Ukraynada donaraq ölmüş azərbaycanlı ailə tapıldı
Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında azərbaycanlı ailə − Hafiz Ağayev, onun həyat yoldaşı Marina Ağayeva və onların üç uşağının donmuş meyitləri tapılıb. Onların evləri dağıdılıb. Ailə 30 ildən çoxdur həmin ərazidə yaşayırmış.
⚡Bakı kinoteatrları Türkiyəyə qarşı çəkilmiş "Odda - İki bacı" ("Sisters apart") filmini nümayiş etdirməkdən imtina edib.
Anti-Türkiyə mövzusunda lentə alınmış film ölkəmizdə narazılığa səbəb olub. Bu səbəbdən də kinoteatrlar filmin nümayişindən birmənalı şəkildə imtina edib.
Lakin buna baxmayaraq Almaniyanın Bakıdakı səfirliyi və Aİ-nin Azərbaycandakı nümayəndəliyi filmi gələn həftə "Landmark"da nümayiş etdimək niyyətindədir. Bununla bağlı səfirlik sosial şəbəkədə elan yayıb.
Halbuki, Azərbaycanla qardaşlıq münasibətlərində olan ölkəyə qarşı hazırlanmış bir filmin Bakıda hansı məkanda olursa-olsun nümayişi yolverilməzdir.
🇺🇦Müharibə nəticəsində Ukraynada 20 mindən çox mülki şəxs həlak olub.
Ukraynanın ümumi itkiləri 100 min nəfərdir.
Ukraynaya dəyən zərər 600 milyard avro həcmindədir - Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirib.
⚽ Dünya çempionatı: Amerika millisi 1/8 finala vəsiqəni təmin edir:
🇮🇷 İran 0:1 Amerika 🇺🇸
Amerikalılar 1/8 finalda Niderland yığması ilə üz-üzə gələcək.
Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-nin yaydığı məlumatı təkzib etdi:
Guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Şuşa istiqamətində atəş açılması və nəticədə iki nəfərin yaralanması barədə xəbərin də heç bir real əsası yoxdur, tamamilə yalandır. Bu məlumatı qəti surətdə təkzib edirik.
Paytaxtın Nəsimi rayonu, Balababa Məcidov küçəsində yanğın başlayıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yerli KİV-də yayılan məlumata görə, Məhərrəm Talıbov Naxçıvandakı anti-korrupsiya əməliyyatlarına görə dindirilməsi üçün Bakıya gətirilib.
Qeyd edək ki, Məhərrəm Talıbov Naxçıvan prokurorunun müavini vəzifəsində çalışır.
Mənbə: “demokrat az”
🇷🇺 Rusiya MN iddia edir ki, Azərbaycan tərəfinin atəşi nəticəsində Qarabağda 2 nəfər yaralanıb.
Azərbaycan MN-nin xəbərdarlıqlarına baxmayaraq məlumatda yenidən "Dağlıq Qarabağ" ifadəsi işlədilib.
🇦🇲 Ermənistan MN iddia edir ki, bu gün saat 17:50 radələrində sərhəddə atəşkəs pozulub. 1 erməni hərbçisi yaralanıb.
Читать полностью…Mirvari Boyunbağı 50% ENDİRİMDƏ❗
STAL seplə: 16.90 AZN
GÜMÜŞ seplə: 29.90 AZN
☎️ Əlaqə: 055-565-34-04
🖋️ WP: http://wa.me/994555653404
Dağlıq Qarabağ münaqişəsi dövründə itkin düşmüş şəxs kimi qeydə alınanların 80 faizi hərbçidir.
Ümumilikdə 4500 nəfər itkin düşmüş sayılır.
Yevlaxda 26 yaşlı qızı evlənmək məqsədi ilə zorla və iradəsinə zidd olaraq qaçıran şəxs saxlanılıb.
Читать полностью…Şəhid ailələri və müharibə əlilləri üçün daha 400-dən çox fərdi evin tikintisi yekunlaşıb.
Читать полностью…🔴 Rusiya MN sülhməramlılar ilə əlaqədar yayımladığı bülletendə dünən ilk dəfə "Dağlıq Qarabağ silahlı birləşmələri" ifadəsini işlədib:
"Şuşa rayonunda Azərbaycan tərəfi atıcı silahlardan Dağlıq Qarabağ silahlı birliklərinin postunu atəşə tutub, nəticədə iki nəfər yaralanıb"
RƏSMİ❗️Ordumuzun Kəlbəcər, Laçın və Ağdam istiqamətlərində yerləşən mövqeləri yenə atəşə tutulub.
Читать полностью…🥀DSX hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramasından 1 il ötür.
Hadisə nəticəsində 14 nəfər yüksək rütbəli zabit şəhid olub, 2 nəfər isə ağır yaralanıb.
Ruhunuz şad olsun!
DİQQƏT❗️ Əsas səhifəmiz “Baku es” açılana qədər instagramda bu ünvanda olacağıq. Paylaşın bilməyənlər də görsün 👇🏻
https://instagram.com/baku.es_official?igshid=YmMyMTA2M2Y=
⚡ Müdafiə Nazirliyi:
Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi ilə bağlı bir daha qeyd etmək istəyirik ki, bu YOLVERİLMƏZDİR.
Rusiya Federasiyasının sülhməramlı kontingentinin 29.11.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonudur, “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müavafiq olaraq AĞDƏRƏ, XOCAVƏNDDİR.
⚡Bakıda evə basqın edilib: ailə üzvləri bıçaqlanıb, ev sahibi və oğlu öldürülüb.
Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-cil il təvəllüdlü Rahil Muradovun və nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.
Valideynlər (onlardan biri) valideynlik hüquqlarından məhrum ediləcəyi hallar sərtləşdirilir.
Dəyişikliyə əsasən, valideynlər (onlardan biri) uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə valideynlik hüququndan məhrum ediləcək.
⚡Azərbaycan müdafiə nazirliyi qarşı tərəfin yaydığı məlumatı təkzib etdi:
Noyabrın 29-u saat 17:50-də guya ordumuzun bölmələri tərəfindən atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.
Yayılan məlumatı qəti surətdə təkzib edirik.
“Belçikadakı həbsxanalarda şərait əlverişsizdir” - Avropa Şurası
Bildirilib ki, məhbusların yerdə döşəklərdə yatması, zorakılığa məruz qalmaları və səhiyyə xidmətlərindən yararlana bilməmələri kimi məsələlər onların həyatına mənfi təsir edir.
⚡Xarici İşlər Nazirliyi:
30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərini işğal altında saxlayan, Azərbaycanın 8 kəndini hələ də işğal edən, qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayan, hərbi təxribatlarını və mina təhdidlərini davam etdirən Ermənistanın Azərbaycanı delimitasiya edilməmiş sərhəddə hər hansı mövqe tutmaqda və bununla komissiyanın işinə maneçilik törətməkdə təqsirləndirməsi heç bir məntiqə sığmır.
2020-ci il Vətən müharibəsindən sonra ölkəmizin Ermənistanla sərhədlərin delimitasiya olunması təklifinə uzun müddət heç bir cavab verməyən tərəfin məhz Ermənistan olduğu da unudulmamalıdır.
2022-ci ilin son və ən böyük Bilik Yarışı!❄️🎅🏻
Əziz 2-8-ci sinif şagirdləri. Siz də 2022-ci ilin sonuncu BİLİK YARIŞINDA iştirak edərək öz hədiyyənizi, öz biliyinizlə qazanacaqsınız!🤓
🇦🇿 Yalnız Azərbaycan bölməsi;
📆 4 dekabr 2022;
⏰ 10:00 və 13:00;
📍 "EDU Company" Təhsil
Şirkətinin bütün filialları;
Ödəniş: 7₼
Qeyd: Ödəniş nağd və onlayn formatda mövcuddur.
🌐www.educompany.az
-----------------------------------------------------------
https://instagram.com/edu_company_official?igshid=YmMyMTA2M2Y=
🚫14 yaşına çatmayanlara qarşı seksual zorakılıq edənlər 20 ilədək azadlıqdan məhrum ediləcək - Milli Məclis.
Читать полностью…İran hakimiyyəti ABŞ-la oyun üçün bu gün Qətərə saxta azarkeşlər göndərəcək.Bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, minlərlə saxta azarkeş göndəriləcək və amerikalılarla matçda komanda böyük dəstək nümayiş olunacaq.
CNN İranın Uelsə (2:0) qalib gəldiyi matçda da saxta azarkeşlərin göndərildiyini bildirib.