KON SÜRÜCÜSÜ tələb olunur
İşəgötürən: AN Import Export
İş yeri: Siyəzən
İş barədə məlumat
- Təhkim olunan texnikanın təlimata uyğun idarə edilməsi:
- Kon Lovol-936
- Avtokar-Liu Gong
- Müxtəlif xammal və digər yüklərin yük maşınlarına yüklənməsi,
- Yük maşınlarına xammal boşaltmaq üçün rahat gediş - gəliş yolunun hazırlanması
- Təhkim olunan texnikanın texniki vəziyyətinə nəzarət etmək, onun təhlükəsiz istismarının təmini üçün zəruri işləri yerinə yetirmək
İş şərtləri:
- 6 günlük iş həftəsi
- İstirahət günü: Bazar günü
Namizədə tələblər
- Müvafiq kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük
vəsiqəsi olmalı
- Nəqliyyat vasitələrinin təyinatını, quruluşunu, iş prinsipini və aqreqat, mexanizm və cihazlarının işini bilməli
- Məsuliyyətli və nizam intizamlı olmalı.
"KON SÜRÜCÜSÜ" qeyd edib CV-nizi hr@an-agro.com e-mail adresinə göndərə bilərsiniz.
Qadın HƏKİM tələb olunur
Tələblər:
Ali tibb təhsili.
Yaş həddi 24-40
Rus və Azərbaycan dillərini bilməlidir
İş qrafiki 09:00-19:30, həftədə bir gün istirahət.
Əmək haqqı: 1000 manat + bonus
İş təsviri:
- Baxım prosedurlarının aparılması
- Müştərilərlə məsləhətləşmə və ünsiyyət.
- Müasir avadanlıqlarda işləmək üçün təlim (sertifikatların verilməsi ilə)
- 3 günlük sınaq müddəti həyata keçirilir və aparat kosmetologiyası üzrə təlim keçirilir.
Gülərüz və peşəkar komandada işləmək.
Təchizatlı sinif otaqları və müntəzəm təlim.
Xaricdə ikiqat əmək haqqı və bonuslarla klinikanın filialında işləmək imkanı.
(Mənzil şirkət hesabına təmin olunur)
Uyğun namizədlər ŞƏKİLLİ cv-ni “Həkim” qeyd edərək hr@asthetiklab.com e-poçt ünvanına göndərə bilərlər.
CV-lərə yalnız namizədin fotoşəkili ilə baxılacaq.
Ünvan: Xətai m/s yaxınlığı Rövşən Əliyev 47 küçəsi
Əlaqə: 055 900 91 11
XXX XXX
Врач
Требования:
Только кандидаты женского пола
Высшее медицинское образование.
Возраст от 24 до 40 лет.
Знание русского и азербайджанского языков.
Описание работы:
Проведение уходовых процедур.
Консультация и общение с клиентами.
График с 09:00 до 19:30, один выходной в неделю.
Зарплата : 1000 + бонус
Полная занятость.
Обучение работы на современном оборудовании (с выдачей сертификатов)
Проводится испытательный срок 3 дня и обучают аппаратной косметологии
Работа в дружной и профессиональной команде.
Оснащенные кабинеты и регулярное повышение квалификации.
Возможность работы за рубежом в филиале клиники с удвоенной заработной платой и премиями.
Жилье предоставляется за счет компании.
Кандидаты, соответствующие требованиям, могут отправить свое резюме с фотографией на электронный адрес с пометкой "Врач".
CV рассматриваются только с фотографией кандидата.
Контакты: 055 900 91 11
E-mail: hr@asthetiklab.com
Адрес: Хатаи м/с, ул Ровшан Алиев 47
Son kurs TƏLƏBƏLƏR üçün Ödənişli təcrübə proqramı
İşəgötürən: GPS Solutions
İş yeri: Bakı şəhəri
GPS Solutions MMC sənaye avtomatlaşdırılması, radioelektronika, İT və proqramlaşdırma üzrə təhsil alan son kurs tələbələri üçün ödənişli təcrübə proqramı elan edir.
Namizədə tələblər:
Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (arzuolunandır)
MS Office proqramlarını bilməli
Kollektivdə işləmə bacarığı
İşində diqqətli, məsuliyyətli, tələbkar olması
İş barədə məlumat:
İş rejimi: I-V – 09.00-18.00, VI – 10.00-16.00
"Təcrübə proqramı" və vəzifənin adını qeyd edib CV-nizi hr@gps.az e-mail adresinə göndərə bilərsiniz.
Şirkət haqqında
2013-cü ildə başlayan fəaliyyəti ərzində özünü etibarlı tərəfdaş və geniş spektrli xidmətlərin təchizatçısı kimi tanıtmış şirkətimiz Azərbaycanın dinamik surətdə inkişaf edən informasiya texnologiyaları sektorunda Nəqliyyatın İntellektual GPS Nəzarət sistemlərin inteqrasiyası, avadanlıq və proqram təminatının təchizatı və quraşdırılması üzrə xidmətlər göstərir.
SSİ Retail şirkətinə XƏZİNƏDAR tələb olunur
Sinteks Şirkətlər qrupuna daxil olan SSİ Retail MMC şirkətinə hal hazırda Xəzinədar tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
İş yerinin ünvanı: Bakı
Vəzifənin rolu: Bu vəzifənin rolu mağazada kassa əməliyyatlarını aparmaqdır.
Yaş: minimum 20-40 yaş
Əməkhaqqı: 500 manat + Bonus
Vəzifə öhdəlikləri:
Kassa əməliyyatlarını həyata keçirir.
Yekun hesabat aparır, daxil olan nəğd pulun gorunmasını təmin edir, satışdan daxil olan nəğd pul vəsaitini inkassasiya edir və POS-terminal qəbzlərini İtkinlərin qarşısının alınması şöbəsinə təhvil verir.
Kassa aparatlarının və kassada olan diqər avadanlıqların düzgün işləməsinə nəzarət edir, yaranan nasazlıqlar barədə rəhbərliyə məlumat verir.
Təcrübə: Müvafiq satış sahəsində ən azı 1 il iş təcrübəsi
Professional biliklər:
Kassa avadanlıqları ilə işləməyi bacarmaq
Kassa əməliyyatları sistemləri üzrə biliklər
MS Office Proqramları
Təhsil: Xüsusi təhsil tələb olunmur
Professional bacarıqlar və kompetensiyalar:
Məsuliyyət, diqqətlilik, intizam
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Xəzinədar” qeyd edərək recruitment@ssi.az elektron poçt ünvanına göndərə bilərlər.
Müraciət qaydası:
E-mail: recruitment@ssi.az e-mail
(050) 295-89-07
(051) 235 35 73
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Qənnadçı ( Pastry Chef) tələb olunur
İşəgötürən: Prive Steak Gallery
Namizədə olan tələblər:
Şirniyyat-qənnadı sahəsində ümumilikdə 5 il iş təcrübəsi;Məsuliyyətli, diqq
ətli və ünsiyyətcil olmalığı arzuolunandır;
Vəzifə öhdəlikləri:
Standartlara, prosedurlara uyğun olaraq keyfiyyətli, çeşidli şirniyyatların, desertlərin hazırlanması və dekoru;
Yarımfabrikatların hazırlanması, saxlanma vaxtına və şəraitinə uyğun saxlanmasını təmin edir;
Şirniyyatları porsiyalarına uyğun hazırlanması;
Müxtəlif növ xəmirlərin hazırlanması texnologiyasını bilməlidir;
Müxtəlif növ şirniyyatların bəzədilməsi texnologiyasını bilməlidir
Müxtəlif növ kremlərin, qlazurların, hazırlanması texnologiyasını bilməlidir
Meyvələrdən müxtəlif dekorasiyalar hazırlanması;
Qramajların hesablanması;
Sifarişlərə əsasən gigiyena şərtlərinə uyğun, keyfiyyətli şirniyyatların, desertlərin vaxtında hazırlanması, dekor edilməsi və təqdimatı;
Şirniyyatların, desertlərin (tortlar, avropa şirinniyyatları və s.) hazırlanması;
Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək, itkilər və tullantıların minimuma endirilməsini təmin edir;
Qablaşdırmanı təmin etmək;
Yeni məhsul çeşidlərini menyuya uyğun hazırlamaq;
İş şəraiti:
Nahar şirkət tərəfindən verilir;
Əmək haqqı: müsahibə əsasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən olunacaq
Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə hr@privebaku.com elektron email ünvanına göndərə və ya 51 225 69 81 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
BOYAÇI tələb olunur
İşəgötürən: AN Production
Əmək haqqı: Razılaşma yolu ilə
İş qrafiki: 6 günlük
İş saatı: 09:00-17:00
Şənbə günləri: 09:00-15:00
Nahar saatı: 13:00-14:00
İstirahət günü –Bazar
Namizədə dair tələblər:
1. Boya vuran zamanı risklərin mövcudluğunu və hava şəraitinin dəyişkənliyini nəzərə alaraq müvəqqəti tədbirlər görməli və bu haqda sahə rəisinə bildirməli;
2. Metal səthləri lazımı keyfiyyətdə boyamalı;
3. Yüksək səviyyədə dəqiq olmalı və detallara xüsusi diqqət yetirməli;
4. İşin yerinə yetirilməsi zamanı Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etməli;
5. Komanda daxilində işləməli və həmkarlar ilə əməkdaşlıq etməli;
6. Boyanan səthləri lazımi keyfiyyətdə saxlamalı;
7. Ətraf mühitin qorunmasına xüsusi diqqət yetirməli və qənaətcil davranış göstərərək tullantıların minimum olmasını təmin etməli;
8. İşin vaxtında başa çatdırılması ilə bağlı hər hansı narahatlıq barədə rəhbərliyə məlumat verməli;
9. Texniki şərtlərə uyğun olaraq istismardan sonra əl alətlərini yoxlamalı və bu barədə qeydiyyat aparmalı;
Tələblərə uyğun olan namizədlər CV-ni anproduction2020@gmail.com ünvanına (mövzu yerinə “Boyaçı” qeyd edib) göndərsinlər.
Elaqe nomresi 0512400606
Ünvan : Kənd Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsi 234 A.
Şirniyyat mağazasına Sobaçi tələb olunur
İşəgötürən: Nush Cake House
Əmək haqqı 500 + (Nett) manat
Əmək haqqı: Rəsmi, maaş kartla olacaq
Sığorta və Nahar şirkət tərəfindən təmin olunur
Tələblər:
Yaş 35-55 qadın namizəd
Təcrübə tələb olunmur
Ünvan:
1.Fətəli Xan Xoyski 2a (Gənclik m. çıxışı)
2.Azər Manafov küçəsi 16 (Qara Qarayev m. çıxışı)
3.M.Hadi 68 (H.Aslanov m. çıxışı)
"Sobaçı" qeyd edib işlə bağlı müraciətiniz (055) 232 53 22 WhatsApp nömrəsinə yaza bilərsiniz.
Müraciətin son tarizi: 21.12.2024
şirniyyatçı
“Şam-fi” şirkətinə fəhlələr tələb olunur _ NÖVBƏLİ İŞ
İşəgötürən: Sham-Fi International Trading Company - Şam Fi.
İş yerləri: Xətai rayonu 8 noyabr prospekti və Lökbatan qəsəbəsi.
İş qrafiki: 5 günlük 3 növbəli (Səhər növbəsi 08:00-16:00, Günorta növbəsi 16:00-23:00, Axşam növbəsi 23:00-08:00)
İşin təsviri: Qida məhsullarının yük maşınlarına yüklənməsi, fiziki xarakterli işlərin icrası.
İş haqqında əlavə məlumatlar:
Servis xidməti mövcuddur.
Əmək haqqı: 550-800 manat.
Nahar şirkət tərəfindən verilir.
Yaş həddi 18-50 yaş aralığıdır, fiziki cəhətdən sağlam, növbəli iş qrafikində işləməyə hazır olan şəxslərin müraciətlərinə baxılır.
Müraciət etmək istəyən şəxslər 051 233 66 60 Whatsapp nömrəsinə "Fəhlə" yazaraq müraciət edə bilər
AİLƏ SÜRÜCÜSÜ tələb olunur
İşəgötürən: AYTA LTD MMC
Yaş: 25-35;
İş barədə məlumat:
Yol hərəkəti qaydalarına riayət etmək;
Ailə sürücüsü olaraq, uşaqları məktəbə, bağçaya aparıb-gətirmək, ailə üzvlərini tələb olunan digər ünvanlara aparıb-gətirmək;
Ailə üçün lazımı mal və məhsulların alınmasını həyata keçirmək;
Rəhbər şəxsin bütün göstərişlərini ciddi şəkildə yerinə yetirmək, avtomobilin vaxtında çatdırılmasını təmin etmək;
Sərnişinlərin həyat və sağlamlığının təhlükəsizliyini, yükün təhlükəsizliyini və avtomobilin texniki cəhətdən sağlam vəziyyətini maksimum dərəcədə təmin etməklə, avtomobilin düzgün, peşəkar, rəvan idarə olunmasını (kəskin əyləclər, manevrlər, siqnallar və s. olmadan) təmin etmək;
Avtomobili texniki saz vəziyyətdə saxlamaq, vaxtında servis mərkəzində texnoloji təchizatını təmin etmək və texniki baxışdan keçirmək;
Mexanizmlərin sökülməsini tələb etməyən istismar zamanı yaranan xırda nasazlıqları aradan qaldırmaq;
Avtomobilin təmiri ilə əlaqədar şübhəli suallar yaranan zaman işəgötürən ilə həmin məsələləri müzakirə etmək;
Avtomobili təmiz vəziyyətdə saxlamaq (içəridən və çöl tərəfdən). Səfər başa çatdıqdan sonra zibili və natamam (içilməyən) suyu tullamaq, yuyulma zamanı avtomobili nəzarətsiz qoymamaq, maşını yuyanların işinə nəzarət etmək;
Nəqliyyat sənədlərini müəyyən olunmuş qaydada hazırlamaq;
Rəhbərliyin göstərişinə əsasən, optimal hərəkət marşrutlarını seçmək, marşrutdan yayınma hallarına yol verməmək, hər zaman təyinat ünvanı məlum olan halda belə, səfər üçün naviqatordan (waze) istifadə etmək;
Xidməti avtomobildən şəxsi məqsədlər üçün istifadəyə yol verməmək;
Rəhbərliyin razılığı olmadan xidməti avtomobilin idarə olunmasına və təmirinə yol verməmək;
İş vaxtı bitdikdən sonra xidməti avtomobilin texniki təchizatını, parkovkasını və mühafizəyə təhvil verilməsini təmin etmək;
Lazım gələrsə, ofisin ehtiyacları üçün mal və məhsulların alınmasını həyata keçirmək;
İstehsal zərurəti yaranarsa, şirkətin rəhbərliyi ilə vaxtında razılaşmaqla, başqa işləri yerinə yetirmə;
Həftə içi 6 iş günü;
Namizədə tələblər:
B kateqoriyalı avtomobili idarə etmək hüququ verən sənəd (vəsiqə).
Ailə sürücüsü kimi ən azı 3 il iş təcrübəsi;
Ziyanlı vərdişləri (siqaret, alkoloq və s.) olmamalı;
Waze proqramında işləmək bacarığı;
Yol hərəkəti qaydaları və avtomobillərin texniki istismarı qaydaları haqqında biliklər;
Diqqətlilik, dəqiqlik, strsessə davamlılıq, təmizkarlıq, məsuliyyət, təşəbbüskarlıq, davamlılıq, mehriban və peşəkar davranış;
Diplomatiklik, məxfi məsələlərdə ehtiyatlılıq və təmkinlilik nümayiş etdirmək;
Bakının mərkəzinə yaxın ərazilərdə yaşayanlara üstünlük verilir;
Müraciət etmək üçün:
"AİLƏ SÜRÜCÜSÜ" qeyd edib CV-nizi ceyhun.eyvazov@aytamart.az e-mail adresinə göndərə bilərsiniz.
Tel: 051-611-00-86 / 077-250-77-87
Maliyyə və iqtisadi təhlil şöbəsinin müdiri / Baş mühasib tələb olunur
İşəgötürən: Yüksək Texnologiyalar Parkı MMC
Vakansiya növü: Tam-ştat
Qrafik: Həftəiçi 5 gün (08:30-17:30)
İş barədə məlumat:
Müəssisənin maliyyə-iqtisadi fəaliyyətini həyata keçirmək, vergi qanunvericiliyinə uyğun olaraq hesabat sənədləri və əməliyyatların düzgünlüyünə nəzarət etmək, maliyyə proqnozlarını hazırlamaq və icrasını təmin etmək;
Müəssisənin mühasibat uçotunu təşkil etmək, dəqiq hesabatların və maliyyə sənədlərinin hazırlanmasını təmin etmək və beynəlxalq standartlara uyğun aparılmasını həyata keçirmək;
Əməyin təşkilinə, əmək normalarına əməl olunmasına, işçilərin sayının iş həcminə uyğunlaşdırılmasına nəzarət etmək;
İşçilərin əmək haqqı, ezamiyyə və digər ödənişlərinin vaxtında və düzgün həyata keçirilməsini təmin etmək;
Müəssisənin maliyyə, uçot, büdcə, vergi və gömrük siyasətlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və həyata keçirilməsinə dəstək vermək;
Büdcəyə və büdcədənkənar fondlara ödənişlərin vaxtında həyata keçirilməsini təmin etmək;
Müəssisəyə daxil olan pul vəsaitlərinin, mal-materialların, əsas vəsaitlərin uçotunun və digər aktiv və passivlərinin (o cümlədən, debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s.) uçotunu və hesabatını təmin etmək;
Kreditor və debitor hesablarının dəqiq qeydiyyatını aparmaq, üzləşmələrin vaxtında və düzgün aparılmasını təmin etmək;
Material, əmək və maliyyə resurslarından qənaətlə istifadə edilməsinə və dövlət əmlakının qorunmasına nəzarət etmək;
Müəssisədə inventarizasiyanı təşkil etmək, müəssisənin əmlakının qiymətləndirilməsini və istifadəsinin səmərəliliyini təmin etmək;
Əmlakın idarə olunması ilə bağlı qurumlarla yazışmalar aparmaq və bu sahədə aidiyyəti dövlət orqanları ilə fəaliyyəti əlaqələndirmək;
Müəssisənin satınalma prosedurlarının qanunvericiliyə uyğun həyata keçirilməsini təmin etmək, təchizatçılarla hesablaşmaları idarə etmək və xərclərin optimallaşdırılmasına nəzarət etmək;
Satınalma əməliyyatlarının maliyyə analizini aparmaq, müqavilələrin icrasını izləmək və müvafiq sənədləşməni təmin etmək;
Müəssisənin ştat cədvəllərinin strukturuna uyğun tərtib olunmasına və ona riayət edilməsinə nəzarət etmək;
Müəssisənin xərclər smetasını hazırlamaq və icrasını izləmək;
Müəssisənin investisiya qoyuluşu proqnozlarını hazırlamaq, onun təsdiqi və icrası istiqamətində tədbirlər görmək;
Müəssisənin vergi risklərini hesablamaq, onları azaltmaq üçün təkliflər vermək və rəhbərliyə vaxtında hesabat təqdim etmək;
ƏDV, Mənfəət, Əmlak Vahid bəyannamələrinin və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi (Mükəlləfiyyətə uyğun bütün öhdəliklərin vaxtında icrası);
Hər hesabat dövrünün yekunları ilə əlaqədar məlumatları hazırlayaraq rəhbərliyə təqdim etmək;
1C mühasibat proqramını yüksək səviyyədə istifadə edərək maliyyə əməliyyatlarını idarə etmək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək, məsələlərin həllini təmin etmək.
Namizədə dair tələblər:
Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili / (rus və ingilis dili bilikləri arzu olunandır.);
1C, BTP proqramını yüksək səviyyədə bilmək və işləmək;
Riyazi və məntiqi bacarıqlar;
İqtisadiyyat sahəsində ali təhsil;
Mühasibat uçotu və vergi uçotu ilə bağlı nəzəri və praktiki bilik;
Yaxşı səviyyədə MS Office (əsasən Excel) bilikləri;
Kollektivdə işləmək bacarığı;
Vergi Məcəlləsi, mühasibatlıq və satınalmalar ilə bağlı yerli qanunvericiliyi bilməli;
Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurlarını bilməli;
PMS sertifikatın olması mütləqdir.
Müraciət qaydası: Mövzu yerinə “Baş mühasib” qeyd edərək hr@sabahhub.com e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Avtomobil həvəskarları və mütəxəssisləri üçün yüksək maaşlı iş - 2000 MANAT MAAŞ
İşəgötürən: DG MOTORS SALES LLC
Əmək haqqı və müavinətlər
1. Əsas əmək haqqı: 500-700 manat, pilləli komisyonla, çox işləsəniz, ümumi maaş 2000 manata çata bilər;
2. Sosial sığorta;
Vakansiya: avtomobil satıcısı
Tələb edin:
1. Müraciət edənlərin avtomobil sənayesində satış təcrübəsi olmalıdır və iki ildən az olmamalıdır.
2. Yaxşı ünsiyyət və ifadə bacarıqları, peşəkar etika, yad insanlarla yaxşı münasibət, müəyyən çətinlikləri qəbul etməyi bacaran, cəld düşünməyi bacaran, çətinliklərə tab gətirə bilən, güclü xidmət hissi və satışda qalib gəlmək arzusu;
3. Güclü məsuliyyət hissi, güclü təşəbbüskarlıq, işə həvəs, ciddi və məsuliyyətli, gözəl davranış və çətinliklərə dözmək və ağır işlərə tab gətirmək bacarığı;
4. Şirkətin standart prosedurlarına uyğun olaraq müştəri ehtiyaclarının öyrənilməsi, məhsulların satışı və müvafiq avtomobil xidmətlərinin göstərilməsi və hər bir modelin satış məlumatlarının təşkilinə cavabdehdir;
İş ünvanı: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 43a
DG MOTORS SALES LLC Çində yeni enerjili avtomobil satışı və avtomobil xidmətlərini inkişaf etdirən peşəkar avtomobil ticarəti şirkətidir. Bakı mağazası Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 43a nömrəli binanın birinci mərtəbəsində yerləşir. Əsasən LI xang/BYD/GEELY/ZEEKR/CHANGAN kimi tanınmış brendlərin Çinin yeni enerji avtomobillərini satır. Belarus, Özbəkistan, Səudiyyə Ərəbistanı və digər ölkələrdə avtomobil satışı şirkətlərimiz var.
Əlaqə nömrəsi: 0 513519352 Lizzy (whatsapp)
SÜRÜCÜ tələb olunur
İşəgötürən: NATUZZI ITALIA
İş Yeri: Natuzzi İtalia, Bakı şəhəri
İş Şəraiti:
A.R. Əmək Məcəlləsinə əsasən sənədləşmə
6 günlük iş qrafiki (09:00 – 18:00)
Əmək haqqı: 800-1000 AZN + əlavə bonus sistemi olacaqdır.
Şirkət daxili təlim və inkişaf programları.
Dinamik və dost ortamda işləmə imkanı.
Əsas Vəzifələr:
Şirkətimizin məhsullarını müştərilərə düzgün, vaxtında və təhlükəsiz şəkildə çatdırmaq.
Təhlükəsiz və düzgün idarə olunma qaydalarına riayət edərək məhsulları təhvil vermək.
Müştərilərə çatdırılacaq mebellərin usta ilə birlikdə maşına yüklənməsi və müştərinin evinə boşaldılmasına kömək etmək.
Quraşdırma prosesində ustaya kömək etmək.
Məhsul yığımı və montajı zamanı keyfiyyət standartlarına əməl etmək.
Nəqliyyat vasitəsini təmiz və səliqəli saxlamalı, hər hansı nasazlıq aşkar edərsə idarə heyrətinə bildirməli və təmir olunduqdan sonra istifadə etmək.
Anbar müdürünün əmir və tapşırıqlarını vaxtında və səlis yerinə yetirmək.
Tələblər:
Cinsi: Kişi.
Yaş heddi: 25-40 arası.
B C kateqoriyası sürücülük vəsiqəsi.
Nəqliyyat vasitəsi üzrə 2 il təcrübə.
Yüksək sürücülük bacarığı və yol hərəkət qaydaları biliyi.
Vaxtın düzgün idarə olunması və detallara diqqət.
Komanda ilə işləmə bacarığı.
Əlaqə və müştəri məmnuniyyəti sahəsində yüksək xidmət anlayışı.
Bakı şəhərindəki əraziləri tanıyan.
Sigaret çəkməyənlərə üstünlük verilir.
Geyim və səliqəsinə diqqət edən.
Müraciət:
Qeyd: Maraqlanan namizədlərin xahiş olunur ki, şəkilli CV-lərini sinan.zorca@lazzoni.com.tr e-mailin mövzu hissəsində “Sürücü” sözlərini qeyd edərək email-ünvanına göndərsinlər. Müraciətlər ancaq e-mail üzərindən olunmalıdır. Uyğun namizədlər cv-lərini göndərsinlər.
Əlaqədar şəxs: Sinan Zorca
Şirkət Haqqında:
Natuzzi Italia, yüksək keyfiyyətli, dizayn edilmiş mebel istehsalında lider olan, dünya üzrə tanınmış bir Italya brendidir. 1959-cu ildən bəri, şirkət müasir və dəbli dizaynları ilə rahatlıq və funksionallığı birləşdirən yüksək keyfiyyətli mebel istehsal edir. Natuzzi Italia, İtaliyanın mərkəzində yerləşən fabriklərində ən yaxşı materiallardan istifadə edərək əla sənətkarlıqla mebel istehsal edir və bütün dünyada müştərilərə təqdim edir. Bu sahədəki mükəmməlliyimizə qatqı təmin etmək üçün komandamıza yeni əməkdaşlar axtarırıq.
Dayə tələb olunur
İşəgötürən: NovaX MMC
Maaş: 500-600 AZN
Tələblər:
Yaş həddi: 35-55 yaş aralığında
Təcrübə: Minimum 5 il
İş qrafiki: Həftənin 5 günü, saat 11:00-20:00
Təhsil: Ali təhsil tələb olunur (Pedaqoji ixtisas sahiblərinə üstünlük veriləcək)
Dil biliyi: Azərbaycan və rus dillərində səlis danışıq bacarığı
Sınaq müddəti 3 gün
Vəzifə tələbləri:
9 aylıq körpəyə diqqətli, məsuliyyətli və sevgi dolu yanaşma ilə baxa biləcək, uşaq qayğısında peşəkar dayə axtarılır. Təcrübəsi və peşəkar yanaşması ilə ailənin etibarını qazana biləcək namizədlər dəvət olunur.
Əlaqə üçün zəhmət olmasa müraciət edin!
"DAYƏ" qeyd edib Şəkilli CV-nizi fidan.camal.95@mail.ru e-mail adresinə göndərə bilərsiniz.
Tel: 0554446424 Fidan.X
TENT-TIR SÜRÜCÜLƏRİ tələb olunur
-Beynəlxalq yükdaşıma təcrübəsi olan sürücülərə üstünlük veriləcək.
-Beynəlxalg sürücü sertifikatı mütləqdir -Taxo kart mutləqdir.
-İş təcrübəsi 1-ildən artiq, olmasi mütləqdir.
-BC.E.katiqoryalı-sürücülük vəsiqəsi olmağı zəruridir.
-CMR, Dazvol, sənədləri haqqında anlayışı olmalıdır.
Səhər saat 10:00-dan axşam 18:00-a kimi 051 2293885 nömrəyə və ya rufat.guliyev@stransport.az e-mail
Əlaqədar şəxs:Quliyev Rüfət.
sürücü
📱İş elanlarına Vatsap-da da baxmaq istəyirsiniz 🔠
🔈 Azərbaycanda Vakansiyalar (AzVak) iş elanlarını Vatsapda da paylaşır.❗️
🔗Kanalın linki: ⬇️
https://www.whatsapp.com/channel/0029Va7i0On9xVJWAPU8DB1v
🌐🐩Həmçinin İnternetdə azvak.com yazaraq Votsap kanalımza keçid edib, abunə ola bilərsiniz.🔔
🇦🇿 AzVak ciddi şirkətlərin yeni iş elanlarını paylaşır
Kosmetoloji klinikaya qadın RESEPŞN tələb olunur
Tələblər:
- Ali təhsil
- Nitqi səlis, Azərbaycan və rus dillərini mükəmməl bilməli
- Mehriban və xoş görünüşlü
- Yaş 20-28
- İş saatları: 09:00 - 19:30 (6/1 iş günü)
- Əmək haqqı – 600 manat
Məsuliyyətlər:
- Xəstələrin qəbulu və qeydiyyatı
- Daxil olan zənglərə və e-poçtlara cavab verin
- Ofis üçün rahat və xoş atmosferin saxlanması
- Rəsmi qeydiyyat
"RESEPŞN" qeyd edib ŞƏKİLLİ cv-nizi hr@asthetiklab.com e-mail adresinə göndərə bilərsiniz
- CV-lərə yalnız namizədin fotoşəkili ilə baxılır
Ünvan: Xətai m/s yaxınlığı Rövşən Əliyev 47 küçəsi
055-900-91-11
Ünvan: Xətai m/s yaxınlığı Rövşən Əliyev 47 küçəsi
XXX
Ресепшн
В косметологическую клинику требуется девушка на позицию ресепшн
Требования:
- Высшее образование
- Грамотная речь , знание азербайджанского и русского языков в совершенстве
- Дружелюбность, приветливость, ухоженный вид
- Возраст 20-28
- График работы: 09:00 – 19:30 (6/1 рабочих дней)
- Зарплата – 600 азн
Обязанности:
- Встреча и регистрация пациентов
- Отвечать на входящие звонки и е-мейлы
- Поддержание комфорта и приятной атмосферы для офиса
- Официальное оформление
- Своевременные выплаты CV рассматриваются только с фотографией кандидата
Адрес: Xətai m/s yaxınlığı Rövşən Əliyev 47 küçəsi
hr@asthetiklab.com
055-900-91-11
Mühasib tələb olunur
İşəgötürən: "Shaurma N1" restoranlar şəbəkəsi
Əmək haqqı: 800 Azn (gross)
Vəzifəyə olan tələblər:
-Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və köçürülməsini təmin etmək;
-Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
-Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
-Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
-İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
-Əmək haqqının hesablanılması və ödənilməsi, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək;
-E-qaimələrin, təhvil-təslim aktlarının, müqavilələrin hazırlanması;
-Məzuniyyət, xəstəlik vərəqələrinin və son haqq-hesabın hesablanması;
-Debitor və kreditorlara nəzarət edilməsi;
-Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkili və nəzarət edilməsi;
Namizədə olan tələblər:
-Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir);
-Müvafiq sahə üzrə 3-4 il təcrübə;
-Dil biliyi: Azərbaycan dili (rus və ingilis dili biliyi üstünlükdür);
-Komputer biliyi: MS office, İİKO və 1 C 8.3 proqramı biliyi;
-Ünsiyyət qurmaq bacarığı;
-Kollektivdə işləmək bacarığı;
-Vergi Məcəlləsi üzrə biliklər.
-Dövlət orqanlarına hesabatların təqdim etməyi bacarmalı (ƏDV, DSMF, Statistika və s)
-Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması o cümlədən Mühasibat Uçotu və Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi Qaydalarını bilməli;
Namizədlərdən CV-lərini "Mühasib" mövzusu ilə hr@shaurma.az ünvanına göndərmələri xahiş olunur.
Leyla Medical Center-ə İŞÇİLƏR axtarılır
“Leyla Medical Center” MMC yeni Teymur Əliyev küçəsində yerləşən “Pediatriya” binasına aşağıdaki vakansiyalari elan edir :
Vəzifələr:
1. Qeydiyyatçı ( rus dili biliyi olmalıdır)
2. Tibb bacısı
3. Porter
4. Mühafizəçi
5. Sürücü
6. Texnik
7. İnzibati işlər üzrə menecer
8. Arxiv köməkçisi
9. Xadimə
Müraciət üçün hr@leylamc.az mail ünvanına sizə uyğun vakansiya başlığı altında CV göndərməyiniz xahiş olunur.
XƏZİNƏDAR tələb olunur
Resant group Nərimanovda yerləşən gözəllik salonu üçün “xəzinədar” axtarır:
Tələblər:
Ali təhsil;
Xanın namizəd;
Xəzinədar vəzifəsində minimum 1 illik iş təcrübəsi;
Azərbaycan dilini və rus dilini əla səviyyədə bilmək;
Nağd pul ödənişləri aparmaq üçün riyazi biliklərə malik olmaq;
Analitik düşünmək;
Yüksək dəqiqlik və məsuliyyət;
Vəzifə öhdəlikləri:
Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini və ödənişləri qəbul etmək;
Ödənilən vəsaitləri yoxlamaq və tələb olunan qaydada əməliyyatı həyata keçirmək;
Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək;
Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və işəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək;
Müştərilərin suallarını dinləmək, səlahiyyəti çərçivəsində cavablandırmaq və ya aidiyyatı üzrə yönləndirmək.
Aylıq hesabatların hazırlanması.
İş şəraiti:
Əmək haqqı: 800-1000 AZN
İş qrafiki: 6 günlük iş rejimi
Tələblərə uyğun gələn namizədlər "Xəzinədar" CV-nizi leyla.abbasova@resantgroup.az elektron ünvanına göndərə bilərlər.
Restorana MENECER tələb olunur
İşəgötürən: Morpho The Bakery
Morpho - Xoşbəxtlik SİZDƏN başlasın!
Avropa standartlarına uyğun peşəkar komandanın bir hissəsi olun və bizimlə gələcəyin müəssisələrini yaradın.
Morpho The Bakery kofe mağazasının müdirini peşəkar komandamıza qoşulmağa dəvət edirik!
Vəzifə öhdəlikləri:
• Coffeeshop-un fasiləsiz fəaliyyətinin təşkili
• Məhsulların keyfiyyətinə, saxlanma şəraitinə və müddətinə nəzarət
• Coffeeshop-un bütün mətbəx avadanlıqlarının təmizlik və gigiyena standartlarına uyğun olmasının təmin edilməsi
• Sifarişlərin qaydalara əsasən qəbulunu tənzimləmək və nəzarət etmək
• Müştəri məmnuniyyətinin təmin olunması üçün tədbirlər görmək, daima yeniliklər edərək rəhbərliyə təkliflər vermək
• Heyətin iş qrafiki, istirahət günləri və daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək
• İşçi heyətinin seçimi, təlimləndirilməsi və motivasiyasında iştirak
• Nağd, nağdsız ödəmə əməliyyatlarının müvafiq prosedura əsasən aparılmasını təmin
etmək.
İdeal namizədimiz:
- Müvafiq sahədə iki ildən az olmayaraq iş təcrübəsi
- Komandanın formalaşdırılması, öyrədilməsi və inkişaf etdirilməsi təcrübəsi.
- Xidmət standartları və qonaqlarla iş təcrübəsi haqqında mükəmməl bilik.
- Əla idarəetmə bacarıqları: planlaşdırma, məqsədlərin qoyulması, nəticələrin monitorinqi.
- Qida müəssisəsinin inkişafı, onun rentabelliyinin artırılması, iqtisadi göstəricilərin idarə edilməsi təcrübəsi.
- Restoran biznesi bazarının inkişafındakı mövcud tendensiyaları bilmək.
- Liderlik keyfiyyətləri, nəticəyönümlülük, çoxlu tapşırıqları effektiv yerinə yetirmək bacarığı.
- Problemləri həll etmə bacarığı.
- Yüksək səviyyədə ünsiyyət qurabilmə və təşkilatçılıq qabiliyyəti
- İngilis dili və Rus dili mükəmməl,
- 25-35 yaş arası bəy və xanım namizədlər
İş şəraiti:
İş qrafiki: 6 günlük iş qrafiki
İstirahət günü: 1 gün
Biz təklif edirik:
- peşəkarlar komandasında maraqlı iş;
- davamlı peşəkar inkişaf və inkişaf;
- əmək haqqı namizədin bilik bacarıqlarına əsasən müsahibədə təyin olunacaq .
Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını "Menecer" qeyd etməklə morphobakery@gmail.com email ünvanına göndərə bilər.
Təftiş işləri üzrə mütəxəssis tələb olunur
İşəgötürən: “Sirab Satış Dağıtım” MMC
Əsas tələblər:
Minimum təhsil dərəcəsi: Bakalavr (İqtisadiyyat üzrə);
Komputer bilikləri: MS Office - orta;
Dil bilikləri: Azərbaycan-əla;
B kateqoriyalı sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması mütləqdir.
Fərdi keyfiyyət göstəriciləri:
Komanda ilə işləmə bacarığı;
Riyazi biliklər və analitik düşünmə bacarığı;
Planlaşdırma və problem həll etmə bacarığı;
Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil.
Digər tələb və üstünlük göstəriciləri:
ACCA və ya digər kvalifikasiyalar üzrə müvafiq imtahanlardan sertifikat arzuolunandır
Vəzifə öhdəlikləri:
Satış nöqtələrində məhsulların rəfdə mövcudluğunun, qiymətlərin düzgünlüyünün və rəf payının yoxlanması;
Məhsul çeşidləri üzrə rəfdə FİFO və Planogram standardlarının tətbiqinin yoxlanması;
Müştəri qalıq (stok) hərəkəti tarazlığını yoxlanması;
Günlük plan üzrə təftiş prosesinin təşkili və həyata keçirilməsi;
Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatların təqdim olunması.
İş vaxtının norması:
5 günlük iş rejimi;
09:00/18:00
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Əmək haqqı: Müsahibə əsasında;
Yemək pulu və yanacaq pulu şirkət tərəfindən;
Korporativ telefon nömrəsi və danışıq paketi;
İş yeri:
Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı)
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Təftiş işləri üzrə mütəxəssis” yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Fəhlə tələb olunur
İşəgötürən: Nush Cake House
Yaş həddi 22-32 kişi namizəd
İş saati: 08:00- dan 19:00-dək
Əmək haqqı: 500 manat
Nahar şirkət tərəfindən təmin olunur
Unvan: Babək pr 105
Xalqlar dostlugu metrosu yaxinliginda yerləşir
İşlə bağlı ətraflı məlumat üşün 0998001574 Whatsapp nömrəsinə yaza bilərsiniz.
Ağıllı ev sistemləri üzrə mühəndis tələb olunur
İşəgötürən: MLK Tech Group
İş şəraiti:
Əməkhaqqı: 1200AZN (Təcrübədən asılı olaraq dəyişə bilər)
İş qrafiki: 6 günlük
Vəzifə öhdəlikləri:
Ağıllı ev sistemlərinin qurulması, tənzimləmələrin həyata keçirilməsi.
Panoların yığılması.
Sahədə işlərin gedişinə nəzarət edilməsi.
Texniki problem və nasazlıqların yerində həll edilməsi.
Çertiyojların hazırlanması.
İstifadəçilərin Ağıllı ev sistemlərindən istifadə qaydalarının təlimatlandırılması.
Görülmüş işlərlə bağlı sənədlərin hazırlanması.
Günlük, həftəlik hesabatların rəhbərliyə təqdim olunması.
Tələblər:
Ali təhsil (avtomatlaşdırma və ya elektrik).
Sahə üzrə təcrübə 1-3 il.
KNX protokolu üzrə biliklər.
Autocad, MS Office.
İngilis dili.
Komanda ilə işləmə bacarığı.
Uyğun namizədlərdən mövzu hissəsində “Ağıllı ev sistemləri üzrə mühəndis” qeyd edərək öz CV-lərini hr@mlktechgroup.com mail ünvanına 23.12.2024 tarixinə qədər göndərmələri xahiş olunur. Yalnız uyğun gələn namizədlər ilə əlaqə saxlanılacaqdır.
Keyfiyyətə nəzarət üzrə mütəxəssis tələb olunur
İşəgötürən: AYTA LTD MMC
Vəzifə öhdəlikləri:
Layihələrdə tətbiq edilmiş KN sistemlərin tələblərə uyğunluğunu yoxlamaq;
Layihələrdə tətbiq edilmiş KN sistem nəticələrinin uyğunluğunu yoxlamaq;
Layihələrdə tətbiq edilmiş KN sisteminə dair sənədləri yoxlamaq və təsdiqləmək;
Layihələrdə aparılan sənədləşmənin layihə tələblərinə, qüvvədə olan norma və standartlara, digər rəhbəredici sənədlərin tələblərinə uyğunluğunu yoxlamaq;
Layihələrdə yerinə yetirilən işlərin layihə tələblərinə, qüvvədə olan norma və standartlara, digər rəhbəredici sənədlərin tələblərinə uyğunluğunu yoxlamaq;
Layihədə istifadə edilən material və avadanlıqların layihə tələblərinə, qüvvədə olan norma və standartlara, digər rəhbəredici sənədlərin tələblərinə uyğunluğunu yoxlamaq;
Layihələrdə yoxlama vaxtı aşkarlanmış uyğunsuzluqları sənədləşdirmək, aradan qaldırılmasını yoxlamaq;
Fəaliyyət istiqaməti üzrə hesabatların hazırlanması;
Rəhbərlik tərəfindən veriləcək digər oxşar tapşırıqları icra etmək;
Tələblər:
Yaş: 30-45;
Qeyd: Mebel sahəsində işləyənlərə üstünlük verilir.
Müraciət etmək üçün:
"Keyfiyyətə nəzarət üzrə mütəxəssis" qeyd edib CV-nizi ceyhun.eyvazov@aytamart.az e-mail adresinə göndərə bilərsiniz.
Tel: 051-611-00-86
077-250-77-87
Şirkət haqqında
AYTA LTD MMC şirkəti 20 ildən artıqdır ki, Azərbaycan bazarında tikinti sahəsində fəaliyyət göstərir. 2024-cü ildən etibarən isə yeni qolu "AYTA MARKET" TİCARƏT MƏRKƏZİ fəaliyyətə başlayıb.
Rəy sorğusu keçirdəcək(sorğu üzrə mütəxəssis) qadın və kişi tələb olunur
İşəgötürən: "Business Insight MMC"
Marketing Araşdırma şirkətinə
İşin təsviri:
Şirkət tərəfindən verilən planşet vasitəsilə insanlardan intervu almaq_
( Suallar mobil cihazda hazır şəkildədir)
Mövzu müxtəlif
İş saatı: 10:00-19:00
Tələbələr üçün: 14:00-19:00
Maaş: Görülən işlər əsasında hesablanır orta 700-800 AZN
Tələblər:
Yaş: 18-35
Təcrübə tələb olunmur
İşində ciddi , ünsiyyətcil, mehriban nazmizədlər müraciət etsin
Karyera yüksəlişi mövcuddur
CV-lərinizi "Rəy sorğusu " qeyd edib işlə bağlı müraciətinizi kamran.m@businessinsight.az e-mail adresinə və ya 077 402 42 12 whatsapp -a göndərə bilərsiniz.
Əlaqə
Yalnız WhatsApp - 077 402 42 12 Kamran M
whatsapp ünvanına cv göndərə bilərsiniz.
web: www.businessinsight.az
email: kamran.m@businessinsight.az
Ünvan: Nərimanov r/nu, Ə.Rəcəbli 1/6B.
Fəhlə-Maltoplayan tələb olunur
İşəgötürən: Araz Supermarket MMC
İş yeri: Məhəmmədi qəsəbəsi
- Servis mövcuddur: Höküməli, Sumqayıt, Binə, 20 Yanvar istiqamətindən
- Təcrübə vacib deyil.
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə.
- Şirkət hesabına nahar yeməyi
- Əmək haqqı + Bonus
- Karyera inkişaf imkanları.
- İş qrafiki: Dəyişkən iş qrafiki, həftədə bir dəfə istirahət
İşlə bağlı müraciətinizi 055 333 19 18 nömrənin Whatsapp-na yaza bilərsiniz
Qadın QRAFİK DİZAYNER tələb olunur
İşəgötürən: Baku Etiket
Tələblər: Yaş: 20-40
CorelDRAW proqramında əsas (proqram da işləməyi bacarmaq şərtdir) biliklərə sahib olan və dizayn sahəsində təcrübəsini inkişaf etdirmək istəyən namizədlər axtarılır.
İşə qəbul ediləcək şəxslər üçün 2 aylıq təlim proqramı təşkil olunacaq.
Təlim zamanı CorelDRAW üzrə peşəkar texnikalar, kreativ dizayn prinsipləri və praktiki işlər üzərində təcrübə qazandırılacaq. Bu, iş prosesinə tam inteqrasiya olunmaq və qrafik dizayn sahəsində peşəkar olmaq üçün əla fürsətdir.
Təlimdə özünü doğruldan şəxs dizayner kimi işə başlayacaq.
Lazım olan bacarıqlar:
- CorelDRAW proqramında əsas biliklər;
- Rəng nəzəriyyəsi və kompozisiya anlayışı;
- Yaradıcılıq və dizaynda yeni ideyalar yaratma qabiliyyəti;
- Məsuliyyətli, vaxtında və keyfiyyətli işləmə bacarığı;
- Çap və ya rəqəmsal dizayn sahəsinə maraq.
Əmək haqqı: Müsahibə əsasında
İş müddətində vəzifə öhdəliklərinin yerinə yetirilməsinə əsasən dəyişim olacaqdır.
İş yerinin ünvanı:
- Dərnəgül, Baksol yolu. Bakı Biskvit fabrikinin yanı
İş saatı: 08:00-18:00 - Bazar ertəsi-Şənbə
Bazar günün qeyri iş günüdür
Müraciət qaydası:
-Göstərilən tələblərə uyğun təcrübəli namizədlər öz CV-lərini bakuetiket@mail.ru (Mövzu hissəsinə Qrafik dizayner) elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: Təcili
Şəxsi avtomobili olan SATIŞ TƏMSİLÇİSİ (Ekspeditor) tələb olunur
İşəgötürən: West Product Marketing MMC
Tələblər:
-Ali təhsil
-Yaş aralığı: 25-40 kişi namizəd
-Təcrübə: Korporativ satış və müştəri xidməti sahəsində ən azı 1 ildən 3 ilədək iş təcrübəsi
-Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik
-Şifahi və yazılı ünsiyyət qurmaq, işgüzar danışıqların aparılması və təqdimat etmək bacarıqları
-Komanda ilə işləmək bacarığına sahib olmaq
- Şəxsi avtomobil
Rəsmi əməkhaqqı:.600+bonus (ümumi 1000+)
Əlavə imkanlar:
-Korporativ nömrə;
-Yanacaq və amortizasiya xərcləri;
İş yerinin ünvanı: Aşıq Molla Cümə 60
Müraciət qaydası:
"SATIŞ TƏMSİLÇİSİ (Ekspeditor)" qeyd edib CV-nizi cv@vpm.az e-mail adresinə göndərə bilərsiniz.
Haqqında: West Product Marketing MMC kərə yağı bazarında əsas distribüter şirkətlərindən biri kimi 2003-cü ildən etibarən qida sektorunda fəaliyyət göstərir. Şirkətin fəaliyyətində Westgold, Golden Crown, Gerda, French Cow kərə yağı markaları ilə yanaşı, bitki yağları, pendir, süd, qatılaşdırılmış süd, makaron, düyü, zeytun, ketçup və s. kimi məhsul markaları, şirniyyat fabriki və supermarket şəbəkəsi yer alır.
SATIŞ TƏMSİLÇİLƏRİ tələb olunur - MAAŞ 1000 MANAT
İşəgötürən: "Aquavita" Tac MMC
Şəxsi avtomobili olması MÜTLƏQDİR
Tələblər:
Namizəd" Qadın və ya kişi
Yaş həddi: 23-45
Dil biliyi: Rus dili
Vəzifələr:
Məhsullarımızın satışını həyata keçirmək
Gündəlik qoyulan tələbləri yerinə yetirmək
Əmək haqqı:1000 azn(İlkin mərhlədə).
İş yerinin ünvanı: Sulutəpə qəsəbəsi
Müraciət qaydası: 0558148484 Fərid bəy
Müraciətin son tarixi: 01.01.2025
SÜRÜCÜ tələb olunur - MAAŞ 1000 MANAT
İşəgötürən: Sirab Satış və Dağıtım MMC
Əsas tələblər:
Yaş həddi: 25– 45;
Sürücülük vəsiqəsi: BC;
İsuzu və Hyundai markalı yük avtomobillərini sürməyi bacaran;
Bakı ərazsinini yaxşı səviyyədə tanıyan;
Xoş görünüşlü, mədəni, kommunikasiya qura bilən;
Vəzifə öhdəlikləri:
Daşınan yükləri təhlükəsiz şəkildə təyinat yerinə çatdırması;
Məhsulların fakturalara uyğun müşdərilərə təhvil verilməsi;
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etməsi;
Daxili Əmək İntizam Qaydalarına riayət etməsi;
İş vaxtının norması:
6 günlük iş rejimi;
İstirahət günü: Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Əmək haqqı: 1000 manat
Yemək pulu şirkət tərəfindən;
Korporativ telefon nömrəsi və danışıq paketi.
İş yeri:
Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Sürücü” yazmaqla cv@sirab.az mail ünvanına göndərə və ya qeyd olunan Şirkət ünvanına həftə içi 5 gün saat 10:00-15:00 aralığnda yaxınlaşıb CV forması doldura bilərlər. Tel Wp:0559000551.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.