⚽ Dünya çempionatı: 1/8 final mərhələsinin bütün cütlükləri bəlli olub:
🇳🇱 Niderland 🆚 ABŞ 🇺🇸
🇦🇷 Argentina 🆚 Avstraliya 🇦🇺
🇫🇷 Fransa 🆚 Polşa 🇵🇱
🏴 İngiltərə 🆚 Seneqal 🇸🇳
🇯🇵 Yaponiya 🆚 Xorvatiya 🇭🇷
🇧🇷 Braziliya 🆚 Cənubi Koreya 🇰🇷
🇲🇦 Mərakeş 🆚 İspaniya 🇪🇸
🇵🇹 Portuqaliya 🆚 İsveçrə 🇨🇭
✅ Favoritiniz hansı ölkədir?
Beyləqanda düşmənçilik ədavətinə görə güllələnərək qətlə yetirilən ailənin üzvləri:
1966-cı il təvəllüdlü Nadir Quliyev,
1971-ci il təvəllüdlü Tərgül Quliyeva,
1996-cı il təvəllüdlü Amin Quluzadə,
2002-ci il təvəllüdlü Xəyal Quluzadə.
İmişlidə 28 yaşlı gənc qətlə yetirildi
Dekabrın 2-də saat 19 radələrində İmişli rayonunda rayon sakini 1994-cü il təvəllüdlü İlkin Hüseynovun bıçaq xəsarətlərindən ölməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aparılan araşdırmalarla 2000-ci il təvəllüdlü, rayon sakini Xəyal Surxayev şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İ.Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis və prokurorluq əməkdaşlarının keçirdiyi tədbirlərlə X.Surxayev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Gəncədə futzal yarışında insidentlə bağlı 5 nəfər inzibati həbs olunub
2 nəfər barəsində 30, 1 nəfər barəsində 15, 2 nəfər barəsində 10 sutka müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.
💸⚽ Futbol üzrə dünya çempionatında oyunları idarə edən hakimlərin gəlirləri bəlli olub.
Mundiala baş hakim qismində dəvət olunan FIFA referiləri 70 000, onların köməkçiləri isə 25 000 dollar maaş alırlar. Qrup mərhələsindəki hər təyinat baş hakimlərə əlavə 3000 dollar qazandırır. Bu məbləğ 1/8 finaldan etibarən 10 000 dollara qalxacaq.
VAR-a nəzarət edənlərə hər oyun üçün 3000 dollar ödənilir. Qrup mərhələsindən sonra bonus 5000 dollar olacaq.
Qeyd edək ki, DÇ-2022-yə ümumilikdə 36 hakim, 69 köməkçi və 24 VAR referisi yollanıb.
Ermənistan parlamenti Azərbaycan Milli Məclisinə ünvanlanmış bəyanatı qəbul etməyib.
Bəyanatın mətnində olan “Dağlıq Qarabağ Respublikası”, “Artsax Respublikası”, “Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququ” və bir sıra başqa ifadələr hakim fraksiyanın xoşuna gəlməyib.
Hazırlanan sənəd layihəsini səsvermədə iştirak edən 97 deputatdan cəmi 29 nəfər dəstəkləyib.
Miqrasiya orqanlarının işçiləri hər ay maaşlarının 1,1 misli məbləğində vəzifə maaşlarına əlavə alacaqlar.
Gələn il yanvarın 1-dən miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilməyəcək, hər il onların aylıq əmək haqqının ikiqat həcmində maddi yardım göstərilməyəcək.
⚽ Dünya çempionatı: Argentina millisi 1/8 finala vəsiqəni təmin edir.
🇵🇱 Polşa 0:2 Argentina 🇦🇷
İŞİD terror təşkilatının lideri Əbülhəsən Əl-Həşmi Əl-Qureyşi öldürülüb. (Reuters)
Читать полностью…⚡ Müdafiə Nazirliyi:
Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsinin yolverilməz olduğunu bir daha xatırladırıq.
Rusiya Federasiyasının sülhməramlı kontingentinin 30.11.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonudur, “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müvafiq olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR.
SON DƏQİQƏ❗️İranda 5,7 bal gücündə zəlzələ oldu
İranın cənubundakı Hörmüzqan əyalətinin Kunq şəhərində zəlzələ baş verib.
Tehran Universiteti Seysmologiya Mərkəzindən verilən yazılı açıqlamaya görə, episentri Kunq şəhərində olan 5,7 bal gücündə zəlzələ yerli vaxtla saat 18:47-də qeydə alınıb.
Almaniya və Yunanıstan istehsalı olan Türkiyəyə qarşı çəkilmiş “Odda - İki bacı” ("Sisters apart") filminin nümayişinin planlaşdırdığına görə Bakıda "Landmark"ın qarşısında etiraz aksiyası keçirilib.
Onlar əllərində tutduqları plakatlarla Türkiyəyə dəstək nümayiş etdirib, "Terrora son!", "Yaşasın Azərbaycan, Türkiyə!" şüarlarını səsləndiriblər.
SON DƏQİQƏ❗️Goranboyda zəlzələ baş verib.
Zəlzələnin maqnitudası 3.8, dərinliyi 20 km olub.
SON DƏQİQƏ❗️Mövqelərimiz yenidən atəşə tutuldu
Noyabrın 30-u saat 14:40-dan saat 15:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Mədəniyyət Nazirliyi Türkiyə əleyhinə filmin Azərbaycanda nümayişinə münasibət bildirib:
"Odda - İki bacı" filmi ilə bağlı bildiririk ki, sözügedən filmə nazirlik tərəfindən yayım vəsiqəsi verilməyib və istər nazirliyin tabeliyində fəaliyyət göstərən “Nizami” Kino Mərkəzində, istərsə də ölkədəki özəl kinoteatrlarda həmin filmin nümayişi nəzərdə tutulmayıb.
Filmin qeyri-kino profilli hansısa məkanda nümayişinə gəldikdə isə bildiririk ki, bu kimi məsələlərin həlli Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil.
Bununla belə, nazirlik sözügedən filmin qeyri-kino profilli müəssisədə nümayişini məqbul hesab etmədiyini bildirir
⚡MN: Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə çağırırıq.
Читать полностью…DƏHŞƏT❗Beyləqanda ailə güllələnərək qətlə yetirilib.
Beyləqan rayonu Tatarlar kəndində bir ailənin üzvləri - ata, ana və 2 oğlu ov tüfəngi ilə öldürülüb.
1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Şəki səfəri ilə bağlı maraqlı paylaşım edib.
Читать полностью…⚡Milli Məclisin deputatı Fəzail Ağamalı:
Biz heç bir tərəddüd etmədən Laçın dəhlizində öz nəzarət postumuzu yaratmalıyıq. Mətbuatdan bəlli olur ki, İrandan dünən 14 nəfər şəxsiyyəti, əməli, niyyəti olan olmayan şəxslər gəlib Xankəndinə.
Ehtimallar var ki, bunlar İranın xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. Bunlar nəyə görə gəliblər?
İlham Əliyev və Mehriban Əliyeva Şəkiyə səfər ediblər.
İlham Əliyev Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.
🇦🇿 Laçın rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 2 il ötür.
Allah şəhidlərimizə rəhmət eləsin!
🇫🇷❗🇦🇿 Fransa parlamentinin aşağı palatası Azərbaycanın Ermənistana “təcavüzü”nün dayandırılmasını tələb edən qərəzli qətnamə qəbul edib.
Qətnaməyə 256 deputat lehinə səs verib, əleyhinə isə səs verən olmayıb.
⚽ Dünya çempionatı: Qrup lideri olan Fransa millisi Tunisə məğlub oldu.
🇹🇳 Tunis 1:0 Fransa 🇫🇷
SON DƏQİQƏ❗Kəlbəcərdəki mövqelərimiz yenidən atəşə tutuldu
Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Misir Qasımlının vəziyyətindən narahatlığını Ukrayna Ombudsmanının diqqətinə çatdırıb.
S.Əliyeva Ukraynada saxlanılan və hazırda barələrində məhkəmə prosesi davam edən Azərbaycan Respublikası vətəndaşları Misir Qasımlı və Sübhan Quliyevin vəziyyətlərindən narahatlığını bildirərək, onların hüquqlarının təmin olunması ilə bağlı məsələni bir daha həmkarının diqqətinə çatdırıb.
Qarabağa qanunsuz buraxılan xaricilər kimdir?
Sülhməramlılardan daha bir özbaşınalıq
Qarabağda müvəqqəti məskunlaşmış rusiyalı sülhməramlılar mandatlarına zidd daha bir addım atıblar.
Rusiyalı sülhməramlılar tərəfindən Qarabağ ərazisində 14 xarici ölkə vətəndaşının keçidi təmin olunub. Onların xarici ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları və ya digər müvafiq təyinatlı şəxslər olması haqda məlumatlar var.
Mənbə bildirib ki, hazırda məsələ araşdırılır və müvafiq dəqiqləşdirmədən sonra Qarabağa keçidi təmin olunmuş xaricilərin kimliyi haqda əlavə məlumat veriləcək.
⚡Azərbaycanda telefonların İMEİ nömrəsinin dəyişdirilməsinə və ya surətinin köçürülməsinə görə:
• Fiziki şəxslər 300 manatdan 400 manatadək,
• Vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək,
• Hüquqi şəxslər 3 000 manatdan 4 000 manatadək məbləğdə cərimə ediləcək.
Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə:
• Fiziki şəxslər 600 manatdan 800 manatadək,
• Vəzifəli şəxslər 2 000 manatdan 2 500 manatadək,
• Hüquqi şəxslər 9 000 manatdan 12 000 manatadək məbləğdə cərimə olunacaq.
Əfqanıstanın şimalında yerləşən Samanqan vilayətində dini məktəbdə partlayış baş verib.
“ @Baku_es ” “Tolo News” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində azı 15 nəfər həlak olub, daha 27 nəfər isə yaralanıb.
Məlumata görə, partlayış günorta namazı vactı baş verib.