baku_es | Unsorted

Telegram-канал baku_es - BakuES

187480

Operativ Xəbər kanalı 🌐 https://instagram.com/baku.es 🌐 https://www.facebook.com/baku.ess 🌐 https://bakues.az 🌐 https://www.tiktok.com/@bakuesaz 🌐 https://whatsapp.com/channel/0029VaCPb25A2pL3qXOUXz1n Reklam üçün WP: 070-584-84-0

Subscribe to a channel

BakuES

🔥 YENİLƏNİB❗️

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Читать полностью…

BakuES

❗️Bakının Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 511 ünvanındakı lüklərin üstü açıqdır. Bu səbəbdən avtomobillər və piyadalar üçün təhlükə var. Xüsusilə gecə saatlarında təhlükədən yayınmaq asan deyil.

Sözügedən məsələ ilə bağlı görüntüləri bir neçə gün əvvəl işıqlandırmışıq.

Məsələ ilə bağlı məlumat almaq üçün bir neçə quruma üz tutsaq da, "qapılar" üzümüzə bağlı qaldı.
Belə ki, Avtomobil Yolları Dövlət Agentliyi və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti sözügedən məsələ ilə bağlı sorğumuza cavab olaraq məsuliyyətləri olmadıqlarını bildirdilər.

Yasamal Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətinin isə sözün əsl mənasında "adı var, özü yox". İki gün ardıcıl mətbuatla bağlı səlahiyyətli şəxsə zənglər etsək də, cavabsız qaldı. Rəsmi hesab etdiyimiz şəxs isə: "Mətbuatla bağlı sualları mən cavablamıram", - deyib bizi "qeybə çəkilən" mətbuat katibinə yönəltdi.

Oyunun qaydaları dəyişmədi. Biz qapı-qapı gəzdik, amma ortaya çıxan olmadı.

Sonda çıxardığımız nəticə isə odur ki, Bakıdakı lüklərin taleyi Allahın ümidinə qalıb…

Читать полностью…

BakuES

🇦🇿 İlham Əliyev: “Ermənistan vaxtı qəsdən uzadır, yeni silahlar alır”

“Azərbaycan bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarıdır”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı vurğulayıb ki, bunun üçün özünün artıq dəfələrlə qeyd etdiyi kimi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır və Konstitusiya dəyişdirilməlidir.

Azərbaycan Prezidenti vurğulayıb ki, artıq keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan təsisatlar tamamilə ləğv edilməlidir. Dövlət başçısı Minsk qrupunun ləğv edilməməsi ilə bağlı Ermənistanın mövqeyinin heç bir halda başadüşülən olmadığını deyib. Çünki əgər münaqişə keçmişdə qalıbsa və Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edirsə, onda keçmişin qalığı olan Minsk qrupunun saxlanmasına nə ehtiyac var?!

Dövlət başçısı deyib ki, görünür, Ermənistan sülh müqaviləsində və regionda davamlı sülhün əldə edilməsində maraqlı deyil.

Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan vaxtı qəsdən uzadır, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir.
Bir sıra Qərb təsisatlarında anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı haqsız və ədalətsiz münasibətinə toxunan dövlət başçısı vurğulayıb ki, Avropa Şurası Parlament Assambleyasında bizim əleyhimizə olan mövqe bilavasitə öz ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etməyimizlə əlaqədardır.

Читать полностью…

BakuES

Allah rəhmət eləsin!

Читать полностью…

BakuES

❗️Azərbaycanlı gənc Rusiyanın Surqut şəhərində qətlə yetirilib.

Masallının Şatıroba kənd sakini Allahqulu Əlihüseyn oğlu Səfərov naməlum şəraitdə bıçaqlanaraq öldürülüb. Hadisə ötən gün
qeydə alınıb.

Qətlin hansı zəmində törədilməsi hələlik məlum deyil.

Mərhumun yaxınlarının saytımıza verdiyi məlumata əsasən, Allahqulu Səfərov doğulub-böyüdüyü Şatıroba kəndində dəfn ediləcək. Onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.

Читать полностью…

BakuES

Güclü leysan yağışları nəticəsində Qusarda Laza şəlaləsi daşıb.

Təbiət hadisəsi nəticəsində kəndə gedən yol bağlanıb.

Читать полностью…

BakuES

Tərtər Rayon Dəmirçilər kəndində güclü külək toy mağaranı dağıdıb.

Hadisələrlə bağlı video olarsa
@asiim333 göndərin

Читать полностью…

BakuES

🌊 Güclü sel sakinlərin təsərrüfatına ciddi ziyan vurub.

Читать полностью…

BakuES

❗️Azərbaycanda təbii fəlakət davam edir...

Читать полностью…

BakuES

Hazırda İsmayıllı ⚡️

Читать полностью…

BakuES

Bu il Həcc mövsümü əsnasında güclü istilik səbəbiylə ölən zəvvarların nəşləri.

Читать полностью…

BakuES

SORĞU✅ Hansı ölkədə yaşamaq istərdiniz?

Читать полностью…

BakuES

İyunun 21-də Mingəçevir şəhər R.Muradov adına Texniki humanitar liseydə keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində riyaziyyat fənni üzrə bir ailənin 3 üzvü (bacı) 51 baldan yuxarı nəticə göstərib.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, nəticələrə əsasən Ağdaş rayonu Güvəkənd kənd Y.İsmayılov adına tam orta məktəbin riyaziyyat müəllimi Rəhimova Əsbət Məhəmməd qızı 55 bal və Rəhimova Məhsəti Məhəmməd qızı 51 bal toplayıb.

Eyni zamanda digər ailə üzvü, Ağdaş rayonu Cücük kənd tam orta məktəbin riyaziyyat müəllimi Rəhimli Qumral Məhəmməd qızı isə 55 bal toplayıb.

Читать полностью…

BakuES

Netanyahu: İsrail HƏMAS-ın məhvinə qədər Qəzzanı tərk etməyəcək. Xarici KİV

Читать полностью…

BakuES

Ana və iki qızı imtahanda yüksək bal topladılar

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin birinci seansında ana və iki qızı yüksək nəticə əldə edib.

Cəlilabad şəhər 1 nömrəli məktəb-liseyin 3 müəllimi yüksək bal toplayıb.

Beləliklə, Asya Yusifova 58 bal, onun qızları - Mehriban Şikarlı 58 bal, Günel Şikarlı isə 59 bal toplayıblar.

Sertifikatlaşdırma prosesinin test mərhələsinin ilk seansı artıq yekunlaşıb.

Читать полностью…

BakuES

🔥Əmircan qəsəbəsində güclü yanğın başlayıb

Читать полностью…

BakuES

❗️20 Yanvar metrosunun ərazisi taksilərdən təmizlənib, küçələr səliqəyə salınıb.

Читать полностью…

BakuES

🇦🇿İlham Əliyev: Artıq keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan təsisatlar tamamilə ləğv edilməlidir.

Minsk qrupunun ləğv edilməməsi ilə bağlı Ermənistanın mövqeyi heç bir halda başadüşülən deyil. Çünki əgər münaqişə keçmişdə qalıbsa və Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edirsə, onda keçmişin qalığı olan Minsk qrupunun saxlanmasına nə ehtiyac var?!

Читать полностью…

BakuES

❗️Bakı şəhərində avtomobilini zibil qutusunun qarşısında saxlayan sürücü cəzalandırılıb.

Görüntülər Yeni Yasamalda lentə alınıb.

Belə ki, sakinlər sürücünün bir daha belə hərəkəti təkrarlamaması üçün zibilləri 77-PE-768 dövlət qeydiyyat nişanlı maşının üzərinə atıblar.

Читать полностью…

BakuES

🇦🇿🇹🇷 Zakir Həsənov və Yaşar Güler arasında telefon danışığı olub.

Bildirilib ki, general-polkovnik Z.Həsənov qardaş ölkənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə türkiyəli həmkarını təbrik edib.

Telefon danışığı zamanı, həmçinin ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilib.

Читать полностью…

BakuES

Bölgələrdə leysan yağışlar ciddi fəsadlar törədir.

Qubadan çəkilən görüntülər vəziyyətin nə qədər ciddi olduğunu göstərir.

Читать полностью…

BakuES

Quba rayonu Yerfi kəndini sel basıb.

Читать полностью…

BakuES

❗️Sarı, narıncı və qırmızı xəbərdarlıq elan edilib.

Paytaxtda da güclü külək gözlənilir.

FHN vətəndaşlara çağırış edib:

• Uşaqları küləkli havada nəzarətsiz buraxmayın.

• Nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamayın.

• Yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durun.

• Elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmayın.

Читать полностью…

BakuES

İyulun 1-dən taksilərlə bağlı yeni tələblərin qüvvəyə minəcəyi ilə bağlı artıq taksi şirkətləri indidən tədbirlər görməyə başlayıblar. Buna görə də təklif kəskin azalıb, tələb isə artıb. Bu, həm qiymətləri qaldırıb, eyni zamanda, taksilər də qəhətə çıxıb – sifariş verənlər uzun müddət gözləməyə məcbur olur.

Axaraz xəbər verir ki, taksilərlə bağlı bu problem ictimai nəqliyyata axını artırsa da, burada da problem özünü göstərir. Belə ki, bəzi marşrut avtobuslarının intervalı 30-40 dəqiqəyə qalxır və səhər saatlarında ciddi narahatlıq yaranır. Xüsusən işə tələsənlər üçün bu, əhəmiyyətli problemə çevrilir.
Hazırda yay aylarıdır, ali və orta məktəblərdə tədris dayanıb, həmçinin məzuniyyət dövrüdür, işçilərin də sayı azalıb. Bu vəziyyətin məktəblər açılanda və insanlar məzuniyyətdən qayıdanda hansı sıxlığa və gərginliyə səbəb olacağını təsəvvür etmək çətin deyil.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov saytımıza açıqlamasında bildirib ki, narazılıq edilən 3, 33 və digər marşrut avtobuslarının bu qədər gecikməsinin səbəbi günün pik saatlarında, yəni səhər və axşam avtobusun keçdiyi küçə və prospektlərdə müşahidə edilən nəqliyyat sıxlığıdır:

“Sıxlıq avtobusların hərəkətinə maneə yaradaraq intervalların artmasına səbəb olur. Məsələn, 3 nömrəli müntəzəm marşrutda sərnişin tələbatına uyğun olaraq 22 avtobus 5-6 dəqiqəlik intervalla fəaliyyət göstərir. Paytaxtın bəzi küçələrində aparılan təmir işləri və nəqliyyat vasitələrinin hərəkətinin həmin küçələrdə məhdudlaşdırılması səbəbindən 3 nömrəli avtobusun da cədvəl üzrə nizamlı fəaliyyətində pozuntular, hərəkət intervalında gecikmələr müşahidə edilir”.

Maraqlıdır, yayda, nəqliyyata daha az ehtiyac duyulan zaman sıxlıq səbəbindən gecikən marşrutlar payızda hansı intervalla işləyə biləcəklər?

Читать полностью…

BakuES

Xəbər verdiyimiz kimi, Mingəçevir şəhərində güclü külək səbəbindən ağacın aşması nəticəsində Rəvan İsmixan oğlu Qasımzadə dünyasını dəyişib.

Ötən gün axşam saatlarından başlayaraq qeyri-sabit hava şəraiti bir çox bölgələrdə, xüsusən də Ağstafa, Mingəçevir, Tovuz, Gəncə, Şərurda ciddi fəsadlar yaradıb.

Güclü külək nəticəsində Mingəçevir şəhərində Z.Həsənova küçəsi 2 ünvanında çoxmənzilli yaşayış binasının dam örtüyü dağılıb, beş sakin ağac aşması nəticəsində xəsarət alıb, Ağdam rayon sakini, 2003-cü il təvəllüdlü Rəvan İsmixan oğlu Qasımzadə isə aldığı xəsarətlərdən ölüb.

Читать полностью…

BakuES

Uşaqlı analar Bakının mərkəzi küçələrini gəzərsə

Читать полностью…

BakuES

❗️İsrail: İrəvanın Fələstini tanımaq qərarı Ermənistanın İsraillə münasibətləri üçün ciddi nəticələrə səbəb olacaq.

Читать полностью…

BakuES

Türkiyənin Diyarbəkir və Mardin vilayətlərində baş vermiş yanğınlarda həyatını itirənlərin sayı 11 nəfərə çatıb.

Yanğından 78 nəfər zərər çəkib.

Diyarbəkirlə Mardin sərhədindəki kəndlərdə baş verən bu yanğınlar səbəbindən hazırda Diyarbəkirdə 5 nəfər reanimasiyaya yerləşdirilib.

Читать полностью…

BakuES

Gənc qızın cəsədi 5 gün sonra tapıldı.

Читать полностью…

BakuES

Azərbaycan 2 erməni hərbçisinə aid olan meyit qalıqlarını qarşı tərəfə təhvil verib.

Читать полностью…
Subscribe to a channel