Avtobus sürücüsü piyadanı vurdu, mübahisə düşdü
Hadisə 3-cü mikrorayon ərazisində baş verib.
Hadisə şahidlərinin sözlərinə, piyada yüngül xəsarət alıb.
🇦🇿🇹🇷 Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Читать полностью…Ceyhun Bayramov: Azərbaycan İsrail-Fələstin münaqişəsi zonasında artan eskalasiyadan dərindən narahatdır.
Читать полностью…Qarabağa avtobus reyslərinə oktyabr-noyabr ayları üçün biletlər satışa çıxarılır
Sabah saat 12:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə oktyabr və noyabr aylarına olan biletlər satışa çıxarılacaq.
Füzulidə ikinci və üçüncü yaşayış məhəllələrində 5200-dən çox insan yaşayacaq
"İnzibati bina Füzuli şəhərinin inzibati mərkəzi ərazisində inşa olunacaq. İnzibati mərkəzinin ərazisi 12 hektardan çoxdur, inzibati binanın tikintisi üçün isə 4,4 hektardan çox bir sahə nəzərdə tutulub".
Bunu jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov deyib.
O bildirib ki, inzibati binanın ərazisində parad meydanı və 1 hektar sahədə park inşa olunacaq: "5 mərtəbədən ibarət inzibati bina ən müasir dünya standartlarına uyğun olaraq inşa ediləcək. İnzibati mərkəzdə isə həmçinin digər dövlət qurumları üçün də ərazi nəzərdə tutulub”.
DİQQƏT❗️Kanallarda hekayə paylaşımı aktiv olması üçün "PREMİUM" istifadəçilər "Güçlendir" butonuna keçid etməlidir.
👇👇
/channel/baku_es?boost
Cozef Baydenin İsrailə səfəri başlayıb
Bu barədə xarici KİV məlumat yayıb.
Onu hava limanında İsrail Prezidenti İsaak Hersoq və Baş nazir Benyamin Netanyahu qarşılayıblar.
C.Baydenin İ.Hersoq və B.Netanyahu ilə görüşü gözlənilir.
Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyld Oustin də İsrailə səfər edib.
“Şahramanyan sentyabrda Azərbaycan DTX ilə əlaqə saxlayıb”
Qarabağ separatçılarının sonuncu “rəhbəri” Samvel Şahramanyan sentyabrın 19-da lokal antiterror tədbirləri zamanı atəşkəs üçün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ilə əlaqə saxlayıb.
Bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Bildirilir ki, Şahramanyan Azərbaycan tərəfini separatçı rejimin sabiq “müdafiə naziri” Samvel Babayan və Təhlükəsizlik Şurasının sabiq “katibi” Vitali Balasanyanla danışıqlara dəvət edib.
Rəsmi Bakı bu variantları rədd edərək, Qarabağdakı separatçı rejimin ləğvini israrla tələb edib.
DİQQƏT❗️Whatsapp kanalımıza hər kəs qatılsın. LİNK👇👇👇👇
https://whatsapp.com/channel/0029VaCPb25A2pL3qXOUXz1n
BMT Təhlükəsizlik Şurası Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına edilən hücumu müzakirə etmək üçün sabah təcili iclas keçirəcək.
Bu barədə BMT-nin sözçüsü məlumat yayıb.
O açıq formatda keçiriləcək görüşün saat 10.00-da baş tutacağını bildirilib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının təcili iclasını Rusiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına edilən hücumu müzakirə etmək üçün çağırıb.
Xatırladaq ki, ötən gün Qəzza zolağında raketlərdən biri Əl-Əhli Baptist xəstəxanasına düşüb. Hadisə nəticəsində ölənlərin sayı 1000 nəfərə çatdığı bildirilir.
Bu gün Azərbaycan xalqı dövlət müstəqilliyimizin bərpasının 32 illiyini qeyd edir
32 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında bu sənəd qəbul edildi.
✍🏻 2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu.
✊🏻 Ərazimiz bütöv, müstəqilliyimiz əbədidir!
Yaşasın müstəqil Azərbaycan!
Səfirlər Füzulidə Mirzə Uluğbəy adına məktəbdə sinif otağında əyləşiblər.
Burada Rusiya, Özbəkistan, Rumuniya, Britaniya, Argentina, Litva, Braziliya, Ukrayna, Ərəb Əmirlikləri səfirləri və diplomatları, həmçinin Prezidentin köməkçisi Hikmət Hacıyev və xüsusi nümayəndə Emin Hüseynov da var.
Metroda dava düşdü
Görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, iki sərnişin arasında mübahisə düşüb. Bir-birini təhqir edən şəxslər səs-küyə səbəb olub.
❗️KİV: "HƏMAS-ın İsrailə hücumu nəticəsində 3 Azərbaycan vətəndaşı həlak olub, 1 nəfər itkin düşüb"
Читать полностью…❗️Qəzza zolağında xəstəxanaya endirilən zərbə nəticəsində həlak olanların sayı 800-ü ötüb.
Bu barədə məlumatı “Al Arabiya” telekanalı yayıb.
Hazırda xilasetmə işləri davam etdirilir.
İnsidentlə bağlı Fələstində 3 günlük matəm elan edilib.
🇷🇺 Putin Qəzza zolağında xəstəxanaya hücumu dəhşətli hadisə adlandırıb.
“Ümid edirəm ki, bu münaqişə mümkün qədər tez aradan qaldırılmalıdır”, - Rusiya prezidenti bildirib.
🌧 Sabah yağış yağacaq, külək əsəcək
Cənub-şərq küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa qalxacaq. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti olacaq.
❗“Vaqif Xaçatryan Meşəlidə bir evdə 5 nəfəri yandırıb”.
Bunu Vaqif Xaçatryanın məhkəməsində zərərçəkmiş qismində çıxış edən Fazil Hacıyev deyib.
“Cinayətkarların başçısı o idi. Meşəli hadisələrində ən qabaqda o idi. Mən özüm həmin hadisələrin canlı şahidiyəm”, - deyə Hacıyev bildirib.
Qeyd edək ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.
Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Bakı Hərbi Məhkəməsinin sədr əvəzi hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadəsi alınır.
İş üzrə dövlət ittihamını xüsusi olaraq baş prokurorun köməkçisi, üçüncü dərəcəli ədliyyə müşaviri Müqəddəs Sultanov və İttiham idarəsinin prokuroru Cövdət Mehrəliyev müdafiə edir.
Qeyd edək ki, Xaçatryan Vaqif Çerkezoviç 1992-ci ildə Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə, əhalini deportasiya etməkdə və digər xüsusilə ağır cinayətlərdə ittiham olunur.
İttihamda deyilir ki, onun üzv olduğu dəstənin əməlləri nəticəsində 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər xəsarət alıb. Bundan başqa hadisələr vaxtı dövlətə və kənd sakinlərinə məxsus 5 milyon 496 min 900 manatlıq əmlak məhv edilib.
🇦🇿Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür.
Читать полностью…