baku_es | Unsorted

Telegram-канал baku_es - BakuES

187480

Operativ Xəbər kanalı 🌐 https://instagram.com/baku.es 🌐 https://www.facebook.com/baku.ess 🌐 https://bakues.az 🌐 https://www.tiktok.com/@bakuesaz 🌐 https://whatsapp.com/channel/0029VaCPb25A2pL3qXOUXz1n Reklam üçün WP: 070-584-84-0

Subscribe to a channel

BakuES

🇦🇿Baş Nazir Əli Əsədov İspaniyanın “Barselona” futbol klubunun Prezidenti Xuan Laporta ilə görüşüb

Azərbaycan futbolunun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, dünyanın aparıcı futbol klublarından biri olan “Barselona” ilə birgə layihələrin həyata keçirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəf iştirak edib.

Читать полностью…

BakuES

❄️Bu qış Bakıda güclü qar gözlənilirmi? - AÇIQLAMA

Ətraflı Web Saytımızda:
http://bakues.az 👈

Читать полностью…

BakuES

🎉 İkinci əl əşyalar – PULSUZ və ya UCUZ qiymətə🎉

🛒İstifadə etmədiyiniz ikinci əl əşyanı ehtiyacı olanlara pulsuz və ya uyğun qiymətlə təklif edin! Həm qənaət et, həm də təbiəti qoru!🌍
---------------------------------------------------
📢Məhsullar:

📌Mebellər: Divan, kreslo, masa, yataq, şkaf, stul, dolab
📌Elektronika: Televizor, mikrodalğa soba, soyuducu, paltaryuyan maşın
📌Mətbəx Əşyaları: Toster, blender, qəhvə maşını, tava və qazan dəstləri
📌Dekor və Aksesuarlar: Güzgü, divar şəkilləri, çilçıraq, xalça
📌Digər: Uşaq arabası, kitab rəfi, kitablar, idman avadanlığı (dumbbell, yoga matı)
---------------------------------------------------
🏠Təmiz, işlək vəziyyətdə olan əşyaları sərfəli qiymətlərlə əldə etmək istəyirsinizsə, linkə keçin!

Читать полностью…

BakuES

🇦🇿Muxtar Babayevin COP29-un kiçikyaşlı ziyarətçisi ilə səmimi videosu

Читать полностью…

BakuES

🇦🇿Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb.

Читать полностью…

BakuES

❗️İçərişəhərin maraqlı qonaqları

Читать полностью…

BakuES

🇦🇿Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

Читать полностью…

BakuES

⚠️COP29 çərçivəsində TDT ölkələri arasında meteorologiya sahəsində əməkdaşlıq yolları müzakirə olunacaq

Читать полностью…

BakuES

🇦🇿Hikmət Hacıyev Ermənistanın Azərbaycana qarşı ekoloji terroru ilə bağlı görüntülər paylaşıb:

Читать полностью…

BakuES

⚽️Fatih Terim Qurban Qurbanovla COP29-da

Читать полностью…

BakuES

Azərbaycan millisi UEFA Millətlər Liqasının 5-ci turu çərçivəsində keçirilən matçda Estoniya ilə 0-0 hesablı heç-heçə etdi.

Читать полностью…

BakuES

RƏSMİ❗️DİN mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov Bakues.az -a bildirib ki, Görüntüdəki şəxslər müəyyən olunub. Hazırda araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək.

Ətraflı Web Saytımızda:
http://bakues.az 👈

Читать полностью…

BakuES

❗️"Barselona" klubunun prezidenti Bakıya gəlib

“Ölkənizdə olmaqdan məmnunam”.

Bakues.az xəbər verir ki, bunu hava limanında jurnalistlərə açıqlamasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə Bakıya gələn İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laporta deyib.

O dəvətə görə Azərbaycana təşəkkür edib:

“Mən Bakıya sammitə görə gəlmişəm. Ölkənizdə olmaqdan məmnunam. Azərbaycana təşəkkür edirəm”.

Читать полностью…

BakuES

❗️AYNA: Noyabrın 18-dən başlayaraq 4 və 10 nömrəli marşrutların hərəkət sxemləri bərpa ediləcək.

Читать полностью…

BakuES

💰Azərbaycanda orta aylıq əməkhaqqı 8 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 8 % artaraq 993 manat təşkil edib.

Читать полностью…

BakuES

❗️Şəhərə gələn turistlər əyləncə məkanlarına axın edir

Читать полностью…

BakuES

🇦🇿 İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konietzko, Beynəlxalq Avarçəkmə Federasiyasının prezidenti Jan Kristof Rollan və Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Klaudio Şermi ilə görüşüb.

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Azərbaycan paytaxtının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu dedi və bu gün Bakıda COP29 ilə əlaqədar keçiriləcək avarçəkmə yürüşünün yüksək səviyyədə təşkil edildiyini və bunun üçün hər cür şəraitin yaradıldığını qeyd etdi.

COP29-un əhəmiyyətinə toxunan Prezident İlham Əliyev qonaqların bu tədbirdə iştiraklarına görə minnətdarlığını bildirdi.

Bu tədbirin ən yüksək səviyyədə təşkil edildiyini deyən Tomas Konietzko burada iştirakçıların rahatlığı üçün hər cür şəraitin yaradıldığını vurğuladı.

Prezident İlham Əliyev COP29-a hazırlıq vaxtının az olmasına baxmayaraq bütün təşkilati işlərin qısa zamanda həyata keçirildiyini qeyd etdi.

Qonaq Qarabağa, Suqovuşana səfər etdiklərini məmnunluqla deyərək, orada görülən bərpa-yenidənqurma işlərinin, idmanın inkişafının, o cümlədən avarçəkmə üçün yaradılan şəraitin çox böyük təəssürat bağışladığını dedi. O, ölkəmizdə kanoe idman növü üçün də yaxşı şəraitin yaradıldığını vurğuladı və buna görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Azərbaycanın idmanın, o cümlədən idmanın avarçəkmə növünün inkişafında böyük rol oynadığını deyən qonaq bunun da ətraf mühitin qorunmasına töhfə verdiyini bildirdi.

Qonaqlar dövlətimizin başçısına xatirə hədiyyələri təqdim etdilər.

Читать полностью…

BakuES

🇦🇿COP29-a gələn qonaqların şəhərdə əyləncəli anları

Читать полностью…

BakuES

❗️COP29-da 75 984 nəfər qeydiyyatdan keçib.

Qeydiyyatdan keçənlərin 57 160-ı əcnəbidir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasıda 197 ölkədən nümayəndə iştirak edir.

Onu da qeyd edək ki, COP26-da qeydiyyatdan keçənlərin sayı 44165, COP27-də 54109, COP28-da 88504 nəfər olub.

Читать полностью…

BakuES

❗️Dünən gecədən yağan qar kəndi tamamı ilə ağ örpəyə bürüyüb

Kəndə təxminən 5-san hündürlüyündə qar düşüb. Aidiatı üzrə bütün tədbirlər görülüb. Kəndlə Daşkəsən rayonunun mərkəzi və Gəncə şəhərinə aparan avtomobil yolu işlək vəziyyətdədir. Bu Xoşbulağa yağan sayca ikinci qardır.

Читать полностью…

BakuES

❗️Ucarda sanitariya-gigiyena qaydalarını pozan şəxslər barəsində tədbir görülüb

Ucarda sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə polisin keçirdiyi tədbir zamanı bir neçə ünvanda məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.Yaranmış antisanitar vəziyyət polisin müşayəti ilə əraziyə cəlb olunan aidiyyəti dövlət orqanları tərəfindən aradan qaldırılıb. Antisanitar hallara yol verən şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Читать полностью…

BakuES

❗️Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün ikinci günü başlayıb.

Bakues.az xəbər verir ki, tədbir çərçivəsində “İqlim həssaslığını həll edilməsi: İqlim fəaliyyətinə hərtərəfli və ədalətli yanaşmanın təşviqi” adlı sessiyası baş tutur.

Bu sessiyada iqlim dəyişikliyinin real həyatdakı təsirləri haqqında əldə edilən məlumatlara əsaslanaraq, bu sessiya parlamentarilərə kiçik ada dövlətləri , dağlıq və dənizə çıxışı olmayan ölkələr kimi müxtəlif ölkələrin özünəməxsus həssaslıqlarının necə həll edilməsi barədə daha dərindən araşdırma aparmaq imkanı verəcək.

Bu kontekstlərdə dayanıqlı inkişaf üçün vacib olan təbiət və biomüxtəliflik kimi mühitlərin bəzi mühüm xüsusiyyətlərini və onların iqlim dəyişikliyinin həlli üçün necə qorunub istifadə edilə biləcəyi müzakirə ediləcək.

Sessiya həmçinin iqlim dəyişikliyi ilə bağlı nəsillərarası dialoqu təşviq edəcək.

Qeyd edək ki, 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatıldığı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 160-dan çox parlament üzvü iştirak edir.

Читать полностью…

BakuES

🇦🇿Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür

Azərbaycan xalqının azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr - Milli Dirçəliş Günü ölkənin müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.

Mənəvi əsaslarını və başlanğıcını 1960-cı illərindən götürən bu tarix sonralar Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoydu.

Ötən əsrin axırlarında dünyanın altıda birini əhatə edən Sovet İttifaqının iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqları sarsılmışdı. İmperiyanın siyasi “beyin mərkəzi”nin xalqlara, xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti kəskin xarakter aldı. M.Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına başladı. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri alovlandırdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.

Читать полностью…

BakuES

🇦🇿Prezident İlham Əliyevin nəvələri Əli və Mikayıl Ağalarovlar Azərbaycanda səfərdə olan “Barselona” klubunun prezidenti Xuan Laportayla görüşüb

Читать полностью…

BakuES

🇦🇿Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində iştirak edib

COP29 çərçivəsində həyata keçirilən tədbirin açılışında çıxış edən Leyla Əliyeva Xəzər dənizinin ətraf mühitinin mühafizəsinin əhəmiyyətini vurğulayıb.

Dünya göllərinin ümumi su ehtiyatlarının 40 faizdən çoxunu təşkil edən Xəzər dənizinin malik olduğu zəngin ekosistem barədə tədbir iştirakçılarına məlumat verilib. Leyla Əliyeva Xəzər dənizində yaşanan problemlərin bir sıra canlıların, o cümlədən suitilər, nərə və qızılbalıqların populyasiyasına təsir etdiyini bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti IDEA İctimai Birliyi tərəfindən icra olunan müvafiq fəaliyyətlər, o cümlədən “Zəngin hövzələr”, “Bir damcı” layihələri və “Blue Marine Foundation” təşkilatı ilə əməkdaşlıq çərçivəsində Xəzər dənizində yaradılan ilk dənizkənarı mühafizə olunan ərazi seçilmiş Qızılağac Milli Parkı ilə bağlı bir sıra məsələlərə toxunub.

Qeyd olunub ki, 2011-ci ildən etibarən 7 mindən çox könüllünün yardımı ilə sahilyanı ərazilərdən 120 tona yaxın tullantı toplanaraq təkrar emal edilib. Ətraf mühitin mühafizəsi sahəsində gənclərin rolunu vurğulayan Leyla Əliyeva Xəzər dənizinin gələcək nəsillər üçün qorunub saxlanılması istiqamətində çalışacaq gənc mütəxəssislərin yetişdirilməsinin əhəmiyyətini qeyd edib.

Читать полностью…

BakuES

⚽️"Barselona" prezidenti Xuan Laporta Bakıda xalça toxudu

Читать полностью…

BakuES

⚽️Fatih Terim “Qarabağ”ın dəvəti ilə Bakıya gəlib.

O, Bakıda çoşğu ilə qarşılanıb.

Читать полностью…

BakuES

🇦🇿Hikmət Hacıyev: Prezident İlham Əliyevin COP29-da səsləndirdiyi tezislər xüsusilə inkişaf etməkdə olan ölkələrin baxışlarını əks etdirir

Читать полностью…

BakuES

❗️Buna səbəb isə döyüşdə Mayk Taysonun uduzması olub.

58 yaşlı Tayson 2005-ci ildən bəri heç bir peşəkar boks matçında iştirak etməyib. Boks karyerasına 2018-ci ildə başlayan Ceyk Pol indiyədək 11 görüşdə iştirak edib.
Ötən gün baş tutan qarşılaşma böyük maraqla qarşılanıb. Hətta boks matçı öncəsi “Netflix” çöküb.

Читать полностью…

BakuES

❗️BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində noyabrın 16-da Bakıda Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçirilir.

66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 160-dan çox parlament üzvü iştirak edir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda “İqlim dəyişmələrinin real təsirləri”, “İqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu”, “İqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı”, “İqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi”, “İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə”, “Dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri”, “İnsan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi” və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.

Görüş noyabrın 17-də yekunlaşacaq.

Читать полностью…
Subscribe to a channel