Ofis meneceri tələb olunur ❗️❗️❗️
İşəgötürən: “BESTİNG” MMC
İş şəraiti:
• İş saatı: 09:00 - 18:00;
• Nahar fasiləsi: 13:00 -14:00;
• İstirahət günü: Şənbə bazar;
• Əmək haqqı: 700 manat
Tələblər:
• Təhsil : Ali təhsil
• İş təcrübəsi : 1 İldən 3 ilə qədər
• Yaş : 25 – 35 yaş
• Cinsi : Bəy namizəd
• Dil biliyi: Azərbaycan dili Rus dili
• Ofis proqramları: Word, Excel və 1C. sərbəst işləmək bacarığı.
Təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
Ofis avandanlıqlarından sərbəst şəkildə istifadə etmə bacarığı;
Ofis idarəedilməsi bacarığı;
Verilən tapşrıqların vaxtında icrası;
Məsuliyyətlilik;
Ünsiyyət qurmaq və komandada işləmək bacarıqlarına sahib olmaq;
Səlist nitq qabiliyyəti;
Rəhbərliyin göstəriş və tapşırıqlarını müvafiq olaraq yerinə yetirmək, həm şirkət həm də ofis daxili işlərin səmərəli təşkili və həyata keçirilməsinə nəzarət;
Telefon zənglərinin cavablandırılması, xidməti məlumatların qeydə alınması, şirkətin rəhbərliyinə və əməkdaşlara ötürülməsi;
Şirkətin elektron ünvanına daxil olan məktubların cavablandırılması;
Ofis daxili işlərin icra olunması;
Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi;
Uyğun namizədlər şəkilli CV müraciətlərini "Ofis meneceri" başlığı ilə hr@besting.az elektron poçt ünvanına və ya 0552505676 əlaqə nömrəsinə göndərə bilərlər.
RESTORANA İŞÇİLƏR tələb olunur
İşəgötürən: ZİVAR Restoranı
İş yeri: Nəsimi rayonu (Port Baku Walk) yanında yerləşən yeni açılacaq restoran.
VƏZİFƏLƏR:
1. Demi Chef
2. Commi Chef
3. Sous Chef
4. Ofisiant
5. Barista
6. Təmizlikçi
7. Qabyuyan
Tələblər:
- Müvafiq sahədə təcrübə arzuolunandır.
- Komandada işləmək bacarığı və yüksək iş etikası.
- Səliqəli və peşəkar yanaşma.
Sizə uyğun vəzifənin adını qeyd edib işlə bağlı müraciətinizi hr@zivarorganic.com elektron ünvanına yaza bilərsiniz
Velosiped üzrə ərazi kollektoru tələb olunur
İşəgötürən: APAR Ride
Təbiət dostu və aktiv həyat tərzini təbliğ edən layihədə yer almaq istəyirsinizsə qeyd olunan vakansıyanı diqqətlə oxumanızı xahiş edirik.
İş barədə məlumat:
● Velosipedlərin şəhərin müxtəlif yerlərində müəyyən edilmiş yerlərə çatdırılması və yer dəyişdirməsi
● Velosipedlərin təhlükəsizliyinin və texniki vəziyyətinin yoxlanılmasi
● Gün ərzində velosipedlərin tələbatı yüksək olan yerlərə uyğun şəkildə paylanması
● Velosiped kiralama sisteminin effektiv işləməsi üçün lazımi logistika və planlaşdırma işlərinin aparılması
● İş rejimi-növbəli
● Əmək haqqı –müsahibə zamanı müəyyənləşir
Tələblər:
● Yeni qurulan velosiped kiralama şirkətimiz üçün dinamik, enerjili və fiziki cəhətdən aktiv Kollektorlar axtarırıq. Bu rol, velosipedlərimizin gün ərzində müştərilərimiz üçün ən uyğun və çoxluq olan yerlərə yerləşdirilməsini və idarə olunmasını əhatə edir. Bu vəzifə, şirkətimizin operativ effektivliyini artırmaq və müştəri məmnuniyyətini təmin etmək üzrə önəmli bir rol oynayır. Namizəd, velosipedlərimizin optimal paylanmasını və yer dəyişməsin təmin etməklə, xidmət təklifimizin keyfiyyətini maksimum dərəcədə yaxşılaşdıracaq
Əgər bilik və bacarıqlarınıza güvənir və həmçinin innovativ startapda yer almaq istəyirsinizsə cv-nizi mail-in mövzu hissəsinə “Velosiped üzrə ərazi kollektoru” yazaraq hr@apar.az ünvanına və ya 055 203 69 54 nömrəsinin whatsapp'ına göndərməyinizi xahiş edirik.
E-Mail: hr@apar.az
Əlaqə nömrəsi: 055 203 69 54
Şirkət haqqında məlumat:
APAR elektrikli velosiped, velosiped və digər alternativ nəqliyyat vasitələrinin icarəsini innovativ yolla həyata keçirən startap şirkətdir.
Missiyamız şəhərin gözəlliyini və dinamikasını iki təkərlə hiss etmək üçün rahat və ekoloji cəhətdən təmiz bir yol təqdim etməkdir. Xidmətimiz işə getmək yaxud sadəcə təmiz havadan zövq almaq üçün mobil tətbiq vasitəsi ilə elektrikli və pedallı velosipedlərin icarəsini təqdim edir.
Elektrik və mühərrik ustası tələb olunur
İşəgötürən: Nobel Elektrik
Yaş həddi: 20-35 yaş arası
BC Sürücülük vəsiqəsi olan;
Nobel Elekrik şirkəti generator servisi bölümündə işləmək üçün elektrik və mühərrik ustası vakansiyası üzrə işçi axtarır.
Vəzifə öhdəlikləri:
Generatorlara texniki servis xidmətinin göstərilməsi və motorun sökülüb yığılması
Təkcə Bakı şəhəri daxilində quruda deyil, əsasən dənizdə xidmət edəcək, şəhərdənkənar rayonlara, hətta Qarabağ ərazisində xidmət göstəriləcək, ehtiyac olarsa gedilən bölgədə qalacaq
Dizel generatorlarının montajı, hər cür texniki servis xidməti göstərmək
İş qrafiki:
Bazar ertəsi – Şənbə: 09:00-dan 18:00-dək
İstirahət günü- Bazar günü
Nahar şirkət tərəfindən verilir
Namizədə tələblər:
Texniki təhsili olan;
Generator təmiri işində minimum 3 il təcrübəsi olan
Dil biliyi arzuolunandır
Düzgün şifahi nitq qabiliyyəti və xoş görünüşlü
İnsanlarla ünsiyyət qurmaq bacarığı olan və kollektivdə normal münasibət yarada bilən
Məqsədinə çatmaq üçün hərəkətli və sərbəst iş rejimində çalışa biləcək
Verilən tapşırıqları qüsursuz yerinə yetirə bilən;
"Elektrik və mühərrik ustası" qeyd edib CV-nizi omer@nobelelektrik.az e-mail adresinə göndərə bilərsiniz.
TENT-TIR Sürücüləri tələb olunur
İşəgötürən: “SAHIL TRANSPORT” MMC
Tələblər:
-Beynəlxalq yükdaşıma təcrübəsi olan sürücülərə üstünlük veriləcək.
-Beynəlxalg sürücü sertifikatı mütləqdir
-Taxo kart mutləqdir.
-İş təcrübəsi 1-ildən 3-ilə qədər. olmasi mütləqdir.
-BC.E.katiqoryalı-sürücülük vəsiqəsi olmağı zəruridir.
-CMR,Dazvol, TirCarnet,EKMT,-kitablarini sənədləri haqqında anlayışı olmalıdır.
İş barədə Məlumat.
- Yola Cıxmazdan əvvəl avtomobilin texniki sazlığın və yol sənədlərinin düzgün tərtib edildiyi yoxlamalı.
-Avtomobilə lazimi qulluğu göstərməli və təmizliyini təmin etməli.
-Yüklərin düzgün yerləşdirlməsinə və düzgün bərkidilməsinə nəzarət etməli
-Yüklərin təyinat məntəqəsinə (ölkə xarici) əskiksiz, sağlam şəkildə və müəyyən edilmiş vaxtlarda catdırılmalı.
-Yol hərəkəti qaydalarını və yol xəritəsini yaxşı bilməli.
Səhər saat 11:00-dan axşam 18:00-a kimi 051 2293885 nömrəyə və ya rufat.guliyev@stransport.az e-mail
Əlaqədar şəxs: Quliyev Rüfət.
Hüquqi təminat və təhlil şöbəsi – Baş hüquqşünas tələb olunur
İşəgötürən: Azerbaijan Energy Regulatory Agency
Vəzifə öhdəlikləri:
Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində normativ-hüquqi aktların, normativ xarakterli aktların və Agentliyin fəaliyyəti ilə bağlı digər hüquqi sənədlərin layihələrini hazırlayır və ya hazırlanmasında iştirak edir;
İcraatına daxil olan Azərbaycan, ingilis və ya rus dillərində sənədlərin müvafiq sahədə hüquqi ekspertizasını keçirib rəy verir, sorğular əsasında hüquqi məsələlər üzrə araşdırma apararaq Azərbaycan və rus və ya ingilis dillərində arayışlar hazırlayır, təklif və rəylər verir;
Agentliyin təşkilati-sərəncamverici aktı ilə nəzərdə tutulduğu halda hüquqi ekspertizasını keçirdiyi sənədlərə viza verir;
Müvafiq sahə üzrə yaradılan işçi qruplarda, habelə rəsmi görüşlərdə iştirak edir;
Müvafiq sahədə dövlət nəzarət tədbirlərinin həyata keçirilməsində hüquqi yardım göstərir;
Şöbə müdirinin göstərişi ilə müvafiq sahədə hesabatlar, arayışlar və rəylər hazırlayır, hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər verir;
Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər göstərişləri yerinə yetirir.
Tələblər:
Ali təhsil (hüquqşünaslıq);
İnzibati hüquq, mülki hüquq, prosessual hüquq, əmək hüququ və beynəlxalq hüquq sahələri, habelə energetika hüququ institutu üzrə peşəkar bilik və bu sahələrdən birində və ya bir neçə üzrə təcrübəyə malik olmalı;
Qanunvericilik texnikasını bilməli və bu sahədə təcrübəyə malik olmalı;
Yaş həddi 25-45 aralığı
İxtisası üzrə azı 4 il iş stajı (normativ hüquqi aktlarla iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
Microsoft Office proqramlarında işləmə bacarığı;
Problemlərin həlli və razılığın əldə edilməsi bacarığı;
Azərbaycan dilini səlis, ingilis dilini B1 səviyyəsində bilməli, rus dili arzuolunandır.
Digər:
Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza
"Hüquqi təminat və təhlil şöbəsi – Baş hüquqşünas" qeyd edib vacancy@regulator.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Təhsil şirkətinə Xadimə tələb olunur
* İş yeri: ROOF Academic Training
Əmək haqqı: 450-500 manat
* İş haqqında:
Gündəlik təmizlik və sanitariya işlərinin yerinə yetirilməsi
Zibillərin boşaldılması
Təmizlik qaydalarına nəzarət və otaqların mütəmadi yoxlanılması
* Tələblər:
Təmizkar və məsuliyyətli olma;
Təmizlik alətlərindən istifadə edə bilmə
* Əlavə məlumatlar:
* İş rejimi: Həftədə 6 gün
* Ünvan: Ofis Nərimanov və Gənclik metrolarına piyada məsafədə yerləşir. İqtisad Universitetinin Gənclik korpusunun yaxınlığı.
“Xadimə” yazaraq 51 270 99 07 WhatsApp -ə işlə bağlı müraciət edə bilərsiniz.
E-mail: talent@roofat.az
Şirkət haqqında
ROOF Academic Training ingilis dili və riyaziyyat, beynəlxalq imtahanlara (Cambridge, SAT, IELTS, TOEFL, AP) hazırlıq və xaricdə təhsil xidmətləri üzrə ixtisaslaşmış təhsil şirkətidir. Şirkət öz fəaliyyətinə 2017-ci ilin yayında başlayıb, artıq 7-ci ildir ki, tələbələrə və ailələrinə uğurla xidmət göstərməkdədir. (https://roofat.az/)
Qadın Mağaza meneceri tələb olunur
İşəgötürən: Papito Kids Uşaq geyimləri mağazası
GEYİM SAHƏSİNDƏ İŞLƏYƏNLƏR MÜRACİƏT ETSİN,
İş yeri : Həzi Aslanov
İş barədə məlumat:
- Mağaza heyyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
- Çalışdığı mağazanın müəyyən olunmuş vaxtda açılıb-bağlanmasına nəzarət edilməsi;
- Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;
- Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;
- Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;
- Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim olunması;
- Şirkətin təşkil etdiyi təlim və treninqlərdə iştirak etməsi;
Tələblər:
- Yaş həddi: 45 yaşadək
- Ali təhsil
- Təcürbə: 3ildən 5 ilədək
- Səlis Azərbaycan və Rus dili (arzu olunandır);
- Kompüter bilikləri (MS Office)
- Mükəmməl analitik və təhlil etmə bacarığı;
- İşgüzar davranış etikası;
- Güclü komanda rəhbərliyi, ünsiyyət və problem həll etmə bacarığı;
İş şəraiti İmkanlar
- İş günləri: 6 gün iş, 1 gün istirahət;
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
- Şirkət daxili təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi imkanı;
- Satış sahəsində nailiyyətlərə görə bonuslar.
Müraciət etmək üçün "Mağaza Meneceri" vakansiyası yazaraq cv – ni career@papitokids.shop mail ünvanına və ya 055 638-11-71 göndərər bilərsiz
TANINMIŞ MAĞAZALAR ŞƏBƏKƏSİNƏ QADIN VƏ KİŞİ SATICILAR TƏLƏB OLUNUR
İşəgötürən: "VİB" MMC
İş barədə məlumat:
- Əmək haqqı 500-800 manat + satışdan bonuslar
- Geyim sektorunda kariyera inkişafı perspektivləri
- Satış texnikasi,məhsul ve merçendayzinq üzrə fərdi təlimlər
- Əlverişli iş qrafiki
Namizədə tələblər:
- Satış hədəflərinə çatdırmaq
- Yüksək xidmət və ünsiyyət qabiliyyəti vasitəsilə mağazaya müştəri loyallığını artırmaq
- Ünsiyyət qurmaq və inandırmaq bacarıqları
CV-nizi hr@vibltd.az e-mail adresinin mövzu hissəsində "satış məsləhətçisi" yazaraq göndərə bilərsiniz.
Qeyd edək ki, 1997-cİ ildə əsası qoyulan VİB MMC, pərakəndə satış şirkətlərindən biridir. VİB MMC, 20-dən çox geyim və ayaqqabı mağazalarını idarə edir. Şirkət lyuks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları (Euromoda, Gerry Weber, Ramsey, KİP, Faik Sönmez, FLO) təmsil edir.
Xadimə tələb olunur
İşəgötürən: F-land idman klubu
Yaş həddi: 25-45
Maaş: 400 manat
İş şəraiti:
Bir gündən bir
saat 09.00 dan 21.00 qədər
Rəsmi əmək müqaviləsi əsasında işə qəbul olunur
Tələblər:
Öz işinin öhtəsindən yetərincə gəlməli
Məsuliyyətli olmalı
Kollektivlə işləyə bilən
Vəzifələr:
Obyektin təmizlik işlərini həyata keçirtməli
İşə vaxtında gəlib getməli
Ünvan: Neftçilər metrosu yaxınlığında, çobanzadə küçəsində yerləşir
Müraciət qaydası: 0502134816 qeyd olunan əlaqə nömrəsinin whatsappına müraciət edə bilərsiniz.
Avtomobil Təmizləyicisi (Quru Yuma) tələb olunur
İşəgötürən: 189 TAXI
Təsvir:
Yeni StartUp layihəmizə quru yuma ilə avtomobilləri təmizləyən etibarlı və diqqətli bir işçi tələb olunur. İdeal namizəd müştərilərin avtomobillərinə yüksək keyfiyyətli xidmət göstərmək, vəsaitlərdən düzgün istifadə etmək bacarığına sahib olmalıdır.
Əsas vəzifələr:
- Müştərilərin avtomobillərinin quru yuma üsulu ilə təmizlənməsi(işçi su ilə təmasda olmur);
- Yüksək keyfiyyətli quru təmizlik materiallarından istifadə edərək avtomobilin içi və xarici hissələrinin təmizlənməsi;
- Təmizləmə prosesində diqqət və məsuliyyət göstərmək;
- Müştəri məmnuniyyətini təmin etmək;
- Avtomobilin vəziyyətini nəzərdən keçirib müştəriyə məlumat vermək.
Tələblər:
- Ən azı 1 il təcrübə (avtomobil yuma və ya bənzər sahədə);
- Detallara diqqət və yüksək səviyyəli məsuliyyət;
- Fiziki olaraq sağlam və enerjili;
Biz nə təklif edirik:
- Əmək münasibətlərinin rəsmiləşdirilməsi
- Əmək haqqı: Fiks + %
- Müvafiq təlimin keçirilməsi;
- 6 günlük iş rejimi
Əgər siz də startup layihənin və komandamızın bir parçası olmaq istəyirsinizsə, CV-nizi hr@taxibaku.az ünvanına göndərməyiniz xahiş olunur.
İŞ VAXTI ƏLAQƏ SAXLAYA BİLƏRSİNİZ 055 203 98 89
"İndi Market"-ə SATICI tələb olunur
Əmək haqqı: 500-550 azn
Ərazi: Nəsimi ms , Xətai ms Mərdəkan
İş qrafiki: 3 növbəli
Qeyd: Marketdə ən az 1 il satış sahəsi üzrə təcrübə mütləqdir.
Uyğun namizədlər vakansiya adını qeyd edərərək CV-ni hr@indi.market email ünvanına göndərə və ya qeyd edilən 051 232 60 36 nömrəyə whatsapp message üzərindən CV və ya ad-soyad, yaş, iş təcrübəsilə bağlı məlumat qeyd edərək müraciət edə bilər
Əlaqə: hr@indi.market və ya 051 232 60 36 (Whatsapp)
📍4 vəzifə üzrə işçilər tələb olunur
İşəgötürən: Novas Group
1. Nəzarətçi (Mühafizəçi) – 650 manat;
2. Gözətçi – 500 manat;
3. Kamera Nəzarətçisi – 500 manat;
4.Kassir-550 manat;
Maraqlananlar 050-295-55-94 nömrəsinə yaza, əlaqə saxlaya və ya novasservicescv@gmail.com ünvanına sizə uyğun vəzifə (peşə) adını qeyd olunmaqla cv göndərə bilərlər.
Ünvan: Babək pr Maşın Bazarı
Ağcakənddəki karxanaya EKSKAVATOR SÜRÜCÜSÜ axtarılır
İşəgötürən: Gilan&Knauf
Şirkət Tərəfindən Təmin Edilənlər:
- Nəqliyyat
- Yemək
Vəzifə Öhdəlikləri:
Ekskavatorun təhlükəsiz və dəqiq idarə olunması;
Yüksəklikdə yükləmə, qazıntı və digər istehsalat işlərinin icrası;
Ekskavatorun texniki vəziyyətini mütəmadi yoxlamaq və cari baxımları həyata keçirmək;
Texniki nasazlıqlar barədə rəhbərliyə vaxtında məlumat vermək;
İş zamanı təhlükəsizlik qaydalarına tam riayət etmək.
Tələblər:
Ekskavator sürücüsü kimi ən azı 1 il iş təcrübəsi (yüksəklikdə işləmə təcrübəsi üstünlükdür);
Müvafiq kateqoriya üzrə sürücülük vəsiqəsi və sertifikat;
Yüksəklikdə işləmə üzrə tibbi icazə (həkim arayışı);
Texniki biliklər və avadanlıqların iş prinsipi barədə anlayış;
Məsuliyyətli, diqqətli və dəqiq iş bacarığı;
Komanda ilə işləmək qabiliyyəti.
Müraciət üçün zəhmət olmasa, (010) 253 02 04 nömrəsi ilə əlaqə saxlayın və ya aytakin.taghiyeva@gilan-knauf.az mailinə CV-nizi göndərin.
KASSİR-SATICILAR tələb olunur
İş yeri: Danaça dükanı
Yaş həddi: 22-35 qadın namizəd
İş qrafiki: Növbəli, 6 gün
İş saatları: 09:00 - 15:00 və ya 15:00 - 21:00.
Maaş: 500 manat + bonus sistemi
Dil biliyi: Azərbaycan və Rus dilləri
Ünvan: 1 nömrəli asan xidmət, İnqlabda
Tel: 050-623-65-75 Rəşad bəy
Maliyyə meneceri tələb olunur
İşəgötürən: "AMORIS MMC"
İşin təsviri:
Mühasibat uçotu siyasətləri və prosedurların (Accounting Policies&Procedures) hazırlanması;
Bizneslərin diaqnostika olunması və biznes proseslərinin hazırlanması;
Səlahiyyət matrisalarının hazırlanması;
Master dataların hazırlanması;
Mühasibat yazılışlarının nəzarət olunması;
Dövriyyə qalıq, PNL, Balance sheet, Cash Flow hesabatlarını GL (general ledger) üzərindən İFRS prinsip və tələblərini rəhbər tutaraq hazırlamaq bacarığı;
Accounts Receivable Aging və Accounts Payable Aging hesabatlarının hazırlanması;
Aylıq olaraq Conspack (Consolidation Package) hazırlanması;
Layihələrin maliyyə və iqtisadi səmərəliliyini qiymətləndirmək məqsədi ilə Feasibility-lərin hazırlanması;
Büdcə, maliyyə planlamaları və forecastların hazırlanması;
Gündəlik, aylıq, rüblük və illik mangment hesabatlarının hazırlanması;
Maliyyə məlumatlarının toplanması və təhlil edilməsi;
Şirkətin ERP-sinin məqsədyönlü səviyyəyə yüksəldilməsində iştirak etmək;
Tələblər:
Təhsil: Ali təhsil (Maliyyə, İtqisadiyyat, Mühasibat uçotu və audit sahəsindən məzun olmalıdır)
İş təcrübəsi: Maliyyə sahəsi üzrə ən azı 3 il təcrübə (xüsusilə istehsalat müəssisəsində)
Seritikat: ACCA (F7) mütləqdir
Dil bilikləri: Azərbaycan dili (əla) və İngilis dili (yaxşı),
Digər səriştələr: Mühasibat və ERP proqramları üzrə təcrübəyə malik olmalı. Excel, Word, Outlook (çox yaxşı) və MS Power BI bilməsi arzuolunandır.
İş şərtləri:
6 günlük iş qrafiki
Qidalanma şirkət tərəfindən qarşılanır
Zərurət olduqda şimal regionda yerləşən layihələrə ezamiyyət
Əmək haqqı razılaşma yolu ilə
Tanıdığınız, iş axtarışında olan/iş yerini dəyişdirmək istəyən namizədlər CV-lərini "Maliyyə meneceri" yazaraq nigaraliyeva@amogroup.az mail adresinə göndərə bilər.
SATICILAR tələb olunur
“Medicine-Every day therapy” geyim mağazasına axtarılır.
- Ünvan: Crescent Mall 3-cü mərtəbə
İş qrafiki: 09:30-dan-18:00-dək / 13:30-dan-22:00-dək
İş barədə məlumat
Mağazaya daxil olan müştəriləri gülər üzlə qarşılamaq və yola salmaq
Mağaza daxilində qayda-qanuna əməl etmək
Kollektivlə işləməyi bacarmaq və tez bir zamanda uyğunlaşmaq
İş əsnasında şirkətin peşəkar satış üsullarını öyrənmək və effektiv şəkildə istifadə etmək
Satış zamanı şirkətin müştəri xidmətləri standartına uyğun xidmət göstərmək
Mağazada və anbarda geyimlərin mövcudluğuna və çeşidlərinə dair məlumatları bilmək
Ticarət salonunun iş qrafikinə, şirkətin nizam-intizam qaydalarına riayət etmək.
Malların qiymət etiketlərinə nəzarət etmək
- AR məcəlləsinə uyğun rəsmiləşmə
Namizədə tələblər
- Satış sahəsində təcrübə üstünlükdür
- Məsuliyyət
- Ünsiyyət bacarıqları
- Müştəri yönümlü olmaq
- Stresə dözümlülük
- Dəqiqlik
- Komandada işləmək
CV-nizi hr@chinarretail.az e-mail adresinin mövzu hissəsində " Satıcı" yazaraq müraciət edə bilərsiniz.
Əlaqə nömrəsi: 0102251246
Bir neçə əraziyə Merçendayzer-satıcılar tələb olunur
Supertoys MMC Merçendayzer-satıcı vakansiyası elan edir.
İş yeri: Gənçlik, Əhmədli, Koroğlu, 20 Yanvar Bravoları
Vəzifə öhdəlikləri:
- Məhsulların ticarət nöqtələrində şirkətin təyin edilmiş standartlarına uyğun düzülüşünü təmin etmək
- Ticarət nöqtələrində olmayan məhsullar haqqında məlumatın satış şöbəsinə çatdırılması
- Vitrindəki məhsulların görünüşünün yoxlanılması
- Məhsulların satışını təmin etmək
- Müştərilər ilə gülərüz və mehriban rəftar etmək.
- Görülən işlər və nəticələr barədə hesabatların doldurulması
Namizədə dair tələblər:
- Yaş aralığı: 18-35 yaş
- Müvafiq vəzifə üzrə minimum 1 il iş təcrübəsi
- İntizamlı və məsuliyyətli
- Komanda ilə işləmək bacarığı
İş vaxtı: 09:00-18:00
Əmək haqqı: Fix 500 manat + 150 AZN bonus
055-220-23-72
Komandamızda olmaq istəyən maraqlı olan namizədlərdən CV-lərini mövzu hissəsində vəzifə adını “ Merçendayzer-satıcı “ qeyd etməklə hr@supertoys.az ünvanına göndərə bilər.
Sürücü tələb olunur (ingilis dilini bilən)
İşəgötürən: AFN Transport
Vəzifə öhdəlikləri:
Xarici qonaqlarla işləmək üçün şirkətə məxsus olan avtomobillərin idarə olunması (Sedan, Crossover, SUV),
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək,
Şirkət tərəfindən təhkim olunmuş avtomobili təmiz və səliqəli saxlanılmasına nəzarət etmək
Yerli və xarici qonaqların hava limanından qarşılanması və yola salılnması,
Yerli və xarici qonaqların Azərbaycan daxili səfərlərinin təşkili,
İş vaxtı sifarişçi qonağın sorğusuna əsasən nizamlanır,
Ünvan Xətai m/s yaxınlığı
Namizədə tələblər:
Yaş həddi 25-55,
Sürücülük vəsiqəsi “BC” kateqoriyalı,
Minimum 3 illik iş təcrübəsi,
İngilis dili biliyi mütləqdir
Şəhər daxili əraziləri yaxşı tanımalı,
Bölgələri yaxşı tanımalı,
İntizamlı,məsuliyyətli,dürüst olmalı,
Verilən tapşırıqları vaxtında yerinə yetirməli,
İngilis dili biliyi olmayanların müraciətinə baxılmayacaq.
İş şəraiti:
Əmək haqqı ilk ay - 700 AZN
Növbəti aylardan - 800 AZN
"SÜRÜCÜ" qeyd edib Cv-nizi office@afntransport.az e-mail adresinə göndərə bilərsiniz.
Əlaqədar şəxs: Şəlalə xanım 0 70 394 91 00
Baş mühasib tələb olunur - YÜKSƏK MAAŞ
İşəgötürən: Caspident
İş rejimi: həftənin 5 günü; 09:00 – 18:00 6 ci gün 10:00-14:00
Əmək haqqı: 3000 azn
Yaş: 30-55
Vəzifə öhdəlikləri:
Qanunvericiliyə və mühasibat uçotunun aparılması qaydalarına uyğun şirkətdə mühasibat uçotunu təşkili və təmini
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
Müştərilər tərəfindən təqdim edilən ödənişlərin uçotu və onlara gündəlik nəzarət
Borcların ödənilməsinəmütəmadi nəzarət və hesabatların hazırlanması
Gündəlik pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların icrası, hesabatların hazırlanması, bank, kassa əməliyyatlarının uçotu
Rəsmi hesabatların (vergi, DSMF, statistika) hazırlaması və vaxtında təqdim edilməsi
Maaş, məzuniyyət, ezamiyyət və s. əmək haqqı ilə bağlı hesablamaların aparılması, ödənişlərin həyata keçirilməsi, arayışlar və digər əlaqədar sənəd dövriyyəsinin təşkili
Bank əməliyyatlarının icrası, hesablar üzrə ödənişlərin həyata keçirməsi, e-qaimə, faktura və s. sənədlərin tərtibi və icrası
Tələb olunan şirkətdaxili statistik hesabatları hazırlamaq
Rəhbərliyə işi haqqında müvafiq qaydada həftəlik/aylıq hesabatların təqdimi
Maliyyə məlumatlarının təhlili və şirkətin maliyyə vəziyyətinin təkmilləşdirilməsi üzrə işləri həyata keçirmək;
Mühasibatlıq üzrə işçilərin iş keyfiyyətinə nəzarət və onların fəaliyyətinin qiymətləndirilməsi.
Ezamiyyət əmrlərin təsdiqlənməsi;
Mənfəət/zərər, balans hesabatlarının düzgünlüyünə nəzarət;
Rəhbərliyin tələbi ilə digər hesabatların hazırlanması;
Həm kişi həm də qadın namizədlər müraciət edə bilər
Rus dilinin olması üstünlükdü
Peşəkar Mühasibat Sertifatı(PMS) olması mütləqdir (PMS sertifikatı olmayanların cv lərinə baxılmır)
Namizədə tələblər:
Maliyyə üzrə ali təhsil
Peşəkar Mühasib Sertifikatı
Sahə üzrə ən az 10 il iş təcrübəsi
Mühasibat uçotunun və kargüzarlığının aparılması haqqında bilik
MS Excel,Word proqramında işləmə bacarığı
Müvafiq mühasibat uçotu proqramlarında, dövlət portallarında və e-bank sistemində işləmə bacarığı və iş təcrübəsi
Əlaqədar qanunvericilik üzrə bilik
Statistik məlumatlarla işləmə bacarığı və hesabatların hazırlanması üzrə iş təcrübəsi
Analitik düşünmə və detallara diqqət qabiliyyəti
Operativlik, məsuliyyətlilik və komandada işləmə bacarığı
"Baş mühasib" qeyd edib CV-nizi job@caspident.az e-mail adresinə göndərə bilərsiniz.
Şirkət haqqında
Caspident MMC 1995 -cı ildən stomatoloji ticarətlə məşğuldur. Əsas işimiz stomatoloji məhsulların, alətlərin və avadanlıqların topdan və pərakəndə satışını təşkil etməkdir. Caspident Amerika, Avropa və Asiyanın tanınmış firmaları ilə sıx əməkdaşlıq edir. Bunlara Kohler (Almaniya), MİS(İsrael), Geistlich(İsveçrə), Dentsply(Amerika), SanisWiss(Isveçrə), Ortho Organizers(Amerika), FGM(Brazil), CSN İndustrie (İtalya), Detax(Almaniya), D/Z (Almaniya), Faro(İtalya), Sure Endo (Koreya), GC(Yaponiya) kimi firmalar daxildir. Bütün bu firmalarla əməkdaşlıq Caspidentə öz müştərilərinə yüksək keyfiyyətli məhsullar təqdim etməyə və xidmət göstərməyə imkan verir. Caspident həmçinin muasir stomatologiyanın ən son yeniliklərindən olan implantologiya ilə ixtisaslaşmış və Azərbaycan İmplantologiya cəmiyətinin inkişafı üçün yeni başlayan həkimlərə kurslar təşkil etməkdədir.
İDEA-da TƏCRÜBƏ İMKANI
İDEA MMC aşağıdakı xüsusiyyətlərə malik şəxslər üçün iş və ya təcrübə imkanları təklif edir:
Təcrübəniz olmaya bilər, lakin təcrübə toplamaq və inkişaf etmək istəyi mütləqdir! 🚀
💡 Tələblər:
➡️ 1. Memarlıq və Dizayn sahəsində təhsil almış olmalı;
➡️ 2. Videografiya ilə bağlı bacarıqlara malik olmalı;
Bizim komandaya qoşularaq öz potensialınızı kəşf edin! 💼
CV-nizi hr@idea.az ünvanına göndərin. Biz sizin üçün uyğun imkanlar yarada bilərik! 🌟✨
ℹ️İş elanlarına Vatsap-da da baxmaq istəyirsiniz 👀
🔈 Azərbaycanda Vakansiyalar (AzVak) iş elanlarını Vatsapda da paylaşır.📞
🔗Kanalın linki: ⬇️
https://www.whatsapp.com/channel/0029Va7i0On9xVJWAPU8DB1v
🌐Həmçinin İnternetdə azvak.com yazaraq Votsap kanalımza keçid edib, abunə ola bilərsiniz.🔔
🇦🇿 AzVak ciddi şirkətlərin yeni iş elanlarını paylaşır
İnzibati işlər üzrə təcrübəçi tələb olunur (KİŞİ Namizədlər)
İşəgötürən: Avant Group
- Təcrübə müddəti: 3 ay.
Tələblər:
- Ali təhsilli (iqtisadiyyat, menecment, insan resursları və s. ixtisası üzrə) məzunlar;
- Yüksək səviyyədə Azərbaycan dili biliyi, Rus dili biliyi arzuolunandır;
- MS Excel və MS Word proqramları ilə işləmək bacarığı arzuolunandır;
Vəzifəsi:
- Şirkətə daxil olan sənədlərin ilkin qəbulu;
- Yüksək qiymətli və ya məxfi əşyalar üçün məsuliyyət daşımaq;
- Daxil olan sənədlərin təhvil olunmasına dair işçilərdən gələn zənglərə və sorğulara cavab vermək;
- Göndərmə formasının tamlığını göndərici tərəfindən yoxlamaq;
- Qəbuledici tərəfindən ötürülmə formasını düzgün doldurmaq;
- Çatdırılmadan sonra ötürülmə formasını qaytarmaq və sonradan düzgün arxivləşdirmək
- Görülən işləri prosedur və təlimatlara uyğun görmək;
- İş qrafiki: 5/2, 10:00-17:00
- Nahar şirkət tərəfindən
- İş yeri- A.M.Şərifzadə küç 241
Əlaqə wsp : CV-nizi 055-205-52-96 qeyd olunan nömrəyə göndərə bilərsiniz.
Xidmət istiqamətinin cağrı mərkəzi üzrə mütəxəssis tələb olunur
Leobank🦁 "Xidmət istiqamətinin cağrı mərkəzi üzrə mütəxəssis" vakansiyası üzrə namizədlərın axtarışına davam edir! 💣
Əsas tələblər:
- Ali təhsil;
- Yüksək ünsiyyət qurma bacarığı və komandada işləmək baçarığı;
- Azərbaycan və rus dillərində səlis danışıq bacarığı;
Maraqlanan şəxslər "Xidmət istiqamətinin cağrı mərkəzi üzrə mütəxəssis" qeyd edib CV-ləri recruitment@leobank.az mail ünvanına göndərə bilərlər.
Baxım məhsulları üzrə ekspert məsləhətçi tələb olunur
İşəgötürən: İşəgötürən: Aloe / Novo Pharm
VƏZİFƏ VƏ MƏSULİYYƏTLƏR:
- Müştəri məmnuniyyətini artırmaq üçün fərdi yanaşma və problemlərin həll edilməsi
- Müntəzəm olaraq təlimlərdə iştirak etmə
- Müştəriləri qulluq vasitələri və baxım qaydaları ilə bağlı məlumatlandırmaq
- Müştəriləri yeniliklər, kampaniyalar və xüsusi təkliflərlə tanış etmək
- Satış texnikalarını bilməli, məhsulların üstünlüklərinə diqqət yetirməli, aksiyalar və xüsusi təkliflərin nəzərə alınması
TƏLƏBLƏR:
- Sahə üzrə 1-3 il təcrübə
- Dil bilikləri; rus dili və ingilis dili-üstünlükdür
- Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq
- Komandada işləmə, stressə dayanıqlı və problem həll etmə bacarığına malik olmaq
- Tez öyrənmə və tətbiq etmə bacarığı
- Güclü kommunikasiya və inandırma bacarığı
TƏKLİFLƏR:
- Özəl tibbi sığorta
- Karyera yüksəlişi
- Müvafiq sahədə peşəkar inkişaf
Maraqlananlar CV-lərini job@aloe.az elektron ünvanına göndərə bilərlər.Elektron məktubun mövzu (subject, тема) hissəsində “Baxım məhsulları üzrə ekspert məsləhətçi” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
MOTOKURYELƏR (şirkət motosu ilə) tələb olunur
İşəgötürən: 189 Kuryer
Tələblər:
• Stressə davamlı
• Şəhəri yaxşı bilməli
• Bu sahədə çalışanlara üstünlük verilir
• Motosikl idarə etmək bacarığı
Öhdəliklər :
• Məktubların, bağlamaların korporativ müştərilərə çatdırılması
İş barədə məlumat:
• İş qrafiki – 6 iş günü, 1 gün istirahət
• Şirkət tərəfindən təqdim edilən motosikl
• Əmək haqqı – 800 manat
Əlaqə:
Tel: 055 202 01 89
"Motokuryer" qeyd edib CV –nizi hr@taxibaku.az -a göndərməyiniz xahiş olunur.
Onlayn marketə MOTO- KURYERLƏR tələb olunur
"İndi Market"-ə MOTO-KURYER tələb olunur:
Ərazi:, Nizami ms , Xətai ms
Əmək haqqı: 800 AZN NET əmək haqqı
İş qrafiki: 3 növbəli
A-A1 kateqoriyalı sürücülük vəsiqəsi mütləqdir.
Moped, forma, kaska, mopedin xərcləri, benzin şirkət tərəfindən verilir
Əlaqə: hr@indi.market və ya 051 232 60 36 (Whatsapp)
Uyğun namizədlər vakansiya adını qeyd edərərək CV-ni hr@indi.market email ünvanına göndərə və ya qeyd edilən nömrəyə whatsapp message üzərindən CV və ya ad-soyad, yaş, iş təcrübəsilə bağlı məlumat qeyd edərək müraciət edə bilər.
online
SÜRÜCÜ tələb olunur
İşəgötürən: Xırman
Vəzifə öhdəlikləri:
Şirkətin məhsulları tam və vaxtında daşınmasını təmin etmək;
Yol hərəkəti qaydalarına riayət edilməsi
Tələblər:
Təhsil: Orta
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Yaş: 23 – 35
Cins: Kişi
Müvafiq sahə üzrə iş təcrübəsi
BC kateqoriyalı sürücülük vəsiqəsi,maşın-hyundai isuzu
Şərtlər:
Əmək haqqı: 750-800 AZN
İş yeri: Binəqədi yolu 100
İş qrafiki: Həftəiçi 6 gün 07:00-16:00
Nahar şirkət tərəfindən verilir
Müraciət qaydası:
CV-lərinizi “Sürücü” vakansiyanın adını qeyd edərək shahla.najafova@xirman.az email ünvanına göndərə bilərsiniz.
Əlaqə 0506591839
Həkim-radioloq tələb olunur
İşəgötürən: Respublika Diaqnostika Mərkəzi
Vəzifə üzrə öhdəliklər:
Həkim-radioloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardımın göstərilməsi.
KT, MRT diaqnostika prosedurların keçirilməsi
Tələblər:
Ali tibbi təhsil
Azərbaycan Respublikası Qanunvericiliklə müəyyən edilmiş qaydada “şüa-diaqnostikası” ixtisası üzrə peşə hazırlığı keçməlidir;
İxtisası üzrə ən azı 3 il əmək stajına malik olmalıdır;
Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etməlidir,və həminkursların sertifikatına malik olmalıdır;
Azərbaycan Respublikasının Səhiyyə haqqında qanunvericiliyinin əsaslarını bilməlidir və digər normativ hüquqi aktları barədə məlumatlı olmalıdır;
Maraqlananlar CV-lərini hr@rdm.az elektron poçt ünvanına “mövzu” yerində “Həkim-radioloq” qeyd edərək göndərə bilərlər.
Mexanik tələb olunur (Sumqayıt )
İşəgötürən: Q-STP
Vəzifə öhdəlikləri:
Kompleksin qaz, su və elektrik ilə fasiləsiz təmin edilməsinə və avadanlıqlara nəzarət etmək
Kompleksdə olan ventilyasiya, istilik, soyutma, yanğın siqnalizasiya avadanlıqları, siq, hidrofor, drenaj, təzyiqli hava sistemlərinə aid avadanlığın tam keyfiyyətlə işlənməsini təmin etmək
Ərazidə olan Qazanxana, Kompressor, Havalandırma qurguları və s. kimi avadanlıqların daimi işləməsinə, lazım olduqda təmirləri yerinə yetirmək və vaxtı-vaxtında servis tərəfindən qulluq edilməsinə nəzarət etmək
Rəhbərlik tərəfindən verilən təlimatları zamanında və əksiksiz yerinə yetirmək
Tələblər:
Müvafiq sahə üzrə Peşə və ya Ali təhsil
5 - 7 il iş təcrübəsi
Qaz və su sistemləri ilə işləmək bacarığı
Havalandırma, isitmə - soyutma sistemlərini bilmək
Məişət suyu və çirkab su sistemlərini bilmək
Bütün mexaniki sistemlərdə təcrübəli və ixtisaslı olmaq
Vakansiyaya uyğun namizədlər CV-lərini “Mexanik (Sumqayıt şəhəri)“ başlığı ilə qeyd edilmiş info@qstp.com.az e-mail ünvanına göndərə bilərlər.