🇦🇿🇺🇸İlham Əliyev Trampa zəng edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa zəng edib
Telefon danışığı əsnasında dövlətimizin başçısı Donald Trampı Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib. Azərbaycan Prezidenti qeyd edib ki, seçkilərdə inamlı qələbə Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadın aşkar ifadəsidir.
Dövlətimizin başçısı vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynacaqdır.
Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirib.
Prezident Donald Tramp öz növbəsində səmimi təbriklərə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. Donald Tramp ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini qeyd edib.
❗️İsrail və Livan hərbi əməliyyatları dayandırmaq barədə ilkin razılığa gəliblər - "Axios" yazır.
Əldə olunan ilkin razılığa əsasən, ABŞ-nin rəhbərlik etdiyi nəzarət komitəsi yaradılacaq.
"Hizbullah"ın sərhəd yaxınlığında hərbi mövcudluğu ləğv edilir. Bölgəyə Livan ordusu yerləşdirilir.
Hizbullah" ağır silahlarını və birləşmələrini Litani çayının şimalına, sərhəddən 30 kilometr uzaqlığa köçürməlidir.
Yalnız bundan sonra İsrail ordusu Livanın cənubundan geri çəkilir.
Bu şərtlər altında 60 günlük keçid dövrünü nəzərdə tutan atəşkəs sazişi müzakirə olunur.
Bu xəbəri Livanda dinc əhali sevinclə qarşılayıb.
❗️Sumqayıt şəhərində “Bəy hamamı” yanır
Hadisə Niyazi və Çerkassı küçələrinin kəsişməsində qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürənlər, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
❗️Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi-ekspert Ədalət Verdiyev həbs edilib
Читать полностью…Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının sabiq sədri Kamal Kılıçdaroğluna qarşı 500 min lirə (14,5 min dollardan çox) məbləğində mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib.
TASS-a istinadən xəbər verilir ki, bu barədə Ərdoğanın vəkili Hüseyin Aydın "X" sosial şəbəkəsində hesabında paylaşım edib.
Azərbaycan Prezidenti İlham Əliyev bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiq edib.
Sənəddə deyilir:
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 2-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə aşağıdakı yeni bələdiyyələr yaradılsın".
❗️Aptek müdiri işçisini vəhşicəsinə döydü
Paytaxtda ağılasığmaz insident baş verib.
Bakıdakı apteklərin birində müdir olduğu iddia edilən şəxs işçisini vəhşicəsinə döyüb. Yayımlanan kadrlarda müdirin işçini yumruqlayıb, yerdə sürüdüyü görünür.
Sözügedən videonu təqdim edirik:
❗️“Neftin 2025-ci ildə 70 dollar, 2026-2028-ci illərdə 65 dollar olacağı proqnozlaşdırılır”.
“ Bakues.az ” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.
“Proqnozlaşdırılan qiyməti də nəzərə almaqla, 2025-ci ildə adambaşına düşən ÜDM-in 7412 dollar, 2028-ci ilin sonuna isə 8522 dollar olacağı nəzərdə tutulur”, - deyə nazir qeyd edib.
❗️Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıb
Ətraflı: http://bakues.az 👈
🇦🇿İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib.
"Bakues.az" paylaşımı təqdim edir:
"Zəfər tariximiz – Kəlbəcərin Ermənistan işğalından azad edilməsindən dörd il ötür"
❗️Ayətullah Xamenei: “Netanyahuya ölüm hökmü verilməlidir”
“Sionist rejimin Qəzza və Livanda etdikləri qələbə deyil, hərbi cinayətdir”.
Bakues.az “İRNA”ya istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı Ayətullah Xamenei deyib.
“İdman TV” basketbol üzrə Avroliqa turnirinin yayım hüququna yiyələnib.
Bu həftədən etibarən basketbol azarkeşləri Avropanın ən nüfuzlu turnirini izləyə biləcəklər.
Kanaldan verilən məlumata görə, hər tur istənilən sayda oyunun yayımlanması hüququ var. Proqrama uyğun olaraq, telekanal maksimum sayda oyunları canlı yayımlamağa çalışacaq.
Xatırladaq ki, bu vaxta qədər bu mötəbər turnir Azərbaycan televiziya məkanında olmayıb.
DƏHŞƏT❗️Ötən gün yeniyetmələrin törətdiyi qəza nəticəsində 1 nəfər ölüb
Ötən gün paytaxtın Suraxanı rayonunda və Sumqayıt şəhəri ərazisində yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilmiş yol-nəqliyyat hadisələri nəticəsində 1 nəfər həyatını itirib, ana və onun azyaşlı qızı olmaqla 2 nəfər isə xəsarət alıb.
Bakues.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
"Təəssüf ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edir, lakin yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən azyaşlıların ekstremal vəziyyətlərdə aciz qalacaqlarını, sürücülük hüququ olmadan avtomobil idarə etmək həvəsinin onların özlərinin və doğmalarının arzularını yarıda qoyacağını unudurlar.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, habelə nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxslərə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə səbəb olduğunu bir daha xatırladır, belə halların aşkarlanması üçün xüsusi texniki vasitələrdən də istifadə etməklə nəzarət-profilaktik tədbirlərin daha da gücləndirildiyini bildirir və bu sahədə intizamsızlığa meyilli şəxslərə qarşı qanunvericiliyə uyğun kəsərli tədbirlərin görüləcəyini avtomobil sahiblərinin və sürücülərin diqqətinə çatdırır", - deyə məlumatda qeyd olunub.
🚌Bakıda yeni gətirilən 160 elektrik mühərrikli avtobus bu gündən fəaliyyətə başlayıb
Читать полностью…❗️Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı
Noyabrın 23-də və 24-də ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən " Bakues.az "a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 42, o cümlədən borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.
🚌 Bu gündən COP29 tədbirinin keçirilməsi ilə bağlı hərəkət sxemi dəyişən və fəaliyyəti dayandırılan bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilib.
Читать полностью…❗️BMT-nin Baş katibi COP29-da gərgin əməyə görə Azərbaycan hökumətinə təşəkkür edib.
Читать полностью…