Lənkəranda bank işçisi intihar etdi
“Yelo Bank” ASC-nin Lənkəran filialının işcisi Rəşad Ramiz oğlu Kərimov özünü asaraq intihar edib.
Lerikin Hamarmeşə kəndindən olan R.Kərimov intiharı Lənkəran rayonunun Rvo kəndində, şadlıq sarayının arxasındakı meşə massivində edib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər.
Azərbaycan millisi Avstriyaya uduzub
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə bitib - 1:0.
DİN: Tərtərdə minalardan tam təmizlənməmiş ərazilərə qanunsuz yollarla daxil olmağa çalışan 8 nəfər saxlanılıb
Читать полностью…DİQQƏT❗️İnstagram səhifəmizdə problem yarandığı üçün, problem aradan qaldırılanadək aşağıda qeyd etdiyimiz səhifədə fəaliyyətimizə davam edəcəyik 👇🏻👇🏻👇🏻
https://instagram.com/mybaku.tv?igshid=MzRlODBiNWFlZA==
“Biz və bizim dağlar”a bayrağımızı vuran məmur işdən çıxarıldı
Azərbaycan Prezidentinin Qarabağ İqtisadi Regionu üzrə Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Araz İmanovun işdən çıxarılması ilə bağlı məlumat yayılıb.
A.İmanov “Qafqazinfo”ya açıqlamasında işdən çıxarılması ilə bağlı məlumatın doğru olduğunu bildirib.
O, işdən hansı səbəbdən ayrılması ilə bağlı şərh vermək istəmədiyini vurğulayıb.
Xatırladaq ki, A.İmanov sabiq deputat, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanovun oğludur.
Antiterror əməliyyatından sonra onun “Biz və bizim dağlar” abidəsi üzərində Azərbaycan bayrağı asıb foto paylaşılması böyük marağa səbəb olmuşdu. Sonradan mediada A.İmanovun bu hərəkətinin daşıdığı vəzifəyə uyğun olmadığı barədə yazılar dərc edilmişdi.
Qeyd edək ki, faktla bağlı ilk məlumatı Bakupost az yayıb.
Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə xəstəxanaya yerləşdirilib.
General bir neçə gün əvvəl infarkt keçirib və xəstəxanaların birinə yerləşdirilib.
Həkimlər Faiq Tağızadənin ürəyinə stent qoyublar.
Hazırda general amblator şəraitdə müalicəsini davam etdirir.
Dünən Bakı şəhər Xətai rayonu ərazisində yol qəzası baş verib.
Babək prospektində manevr qaydalarını pozan avtomobil “BMW” markalı digər avtomobilə toxunub. Nəticədə idarəetmədən çıxan minik avtomobili körpünün məhəccərini dağıdaraq köməkçi yola düşüb.
Hadisə ərazidən keçən digər nəqliyyat vasitəsinin videoqeydiyyat cihazı ilə anbaan lentə alınıb.
Türkiyə Latviyanı 4-0 hesabı ilə məğlub edərək Avropa Çempionatına vəsiqəni təmin etdi.
Читать полностью…RƏSMİ❗️Xankəndiyə komendant təyin edilib.
Bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, polis general-mayoru Sərdar Səfərov Xankəndi şəhərinə komendant təyin edilib.
Bakıda qətlə yetirilən Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş.
O, “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır. Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.
Hadisə qısqanclıq zəminində törədilib. A.Həşimov Y.Nərimanın başını kəsərək küçəyə atıb.
Prezident Füzuli şəhərində ikinci və üçüncü yaşayış kompleksinin və 240 yerlik uşaq bağçasının təməlini qoyub.
Читать полностью…Son bir ayda dəyəri 5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
Baş Narkotiklərlə Mübarizə İdarəsi son 1 ayda “qara” bazarda dəyəri 5 milyon manat olan 240 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
İdarə əməkdaşları son 1 ayda qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə bu maddələrin satışını təşkil edən şəxslərə qarşı Bakı, və Respublikanın digər bölgələrində silsilə əməliyyatlar zamanı 53 nəfəri saxlayıb.
Daha 96 nəfər Laçına qayıdır
Oktyabrın 16-da Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə Laçına daha 26 ailə (96 nəfər) köçürülüb.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 272 ailə, yəni 1052 nəfərin daimi məskunlaşması təmin edilib.