🇷🇺Rusiya XİN: “Dağlıq Qarabağla Ermənistan arasında əlaqə Laçın dəhlizi vasitəsilə ilə həyata keçirilir. Bu barədə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr üçtərəfli bəyanatının 6-cı bəndində qeyd olunub".
Читать полностью…❗️Fevralın 15-dən səhiyyə işçilərinə ikinci doza vaksinin vurulmasına başlanılacaq
Читать полностью…❗️🇹🇷💉Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndin ikinci dozası vurulub.
Читать полностью…Milli Məclisin deputatı Siyavuş Novruzov Daxili İşlər Nazirliyini məhkəməyə vermək niyyətinin olmadığını və jurnalistlərin yanlış məlumat yaydığını bildirib.
“Qafqazinfo” xəbər verir ki, S.Novruzov Modern.az-a açıqlamasında deyib ki, onun Daxili İşlər Nazirliyi ilə hər hansı problemi yoxdur:
“Daxili İşlər Nazirliyi həm pandemiya dövründə, həm də Vətən müharibəsi zamanı fədakarlıq göstərən güc strukturlarından biridir. Orada da çalışanların hamısını dost hesab edirəm. Onlar pandemiya dövründə demək olar ki, iki cəbhədə uğurlu fəaliyyət göstərdilər.
Mənim Daxili İşlər Nazirliyini məhkəməyə verməklə bağlı bir fikrim yoxdur. Xəbəri yayan KİV əməkdaşları mənə bunu sübut edə biləcək hər hansı sənəd göstərə bilərlərmi?
Heç bir məhkəmədən söhbət gedə bilməz. Mən Milli Məclisdəki çıxışlarım zamanı da həm karantin, həm də Vətən müharibəsi dövründə Daxili İşlər Nazirliyinin əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirmişəm, öz minnətdarlığımı bildirmişəm"
🇦🇿Mehriban Əliyeva: Biz dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəyik. Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik. Biz işğal zamanı zərər görmüş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində ICESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa hazır olduğunu yüksək qiymətləndiririk. Eyni zamanda, ICESCO-nun Azərbaycanda regional nümayəndəlik təsis etməsi imkanının nəzərdən keçirilməsinə görə xüsusi minnətdarlığımızı bildiririk. Həmin nümayəndəlik digər sahələrlə yanaşı, qadınlar və qızların elmdə rolunun artırılmasına konkret diqqət yetirməklə elm sahəsində əməkdaşlığımızı gücləndirə bilər”.
Bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə fevralın 11-də videokonfrans formatında tədbirdə videoformatda çıxışında deyib.
❗️Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nərimanov rayonunun M.Nərimanov küçəsində Bakı şəhər sakini S.Mustafayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini R.Vəliyevanı vurub. Ağır xəsarət alan qadın hadisə yerində ölüb.
Читать полностью…SON DƏQİQƏ❗️Şuşada yanğın baş verib.
⛔️Şəhər ərazisində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzilin mətbəxində və eyvanında geyim əşyaları 7 m² sahədə yanıb.
✅Yüksək temperaturdan mətbəxdə 1 ədəd plastik qapı əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Başınız Sağolsun Qardaş Türkiyə🇹🇷🙏🏻 ❕🇹🇷 Türkiyə bu gün üçün 🇮🇶Şimali İraqdan 2 şəhid açıqladı...
Читать полностью…🇮🇶 Süleymaniyyə şəhərində PKK dəstəkçisi yerli sakinlər Türkiyənin Qara bölgəsinə hücumunu protest edir
Читать полностью…Canlı‼️
🇸🇾 Suriya: Türk ordusu Mişrefa kəndini bombalayır;
🇮🇶 İraq: Türk Hərbi Hava Qüvvələri PKK-nın qəlbi sayılan Qara bölgəsini şiddətli şəkildə vurur
‼️ Mehriban Əliyevanın tapşırığı ilə qazimiz Türkiyəyə müalicəyə göndərildi
Mehriban Əliyevanın tapşırığı ilə Vətən Müharibəsinin iştirakçısı olmuş 1986-cı il təvəllüdlü Qafarov Əzim Rafik oğlu müvafiq müayinə, müalicə və reabilitasiya üçün Heydər Əliyev Fondu tərəfindən Türkiyənin Gülhanə xəstəxanasına göndərilib. Onu Azərbaycandan ixtisaslaşmış həkim də müşayiət edib.
Ə.Qafarov yola düşmədən öncə açıqlamasında bildirib ki, Cəbrayılda döyüş zamanı 3 güllə xəsarəti alıb: “Bir güllə onurğa sinirimi zədələyib, ayaqlarım hərəkətsizdir. İndi müalicə üçün Türkiyəyə aparırlar, inşallah həkimlər məni sağaldacaqlar.
❗️2020-ci ilin dövlət büdcəsindən koronavirusla mübarizəyə sərf edilən vəsait açıqlanıb:
Koronavirusla (COVID-19) mübarizəyə 2020-ci ilin dövlət büdcəsindən 1 mlrd. 985,6 mln. manat vəsait sərf olunub.
SON DƏQİQƏ❗️Bu gün 147 yeni yoluxma, 236 nəfər sağalıb,4 nəfər COVİD-19-dan vəfat edib.
Читать полностью…❗️“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılıb
❗️"Xəzər Dəniz Gəmiçiliyi"nin fəaliyyətinə nəzarət etmək üçün Müşahidə Şurası yaradılıb
🇦🇿Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov: “Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biridir. Qardaş ölkə ilə güclü əməkdaşlığımız mövcuddur. Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən faydalanmaq bizim üçün vacibdir. Azərbaycan və Türkiyə arasında tarixi, dini və mədəni bağlar var. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən “bir millət, iki dövlət” olaraq ifadə edilən Türkiyə-Azərbaycan əlaqələri bu gün dövlət başçılarımızın rəhbərliyi altında uğurla davam etməkdədir. Azərbaycanla Türkiyə arasında əlaqələrin davam etməsinə dövlət başçılarımızın böyük töhfəsi var”.
Читать полностью…❗️5 yaşa qədər uşaqların maska taxması tələb olunmur
“Ümumdünya Səhiyyə Təşkilatının uşaqların maskadan istifadəsiylə bağlı göstərişləri var. 5 yaşa qədər uşaqların maska taxması tələb olunmur”.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar: “Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələri onlara veriləcək hər cür tapşırığı quruda, dənizdə və havada yerinə yetirəcək gücdə olduğunu göstərib”.
Читать полностью…❗️27 sentyabrdan indiyədək nə qədər mina və PHS zərərsizləşdirildiyi açıqlanıb
❗️Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixindən etibarən aparılmış minatəmizləmə əməliyyatları zamanı 15 075 602 kv.m (1 507 ha) ərazi yoxlanılıb, 8 972 ədəd piyada və tank əleyhinə minalar, 6 569 ədəd partlamamış hərbi sursatlar (PHS) aşkar olunaraq zərərsizləşdirilib.
❗️Milli Məclisin deputatı Siyavuş Novruzov Daxili İşlər Nazirliyini məhkəməyə verir:
“Görünən odur ki, aidiyyatı qurumların və səlahiyyətli şəxslərin qanundan xəbərləri yoxdur. Halbuki həmin qanunu biz qəbul etmişik. Orada açıq şəkildə qeyd olunur ki, bu qaydalar Milli Məclisin deputatına şamil olunmur. Yəni, hara istəyir gedə bilər. Ona görə də millət vəkili kimi həmin qanunun müvafiq madddəsi ilə deputat olaraq mənim barəmdə cərimələnmək qərarı vermək qanunsuzdur. Onu da qeyd edim ki, qanun Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından üstündür. Bu səbəbdən də mən Daxili İşlər Nazirliyini məhkəməyə verirəm”.
SON DƏQİQƏ❗️DİN -Naziri Vilayət Eyvazov -un əmri ilə yoxlamalardan sonra rəis müavini də işdən çıxarıldı
Читать полностью…♟"Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində pley-off mərhələsində Teymur Rəcəbov Niderland qrossmeysteri Aniş Giriyə qalib gələrək yarımfinal mərhələsinə yüksəlib.
Onun yarımfinaldakı rəqibi ABŞ təmsilçisi Uesli So olacaq.
XEYRİYYƏ AKSİYASINA SİZDƏ QOŞULUN🤲🏻 1 MANAT BELƏ BÖYÜK YARDIMDIR
Qərara gəldik ki, 14 Fevralda imkansız ailələrə ərzaq payı alaq sevindirək. Məncə ən gözəl savabdır🙏🏻
💳 Kart Hesabına Pul göndərmək istəyənlər @asim333 yaza bilər✅
Ərzaq köməklik etmək istəyənlər əlaqə saxlasın: @asim333
Füzuli istiqamətində tapılan nəşin DNT analizi nəticəsində 2002-ci il təvəllüdlü Ağayev Əmirağa Mahir oğluna aid olduğu təsdiqlənib.
Şəhidimizin nəşi sabah doğulduğu Şabranın Surra kəndinə gətiriləcək.
🇩🇰 Danimarkanın baş naziri Mette Frederiksen
📌 İnstagramda bu şəkli paylaşaraq yazıb ki, "neçə aydır pəncərələri silməyə vaxt tapmırdım."