⚽ Dünya çempionatı: Fransa millisi Polşa üzərində qələbə qazanaraq 1/4 finala vəsiqəni təmin edir.
🇫🇷 Fransa 3:1 Polşa 🇵🇱
Sumqayıtda 1 və 5 yaşlı uşaqlar evdə yanaraq ölüb. Faktla bağlı araşdırma aparılır.
Читать полностью…“Günəşli” yatağında baş verən faciədən 7 il ötür.
2015-ci il dekabr ayının 4-də “Günəşli” neft yatağı platformasının cənub bölməsində baş vermiş dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb. 2020-ci ilin may ayında daha üç neftçinin cəsədi dənizdən tapılıb.
Qəza baş verən zamanı platformada olan 63 işçidən 33 nəfəri xilas edilib.
Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub.
⚡ Müdafiə Nazirliyi:
Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilmişdir.
Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında yaşayış məntəqələrimizin adlarını tərəfimizdən göndərilən rəsmi sənəd və xəritələrə uyğun qaydada düzgün toponimlərlə ifadə etməyə çağırırıq.
Buzovnada bir ailənin 3 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Nofəl Səfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 128, 181.3.3 maddələri irəli sürülüb.
SON DƏQİQƏ❗Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeyi atıcı silahlardan atəşə tutulub.
Читать полностью…40 MİN MİNA❗Gamış dağı və Sarıbaba dağlarını əhatə edən 93 kilometrlik ərazidə piyadalar əleyhinə təqribən 40 min mina yerləşdirilmiş təhlükəli sahələr var.
Читать полностью…❗Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “AzerGold” QSC-nin mütəxəssisləri Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Xankəndiyə daxil olublar. (Caliber)
Читать полностью…SON DƏQİQƏ❗️Səbəb bilindi: Ekologiya və Təbii Sərvətlər Nazirliyi faydalı qazıntıların qanunsuz istismarını araşdırmaq üçün sülhməramlıların nəzarətində olan ərazilərimizə mütəxəssis qrupu göndərib.
Hazırda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn gələn ekoloji fəsadların araşdırılması və monitoriqi məqsədilə ekspertlərdən ibarət qrupun həmin ərazilərdə fəaliyyət göstərməsi sülhməramlı qüvvələrin komandanlığı ilə müzakirə olunur.
Masallıda 22 yaşlı qız intihar edib.
Hadisə rayonun Binə kəndində qeydə alınıb.
2000-ci il təvəllüdlü Nərmin Əliyeva yaşadıqları evin həyətində yerləşən talvardan özünü asaraq öldürüb.
Beyləqanda bir ailənin güllələnərək öldürülməsi hadisəsinin təfərrüatları məlum olub:
Qətli törədən Fuad Cəlilzadə ilə qətlə yetirilən qardaşlar Amin Quluzadə və Xəyal Quluzadə uzun müddət münaqişədə olublar. Hadisə baş verən gün qardaşlar Fuad Cəlilzadənin evinin damını daşlayıb, onun bu yaxınlarda vəfat etmiş bacısını söyərək qəbiristanlığa “söhbətə” çağırıblar.
Bundan sonra Fuad Cəlilzadə özünə məxsus ov silahı ilə ora gedib və hər iki qardaşı güllələyib. Hadisə yerində olmuş şəxslərin dediyinə görə, qətlə yetirilən qardaşların birinin əlində bıçaq olub.
Fuad Cəlilzadə daha sonra qardaşların yaşadığı evə gələrək onların valideynləri Nadir Quliyev və Tərgül Quliyevanı da güllələyib.
Fuad Cəlilzadə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək cinayət törətdiyini etiraf edib. (APA)
RƏSMİ❗Azərbaycan Ordusunun hərbi qulluqçusu - əsgər Məmmədov Elnur Ağazadə oğlu odlu silahdan açılmış atəş nəticəsində ölüb.
Читать полностью…🇮🇷 İranda əxlaq polisi ləğv edildi.
İranın baş prokuroru Məhəmməd Cəfər Montazerinin sözlərinə görə, “əxlaq polisi İslam Respublikasının hüquq-mühafizə sistemi ilə heç bir əlaqəsi olmadığı üçün ləğv edilib”.
İranın hüquq orqanları qadınlar üçün hicabın məcburi geyinilməsi ilə bağlı qaydaların dəyişdirilməsini nəzərdən keçirdiyini bildirib.
İranda İsrail kəşfiyyatı ilə əməkdaşlıqda təqsirli bilinən 4 nəfərə qarşı edam hökmü çıxarılıb və onlar bu gün edam edilib.
Читать полностью…Kəlbəcərdə mövqelərimiz atəşə tutulub
Dekabrın 4-ü saat 03:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
⚽ Dünya çempionatı: Argentina millisi Avstraliya üzərində qələbə qazanaraq 1/4 finala vəsiqəni təmin edir.
🇦🇷 Argentina 2:1 Avstraliya 🇦🇺
Argentina bu mərhələdə Niderland kollektivi ilə qarşılaşacaq.
SON DƏQİQƏ❗Rusiya sülhməramlılarının komandanı Azərbaycan toponimlərinin düzgün yazılmamasında Rusiya MN-ni günahlandırıb.
Sülhməramlıların komandanı general-mayor Andrey Volkov: Azərbaycan toponimlərinə hörmətlə yanaşırıq. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindən bütün toponimləri Azərbaycan tərəfinin bizə göndərdiyi adlarla yazırıq.
Amma təəssüf ki, Rusiya Müdafiə Nazirliyinin saytında bu adlara düzgün əməl edilmir. Lakin qeyd etdiyim kimi, biz sülhməramlılar bütün toponimləri düzgün təqdim edirik. Yoxlaya da bilərsiniz
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdəki mütəxəssislər Şuşaya qayıdıblar.
Onlar Xocalıda sülhməramlı qüvvələrin qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələri davam etdirdikdən sonra 18.00 radələrində Şuşa şəhərinə qayıdıblar.
SON DƏQİQƏ❗Azərbaycan XİN İrana NOTA verdi
SƏBƏB: 14 nəfər İran vətəndaşının sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə daxil olması.
Erməni KİV: 3 saatdan çox davam edən danışıqlar başa çatıb. Hazırda Laçın dəhlizində hərəkət bərpa edilib.
Читать полностью…Sadəcə 3 Gün İrşadın "Yasamal" və "Qəbələ" mağazalarında səni ŞAD GÜNLƏR gözləyir! 🥳
3-4-5 dekabr tarixlərində "Yasamal" və ya "Qəbələ" mağazalarına get və sənə uyğun məhsulu aşağıdakı şərtlərlə əldə et! 😍
🤩 Bütün smartfonlar, aksesuarlar və notbuklar 12 aylıq İLKİN ÖDƏNİŞSİZ VƏ FAİZSİZ!
🤩 Məişət texnikası, kombilər TV-lər 18 aylıq İLKİN ÖDƏNİŞSİZ, FAİZSİZ və KOMİSSİYASIZ!
🤩 Nağd, taksit kartları və 3 aylıq hissəli alış zamanı 50%-dək #ENDİRİM fürsəti!
Ünvanlar:
👉Yasamal mağazası - Şərifzadə küçəsi 162 (İnşaatçılar metro stansiyası yaxınlığı)
👉Qəbələ mağazası – Həzi Aslanov küçəsi 5 (Cümə məscidinin yaxınlığı)
Əlavə məlumat üçün:
☎️ *0171
🌐 https://irshad.az/
📱 WhatsApp: 077 777 01 71
Ağstafada "Təbriz" hotelində əxlaqsızlıq yuvası aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb.