Ombudsman Gəncədə nənənin küçəyə atdığı uşaqların durumunu nəzarətə götürüb.
Ombudsmanın əməkdaşları xəstəxanada uşaqları ziyarət zamanı onların vəziyyətinin stabil və normal olduğu müşahidə edilib.
"Uşaqların hüquqlarının təmini vəziyyəti tərəfimizdən diqqətdə saxlanılacaq", - qeyd edilib.
📚📌 Noyabrın 16-dan ümumtəhsil məktəblərində 2023-2024-cü tədris ilinin beşgünlük payız tətili başlayır.
Payız tətili noyabrın 16-dan 20-dək olan dövrü əhatə edəcək.
Bakıda qadını öldürərək yandırmaqda təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib
Читать полностью…Qadınlar şənbə və bazar günü işləməsin - Deputatdan TƏKLİF
“Bir neçə il bundan əvvəl xarici həmkarlarla danışıqlar aparanda bildirdim ki, sizdə bir qanun var, qadınların şənbə və bazar günləri işləməməsi ilə bağlı. Onlar dedi ki, bu ailələri ilə vaxtların daha çox keçirilməsi ilə bağlıdır. Təklif edirəm ki, bəlkə bizdə də qadınlar şənbə və bazar günü işləməməsi ilə bağlı işlər aparaq” - Rauf Əliyev
📢 Azərbaycanda 85 000-ə yaxın şəxs aliment ödəyir
Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.
Qeyd edilib ki, Bakının 12 rayonu üzrə 26463, Azərbaycanın bölgələri üzrə 58157 aliment ödəyicisi var. Aliment ödənişində yaranan ən başlıca problem aliment ödəyicisinin daimi iş yerinin olmaması ilə bağlıdır. Bundan başqa borclunun aldığı məvaciblə ödəmə məbləğinin adekvat olmaması, faktiki yaşayış yerlərinin qeyd edilməməsi, aliment ödəyicilərinin özlərini süni şəkildə işsiz təqdim etmələri də ödənişlərin gecikməsinə səbəb olur.
Bu gün Vaqif Xaçatryanın növbəti məhkəməsi keçiriləcək
Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək.
Cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.
Gəncədə bacı-qardaş küçəyə atıldı
Uşaqlardan biri 4 aylıq körpə qız, digəri isə 3 yaşlı oğlan uşağıdır.
Həmin uşaqlar şəhərin mərkəzində tapılaraq Gəncə Şəhər Uşaq Xəstəxanasına gətirilib.
Qubadlının işğaldan azad edilməsinin 3 ili tamam olur
Azərbaycan Ordusu Vətən müharibəsinin 27-ci günü - oktyabrın 23-də Qubadlı ərazisinə daxil olaraq rayonun yaşayış məntəqələrini işğalçılardan təmizləməyə başlayıb.
Həmin gün Qubadlı rayonunun Zilanlı, Kürd Mahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad edilib.
Oktyabrın 25-də isə Azərbaycan Ordusu Qubadlı şəhərinin və Qubadlı rayonunun daha bir neçə kəndinin işğalına son qoyub.
Əliyev Aslan Zaur oğlu təhsil aldığı məktəb ərazisinə yaxın yerdə elektrik naqilinə toxunub. Nəticədə güclü yanıq xəsarətləri alan yeniyetmə xəstəxanaya yerləşdirilib.
Onun bir qolu amputasiya olunub.
Vəziyyəti ağır olaraq qalır.
Ermənistanda Vitali Balasanyana qarşı cinayət işi açılıb
Ermənistanın İstintaq Komitəsi Qarabağdakı keçmiş qondarma qurumun “sabiq təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan barədə qanunsuz silah saxlamaq faktı üzrə cinayət işi başladıb.
Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.
Onun sözlərinə görə, V.Balasanyan “Makarov” tipli tapançanı təhvil verib.
Qor Abramyan deyib ki, bu fakt üzrə ona qarşı qanunsuz silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma, göndərmə və ya gəzdirmə maddəsi üzrə cinayət işi başlanıb. Bu iş üzrə maksimum 3 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Fahişəliklə məşğul olan qadınlar üçün cəza nəzərdə tutan hüquqi müddəaların ləğv edilməsi təklif edilir.
Bu Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il məlumatında qeyd olunub.
Sənəddə fahişəliklə məşğul olan qadınlar üçün cəza nəzərdə tutan hüquqi müddəaların ləğv edilməsi, qadınları cinsi istismara məruz qoyan cinayətkarların, o cümlədən gəlir məqsədli cinsi əlaqəyə məcbur edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, qadınların tabe mövqeyinin və onlara “obyekt” kimi yanaşmanın bütün formalarına qarşı mübarizənin aparılması; fahişəliyi dayandırmaq istəyən qadınların yardım proqramları və alternativ gəlir imkanları ilə təmin edilməsi təklif edilir.
🇦🇿 Prezident təqaüdü antiterror tədbirləri zamanı həlak olan hərbi qulluqçuların ailələrinə təqdim edilib.
Bu barədə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.
AZAL rəhbərliyi Natiq Cəfərlini aviaşirkəti tənqid etməsi ilə bağlı qəbul edib.
Bu barədə N.Cəfərli "Facebook" səhifəsində məlumat verib.
N.Cəfərli qeyd edib ki, görüşdə bu günə kimi AZAL-ın ünvanına səsləndirdiyi tənqidlər və bununla bağlı formalaşan ictimai rəy barədə S.Rzayevə məlumat verib:
"Ən vacib məsələ, qiymətlərin baha olması ilə bağlı tənqidləri də normal qarşıladı, bu yöndə ciddi işlər apardıqlarını dedi, bəzi aksilayaların, məsələn, Türkiyədə oxuyan tələbələrə güzəştli biletlər satılmasının artıq həll olunduğunu, bu yanaşmanın başqa ölkələrdə oxuyan tələbələrə də şamil olunması üçün işlər görüldüyünü dedi. Qiymətlərin aşağı düşməsi üçün xərclərin azaldılması proqramı olduğunu söylədi, artıq keçən illə müqaisədə xərclərin 15% aşağı salınmasına nail olduqlarını, bunun da qiymətlərə təsir etdiyini dedi. Yaxın zamanlarda yeni qiymət endirimlərinin olacağını da söylədi".
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlər ərzində keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən daha 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı rayon sakinləri - Müzəffər Müzəffərov, Səbuhi Həsənov, Vüsal Şərifov, Kamran Allahverdiyev və Rəşad Abdullayev narkotik vasitələrin dövriyyəsində şübhəli bilindikləri üçün saxlanılıblar.
Şəxsi axtarış zamanı onlardan müxtəlif çəkilərdə heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılanların əksəriyyətinin əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi, oğurluq, soyğunçuluq və digər cinayət əməllərinə görə məhkum edildikləri məlum olub
Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bakıda dönərxana 16 uşağı xəstəxanalıq etdi
Bu gün Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdə təhsil alan 16 şagirddə müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilməsi haqqında məlumat daxil olub. Bu barədə BŞTİ-dən bildirilib. Məlumata əsasən, qeyd olunan təhsil müəssisələrinin müxtəlif siniflərində təhsil alan şagirdlərlə bağlı onların valideynləri (bir neçə şagirddə narahatlıq evdə müşahidə olunub), məktəblərin rəhbərliyi və “Məktəblinin dostu” layihəsinin əməkdaşları tərəfindən dərhal təcili-tibbi yardıma müraciət olunub. İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər müvafiq səhiyyə müəssisəsinə yerləşdirilib. Onlar müvafiq müayinə və müalicə proseduruna cəlb olunub. Məktəblərin rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və məktəbdə halı pisləşən şagirdlərin valideynlərinə də məlumat verilib.
Qalatasaray öz evində Bavariyaya 3-1 məğlub olur.
8' Kingsley Coman (as. Jamal Musiala) (0-1)
30' Mauro Icardi (penalti) (1-1)
72' Harry Kane (1-2)
79' Jamal Musiala (as. Harry Kane) (1-3)
Ermənistan Paşinyana görə Rusiyaya nota verdi
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Birinci Kanal”da nümayiş olunan “Tutti varisinin gəlincikləri. Nikol Paşinyan: Bəlaların xəbərçisi” verilişi ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.