🇦🇿MN: Tovuzda yol qəzasında ölənlərdən 5 nəfəri hərbçi olub
Noyabrın 27-də axşam saatlarında Tovuz rayonu ərazisində, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu - baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu vəfat edib.
❗️АBŞ-dən Ukrayna hökumətinə çağırış - səfərbərlik yaşını 18-ə endirin - Reuters Ağ Evdəki mənbələrinə istinadən yazır.
Məlumatda qeyd olunur ki, Rusiya şərq cəbhəsində sürətlə irəliləyir. Üstəlik Kurskdakı mövqelərini də yavaş-yavaş bərpa edir.
Yalnız radikal səfərbərlik qərarı Ukraynanı xilas edə bilər.
“İndi Ukraynaya yalnız canlı qüvvə lazımdır” - deyir Ağ Ev rəsmisi
❗️Sumqayıt bulvarında yolu süpürən 39 yaşlı qadını maşın vuraraq öldürüb.
Ölən şəxs 1985-ci il təvəllüdlü Zeynalova Səriyyə Tofiq qızı olub.
❗️”Biz, İsraillə Livan arasındakı atəşkəs razılaşmasını alqışlayırıq. Lakin, müqavimət qüvvələrinə (Hizbullah) hər cürə dəstək verməyə davam edəcəyik.” - İran XİN
Читать полностью…Türkiyənin Bayport şəhərinə güclü qar yağıb. Bu şəhərdə qarın hündürlüyü 1 metrə çatıb.
Hazırda bu qədər qarın yağması bu şəhər üçün tarixi hadisə hesab olunur.
❗️Siyavuş Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edildi
Читать полностью…❗️Ağdaşda at və camış oğurlayan şəxslər tutulub
Zərərçəkənlər polisə müraciət edərək rayonun Qaradeyin kəndi ərazisindən 18 rəst at və 16 baş camışın naməlum şəxslər tərəfindən oğurlandığını bildiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakues.az -a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməllərini törətmiş, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 37 yaşlı Orxan İbrahimov və 26 yaşlı Tural Qasımov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, onlar müxtəlif vaxtlarda oğurladıqları heyvanları Bərdə və İmişli rayonuna apararaq orada satıblar.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
🇦🇿Professor İlham Rəhimov Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru oldu
Sankt-Peterburq Dövlət Universitetinin Elmi Şurası Qara Dəniz və Xəzər Dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovu “Dövlətlərarası münasibətlərin inkişafında göstərdiyi böyük xidmətlərə görə" Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru adına layiq görüb.
Bu yüksək mükafatın təqdimatı ilə bağlı xüsusi mərasim noyabrın 25-də Sankt-Peterburq Dövlət Universitetinin Elmi Şurasının iclasında baş tutub. Təqdimat mərasimində İlham Rəhimova fəxri doktorluq diplomu və mantiyası təqdim olunub.
Təntənəli mərasimdə Sankt-Peterburq Universitetinin rektoru, Rusiya Hüquqşünaslar Assosiasiyası Rəyasət Heyətinin üzvü, “Rusiya Hüquqşünaslar Assosiasiyası” Ümumrusiya ictimai təşkilatının regionlararası bölməsinin sədri Nikolay Mixayloviç Kropaçev Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru adına layiq görülməsi münasibətilə İlham Rəhimovu təbrik edərək, ona fərqləndirici nişanlar təqdim edib.
❗️Bakıda maşın qırmızı işıqda keçən motosikleti vurdu
Motosikletlə həm piyada keçidindən, həm də svetoforun qırmızı işığından keçib yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.
" Bakues.az " xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
"Müşahidə kamerasının qeydə aldığı bu qəza ötən gün axşam saatlarında 8 Noyabr prospektində olub. Araşdırmalar göstərir ki, hələ də bəzi moped və motosiklet sürücüləri qaydalara əməl etmir, həm hərəkət iştirakçılarının, həm də özlərinin həyat və sağlamlığına real təhlükə yaradırlar. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hərəkət iştirakçılarını yollarda diqqətli olmağa çağırır", - deyə məlumatda qeyd olunub.
🇦🇿Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarında dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada saxlanılacaq.
❗️10 qəpikdən domino oynadılar – 3 min manat cərimələndilər
Ətraflı: http://bakues.az 👈
❗️Dünən ‘80 manat müavinət ayıbdır’ deyən deputat Səyyad Salahı, bugünki çıxışında bunları deyib:
Camaatın vəziyyəti çox yaxşıdır, yaxşı qazanmaq da olur, sadəcə tənbəldirlər…
❗️"1500 məktəbin bağlanacağı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir".
Bakues.az xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev sosial media hesabında paylaşımında bildirib.
O qeyd edib ki, son günlərdə mən və ya Elm və Təhsil Nazirliyi tərəfindən bu məsələ ilə bağlı hər hansı bir fikir səsləndirilməyib.
❗️🚇Bakı metrosunda qatarda yanğın məlumatı ilə əlaqədar texniki baxış keçirilib.
Eyni zamanda, maşinistin idarəetmə pultunda nasazlıq olmadığı halda sərnişinin məlumatı əsasında qatara əlavə texniki baxışın keçirilməsi zərurəti yaranıb. Nəticədə qatarda hər hansı problem aşkarlanmayıb.
‼️Azərbaycanın Xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi “Yar gəldi yar” mahnısının "Youtube" səhifəsində erməni musiqi nümunəsi kimi yerləşdirilməsinin qarşısı alınıb.
Читать полностью…❗️Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib.
Читать полностью…Azərbaycan XİN: Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayır və bu razılaşmanın hərbi əməliyyatlara son qoyacağını gözləyir.
Читать полностью…❗️Nazir: “Vətəndaş heç vaxt işləməyibsə, pensiya sisteminə cəlb edilməsi hansı məntiqə uyğun ola bilər?”
Ətraflı: http://bakues.az 👈
❗️Sahibə Qafarova deputatlara irad bildirib:
“Sizə qulaq asdıqca adamı dəhşət bürüyür. Elə bil ki, ölkə bütün uçuruma gedir. Sosial sahə ilə bağlı bu qədər işlər görülür, nəyə görə heç biriniz bu barədə danışmırsınız?! Yadınıza salın bütün işləri! Nə üçün bu haqda danışmırsınız?".