azvakaz | Unsorted

Telegram-канал azvakaz - AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

48828

Azərbaycanda vakansiyalar, iş elanları Ödənişli iş elanı yayımı üçün: @AzVak_elan ya elan@azvak.az Əlaqə: 051 343 73 07 AzVak kanalı elanların məzmununa, həmçinin işaxtaran və işəgötürən arasında danışıqlara və razılaşmalara görə məsuliyyət daşımır.

Subscribe to a channel

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

ℹ️İş elanlarına Vatsap-da da baxmaq istəyirsiniz 👀

🔈 Azərbaycanda Vakansiyalar (AzVak) iş elanlarını Vatsapda da paylaşır.📞

🔗Kanalın linki: ⬇️

https://www.whatsapp.com/channel/0029Va7i0On9xVJWAPU8DB1v

🌐Həmçinin İnternetdə azvak.com yazaraq Votsap kanalımza keçid edib, abunə ola bilərsiniz.🔔

🇦🇿 AzVak ciddi şirkətlərin yeni iş elanlarını paylaşır

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Sosial Media Menceri tələb olunur

Supertoys MMC “Sosial Media Menceri” vakansiyası elan edir!

SMM’in vəzifə öhdəlikləri:
• Sosial Media hesablarının idarə olunması olunması
• Sosial Media təqvimin həftəlik/aylıq kontent planının hazırlanması və icra edilməsi
• Yaradıcı kontent və mətnlər hazırlaya bilməli
• Sahəsinə dair yaradıcı təkliflərin irəli sürülməsi
• Aylıq planı hazırlamaq və onun əsasında səhifələrdə paylaşımların

Namizəd üçün tələblər:
• Ali təhsili;
• SMM üzrə iş təcrübəsi ən az bir il olmalıdır;
• Mehriban, səmimi və köməksevər olmalı;
• Punktual və pozitiv olmalı;
• Stresə dözümlü olmalı;
• Şəxsi inkişafa yönümlü olmalıdır.
• maaş 500 fix + 100-300 AZN arası bonus
kişi namizədlərə üstünük veriləcək

İş yeri : Sədərək Ticarət Mərkəzi giriş

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Sosial Media Meneceri” qeyd edərək şəkilli CV- lərinizi info@superbox.az elektron ünvanına göndərməyiniz xahiş olunur
055-220-23-72

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Xadimə tələb olunur

İşəgötürən: KARCHER

İş barədə məlumat:
Gündə 5 saat (yarım iş günü)
İş günləri: 1-5 gün
Əmək haqqı: 350 AZN
İş yeri: Səməd Vurğun parkına yaxın (28 may)
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə

Tələblər:
Yaş: 25 - 45 yaş
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Vəzifə öhdəlikləri:
Ofisi və mağazanı təmizləmək
Müəyyən edilmiş qaydalara əsasən, gündəlik olaraq ümumi təmizlik və sanitariya işlərini yerinə yetirmək.
İntizamlı və məsuliyyətli olmalı
Kollektivdə işləmək və ünsiyyət qura bilmə bacarığı
Punktual, işinə məsuliyyətli, diqqətli
İşində cəld və səliqəli olmalı

Maraqlanan namizədlər 010 228 72 76 telefon nömrəsi ilə əlaqə saxlaya bilər. CV-ləri həmin nömrəyə göndərməyiniz xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Resepşn tələb olunur

İşəgötürən: Dent X

Tələblər:

Yaş həddi:18-35
İş təcrübəsi: 1-3 il
Təhsil: Ali, orta
Müvafiq Proqramları bilməlidir
Dil biliyi: Rus dili mütləq, İngilis dili arzuolunan
Xoş görünüşlü, mülayım, gələn pasientləri gülər üzlə qarşılamalıdır

İş şəraiti:
İş saatı 5 gün 09:00/18:00 şənbə günü 09:00/16:00
Bazar günü istirahət

Əlaqə nömrəsi: 050 343 15 13 (Xalida xanım)
Maraqlanan namizədlər cv-lərini
xalisha-n@mail.ru elektron poçt ünvanına göndərə bilərlər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

İnsan resursları üzrə assistent tələb olunur

İşəgötürən: Turan Legal and Tax Services LLC

Vakansiya haqqında məlumat:
Qanunvericiliyin tələblərinə uyğun insan resursları üzrə ümumi kargüzarlıq işlərinin aparılması;
Müqavilələrin, əmrlərin hazırlanması, imzaladılması (ƏMAS, SİMA)
Əmək müqavilələrinin dəyişiklikləri ilə bağlı sənədlərin tərtibi və imzaladılması;
İşçilərin şəxsi işlərinin formalaşdırılması müvafiq qaydaya uyğun yoxlanılması və zəruriyyət yarandığı təqdirdə dəyişikliklərin müntəzəm olaraq edilməsi və qeydiyyatı;
Gündəlik İnsan Resursları ilə bağlı proseslərin əlaqələndirilməsi və idarə edilməsində dəstək göstərməsi; müqavilə müddətinin izlənilməsi, bildirişlərin vaxtında göndərilməsi və s.
Məzuniyyət cədvəlinin hazırlanması, və onun monitorinqi;
İşdən azad olunan işçilərin təhvil-təslim prosesinin həyata keçirilməsi;
ƏMAS, SİMA, İSB, E.gov (Xəstəlik vərəqələri) üzərindən əməliyyatların icrası.
İR üzrə digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər:

Ali təhsil;
İnsan resursları sahəsində bilik və bacarıqlar;
Təcrübə minimum 6 ay;
Ofis proqramları (Exel- yüksək səviyyədə, Word, Powerpoint, Outlook);
Kommunikasiya;
Diqqətli, işinə maraq və məsuliyyət;
Komanda ilə işləmək bacarığı;
Gərgin iş prosesində təmkinli, və stressə davamlı;
Yaş həddi 20-28
İş şəraiti:

Ünvan: Bakı şəhəri
Əmək haqqı: 400 AZN
Tam iş vaxtı
İş günləri: 5 gün

Uyğun namizədlər CV lərini hr@turanlegal.az və ya elnura.talibzade@turanlegal.az mail ünvana “İnsan resursları üzrə assistent” yazaraq göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Mebel ustası tələb olunur

İşəgötürən: Maraqlı Evim

Tələblər:
Yatarda kəsim bacarmalı, ölçü götürə bilməli, raskroy edə bilməli.
Eskiz əsasında mebellərin montajı bacarığı.
Verilən sifarişi səliqəli və vaxtında bitirməlidir.
Yeri gəldikdə komandayla, yeri gəldikdə fərdi işləməyi bacarmalıdır.
25-50yaş aralığı.
Bakıda yaşamalıdır.
Mebel sektorunda 5 ildən artıq təcrübə olmalıdır.
İş haqqında məlumat:

Əməkhaqqı-1500-1800AZN
Həftəiçi 5 gün və şənbə günü iş günləridir.
İş saatı 9:00-18:00


Əlaqə: 070 213 39 74

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

STÜART tələb olunur

Sinteks Şirkətlər qrupuna daxil olan FBCO MMC şirkətinə hal hazırda Stüart tələb olunur

İşəgötürən: FBCO MMC

İş yerinin ünvanı: Bakı
Yaş: minimum 18 yaş
İş təcrübəsi: Tələb olunmur
Əmək haqqı: müsahibə zamanı müzakirə olunacaq

Vəzifələri:

Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarına, iş yerində yanğından mühafizə vasitələri ilə iş qaydalarına riayət edir.

Anbarlardan dükan anbarlarına malların göndərilməsi prosesində iştirak edir.

Malların FiFo (birinci alınan birinci satılır) prinsipinə uyğun olaraq istifadə olunmasına riayət edir.

Mərkəzi anbardan kafe anbarlarına malların göndərilməsi, qəbulu və düzgün formada yığılmasında iştirak edir.

Zalın və masaların təmiz və səliqəli saxlanmasını təmin edir.
Tələblər:

Professional Biliklər
Azərbaycan dili mükəmməl, Rus dili arzuolunandır.
Təhsil: Orta və ya peşə təhsil
Professional Bacarıq və Kompetensiyalar
Komandada işləmə
Təmizlik və İntizam

Müraciət qaydası:

"STÜART " qeyd edib işlə bağlı müraciətinizi recruitment@fbco.az e-mail adresinə göndərə bilərsiniz.
(010)253-08-81

Şirkət haqıqnda qısa məlumat: 1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 300-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika brendlərini, ev əşyaları mağazalarını və 10-dan çox kafeteriya filialını idarə edir.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Satınalmalar üzrə aparıcı mütəxəssis tələb olunur - MAAŞ 1500 MANAT

İşəgötürən: Grabstar / Maple Trading

Tələblər:

Təhsil səviyyəsi: Ali təhsil
İş təcrübəsi: Satınalma sahəsində ən azı 1-3 il iş təcrübəsi (Qida sahəsində təcrübənin olması üstünlükdür)
Kompüter bilikləri: MS Office proqramları üzrə biliklər
1C, ERP sistemlərdə işləmək bacarığı üstünlükdür

İş barədə məlumat:

· Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);

· Bazarın təhlili, tələb olunan malların bazarda araşdırılması;

· Satınalmanın daxili prosedura uyğun təşkili, son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materialların şirkətin və qrupun qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması;

· Təchizatçılara sifarişlərin göndərilməsi, təkliflərin alınması, təchizatçılarla müvafiq dəqiqləşdirmə və danışıqların aparılması, tələb olunarsa daxili müştərilərin də iştirakı ilə onlarla görüşlərin keçirilməsi;

· Satınalma və tender prosessi ilə bağlı bütün sənədləşmələrin aparılması və müvafiq reyestrin hazırlanması;

· Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;

· Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət edilməsi;

· Satınalma zamanı yarana biləcək risklərin öncədən dəyərləndirilməsi;

· Müqavilələrin düzgün və cəmiyyətin təchizat siyasətinə uyğun olaraq bağlanılması;

· Hesabatların hazırlanması və təqdim edilməsi

Əmək haqqı: 1000 -1500 AZN
İş saatı: 5 günlük rejim (09:00-18:00)
Ünvan: Ələsgər Qayıbov 12/22

CV-nizi hr@mapletrading.az e-mail adresinin mövzu hissəsində " Satınalmalar üzrə aparıcı mütəxəssis " yazaraq müraciət edə bilərsiniz.

Əlaqə nömrəsi:0102251245

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Kredit departamentinin Rəhbəri tələb olunur

İşəgötürən: NBCO KredAqro

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı Kredit departamentinin Rəhbəri vəzifəsinə işçi axtarışı elan edir.

İş yeri: Bakı şəhəri;
İş qrafiki: 08:30 - 17:30 (Bazar ertəsi - Cümə);
Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı;
Əmək haqqı: 2000 azn.

Əsas vəzifə və öhdəliklər:

Təşkilatın qarşısında qoyulmuş tapşırıqların səmərəli yerinə yetirilməsi üçün filiallarla fəaliyyətlərin təşkili, idarə edilməsi və əlaqələndirilməsi;
Təşkilatın kredit ehtiyacının ödənilməsi üçün (lazımi) kapital səviyyəsinin müəyyən edilməsi;
Kreditin verilməsi və qaytarılması işində təşkilatın prosedurlarının həyata keçirilməsinin təşkili və ona nəzarət;
Monitorinq keçirilməsi prosesində iştirak etmək və ona nəzarət;
Kredit əməliyyatlarında xərclərin səmərəliliyinə nəzarət;
Filiallar və baş ofis arasında səmərəli məlumat axının idarəedilməsi;
Lazımi hesabat formalarının vaxtında və keyfiyyətli hazırlanıb təqdim olunması;
Təşkilatın filiallarının fəaliyyətinin səmərəliliyinin, kredit işçilərinin fəaliyyətinin qiymətləndirilməsi meyarlarının işlənib hazırlanması;
Təşkilatın inzibati və əməliyyat xərclərinin, kapital xərcinin, inflyasiya səviyəsinin təhlili əsasında faizlərin müəyyənləşdirilməsi;
Kreditlərin təsnifatının aparılması və düzgünlüyünün yoxlanması.
Tələb olunan keyfiyyətlər:

Ali təhsil;
Bank sektorunda qeyd olunan vəzifə üzrə azı 5 (beş) il iş təcrübəsi.
Microsoft Office proqramlarında işləmək bacarığı;
Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini qeyd edilmiş recruitment@kredaqro.az elektron poçt ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Kredit departamentinin Rəhbəri) qeyd etməklə göndərmələri xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

QAYNAQÇI tələb olunur

İşəgötürən: İzone MMC

Yaş həddi: 25-37

- Əmək haqqı 1000 -1500 manat

İş barədə məlumat
- Tapşırılmış qaynaq işlərini keyfiyyətli və sürətli həyata keçirmək, qaynaq tikişlərinin keyfiyyətinə nəzarət etmək
- Rəhbərlik tərəfindən verilən göstərişlərin yerinə yetirilməsi.
- İş qrafiki: I-VI günlər 09:00-dan 18:00-dək, istirahət günü: bazar günü.

Namizədə tələblər

- Qaynaq avadanlıq və cihazlar haqqında bilikləri
- SƏTƏM bilikləri
- İşə yararlı olması barədə tibbi sertifikat
- Fiziki iş və stressə davamlı
- Yaxşı şifahi ünsiyyət bacarıqları
- Sahə üzrə 2 il iş təcrübəsi
- Qaynaq sahəsi üzrə təhsil

"QAYNAQÇI" qeyd edib CV-nizi sebine.serderova@izone.az e-mail adresinə göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

İSTEHSAL OPERATORU - KİŞİ namizədlər tələb olunur!

İşəgötürən: "Mirzəoğlu" MMC (Konfet, şirniyyat istehsalı üzrə qənnadı fabriki)✅

Tələbələr müraciət etməsin❌

Növbəli iş qrafiki

1-ci növbə 07:30-15:30 (Əmək haqqı - 500/550 Azn) gross
2-ci növbə 15:00-23:00 (550/600 Azn) gross

QEYD: OVERTİME(əlavə saatlar) olarsa əmək haqqına əlavə olunur.
İş öyrədilir✅
Tam Rəsmi iş✅

Tələblər
(Bəy namizədlər)
Orta təhsil
Praktiki sağlam
Təcrübə önəmli deyil (olması üstünlükdür)

Vəzifə öhdəlikləri:
İstehsal olunan məhsulların istehsalına nəzarət(konfet, şirniyyat məhsullarıdır)
Resepturaya əsasən Məhsulları avadanlığa boşaltmaq(un, şəkər, yağ və.s)
Avadanlığın işlək vəziyyətdə olmasına nəzarət və.s

Geyim və yemək şirkət tərəfindən verilir☑️
Ünvan: BUZOVNA qəsəbəsi (yaxın ərazidə yaşayanlara üstünlük verilir)

Müraciət üçün 055-444-63-38 nömrəsi ilə əlaqə saxlaya və ya hr3@mirzaoglu.az mail adressinə vakansiya adını qeyd edərək CV göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

2-ci əl avtomobillərin satışı üzrə qiymətləndirici tələb olunur

İşəgötürən: Group Motors

Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru, Ford, Neta və Toyota avtomobil brendlərinin rəsmi distribyutoru “2-ci əl avtomobillərin satışı üzrə qiymətləndirici” vəzifəsinə işçi qəbulu elan edir.

Vəzifə öhdəlikləri:

Avtmobili müştəridən təhvil almaq;
Təhvil alınan avtomobilin qüsur aktını tərtib etmək;
Avtomobilin bazar qiymətinin dəyərləndirilməsini etmək.

Namizədlərə tələblər:

2-ci əl avtomobillərin satışı sahəsində minimum 2 il iş təcrübəsi;
Azərbaycan və Rus dillərini bilməli, İngilis dilinin bilməsi üstünlükdür;
Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
Fikrini izah etmə qabliyyəti və ünsiyyət yaratmaq bacarığı yüksək səviyyədə olmalıdır;
Stres altında işləmə qabiliyyəti və eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti yüksək səviyyədə olmalıdır;
Fəal və işə planlı yanaşma.

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "2-ci əl avtomobillərin satışı üzrə qiymətləndirici" qeyd etməklə cv@groupmotors.az elektron poçt ünvanına göndərsinlər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Zavoda SÜRÜCÜ tələb olunur

İşəgötürən: Norm OJSC

İş yeri: Zavod ofisi

Tələblər:

Ali və ya orta texniki təhsil;
Əlaqəli sahə üzrə ən azı 3 il iş təcrübəsi;
Müştəriyönümlülük;
Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma;
Ünsiyyət.

Vəzifə və Öhdəliklər:

Avtomobilin vaxtlı-vaxtında yanacaqla təmin olunmasına nəzarət etməli;
Avtomobilin lazımi mayelərlə (yanacaq, yağ, antifriz və s.) vaxtlı-vaxtında təmin olunmasına nəzarət etməli;
Diaqnostika və Texniki təmirdən keçməyə diqqət yetirmək, hər hansı bir nasazlıq ortaya çıxdığı halda, maşın təmir olunmamış yola çıxmamalı;
Avtomobili idarə edən zaman yol qaydalarına tam riayət etməli;
Lazımi təqdirdə avtomobilin gediş, gəliş, yanacaq və kilometr göstəricilərinin hesabatını aparmalı və müvafiq tələb olunan ünvana təqdim etməli;
Sürücü istifadə etdiyi avtomobili təmiz, səliqəli və istismara yararlı vəziyyətdə saxlamalı;
Avtomobildə yaranmış nasazlıqlar haqqında dərhal xəbər verməli;
İş zamanı ortaya çıxan və avtomobilin mexanizmlərinin sökülməsini tələb etməyən xırda nasazlıqları özü aradan qaldırmalı;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirməlidir.

"Sürücü" qeyd edib CV-nizi hr@norm.az e-mail adresinə göndərə bilərsiniz.

Son Müraciət Tarixi: 6 Yanvar 2025-ci il

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Telefon sorğusu üzrə qadın işçilər tələb olunur

İşəgötürən: Business Insight MMC

Sorğu şirkətinə Telefon sorğusu üçün aktiv xanım işçilər axtarılır.

İşin qısa təsviri:

• Zənglər vasitəsi ilə anket suallarına cavab alaraq proqramda qeyd etmək (baza üzrə verilən nömrələrə zəng edəcək);
• İş saatı 10:00 – 19:00;
• Əmək haqqı gündəlik 20 azn (layihə bitdikdə ödənilir)

Namizədə tələblər:

• Xanım namizəd;
• Yaş məhdudiyyəti 20-dən yuxarı;
• Hədəflə işləyə bilən;
• Nitqi səlis və keyfiyyətli olmalıdır

Əlaqə: zəng/whatsapp:

Aygün xanım 077 233 77 27; 050 430 11 30

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

4 vəzifə üzrə VAKANSİYALAR

Global Management Brand Media Groups üçün aşağıdakı vakansiyaları elan edir:

📌1. Sənədləşmə üzrə mütəxəssis
Ali təhsil tələb olunur. (hüquq, idarəetmə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə təhsil almış olmaq arzuolunandır)
📌2. Qrafik dizayner
📌3. Satış üzrə mütəxəssis
Təhsil: Ali təhsil (marketing, biznes idarəetməsi və ya əlaqəli sahələr üzrə üstünlük verilə bilər).
İş təcrübəsi: Satış sahəsində ən azı 1-2 illik təcrübə (reklam və ya əlaqəli sahələrdə təcrübə olan namizədlərə üstünlükdür).
📌4. Ofis menecer

Əmək haqqı namizədin bilik, bacarıq və praktik təcrübəsindən asılı olaraq müsahibə zamanı müzakirə edilir;

Sizə uyğun vəzifənin adını qeyd edib CV-nizi cv@management.az email ünvanına göndərə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Bank of Baku-nun Yeni Gəncə filialında vakansiyalar var!📣

Bununla əlaqədar 11 yanvar tarixində filialımızda “Açıq Qapı” günü elan olunacaq.
Gəncə filialında çalışmaq istəyən şəxslər yaxınlaşıb müraciət edə bilərlər.

➡️CV forma və şəxsiyyət vəsiqənizi özünüzlə gətirməyi unutmayın.

Saat: 12:00
Ünvan: Gəncə şəh., Kəpəz rayonu, N. Nərimanov pr. 42C

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Qadın Kamera Müşahidəçisi tələb olunur

“SuperToys” oyuncaq mağazalar şəbəkəsi Kamera Müşahidəçisi vakansiyası elan edir

Vəzifə öhdəlikləri:
Kamera vasitəsi ilə müəyyən olunmuş obyektlərin iş gedişatını müşahidə etmək
Şirkət tərəfindən qoyulmuş standartlara əməl edilib edilməməsinə nəzarət etmək
Müşahidə nəticələrini araşdıraraq hesabat hazırlamaq
İşi ilə bağlı , rəhbərliyin verdiyi digər tapşırıqları icra etmək

Namizəd üçün tələblər:
Yaş həddi: 25-45 yaş xanım
Yalnız xanım namizədlər
Diqqətcil, məsuliyyətli
İş saatı 09:00-17:30

İş yeri; Sədərək Ticarət Mərkəzinin girişində ofisdə yerləşir
Əmək haqqı: 450-500 Azn
Əmək məcəlləsinə uyğun sənədləşmə

Qeyd:Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq.

Komandamızda olmaq istəyən maraqlı olan namizədlərdən “ CV ”-lərini mövzu hissəsində vəzifə adını “ Kamera müşahidəçi “ qeyd etməklə hr@supertoys.az ünvanına göndərə bilər.
055-220-23-72

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Mebel dizayneri tələb olunur

İşəgötürən: Palıd - 2015 MMC

Namizədə dair tələblər:
Təhsil: Ali təhsil,
Kompüter bilikləri: MS Office proqramları, Adeko, Autocad, 3DMAX və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis, digər dil bilikləri əlavə üstünlük hesab olunur,
İş təcrübəsi: Mebel istehsalı sahəsində 2 ildən az olmayaraq iş stajı.
Xanım namizədlərə üstünlük verilir,
Analitik düşüncə qabiliyyəti,
Punktual və ünsiyyətcil olması.
Vəzifə öhdəlikləri:

Mebel istehsalı üçün eskiz layihələrin Autocad proqramında hazırlanması;
Ölçülərin düzgün qeyd edilməsi və mebel ustasına eskiz layihənin təqdim edilməsi.
Müştəri tərəfindən seçilən model və nümunələrə əsasən eskiz layihələrin 3d görüntüsünün tərtib edilməsi,
Müştəri ilə bağlanan müqavilənin ilk günündən işin təhvil verilməsi prosesinə qədər icraya nəzarətin edilməsi.
Bilik və bacarıqlar:

Müasir və klasik üslub istiqamətlərini bilməsi,
Mebel istehsalının texniki tələblərini və normativlərini bilməsi,
Konstruksiya ilə işləmə qabiliyyəti,
Optimal dizayn qərarlarını vermə qabiliyyəti.
Müştəri ilə işləmə qabiliyyəti
İş şəraiti:

İş qrafiki: VI günlük qrafik / 10:00-19:00 / Həftə içi istirahət günü
İş yerinin ünvanı: Bakı şəhəri.,Nərimanov rayon,Aşıq Molla Cümə küçəsi 46B
Əmək haqqı: 800 AZN + Satışdan bonus
Əlaqə nömrəsi: 050-235-69-51

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Satış təmsilçisi / Mebel dizayneri" adını qeyd edərək gunel.asgerova@kandar.az göndərmələri xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Qaynaqçı tələb olunur

İşəgötürən: AzerTunelSuTikinti

Əmək haqqı: 1000 azn

İş yeri: Suraxanı

Öhdəliklər:
İşini yerinə yetirərkən təhlükəsizlik avadanlıqlarını işlətmək və təhlükəsizlik vərdişlərini yerinə yetirmək;
Əl, elektrik və ya qaz qaynağı avadanlıqlarından istifadə etməklə, metal parçalarını bir yerdə daimi və ya müvəqqəti qaynaq etmək;
İstehsal qaynaqlarını qaynaq etmək üçün sahibkar qaynaq proseduru ilə bağlı spesikasiyalarına əməl etmək;
Qaynaq etdiyi qaynaqların keyfiyyəti üçün məsuliyyəti üzərinə götürür.
Tələblər:

Qaynaqçının işlədiyi xüsusi proses üzrə əvvəlki ixtisas sertifikatı;
Qaynaq maşınlarının istifadəsi, təmiri və texniki baxımı da daxil olmaqla qaynaq maşınları haqqında biliklər;
Komponentlərin qaynaq edilməsi zamanı vaxtın səmərəli təşkil edilməsi üçün xam materiallar, istehsal prosesləri, keyfiyyətə nəzarət və müxtəlif materialların qaynaq üsulları barədə biliklər.
Qeyd : İşçilərə yemək və forma verilir.

Əlaqə nömrəsi:
0702355146 Emrah (Whatsapp var)

Qeyd edilmiş
elvina@azərtunelsutikinti.com elektron poçt ünvanı vasitəsilə vakansiyaya müraciət edə bilərsiniz.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Qrafik və Motion dizayner tələb olunur

İşəgötürən: Caspident

Komandamız üçün kreativ qrafik və motion dizayner axtarırıq!

Vəzifə öhdəlikləri:

Sosial media kanalları üzrə postların hazırlanması;
Çap məhsulların dizaynın hazırlanması;
Motion post və videoların hazırlanması
Saytlar üçün banerlərin hazırlanması;
Foto məzmunu işləmək, tələb olan düzəlişləri etmək, sosial şəbəkələr və paylaşılacaq platformalara uyğunlaşdırmaq;
Tələblər:

Adobe Photoshop (Yüksək səviyyədə)
Adobe Illustrator (Yüksək səviyyədə)
Adobe Premiere Pro (Orta səviyyədə)
Corel Draw bilikləri əlavə üstünlükdür.
İngilis dili biliyi əlavə üstünlükdür.
Yalnız kişi namizədlər müraciət edə bilər.
İş şəraiti:

Əmək məcəlləsinə uyğun sənədləşmə
İş: Həftə içi 5 gün
İş vaxtı: 09;00-18;00
Maaş - 1000 AZN

Qeyd olunan tələblərə cavab verən namizədlər CV və Portfoliolarını “Qrafik və motion dizayner” başlığı ilə job@caspident.az elektron poçt ünvanına göndərə bilərlər.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

ℹ️İş elanlarına Vatsap-da da baxmaq istəyirsiniz 👀

🔈 Azərbaycanda Vakansiyalar (AzVak) iş elanlarını Vatsapda da paylaşır.📞

🔗Kanalın linki: ⬇️

https://www.whatsapp.com/channel/0029Va7i0On9xVJWAPU8DB1v

🌐Həmçinin İnternetdə azvak.com yazaraq Votsap kanalımza keçid edib, abunə ola bilərsiniz.🔔

🇦🇿 AzVak ciddi şirkətlərin yeni iş elanlarını paylaşır

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

NewYorker mağazasına SATICILAR tələb olunur

İşəgötürən: SSİ RETAİL

İş yerinin ünvanı: NewYorker mağazası, Dəniz mall.

Tələblər:
Namizəd: Qadın
Yaş 18-25 arası.
Təcrübə və dil biliyi önəmli deyil.

Rəsmi əmək haqqı

Müraciət qaydası: tel-051-207-0399
Email-
ny71006@ssi.az

satıcı

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SÜRÜCÜ tələb olunur

İşəgötürən: "AZ FILTER" MMC

Vəzifə öhdəlikləri:

Şirkətin təyin etdiyi marşrut üzrə təhlükəsiz qaydada hərəkət etmək
İşlə əlaqədar birbaşa rəhbəri tərəfindən verilən tapşırıqları icra etmək
Yol tıxaclarını və ya digər gecikdirici amilləri nəzərə alaraq alternativ marşrutlar seçmək.
Yol hərəkəti qaydalarına riayət edilməsi
Avtomobilin düzgün və qaydalara uyğun idarə olunması
Məhsulların zona üzrə satış nöqtələrinə təhlükəsiz və səliqəli çatdırılması
Avtomobilin təmiz və səliqəli saxlanılmasından birbaşa məsuliyyət daşıyır
İstifadə etdiyi avtomobilin təmiri üzrə işlərin vaxtında və keyfiyyətli yerinə yetirilməsinə bilavasitə nəzarət edilməsi
Texniki nasazlıqlar barədə vaxtında məlumat vermək və lazımi təmir işlərinin həyata keçirilməsini təmin etmək.
Zəruri hallarda işəgötürəni təhlükəsizlik tədbirləri barədə məlumatlandırmaq.
Şirkət ilə bağlı məlumatları məxfi saxlamaq.
İstifadə olunan yanacaq və digər xərclər barədə dəqiq hesabat vermək.
Satış qaiməsi əsasında malları anbardardan təhvil alıb tamlığı pozulmadan müştərilərə çatdırılma və təhvil-təslimi icra etmək;
Logistika menecerinin və Çatdırılma supervayzeri bilavasitə tapşırıqlarının yerinə-yetirilməsi;

Müraciət qaydası:

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Sürücü” adını qeyd edərək altay.ali@az-filter.com elektron poçt ünvanına göndərmələri xahiş olunur.


Şirkət haqqında

Şirkət Avto ehtiyat hissələrinin satışı ve avtomobil filterləri istehsalı ile məşğuldur

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Marketinq Müdiri tələb olunur

İşəgötürən: Bonamed

İş barədə məlumat:

Yeni vә mövcud mәhsullar üzrә marketinq planlarının işlәnilmәsi vә hәyata keçirilmәsi;
Məhsulların satışının artırılması istiqamətində yeni kompaniyalar hazırlamaq və icrasında iştirak etmək;
Şirkət saytı üzrə işlərdə iştirak;
Mövcud müştәri bazasını analiz etmək və həmin baza ilə daimi işləmək;
Marketinq araşdırmaları zamanı әldә edilәn nәticәlәrin tәhlili vә nәticәlәr әsasında tәkliflәrin hazırlanması;
Marketinq şöbәsinin gündәlik işinә operativ nәzarәt;
Satış şöbәsi ilә әmәkdaşlıq
Namizədə Tələblər:

Minimal 2 illik marketinq və sosial media təcrübəsi;
Adobe Photoshop, Adobe Premier, Adobe After Effect proqramları biliyi üstünlükdür;
Videolarla işləmə bacarığı üstünlükdür
Digər növ pozisiyaya uyğun bütün bilik və bacarıqlar üstünlükdür.

Şərtlər:

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma;
İş rejimi: 09:00-dan 18:00-dək;
Həftənin 6 günü (Şənbə günü yarım iş günü);
Bayramlar qeyri-iş günü;
Telefon danışıq xərclərinin şirkət tərəfindən ödənişi;
Bütün avadanlıqlarla təminat;
Əmək haqqı: 1200 AZN + bonus (KPİ bonus).

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini qeyd edilmiş elektron poçt ünvanına göndərmələri və cv@bonamed.az e-mailin mövzu hissəsində mütləq “Marketinq müdiri” qeyd etmələri xahiş olunur.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

SATICI tələb olunur

İş yerləri: Ulduz, Neftçilər, Xalqlar, Qarayeva, Şamaxinka filiallarımız. Yaşadığınız ünvana yaxın filialımızda işləmək imkanı təqdim edirik.

İnci Group, gülərüz, enerjili və müştəriyönümlü Satıcı axtarır! Əgər siz:

✅ Yaş: 17-30 arasında,
✅ Müştəriləri gülərüzlə qarşılayıb, məhsullar haqqında ətraflı məlumat vermək istəyirsinizsə,
✅ Müştərilərin tələb və ehtiyaclarını müəyyən edib, satış həyata keçirmək sizin üçün həyəcanverici bir təcrübədirsə,
✅ 6 günlük iş qrafiki və 400-600 AZN (əmək haqqı + bonus imkanları ilə) işləmək istəyirsinizsə
✅ Nahar ilə təmin edilmə və aktiv filiallarda iş imkanı varsa,
bu vakansiya sizin üçündür!

Ətraflı məlumat və müraciət üçün: 077 441 54 09 nömrəsi ilə WhatsApp-ımıza yazın!

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

“Şam-fi” şirkətinə fəhlələr tələb olunur _ NÖVBƏLİ İŞ

İşəgötürən: Sham-Fi International Trading Company - Şam Fi.

İş yerləri: Xətai rayonu 8 noyabr prospekti və Lökbatan qəsəbəsi.

İş qrafiki: 5 günlük 3 növbəli (Səhər növbəsi 08:00-16:00, Günorta növbəsi 16:00-23:00, Axşam növbəsi 23:00-08:00)

İşin təsviri: Qida məhsullarının yük maşınlarına yüklənməsi, fiziki xarakterli işlərin icrası.

İş haqqında əlavə məlumatlar:
Servis xidməti mövcuddur.
Əmək haqqı: 550-800 manat.
Nahar şirkət tərəfindən verilir.

Yaş həddi 18-50 yaş aralığıdır, fiziki cəhətdən sağlam, növbəli iş qrafikində işləməyə hazır olan şəxslərin müraciətlərinə baxılır.

Müraciət etmək istəyən şəxslər 051 233 66 60 Whatsapp nömrəsinə "Fəhlə" yazaraq müraciət edə bilər

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Mühasib - operator (Kiçik mütəxəssis) tələb olunur

İşəgötürən: Zəhmət - Ruzi MMC

İş barədə məlumat:

Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili:
Kassa mədaxil və məxaric sənədlərinin daxil edilməsi və dəyişikliklərinə nəzarət edilməsi:
Elektron Qaimə fakturaların daxil edilməsi və yoxlanılması:
Satışlar üzrə sənədlərin hazırlanması və qaimələrin təqdim olunması:
Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
Namizədə tələblər:

Yalnız Xanım namizəd
MS Office, xüsusilə Excel bilikləri Maliyyə və mühasibatlıq sahəsində zəruri ilkin biliklərin olması:
Komandada işləmək bacarığı:
Təhlil aparmaq qabiliyyətli:
İnkişafa meyllilik:
Müvafiq sahədə Ali təhsil
:
Təminatlar:

Nahar ilə təmin edilmə:
Mobil nömrə və danışıq limiti:
İş qrafiki: 5 günlük
Əmək haqqı: 500 AZN

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühasib operator” yazaraq qeyd edilmiş cv@sab.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Merçendayzer tələb olunur

İşəgötürən: Sirab Satış və Dağıtım MMC.

Əsas tələblər:
Minimum təhsil dərəcəsi: Orta;
Dil bilikləri: Azərbaycan – Əla;
Yaş həddi: 18 – 30;
Cinsi: Qadın və Kişi;
Təcrübə: Satış və market sahəsində (əsasən su və spirtli içkilər şöbəsində) minimum 1 il iş təcrübəsi.

Fərdi keyfiyyət göstəriciləri:
Dəqiqlik və detallara diqqətlilik;
Məsuliyyətlilik;
Operativlik;
Nəticə yönümlü;
Müştəri yönümlülük;
Komandada işləmək bacarığı.

İş barədə:
Təmsil etdiyi şirkətin məhsul və xidmətlərinin ən yaxşı şəkildə tanıdılması;
Satış nöqtələrində məhsulların rəfdə, soyuducuda mövcudluğunun və rəf payının təmin edilməsi;
Məhsul çeşidləri üzrə rəfdə FEFO və Planogram standardlarının uyğun düzülməsi;
Məhsulların vitrin və stok üzrə yoxlanması və mövcud olamayan məhsul haqqında satış təmsilçisinə məlumatın verilməsi;
Rəflərin səliqəli olmasının təmin edilməsi və nəzarət;
Müəyyən edilən rut planı üzrə marketlərin ziyarət edilməsi;

İş vaxtının norması:
09:00-18:00
Faliyyət ofis xaricində olacaqdır, hər gün ofisə gəlinmir.

İş yeri:
Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).

Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Merçendayzer” yazmaqla
cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

MÜŞTƏRİ XİDMƏTLƏRİ ÜZRƏ OPERATOR tələb olunur - MAAŞ 700-1000 MANAT

İşəgötürən: Positive Call Center

İş haqqında məlumat:
Turkish Airlines Hava yolu layihəsi üçün İngilis dili bilən müştəri xidmətləri təmsilçisi axtarılır.

Əmək haqqı: 700-1000 manat

Vəzifə öhdəlikləri:
- Operativ olaraq telefon zənglərini qəbul etmək
- Müştərilər tərəfindən verilən sualları cavablandırmaq
- Şirkətin xidmət və tarifləri barədə müştəriyə düzgün məlumatvermək
- Müştərilərin şikayət, təklif və tövsiyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək.

Əlavə məlumat:
- Servis şirkət tərəfindən təmin edilir;
- Rəsmi qeydiyyata alınır;
- Maaşdan əlavə Mükafatlandırma sistemi mövcuddur.
- Həftədə 1 gün istirahət;
- İş saatı: Həftənin 6 günü 8 saat;
- Növbəli iş qrafiki (Səhər, Günorta, Axşam, Gecə)

Namizədə tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: 1 ildən aşağı
- Yaş həddi: 19-35 yaş
- İngilis dili yaxşı səviyyədə bilməlidir. En dili (B2-C1)
- Nitq qabiliyyəti, Ingilis dilində səlis danışıq qabiliyyəti.
- Növbəli işləmə.(Səhər, Günorta, Axşam, Gecə)
- Microsoft Office proqramları ilə işləmək bacarığı.


MÜRACİƏT ÜÇÜN:
CV-nizi
hr@positivecc.com e-mail ünvanına mövzu hissəsində "MÜŞTƏRİ XİDMƏTLƏRİ ÜZRƏ OPERATOR " yazaraq göndərə bilərsiniz. Telefon: (012) 599-88-78


XXX XXXX XXX XXXX

CUSTOMER SERVİCE REPRESENTATİVE
Positive Call Center

Job description:
- We are currently seeking customer representatives for our airline company project, which serves Turkish Airlines.
- Opt for a positive choice by joining a professional team where you can foster personal growth and access promising career opportunities.
- In the role of a customer representative, you will be responsible for handling incoming calls and delivering exceptional service to our valued customers.
- Following your training period, you will commence your role, and monthly performance assessments will be conducted. Depending on your performance results, you could earn a bonus of up to 50% of your salary.
- Employees must be at least 19 and no older than 35.
- Performance evaluations will be conducted quarterly, and successful employees will be eligible for salary increases.
- Our shift system operates six days a week, with a daily schedule of 8 hours and 30 minutes (including a 1-hour meal/break). Shifts rotate on a weekly basis and encompass morning, noon, evening, and night shifts (a shuttle service is available for shift changes after 00:00). Appropriate shift solutions are being implemented through mutual agreement.
- If you are eager to enhance your English skills, gain hands-on experience in customer service, and work within a sociable and enjoyable environment, please feel free to submit your CV via email, gather further details from our phone number, or visit our office located at Nizami Street, AF Business House between 09:00-18:00 on weekdays. (+994 12 599 88 78)
You should possess a minimum B2 level of English proficiency.

How to apply: Interested candidates should send their CV to hr@positivecc.com with "Customer Service Representative" in the subject line.

Читать полностью…

AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Direktor köməkçisi tələb olunur

İşəgötürən: Azeri Mining Group

Əsas Tələblər:

Təhsil: Ali təhsil (İdarəetmə, İqtisadiyyat, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələr üzrə arzuolunandır).

İş Təcrübəsi: Direktor köməkçisi, layihə koordinatoru və ya oxşar mövqelərdə minimum 2 illik təcrübə.
Dil Bilikləri:Azərbaycan dili – mükəmməl (şifahi və yazılı)/ İngilis dili – yaxşı səviyyədə (şifahi və yazılı)/ Rus - yaxşı səviyyədə (şifahi və yazılı).

Texniki Biliklər:

MS Office proqramlarından peşəkar istifadə (Excel, Word, PowerPoint).
Layihə idarəetmə proqramları üzrə bilik (Trello, Jira, Asana və s.).
İT sahəsi üzrə əsas anlayışlar və terminologiya biliyi.
Şəxsi Keyfiyyətlər:

Yüksək təşkilatçılıq qabiliyyəti.
Sürətli qərarvermə və problem həll etmə bacarığı.
Komandada işləmə bacarığı.
Dəqiq, məsuliyyətli və vaxtın idarəedilməsi üzrə bacarıqlar.

Layihə İdarəetməsi:

Layihələrin planlaşdırılması, həyata keçirilməsi və monitorinqi üzrə təcrübə.
Agile və ya Scrum metodologiyaları üzrə bilik üstünlükdür.

Əlavə Üstünlüklər:

İT sahəsi, CRM və ERP sistemləri ilə iş təcrübəsi.
Data analitikası və hesabatların hazırlanması üzrə biliklər.
Vəzifələr:

Direktorun gündəlik işini təşkil etmək və dəstəkləmək.
İclasların təşkil olunması və icra protokollarının hazırlanması.
Direktorun təqviminin və görüşlərinin idarə olunması.
Layihələrin gedişatına nəzarət və müntəzəm hesabatların təqdim olunması.
İşçi və direktor arasında işlərin kurasiya edilməsi.
Direktorun tapşırıqlarını icra etmək və icra vəziyyəti barədə məlumat vermək.

İş Şərtləri:

İş qrafiki: 5 günlük iş həftəsi.
İş saatı: 09:00-18:00
Əmək haqqı: Təcrübə və bilik səviyyəsinə əsasən təyin olunacaq.
Əlavə bonuslar: Performansa əsasən.

Vakansiyaya müraciət etmək istəyən şəxslər CV formasını recruitment@erp-intel.com elektron poçt ünvanına mövzu yerində “Direktor köməkçisi” qeyd edərək yollaya bilərlər.

Читать полностью…
Subscribe to a channel