Oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə nahar verilib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Telegramın ən Möhtəşəm Film kanalına hərkəsi dəvət edirik
👇👇👇
/channel/+b41mRHw4ZIk3NTAy
Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstanda baş verən zəlzələ ilə bağlı başsağlığı verib.
XİN bununla bağlı "X" hesabında paylaşım edib:
"Əfqanıstanın Herat şəhərində yüzlərlə insanın həyatına son qoyan dağıdıcı zəlzələ xəbəri dərindən kədərləndi. Bu faciədə həlak olanların ailələrinə başsağlığı veririk. Fikirlərimiz və dualarımız Əfqanıstan xalqının yanındadır", - deyə XİN-dən bildirilib.
Prezident: Ermənistanla sülh müqaviləsi imzalansa, Cənubi Qafqazda yeni bir siyasi vəziyyət yaranacaq
Читать полностью…❗️MN: Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter zərərsizləşdirilib
Oktyabrın 8-i saat 12:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrakopter Azərbaycan Ordusunun Kəlbəcər rayonu Qılınclı dağı istiqamətində yerləşən bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərib.
Bölmələrimiz tərəfindən aşkar olunan kvadrakopter xüsusi texniki vasitələrlə zərərsizləşdirilib.
“Tik Tok”da “Baboş” ləqəbi ilə tanınan Babək Cabbarov iddialara görə polis əməkdaşları tərəfindən saxlanılıb.
“ Patrul.az ” ın əldə etdiyi məlumata görə, Babək Cabbarov “Tik-Tok” sosial şəbəkəsində canlı yayın açdığı zaman vətən torpağı uğrunda canı və qanı bahasına döyüşən qazimizə nalayiq xoşagəlməz ifadlər işlədib.
Yekun nəticədə Qazimiz “Babək Cabbarov”-un olduğu məkana yəni dərnəgül yolu deyilən ərazidə “Çingiz Xan” restoranının yaxınlığına bir neçə qazi ilə yaxınlaşıb. Bundan sonra əraziyə 17-ci Polis bölməsinin bir neçə əməkdaşı cəlb edilib.
Nəticədə Babək Cabbarov Polis əməkdaşları tərəfindən saxlanılaraq Polis bölməsinə aparılıb.
Mövzuya yenidən qayıdacağıq.
Xidmət müddəti başa çatan hərbi qulluqçuların tərxis olunması üzrə tədbirlər davam edir
Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunda həyata keçirilən tədbirlər davam edir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə nazirinin əmrinə əsasən hərbi hissələrdə xidmət müddəti başa çatmış ordudan tərxis olunan hərbi qulluqçuların yola salınma mərasimləri keçirilir.
Xidmət müddəti ərzində verilən tapşırıqların icrasında fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılır.
Azərbaycanın 8 kəndi hələ də Ermənistanın işğalı altındadır
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı bildirib.
Dövlət başçısı bu kəndlərin işğaldan azad olunmasının vacibliyini vurğulayıb.
“Biz vəziyyətin təcili olaraq deeskalasiyasına çağırırıq”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında paylaşım edib.
Həm İsraildə, həm də Qəzza zolağında çoxsaylı mülki şəxslər arasında faciəvi şəkildə həlak olanlara görə başsağlığı verilib:
“Biz İsrail-Fələstin münaqişəsi zonasında mülki şəxslərə qarşı zorakılığı pisləyirik
❗️AZAL İsrailə və əks istiqamətdə bütün reysləri ləğv edib.
Bildirilib ki, aviaşirkətin prioriteti uçuşların və sərnişinlərin təhlükəsizliyidir:
▪️ Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların həyata keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.
▪️ Təl-Əvivə bileti alan sərnişinlər pulun tam geri qaytarılması və ya pulsuz bilet dəyişdirilməsi hüququna malikdirlər.
▪️ Aviaşirkət hazırda Təl-Əvivə aviabiletlərin satışını növbəti xəbərdarlığa qədər dayandırıb.
Paşinyan Qranadada Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazisini 86,6 min km² kimi tanıyan Bəyanatı imzalayıb
Ermənistanın Baş naziri Nikol Paşinyan Qranadada (İspaniya) Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Aİ, Almaniya və Fransa liderləri ilə görüşdə Qarabağ da daxil olmaqla, Azərbaycanın 86,6 min kv.km ərazisini tanıyan Bəyanat imzalayıb.
Bəyanatın mətni Aİ Şurası tərəfindən yayılıb.
Vurğulanıb ki, tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar.
Prezident : Biz iki lider kimi Azərbaycan və Gürcüstan arasında dostluq, qardaşlıq əlaqələrini gücləndiririk
Читать полностью…“Di Si Yunayted” baş məşqçisi Ueyn Runi ilə yolları ayırıb.
Bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Qeyd edək ki, Ueyn Runi ötən ilin yayında “Di Si Yunayted”ə baş məşqçi təyin olunmuşdu.
🇦🇿🇮🇱 İsraildəki hadisələrdə həlak olan və ya yaralanan Azərbaycan vətəndaşları haqqında məlumat yoxdur.
Bu barədə ölkənin İsraildə səfirliyi bildirib.
Bu gün ölkə ərazisində əsasən yağmursuz hava gözlənilir.
Bakıda və Abşeron gecə 15-19° isti, gündüz 22-27° isti proqnozlaşdırılır.
Rayonlarda havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.
Səhər bəzi rayonlarda duman müşahidə ediləcək.
❗️🇮🇱🇦🇿Alov qüllələrində İsrail bayrağının yansıdılması xəbəri yalandır. Görüntülər 2015-ci ilə aiddir.
Читать полностью…Putin: Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb və məsələ bitib
Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb.
Bunu Rusiya Prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bildirib.
O, Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını və məsələnin bununla bitdiyini qeyd edib: “Ermənistan Qarabağın statusu məsələsini həll edib. Qarabağ rəsmi olaraq Azərbaycanın tərkibinə keçib”.
❗️Xırdalanda qadını soyuq silahla hədələyən şəxs saxlanılıb
Sosial şəbəkələrdə Xırdalan şəhərində qadının bir şəxs tərəfindən hədələnməsini əks etdirən görüntülər yayılıb.
DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, görüntülərdən məlumatlıyıq. Həmin şəxs ərazidə xidmət aparan Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq müvafiq polis orqanına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.