Paşinyanın qardaşı avtomobil qəzasına düşdü
Ermənistanın Baş naziri Nikol Paşinyanın qardaşı Armen Paşinyan avtomobil qəzasına düşüb.
Bu barədə məlumatı “Armlur.am” portalı yayıb.
Məlumata görə, hadisə Malatiya-Sebastiya rayonunda baş verib. Belə ki, şəxsiyyəti hələ ki açıqlanmayan bir şəxs Paşinyanın qardaşını avtomobillə vurub. Sürücünün hadisə yerindən qaçmadığı bildirilir.
Qəza zamanı sınıq xəsarətləri alan Armen Paşinyan xəstəxanaya yerləşdirilib.
Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyevə tapşırılıb
Читать полностью…Mövqelərimiz atəşə tutuldu❗️
Kəlbəcər, Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərimiz müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulub.
⚽ Dünya çempionatı: Portuqaliya millisi 1/8 finala vəsiqəni təmin edir.
🇵🇹 Portuqaliya 2:0 Uruqvay 🇺🇾
54' Bruno Fernandes.
90+3' Bruno Fernandes.
Kiyevin yarısı işıqsız qaldı
Bunu Donetsk Xalq Respublikasının (DXR) rəhbəri vəzifəsini icra edən Denis Puşilin deyib.
Onun sözlərinə görə, Kiyevin yarısı işıqsız qalıb:
“Kiyevdə elektrik enerjisinin fövqəladə kəsilməsi başlayıb, sakinlərin yarıdan çoxu işıqsız qalıb”.
Konstitusiya Məhkəməsi MM-ə 5-dən çox uşaq böyüdən atalara müavinət verilməsini tövsiyə edib.
Читать полностью…“Açıq havada tibbi maskadan istifadə etməməklə bağlı fikir TƏBİB-in rəsmi mövqeyi deyil. Qurum təmsilçisinin şəxsi fikridir. Azərbaycanda tibbi maskalardan istifadə Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən olunub”.
bu fikirləri DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev ARB-nin efirində deyib.
Nazirlik rəsmisinin sözlərinə görə, açıq və qapalı məkanlarda, bir və ya iki şəxsin hərəkət etdiyi ictimai yerlərdə tibbi maska taxmaq məcburidir:
“Bununla bağlı dünən rəsmi olaraq TƏBİB-dən açıqlama verilib ki, bu, onların rəsmi mövqeyi deyil. Cəmiyyətdə çaşqınlıq yaranmamalıdır. Pandemiya hələ bitməyib. Qaydalara ciddi şəkildə əməl edilməlidir ki, dövlət növbəti yumşaldılma tədbirlərini davam etdirsin.
Bu, hər birimizdən asılıdır. İndiyədək çəkilən əziyyət hədər getməməlidir. Hər bir vətəndaşın üzərinə düşməli olan vəzifə indiki vəziyyətdə tibbi maskalardan düzgün istifadə edilməsidir.
Bu, həm də qənunvericilik normasıdır. Yəni dövlətin məcburetmə tədbiridir. Əgər kimsə müvafiq yerlərdə tibbi maskadan istifadə etməzsə, polis tərəfindən aşkarlandıqda həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək”.
SON DƏQİQƏ❗️Bu gün 155 yeni yoluxma, 169 nəfər sağalıb,5 nəfər COVİD-19-dan vəfat edib.
Читать полностью…🇦🇿Dörd aydan çox komada qalandan sonra vəfat edən Vətən müharibəsi qazisi İsmayılzadə Tacəddin Vüqar oğlu dəfn edilib.
Читать полностью…İmişli rayon sakini, 1997-ci il təvəllüdlü Məmmədli Cavidan Valeh oğlu oktyabrın 1-dən itkin düşüb. Dörd aydan sonra onun nəşi tapılaraq ailəsinə təhvil verilib.
Şəhid Cavidan Məmmədli bu gün doğulduğu rayonda dəfn ediləcək
🔥Şuşa şəhərində iki ev yanıb.
Şuşa şəhərində ümumi sahəsi 250 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan əlavə, Şuşa şəhərində ümumi sahəsi 50 m² olan ikimərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə mühafizə bölmələri tərəfindən söndürülüb.
DTX Naxçıvanda əməliyyatlara davam edir.
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində əməliyyat keçirib.
Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq daxili işlər naziri Əhməd Əhmədovun səhhəti pisləşib
o, bu gün həbsxanadan xəstəxanaya köçürülüb.
Onun Naxçıvan diaqnostika müalicə mərkəzinə köçürüldüyü bildirilir.
⚡ Müdafiə Nazirliyi:
Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsinə son qoyulmalıdır.
Ümumiyyətlə, Azərbaycan ərazilərinin uydurma erməni toponimləri ilə ifadə olunması yolverilməzdir.
28.11.2022-ci il tarixində Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında “Mardakert”, "Martuni", "Madagiz" və "Getavan" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ, XOCAVƏND, SUQOVUŞAN və QOZLUKÖRPÜDÜR.
Acınacaqlı tərəflərindən biridə budur ki , orta məktəb şagirdləri arasında bu hal daha çox müşahidə olunur. Şərh sizdə…
Читать полностью…Göyçayda şəhidin doğum günündə adını daşıyan körpü istifadəyə verildi: rayonun Birinci Ərəb-Cəbirli kəndində salınan “Xəyal körpüsü”nə İkinci Qarabağ Müharibəsi şəhidi Xəyal Məmmədovun adı verilib.
Читать полностью…❗️Bakıda avtomobil piyadanı vuraraq öldürüb
Fevralın 13-də saat 1 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Ə.Musayev vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
ABŞ-ın Minnesota ştatının qubernatoru Tim Volz fevralın 26-sının Azərbaycan Günü elan edilməsi ilə bağlı bəyanat imzalayıb.
Читать полностью…❗️Xatırlatma:
Bu gündən fevralın 15-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək❗️