Azərbaycanda təxminən üç həftədir "TikTok" sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb. Amma məhudiyyətin davam etməsinə baxmayaraq, hələ də "TikTok"dan istifadə edənlərə rast gəlinir.
Bəziləri müxtəlif VPN proqramları vasitəsilə "TikTok" sosial şəbəkəsindən istifadəni davam etdirirlər. Amma çoxsaylı VPN-lər mövcud olsa da, əksər istifadəçilər bu proqramın yaratdığı risklərdən xəbərdar deyil.
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev İqtisadiyyat.az-a açıqlamasında VPN-nin yol açdığı təhlükələrdən danışıb.
Onun sözlərinə görə, VPN istifadəçinin şəxsi məlumatlarını asanlıqla öyrənə bilir. Mütəxəssis deyir ki, bu proqram iki kompüter cihazı arasında olan məlumatları virtual tunel vasitəsilə şifrələyərək ötürən bir texnologiyadır:
"Yəni VPN qurulmuş cihazlarda informasiya şifrələnir və digər tərəfdə deşifrələnir. Bununla bağlı bir sıra VPN proqramları mövcuddur.
🇦🇿🇹🇷 Türkiyənin xarici işlər naziri Füzulidən Şuşaya avtomobili özü idarə etdi
📹 Qarabağa səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidan Füzuli hava limanında həmkarı Ceyhun Bayramovla görüşüb.
Görüşdən sonra Hakan Fidan onun üçün ayrılan xüsusi avtomobilə minərək Ceyhun Bayramovla Şuşaya doğru hərəkət ediblər.
🚙 Avtomobili isə Hakan Fidan idarə edib
🇦🇿 Prezidentin sərəncamı ilə:
• Elçin Nəriman oğlu Hüseynli Azərbaycanın Hindistandakı səfiri təyin edilib
• Ruslan Rafael oğlu Nəsibov Azərbaycanın Efiopiyadakı səfiri təyin edilib.
“İşğaldan azad olunmuş ərazilərlə bağlı Böyük Qayıdış Proqramı bizim dövlətimizin əsas prioritetləri sırasındadır. Bu Proqram çərçivəsində keçmiş məcburi köçkünlər artıq Laçına, Füzuliyə, Ağalı, Zabux və Talış kəndlərinə köçürülüb”.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın sədrliyi ilə Şuşa şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında çıxışı zamanı bildirib.
Qarşıdan gələn 3 ildə təxminən 100 minə yaxın keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasının planlaşdırıldığını vurğulayan nazir deyib: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi ilə yanaşı, əhalinin davamlı şəkildə köçürülməsi və layihələrin icra olunması bu ərazilərin inkişaf etmiş regiona çevrilməsinə şərait yaradır”.
Sabah ölkədə hava arabir tutulacaq, temperatur bir qədər qalxacaq.
Bakıda və Abşeronda gecə 12-15° isti, gündüz 16-20° isti təşkil edəcək, paytaxt bölgəsində bəzi yerlərdə yağış gözlənilir
Respublikanın bölgələrində ayrı-ayrı yerlərdə leysan olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Bölgələrdə gecə 10-15° isti, gündüz 18-23° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti proqnozlaşdırılır.
Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının namizədi Tiqran Avinyan İrəvan şəhərinin meri seçilib.
Bu gün İrəvanın Ağsaqqallar Şurasının ilk iclasında bununla bağlı səsvermə keçirilib.
İclasda şuranın 65 üzvündən 37-si iştirak edib. 32 üzv Avinyanın namizədliyinin lehinə səs verib.
Xatırladaq ki, İrəvanda Ağsaqqallar Şurasına seçkilər sentyabrın 17-si keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Oktyabrın 11-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Bu mərhələdə Füzuli şəhərinə daha 21 ailə - 88 nəfər köçürülür.
Bununla da, Böyük Qayıdış proqramı çərçivəsində Füzuli şəhərində 165 ailə, yəni 602 nəfərin daimi məskunlaşması təmin ediləcək.
14 yaşlı "həyat yoldaş"ını qətlə yetirən Alim saxlanıldı
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Ləmbəli kəndində 14 yaşlı “həyat yoldaşı” Aytac Şahmarovanı qətlə yetirməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Alim Sadiqov 3 günlük axtarışlardan sonra saxlanılıb.
Yerli sakinlərin sözlərinə görə, A. Sadiqov qeyri-rəsmi nikahda olduğu Aytac Şahmarovaya odlu silahdan 3 dəfə atəş açaraq xəsarət yetirib, yeniyetmə aldığı güllə yarasından hadisə yerindəcə keçinib.
“Müxtəlif yerlərdə şagirdlər üçün su qabları satılır. Özüm bir neçə mağazada yoxlamışam. Satışda çox keyfiyyətsiz su qabları var”.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat Naqif Həmzəyev bildirib.
“Buna ümumiyyətlə nəzarət olunmur. Bir neçəsini aldım, içərisində su saxladım, üç gündən sonra iy verir və ya orada göbələklər əmələ gəlir. Biz diqqətimizi polietilen torbaya yönəltmişik, amma böyük problem olan su qablarının monitorinqi də aparılmalıdır. Ciddi nəzarət mexanizmi qurulmalıdır ki, uşaqlarımızı zəhərləməyək. Əks təqdirdə uşaqlarımızı başqa xəstəliklərə yoluxacaq”, – o deyib.//Demokrat
❗Bakıda yüksək sürət və ehtiyatsızlıq ağır qəzaya səbəb olub.
Görüntülərdən aydın olur ki, sürət həddini yüksəldən avtomobil qarşıda hərəkətdə olan 99-HV-691 dövlət qeydiyyat nişanlı “Mercedes Vito” markalı maşına çırpılıb.
Qəza törədən avtomobilin yolun sol hissəsindən qəfil hərəkət zolağına çıxan itə xəsarət yetirdiyi də ehtimal olunur.
🇮🇱İndiyə qədər baş verən ixtişaşlarda İsraildə 1008 ölü və 3400-dən çox yaralı var.
İsrail Səhiyyə Nazirliyi
Milli Məclis İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə bağlı bəyanat qəbul edəcək
Читать полностью…İkinci Qarabağ müharibəsindən sonrakı üç il ərzində erməni separatçıları Qarabağda 500 min mina basdırıblar.
Məlumata görə, separatçılar 480 km uzunluğunda yeni təmas xətti yaratmağa cəhd ediblər. Üç il ərzində onlar həmin xətt üzrə 519 yeni döyüş postu yaradıblar.
Qeyd edək ki, 10 noyabr 2020-ci ildən 6 oktyabr 2023-cü ilədək Qarabağ və Şərqi Zəngəzurda 191 mina partlayışı baş verib, nəticədə 329 Azərbaycan vətəndaşı mina qurbanı olub, onlardan 63-ü həlak olub. Ölənlərin 48-i mülki, 15-i isə hərbçi olub.
Xatırladaq ki, Ermənistan işğal olunmuş ərazilərdə bir milyondan çox mina basdırıb.
İlham Əliyev: “İran vasitəsilə Naxçıvana yol çəkilməsi üçün razılıq əldə olunub”
“Azərbaycan, eyni zamanda, etibarlı tranzit ölkədir və bizim nəqliyyat-logistika infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır”.
Bu barədə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına müraciətində deyib.
“Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq biz Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyirik.
Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır”, - dövlət başçısı bildirib.
Qəzza zolağında 187 000-dən çox insan məcburi köçkün vəziyyətinə düşüb, say artmağa davam edəcək. (BMT)
Читать полностью…🇷🇺🇵🇸 Ramzan Kadırov Fələstini dəstəkləyib və həmçinin bildirib ki, “zərurət yaranarsa, bölmələrimiz asayişi bərpa etmək və hər hansı fitnəkarlara qarşı çıxmaq üçün sülhməramlı qüvvələr kimi fəaliyyət göstərməyə hazırdır”
Читать полностью…“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 2023-cü il ərzində Qarabağ və Şərqi Zəngəzurda daha 12 yol layihəsinin başa çatdırılmasını hədəfləyirik”.
Bunu AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov “Azərbaycan” qəzetində dərc edilən “Zəfər yollarının qüdrətli qurucusu” adlı məqaləsində qeyd edib.
“O cümlədən hazırda bu ərazilərdə icra olunan yol infrastrukturu layihələrində ümumi uzunluğu 66 km-ə yaxın olan 39 avtomobil tunelinin inşasının həyata keçirildiyini bildirib. Ümumilikdə isə işğaldan azad edilmiş ərazilərimizdə 2026-cı ilə qədər 2 300 kilometrə yaxın 20 avtomobil yolu layihəsinin icrası nəzərdə tutulur”, - S.Məmmədov əlavə edib.
❗️Sumqayıt və üç rayonda 130 ağac qanunsuz kəsilib, cinayət işi açılıb
Araşdırmalar zamanı Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsi, Beyləqan rayonunun Sitilçilik qəsəbəsi, Lənkəran rayonunun Günəhir, İsmayıllı rayonunun Quşencə və Diyallı kəndləri ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 130 ədəd müxtəlifcinsli ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 40 min manatdan çox ziyan vurulması müəyyən edilib.
Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
"Sülh müqaviləsinin imzalanmasına qədər itirilən hər gün Ermənistanı daha böyük itkilərə yaxınlaşdırır".
Bunu Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov “Azərbaycan” qəzetindəki məqaləsində qeyd edib.
Onun sözlərinə görə, tarixə qovuşmuş "Dağlıq Qarabağ münaqişəsi"nin ən böyük ziyanını elə erməni xalqı, Ermənistan Respublikası çəkdi və hələ də çəkir: "Avantürist rəhbərlər onu böyük məhrumiyyətlərə, dərin böhrana məhkum etdi. Siyasi xaos, iqtisadi və sosial tənəzzül, korrupsiyalaşmış dövlət aparatı, darmadağın edilən ordu və utancverici məğlubiyyət, nəhayət, vətəndaş qarşıdurması, xaricə kütləvi miqrasiya və erməni xalqının faciələrini əks etdirən digər belə amillər Ermənistanın artıq geriyədönməz son iflas astanasında olduğunu göstərir. Erməni ictimaiyyətində öz həyatlarında yeni səhifə açmaqla bağlı çağırışların kütləviləşməsi ümid yaradır ki, bu ölkə sülh müqaviləsinin təcili imzalanmasına səmimi çalışacaq".
Bir fotoda 4 Şəhid..
Şəhid Murad Abbasov
Şəhid Mahsun Bağırzadə
Şəhid Xəyal Əhmədov
Şəhid Orxan Şirinov
Ruhunuz şad olsun !