baku_es | Unsorted

Telegram-канал baku_es - BakuES

187480

Operativ Xəbər kanalı 🌐 https://instagram.com/baku.es 🌐 https://www.facebook.com/baku.ess 🌐 https://bakues.az 🌐 https://www.tiktok.com/@bakuesaz 🌐 https://whatsapp.com/channel/0029VaCPb25A2pL3qXOUXz1n Reklam üçün WP: 070-584-84-0

Subscribe to a channel

BakuES

Bir vaxtlar Xankəndini tərk etdiyi maşınla ora qayıtmaq istəyir

Читать полностью…

BakuES

Ələt azad iqtisadi zonasının ərazisi 24 hektara yaxın genişləndirilir - SƏRƏNCAM

Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamla “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən, Bakı şəhəri Qaradağ rayonunun inzibati ərazisində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin bu Sərəncamın əlavəsindəki yerquruluşu planında göstərilmiş, dövlət mülkiyyətinə aid 23,74 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilir.

Sərəncamdan irəli gələn məsələlərin həlli İqtisadiyyat Nazirliyi, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə həvalə olunur.

Читать полностью…

BakuES

❗️“ƏDV geri al” ilə bağlı yenilik

Azərbaycanda vətəndaşların “ƏDV geri al” mexanizmi üzrə əldə etdiyi gəlirlərin vergidən azad edilməsi qanuniləşir

Milli Məclisin deputatı Vüqar Bayramov “Trend”ə açıqlamasında bildirib ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilir.

O qeyd edib ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, “ƏDV geri al”dan əldə edilən gəlirlər vergiyə cəlb edilməyəcək.

“Düzdür, 2023-cü və əvvəlki illərdə də bu gəlirlərə vergilər tətbiq olunmurdu, çünki dövlət bu sahədə təşviq siyasəti həyata keçirirdi. Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, həmin gəlirlərin vergidən azad olunması qanuniləşir və onun hüquqi bazası formalaşdırılır.

Bu da imkan verəcək ki, həmin gəlirlər növbəti ildən etibarən vergidən azad edilməsi Vergi Məcəlləsində öz əksini tapsın”, - deyə o əlavə edib.

Читать полностью…

BakuES

Xəbər verdiyimiz kimi, ötən gün Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə səhifəsi vasitəsilə evində qanunsuz silah saxlayan şəxslərə müraciət edib.

Artıq DİN rəsmisinin çağırışına cavab verən vətəndaşlar var.
Belə ki, bu barədə E.Hacıyev növbəti paylaşımında bildirib:

“Söz verdiyimiz kimi - döyüş silah-sursatı könüllü təhvil ver və biz də təşəkkür edək. Bu baş verdi. Xətai rayonunda vətəndaşlardan biri 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd daraq, 108 ədəd müxtəlif çaplı patron, 2 ədəd əl qumbarası və 5 ədəd alışqanı təhvil verib”.

Читать полностью…

BakuES

DİQQƏT❗️Dələduzlara aldanmayın

Читать полностью…

BakuES

Ermənistan-İran sərhədində yeni gömrük məntəqəsi tikiləcək

Bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan deyib.

Onun sözlərinə görə, Meğridə tikiləcək gömrük məntəqəsi bütün beynəlxalq standartlara cavab verəcək. Həmin məntəqənin istifadəyə verilməsi sənədləşmə prosedurlarını sürətləndirəcək və gömrük nəzarətinin səmərəliliyini artıracaq.

Читать полностью…

BakuES

RƏSMİ❗️"Tik-tok" sosial şəbəkəsinə qoyulan məhdudiyyət ləğv edilib

Читать полностью…

BakuES

Qərbi azərbaycanlıların şəxsiyyət vəsiqələrində doğulduqları şəhər və rayonların tarixi adları yazılacaq

Читать полностью…

BakuES

Bu yaxınlarda istifadəyə verilən Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolu ilə bağlı sürücüləri düşündürən bir məqam da yolda sürət həddidir. Hazırda yolun maksimal sürət həddi 110 km/saatdır. Lakin bəzi insanlar düşünür ki, magistral yoldur, pul vermişəm, yolda sürət daha yüksək olmalıdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə qeyd edib ki, Azərbaycandakı yollarda sürət həddi ilə bağlı qanunvericilikdə dəqiq məlumatlar var.

"Qanunvericiliyə görə, Azərbaycanda magistral yollarda maksimal sürət 110 km/saat təyin olunub. Yeni istifadəyə verilmiş Bakı-Quba ödənişli avtomobil yolunda da eyni sürət həddi nəzərdə tutulub. Sadəcə olaraq yol yeni istifadəyə verildiyi üçün radar yoxdur. Lakin ehtiyac yarandığı zaman aidiyyəti qurumlar tərəfindən müvafiq ərazilərdə (hansı tərəfdə məsləhətdirsə) quraşdırıla bilər. "

Читать полностью…

BakuES

Masazırda bıçaqlanan Pakistan vətəndaşlarından biri öldü

Abşeron rayonunun Masazır qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

" Bakues" apa-ya istinadən xəbər verir ki, hadisə Qurtuluş 93 yaşayış massivində 10 saylı binada baş verib. Hadisə nəticəsində bir pakistanlı ölüb, digəri ağır yaralanıb. Yaralanan şəxs xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, hadisəni törədən şəxs də Pakistan vətəndaşıdır və saxlanılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

Читать полностью…

BakuES

Lionel Messi 8-ci dəfə “Qızıl top”u qazanıb

Argentinalı hücumçu karyerasında 8-ci dəfə titula sahib çıxıb. 36 yaşlı futbolçuya mükafatı “İnter Mayami”nin sahibi, əfsanəvi ingiltərəli futbolçu Devid Bekhem təqdim edib.

Lionel Messi 2022-ci ilin noyabr-dekabr aylarında Qətərdə keçirilən dünya çempionatının qalibi olub. O, daha əvvəl 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olub.

Читать полностью…

BakuES

Əslən azərbaycanlı olan rus vətəndaşı müğənni Əlizadə - “Nahçivanda doğdum ben köylüyüm”

Şərh sizdə

Читать полностью…

BakuES

Bakıda avtomobil avtobus dayanacağına çırpıldı - Sürücünün boynu sındı

Bu gün saat 20:30 radələrində Bakı şəhər Nəsimi rayonu ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Honda İnsight” markalı avtomobil Cavadxan küçəsində sürücünün idarəetməsindən çıxaraq əks hərəkət zolağına daxil olub.
Nəticədə avtomobil yolun əks tərəfindəki avtobus dayanacağına çırpılaraq dayanıb.

Hadisə zamanı taksi kimi fəaliyyət göstərən avtomobilin sürücüsünün onurğası sınıb, o huşsuz halda sükan arxasında qalıb.

Qəza yerinə polis və təcili tibbi yardım briqadası cəlb edilib.

Читать полностью…

BakuES

Daha 20 ailə Laçındakı evlərinin açarlarını alıb.

Beləliklə Laçın şəhərinə ümumilikdə 315 ailə - 1 205 nəfər köçürülüb.

Читать полностью…

BakuES

Xocalıda bayrağımızı düşmənə təslim etməyən Natiqin son döyüşdüyü ərazi

Читать полностью…

BakuES

⚡️Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbi texnikaları planlı təmir üçün Rusiyaya yola salınır. (RF MN)

Читать полностью…

BakuES

⚡️Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin İdarə Heyətinin (İH) sədri Əfqan Cəlilov vəzifəsindən azad edilib.

O, nazirlik yanında Dövlət Dəniz və Liman Agentliyinin İH-nin sədr müavini təyin olunub. (Report)

Читать полностью…

BakuES

DYP üçün yeni avtomobillər alındı

Sosial şəbəkələrdə Dövlət Yol Polisinə aid yeni avtomobillərin fotoları yayılıb.

"Volvo S90" modelli yeni avtomobillər artıq xidməti maşın kimi istismara qəbul edilib.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin inspektoru, polis kapitanı Toğrul Nəsirli sorğumuza cavab olaraq yeni avtomobillərin alınmasını təsdiq edib: “DYP-nin istifadəsində olan bir sıra modellərlə yanaşı, hazırda sözügedən modelə aid avtomobil də xidməti istifadəyə verilib”.

Qeyd edək ki, BMW markasından sonra patrul avtomobilləri "Mercedes" markasına qismən keçid etmişdi. Həmçinin "Hyundai" və KİA-nın bəzi modelləri də xidməti avtomobil kimi istifadə olunur.

Читать полностью…

BakuES

Əvvəllər məhkum edilmiş 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partladıb.

Sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov və Susana Karakaşı qəsdən öldürməsi, Tərlan Fərəcova və Serkan Karakaşı, eləcə də onlara köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Keçirilmiş tədbirlərlə cinayətin törədilməsində istifadə edilən “İJ-18” markalı tüfəng, patronlar, barıt, benzin və digər əşyalar saxlandıqları yerlərdən aşkar edilərək götürülüb.

Təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Читать полностью…

BakuES

Baş Prokurorluq və DİN Sumqayıtdakı qətllə bağlı birgə məlumat yayıb:

Əvvəllər məhkum edilmiş 1987-ci il təvəllüdlü Müşfiq Tağıyev qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə onun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırıb, özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov və Susana Karakaşı öldürüb.Tərlan Fərəcov və Serkan Karakaşı, eləcə də onlara köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi yaralayıb.

Читать полностью…

BakuES

Bakıda 8 Noyabr - Zəfər gününə hazırlıq işləri aparılır.

Artıq küçələrdə xüsusi lövhələr quraşdırılır.

Читать полностью…

BakuES

Bakıda köməksiz vəziyyətdə qalan pişik xilas edilib.

Читать полностью…

BakuES

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının 4 vətəndaşı - Həbib Kaltayev, Məhərrəm Miriyev, Rəşad Tağıyev və Cəmşid Bədirzadənin ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, Həbib Kaltayevin dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə, eləcə də bu məqsədlə keçirilən döyüş təlimlərində iştirak etmə, Məhərrəm Miriyevin xuliqanlıq, Rəşad Tağıyev və Cəmşid Bədirzadənin isə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və onlar istintaqdan qaçıb gizləndikləri üçün beynəlxalq axtarışa veriliblər.

Читать полностью…

BakuES

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatıb

O
ktyabr ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb. Oktyabrın 1-dən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalınması oktyabrın 30-dək davam edib.

Qeyd edək ki, Sərəncamla 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988–2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.

Читать полностью…

BakuES

📷 Sumqayıtda evə silahlı basqın nəticəsində qətlə yetirilən Suzananın fotosu.

Читать полностью…

BakuES

⚡️Ceyhun Bayramov: “Sülh quruculuğu prosesi üçün yeni imkanlar yaranıb”

Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan ilə görüşü zamanı deyib.

Читать полностью…

BakuES

Ermənistan XİN sözçüsü guya Azərbaycan ordusunun antiterror tədbirləri zamanı əziyyət çəkən şəxslərin “statistika”sını açıqlayıb.

Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə Ermənistanın bu yalanına cavab verib.

“Bu, başqa bir saxtakarlıq və bacarıqsızlıq nümayişdir. Ermənistan XİN beynəlxalq ictimaiyyəti qəsdən çaşdırır”

Читать полностью…

BakuES

Mingəçevirdə qəza baş verib, avtomobil aşdı.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, oktyabrın 30-u saat 20 radələrində “Kia” markalı avtomobilin sürücüsü Vidadi Şükürovun idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

Читать полностью…

BakuES

Evdən qaçan 14 yaşlı qız canlı yayımda tapıldı

Читать полностью…

BakuES

Məcburi köçkün düşmüş soydaşlarımız tezliklə Xankəndiyə qayıdacaq.

Dövlət Komitəsi

Читать полностью…
Subscribe to a channel