GEOFİZİKA VƏ TOPOQRAFİYA ÜZRƏ NÜMAYƏNDƏ tələb olunur
İşəgötürən: AT-GEOTECH
Vəzifə: Geofizika və Topoqrafiya üzrə nümayəndə
İş yeri: Xırdalan
TƏLƏBLƏR:
Ali təhsil
Analitik düşünmə və problemləri həll etmə bacarığı
Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
Dil bilikləri; Azərbaycan dili,İngilis dili biliyi yaxşı səviyyədə (B2+)
İş qrafiki: 5 günlük, 09:00-18:00,
Qeyd: Yaxın ərazilərdə yaşayanlara üstünlük verilir.
YALNIZ XANIM NAMİZƏDLƏRİN MÜRACİƏTLƏRİNƏ BAXILACAQ!!!
Əmək haqqı: 500-1000 azn (Müsahibə əsasında təyin olunacaq)
Uyğun namizədlərin CV-lərini mövzu(subject) hissəsinə “Geofizika və ya Topoqrafiya üzrə nümayəndə” yazaraq hr@at-geotech.com email ünva
SÜRÜCÜ tələb olunur
İşəgötürən: İntransCo
Logistika sahəsində fəaliyyət göstərən şirkətimizə sürücüsü axtarırıq. Əgər etibarlı, məsuliyyətli və peşəkar bir sürücüsünüzsə, bizim komandamıza qoşulmaq üçün əla fürsətiniz var!
Tələblər:
✅ Sürücülük vəsiqəsi ( B, C )
✅ Ən azı 2 il iş təcrübəsi
✅ Şirkətə məxsus nəqliyyat vasitəsini idarə etmək;
✅Yüklərin təyin olunmuş ünvana vaxtında və təhlükəsiz çatdırılması;
✅Nəqliyyat vasitəsinin texniki vəziyyətinə nəzarət etmək və saz vəziyyətdə saxlanılmasını təmin etmək;
✅Yol hərəkəti qaydalarına riayət etmək;
✅Müvafiq sənədlərin düzgün aparılması.
Təkliflərimiz:
🔹 Peşəkar komanda ilə əməkdaşlıq
🔹 Nəqliyyat vasitəsi ilə təmin edilmə;
🔹 Rahat və peşəkar iş mühiti.
🔹 Əmək haqqı: Razılaşma yolu ilə
📩 "SÜRÜCÜ" qeyd edib jamila.mirzeyeva@intransco.az e-mail adresinə göndərə bilərsiniz.
📞051 215 02 77
9 əraziyə 50 yaşadək QADIN SATICILAR tələb olunur
Vakansiya aktivdir: Xırdalan şəhəri və Bakının ərazilərində ( 28 May, Elmlər, İnşaatçılar, Qarayev, Bakıxanov, Neftçilər, Xalqlar, Əhmədli) (filial seçimi namizədin yaşayış ünvanına yaxınlığından asılı olaraq təyin olunacaq).
Əgər bu sahədə bilikləriniz və təcrübəniz varsa, namizədliyinizi məmnuniyyətlə dəyərləndirəcəyik.
İş şəraiti:
- İş qrafiki: 6 günlük və növbəli iş qrafiki
- Əmək haqqı: 670 Manat + bonus sistemi mövcuddur
Tələblər:
- Yaş: 18-50 (Xanım namizədlərə üstünlük veriləcəkdir)
- Satış sahəsində təcrübə (qida sahəsi üzrə üstünlükdür)
- Yüksək səviyyədə satış bacarığı
- Ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı
- Müştəri məmnuniyyəti
Vəzifə və Öhdəliklər:
- Müştəriləri gülərüzlə qarşılayıb, məhsullar barədə ətraflı məlumat vermək.
- Müştərilərə uyğun məhsul variantları təklif edərək seçim etmələrinə kömək etmək.
- Yüksək səviyyədə xidmət göstərmək və müştəri məmnuniyyətini təmin etmək.
- Vitrinləri doldurmaq və məhsulların təzə, təmiz şəkildə təqdim olunmasına nəzarət etmək.
- Məhsulların keyfiyyətinə və saxlanma şəraitinə diqqət yetirmək.
- Yeni gələn məhsulların düzgün şəkildə mağazaya daxil edilməsi və məhsul çeşidlərinin davamlı yenilənməsinə nəzarət
Bütün uyğun namizədlər “Satıcı” mövzusu ilə hr@chickenpro.az ünvanına öz CV-lərini göndərməyə dəvət edirik.
Sizin müraciətlərinizi gözləyirik!
Əlaqə: 055 500 79 12
Resepşn tələb olunur
İşəgötürən: NovaX MMC
Quru Təmizləmədə (ximçistkada) müştərilərin gətirdikləri geyimlərin, ayaqqabilarin qeydiyyata alınması və paketlənməsi
Yaş həddi: 22-38
Əmək haqqı: 500-800 (rus dili biliyi olanlar)
Əmək haqqı: 450-550 (rus dili biliyi olmayanlar)
İş Qrafiki: 08:30-20:30 (həftədə bir gün istirahət günü)
İş yeri: 28 may metrosuna yaxın ərazidə, Port Baku Mallın arxa küçəsində yerləşir
Təcrübəyə ehtiyyac yoxdur, işi özümüz öyrədirik.
Tələblər:
Xoş görünüşlü, səlis danışıq qabiliyyəti və işini sevən insanlar müraciət edə bilər.
DİQQƏT: yuxarıda qeyd olunan kriteriyalari diqqətlə oxuyun, elanda yazılan məlumatları yenidən soruşmayın, və kriteriyalara uyğun deyiləsəniz müraciət etmeyin, heç bir şəkildə cavablandırılmayacaq.
Müraciət qaydası: cv-lərinizi support@novaxindustry.com ünvanına göndərə və ya 0554446424 nömrəsi ilə əlaqə saxlaya biləriniz.
Sizi komandamızda görməkdən məmnun olarıq!
Xarici köçürmələr üzrə mütəxəssis tələb olunur
İşəgötürən: Prestige Logistics
Vəzifə öhdəlikləri:
Şirkət tərəfindən həyata keçirilən Xarici ödənişlərin xüsusi proqram vasitəsilə həyata keçirilməsi, Əməliyyatların proqramda işlənməsi; (proqram öyrədiir)
Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının proqramda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək;
Xarici köçürmələr
Mikro proqram ilə işləmə bacarığı
Debitor və kreditor borcların yoxlanması
Maliyyə-mühasibat göstəriciləri və maliyyə durumunu göstərmək üçün hesabatlar hazırlamaq;
Tələb olunan bilik, bacarıq və təcrübə:
Ümumi mühasibatlıq bilikləri olmalı;
Maliyyə üzrə Ali təhsilli olmalı;
Xarici Bank köçürülmələrinin aparılması üzrə təcrübə mütləqdir.
Güclü proses və planlaşdırma düşüncəsinə sahib olmalı;
Analitik bacarıqlar olmalı;
Xarici ödənişlərlə əlaqəli ingilis dilini yaxşı səviyyədə bilməli
Yaş həddi : 25-45;
İş təcrübəsi: 1 ildən 3 ilə qədər.
Əmək haqqı: 1300 Manat
İş günü: 1-5 günlər
İstirahət: şənbə-bazar
Qeyd: İş ünvanı Nərimanov m/s yaxınlığında yerləşir.
Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Xarici köçürmələr üzrə mütəxəssis) göstərilməklə glbglbhr@gmail.com elektron poçtuna göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.
Kredit mütəxəssisi / Təcrübəçi tələb olunur
İşəgötürən: Caspian Invest BOKT
Qısa məzmun
BOKT “Caspian İnvest” MMC Baş ofisinə Kredit sahəsi üzrə təcrübə proqramı vakansiyası elan edir.
Elanın təsviri
Ərazi: Nərimanov rayonu, Əhməd Rəcəbli 2 küç 15
Yaş: 18 — 35 yaş
Karyeranı kredit sahəsində görürsüzsə və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək istəyirsizsə, Sizi peşəkar komandamıza qoşulmağa dəvət edirik.
Öhdəliklər:
Təlimlərdə aktiv iştirak etmək
Təlimlərdə keçilənləri mənimsəmək və tətbiq etmək
Təlimçi və mentorla interaktiv işləmək
Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirmək
Tələblər:
Öyrənməyə açıq olmaq
Hədəflərlə işləməyi bacarmaq
Pozitiv ünsiyyət bacarığı
Komandada işləməyə meyilli olmaq
Sizə nə vəd edirik:
Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmə imkanı
Qeyd: Təcrübə full-time şəkildə 3 ay müddətinə keçiriləcək.
Maraqlanan namizədlər qeyd edilmiş hr@caspianinvest.az elektron poçt ünvanına “Baş ofis - təcrübə proqramı” yazaraq cv-lərini göndərə bilərlər
Elan tarixi: 03.12.2024
Son tarix: 03.01.2025
Uçotçu tələb olunur
İşəgötürən: Offissa Dizayn Ko
Vəzifəyə dair tələblər:
Tədarükçilərdən alınan məhsulların qeydiyyatını aparmaq
Mal gətirənlərlə hesabatın aparılması
Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
İlkin sənədlərdə uçotun növündən asılı olaraq uyğun nəticələri hesablamaq və qeydlər aparmaq
Anbara daxil olan hazır məhsulların qəbul olunma tarixlərinin sistemə işlənilməsi və eyni zamanda həmin məhsulların anbardan çıxışı zamanı prosedura əsasən məxaric edilməsi əməliyyatlarını yerinə yetirmək
Anbarda mədaxil və məxaric əməliyyatlarını yerinə yetirmək
Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliyinə aid digər tapşırıqları yerinə yetirmək
Namizədə tələblər:
Ali təhsil;
Müvafiq sahədə 1 illik iş təcrübəsi;
Ofis proqramları ilə iş təcrübəsi (MS Word, MS Excel, MS Outlook);
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
İş şəraiti:
İş saatı: 09-00-dan 18-00-dək;
İstirahət: bazar günü
Əmək haqqı: 500 AZN-dən başlayır (iş təcrübəsindən asılı olaraq),əlavə bonuslar hesablanır.
"Uçotçu" qeyd edib CV-nizi Kamala.a@offissa.com e-mail adresinə göndərə bilərsiniz.
“Şam-fi” şirkətinə fəhlələr tələb olunur _ NÖVBƏLİ İŞ
İşəgötürən: Sham-Fi International Trading Company - Şam Fi.
İş yerləri: Xətai rayonu 8 noyabr prospekti və Lökbatan qəsəbəsi.
İş qrafiki: 5 günlük 3 növbəli (Səhər növbəsi 08:00-16:00, Günorta növbəsi 16:00-23:00, Axşam növbəsi 23:00-08:00)
İşin təsviri: Qida məhsullarının yük maşınlarına yüklənməsi, fiziki xarakterli işlərin icrası.
İş haqqında əlavə məlumatlar:
Servis xidməti mövcuddur.
Əmək haqqı: 550-800 manat.
Nahar şirkət tərəfindən verilir.
Yaş həddi 18-50 yaş aralığıdır, fiziki cəhətdən sağlam, növbəli iş qrafikində işləməyə hazır olan şəxslərin müraciətlərinə baxılır.
Müraciət etmək istəyən şəxslər 051 233 66 60 Whatsapp nömrəsinə "Fəhlə" yazaraq müraciət edə bilər.
Santexnik tələb olunur
İşəgötürən: “AzəriMed“ QSC
İş şəraiti:
Əmək haqqı: 1000 AZN (Gross)
İş qrafiki: Tam iş günü
Tələblər:
Yaş: 18-30;
Cins: Kişi
Fiziki cəhətdən sağlam olmalı;
Cəld, dəqiq və məsuliyyətli olmalı;
Müvafiq sahə üzrə peşə təhsili;
Tələb olunan vəzifə üzrə istehsalatda minimum 1-3 il iş təcrübəsi;
Fiziki və əl əməyindən istifadə də dözümlülük;
Müstəqil və komanda da işləmək bacarığı;
Problemlərə çevik yanaşma və detallara uzunmüddətli fokuslanmaq bacarığı;
Effektiv işləmə, öyrənmək və yeniliyə açıq olmaq
Vəzifə öhdəlikləri:
Təmirdən sonra texniki sistemlərin və fitinqlərin sınağını həyata keçirməli;
Texnoloji avadanlıqların yuyularaq təmizlənməsini həyata keçirməli;
Santexnika avadanlıqlarının müntəzəm və texniki cəhətdən düzgün, tələb olunan dəqiqlik səviyyəsində işləmə qabiliyyətini təmin etmək;
Simsitellərin, radiatorların, unitazların, krantların, moykaların, duşların və duş kabinalarının təmiri, sökülməsi və qurulması;
Santexnika avadanlıqı quraşdırılarkən müvafiq standartlara əməl olunmasına nəzarət və müdaxilə etmək;
Yanğındansöndürmə stansiyasında nasoslara və su çənlərinə nəzarət etməli;
Təmir quraşdırma prossesində isti su borularının divarda gizlənməsinə nəzarət yetirmək;
Tutulmuş kanalizasiya xətlərinin açılması və borunun yuyularaq təmizlənməsi
Ünvan: Nərimanov rayonu
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Santexnik” qeyd etməklə cv@azerimed.com elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Qadın KASSİRLƏR tələb olunur
İşəgötürən: Neptun Supermarket Ağ Şəhər filialı
Tələblər: Xanım 18-35 yaşadək
Vəzifələr:
- Günün yekun hesabatını aparmaq, təhvil veriləcək pulun mühafizəsini təmin etmək, pulu və POS-terminal çeklərini aidiyyatı üzrə təhvil vermək.
- Kassadan və POS-terminaldan istifadə etmək.
- Nağd və nağdsız ödənişləri qəbul etmək.
- Kassadan keçən bütün pul vəsaitləri, sənədləri və qiymətləri izləyir,
Rəsmi əmək haqqı: 450 manat + Nahar şirkət tərəfindən
İş yeri ünvanı: Mərkəzi Bulvar küçəsi
"KASSİR" qeyd edib işlə bağlı müraciətinizi 0552062476 nömrənin Whatsapp yaza bilərsiniz.
Müraciət üçün son tarix: 15.12.2024
ANBARDAR KÖMƏKÇİSİ tələb olunur
İşəgötürən: AY GROUP PLUS
İş barədə məlumat
- Yükləmə, boşaltma və anbar daxilində yüklərin yerləşdirilməsini həyata keçirmək
- Anbarda olan malları növlərinə görə səliqə ilə yığmaq
- Tələb əsasında anbardan mal çıxışını həyata keçirmək
- Anbardan buraxılan və anbara daxil olan mal-materialın giriş-çıxış sənədləri üzrə qeydiyyatını həyata keçirmək
-Satışa gedəcək malların qaimə üzrə yığılması
- Rəhbərliyin digər tapşırıqlarını icra etmək.
- Ünvan: Bakıxanov Qəsəbəsi.
- Əmək haqqı: 500-600 AZN
- İş qrafiki: həftənin 5 iş günü, saat 09:00-dan 18:00-dək,6 cı gün yarım iş günü. (Bazar günü istirahət günü)
- İşçi əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilir.
Namizədə tələblər
- Yalnız bəy namizədlər
- Təhsil dərəcəsi: Orta
- Yaş həddi: 25-35
- Təcrübə: 1 ilə qədər
- Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı;
- Kompüter proqramları: MS Office (Word və Excel) bilməsi arzuolunandır.
"ANBARDAR KÖMƏKÇİSİ" qeyd edib CV-0nizi office@aygroup.az e-mail adresinə göndərə bilərsiniz.
Astara, Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad rayonlarına
“Peşəkar usta” tələb olunur
İşəgötürən: CHİCKEN PRO MMC
Əgər bu sahədə bilikləriniz və təcrübəniz varsa, namizədliyinizi məmnuniyyətlə dəyərləndirəcəyik.
İş şəraiti:
Əmək haqqı: 800-1000 AZN
İş qrafiki: 6 günlük
Tələblər:
Yaş: 18-55 (Bəy namizədlər)
Qeyd olunan sahədə minimum 1 il iş təcrübəsi
İşində dəqiq və məsuliyyətli olmalı
Vəzifə və Öhdəliklər:
2.1 Müxtəlif texniki avadanlıqların(vitrin və dondurucu soyuducuların) quraşdırılması, təmiri, baxımı və yenilənməsi işlərini həyata keçirmək.
2.2 Nasazlıqların və texniki problemlərin tez və effektiv şəkildə aşkar edilməsi və aradan qaldırılması.
2.3 Ehtiyat hissələrinin sifarişi, idarə edilməsi və dəyişdirilməsi.
2.4 Mütəmadi olaraq texniki xidmət və baxım planlarının hazırlanması və icrası.
2.5 Avadanlıqların işlək vəziyyətini qorumaq üçün lazımi tədbirlərin görülməsi.
2.6 Texniki qurğuların optimal işləməsi üçün lazımi ayarlamaların edilməsi.
2.7 İş yerində təhlükəsizlik standartlarına və prosedurlarına ciddi riayət etmək.
Vakansiya aktivdir: Cənub bölgəsi (Astara,Biləsuvar, Lənkəran,Masallı, Cəlilabad) qeyd olunan ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcəkdir.
Bütün uyğun namizədlər “Peşəkar usta” mövzusu ilə hr@chickenpro.az ünvanına öz CV-lərini göndərməyə dəvət edirik.
Sizin müraciətlərinizi gözləyirik!
Əlaqə: 055 500 79 12
‼️ Fəhlə tələb olunur❗️🆘🆘🆘
166 Yükdaşıma və Logistika şirkətinə "Sürücü köməkçiləri" (Fəhlə) tələb olunur.
Ünvan : Yasamal
İş haqqında :
Sürücü yanında yüklərin daşınması və boşaldılması.
İş qrafiki : Növbəli
Yaş həddi -18-45
Əmək haqqı: Yüksəkdir
Əlaqə: 050 261 24 23, 050 261 24 01 Whatsapp nömrəsinə "Sürücü köməkçiləri (Fəhlə) " yazaraq müraciət edə bilərsiniz.
Mühasib tələb olunur
İşəgötürən: Azərsulfat MMC
Vəzifə öhdəlikləri:
· Şirkətdə mühasibat uçotunun təşkili və gündəlik əməliyyatların aparılmasını təmin etmək;
· Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.
· Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
· Pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
· Əmək haqqı, məzuniyyət haqlarının hesablanması;
· Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi
· Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
· Elektron qaimə faktura, hesab fakturalarının işlənməsi
· Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
· Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
· Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi
Namizədə tələblər:
· Təhsil: Maliyyə, Mühasibatlıq və əlaqəli sahə üzrə Ali təhsil;
· İş Təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il professional iş təcrübəsi (Vergi Mühasibi kimi Consulting -və Xidmət sahəsi üzrə fəaliyyət göstərən şirkətlərdə təcrübəsi olanlara üstünlük veriləcəkdir);
· Advanced Excel bilikləri mütləqdir (yüksək səviyyədə funksiya və formulalarla işləmə bacarığı);
· Rəsmi müqavilələrin hazırlanması üzrə təcrübə;
Şəxsi Keyfiyyətlər:
· Özünü inkişafa meyilli, təşəbbüskar, təcrübəsinə güvənən, punktual və nizam-intizamlı;
· Multitasking bacarıqları; mühasibatlıqla bağlı fərqli və müxtəlif yönümlü proseslərdə əməliyyatları idarə etmə bacarığı;
· Riyazi zəka, analiz etmə bacarığı və həll yönümlü olmaq;
· Disiplin, məsuliyyətli və dəqiq olmaq, o cümlədən planlaşdırma və vaxtın düzgün idarə edilməsi bacarıqları;
· Yaş həddi: 28-40 (xanım)
Biz nə təklif edirik:
· Gənc və professional kollektivlə çalışmaq
· Yüksək komanda ruhunda əməkdaşlıq
· Karyera inkişafı üçün şərait
İş şəraiti:
· İş rejimi: 5/2, 09:00-18:00 (13:00-14:00 nahar)
· Əmək haqqı: (bilik və bacarıqlara uyğun)
· İş yeri: Sumqayıt, Kimya Sənaye parkı
Qeyd: Yalnız Sumqayıt şəhərində yaşayan vakansiya tələbinə cavab verən namizədlərə üstünlük veriləcəkdir.
Tələblərə uyğun olan namizədlər öz CV formalarını mövzu hissədə “Mühasib” qeyd edərək hr@azersulfat.az mail ünvanına göndərmələri xahiş olunur.
Müraciət üçün son tarix: 10.12.2024
Online işləyə biləcək "Operator" tələb olunur
İşəgötürən: Baytmap
Namizədə tələblər
- Yerquruluşu və daşınmaz əmlakın kadastrı, Geomatika və geodeziya mühəndisliyi və Coğrafiya ixtisasları üzrə ali təhsil. Magistraturada oxuyan tələbələr də müraciət edə bilər.
- Kompyuterdən istifadə haqqında ümumi biliyə malik olmaq
- Coğrafi İnformasiya Sistemləri texnologiyaları və tətbiqləri üzrə biliklər (ArcGIS Pro-dan istifadə etməyi bacaranlara üstünlük verilir)
- İnsan münasibətlərində müvəffəqiyyətli və komanda işinə uyğun
- Planlaşdırma və təşkilatçılıq bacarığı olan
- Fərdi kompüterin olması
- Evdən işləmək bacarığı
İş barədə məlumat
- İş qrafiki saat 09.00-dan-18.00-dək, (nahar fasiləsi 13.00-dan-14.00-dək) online qaydada evdən həyata keçiriləcək
- Şənbə və bazar qeyri-iş günüdür.
- Əmək haqqı 450 manat və əmək müqaviləsi bağlanılır.
- İş 6 aylıq müddət üçün nəzərdə tutulub.
Maraqlanan şəxslərdən kemale.turkmenoglu@baytmap.com ünvanına CV göndərmələri xahiş olunur.
Front-end Developer tələb olunur
İşəgötürən: Veysəloğlu Şirkətlər Qrupu
Vəzifə öhdəlikləri:
- React.js framework-ü əsasında müasir və yüksək performanslı veb tətbiqlərin hazırlanması.
- Komponent əsaslı arxitekturanın qurulması və idarə olunması.
- Redux və ya Redux Toolkit ilə vəziyyət idarəetmə mexanizmlərinin tətbiqi.
- RESTful API və ya GraphQL ilə inteqrasiya proseslərinin həyata keçirilməsi.
- Müxtəlif cihazlara uyğunlaşan və responsiv dizaynların hazırlanması.
- Git ilə versiya nəzarətinin aparılması və komanda daxilində əməkdaşlıq.
Tələblər:
- Kompüter elmləri və ya əlaqəli sahə üzrə ali təhsil (arzuolunandır).
- Front-end sahəsində minimum 2+ il iş təcrübəsi.
- React.js üzrə mükəmməl biliklər.
- JavaScript (ES6+), TypeScript və müasir veb texnologiyalar üzrə təcrübə.
- HTML5 və CSS3 üzrə dərin biliklər, həmçinin Sass və ya Less ilə işləmə bacarığı.
- Responsive dizayn və cross-browser compatibility prinsipləri haqqında bilik.
- İngilis dilində texniki sənədləri oxumaq və başa düşmək bacarığı.
Üstünlük verilən bacarıqlar:
- Node.js, Next.js və ya digər backend texnologiyaları ilə təcrübə.
- UI/UX prinsipləri haqqında bilik və Figma kimi dizayn alətləri ilə tanışlıq.
- Test avtomatlaşdırılması (unit və inteqrasiya testləri).
- Docker və ya digər konteynerləşdirmə texnologiyaları ilə tanışlıq.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Front-end Developer” yazmaqla, öz CV-lərini career@veyseloglu.az və job.veyseloglu.az ünvanına göndərə bilərlər.
Sənədlər üzrə mütəxəssis tələb olunur
İşəgötürən: STELLENT LLC
Əmək haqqı: 600 - 700 AZN
Vəzifələr:
Təchizatçı və müqavilə bazasının idarə olunması.
Tender sənədlərinin hazırlanmsıç yoxlanılması və Alış məhsulları üçün sənədlərin hazırlanması (sifarişlər, tələblər, razılaşmalar).
Təchizat və razılaşmaların şərtlərinin vaxtında yerinə yetirilməsinin nəzarəti.
Təchizat şərtlərinin müəyyənləşdirilməsi üçün təchizatçılarla əlaqə.
Şirkətin tələblərinə uyğun sənəd dövriyyəsinin idarə olunması.
Şirkətin sənəd idarəetmə siyasətinə və prosedurlarına əməl etmək.
Yeni sənədlərin qəbul edilməsi, yoxlanılması, qeydiyyata alınması və təqdim edilməsi.
Yeni və ya dəyişdirilmiş sənədlərin əlavələrinin yoxlanılması, qeydiyyatı və arxivləşdirilməsı
Tələblər:
Xanım namizəd
Ali təhsil
İngilis və Rus dili biliyi arzuolunandır
22-35 yaş
MS Office proqramları
İşinə məsuliyyətli yanaşma, diqqət və çeviklik
İş şəraiti:
iş rejimi - həftədə 5 günlükdür
iş saatları - 09.00-18.00
1 saatlıq nahar fasiləsi
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
"Sənədlər üzrə mütəxəssis " qeyd edib Cv-nizi hr@stellent.az e-mail adresinə göndərə bilərsiniz
Pizzaçı tələb olunur
İşə götürən: Papa Johns
İş Şərtləri:
İş qrafiki: Növbəli, saat 10:00-18:00; 15:00-23:00
6 günlük iş həftəsi.
Yaş: 18-40
Tələbə qəbul edilmir
Növbəli iş rejimi
Əmək haqqı: 400-500 manat + bonus + Nahar
Nahar ödənişi verilir
Təcrübəyə ehtiyac yoxdur. İş 0-dan öyrədilir
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (cv) “Pizzaçı” mövzusu altında hr@papajohns.az elektron ünvanına göndərə bilərlər və ya 0502294277 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Növbə Nəzarətçisi (supervisor) tələb olunur (MÜHAFİZƏÇİ DEYİL)
Papa John’s Azərbaycan “Növbə Nəzarətçisi” (supervisor) vakansiyasını elan edir
Tələblər:
Komandada işləmək bacarığı.
İşə qarşı məsuliyyətli olmaq.
Restoran idarə olunması sahəsində minimum 1 illik iş təcrübəsi.
Öhdəliklər:
- Müştərilərə səmərəli və mədəni xidmət, onlara rahat (komfortlu) şəraitin yaradılması üzrə işi həyata keçirmək.
- Münaqişəli halların qabağının alınması və aradan qaldırılması üzrə tədbirlər görmək.
- Müştəri məmnuniyyətsizlik xidməti ilə əlaqədar iddiaları araşdırmaq, zəruri texniki-təşkilati tədbirləri keçirmək.
- Vaxtaşırı olaraq, işin əvvəlində bütün personalla iclaslar keçirmək. Onlara öhdəliklərini yadına salmaq, xidmətin keyfiyyətini yaxşılaşdırmağa kömək etmək, restoranın qayda və üsullarını onların nəzərinə çatdırmaq.
- Personal üçün təlimlər keçirmək.
- Tabeçiliyində olan işçilər tərəfindən əmək və istehsal intizamına, əməyin mühafizəsi üzrə qayda və normalara, istehsal sanitariyası və qiqiyenası tələblərinə riayət olunmasına nəzarət etmək.
- Müştərilərə xidmət üzrə mövcud çatışmazlıqlar, onların aradan qaldırılması üzrə görülən tədbirlər barədə rəhbərliyi məlumatlandırmaq.
- Müəssisə rəhbərliyinin göstərişlərinin işçilər tərəfindən yerinə yetirilməsini təmin etmək.
- Microsoft office proqramlarında işləməyi bacarmaq.
İş Şərtləri
6 günlük iş həftəsi.
Növbəli iş rejimi.
İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir.
Forma şirkət tərəfindən təqdim olunur.
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Növbə Nəzarətçisi” (supervisor) mövzusu altında hr@papajohns.az elektron ünvanına göndərə bilərlər.
ALƏTÇİ-ÇİLİNGƏR tələb olunur
İşəgötürən: METAK
İş barədə məlumat
- Press qəliblərin və ştampların yığılması və təmiri
- Forma əmələ gətirən səthlərin və axma kanalların pardaqlanması
- Cizgilərin oxunması
- Cizgilərdə təsvir olunan əsas elementlərin məlumat pəstahında nişanlanması
- Çilingər işləri: yonma, burğu ilə deşmə, cilalanma və sürtmə, detalların bir-birinə uyğunlaşdırılması
- Sınaqlarda iştirak etməsi.
İş şəraiti:
- Əmək haqqı danışıq əsasında
- İş qrafiki: 6 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən verilir
- Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.
Namizədə tələblər
- Orta texniki təhsil
- Press qəliblərdə bütün əməliyyatları bilməli (oturtma, müsadilə);
- Çilingər və ölçü-nəzarət alətləri, onların təyinatını və işlətmə qaydalarını bilməli
- Elektrik və pnevmatik alətlərlə işləmək bacarığı
- Press qəliblərin konstruktiv xüsusiyyətlərini və qaynar kanallı qəliblərin yığılmasını bilməli
- Bu sahədə iş təcrübəsi 5 ildən artıq.
Maraqlananlar "ALƏTÇİ-ÇİLİNGƏR" qeyd edib seyidova.e@metak.az ünvanına CV göndərərək müraciət edə bilərlər.
Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaq.
hr@metak.az
Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.
Qonaqlarla əlaqələr üzrə agent tələb olunur
İşəgötürən: Mövenpick Winter Park Baku
İşin təsviri:
* Mehmanxanaya gələn qonaqlarla ünsiyyətdə olmaq və onların otaqlara yerləşdirilməsini təmin etməli;
* Qonaqların gəliş və gediş qeydiyyat prosesində göstərilən xidmətləri şəxsən yoxlamalı;
* Qonaqların şikayətlərinə hər zaman peşəkar şəkildə cavab verməli və bütün müvafiq məlumatları qeyd etməli;
* Mehmanxananın gündəlik fəaliyyətindən xəbərdar olmalı;
* Müştərilərə qarşı daima sakit, səbirli və nəzakətli olmalı.
İş qrafiki: Həftədə 5 gün iş, 2 gün istirahət;
İş saatı: 8 saatlıq iş rejimi;
Əmək haqqı: 550 (net);
Nahar və forma şirkət tərəfindən verilir.
Tələblər:
Xanım namizəd;
Maxsimum 35 yaş;
Azərbaycan, rus və ingilis dillərdə şifahi və yazılı ünsiyyət qabiliyyətinə malik olmalı;
Kompüter üzrə əsas biliklərə sahib olmalı;
Peşəkar səviyyədə güclü ünsiyyət bacarıqlarına malik olmalı;
Otel sahəsində ən azı 1 il iş təcrübəsinin olması üstünlükdür.
Ünvan: Qış parkının yaxınlığı
Vakansiyaya müraciət etmək istəyən namizədlər cv formalarını Gulnar.Nazarova@Winterparkhotel.net
elektron poçt ünvanına göndərmələri və ya 0502517012 nömrəsi ilə əlaqə saxlamaqları xahiş olunur.
İş elanlarına Vatsap-da da baxmaq istəyirsiniz 🔠
🔈 Azərbaycanda Vakansiyalar (AzVak) iş elanlarını Vatsapda da paylaşır.❗️
🔗Kanalın linki: ⬇️
https://www.whatsapp.com/channel/0029Va7i0On9xVJWAPU8DB1v
🌐🐩Həmçinin İnternetdə azvak.com yazaraq Votsap kanalımza keçid edib, abunə ola bilərsiniz.🔔
🇦🇿 AzVak ciddi şirkətlərin yeni iş elanlarını paylaşır
ƏCZAÇILAR tələb olunur
“Zeytun Pharmaceuticals” şirkəti PHARMASTORE APTEKLƏRƏ “əczaçı” axtarışındadır.
-İş yeri:
Metro aptekləri – Azadlıq prospekti, 20 Yanvar, Elmlər Akademiyası, 28 May, Gənclik, Nəriman Nərimanov, Qara Qarayev, Neftçilər
Pharma Store-lər – Nərimanov, Nizami, Nəsimi, Yasamal, Sabunçu, Xətai,Səbail,Qaradağ,Şəki şəh, Şamaxı,Qazax,İmişli,Tovuz,Lənkəran,Masallı
Vəzifə funksiyaları:
-Dərman preparatları və tibbi ləvazimatların satışı prosesinin həyata keçirilməsi;
-Aptekə gələn malların yoxlanılması, tərkiblərinə uyğun tələb olunan qaydada yerləşdirilməsi;
-Dərmanların saxlanılma şəraitinə mütəmadi olaraq diqqət edilməsi;
-Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət edilməsi və s.
Tələblər:
-Tibbi təhsil (Ali və ya orta ixtisas);
-Müvafiq sahədə iş təcrübəsi;
-1C proqram biliyi arzuolunandır.
İş şəraiti:
-İş qrafiki: 6 günlük iş həftəsi, 2 növbəli iş rejimi (08.00-dan 15.30; 15.30-dan 23.00 kimi)
Əmək haqqı: 550-750 + Bonus
Əlaqə vasitəsi: (050) 2530152
Maraqlanan şəxslər CV-ni hrdepartment@zeytunpharma.az email ünvanına göndərə bilərlər.
Sürücülük vəziqəsi olan QADIN SATICILAR tələb olunur
İşəgötürən: Omax Otomasyon Şirkəti
Müraciət üçün son tarix: 13.12.2024
Tələblər:
Yaş: 25-40 QADIN namizəd
İş təcrübəsi: Minumum 1 il
Təhsil: Orta
Dil: Azərbaycanca sərbəst danışan (Əlavə dil biliyi üstünlükdür)
Qeyd: Sürücülük Vəsiqəsi minimum B kateqoriyası olmalı
Vəzifələr: Moyka avadanlıqları haqqında məlumatlı omalı və satışını həyata keçirməlidir.
Əməkhaqqı: Müsahibə əsasında müəyyənləşdiriləcək. (Rəsmi olaraq Əmək Məcəlləsinə uyğun şəkildə)
İş yerinin ünvanı: Babək pr. 21/99
Müraciət qaydası: Cv-nizi 010 255 10 86 (Səbuhi bəy) nömrəsinə və ya info@osq.az mailinə göndərə bilərsiniz.
Dünyaca məşhur Türkiyə brendi Azərbaycanda! 1999-cu ildə yaranan Omax şirkəti hazırda 25 fərqli ölkəyə 300-dən çox fərqli məhsul ixrac edir! Şirkət 1999-cu ildən ölkəmizdə fəaliyyət göstərir və avtoyuma, avtoservis avadanlıqları və kompressorların satışını həyata keçirir.
Sürücü və sürücü köməkçiləri tələb olunur
İşəgötürən: Sham-Fi International Trading Company - Şam Fi
Lökbatan filialı və Ağ şəhər filialı üçün sürücü və sürücü köməkçiləri tələb olunur
İşin təsviri: Nəzərdə tutulan məntəqələrə məhsulların çatdırılması və məhsulların təhvil verilməsinə köməklik göstərilməsi, fakturaların ofisə çatdırılması.
İş haqqında sürücü üçün:
Əmək haqqı: 700 (ilk ay), növbəti aydan 700-1000 AZN
Yaş həddi: 22-50
Əsas tələb: İSUZU markalı yük maşını sürməyi bacarmalı və BC kateqoriyasının olması
İş haqqında sürücü köməkçiləri üçün:
Əmək haqqı: 500 azn və yemek pulu
İş qrafiki (sürücü və sürücü köməkçiləri üçün):
Həftədə 5 gün( bazar, bazar ertesi istirahət)
İş saatı: Lökbatan filialı saat 08:00, Ağ şəhər filialı saat 07:00 başlayır
Ünvan: Lökbatan filiali ( Meyveli kruqu), Ağ şəhər filialı (AFFA-nın yaxınlığı)
Əlaqə nömrəsi: 051 206 60 68 (whatsapp üzerinden sürücü və ya sürücü köməkçisi yazaraq müraciət edə bilərlər)
Avtomobil üzrə elektrik-diaqnost tələb olunur
İşəgötürən: iMotors
Əsas tələblər:
Müvafiq sahə üzrə azı 3 illik iş təcrübəsi;
VAG (Porsche, Volkswagen, Audi, SEAT, Škoda) markaları ilə iş təcrübəsi;
Diaqnostika avadanlıqların istifadəsi ilə bağlı biliklər;
Elektrik diaqramlarla iş üzrə təcrübə və bacarıq;
Dəqiq diaqnostikanın aparılması üçün detallara qarşı yüksək diqqət.
Öhdəliklər:
Problemləri müəyyən etmək və həll etmək məqsədi ilə minik avtomobillərinin effektiv və dəqiq elektrik diaqnostikasının aparılması;
Avtomobil sistemlərində elektrik problemlərini müəyyən etmək və düzəltmək məqsədi ilə qabaqcıl diaqnostika alətləri və üsullardan istifadə etmək;
Funksionallığı və potensial nasazlıqları müəyyən etmək üçün elektrik hissələrin sınaqdan keçirilməsi və qiymətləndirilməsini həyata keçirmək;
Zəruri hallarda naqil kəmərləri, birləşdiriciləri və elektrik zəncirləri yoxlayıb, təmir etmək və dəyişdirmək;
Elektrik sistemlərinin digər avtomobil hissələri ilə inteqrasiyası;
Görülən işlərin nəticələri ilə bağlı sənədləşmə və hesabat işlərini vaxtında aparmaq;
Digər komanda üzvləri ilə əməkdaşlıq əsasında işləri səmərəli şəkildə aparmaq;
Diaqnostika nəticələri və təmir tövsiyələri əsasında müstəsna müştəri xidmətini göstərmək;
Təmirdən sonra avtomobilləri yoxlamaq.
İş şərtləri haqqında:
Stabil və inkişaf edən şirkətdə işləmək fürsəti;
6 günlük iş rejimi
Ünvan: Araz küç. 4 (Ulduz m\s yaxınlığı)
"Avtomobil üzrə elektrik-diaqnost" qeyd edib hr@imotors.az e-mail adresinə göndərə bilərsiniz.
Anbardar tələb olunur
İşəgötürən: Resant Group
Vəzifə öhdəlikləri:
Anbara daxil olan və çıxan malların qəbulu və yoxlanması.
Malların düzgün şəkildə yerləşdirilməsi və saxlanması.
Anbarın gündəlik fəaliyyətinin təşkili və nizam-intizamının qorunması.
Malların sayımının aparılması və hesabatların hazırlanması.
Təhlükəsizlik qaydalarına riayət edilməsi.
Lazımi anbar sənədlərinin işlənilməsi və arxivləşdirilməsi
Tələblər:
Anbar işi üzrə ən azı 1-2 il iş təcrübəsi
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
Fiziki iş qabiliyyəti və məsuliyyətli yanaşma
Komanda ilə işləmə bacarığı
Yaş həddi - 35 yaşa qədər
Kompüterdə (xüsusilə anbar proqramlarında) işləmək bacarığı arzuolunandır
Bizim təklifimiz:
600 manat əmək haqqı
Rahat iş şəraiti
Müraciət qaydası:
CV-nizi leyla.abbasova@resantgroup.az elektron poçt ünvanına “Anbardar” yazmaqla göndərin.
SÜRÜCÜ tələb olunur
İşəgötürən: Intransco Transport & Logistics Group
Vəzifə öhdəlikləri:
Şirkətə məxsus nəqliyyat vasitəsini idarə etmək;
Yüklərin təyin olunmuş ünvana vaxtında və təhlükəsiz çatdırılması;
Nəqliyyat vasitəsinin texniki vəziyyətinə nəzarət etmək və saz vəziyyətdə saxlanılmasını təmin etmək;
Yol hərəkəti qaydalarına riayət etmək;
Müvafiq sənədlərin düzgün aparılması.
Tələblər:
B C kateqoriyalı sürücülük vəsiqəsi;
Sürücülük sahəsində minimum [2-3 il] iş təcrübəsi;
Şəhərdaxili və şəhərlərarası yolları yaxşı tanımaq;
Məsuliyyətli, diqqətli və intizamlı olmaq.
Biz təklif edirik:
Nəqliyyat vasitəsi ilə təmin edilmə;
Rahat və peşəkar iş mühiti.
Əmək haqqı: Razılaşma yolu ilə
Əlaqə: Vakansiya ilə maraqlanan şəxslər elektron poçt vasitəsilə əlaqə saxlaya bilərlər.
"SÜRÜCÜ" qeyd edib CV-nizi jamila.mirzeyeva@intransco.az e-mail adresinə göndərə bilərsiniz.
Proqramlaşdırma üzrə aparıcı/baş mütəxəssis tələb olunur
İşəgötürən: AFB Bank
İT strukturu
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
Ali təhsil;
“Software Developer”, “Software Engineer” və ya digər rolu kimi təsdiq olunmuş ən azı 3-5 il iş təcrübəsi;
“Agile Development” və “Extreme programming” metodologiyaları ilə bilik və təcrübə olmalı;
Məlumat struktur (Data structures), Algoritm yaradilması, SQL bilikləri;
Testlə idarə olunan mühitdə proqram tərtibatı və inkişafı (software design and development) ilə təcrübə olmalı;
Proqramlaşdırma dil bilgiləri (Java / C#, PL/SQL, PHP, Javascript, və s. ) ;
SFDC framework, Apex, VisualForce bilik olmalı;
Git kod versiya vasitələrində bilik və təcrübə olmalı;
Sistem dizaynı (system design) və məlumat əlaqələri (data relationship) bilik olmalı;
JIRA/MS Excel/Visio/PowerPoint bilikləri.
İşin təsviri:
Yeni tətbiqi proqramlar, modulların işlənib hazırlanmasında iştirak edir.
Kod yazır və təhlil edir, prototiplər qurur, kodla bağlı problemləri (bottlenecks və s.) həll edir.
Yeni tətbiq olunan proqramlarını test edib məlumat verir.
Problemləri həll etmək və təkmilləşdirilməli sahələri müəyyən etmək üçün məlumatları, prosesləri və kodları tərtib edir və təhlil edir.
Yeni program tətbiqində layihə gruplarda iştirak edir;
Yeni tətbiq olunmuş proqram üçün texniki sənədlərinin hazırlanmasında iştirak edir.
Mövcud kodun dəyişdirilməsinə nəzarət edir, kodun nəzərdən keçirilməsini aparır.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Proqramlaşdırma üzrə aparıcı/baş mütəxəssis” qeydi edərək cv@afb.az elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Əməliyyat riskləri üzrə aparıcı/baş mütəxəssis tələb olunur
İşəgötürən: AFB Bank
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
Ali təhsil;
Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi;
Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri;
Analitik düşüncə, məsuliyyətlilik və nəticəyönümlülük;
MS Office proqramında (xüsusilə MS Excel) sərbəst işləmək bacarığı;
Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
İşin təsviri:
Risklərin idarə edilməsi sahəsində qanunvericilik, normativ aktlar və qaydaları bilmək;
Əməliyyat risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi üzrə mövcud metodolgiyanın tətbiqi və inkişaf etdirilməsi;
Əməliyyat risklərinin idarə olunması prosesində risklərin azaldılması, ötürülməsi və qarşının alınması ilə bağlı təkliflərin verilməsi;
Yeni xidmət və məhsullar, qayda və prosedurlar, biznes proseslər üzrə risk əsaslı rəylərin verilməsində iştirak;
İnsidentlərin bazasının, eləcə də itki məlumat bazasının təkmilləşdirilməsi və tətbiqinin təşkili;
Əməliyyat risklərinin idarə edilməsi üzrə əsas risk indikatorlarına (KRİ) dair məlumatların toplanaraq təhlil olunması və müvafiq forma üzrə hesabatlığın təşkili;
Əməliyyat risklərinin idarə edilməsi üçün Daxili audit yoxlamalarının nəticələrinin, Daxili nəzarət hesbatlarının və digər məlumatların araşdırılmasında iştirak etmək;
RCSA (Risk və Nəzarət Özünü Qiymətləndirmə) prosesinin qrulmasına dəstək olmaq;
Risk sorğularının təşkili və risk xəritəsinin təkmilləşdirilməsinə dəstək olmaq;
Risk iştahının hazırlanmasında iştirak etmək;
Fövqəladə hallar planının hazırlanmasında iştirak etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Əməliyyat riskləri üzrə aparıcı/baş mütəxəssis” qeydi edərək cv@afb.az elektron poçt ünvanına göndərməyini xahiş edirik.