər. Bu sahədə iş təcrübəsi vacibdir. Rus dilini bilənlərə üstünlük verilir.

İş qrafiki: 6/1, həftədə bir gün istirahət.

1-ci növbə: 08:30-dan 18:00-dək
2-ci növbə: 12:00-dan 21:00-dək
1.Kassadan və POS-terminaldan istifadə etmək.
2.Nağd və nağdsız ödənişləri qəbul etmək.
3.Uçot və kassa sənədlərinin aparılması.
4.Müştəriləri ödənişlə bağlı əsas suallar üzrə məlumatlandırmaq.
5.İş yerində səliqə və təmizliyə riayət etmək.

Əlavə tələblər: bəzən məhsulların stendə düzülməsində kömək etmək lazım olacaq.

Əgər siz məsuliyyətlisinizsə və mehriban kollektivdə işləmək istəyirsinizsə, müraciətlərinizi gözləyirik!
📞Əlaqə üçün yalnız WhatsApp vasitəsilə 18:00dək yazın: 051 277 66 36

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Meyvə, Şirniyyat, Qastranom şöbələrinə SATICILAR tələb olunur

A Plus Supermarketlər şəbəkəsi “Satıcı”(Qastranom, Meyvə, Şirniyyat və digər şöbələr) üzrə vakansiya elan edir.

- Fiziki cəhətdən saglam və kollektivdə işləmək bacarığı olmalı;
- Təhsil: Orta təhsil - Yaş: 18-50;

Vəzifə öhdəlikləri:

- Müştəriləri qarşılayıb, onların ehtiyaclarını müəyyən etmək;
- Müştərilərə məhsul və xidmətlər barədə məlumat vermək, onlara uyğun məhsul seçimində kömək etmək;
- Müştəriləri məhsul haqqında məlumatlandırmaq; (qiymət, keyfiyyət, istifadə qaydaları və s.)
- Məhsulların düzgün təqdimatı üçün stend və vitrinləri təşkil etmək;
İş şərtləri: - Əmək haqqı: 450 + azn; - Nahar,geyim,şirkət tərəfindən təmin edilir;
- İş vaxtı: 2 növbəli 08:00-17:00 14:00-23:00; - İstirahət günü Həftədə 1 gün;

”Satıcı qeyd edib işlə bağlı müraciətinizi 099 500 56 58 nömrənin whatsapına yaza bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

İT mütəxəssisi tələb olunur

İşəgötürən: Caspian Textile MMC

Namizədə tələblər:

Yaş; 20-40
Təhsil; Ali
Təcrübə ; 1-3 il (sahə üzrə)
Komandada işləmək bacarığı
Məsuliyyətli və detallara müstəsna diqqət yetirmə bacarığı;
Tapşırıqların operativ ve problemsiz baglanması;
IT ve Helpdesk sahəsində fundamental proseslerin anlayışı;
Geniş düşüncə və ehtiyac olduqda, alternativ həll yollarından istifadə bacarığı;

Vəzifə öhdəlikləri:

Kompüterin diaqnostikası və gündəlik ortaya çıxan nasazlıqların həlli;
Müxtəlif əməliyyat sistemlerinin ve proqram təminatlarının yüklənməsi və sazlanması;
Şəbəkədə yaranan nasazlıqların aradan qaldırılması ve gələcəkdə qarşısının alınması;
Printerlərin sazlanması və periferiya qurğularında ortaya çıxacaq problemlərin həll edilməsi;
Həftə içi profilaktik işlərin həyata keçirilməsi;
IT avadanlıqlarının qeydiyyata salınması
Sistem səhvləri və avadanlıqlarının diaqnozunu aparmaq və nasazılıqların aradan qaldırılması;

İş şəraiti:

Əmək haqqı – Müsahibə əsasında namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.
İş qrafiki 08:30-17:30
5 günlük iş qrafiki

"İT mütəxəssisi" qeyd edib CV-nizi hr@castex.az e-mail adresinə göndərə bilərsiniz.

Читать полностью…
Subscribe to a channel