Mühəndis konstruktor və aparıcı mühəndis konstruktor tələb olunur
İmprotex İndustries şirkətinə aşağıda göstərilən tələblərə uyğun mühəndis konstruktor və aparıcı mühəndis konstruktor tələb olunur.
1. Ali texniki təhsil
2. Maşınqayırma sənayesi və istehsalat sahəsi üzrə bilik və bacarıqlara sahib olmalı
3. Maşınqayırma sənayesi və istehsalat sahəsi üzrə3 ildən artıq iş stajına malik olmalı
4. Autocad, Solidworks, CATIA proqramlarında işləməyi bacarmalı
5. Fizikanın əsaslarını bilməli
Maraqlanan namizədlər öz CV-lərini hr@improtex.az e-mail ünvanına göndərə bilərlər.
RESTORAN MENECERİ tələb olunur
İşəgötürən: Resant Group
Vəzifə öhdəlikləri:
- Restoranın fəaliyyətinin təşkili;
- Standartların tələblərinə riayət edilməsinə nəzarət;
- Məhsulların keyfiyyətinə, saxlanma şəraitinə və müddətinə nəzarət;
- Restorandakı bütün mətbəx avadanlıqlarının təmizlik və gigiyena standartlarına uyğun olmasının təmin edilməsi;
- Sifarişlərin qaydalara əsasən qəbulunu tənzimləmək və nəzarət etmək;
- Müştəri məmnuniyyətinin təmin olunması üçün tədbirlər görmək, daima yeniliklər edərək rəhbərliyə təkliflər vermək;
- İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək;
- Heyətin iş qrafiki, istirahət günləri və daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək;
- İşçi heyətinin seçimi, təlimləndirilməsi və motivasiyasında iştirak;
- Gigiyena və təhlükəsizlik qaydalarına uyğun olaraq ehtiyac yarandıqda mətbəx personalına dəstək olmaq;
Namizədə dair tələblər:
- İş təcrübəsi : Müvafiq sahədə 2 ildən az olmayaraq iş təcrübəsi;
- Yüksək səviyyədə ünsiyyət qurabilmə və təşkilatçılıq qabiliyyəti;
- Detallara diqqət etmək bacarığı;
- Əmək intizamına riayət etmək;
- Kollektivdə işləmək bacarığı;
İş şəraiti:
- İş qrafiki: 6 günlük
- İstirahət günü: 1 gün
Təminatlar:
- Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə
- Əmək haqqı: razılaşma yolu ilə.
Uyğun namizədlər öz cvlərini “Restoran Meneceri” başlığı ilə hr@resantgroup.azelektron ünvanına və ya 0552082977 əlaqə nömrəsinə göndərə bilərlər.
Elektrik tələb olunur
İşəgötürən: AQQ Group MMC
Tələblər:
Ali təhsil. Elektrik və elektronika mühəndisliyi,
Elektrik nəzəri və praktik biliklərinin olması;
Naqillərlə işləmə bacarığı və elektrik təcrübəsi
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan, Rus, dillərində səlis danışıq.
Sürücülük vəsiqəsi (B) Sürücülük üzrə ən azı 2 il və daha çox iş təcrübəsi
Yol hərəkəti qaydalarını yaxşı bilməli və riayət etməli.
Cihazlarının quraşdırılması üzrə təcrübə
Məsuliyyətli və detallara diqqətlə yanaşan
Müvafiq sahə üzrə xüsusi dərəcə və sertifikasiyası olan namizədlərə üstünlük veriləcək;
İş şəraiti:
İş rejimi: 5 günlük
İş yeri: Bakı şəhəri, mərkəz.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "Elektrik" vakansiyanı qeyd etməklə hr@aqq.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Avadanlığın quraşdırılması və montajı:
Yaşayış və qeyri-yaşayış binalarında Liftlərdə çip sisteminin quraşdırılması, o cümlədən sensorlar, kart oxuyucular, nəzarətçilər və digər əlaqəli komponentlərin montajı.
Kabinalarda və paylayıcı panellərdə elektrik işlərinin aparılması.
Sistemin enerji təchizatı ilə düzgün şəkildə əlaqələndirilməsi.
Sistemin yoxlanılması və tənzimlənməsi:
Çip sistemi üçün proqram təminatının tənzimlənməsi, o cümlədən giriş və funksiyaların qurulması.
Sistemin funksionallığının yoxlanılması: kart oxuyucularının, sensorların və proqram təminatının düzgün işləməsinin test edilməsi.
Sistemdə yaranan nasazlıqların aradan qaldırılması və tənzimləmələrin həyata keçirilməsi.
Xidmət və diaqnostika:
Çip sisteminin müntəzəm diaqnostikası və profilaktikası.
Nasaz komponentlərin, məsələn, kart oxuyucuları və ya kabellərin təmiri və ya dəyişdirilməsi.
Sistemin davamlı işləkliyini təmin etmək məqsədilə xidmət göstərilməsi, proqram təminatının yenilənməsi və təhlükəsizlik sistemlərinin yoxlanılması.
Təhlükəsizlik normalarına və standartlara riayət edilməsi:
Sistemin quraşdırılması və xidməti zamanı bütün elektrik təhlükəsizliyi normalarına və standartlarına riayət edilməsi.
Çip sistemi ilə işləyən işçilər üçün təhlükəsizlik təlimatlarının keçirilməsi.
Digər mütəxəssislərlə əlaqə:
Çip sisteminin liftlərə düzgün inteqrasiyasını təmin etmək üçün layihəçilər, mühəndislər və digər texniki mütəxəssislərlə əməkdaşlıq edilməsi.
Lift montajçıları ilə birlikdə çip sisteminin digər lift komponentləri ilə uyğunluğunu təmin etmək üçün birgə işin aparılması.
İşlərin sənədləşdirilməsi:
Sistemin quraşdırılması, tənzimlənməsi və xidməti ilə bağlı sənədlərin düzgün aparılması.
Yerinə yetirilən işlər və aşkar edilmiş nasazlıqlar barədə detallı hesabatların hazırlanması.
İstifadəçilərə məsləhət və təlim:
Çip sistemindən istifadə edənlərə, məsələn, kompleksin sakinlərinə və ya texniki heyətə, sistemin işləmə prinsipləri haqqında təlimatların verilməsi.
Sistemin işləməsi və mümkünsüz nasazlıqlar barədə məsləhətlərin təqdim edilməsi.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Xəzinədar tələb olunur
İşəgötürən: Norm OJSC
İş yeri: Zavod və şəhər ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)
Tələblər:
İqtisadiyyat, Maliyyə və ya Biznes üzrə bakalavr dərəcəsi.
Mühasibatlıq/xəzinədarlıq sahəsi üzrə 3 idən artıq iş təcrübəsi
Balans cədvəli, pul vəsaitlərinin hərəkəti, maliyyə terminləri, standartları, prinsipləri və təcrübələri ilə bağlı biliklər
Maliyyə qanunları və qaydaları barədə məlumatlı olmaq
Maliyyə uçotu və əlaqədar sistemlərdə iş bacarığı
İngilis dilini peşəsinin tələb etdiyi səviyyədə bilmək
Microsoft office proqramı üzrə yaxşı səviyyədə, MS Excel proqramı üzrə yüksək səviyyədə səriştəyə malik olmaq
ACCA, CIMA, CPA sertifikatları üzrə göstəricilərin olması üstünlükdür
SAP proqramı üzrə istifadə bacarıqları arzu olunandır
Vəzifə və Öhdəliklər:
Nağd pul vəsaitlərin qəbulu, saxlanması, uçotu və təhvili ilə bağlı əməliyyatları onların qorunmasını təmin edən qaydaları riayət edərək həyata keçirmək.
Müəyyən olunmuş nağd ödənişlərin aparılması üçün bank təşkilatlarından pul vəsaitlərini almaq bununla bağlı sənədləşməni aparmaq
Mədaxil və məxaric sənədləri əsasında Xəzinə Kitabını aparmaq.
Xəzinədə qalan pul vəsaitlərin və kassa kitabında qalıq göstəricilərinin uyğunluğunu yoxlamaq.
Yararsız hala düşmüş kupyuraların siyahısını tərtib etmək və onları banka təhvil verərək yeniləri ilə əvəz edilməsini təşkil etmək.
Müəyyən olunmuş qaydada nağd pul vəsaitlərini inkassatorlara təhvil vermək.
Xəzinə hesabatını tərtib etmək.
Ona təhvil verilmiş pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanılmasına dair bütün müvafiq tədbirləri görmək və nağd pul vəsaitlərin saxlanmasına təhlükə yaradan halların mövcudluğunu aşkar etdikdə, bu barədə Birbaşa Rəhbərə məlumat vermək.
Nağd pul vəsaitlərin saxlanılması, təhvil verilməsi, alması, daşınması və bu vəsaitlərlə bağlı digər əməliyyatlar və pul vəsaitlərin mühafizə tədbirləri barəsində məlumatı üçüncü şəxslərə yaymamaq.
Nağd və nağdsız şəkildə olan bütün pul vəsaitlərinin dövriyyəsini (pulların mədaxili və məxarici) təşkil etmək və SAP sistemində əks etdirmək
Aylıq/rüblük/illik pul axının hesabatını hazırlamaq
Aylıq/rüblük/illik kreditlər üzrə borcların və faizlərin hesabatını hazırlamaq
"XƏZİNƏDAR" qeyd edib Cv-nizi hr@norm.az e-mail adresinə göndərə bilərsiniz.
Son Müraciət Tarixi: 20 Dekabr 2024-cü il
Təmizlikçi tələb olunur
İşəgötürən: 1st Fitness mərkəzi
İş yeri: 28 may,Bakı Dövlət Sirkinin yanı
Namizədə tələblər:
Yaş: 20-50
Cinsi: Xanım və bəy namizədlər
Təhsil: Orta
İş təcrübəsi: 1 ildən aşağı
İş şərtləri:
İş rejimi: Növbəli qrafik (07:00-15:00 ; 15:00-23:00 (hər iki smenə uyğun namizədlər müracət etsin)
İş günü: 6 gün
Maaş: 450 Azn
Şirkət tərəfindən uniforma və nahar verilir
Şəxsi keyfiyyətlər:
Kollektivlə işləmək bacarığı ;
İntizamlı və məsuliyyətli olmalı ;
Dürüst, təmizkar, səliqəli,çevik
Əsas vəzifə öhdəlikləri:
Fitness mərkəzinin təmizlik və səliqəsinə nəzarət etmək;
Müəyyən edilmiş qaydalara əsasən, gündəlik olaraq ümumi təmizlik və sanitariya işlərini yerinə yetirmək.
Maraqlanan şəxslərdən öz cv-lərini “Təmizlikçi” başlığı ilə hrm@zeta.az email ünvanına göndərmələri və ya 55 205 77 87 nömrəsi vasitəsilə əlaqə saxlaması xahiş olunur.
MOLLARA SATIŞ ÜZRƏ TƏCRÜBƏÇİLƏR tələb olunur
The Entertainer – Satış məsləhətçisi (təcrübəçi)
Gənc, dinamik ,özünəgüvənən və gülərüz Satış məsləhətçiləri axtarışındayıq!
Mağaza ünvanları: Gənclik Mall , Port Baku Mall , Dəniz Mall , Qış parkı
Yaş həddi: 18-28
İşin müddəti: 1 ay
Əmək haqqı: 550 Manat (net)
Vakant yerlərin sayı: 10 nəfər
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Satış məsləhətçisi (təcrübəçi) ” yazaraq hrm@zeta.az email ünvanına və ya 055 205 77 87 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
3 əraziyə PİZZAÇILAR tələb olunur
İşəgötürən: Papa Johns
Park Bulvar, Gənclik Mall, Bakıxanov filialları üçün
İş Şərtləri:
- İş qrafiki: Növbəli, saat 10:00-18:00; 15:00-23:00
- 6 günlük iş həftəsi.
- Yaş: 18-40
- TƏLƏBƏ qəbul edilmir
- Növbəli iş rejimi.
- Əmək haqqı 400-500 manat + bonus
- Nahar ödənişi verilir
- Təcrübəyə ehtiyac yoxdur. İş 0-dan öyrədilir
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Pizzaçı” mövzusu altında hr@papajohns.az elektron ünvanına göndərə bilərlər.Və ya 0502294277 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Sürücü (Ford Transit) tələb olunur
İşəgötürən: Konsis
İş barədə məlumat:
Yük avtomobilini idarə etmək , yükləri təyinatı üzrə çatdırmaq;
Yük maşınının təmizliyini və xidmət qabiliyyətini qorumaq;
İş yeri: Masazır - anbar, yalnız bu ərazilərə yaxın qalanlara baxılır (Masazır, Xırdalan, Saray, Binəqədi).
Tələblər:
Kişi
Yaş: 30 - 55
Komanda ilə işləmək bacarığı;
BC kateqoriyalı sürücülük vəsiqəsi
Minimum 2 il yük avtomobili sürücüsü vəzifəsi üzrə iş təcrübəsi;
İş şəraiti:
İki gün iş,iki gün istirahət,qrafik tədbirlərdən asılıdır
Ödənişli məzuniyyət;
AR əmək məcəlləsinə uyğun sənədləşmə
Maaş 700 manat
Maraqlı olan şəxslər yalnız 0 51 206 85 71 Whatsapp-a yazsın, zənglər qəbul edilmir.
Mühasib tələb olunur
İşəgötürən: Azparking MMC
İş şəraiti:
Əmək haqqı: 1000-1200 Manat
İş qrafiki : 5 günlük iş həftəsi;
İş saatları: 09:00-18:00;
Təqdim etdiyimiz imkanlar:
İşin təsviri: Parkinq xidməti üzrə innovativ həllər təqdim edən “AzParking” MMC yeni layihələrin icrasında fəaliyyət göstərəcək peşəkar Mühasib axtarışındadır.
İş yeri: Bakı şəhəri;
İş təcrübəsi: Mühasib vəzifəsində minimum 2 il iş təcrübəsi;
Təhsil səviyyəsi: Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibatlıq üzrə);
Vəzifə öhdəlikləri:
Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
Vahid bəyannamənin hazırlanaraq dövlət orqanına təqdim edilməsi;
Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət edilməsi və təhlili;
Bank ödənişlərinin həyata keçirilməsi;
Bank, Kassa, Əmək haqqı sənədlərinin işlənməsi və uçotunun aparılması;
Bank və kassa əməliyyatları üzrə pul vəsaitlərinin hərəkətinin hesabatının hazırlanması;
Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi;
Aylıq, rüblük və illik bütün Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara vaxtında təqdim edilməsi;
Vergi orqanlarından onlayn kargüzarlığa daxil olan məktubların cavablandırılması və uyğunsuzluqların aradan qaldırılması (ərizə, müraciət və s);
E-Qaimə Faktura, Hesab Faktura və aktların tərtib olunması və göndərilməsi
Və digər cari əməliyyatların həyata keçirilməsi.
Tələb olunan səriştələr:
e-gov.az, e-taxes.gov.az, e-customs.gov.az- rəsmi dövlət portalları ilə sərbəst işləmək bacarığı;
1C proqramı üzrə yüksək səviyyədə istifadə bacarığı;
Microsoft Excel proqramından istifadə bacarığı;
Karyera yüksəlişi imkanı.
Rəqabətədavamlı əmək haqqı sistemi.
Korporativ mədəniyyətə sahib iş mühiti.
Müraciət forması: Qeyd olunan tələblərə cavab verən namizədlər hr@azparking.az e-mail ünvanına “Mühasib” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər.
3 VƏZİFƏ ÜZRƏ VAKANSİYALAR
İşəgötürən: Melissa Group
1. Mühasib (kontragnetlər üzrə)
2. Maliyyə Meneceri
3. Sənədləşmə və müqavilələr üzrə mütəxəssis
Sizə uyğun vəzifənin adını qeyd edib Cv-nizi hr@melissagroup.az e-mail adresinə göndərə bilərsiniz.
İş elanlarına Vatsap-da da baxmaq istəyirsiniz 🔠
🔈 Azərbaycanda Vakansiyalar (AzVak) iş elanlarını Vatsapda da paylaşır.❗️
🔗Kanalın linki: ⬇️
https://www.whatsapp.com/channel/0029Va7i0On9xVJWAPU8DB1v
🌐🐩Həmçinin İnternetdə azvak.com yazaraq Votsap kanalımza keçid edib, abunə ola bilərsiniz.🔔
🇦🇿 AzVak ciddi şirkətlərin yeni iş elanlarını paylaşır
Korporativ Satış üzrə mütəxəssisi tələb olunur - YÜKSƏK MAAŞ
İşəgötürən : FCC MMC
Əməkhaqqı : 1500-2000 Manat
İş qrafiki : Bazar Ertəsi - Şənbə, Saat ; 09.00 -18.00
Vəzifələr :
Potensial müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
Yeni müştərilərə “soyuq” zənglərin edilməsini icra edir.
Görüş və təqdimatların təşkil edilməsini təmin edir
Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
Tələblər :
Satış sahəsində minimum 3-5 il
Ms. Office proqramlarını yüksək səviyyədə bilməlidir.
İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitik olmalıdır,
Müştəriyönümlü satış etmək bacarığının olmalı;
İş yerinin ünvanı : Nərimanov rayonu, Kral Huseyn, 64 B
Müraciət üçün son tarix : 10.01.2025
Müraciət qaydası :
" Korporativ Satış üzrə mütəxəssisi" qeyd edib Cv-nizi toghrul.gulamzada@fccllc.az e-mail adresinə göndərə bilərsiniz.
Kiçik xəzinədar tələb olunur
İşəgötürən: AF Holding
Tələblər:
Yaş 19 – 25 arası
Xanım namizədlər
Ali təhsil
İş təcrübəsi 1 ildən çox
Azərbaycan dili, Rus dili ( arzuolunnadır)
Kompüter biliyi: MS Office mütləqdir , 1C 8.3
İdarəetmə bacarığı
Məsuliyyət və dəqiqlik
Yüksək şifahi və yazılı ünsiyyət bacarığı
Planlaşdırma və təşkilat
İş öyrədilir
hesabların tərtib olunması, daxili maliyyə proqramına məlumatların daxil edilməsi, yazışmalar, hesabların incələnməsi və s.ödənilməsinə nəzarət edilməsi;
İş şəraiti:
Bazar ertəsi – cümə: saat 09:00 - 18:00
Şənbə günü 09:00-13:30 və Bazar günü iş günü deyil
Namizədlərdən CV-lərini mövzu yerinə " Kiçik xəzinədar" yazaraq hr@afholding.com elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Tikinti və Təmir Fəhləsi tələb olunur
İşəgötürən: Papa Johns
İş Şərtləri:
İş qrafiki: 10:00-19:00
Namizəd: Kişi
6 günlük iş həftəsi
Əmək haqqı: 600 manat
Əmək haqqı rəsmi olaraq 15 gündən bir verilir
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) Tikinti və Təmir Fəhləsi mövzusu altında hr@papajohns.az ünvanına göndərə bilər və ya 050 229 42 77 nömrəsi ilə əlaqə saxlasın
Filial müdiri tələb olunur
İşəgötürən: MONETRİ BOKT MMC
Ünvan: Şamaxı
Təsvir:
Baş bank tərəfindən verilmiş etibarnaməyə əsasən fəaliyyətini həyata keçirmək;
Filiala verilmiş lisenziyaya uyğun Bank xidmətlərinin keyfiyyətlə aparılmasını təmin etmək;
Bank tərəfindən filialların istifadəsinə verilmiş əmlakın məqsədəuyğun istifadəsinə nəzarət edir, onun qeyri-düzgün istifadəsi nəticəsində korlanmasına məsuliyyət daşımaq;
Filialın əsasnaməsinə uyğun iş planını təsdiq etmək, onun icrasına nəzarət etmək;
Bankın İH-nin təsdiq etdiyi iş rejiminə müvafiq olaraq müəyyən edilmiş saatda filialarlın açılması və bağlanmasına nəzarət etmək, iş günü ərzində işçilərin nizam-intizam qaydalarına riayət etmələrinə cavabdehlik daşımaq;
Gün ərzində aparılan bütün bank əməliyyatlarının mövcud qanunvericiliyə və daxili qaydalara uyğunluğuna, balansın müəyyən edilmiş vaxtda bağlanmasına və Baş banka vaxtında ötürülməsinə nəzarət etmək və buna məsuliyyət daşımaq;
Filialların kredit portfelində olan problemli kreditlərlə qüvvədə olan daxili prosedur tədbirləri həyata keçirimək;
Filialların verilmiş plan üzrə kredit portfelininin artımına və problemli kreditlərin həllinə görə birbaşa məsuliyyət daşımaq;
Korporativ müştərilərin filiallara cəlb edilməsi məqsədilə daim müvafiq tədbirləri həyata keçirmək;.
Kredit mütəxəssislərinin bilik və təcrübələrinin artırılması məqsədilə onlarla daimi treninqlər aparılmasına nəzarət etmək;
Tələblər:
Ali təhsil
Məsuliyyətli olmalı;
Ünsiyyət qurabilmə qabiliyyəti;
Azərbaycan, Rus dilində sərbəst danışıq bacarığı;
Vətəndaş qüsursuzluğuna malikolma;
Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
Hesabatın hazırlanması və yazışma bacarığı;
Yüksək darəcədə analitik, yaradıcılıq, təşəbbüskarlıq və tədqiqat apara bilmə qabiliyyəti;
Menecerlik və komanda ilə işləmə və o cümlədən departament daxilində qərar qəbul etmə qabiliyyəti;
Mərkəzi Bankın bütün təlimatları haqqında anlayış və onların tətbiqi təcrübəsinə malik olması;
Kredit prosesinin təşkili üzrə bacarıqlara malik olması;
Bu sahədə üzrə təcrübə arzu olunandır;
Filialın işlərini planlaşdırma bacarığına malik olması;
Problemli kreditlərin həlli istiqamətində bilik və bacarığının olması
Riyazi hesablama aparmaq qabiliyyəti
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-ni info@monetri.az email-in mövzu hissəsində “Filial müdiri” şəklində qeyd etməklə 25 Dekabr 2024-cü il tarixinədək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır
“Növbə Nəzarətçisi” (supervisor) tələb olunur
İşəgötürən: Papa John’s Azərbaycan
Tələblər:
Komandada işləmək bacarığı.
İşə qarşı məsuliyyətli olmaq.
Restoran idarə olunması sahəsində minimum 1 illik iş təcrübəsi.
Öhdəliklər:
- Müştərilərə səmərəli və mədəni xidmət, onlara rahat (komfortlu) şəraitin yaradılması üzrə işi həyata keçirmək.
- Münaqişəli halların qabağının alınması və aradan qaldırılması üzrə tədbirlər görmək.
- Müştəri məmnuniyyətsizlik xidməti ilə əlaqədar iddiaları araşdırmaq, zəruri texniki-təşkilati tədbirləri keçirmək.
- Vaxtaşırı olaraq, işin əvvəlində bütün personalla iclaslar keçirmək. Onlara öhdəliklərini yadına salmaq, xidmətin keyfiyyətini yaxşılaşdırmağa kömək etmək, restoranın qayda və üsullarını onların nəzərinə çatdırmaq.
- Personal üçün təlimlər keçirmək.
- Tabeçiliyində olan işçilər tərəfindən əmək və istehsal intizamına, əməyin mühafizəsi üzrə qayda və normalara, istehsal sanitariyası və qiqiyenası tələblərinə riayət olunmasına nəzarət etmək.
- Müştərilərə xidmət üzrə mövcud çatışmazlıqlar, onların aradan qaldırılması üzrə görülən tədbirlər barədə rəhbərliyi məlumatlandırmaq.
- Müəssisə rəhbərliyinin göstərişlərinin işçilər tərəfindən yerinə yetirilməsini təmin etmək.
- Microsoft office proqramlarında işləməyi bacarmaq.
İş Şərtləri
6 günlük iş həftəsi.
Növbəli iş rejimi.
İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir.
Forma şirkət tərəfindən təqdim olunur.
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Növbə Nəzarətçisi” (supervisor) mövzusu altında hr@papajohns.az elektron ünvanına göndərə bilərlər.
Texniki işlər üzrə menecer müavini tələb olunur - QUSAR
İşəgötürən: Deluxe Park Qusar
Qeyd; İş yeri Qusar rayonunda yerləşir.
Vəzifə öhdəlikləri;
Otel ərazisində yerləşən obyektlərin ümumi sazlıq və təmir statusunu daim nəazrətdə saxlamaq.
Tələb olunan təmir-bərba və ya tikinti işləri ilə bağlı hesabat hazırlayıb Texniki işlər üzrə menecerə təqdim etmək.
Otel ərazisində yerləşən kotteclər, restoran binaları, əyləncə mərkəzi və digər obyektlərin daxilindəki texniki avadanlıqların əşyaların (mebel, qapı, hamam otaqaqları və s.) tam işlək vəziyyətdə olmasına nəzarət etmək.
Tabeçiliyində olan işçilər üçün iş bölgüsünü icra etmək.
Digər şöbələrdən və ya qonaqlardan gələn sorğu və ya şikayətlərə baxmaq və uyğun tədbirlər gömək.
Texniki şöbənin səlahiyyətində olan əşya və avadanlıqları daim nəzarətdə saxlamaq, yaranan hər hansı problem və ya aşınma halları ilə bağlı dəqiq və vaxtında məlumat vermək.
Elektrik və santexnika işinin təşkilindən məlumatlı olmaq və bu sahə üzrə işlərin icra edilməsinə nəzarət etmək.
Tələblər;
Qeyd edilən sahədə minimum 2 il iş təcrübəsi.
Otel və ya restoran şəbəkələri sahəsində iş təcrübəsi.
Microsoft office (word, excel) proqramlarında orta səviyyədə işləməl qabiliyyəti.
"Texniki işlər üzrə menecer müavini " qeyd edib CV-nizi hrmanager@deluxeparkqusar.com e-mail adresinə göndərə bilərsiniz.
Mühasib tələb olunur
İşəgötürən: Grand Logistics Center
Tələblər:
Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
Təcrübə: minimum 2 il;
Komputer üzrə biliklər: 1C; MS Office (Excell) proqramlarından sərbəst istifadə qabiliyyəti.
Vəzifə öhdəliyi:
1C proqramı mühasibat müxabirləşmələrinin işlənməsi;
Aylıq, rüblük və illik statistika, ƏDV bəyanamələrin tərtibi və göndərilməsi, ÖMV hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına elektron təqdim olunması;
Vergi Xidməti Onlayn karguzarlıq sistemi ilə iş. Gündəlik VN tərəfindən göndərilmiş məktubların, bildirişlərin müvafiq şöbələr üzrə ayrılması və təqdim olunması;
Ümumi satışlar üzrə elektron qaimələrin yazılması və 1 C proqramına işlənməsi;
Alıcılar ilə müqavilələrin hazırlanması və üzləşmə aktlarının işlənməsi;
İllik inventarlaşdırılma əməliyyatlarında tam iştirakı
Bank ödəniş tapşırıqlarının hazırlanması və köçürmələrin edilməsi;
"MÜHASİB" qeyd edib Cv-nizi hr@grandlogistics.az e-mail adresinə göndərə bilərsiniz.
Qadın KASSİRLƏR tələb olunur
İşəgötürən: Akkaraman MMC (Danaça Ət Dünyası)
Tələblər:
Yaş həddi: 22-35
İş qrafiki: 6 gün, 2 NÖVBƏLİ
İldə bir dəfə 21 gün məzuinyyət
İş saatı: 9:00-15:00 və 15:00-21:00
Dil biliyi : Rus dili
Rəsmi Əmək haqqı: 500 Manat
İş yeri İnqlab 1 Asan xidmətin arxası
055 273 27 74 Sadıx bəy
10 əraziyə KASSİR- SATICILAR tələb olunur
TAM STORE filialları üçün vakansiyalar elan edirik.
Ərazilər: Xətai, Bayıl, İnqilab, Badamdar, Əmircan, Gənclik, Nərimanov, Buzovna, Binə, Zirə .
Tələbələr üçün iş imkanları
Yaş həddi: Kişi- 16 - 60 / Qadın - 18 - 60
Namizəd : Kişi və Qadın
İş qrafiki: 08:00-17:00 ; 14:00-23:00
Həftədə 6 gün
İş şərtləri:
Əmək qanunvericiliyinə uyğun sənədləşmə
Dəyişkən iş qrafiki
Təcrübə vacib deyil.
Tələbələr üçün iş imkanları
Karyera inkişaf imkanları
Nahar və iş forması şirkət tərəfindən qarşılanır
Əmək haqqı 450-500 manat
Müraciət etmək üçün qeyd olunan 099 200 15 02 nömrə ilə əlaqə saxlaya bilərsiz
3 əraziyə OFİSİANTLAR tələb olunur
İşəgötürən: Papa Johns
Ofisiant ( Nizami, Elmlər akademiyası, İnşaatçılar filialları üçün)
TƏLƏBƏ qəbul edilmir
Yaş: 18-40
İş Şərtləri:
- İş qrafiki: Növbəli, saat 10:00-18:00; 15:00-23:00 -dək
- Namizəd: Bəy namizədə üstünlük veriləcək
- 6 günlük iş həftəsi.
- Növbəli iş rejimi.
- Əmək haqqı 400-460 manat + bəxşiş
- Nahar ödənişi verilir
- Təcrübəyə ehtiyac yoxdur. İş 0-dan öyrədilir
Qeyd olunan tələblərə cavab verən namizədlər "CV" formalarını “Ofisiant” mövzusu altında hr@papajohns.az elekton ünvanına göndərə və ya 0502294277 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
RESEPŞN tələb olunur - Qusar
İşəgötürən: Deluxe Park Qusar
Vəzifə öhdəlikləri;
Otelə daxil olan müştərilər üçün “check-in” əməliyyatının aparılması.
Qonaqlara otel haqqından ümumi ilkin məlumatın verilməsi və rəsmi qeydiyyatın aparılması.
Cari qonaqlardan və kənardan daxil olan zənglərin cavablandırılması və peşəkar səviyyədə lazımi dəstəyin göstərilməsi.
Tələblər;
İngilis və ya rus dillərinindən ən azı birini yaxşı səviyyədəd bilmək (danışıq).
Qeyd edilən sahədə minimum 1 il iş təcrübəsi.
Yüksək səviyyədə ünsiyyət və təqdimetmə bacarıqları.
Microsoft office (word, excel) proqramlarında orta səviyyədə işləməl qabiliyyəti.
Bölgədə işləməyə uyğun olmalı.
Receptionist qeyd edib Cv-nizi hrmanager@deluxeparkqusar.com e-mail adresinə göndərə bilərsiniz.
Gecə növbəsinə Zəng mərkəzi operatoru tələb olunur
İşəgötürən: A+Co ASC
İş şəraiti:
İş yeri: Xırdalan şəhəri;
Gecə növbəsi, iş saatı: 17:00-08:00, ay ərzində 10-12 iş günü;
Nahar şirkət tərəfindən təmin olunur.
Vəzifə öhdəlikləri:
Çağrı mərkəzinə daxil olan müraciətləri qəbul etmək, eyni zamanda digər sualları operativ cavablandırmaq;
Qəbul olunan zənglərin sistemdə qeydiyyatını aparmaq;
Zərurət olduğu halda geri dönüş zəngləri etmək;
Müştərilərin irad və təkliflərini dinləmək və aidiyyatı üzrə yönləndirmək.
Tələblər:
Ali və ya ixtisas təhsili;
Müştərilərlə ünsiyyət qurma bacarığı;
Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
Məsuliyyətlilik və inkişafa meyillilik;
Kompüter bilikləri;
Stressə davamlılıq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Zəng mərkəzi operatoru ( Gecə növbəsi )” yazaraq hr@aplusco.az elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Cipsi istehsalı sahəsinə işçilər tələb olunur
VƏZİFƏLƏR:
1. Fəhlə-operator,
2. Paketçi
3. Xadimə
4. Aşbaz
Yaş həddi: 23-40
Əmək haqqı: 600 manat
Rəsmi əmək müqaviləsi bağlanılır
İş saatı: 08:00-18:00
İstirahət Bazar günüdür
Nahar fabrik tərəfindən verilir
Ünvan: Qaraçuxur qəsəbəsi, "Lukoyl" YDM yanı
Sizə uyğun vəzifənin adını qeyd edib işlə bağlı ətraflı suallarınızı 070 215-06-62 nömrətyə yaza bilərsiniz.
qablaşdırıcı
Satış üzrə məsləhətçi tələb olunur
İşəgötürən: Grabstar / Maple Trading
İş barədə məlumat:
Mağazada kifayət qədər miqdarda çeşidin olmasına nəzarət etmək və lazım gələrsə onu doldurmaq.
Alqı - satqı zamanı alıcılara məsləhət vermək.
Mağaza tərəfindən malların qəbulunda köməklik etmək.
Satış üçün malların (tortlar,şirniyyatlar, salatlar,) sifarişi və qəbulunu həyata keçirmək .
Malların qiymət etiketlərinə nəzarət etmək.
Malların saxlama müddətinə nəzarət etmək.
Mağazada malların yerləşdirilməsi və onlara nəzarət etmək.
İş qrafiki: 07:00-dan - 15:00-dək
14:00-dan - 22:00-dək
Əməkhaqqı: 550 AZN
Namizədə tələblər:
Məsuliyyət
Ünsiyyət bacarıqları
Müştəri yönümlü olmaq
Stresə dözümlülük
Dəqiqlik
Komandada işləmək
Kassa təminat proqramlarında işləmək.
Cv-nizi hr@mapletrading.az e-mail adresinə və ya 0102251245 nömrəsinə mövzu hissəsində " Satıcı" yazaraq müraciət edə bilərsiniz.
Əlaqə nömrəsi: 0102251245
Kosmetologiya üzrə tibb bacısı tələb olunur
"Empire by Asthetik Lab" estetik təbabət və kosmetologiya klinikası tibb bacısı/kosmetoloq köməkçisi vəzifəsinə işçi axtarır.
Yaş həddi: 22-35 qadın namizəd
Tibb bacısı üzrə orta ixtisas təhsili
Səliqəli görünüş, xəstələrlə ünsiyyətdə nəzakət
Özəl klinikalarda iş təcrübəsi olanlara üstünlük verilir!
Kosmetologiya sahəsinə maraq
Dil bilikləri: Azərbaycan, Rus
3 günlük sınaq müddəti olacaq
İş saatları 09:00-19:30 Həftədə 6 gün (1 gün istirahət)
Əmək haqqi 600 - 700 manat+faiz
Xaricdə klinikanın filialında işləmək imkanınız var, maaş və bonuslar 2 dəfə çox verilir.
"Tibb bacısı" qeyd edib Şəkilli CV-nizi hr@asthetiklab.com e-mail adresinə göndərə bilərsiniz.
CV-lərə yalnız namizədin fotoşəkili ilə baxılır
Əlaqə: 055-900-9111
XXX XXX XXX
Медсестра в косметологии
Клиника эстетической медицины и косметологии " Empire by Asthetik Lab" ищет нового сотрудника на позицию медицинской сестры/ассистента врача-косметолога.
Девушка, возраст 22-35
Среднее профессиональное образование по специальности сестринское дело
Опрятный внешний вид, вежливость в общении с пациентами
Опыт работы в частных клиниках приветствуется!
Заинтересованность в сфере косметологии
Знание языков: Азербайджанский, русский
Проводится испытательный срок 3 дня
Режим работы 09: 00-19:30 6 дней в неделю (1 выходной)
Зарплата 600 - 700 АЗН+ проценты
У вас есть возможность работать в филиале клиники за рубежом, зарплата и премии выплачиваются в два раза больше
CV рассматриваются только с фотографией кандидата
Контакты : 055-900-9111
Адрес: ул. Ровшан Алиев 47 (Хатаи м/с)
E-mail : hr@asthetiklab.com
Texniki dəstək üzrə mütəxəssis tələb olunur
İşəgötürən6 "RAM Holding"
Namizədə olan tələblər:
-Ali təhsil (İT sahəsi üzrə);
-Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
-Windows əməliyyat sistemində işləmə bacarığı;
-MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
-Windows Server, Active Directory və Group Policy haqqında xəbərdar olmaq;
-Ethernet, IP və şəbəkə cihazlarının iş prinsipləri barədə məlumatlı olmaq;
-E-poçtun quraşdırılması və konfiqurasiyası;
-İnformasiya təhlükəsizliyi üzrə nəzarət çərçivələrini və tədbirlərini bilmək;
Turniket, AP, Access Control, Switch, Network Printers, Scanners, Cameras və s. avadanlıqların sazlanması üzrə biliklər;
-Ezamiyyətlərə getməyə hazır olmaq.
Vəzifə öhdəlikləri:
-İstifadəçilərin daxil olan müraciətlərinin icrasını həyata keçirir;
-Bitrix və Helpdesk portalında işləmə bacarığı;
-Problem və insidentlər (onların həlli) barədə məlumatları sistemə daxil edir;
-Holdinqin kompyuter və ofis texnikasının mütəmadi profilaktikası və diaqnostikasının keçirilməsi, eləcə də bu zaman ortaya çıxan nasazlıqların aradan qaldırılması;
-Xidmət zamanı qarşılaşılan problemlər barəsində rəhbərliyə məlumat vermək;
-Yeni kompüterlərin hazırlanması və proqram təminatları ilə təmin edilməsi;
-Lazım olan avadanlıqların tələbi haqqında rəhbərliyə yazılı məlumat vermək;
-Təhlükəsizlik kameralarının qurulması, texniki dəstəyi;
-Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
İş şərtlərimiz:
-Əmək haqqı: 1108 AZN;
-İş qrafiki : Tam iş günü (5 gün);
-İş saatları: 08:30-17:30;
-Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Texniki dəstək üzrə mütəxəssis” yazaraq hr@ram.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Zəhmət-Ruzi MMC (SAB) Baş Anbardar vakansiyasını açıq elan edir
· İş ünvanı: Xırdalan, Həsən Əliyev 38
· Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
· Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal- material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət olunması təmin etmək;
· Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;
· Gündəlik, həftəlik və aylıq anbar hərəkəti barədə hesabatın ilkin sənədlər əsasında hazırlanmasını təmin etmək;
· Yararsız vəziyyətə düşümüş mal-materialların hərəkətini əks etdirən gündəlik, həftəlik və aylıq anbar hesabatın hazırlanmasını təmin etmək;
· Anbar hərəkətləri ilə bağlı bütün əməliyyatların 1C 8.3 proqram təminatı bazasında yaradılmış ERP sisteminin anbar modulunda anında işlənilməsini təmin etmək.
Ali təhsil;
· Minimum sahə üzrə 2-3 il iş təcrübəsi;
· Anbar təsərrüfatının təşkilinə aid olan əsasnamə, təlimat və digər normativ sənədləri, rəhbər materialları, mal-material qiymətlilərə dair standart və texniki şərtləri bilmək;
· Mal-material qiymətlilərinin yerləşdirilməsi qaydalarını bilmək;
· Daxili əmək intizam qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək.
· İş rejimi: 6 günlük iş qrafiki.
· Əmək haqqı: Razılaşma yolu ilə.
· Nahar, korporativ nömrə və könüllü sığorta təminatı
Maraqlanan namizədlərdən CV-ni Baş Anbardar başlığı altında cv@sab.az ünvanına göndərməkləri xahiş olunur.
İSTEHSAL İŞÇİSİ/ OPERATOR tələb olunur - Növbəli iş
İşəgötürən "Mirzəoğlu" MMC
(Konfet, şirniyyat istehsalı üzrə qənnadı fabriki)✅
Növbəli iş qrafiki:
1-ci növbə 07:30-15:00 (Əmək haqqı - 450/500 Azn)
2-ci növbə 15:00-23:00 (500/600 Azn)
Geyim və yemək şirkət tərəfindən verilir
Ünvan: BUZOVNA qəsəbəsi (yaxın ərazidə yaşayanlara üstünlük verilir)
QEYD: OVERTİME(əlavə saatlar) olarsa əmək haqqına əlavə olunur.
Tələblər:
Namizəd: Kişi
Orta təhsil
Praktiki sağlam
Təcrübə önəmli deyil (olması üstünlükdür)
Vəzifə öhdəlikləri:
İstehsal olunan məhsulların istehsalına nəzarət(konfet, şirniyyat məhsullarıdır)
Resepturaya əsasən Məhsulları avadanlığa boşaltmaq(un, şəkər, yağ və.s)
Avadanlığın işlək vəziyyətdə olmasına nəzarət və.s
Müraciət üçün 055-444-63-38 nömrəsi ilə əlaqə saxlaya və ya hr3@mirzaoglu.az mail adressinə vakansiya adını qeyd edərək CV göndərə bilərsiniz.
TANINMIŞ MAĞAZAYA SATICILAR TƏLƏB OLUNUR - YÜKSƏK MAAŞ
İşəgötürən: Emsan
Əmək haqqı: 500 - 1000 manat
İş rejimi: 6 günlük
AR Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə
İş yeri: Bakı, Xırdalan və Sumqayıt şəhərləri
İş barədə məlumat:
Hazırki məhsul qruplarının çeşidini, təsnifatını, xarakteristikasını, onların təyinatını və onlardan düzgün istifadə üsullarını;
Müştərilərin tələbinin öyrənilməsi, məhsulların təklif olunması və onların nümayiş etdirilməsi, məhsulların seçilməsində yardım edilməsi, alıcılara məhsulların keyfiyyəti,təyinatı, xüsusiyyətləri barədə geniş məlumat vermək və onlara xidmət göstərmək;
Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən qüvvədə olan kampaniyalar haqqında geniş və ətraflı məlumatlar;
Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək;
Mağaza administratorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək;
Namizədə tələblər:
Cinsi: Qadın
Yaş həddi: 25-35 yaş arası
Təhsil: Orta
Azərbaycan dilini səlis bilməlidir, rus ingilis dili arzu olunandır
İş təcrübəsi: Satış sahəsində azı 1 il iş stajı
Aktiv, çevik, ünsiyyətcil olmalı
Satış qabiliyyəti olmalı
Dəqiq və işinə qarşı məsuliyyətli olmalı
Ünsiyyətcil və yüksək danışıq qabiliyyəti
İşgüzar və hədəf yönümlü, problemləri həll etmə bacarığı olan yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Satış Təmsilçisi” qeyd edərək şəkili CV-lərinizi hr@emsan.com.az elektron ünvanına və yaxud 0773422418 əlaqə nömrəsinin whatsapp'ına göndərməyiniz xahiş olunur.
Əlaqə nömrəsi: 0773422418